Məhkəmə qərarları › İş №2-1(103)-146/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-146/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-146/2020 28.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı oğlunun cavabdeh AR VN yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)-32/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdeh AR VN yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2016-cı il tarixli **********043957 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 32/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1166/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-32/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qərarı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2016-cı il tarixli **********043957 nömrəli qərarı 3.370,56 manat sadələşdirilmiş verginin, 3.027,71 manat məbləğində mədən vergisinin hesablanması və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdehin kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2890/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(103)-1166/2019 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, - Bakı Vergilər Departamentinin xx xxx 2015-ci il tarixli qərarı ilə İddiaçı 2013-cü ilin dekabr ayından 2015-ci ilin mart ayınadək olan dövr üzrə sahibkarlıq fəaliyyətinə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticələri xx xxxxxx 2016-cı il tarixli aktla rəsmiləşdirilmişdir. - Vergi orqanının mövqeyinə görə yoxlama nəticəsində əhatə olunan dövrdə sahibkar tərəfindən mədən vergisinin 5.691 manat, sadələşdirilmiş verginin 4.835,88 manat, 2014-cü il üzrə gəlir vergisinin 305,65 manat, 2014-cü ilin dekabr, 2015-ci ilin yanvar və fevral ayları üzrə əlavə dəyər vergisinin 4.951,59 manat azaldılması, sadələşdirilmiş verginin 84 manat artıq hesablanması aşkar edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci, 58.1-ci, 58.4-cü maddələrinə əsasən ümumilikdə 8.051,98 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə İddiaçı mişar daşının hasilatı ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı aşkar edilmiş vergilərin azaldılmasının səbəbi mütəxəssis rəyinə əsasən yoxlama ilə real istehsal həcminin müəyyənləşdirilməsi nəticəsində müəyyənləşdirilmiş satış dövriyyəsinin vergiyə cəlb edilməməsi olmuşdur. Belə ki, real istehsal həcminin müəyyənləşdirilməsi xüsusi bilik və təcrübə tələb etdiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 45-ci maddəsinə səyyar vergi yoxlaması zamanı mütəxəssis dəvət edilmiş, mişar daşının satış qiymətinin müəyyən edilməsi üçün həmin Məcəllənin 44-cü maddəsinə əsasən ekspertiza təyin edilmişdir. Yoxlama zamanı əldə edilmiş mənbəyi bəlli olan məlumatlarla – mütəxəssis və ekspert rəyləri ilə yoxlama ilə əhatə olunun dövr üzrə müəyyən edilmiş ümumi satış həcmi nəzərə alınmaqla dövlət büdcəsinə ödənilməli verginin azaldıldığı müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən yoxlanılan dövrdə 865.613 ədəd mişar daşı istehsal edilmiş, ekspert rəyinə əsasən mişar daşının bir ədədinin bazar qiyməti 0,20 manat müəyyən edilmişdir. 72 ədəd mişar daşının 1 kub metr təşkil etdiyi və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 216.2-ci maddəsinə əsasən 1 kub metr mişar daşına görə mədən vergisinin 0,5 manat təşkil etdiyi nəzərə alınaraq, yoxlama ilə 5.691 manat mədən vergisi hesablanmışdır. Yoxlama zamanı mütəxəssis və ekspert rəylərinə əsasən sahibkarın vergi tutulan əməliyyatlarının həcmi 2013-cü ilin dekabr ayından 2014-cü ilin dekabr ayınadək olan dövr üzrə 129.841,92 manatdan çox olduğundan, xx xxxxxx 2014cü il tarixdən ƏDV öhdəliyi yaranmış, lakin həmin tarixdən ƏDV məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verilmədiyi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Sahibkar 2014-cü ilin dekabr ayından ƏDV ödəyicisi hesab edildiyindən, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirmiş, həmin ay üzrə gəlir vergisi öhdəliyi yaranmışdır. Mütəxəssis və ekspert rəylərinə əsasən fərdi sahibkarın 2014-cü ilin dekabr ayı üzrə gəliri 9.169,83 manat müəyyən edilmiş, xərc sənədləri təqdim edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 55 nömrəli qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən fərdi sahibkarın 2014-cü il üzrə vergiyə cəlb edilən gəliri aşağıdakı kimi hesablanmışdır: M1 = 9.169,63/(100+20) x 20 = 1.528,27 manat. Beləliklə, yoxlama ilə fərdi fərdi sahibkarın 2014-cü il üzrə vergiyə cəlb edilən gəlirinin 1.528,27 manat olması müəyyən edilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 20% dərəcə ilə 305,65 manat gəlir vergisi hesablanmışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxxxxx 2016-cı il tarixli **********043957 nömrəli qərarının ləğv olunması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. AR Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 72.1-ci maddəsinə görə bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 153-cü maddəsinə görə əlavə dəyər vergisi (ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə görə ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Həmin Məcəllənin 173.1-ci maddəsinə görə ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Həmin Məcəllənin 173.2-ci maddəsinə görə vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Vergi Məcəlləsinin 16.1.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. AR Ali Məhkəməsi qərarında qeyd etmişdir ki, İşə təkrar baxan apellyaisya instansiya məhkəməsi X2 tərəfindən istehlak edilən elektrik enerjisinin iddiaçıya olan aidiyyatını müəyyən etməli, “Bakıelektrikşəbəkə”nin Hesab ödəniş vərəqələrindəki məlumatların mötəbərliyinə qiymət verməklə işə baxmalıdırlar. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası AR Ali Məhkəməsinin göstərişlərini nəzərə alaraq, X2 tərəfindən istehlak edilən elektrik enerjisinin iddiaçıya olan aidiyyatını müəyyən etmiş və aydın olmuşdur ki, hazırda iddiaçının fəaliyyət göstərdiyi ərazi “Gülbaxt” daş karxanasının icarəçisi tərəfindən iddiaçıya xx.xx.2006-cı il tarixdə satılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsitərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 32/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən: Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar