Məhkəmə qərarları › İş №2-1(103)-1469/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1469/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1469/2025 21.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 10/517 nömrəli qərarı ilə ona ayrılmış Bilgəh bağ massivində yerləşən 59 nömrəli X1 nəzdində olan 1550d saylı bağ sahəsinin X2 və daha sonra isə özgənikiləşdirmə nəticəsində X5 adına dövlət reyestrində qeydiyyatının və nəticələrinin etibarsız hesab edilməsinə dair vəzifənin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4514/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 10/517 nömrəli qərarı ilə ona ayrılmış Bilgəh bağ massivində yerləşən 59 nömrəli X1 nəzdində olan 1550d saylı bağ sahəsinin X2 və daha sonra isə özgəninkiləşdirmə nəticəsində X5 adına dövlət reyestrində qeydiyyatının və nəticələrinin etibarsız hesab edilməsinə dair vəzifənin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 24 aprel 2024-cü il tarixli Qərardadı ilə X6 və X7 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Bakı şəhəri İK – nin xx.xx.1991 – ci il tarixli 10/517 nömrəli qərarı ilə İddiaçı ayrılmış Bilgəh bağ massivində yerləşən 59 nömrəli X1 nəzdində olan 1550d saylı bağ sahəsin hüquqların qeydə alınması barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, eyni bağ nömrəsi ilə başqa bir şəxsin adına eyni 1550d saylı bağ sahəsi ayrılmış və daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçdiyi göstərilmişdir və bu səbəbdən də müraciəti təmin olunmamışdır. Bakı şəhəri İK – nin xx.xx.1991 – ci il tarixli 10/517 nömrəli qərarı ilə İddiaçı ayrılmış Bilgəh bağ massivində yerləşən 59 nömrəli X1 nəzdində olan 1550d saylı bağ sahəsinə yeni ünvanın verilərək dövlət reyestrində qeydiyyatın aparılması tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsində icraat zamanı Bakı şəhəri İK – nin xx.xx.1991 – ci il tarixli 10/517 nömrəli qərarı ilə Bilgəh bağ massivində yerləşən 59 nömrəli X1 nəzdində olan 1550d nömrəsi ilə həm İddiaçı, həm də X9 bağ sahələri ayrılmışdır. Məhkəməyə təqdim olunmuş sənədlər əsasında məlum olmuşdur ki, həm İddiaçı , həm də X9 eyni nömrə ilə bağlı sahələri ayrılsada, bu bağ sahələri bir – birinə aidiyyatı olmayan bağ sahələridi. Belə ki, məlum olmuşdur ki, X10 aid olan bağ sahəsində tikililər mövcuddur, lakin İddiaçı məxsus bağ sahəsində isə heç bir tikili mövcud deyil. Belə olan halda yalnız bağ sahələrinin ünvanları eyni olduğu, lakin faktiki olaraq isə başqa-başqa bağ sahələri olduğu məlum olmuşdur və yalnız yeni bağ ünvanı verməklə yaranmış mübahisəyə son qoymaq olardı. Lakin, sonradan məhkəməyə təqdim olunmuş sənədlər əsasında İddiaçı ayrılmış bağ sahəsinin ilk olaraq X2 adına dövlət reyestrində qeydiyyata alındığı, daha sonra isə X5 adına özgəninkiləşdirildiyi məlum olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərə nəzər saldıqda X4, Bakı şəhəri , Sabunçu rayonu , Nardaran qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsinin ayrıldığını görürük. İddiaçı ayrılmış bağ sahəsi isə Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4514/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə iddiaçıya məxsus bağ sahəsinin Bilgəh qəsəbəsində yerləşməsinə dair sənədlər təqdim olunsada , hətta cavabdehin məhkəmənin sorğusuna verdiyi cavabda belə həmin bağ sahəsinin Bilgəh qəsəbəsində yerləşdiyi etiraf olunsada məhkəmə bilərəkdən bu faktı gizlədərək, iddianı təmin etməmək üçün bəhanə axtararaq guya iddiaçıya məxsus olan bağ sahəsinin Nardaran qəsəbəsində yerləşdiyini bildirmişdir. Əslində keçirilmiş bütün məhkəmə icalslarında iddiaçıya aid bağ sahəsinin Bilgəh qəsəbəsində yerləşməsinə dair sübutlar həm təqdim, həm də elan olunmuşdur. Həmin proseslərdə bir dəfədə olsun iddianın mümkünsüzlüyü müzakirə olunmamışdır. Lakin sonuncu proses günü işin faktiki hallarına qiymət vermək əvəzinə hakim heç bir hüquqi əsas olmadan iddianın mümkünsüzlüyü barədə Qərar qəbul edir. Həmçinin iddiaçıya məxsus bağ sahəsinin X8 heç bir aiddiyatı yoxdur və bu fakt qüvvəyə minmiş məhkəmə aktı ilə öz təsdiqini tapmışdır. Yalnız sonuncu iclas günü hakim bildirmişdir ki iddiaçının iddiaya etdiyi bağ sahəsinə Q.O.Orucovada order verilmişdir və o hüquqlarını reyestrdə qeydə aldırmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Əvvəlki məkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı qərardadını əsaslandırarkən qeyd etmişdir ki, “...İddiaçı onun adına verilmiş order əsasında 1550d saylı bağ sahəsinin X2 və daha sonra isə özgənikiləşdirmə nəticəsində X5 adına dövlət reyestrində qeydiyyatının və nəticələrinin etibarsız hesab edilməsini istəsə də, ilkin olaraq X2 adına dövlət qeydiyyatına alınmış torpaq sahəsi iddiaçıya ayrılmış ərazidə (Bilgəh qəsəbəsi) deyil, Nardaran qəsəbəsində yerləşən torpaq sahəsidir. Hazırda mübahisəli torpaq sahəsi mülkiyyət hüquqları ilə dövlət qeydiyyatına alınmış və X10 məxsusdur. Bundan əlavə, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bilgəh bağları massivində yerləşən 59 saylı BTK- nəzdində olan 1550d saylı bağ sahəsinin Bakı şəhər İcraiyyə Komitəsinin 24 iyul 1991-ci il tarixli 10/517 saylı qərarı ilə ona ayrılan bağ sahəsinə yeni ünvan verilərək, dövlət reyestrində qeydiyyatının aparılması və texniki pasportun verilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddiası mümkün sayılmamış, tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2259/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-93/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin iş üzrə yekun məhkəmə aktından məlum olur ki, İddiaçı adına olan hüquqmüəyyənedici sənədlərində göstərilmiş torpaq sahəsi hazırkı iş üzrə üçüncü şəxslərə deyil, X10 məxsusdur. Belə ki, bu hal sözügedən inzibati iş üzrə müvafiq ekspert rəyi ilə təsdiq olunur. Kollegiya iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəlləsinin 12-ci (işin hallarının araşdırılması prinsipi) maddələrinin tələbləri pozulmuşdur. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının dəqiqləşdirilmiş (dəyişdirilmiş) tələbi üzrə hər hansı araşdırma aparmamış və yekun nəticəyə gələrkən iddiaçının ilkin iddia tələbi üzrə qərardad qəbul etmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 10/517 nömrəli qərarı ilə ona ayrılmış Bilgəh bağ massivində yerləşən 59 nömrəli X1 nəzdində olan 1550d saylı bağ sahəsinin X2 və daha sonra isə özgəninkiləşdirmə nəticəsində X5 adına dövlət reyestrində qeydiyyatının və nəticələrinin etibarsız hesab edilməsinə dair vəzifənin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra isə iddiaçının nümayəndəsi və vəkili elekron məhkəmə informasiya sistemində mövcud olan şəxsi kabineti vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq Bakı şəhəri, Nardaran qəsəbəsində X3 adına dövlət reyestrində qeydiyyatı aparılmış torpaq sahəsinin texniki sənədlərinin, kordinat cizgilərinin, pasport və plan ölçüsünün dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən, cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır.[54] 54.2. Cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. 54.3. İddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Göründüyü kimi, iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi halında bununla bağlı qərardad qəbul edilməlidir. İş materiallarından isə belə bir qərardadın qəbul edilməsi müəyyən edilmir. Ümumiyyətlə iddiaçının iddianın dəyişdirilməsinə (dəqiqləşdirilməsi) dair ərizəsi iş materiallarına belə əlavə edilməmiş və qeyd olunanların nəticəsi olaraqda məhkəmə tərəfindən iddiaçının dəyişdirilmiş (dəqiqləşdirilmiş) iddia tələbinə münasibətdə yekun nəticəyə gəlinməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2259/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına istinad edərək bildirmişdir ki, İddiaçı adına olan hüquqmüəyyənedici sənədlərdə göstərilmiş torpaq sahəsi X10 məxsusdur. Belə ki, bu hal sözügedən inzibati iş üzrə müvafiq ekspert rəyi ilə təsdiq olunur. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən qərardada istinad etsə də, həmin qərardad iş materiallarında öz əksini tapmamışdır. Eyni zamanda məhkəmə “sözügedən inzibati iş üzrə müvafiq ekspert rəyi ilə” İddiaçı adına olan hüquqmüəyyənedici sənədlərdə göstərilmiş torpaq sahəsinin X10 məxsus olduğunu bildirsə də, iddiaçı tərəfindən təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-93/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının təsviri hissəsində qeyd edilmişdir ki, 27 iyul 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən iddia olunan və naturada göstərilən bağ sahəsi digər fiziki şəxs X5 adına qeydiyyata alınmışdır. Həmçinin ekspert rəyinə əsasən iddia olunan və naturada göstərilən bağ sahəsi digər fiziki şəxs X5 adına qeydiyyata alınmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi müvafiq məhkəmə aktına əsasən ekspert rəyinə istinad edərək, mübahisəli torpaq sahəsinin X10 məxsus olduğunu bildirsə də, həmin istinad olunan ekspert rəyində torpaq sahəsinin X5 adına qeydiyyata alındığı qeyd edilmişdir. İş materiallarında olan ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X7 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0.116033 ha torpaq sahəsinin mülkiyyətçisidir. İş materiallarında olan Bakı şəhəri İK – nin xx.xx.1991 – ci il tarixli 10/517 nömrəli qərarından isə görünür ki, İddiaçı ayrılmış torpaq sahəsi Bilgəh ərazisində yerləşir. Eyni zamanda iddiaçı da, ona məxsus torpaq sahəsinin Nardaranda deyil, Bilgəhdə yerləşdiyini bildirmişdir. Göründüyü kimi, aydınlaşdırılmalı bir çox məqam olmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə natamam araşdırma aparılaraq iddianın mümkün sayılmaması ilə bağlı nəticəyə gəlinmişdir. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən ilk öncə iddiaçının iddianın dəyişdirilməsinə (dəqiqləşdirilməsinə) qiymət verilməli, daha sonra iddiaçıya məxsus torpaq sahəsinin digər şəxsə məxsus torpaq sahəsi ilə faktiki olaraq üst-üstə düşüb-düşmədiyi müəyyən edilməli, bununla əlaqədar olaraq zərurət olduğu təqdirdə mübahisəli əraziyə yenidən baxış keçirilməli, müvafiq mütəxəssis rəyinin alınaraq ekspertizanın keçirilməsi təmin edilməli, iş üzrə kifayət qədər araşdırma aparıldıqdan sonra yekun nəticəyə gəlinməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qeyrimümkün sayılması nəticəsinə gəlinərkən işin hallarına hərtərəfli yanaşılmamış, bununla da obyektiv araşdırma prinsipinin tələbləri pozulmuşdur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd baxımından düzgün iddia növünün müəyyən olunmasında İPM-in 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsini yerinə yetirməli, eləcə də işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır. AR İPM-nin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4514/2024 nömrəli, xx.xx.2024-cü il tarixli nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri İK-nin xx.xx.1991-ci il tarixli 10/517 nömrəli qərarı ilə ona ayrılmış Bilgəh bağ massivində yerləşən 59 nömrəli X1 nəzdində olan 1550d saylı bağ sahəsinin X2 və daha sonra isə özgənikiləşdirmə nəticəsində X5 adına dövlət reyestrində qeydiyyatının və nəticələrinin etibarsız hesab edilməsinə dair vəzifənin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar