Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1280/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh və AR Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq, sosial təyinatlı yaşayış fonduna aid edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X2 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı “mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq, sosial təyinatlı yaşayış fonduna aid edilməsi haqqında qərarın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2- 1(112)-6448/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh (bundan sonra mətndə Yasamal RİH) və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə (bundan sonra mətndə MN Mİİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Cavadxan küçəsi, 23A nömrəli evin 35 nömrəli mənzilinin xidməti məzillərin siyahısından çıxarılaraq, sosial təyinatlı yaşayış fonduna aid edilməsi haqqında qərarın qəbul edilməsi vəzifəsinin MN Mİİ-nin, bununla əlaqədar müvafiq sərəncamın verilməsinin isə Yasamal RİH-nin üzərinə qoyulması və Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, 23A nömrəli evin, 35 nömrəli mənzilinə İddiaçı ilə daimi mənzil-kirayə müqaviləsinin bağlanması vəzifəsinin Yasamal RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi-vəkili “Elektron Məhkəmə” sistemi vasitəsilə xx.xx.2024cü il tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Bakı şəhəri Cavabdeh, üçüncü şəxs qismində isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsini göstərməklə, ünvan 1 ünvanında yerləşən 35 №li mənzilə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir.
4. İddiaçının nümayəndəsi-vəkili “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək xx.xx.2024-cü il tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən təqdim olunmuş iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizənin geri götürdüyünü və ilkin iddianı dəyişdirmədiyini bildirmişdir.
5. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla “daimi mənzil-kirayə müqaviləsinin bağlanması” tələbi barədə inzibati iş üzrə iddiaçının nümayəndəsi-vəkili tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələb üzrə icraata icraata xitam verilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1978-ci il mayın 17-dən 1980-ci il mayın 04-dək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, 1983-cü il oktyabrın 14-dən 1992-ci il aprelin 02-dək Sovet Ordusunda gizir, bundan sonra isə 2009- cu il aprelin 11dək Azərbaycan Respublikasının Müdafi Nazirliyində mayor rütbəsilə zabit hərbi xidməti keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən yaşa görə silahlı qüvvələrdən ehtiyata buraxılaraq, pensiyaya çıxmışdır. Xidmət keçdiyi dövrdə, yəni 1987-ci ildə cavabdeh təşkilat İddiaçı 4-cü mikrorayon, Cavadxan küçəsi, 23 A nömrəli evin iki otaqlı 33 nömrəli mənzilini daimi yaşamaq üçün vermişdir. Birinci mərtəbə səsküylü və əlverişsiz olduğuna görə sonradan, müraciətinə əsasən Yasamal RİHB-nın xx.xx.1998-ci il tarixli 1408 nömrəli Sərəncamı ilə təsdiq edilmiş xx.xx.1998-ci il tarixli orderlə həmin evin ikinci mərtəbəsində əvvəlki mənzili boşaldaraq, təhvil vermək şərtilə, İddiaçı ailəsilə birlikdə 35 nömrəli iki otaqlı mənzili vermişdir. İddiaçı 33 nömrəli mənzili boşaldıb, 35 nömrəli mənzilə ailəsilə birlikdə köçmüşdür. İcra Hakimiyyəti başçısının sərəncamında “xidməti” sözü olmadığı halda, İddiaçı səhvən xidməti order verilmişdir. Yaşadığı mənzil və bina Müdafiə Nazirinin müvafiq əmrində nəzərdə tutulmuş açıq şəhərcik hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi qaydalarının” 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan: “...çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətilə razılaşdırmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra Hakimiyyəti orqanının qərarı əsasında...dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan bəzi yaşayış sahələrinin xidməti mənzil fondundan çıxarılmasına münasibət bildirilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinə edilmiş xx.xx.2021-ci il tarixli **********06 nömrəli müraciətə cavabda iddiaçının yaşadığı mənzilin xüsusi təyinatlı fonddan çıxarılmasına etiraz edilməmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi İddiaçı yaşadığı mənzilin xidməti mənzil fondundan çıxarılaraq, sosial mənzil fonduna aid edilməsi barədə müvafiq qərar qəbul edərək Cavabdehnə göndərməli, icra hakimiyyəti isə öz növbəsində həmin qərarın təsdiqi haqqında sərəncam verməlidir. 2023cü il dekabrın 12-də İddiaçı cavabdeh Mənzil İstismar İdarəsinə ərizə ilə müraciət edərək yaşadığı mənzilin xüsusi təyinatlı fonddan çıxarılmasını xahiş etmişdir. Mənzil İstismar İdarəsi uzun müddət keçməsinə baxmayaraq, ərizəyə cavab verməmişdir. Mənzil xüsusi təyinatlı fonddan çıxarılaraq sosial təyinatlı yaşayış fonduna aid edildikdə, İddiaçıla daimi mənzil kirayə müqaviləsi bağlanmalıdır. Bu məqsədlə həmin mənzilə order vermiş Cavabdehnə müraciət edilmiş lakin İcra Hakimiyyəti müraciətə cavab verməmişdir.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanına dair hər hansı bir məlumat RİH-də aşkar edilməmişdir. ünvan 3 ünvanı AR MN-nin Mİİ-nin balansında olduğundan və qeyd olunan ünvan Nəsimi rayon ərazisində yerləşdiyindən Yasmal RİH ilə İddiaçı arasında kirayə müqaviləsi bağlanılması mümkün deyil.
8. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-6448/2024 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.
9. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
10. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
14. Yasamal RİHB-nın 003849 nömrəli xidməti orderin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 2 otaqlı 29.47 kv. m. ölçüdə mənzilə dair İddiaçı adına 4 nəfər ailə tərkibi (özü, arvadı və iki qızı) xidməti order verilmişdir. Xidməti orderin verilməsi üçün əsas Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli 1408 nömrəli sərəncamı göstərilmişdir.
15. Bakı şəhəri Yasamal RİHB-nın xx.xx.1998-ci il tarixli 1408 saylı “Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin təqdim etdiyi siyahıya əsasən hərbi qulluqçuların mənzillərinə order verilməsi haqqında” sərəncamının surətindən görünür ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və bölüşdürülməsi qaydaları”nın 3-cü maddəsinin 2-ci bəndinə və 48-ci maddəsinə əsaslanaraq, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin xx.xx.1998-ci il tarixli, 1882 saylı məktubu ilə təqdim olunan siyahıda adları göstərilən 14 (on dörd) nəfər hərbi qulluqçunun mənzilinə order verilmişdir.
16. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2019-cu il tarixli, S-631 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri Yasamal rayon İH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 1408 saylı sərəncamının və həmin sərəncama əlavə edilmiş adlı siyahıdan təsdiq edilmiş arxiv çıxarışından müəyyən olunur ki, həmin adlı siyahıda iddiaçının adı və ayrılmış mənzil 8-ci sırada qeyd edilmişdir.
17. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətnin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə təqdim emtək üçün verilmiş xx.xx.2019-cu il tarixli, 248 nömrəli arayışdan görünür ki, 1959-cu il təvəllüdlü istefada olan mayor İddiaçı həqiqətən xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixinədək Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət, xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixinədək Sovet Ordusunda gizir kimi, xx.xx.1992-ci il tarixdən xx.xx.2009-cu il tarixinədək Müdafiə Nazirliyində zabit qismində hərbi xidmət keçmişdir.
18. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2009-cu il tarixli 0129 nömrəli əmri və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.
19. 1 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, İddiaçı 05 sentyabr 2009-cu il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır. Həmin ünvanda ondan başqa xx.xx.1959-cu il təvəllüdlü X1 qeydiyyatdadır.
20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən MN Mİİ-yə ünvanlanmış 03 noyabr 2021-ci il tarixli, **********06 nömrəli məktubdan görünür ki, ehtiyatda olan zabitlərin mənzil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan bəzi yaşayış sahələrinin xidməti mənzil fondundan çıxarılmasına münasibət bildirilməsi barədə müraciətə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq, “Azərbaycan Respublikaıs Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla müraciətə əlavə edilmiş siyahıda göstərilən mənzillərin xüsusi təyinatlı fondunun siyahısından çıxarılmasına etiraz etmirlər. Məktuba qoşma şəklində mənzillərin siyahısı əlavə edilmişdir. Həmin xidməti mənzillərin siyahısında iddiaçıya ayrılmış mənzil 2-ci sırada qeyd edilmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Mənzil-İstismar xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-25-27/2- 2498/2025 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən yataqxanalarda, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin binalarında mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Əlavə olaraq bildiririlmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə təmin edirlər, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər.
22. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Mənzil-İstismar xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli,3-25-27/2- 3913/2025 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən, 2020-ci il tarixinə dair arxiv sənədlər məhv edildiyindən (saxlama müddəti bitdiyindən), sorğuda qeyd olunan 58 ədəd mənzilin balansdan çıxarılması barədə müraciətin olub-olmaması barədə məlumatın tərəflərindən göndərilməsi mümkün deyildir. Həmçinin, məktubda qeyd edilən digər məsələnin (balansdan çıxarılma) həlli Müdafiə Nazirliyinin səlahiyyəti xaricindədir.
TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ
23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
24. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
25. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. 10-cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 51-ci maddəsinin 1-ci hissəsinə görə, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. 106-cı maddəsinə əsasən, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. 107-ci maddəsinin tələbinə əsasən, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. 108-ci maddəsinin ikinci hissəsinə əsasən, müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzrlü səbəblər olmadan öz arzusu ilə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.
26. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası: 1.2-ci bəndinə əsasən yaşayış sahəsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş dövlət və ya bələdiyyə mülkiyyətində olan xüsusi təyinatlı mənzil fonduna aid edilməsi bu Qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilir. 1.4-cü bəndinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir: - xidməti yaşayış sahələri; - yataqxanalarda yaşayış sahələri; - manevr fondu yaşayış sahələri; - əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; - məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; - qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; - ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. 3.1-ci bəndinə əsasən Yaşayış sahəsinin xidməti, yataqxanalarda və manevr fondu yaşayış sahələrinə aid edilməsi və ya xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi zərurəti yarandıqda, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı və dövlət təşkilatı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilir. Müraciətə müvafiq zərurəti əsaslandıran sənədlər və yaşayış sahəsinə dair təkliflər əlavə olunur. 3.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada razılıq verildikdə, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün ərzində qərar qəbul edilir və yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilir. 4.1-ci bəndinə əsasən Yaşayış sahəsi xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə bu Qayda ilə müəyyən edilmiş prosedura uyğun olaraq keçirilir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə düzgün nəticəyə gəlməmişdir, ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
29. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq qeyd edir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə haqlıdır. Lakin Məhkəmə kollegiyası cavabdehin diskresion səlahiyyətlərinin mövcud olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan işin hallarını yenidən araşdırmalı və məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iş üzrə yenidən qərar qəbul etməlidir. Belə ki, İPM-nin 73.2-maddələrinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi” Qaydasının 3.8-ci bəndinin iddiaçının hazırki iddia tələbinə münasibətdə tətbiq edilməsi üçün hər-hansı maneə mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən MN Mİİ-yə ünvanlanmış 03 noyabr 2021-ci il tarixli, **********06 nömrəli məktubu ilə siyahıda göstərilən mənzillərin xüsusi təyinatlı fondunun siyahısından çıxarılmasına etiraz etməmişdir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
31. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-6448/2024 saylı qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, Bakı şəhəri, Cavadxan küçəsi, 23A nömrəli evin 35 nömrəli mənzilinin xidməti məzillərin siyahısından çıxarılaraq, sosial təyinatlı yaşayış fonduna aid edilməsi haqqında qərarın qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. 28.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-6448/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, Bakı şəhəri, Cavadxan küçəsi, 23A nömrəli evin 35 nömrəli mənzilinin xidməti məzillərin siyahısından çıxarılaraq, sosial təyinatlı yaşayış fonduna aid edilməsi haqqında qərarın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev