Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1260/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-773/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, AK.H.Əliyev küçəsi ev 33, mənzil 10-a dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM m.34.1). İddianın əsaslarına görə iddiaçı cavabdeh idarəsinə müraciəq edərək Bakı şəhəri, AK.H.Əliyev küçəsi ev 33, mənzil 10-a dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********96 saylı cavab məktubunda iddiaçının müraciətinə imtina edərək bildirmişdir ki, binanın istismara icazə sənədi idarəyə təqdim olunmamışdır. Cavabdeh iddia ərizəsinə qarşı etirazında, imtina məktubunda gösitərilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-773/2022 saylı xx.xx.2022-ci 2-1(112)-773/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və iİddiaçı Bakı şəhəri, AK.H.Əliyev küçəsi ev 33, mənzil 10 üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişditr. Apellyasiya şikayəti imtina məktubuna və iddia ərizəsinə etraza uyğun əsaslandırılraq binqanın istimara icazə sənədi olmadığı qeyd olunmaqla cavaabdeh hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli tərəcədə pozulmuş, düzgün tətbiq olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2146/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və yeni qərarla iddia rədd olunmuşdur. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2232/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş yeni baxışa qaytarılmışdır. İşə təkrar apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə iş üzrə qərarında aşağıdakıları qeyd etmişdir: « 39. …iddiaçının iddia ərizəsindəki tələb ünvan 1 ünvanında yerləşən 10 saylı mənzilə dair olduğundan, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (iş səh. 20), eləcə də Bakı şəhər İcra Hakimiyyətinə (iş səh. 21) "xxxx" MTK tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış binasına dair sənəd və məlumatların məhkəməyə təqdim edilməsi barədə sorğu göndərmişdir.
40. Xüsusi olaraq qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsinin sözügedən sorğusuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən məhkəməyə cavab verilməklə "xxxx" MTK-ya məxsus yaşayış binasının tikintisinə dair həmin Mərkəzin arxivində olan bütöv bir qovluq içində saxlanılan sənədlər göndərilmişdir (iş səh. 33).
41. Adıçəkilən qovluqdakı sənədlərdən məlum olur ki, "xxxx" MTK-ya yaşayış binasının tikintisi üçün ərazi Ak.H.Əliyev küçəsi 33 ünvanında deyil, eyni küçənin 945-ci məhəlləsində ayrılmış və bu, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18 sentyabr 2003-cü il tarixli, 466 saylı (bənd 5) sərəncamına əsasən baş vermişdir (qovluğun səhifələri işin 34cü səhifəsindən başlayır).
42. Eyni zamanda işin 10-cu səhifəsinə tikilmiş iddiaçının adına olan 000795 saylı order 14 iyun 2002-ci il tarixli olmaqla, Bakı şəhəri, İnqilab (indiki Ak.H.Əliyev) küçəsi, ev 33, mənzil 10-a verilmişdir və həmin order Bakı şəhər İcra Hakimiyyətinin 372 saylı, 07 iyun 2002-ci il tarixli sərəncamına əsasən verilmişdir.
43. Lakin sözügedən sərəncamların heç biri işdə yoxdur, yəni apellyasiya instansiyası məhkəməsi Bakı şəhər İcra Hakimiyyətinin verdiyi nə xx.xx.2002-ci il tarixli, 372 saylı, nə də ki xx.xx.2003-cü il tarixli, 466 saylı sərəncamların tələb edib onları araşdırmamış, bunun nəticəsində də qeyd edilən sərəncamlardakı Bakı şəhəri, İnqilab (indiki Ak.H.Əliyev) küçəsi, ev 33 və ünvan 4 ünvanlarında olan binanın eyni bina olubolmaması aydınlaşdırıb iş üzrə böyük əhəmiyyət kəsb edən sözügedən halı müəyyən etməmişdir.
44. Digər tərəfdən, adıçəkilən mənzilin "xxxx" MTK tərəfindən iddiaçıya verildiyi halda, bununla əlaqədar tərəflər arasında müqavilə, mənzilə görə edilmiş maliyyə arayışı kimi sənədlər də mövcud olmalıdır. 45. Lakin apellyasiya instansiyası məhkəməsi sözügedən məsələni də araşdırmamışdır.
