Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-149/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3rşı “məşğulluq hüququnun bərpası, maddi və mənəvi ziyanının ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X8 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3rşı “məşğulluq hüququnun bərpası, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2674/2023 saylı 04 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçıya məxsus AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1979-cu ildə Ağdaş rayonunda doğulmuş İddiaçı Bakı şəhəri, Yasamal rayonunda qeydiyyatdadır. İddiaçı X12 tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş test imtahanında iştirak etmiş, “test imtahanının nəticələrinə dair” İnsan Resursları Departamentinin xx.xx.2021-ci il tarixli elektron məlumatından müəyyən olunur ki, minimal keçid balı müsabiqə nəticələri əsasında 20 bal təyin olunduğu halda, onun yekun nəticəsi 21 bal təşkil etmiş, buna görə də o, işə qəbul prossesinin növbəti mərhələsində iştirak etmək üçün haqq əldə etmişdir. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixində keçirilən müsahibə mərhələsində də iştirak etmiş və həmin mərhələni də uğurla keçməsi ilə bağlı ona elektron məktub göndərilmişdir. Qeyd olunan mərhələləri uğurla başa vurduğu halda uzun müddət işlə təmin olunmadığı üçün cavabdeh quruma dəfələrlə müraciət etsə də, iddiaçının tələbi təmin olunmamışdır. Qeyd olunanlarla bağlı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qeyri-qanuni olaraq pozulmuş konstitusion hüququnun təmin olunması, eyni zamanda məşğulluq hüququnun bərpası, bu müddət ərzində yəni, xx.xx.2021-ci il tarixindən hazırki vaxta qədər olan zaman aralığında işsiz qaldığı müddət ərzində ona dəymiş 20000 manat maddi və 30000 manat dəyərində mənəvi zərərin ödənilməsi və icraya yönəldilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Agentliyin 2021-ci il 1 dekabr tarixində rəsmi olaraq elan olunmuş vakansiya ilə əlaqədar təşkil olunmuş test imtahanında iştirak etmiş, imtahan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas binasında Salatın Əsgərova küçəsi 85 ünvanında keçirilmişdir. İmtahandan bir gün sonra 2 dekabr 2021-ci ildə DMA-nin İnsan Resursları Departamentindən zəng olunaraq (eyni zamanda email vasitəsilə) test imtahanı mərhələsini uğurla keçdiyini və xx.xx.2021-ci il tarixində (Salatin Əsgərova küçəsi, 85) müsahibə mərhələsində iştirak etməsi ilə bağlı məlumat verilmişdir. Həmin tarixdə - 8 dekabr 2021-ci ildə qeyd olunan ünvanda müsahibə mərhələsində iştirak etmiş və beş iş günü sonrası DMA-nin İnsan Resursları Departamentindən zəng olunaraq, müsahibə mərhələsini də uğurla keçdiyi bildirilmişdir. Daha sonra sonuncu mərhələ, yəni elan olunmuş vakansiya üzrə 17 saylı X4 (Beyləqan rayonu) rəhbəri ilə görüşü olduğu bildirilmişdir. 2022-ci il yanvar ayında bildirilmişdir ki, qurumda struktur dəyişiklikləri aparılır, ona görə də sonuncu mərhələnin keçirilməsi ləngiyir. 2022-ci il aprel ayının əvvəlində zəng olunaraq, 17 saylı X4 rəhbəri ilə görüş təyin olundu. Həmin mərkəzin rəhbəri ilə görüşü oldu və görüş sonrası mərkəzin direktoru rəyin Baş idarəyə göndəriləcəyini bildirdi. Bir həftə sonra DMA-nin İnsan Resursları Departamentindən zəng olunaraq bildirilmişdir ki, rəy müsbət olub, onu təbrik edirlər və onun 17 saylı X4 “Təhlil və Tərəfdaşlarla İş” şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunduğu bildirilmişdir. Qısa zamandan sonra ona zəng olunmuş və bildirilmişdir ki, onun İİ qrup əlilliyi (2009-cu ildən müddətsiz) var və mütləq təkrar müayinədən keçməlidir. Müddətsiz əlilliyi olan şəxslərin tibbi müayinəyə cəlb olunması ilə bağlı qanunvericilikdə heç bir hal nəzərdə tutulmayıb. Bu onların daxili qaydalarıdır və onların əməkdaşları mütləq bu əlilliklə bağlı təkrar tibbi müayinədən keçməlidir. Hər hansı dövlət qurumunun qəbul etdiyi daxili qaydalar mütləq şəkildə AR Konstitusiyasına, MM tərəfindən qəbul olunmuş qanunlara, Nazirlər Kabinetinin qərarlarına, AR tərəfdar çıxdığı beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılmalıdır. DMA-də isə bildirilmişdir ki, onların daxili qaydaları nazir tərəfindən şifahi olaraq deyilib və heç bir yazılı sənəd təqdim edə bilmirlər. Bu minvalla o, işə qəbul adı ilə aldadılaraq qeyri qanuni tibbi müayinəyə cəlb edilmiş və əlilliyi ləğv olunmuşdur. Daha sonra işə qəbulu ilə bağlı müraciət etdikdə bildrimişdir ki, onun qardaşının da əlilliyi var və o da mütləq müayinədən keçməlidir, bundan sonra onu işə qəbul edə bilərlər. Qardaşı da haqlı olaraq bu müayinədən imtina etmiş, çünki həmin qurumdan rəsmi göndəriş tələb edib ki, hansı əsasla onu təkrar müayinəyə çağırmışlar. Onlar isə bu məsələ ilə bağlı heç bir rəsmi əsaslandırılmış sənəd təqdim edə bilməyəcəklərini bildiriblər. Bir vətəndaş olaraq onun konstitutsion hüquqları qanunsuz olaraq pozulub, qeyri-qanuni əlilliyi ləğv edilib, məşğulluq hüququ kobud şəkildə pozulub və bu müddət ərzində maddi və mənəvi zərərə məruz qalmışdır. Bu müddət ərzində DMA əməkdaşı olaraq çalışacağı, eyni zamanda aylıq 1600 manat əmək haqqı alacağı üçün başqa müəssisə və təşkilatlar tərəfindən təklif olunmuş vakansiyalara imtina etmişdir. Bu da onun mənəvi cəhətdən keçirdiyi stress, depresiyadan başqa maddi vəziyyətinin də pisləşməsinə səbəb olmuşdur. Ona görə də DMA-nin vətəndaş olaraq ona qarşı aparmış olduğu qeyri- qanuni əmələ hüquqi qiymət verilməli, səbəbkarlar cəzalandırılmalıdırlar. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinə əsasən Agentlik aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentliyin Nizamnaməsinin 4.11.10-cu yarımbəndinə əsasən həmin Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Agentlik öz fəaliyyətində müasir korporativ standartları əsas götürərək məhz kadr siyasətini də müvafiq standartlara uyğun qurmaqdadır. Belə ki, işçilərin Agentlik daxili vəzifəyə təyin və vəzifədən azad edilməsi aidiyyəti üzrə Nazirliklə razılaşdırılmaqla həyata keçirilməkdədir. İddiaçının əlilliyinin təyini və ya dayandırılması barədə iddia tələbi üzrə cavabdeh qismində Agentliyin cəlb edilməsi mümkünlük məsələsini ortaya çıxarmaqdadır. Belə ki, Agentliyin müvafiq Nizamnamə ilə fəaliyyət sahələrində əlilliyin təyini və dayandırılması ilə bağlı tədbirlər nəzərdə tutulmamışdır. Əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs məhz Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Habelə iddia tələbində qeyd edilən iddiaçının məşğulluq hüququnun təmini ilə əlaqədar bildirilmişdir ki, Agentlik öz fəaliyyət istiqamətləri çərçivəsində işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi, habelə onların yenidən əmək bazarına qayıtmasının təmin edilməsi üzrə “Məşğulluq haqqında” Qanuna əsasən müxtəlif tədbirlər icra edir. Məsələ ilə bağlı araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək münasibətləri və məşğulluq” altsistemində xx.xx.2020-ci il tarixdən etibarən hazırki dövrə qədər işsiz kimi qeydiyyatdadır. Vətəndaşın məşğulluğunun təmini istiqamətində iş aparılması məqsədilə ona 20 fevral 2023-cü il tarixdə Agentlik tərəfindən icra olunan məşğulluq tədbirlərinə cəlb olunmağı ilə əlaqədar məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyin (DOST) Mərkəzlərinə və ya X7 filiallarına müraciət etməsi təklifi ilə bağlı xx.xx.2023-cü il tarixli 3-172/2-U-12584/2023 nömrəli müraciət ünvanlanmışdır. İddiaçının Agentliyin hərəkət və ya hərəkətsizliyindən dolayı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbinə münasibətdə isə bildirilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İddia ərizəsinin sadə təhlilindən isə müəyyən olunmaqdadır ki, iddiaçı iddia etdiyi maddi və mənəvi zərərlə onun Agentlikdə müvafiq ştat üzrə işə götürülməməsi arasında səbəbnəticə əlaqəsini əsaslandırmamış, habelə işəgötürəni işçi ilə əlaqədar əmək münasibətlərinə daxil olmaqda sərbəst qərar verdiyi münasibətlər çərçivəsində müvafiq vəzifəyə uyğunsuzluğa görə işə götürülməməsində Agentliyin nə kimi bir hüquq pozuntusuna yol verdiyini qeyd etməyərək əsassız ittihamlar irəli sürmüşdür. Aydın məsələdir ki, maddi ziyanla bağlı iddia tələblərində baş vermiş zərərlə bu zərəri doğurduğu iddia edilən hərəkət və ya hərəkətsizlik arasında səbəb-nəticə əlaqəsi olmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 22-1(112)-2674/2023 saylı 04 aprel 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin 2-1(112)-2674/2023 saylı 04 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, X13 11 dekabr 2023-cü il tarixli 3-17-2/3-3-639/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş Agentlik üzrə “İşə qəbul və təcrübə proqramlarının həyata keçirilməsi prosesi”nin 30.26-30.36-cı bəndlərinə əsasən test mərhələsini uğurlu keçən namizədlər Agentliyin İnsan resursları departamentinin (İRD) əməkdaşları tərəfindən müsahibəyə dəvət olunurlar. Müsahibələr keçirilir və müsahibə nəticələri müvafiq blankda qeyd olunur. Daha sonra müsahibə nəticələri müvafiq "excel" faylında İnsan resursları departamentinin İşə qəbul və planlaşdırma şöbəsinin (İQPŞ) müdirinə təqdim edilir. Həmin excel fayl İQPŞ müdiri tərəfindən İRD müdirinə təqdim edilir. Bundan sonra İQPŞ tərəfindən uyğun namizədin aidiyyəti struktur bölmə rəhbəri ilə müsahibəsi təşkil olunur. Struktur bölmə rəhbəri tərəfindən qərar verilir və elektron poçtla İQPŞ-yə təqdim edilir. Namizədin rəyi müsbət olmadığı təqdirdə, mənfi rəy namizədin şəxsi keyfiyyətləri əsasında verilibsə, yekun rəy İRD müdirinə təqdim edilir. Bildirilir ki, İddiaçı test (21 bal) və müsahibə mərhələlərini uğurla keçdikdən sonra aidiyyəti struktur bölmənin rəhbəri ilə müsahibədə iştirak etmiş və həmin struktur bölmənin rəhbərinin rəyi əsasında İddiaçı Agentliyə işə qəbulu məqbul hesab edilməmiş və bu qərar İRD müdirinin yekun rəyi ilə təsdiqlənmişdir. Müsahibə zamanı İddiaçı şifahi olaraq təklif edilmiş Agentliyin 17 saylı Ərazi Məşğulluq filialında (indiki X9 filialı) böyük mütəxəssis vəzifəsinə test (31 bal) və müsahibə mərhələlərini, həmçinin həmin struktur bölmənin rəhbəri ilə müsahibəni uğurla keçmiş digər bir namizəd həmin vəzifəyə təyin edilmişdir. Bundan sonra İddiaçı dəfələrlə Agentliyə ərizə ilə müraciət etmişdir. Müraciətlərə cavab olaraq Agentlik tərəfindən İddiaçı göndərilən xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubda ona “Məşğulluq” altsistemindəki vakansiya bankından münasib işlər ("xxxx" ASC-də kassir, əmək haqqı 400-600 manat, “X18” ASC-də korporativ kreditlər üzrə kiçik mütəxəssis, əmək haqqı 400-900 manat) təklif olunduğu və bu barədə məlumatların İddiaçı şəxsi kabinetinə yerləşdirildiyi bildirilmişdir. İddiaçı təklif olunan işlərdən hər ikisinə razılıq verdiyi üçün həmin iş yerlərinə elektron göndəriş formalaşdırılmışdır. Bu da özlüyündə İddiaçı Agentliyə işə qəbul mərhələsindən uğurla keçməməsi faktıyla barışdırığını və özünə münasib iş axtardığını sübut edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2019-cu il tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”na əsasən “Məşğulluq haqqında” Qanunun 5.5-ci maddəsinə uyğun olaraq şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü müddətində Mərkəz (Agentliyin yerli qurumları və ya DOST Mərkəzləri) vakansiya bankından münasib iş təklifini seçərək, işaxtaranın şəxsi kabinetində yerləşdirir. İşaxtaran münasib iş təklifini qəbul edib-etmədiyi barədə məlumatı “Məşğulluq” altsisteminə (MAS) daxil edərək təsdiqləməlidir. İşaxtaran tərəfindən qəbul edilmiş münasib iş təklifi əsasında Mərkəzin səlahiyyətli şəxsi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş vakansiyaya göndəriş və işaxtaranın fərdi məşğulluq vərəqindən çıxarış MAS tərəfindən elektron qaydada işəgötürənə göndərilir və işaxtaranın şəxsi kabinetində yerləşdirilir. Göndəriş təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində işəgötürən boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək, bu barədə məlumatı MAS-a daxil etməlidir. İşəgötürən Mərkəzin bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq təqdim etdiyi göndərişə əsasən işaxtaranın vakansiya üzrə işə qəbulundan imtina etməsi və ya vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarı barədə göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı MAS-a daxil edərək, gücləndirilmiş elektron imzası ilə təsdiqləyir. Bundan əlavə İddiaçı xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubla Agentliyə işə qəbul prosesinin ilk iki mərhələsindən uğurla keçdiyinə baxmayaraq sonuncu mərhələdə müsahibə nəticələrinin vakansiyanın tələbləri ilə müqayisədə yetərli olmadığı barədə məlumat verilmişdir. Daha sonra Agentlik tərəfindən İddiaçı məşğulluğunun təmini istiqamətində Agentlik tərəfindən icra olunan məşğulluq tədbirlərinə cəlb olunmağı ilə əlaqədar məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyin (DOST) Mərkəzlərinə və ya X7 filiallarına müraciət etməsi barədə xx.xx.2023-cü il tarixli 3-17-2/2-U-12584/2023 nömrəli məktub ünvanlanmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı 3-17-2/2-U-13690/2023 nömrəli məktub ünvanlanaraq dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədi ilə məşğulluq sahəsində göstərilən xidmətlərdən yararlanmaq üçün X7 filiallarına və ya DOST Mərkəzlərinə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək münasibətləri və məşğulluq” altsistemində (ƏMAS) xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər işsiz kimi qeydiyyatda olmuşdur. xx.xx.2024-cü il tarixdə İddiaçı "xxxx" MMC-də əmək haqqı 669,71 manat olmaqla anbar işçisi vəzifəsinə işə götürülmüşdür. Bu səbəbdən həmin tarixdən məşğul şəxs hesab edildiyi üçün ƏMAS-da qeydiyyatı birdəfəlik dayandırılmışdır. İddiaçının Agentliyin hərəkət və ya hərəkətsizliyindən dolayı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbinə münasibət bildirilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbləri baxımından (İPM-nin 39.1 maddəsi) hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki iddiası mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3rşı tələbi “cavabdeh tərəfindən qeyri- qanuni olaraq pozulmuş konstitusion hüququnun təmin olunması, eyni zamanda məşğulluq hüququnun bərpası, bu müddət ərzində yəni, xx.xx.2021-ci il tarixindən hazırki vaxta qədər olan zaman aralığında işsiz qaldığı müddət ərzində ona dəymiş 20000 manat maddi və 30000 manat dəyərində mənəvi zərərin ödənilməsi və icraya yönəldilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Nizamnaməsinə əsasən Agentlik aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentliyin Nizamnaməsinin 4.11.10-cu yarımbəndinə əsasən həmin Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Agentlik öz fəaliyyətində müasir korporativ standartları əsas götürərək məhz kadr siyasətini də müvafiq standartlara uyğun qurmaqdadır. Belə ki, işçilərin Agentlik daxili vəzifəyə təyin və vəzifədən azad edilməsi aidiyyəti üzrə Nazirliklə razılaşdırılmaqla həyata keçirilməkdədir. Cavabdeh inzibati orqan tərəfindən apellyasiya baxışında təqdim olunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 “İşə qəbul və təcrübə proqramlarının həyata keçirilməsi prossesinə dair Qaydaları”n 30.29cu bəndinə əsasən test mərhələsini uğurlu keşən namizədlər İşə qəbul və planlama şöbəsi (İQPŞ) əməkdaşları tərəfindən müsahibəyə dəvət olunurlar. Həmin Qaydaların 30.30-cu bəndinə əsasən müsahibələr keçirilir və müsahibə nəticələri müvafiq blankda (yaşayış yeri, təhsili, təcrübəsi və potensialına uyğun olaraq) qeyd olunur. Həmin Qaydaların 30.34-36-cı bəndlərinə əsasən İQPŞ tərəfindən uyğun namizədin aidiyyatı sturuktur bölmə rəhbəri ilə müsahibəsi təşkil olunur. Sturuktur bölmə rəhbəri tərəfindən qərar verilir və elektron poçtla İQPŞ-yə təqdim edilir. Namizədin rəyi müsbət olmadığı təqdirdə, mənfi rəy namizədin şəxsi keyfiyyətləri əsasında verilibsə yekun rəy İRD müdirinə təqdim edilir. Bundan sonra prosses 30.38-ci bənd üzrə davam edir. Hazırki işdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə işə qəbul və planlama şöbəsinin təşkil etdiyi test imtahanında iştirak etmiş, 21 bal toplayaraq müsahibə mərhələsində iştirak haqqı qazanmışdır. xx.xx.2022-ci il tarixli müsahibə blankından aydın olur ki, işə qəbul və planlama şöbəsinin rəyinə əsasən namizədin özünü ifadə etmə bacarığının orta, aktiv namizəd olmadığı müəyyən edilmişdir. Namizəd YAP rayon təşkilatında iş fəaliyyətinə başlamış, ən son olaraq Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı kimi fəaliyyətini davam etdirmişdir. İlkin müsahibə rəyinə əsasən namizədin mütəxəssis kimi dəyərləndirilməsi məqbul hesab edilmişdir. X1 mövcud mütəxəssis vəzifələri üzrə uyğunluğunun müəyyən edilməsi məqsədilə bilik səviyyəsi, peşə hazırlığı, şəxsi keyfiyyət və bacarıqları, eləcə də ümumi dünyagörüşü meyarları üzrə qiymətləndirilmiş və növbəti mərhələyə keçirilməsi uyğun hesab edilməmişdir. Cavabdeh tərəfin təqdim etdiyi “namizədin qiymətləndirmə blankı”na əsasən xx.xx.2022-ci il tarixdə keçirilən müsahibədə İddiaçı ünsiyyət-2, empatiya-2, öyrənməyə açıqlığı-3, müştəri yönümlülüyü -2 və stressə davamlılığı -1 balla qiymətləndirilmişdir. Həmin Blankın yekun rəyində namizədin bilik və bacarıqlarının cari vəzifə tələblərini qarşılamadığı, iş təcrübəsi istiqamətinin Agentliyin tələbləri ilə uygunlaşmadığı qeyd olunmuşdur. Agentliyin işində müəsisələrlə iş istiqamətində girişkənlik və danışıqların aparılması çox önəmli olsa da, namizədin bu yöndə zəif qalması, xüsusilə ünsiyyət bacarığı gözləntisini qarşılamadığı göstərilib. RMF olaraq daimi olaraq təkmilləşmə istiqamətində işlər görməkdə olduqlarını, görüləcək əməkdaşın öyrənməyə açıq biri olmalı olduğunu, lakin Pərviz bəyin monotonluğa daha meyilli və məsuliyyət götürməyə cəhd etməkdən çəkinən bir profil olduğu, şəxslər arası münasibətlərin idarə edilməsində çətinlik çəkdiyinin açıq hiss olunduğu, bacarıqlarla yanaşı namizədin sahə üzrə biliklərinin də tələbləri qarşılamadığına görə müvafiq vakansiya uzrə dəyərləndirilməsinin uyğun olmadığı qeyd olunmuşdur. İddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, onun işlə təmin olunmağına köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 daxil olmuş müraciətə müvafiq qaydada baxılmışdır. Müraciətin araşdırılması məqsədilə Agentliyin Bakı Regional Məşğulluq filialının (bundan sonra - Filial) əməkdaşı tərəfindən iddiaçıyla (***-***-**-**) əlaqə saxlanılmışdır. Məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun olaraq ona Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemindəki vakansiya bankından münasib işlər ("xxxx" ASC-də kassir, əməkhaqqı 400-600 manat, “X18” ASC-də korporativ kreditlər üzrə kiçik mütəxəssis, əməkhaqqı 400-900 manat) təklif olunmuş və bu barədə məlumatlar şəxsi kabinetə yerləşdirilmişdir. O, təklif olunan işlərdən hər ikisinə razılıq verdiyi üçün həmin iş yerlərinə elektron göndəriş formalaşdırılmışdır. İddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 işlə təmin olunmağına köməklik göstərilməsi ilə bağlı müraciətə müvafiq qaydada baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, Agentliyə işə qəbul prosesi 3 mərhələdən ibarətdir və namizədin işə qəbul edilməsi üçün bütün mərhələlərdən uğurlu nəticə əldə etməsi mütləqdir. O, ilk iki mərhələni uğurla keçməyinə baxmayaraq sonuncu mərhələdə müsahibə nəticəsi vakansiyanın tələbləri ilə müqayisədə yetərli olmamışdır. İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, işsiz və işaxtaran vətəndaşlara münasibətdə “Məşğulluq haqqında” Qanundan nəzərdə tutulan aktiv məşğulluq tədbirlərinin icrası, habelə şəxslərin əmək bazarına qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulan digər tədbirlərin görülməsi Agentliyin səlahiyyəti daxilindədir. “Məşğulluq haqqında” Qanundan qeyd edilən aktiv