46. Həmçinin qeyd edilməlidir ki, sözügedən sərəncamların məhkəmə tərəfindən nəzərdə keçirilməsi, həm də ona görə önəmlidir ki, işin 21-ci səhifəsində olan AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli məktubunda deyilir ki, ünvan 5 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının istismara qəbul edilməsinə dair məlumat Komitədə yoxdur.
47. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının 30 dekabr 2021-ci il tarixli məktubunda (iş səh. 51) İddiaçı xx.xx.2002-ci il tarixli 000795 saylı orderin Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfat İdarəsi tərəfindən verilmiş olduğu göstərildiyi halda, həmin məktuba əlavə edilmiş sözügedən orderin "xxxx" MTK tərəfindən verildiyi yazılmışdır.
48. Bununla yanaşı, iddiaçıya adıçəkilən mənzilin order əsasında verilməsi məlum olur, o zaman həmin mənzilin dövlət fondundan verilib-verilməməsi halı araşdırılmalıdır.
49. Belə ki, bütün yuxarıda göstərilmiş mühüm məsələlər apellyasiya instansiyası məhkəməsi tərəfindən, ümumiyyətlə, araşdırılmamış və bunun nəticəsində iş üzrə qanuna uyğun olmayan və əsassız məhkəmə qərarı qəbul edilmişdir…» İşin təkrar apellyasiya icraatı mərhələsində Ali Məhkəmənin qeyd olunan göstərişlərindən irəli gələrək müvafiq dövlət orqanlarına məhkəmə sorğularına əsasən aşaığdakı cavablar alınmışdır: - AR.Dövlət Arxivinin Bakı Filialı 27 iyul 2023-cü il tarixli sorğuya cavabməktubunda bildirmişdir ki,sorğu edilən sərəncamlar arxivə təhvil verilməmişdir. - «Bakı şəhər İHB Aparatının 16 avqust 2023-cü iltarixli məktubu ilə məhkəməyə ünvanlanmış arxiv arayışna əsasən müəyyən olunmuşdur ki, Bakı şəhər İHB 06A nömrəli xx.xx.2002-ci il tarixli protokol qərarına əsasən «Nehrəm MTK-nın üzvü İddiaçı order verilməsi barədə…» Komissiya qərara alır: Razılıq verilsin…» Həmin arxiv arayışı ilə həmçinin Bakı şəhəri İHB qeydolunan xx.xx.2003-cü iltarixli 466 №-li sərəncamı (kserosurəti) məhkəməyə göndərilmişdir. Sözügedən, «Özəlləşdirilmiş ərazilərdə binanın,fərdi evin layihələndirilməsi və tikintisinə icazə verilməsi, "xxxx" ASC-yə istehsalat sahəsinin təşkili haqqında» olan həmin sərəncamın 5-ci bəndinə əsasən «Nehrəm Holding» Kopaniyasınına Nərimanov Rayonu AK.H.Əliyev küçəsi, 945 saylı məhəllədə 0,386+0,08 ha torpaq saəhsi yaşayış binasının layihələndirilməsi və tikintisi üçün və tikintisi üçün icarə əsasında həmin kompaniyanın istifadəsinə verilmişdir. -Bakı şəhər İH Mənzil-Kommunal Təsərrüfatı Departamenti isə xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda bildirmişdir ki, ünvan 8 ünvanında yerləşən 8 mərtəbəli 64 mənzilli yaşayış binası "xxxx" (Nehrəm Holding) MTK-ya məxsusdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi isə sorğuüya xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, ünvan 9 ünvanı - 16 mərtəbəli yaşayış binasında yerləşməklə müraciətdə qeyd olunan ünvanla eynilik təşkil edir. İş materiallarından da məhz görünür ki, iddiaçıya Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən iddiaçının adına verilmiş xx.xx.2002-ci il tarixli, 000795 nömrəli orderə əsasən, Bakı şəhəri, İnqilab küçəsi ev 33, mənzil 10-da İddiaçı 4 nəfər ailə tərkibi ilə birlikdə yaşamaq hüququ təsbit olunmuş və həmin orderin verilməsinə əsas kimi BŞİH-nin xx.xx.2002-ci il tarixli №372 sərəncamı göstərilmişdir (Əsas: Fond -503, siyahı -2, saxlama vahidi -40.) Mübahisəli orderin verildiyi vaxt (xx.xx.2009-cu il tarixdək) qüvvədə olan mənzil qanunvericiliyi ilə isə aşağıdakılar müyyən edilirdi: Maddə 4. Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: …; mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); Maddə 12 Mənzil münasibətlərini tənzimləmək sahəsində Azərbaycan SSR-in səlahiyyətinə aşağıdakılar aiddir: …; 7) mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyəti qaydasını, onların üzvlərinin hüquqlarını və vəzifələrini müəyyən etmək…; Maddi 15 SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: …; 4) idarə və ictimai mənzil fondunun vəziyyətinə və istismarına, mənzil-tikinti kooperativləri evlərinin və vətəndaşların şəxsi mülkiyyətində olan evlərin saxlanmasına nəzarət edirlər…; Maddi 27 …; Mənzil fondundan istifadə olunmasına və onun qorunmasına dövlət nəzarəti xalq deputatları Sovetləri, onların icra və sərəncam orqanları, habelə Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi və xüsusi səlahiyyətli digər dövlət orqanları tərəfindən, SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 41 Yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir…; Maddə 48 Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır…; Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan mənzil qanunvericiliyinin qeyd olunan tələblərindən göründüyü kimi, o cümlədən mənzil-tikinti kooperativləri evləri Azərbaycan Respublikaısının mənzil fondunun tərkib hissəsini təşkil edirdi və yeri icra hakimyyəti orqanları tərəfindən həmin evlərin saxlanmasına, o cümlədən abad olmasına, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə saxlanmasına nəzarəti həyata keçirilir və vətəndaşlara həmin evlərə köçmək əsas olan orderlər verilirdi. Konkret halda da işin hallarından göründüyü kimi, iddiaçıya mübahisəli ünvanda yerləşən "xxxx" MTK-nın üzvü kimi mənzil qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq mənzilə dair order verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun qüvvəyə minənə qədər qəbul olunmuş 26 yanvar 1993-cü il (№ 463) tarixli «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 8-ci maddəsi isə mənzilin aşağıdakı kimi özəlləşdirmə qaydası nəzərədə tutulurdu: «Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.» Cavabdehin imtinası, iddia ərizəsinə etirazı və onun apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının qeyd olunan sənədlərə malik olması və həmin sənədlərin idarəyə təqdim olunması işin mübahisələndirilməyən halıdır. Konkret halda, cavabdeh mübahisələndirir ki, binanın istimar aktı idarəyə təqdim edilməmişdir. Halbuki, qeyd olunan Qanunun 8-ci maddəsinin sonuncu (4-cü) hissəsinin qeyd olunan imperativ tələbindən göründüyü kimi, mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qanuni əsası kimi - iddiaçıya «mübahisəli mənzilə dair» order verilərkən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununun 8-ci maddəsinin qüvvədə olan həmin redaksıyası tətbiq olunmalıdır. Eyni zamanda, qeyd olunmalıdır ki, 2006-cı ildən qüvvəyə minmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-6-cı maddəsinin tələbinə görə də mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçıya yerli icra hakimiyyəti tərəfindən order verilməsi özü onu ehtiva edir ki, iddiaçı tərəfindən MTK-nın qərarı ilə kooperativin üzvülüyünə qəbul olunmuş və tərəfindən mübahisəli mənzilə dair pay haqqı tam ödənilmişdir ki, ona yerli icra hakimiyyəti (Bakı şəhər İH) tərəfindən mübahisəli order verilmişdir. Bundan əlavə, «Saghinadze və başqaları Gürcüstana» qarşı iş üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisəli mənzilin iddiaçının adına qeydə alınmasından imtina olunması qanunsuz və əsassız olmuş, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məcəllənin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-773/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin olunması mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, həmin qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-773/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.