məşğulluq tədbirlərindən əlavə, Agentlik “İşsizlikdən sığorta haqqında” Qanunda qeyd edilən əsaslarla əmək münasibətlərinə xitam verilən işsiz şəxslərə yenə həmin Qanunda qeyd edilən məbləğdə və müddətlərdə işsizlikdən sığorta ödənişinin ödənilməsi ilə də bağlı tədbirləri icra etməkdədir. Həm yuxarıda qeyd edilən məhkəmə mübahisəsinin məhkəmədənkənar həll edilməsi, həm də məşğulluğun təmini məqsədilə Agentlik tərəfindən icra olunan məşğulluq tədbirlərinə cəlb olunmağına dair köməklik göstərilməsi ilə bağlı işaxtaran və ya işsiz kımı qeydiyyata alınmağı, habelə məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyin (DOST) Mərkəzlərinə və ya X7 filiallarına müraciət etməyi təklif olunmuşdur. İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublardan müəyyən olunur ki, işlə təmin olunma ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 xx.xx.2023-cü il daxilolma tarixli 3- 17-2/1-U-9444/2023 daxilolma nömrəli müraciətə baxılmışdır. Agentliyə işə qəbul prosesi 3 mərhələdən ibarətdir və namizədin işə qəbul edilməsi üçün bütün mərhələlərdən uğurlu nəticə əldə etməsi mütləqdir. Onun Agentlikdə mövcud olan vakant vəzifələrə uyğunluğunun müəyyən edilməsi məqsədilə bilik səviyyəsi, peşə hazırlığı, şəxsi keyfiyyət və bacarıqlar, eləcə də ümumi dünyagörüşü meyarları üzrə qiymətləndirilmişdir. Test mərhələsini uğurla keçməyinə baxmayaraq, müsahibə mərhələsində nəticəsi vakansiyanın tələbləri ilə müqayisədə yetərli olmamışdır. Sosial rifahın və dayanıqlı məşğulluğun təmin edilməsi məqsədilə məşğulluq sahəsində göstərilən xidmətlərdən yararlanmaq üçün X7 filiallarına və ya DOST Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçməyi tövsiyə olunmuşdur. 2.1.5.0031 №-li reyestrin təsdiq olunmuş surətindən müəyyən olunur ki, 3-17-2/2- U12584/2023 saylı məktub xx.xx.2023-cü il tarixdə sifarişli poçt göndərişi ilə İddiaçı göndərilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən qeyri-qanuni olaraq pozulmuş konstitusion hüququnun təmin olunması, eyni zamanda məşğulluq hüququnun bərpası, bu müddət ərzində yəni, xx.xx.2021-ci il tarixindən hazırki vaxta qədər olan zaman aralığında işsiz qaldığı müddət ərzində ona dəymiş 20000 manat maddi və 30000 manat dəyərində mənəvi zərərin ödənilməsi və icraya yönəldilməsini tələb edir. “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətini düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Həmin Qanunun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İnzibati Prosesual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın diskresion səlahiyyəti inzibati akt formasında həyata keçirdiyi bütün hərəkətlərinə münasibətdə tətbiq olunur. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Başqa sözlə, inzibati orqan bu hərəkəti edə də bilər, etməyə də. İnzibati orqanın səlahiyyətinin diskresion səlahiyyət olub-olmaması çox zaman təfsir məsələsindən asılı olur. Qanunun və Konstitusiyanın məqsədləri inzibati orqana hansı sahələrdə və hansı məqsədlə diskresion səlahiyyət verildiyini müəyyən etməyə imkan verir. Dolayısı ilə, inzibati orqan qanunvericiliklə müəyyən olunmuş məqsədlə bağlı olur və diskresion səlahiyyəti həyata keçirərkən ona uyğun hərəkət edir. Eyni zamanda qeyd edilməlidir ki, əgər qanun ümumi şəkildə hər hansı bir sahənin tənzimləməsini inzibati orqana həvalə edirsə, onda bunu da diskresion səlahiyyətlərin mövcud olma əsası kimi qəbul etmək mümkündür. İnzibati orqanın öz qiymətləndirməsinə əsasən hərəkət etdiyi hallar da diskresion səlahiyyətlərlə oxşar olmaqla işin hallarının inzibati orqanın mülahizəsinə əsasən müəyyənləşdirilməsidir. Bununla qanunverici inzibati orqana səlahiyyət verir ki, inzibati orqan özü müəyyən etsin ki, onun qərar qəbul etməsi üçün işin hansı halları müəyyənləşdirilməlidir və sonradan bu hallar məhkəmə tərəfindən hansı hədlərdə yoxlanıla bilər. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunverici inzibati orqana bəzən həm işin hallarının araşdırılmasında öz mülahizəsinə uyğun hərəkət etmək hüququ verir, həm də işin həll edilməsi zamanı bir neçə qərardan hər hansı bir uyğun variantı seçmək hüququ verir. Yəni, inzibati orqan işin hallarını qiymətləndirmək, eyni vaxtda diskresion səlahiyyətlərdən istifadə etmək imkanından istifadə edir. Bu cür hallarda söhbət qarışıq tərkiblərdən gedir. Lakin hər bir halda məhkəmə inzibati orqanı öz qiymətləndirməsinə əsasən həyata keçirdiyi hərəkətləri diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı rəhbər tutmalı olduğu prinsiplər əsasında yoxlayır. Hazırki işin faktiki hallarına görə, iddiaçı cavabdeh qurum tərəfindən diskresion səlahiyyətində olan müvafiq tarixlərdə təşkil etdiyi test və müsahibədə iştirak etmiş, hər iki mərhələni uğurla başa vurduğu üçün müvafiq struktur bölmə rəhbərinin qəbuluna dəvət almış, mövcud mütəxəssis vəzifəsi üzrə uyğunluğunun müəyyən edilməsi məqsədilə bilik səviyyəsi, peşə hazırlığı, şəxsi keyfiyyət və bacarıqları, eləcə də ümumi dünyagörüşü meyarları üzrə qiymətləndirilmiş və növbəti mərhələyə keçirilməsi uyğun hesab edilməmişdir. Bu zaman cavabdeh qurum “namizədin qiymətləndirmə blankı”ndakı məlumatlara və həmin Blankın yekun rəyinə istinad etmişdir, hansı ki, həmin rəydə namizədin bilik və bacarıqlarının cari vəzifə tələblərini qarşılamadığı, iş təcrübəsi istiqamətinin Agentliyin tələbləri ilə uygunlaşmadığı, namizədin ünsiyyət bacarığının zəif olduğu, monotonluğa daha meyilli və məsuliyyət götürməyə cəhd etməkdən çəkinən bir profil olduğu, şəxslər arası münasibətlərin idarə edilməsində çətinlik çəkdiyinin açıq hiss olunduğu, bacarıqlarla yanaşı namizədin sahə üzrə biliklərinin də tələbləri qarşılamadığı və buna görə də müvafiq vakansiyaya uyğun olmadığı qeyd olunmuşdur. Yəni, iddiaçı cavabdeh inzibati orqanın təşkil etdiyi 3 mərhələli müsahibənin sonuncu mərhələsində nəticəsi vakansiyanın tələbləri ilə müqayisədə yetərli olmadığı üçün cavabdeh inzibati orqan öz diskresion səlahiyyətlərindən istifadə edərək iddiaçını vakant vəzifəyə təyin etməmişdir. Bununla yanaşı, iddiaçının müraciətinə cavab olaraq Agentlik tərəfindən ona xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla “Məşğulluq” altsistemindəki vakansiya bankından münasib işlər ("xxxx" ASC-də kassir, əmək haqqı 400-600 manat, “X18” ASCdə korporativ kreditlər üzrə kiçik mütəxəssis, əmək haqqı 400-900 manat) təklif olunmuş və bu barədə məlumatlar İddiaçı şəxsi kabinetinə yerləşdirilmiş, iddiaçı ona təklif olunan işlərdən hər ikisinə razılıq verdiyi üçün həmin iş yerlərinə cavabdeh qurum tərəfindən elektron göndəriş formalaşdırılmışdır. Bu halı da cavabdeh qurum İddiaçı Agentliyə işə qəbul mərhələsindən uğurla keçməməsi faktıyla barışaraq, özünə münasib iş axtardığını sübut etməsi kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2019-cu il tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”na əsasən “Məşğulluq haqqında” Qanunun 5.5-ci maddəsinə uyğun olaraq şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü müddətində Mərkəz (Agentliyin yerli qurumları və ya DOST Mərkəzləri) vakansiya bankından münasib iş təklifini seçərək, işaxtaranın şəxsi kabinetində yerləşdirir. İşaxtaran münasib iş təklifini qəbul edib-etmədiyi barədə məlumatı “Məşğulluq” altsisteminə (MAS) daxil edərək təsdiqləməlidir. İşaxtaran tərəfindən qəbul edilmiş münasib iş təklifi əsasında Mərkəzin səlahiyyətli şəxsi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş vakansiyaya göndəriş və işaxtaranın fərdi məşğulluq vərəqindən çıxarış MAS tərəfindən elektron qaydada işəgötürənə göndərilir və işaxtaranın şəxsi kabinetində yerləşdirilir. Göndəriş təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində işəgötürən boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək, bu barədə məlumatı MAS-a daxil etməlidir. İşəgötürən Mərkəzin bu Qaydanın 4.3cü bəndinə uyğun olaraq təqdim etdiyi göndərişə əsasən işaxtaranın vakansiya üzrə işə qəbulundan imtina etməsi və ya vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarı barədə göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı MAS-a daxil edərək, gücləndirilmiş elektron imzası ilə təsdiqləyir. Hazırki işdə iddiaçının vakansiya bankından seçdiyi münasib iş yerlərinə ("xxxx" ASC-də kassir, “X18” ASC-də korporativ kreditlər üzrə kiçik mütəxəssis) cavabdeh qurum tərəfindən elektron göndəriş formalaşdırılıb göndərilsə də və bu barədə müvafiq məlumatlar iddiaçının şəxsi kabinetinə yerləşdirilsə də, həmin iş yerlərindən müsbət cavabların alınması müəyyən olunmur. Bu fakt iddiaçının özü tərəfindən də təsdiq olunur. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi, qanunla cavabdeh quruma adı çəkilən iş yerlərinə müvafiq elektron göndəriş formalaşdırıb göndərməkdən başqa hər hansı başqa səlahiyyət verilməmişdir. Lakin nəzərə alınmalıdır ki, cavabdeh qurum iddiaçı barəsində vakansiya bankından seçilmiş iş yerlərinə müvafiq formalaşdırılmış elektron göndərişləri verməsindən uzun müddət keməsinə baxmayaraq müsbət nəticənin əldə olunmadığını nəzərə alaraq iddiaçının məşğulluğunun təmini məqsədilə, onun icra olunan məşğulluq tədbirlərinə cəlb olunmağına dair köməklik göstərilməsi ilə bağlı işaxtaran və ya işsiz kımı qeydiyyata alınmağı, habelə məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyin (DOST) Mərkəzlərinə və ya X7 filiallarına müraciət etməyini müvafiq məktublarla ona təklif etmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək münasibətləri və məşğulluq” altsistemində (ƏMAS) xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər işsiz kimi qeydiyyatda olmuşdur. xx.xx.2024-cü il tarixdə İddiaçı "xxxx" MMC-də əmək haqqı 669,71 manat olmaqla anbar işçisi vəzifəsinə işə götürülmüşdür. Bu səbəbdən həmin tarixdən məşğul şəxs hesab edildiyi üçün ƏMAS-da qeydiyyatı birdəfəlik dayandırılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh orqan tərəfindən diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. İnzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət edilməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçının “cavabdeh tərəfindən qeyri-qanuni olaraq pozulmuş konstitusion hüququnun təmin olunması, eyni zamanda məşğulluq hüququnun bərpası” ilə bağlı tələbi əsassız olduğu üçün haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. İddiaçının “xx.xx.2021-ci il tarixindən hazırki vaxta qədər olan zaman aralığında işsiz qaldığı müddət ərzində ona dəymiş 20000 manat maddi və 30000 manat dəyərində mənəvi zərərin ödənilməsi və icraya yönəldilməsi” barədə tələbinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin tələbi də əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddənin mətnindən göründüyü kimi, cavabdeh inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində şəxsə vurulmuş ziyana görə kompensasiya tələbinə inzibati mühakimə icraatı qaydasında baxılır. Hazırki halda, cavabdeh tərəfindən iddiaçıya ziyan vurulmasına səbəb olan hərəkətə (hərəkətsizliyə) yol verməsi, qanunsuz qərar (inzibati akt) qəbul etməsi işin materiallarından müəyyən edilmir. Əksinə, cavabdehin etirazında qeyd etdiyi dəlillər (iddiaçının məşğulluğunun təmin edilməsi məqsədilə müəyyən addımların atılması, ona müvafiq iş yerlərinin, vəzifələrin təklif olunması, bu barədə cavabdehin formalaşdırılmış elektron göndərişlər verməsi və s.) iddiaçı tərəfindən apellyasiya baxışı zamanı etiraf olunmuşdur. Bu hal da iddiaçının məşğulluq hüququnun bərpası və yol verilməyən qanunsuz hərəkət nəticəsində vurulmuş maddi və mənəvi ziyan tələbinin əhəmiyyətini itirmiş edir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2674/2023 saylı 04 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2674/2023 saylı 04 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-149/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-149/2024
14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver