Məhkəmə qərarları › İş №2-1(103)-1508/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1508/2024

10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1508/2024 10.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndələri X2 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “əlavə ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4445/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə (bundan sonra mətndə Bakı Baş Gömrük İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikasının “X11 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan Bakı Baş Gömrük İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, gətirilmiş həmin qurğuların XİF MN üzrə "xxxx" kodu ilə 5% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, həmin qurğuların sonradan gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün MMC tərəfindən xx.xx.2022-ci il tarixində əlavə ödənilmiş cəmi 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) məbləğin geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC 2017-ci ilin sentyabr ayında Vergilər Nazirliyində qeydiyyatdan keçərək həmin vaxtdan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cəmiyyət sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq xarici ölkələrdən bir çox qurğu və avadanlıqlar alaraq respublikaya gətirir. Növbəti belə hal 2022- ci il avqust ayında baş vermiş və müqavilə əsasında Türkiyə Respublikasının “X11 End Mak. Mimarlıq” şirkətindən aldıqları mallar (split- kondisioner tipli soyutma qurğuları və nəmləndiriciləri) RKX**********004 nömrəli xx.xx.2022-ci il ci il tarixli invoys sənədinə əsasən **********8843 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə XİFMN üzrə "xxxx" nömrəli kod altında (bu kod üzrə təsnifləşdirilən malların gömrük dərəcəsi 5% təşkil edir) gömrük orqanına bəyan edilmişdir. Bundan sonra qeyd olunan bəyannamə üzrə gömrük orqanı tərəfindən 41967,48 manat gömrük ödənişi (gömrük rüsumu və ƏDV) hesablanmış və həmin məbləğ xx.xx.2022-ci il tarixində MMC tərəfindən bank vasitəsilə ödənilmişdir. Lakin bundan sonra onlara məlum olmayan səbəbdən gömrük orqanı malları buraxmamış və bir neçə gün mallar heç bir əsas olmadan gömrükdə saxlanıldıqdan sonra onlara bildirilmişdir ki, həmin malların ekspertizasının aparılması qərara alınmışdır. Bu səbəbdən də mallar xx.xx.2022-ci il tarixində gömrük orqanı tərəfindən X7 İdarəsinə ekspertizaya göndərilmişdir. Həmin İdarənin Bakı Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC-nin ünvanına RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə idxal olunan yüklər “Rekos” markalı soyutma qurğusu olub XİFMN görə "xxxx" alt yarımmövqeyində sinifləşdirilməlidir. Bundan sonra gömrük orqanı tərəfindən MMC məcbur edilmişdir ki, ilkin təqdim olunmuş və hətta həmin orqan tərəfindən hesablanmış gömrük ödənişləri də ödənilmiş gömrük bəyannaməsi dəyişdirilərək ekspertizadan keçirilən mallar XİFMN üzrə "xxxx" kodu altında (bu kod üzrə təsnifləşdirilən malların gömrük dərəcəsi 15% təşkil edir) bəyan olunsun və əvvəl ödənilmiş gömrük ödənişlərindən əlavə olaraq gömrük rüsumu üzrə 14469,65 manat, ƏDV üzrə 2604,53 manat olmaqla, cəmi 17074,18 manat ödəniş edilsin. MMC tərəfindən buna etiraz edildiyi üçün malların rəsmiləşdirilməsinə icazə verilməmiş, mallar müəyyən olunmuş müddətdən 13 (on üç) gün artıq gömrükdə saxlanılmış, bunun da nəticəsində malın yüklü olduğu nəqliyyat vasitəsinin boşdayanmasına görə İddiaçı MMC daşıyıcı şirkətə əlavə olaraq 2975 AZN ödəməyə məcbur olmuşdur. Boşdayanma halı ilə bağlı MMC-nin artıq ödənişlər etməsinin qarşısının alınması, həmçinin də MMC-nin həmin mallara təcili ehtiyyacının yaranması səbəbindən İddiaçı MMC gömrük orqanının tələbi ilə razılaşmaq məcburiyyətində qalmış və ilkin təqdim olunmuş gömrük bəyannaməsində dəyişiklik edilərək, ekspertizadan keçirilən mallar XİFMN üzrə "xxxx" kodu altında bəyan edilmiş, MMC əsassız olaraq xx.xx.2022-ci il tarixində əlavə 14469,65 manat gömrük rüsumu, 2604,53 manat ƏDV olmaqla cəmi 17074,18 manat ödəniş etmiş və xx.xx.2022-ci il tarixində gömrük orqanına daxil olan mallar xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilərək gömrükdən çıxarılmışdır. İdxal etdikləri malların istehsalçısı olan Türkiyə Respublikasının “X11 End Mak. Mimarlıq” şirkəti həmin malları XİFMN üzrə "xxxx" nömrəli kod altında təsnifləşdirmişdir. İstehsalçı tərəfindən verilmiş texniki pasportda və qablaşdırma siyahısında (packing list), hətta gömrük ixrac bəyannaməsində də həmin malların XİFMN üzrə təsnifat kodu "xxxx" kimi göstərilmişdir. Bu səbəbdən də həmin sənədlərə əsasən mallar ölkə ərazisinə gətirilən zaman xx.xx.2022-ci il tarixdə MMC tərəfindən XİF MN üzrə "xxxx" nömrəli kod altında gömrük orqanına bəyan edilmişdir. AR Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 84-cü Qrupunda “Nüvə reaktorları, Qazanlar, Avadanlıq və Mexaniki Qurğular, onların hissələri” təsnifləndirilmişdir. Həmin Qrupun 8415 mal mövqeyində “Rütubəti ayrıca tənzimləyə bilməyən kondisionerlər daxil olmaqla mühərrikli ventilyatorla və havanın temperaturunu və rütubətini ölçən cihazlarla təchiz olunmuş havanın kondisiyalasdırılması üçün qurğular”, həmin mövqenin 8415 81 00 yarımqrupunda “quraşdırılmış soyuducu qurğusu və soyuq-istilik rejimlərinin dəyişdirilməsini təmin edən klapanı olan (reversiv istilik nasosları) qurğular”, həmin yarımqrupun daha aşağı qruplarında isə 8415 81 001 0 kod altında “xüsusi istehsal sahələrində mikroiqlimi saxlamaq üçün havanın temperaturunu və rütubətini avtomatik tənzimləyən sənaye kondisionerləri (0 % gömrük rüsumu) ” və 8415 81 009 0 kod altında “digərləri (5 % gömrük rüsumu)” nəzərdə tutulmuşdur. Gömrük orqanının MMC-ni məcbur edərək gömrük bəyannaməsində qeyd etdirdiyi təsnifat kodu (8418 69 000 9) Nazirlər Kabinetinin qeyd olunan qərarının 84-cü Qrupunun 8418 mal mövqeyində (Soyuducular, dondurucular və elektrik və ya başqa tipli digər soyuducu və ya dondurucu avadanlıq; 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa, istilik nasosları) alt qrup kimi nəzərdə tutulmuşdur. 8418 mal mövqeyinin açıqlamasında qeyd edilmişdir ki, 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa, istilik nasosları 8418 mal mövqeyində təsnifləşdirilir. Göründüyü kimi elə Nazirlər Kabinetinin qərarının özündə 8415 mal mövqeyində nəzərdə tutulmuş xüsusiyyətlərə malik olan qurğuların 8418 mal mövqeyinə aid edilməsi birbaşa istisna edilir. Nazirlər Kabinetinin qərarının yuxarıda qeyd edilən tələbləri baxımından iddiaçı müəssisənin idxal etdiyi qurğular həqiqətən də XİFMN üzrə "xxxx" nömrəli kod altında təsnifləşdirilməlidir. X12 Ekspertiza idarəsi hər hansı bir qanunvericilik aktına və texniki sənədə istinad etmədən, yalnız öz mülahizələrinə əsasən heç bir hüquqi əsası olmayan əsassız rəy vermişdir. Odur ki, idxal edilmiş qurğular MMC tərəfindən ilkin olaraq XİF MN üzrə "xxxx" nömrəli kod altında gömrük orqanına bəyan edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Buna baxmayaraq gömrük orqanı əsassız olaraq həmin bəyannaməni dəyişdirmişdir. İstənilən malın təsnifat kodu istehsalçı tərəfindən verilmiş texniki pasport və digər sənədlər, həmçinin ixrac gömrük bəyannaməsi və invoysda göstərilən koda uyğun müəyyən olunur. Hazırki vəziyyətdə qeyd olunan sənədlərdə malın təsnifat kodu "xxxx" kimi qeyd olunmuşdur. Hansı ki, MMC-nin və yaxud da hər hansı bir üçüncü şəxsin həmin kodu dəyişdirmək səlahiyyəti yoxdur. Göstərilənlərdən tam aydın olur ki, “X11 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan cavabdehin hərəkətləri tamamilə qanunsuz olmuşdur. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş İddiaçı MMC-nin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə məhkəmədən, Türkiyə Respublikasının “X11 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan Bakı Baş Gömrük İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, gətirilmiş həmin qurğuların XİF MN üzrə "xxxx" kodu ilə 5% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, həmin qurğuların sonradan gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün MMC tərəfindən xx.xx.2022-ci il tarixində əlavə ödənilmiş cəmi 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) məbləğin geri qaytarılması barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada müvafiq rəyin verilməsi öhdəliyinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması brədə qərar çıxarılması xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş İddiaçı MMC-nin İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə məhkəmədən, Türkiyə Respublikasının “X11 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan Bakı Baş Gömrük İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, gətirilmiş həmin qurğuların XİF MN üzrə "xxxx" kodu ilə 5% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, həmin qurğuların sonradan gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün MMC tərəfindən xx.xx.2022-ci il tarixində əlavə ödənilmiş cəmi 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) məbləğin geri qaytarılması barədə qərar qəbul edilərək müəyyən olunmuş formada müvafiq rəyin verilməsi öhdəliyinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmasına barədə qərar çıxarılması xahiş olunmuşdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsində göstərilir ki, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Həmin Məcəllənin malların təsnifatı adlanan 321-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan GM-nin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. Qeyd edilən normalara əsasən **********8843 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı şübhə yarandığı üçün müvafiq araşdırma aparılmış və ekspertiza rəyinin verilməsi üçün X7 İdarəsinə müraciət edilmişdir. Həmin müraciət nəticəsində keçirilmiş ilkin ekspertizaya əsasən cavabdehə elektron formada göndərilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyində malın XİF MN üzrə təsnifat kodunun bəyan edilən təsnifat kodundan fərqli olduğu göstərilmişdir. İddiaçı MMC tərəfindən **********8843 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 14469,65 manat, ƏDV üzrə 2604,53 manat olmaqla, ümumilikdə 17074,18 manat təşkil etdiyi, bununla da iddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyənləşdirilmişdir. Daha sonra “Agrocool" MMC-nin direktoru ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət edərək malların kodunun fərqli olması nəticəsində yaranmış gömrük ödənişlərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmiş, həmin gömrük ödənişlərini ödəmiş, Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli 00100/2048 saylı qərarı ilə vurulmuş ziyan tamamilə ödənildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505- ci maddəsinin “qeyd hissəsinin 2-ci bəndi və həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən İddiaçı MMC barəsində inzibati icraata xitam verilmişdir. Həmin qərardan şikayət verilməmişdir. Buna görə də hesab edirlər ki, iddiaçının idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq, dövlət büdcəsinə ödənilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4445/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Türkiyə Respublikasının “X11 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin hərəkətləri qanunsuz hesab edilmiş və Türkiyə Respublikasının “X11 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı ünvanına göndərilmiş qurğuların XİF MN üzrə "xxxx" kodu ilə 5% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, həmin qurğuların 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində əlavə ödənilmiş cəmi 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) məbləğin geri qaytarılması barədə qərar qəbul edilərək, müvafiq rəyin verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında **********1 saylı arayışın surətindən müəyyən olunur ki, İddiaçı MMC (VÖEN **********) ünvan 2 ünvanında qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixdə doldurulmuş **********8843 №-li Gömrük bəyannaməsinin surətindən müəyyən olunur ki, Türkiyə Respublikasının “X11 End X15 X16 EX1 ve TİC. LTD ŞTİ”dən (“Mal göndərən”) Azərbaycan Respublikasının İddiaçı MMC-yə (“Mal qəbul edən”) göndərilmiş ümumi gömrük dəyəri 172288,20 manat olan mallar- Soyuducu qurğusu - 10 HP 0/+5 DORİN KW 14 ədəd; 10 HP 0+10/+15 DORİN/62 KW 2 ədəd; 15 HP 0/+5 DORİN/62 KW 2 ədəd; TEA-50 133 6 T2 EVAPORATOR 13 ədəd; TEA-50 134 6 EVAPORATOR 3 ədəd: Yer saylı: 56Y/H (36 ədəd) 8415 81 0090 kodu altında gömrük orqanına bəyan edilmişdir. Qeyd olunan gömrük bəyannaməsi üzrə 41967,48 manat məbləğində gömrük ödənişi müəyyən olunmuşdur. - xx.xx.2022-ci il tarixdə doldurulmuş **********8843 №-li Gömrük bəyannaməsinin surətindən müəyyən olunur ki, Türkiyə Respublikasının “X11 End X15 X16 EX1 ve TİC. LTD ŞTİ”dən (“Mal göndərən”) Azərbaycan Respublikasının İddiaçı MMC-yə (“Mal qəbul edən”) göndərilmiş ümumi gömrük dəyəri 172288,20 manat olan mallar- Soyuducu qurğusu - 10 HP 0/+5 DORİN KW 14 ədəd; 10 HP 0+10/+15 DORİN/62 KW 2 ədəd; 15 HP 0/+5 DORİN/62 KW 2 ədəd; TEA-50 133 6 T2 EVAPORATOR 13 ədəd; TEA-50 134 6 EVAPORATOR 3 ədəd: Yer saylı: 56Y/H (36 ədəd) 8418 69 0009 kodu altında gömrük orqanına bəyan edilmişdir. Qeyd olunan gömrük bəyannaməsi üzrə 59112,46 manat məbləğində gömrük ödənişi müəyyən olunmuşdur - Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X7na ünvanlanmış xx.xx.2022-ci il tarixli 1400012/0xx-xx/006194 saylı məktubda qeyd olunmuşdur ki, İddiaçı MMC-nın (**********) ünvanına 77BN068/99ZD411 nömrəli nəqliyyat vasitəsi ilə daxıl olmuş yukə gömrük nəzarəti həyata keçirilən zaman malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi məqsədilə ilkin ekspertizanın aparılması zərurəti yaranmışdır. - “Mala baxışın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Gömrük Məcəlləsinin 91-ci maddəsinə uyğun olaraq İddiaçı MMC-nin idxal etdiyi RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoysun bütün mövqeləri üzrə Salyan şossesi 14cü km. ünvanda yerləşən 77BN068/99ZD411 nömrəli nəqliyyat vasitəsində (konteynrdə), anbarda olan malların gömrük ekspertizasının keçirilməsi məqsədi ilə ekspert tərəfindən mallara baxış zamanı “Rekos” markalı soyutma qurğusu, “Rekos” markalı ulturasəs nəmləndirici qurğu (istismarda olmamış politilen qablaşdırmada) müəyyən edilmişdir. -AFB BANK 1 saylı şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mədaxil orderlərinin surətlərindən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən 318843 №-li gömrük bəyannaməsi üzrə 2605 (iki min altı yüz beş) manat məbləğində ƏDV və 14470 (on dörd min dörd yüz yetmiş) manat məbləğində idxal rüsumu dövlət büdcəsinə ödənilmişdir. -Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul olunmuş 00100/2048 №-li, xx.xx.2022-ci il tarixli “İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında” qərarın surətindən müəyyən olunur ki, Bakı Baş Gömrük İdarəsində ünvan 4 ünvanında qeydiyyatda olan "xxxx" MMC barəsində 001- 2051/22 nömrəli inzibati xəta haqqında iş materialları nəzərdən keçirilərək, ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs İddiaçı MMC barəsində 00100-2051/22 nömrəli is üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən xitam verilməsi, inzibati xətanın bilavasitə obyekti olan predmetin 30 sentyabr 2022-ci il tarixdə yükün buraxılışın təsdiq edilməsi ilə qanuni sahibinə qaytarıldığının, "xxxx" MMC tərəfindən ödənilməli olan idxal gömrük rüsumu üzrə 14469,65 manat, ƏDV üzrə 2604.53 manat olmaqla ümumilikdə 17074,18 manat gömrük ödənişləri tamamilə ödənildiyindən vurulmuş ziyanın ödənildiyinin nəzərə alınması qərara alınmışdır. -Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 1400- 012/0xx-xx/00055 saylı, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı MMC-nin adından tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********8843 sorğu nömrəli gömrük bəyannaməsinin rəsmiləşdirilməsi qanunvericiliyə uyğun qaydada həyata keçirilərək yükün buraxılışı təmin edilmişdir. Belə ki, Gömrük Məcəlləsinin 322.1.2- ci maddəsinə istinadən (malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi) yük X7 İdarəsinə göndərilmiş və həmin idarədən daxil olan müvafiq rəyə (2200- 012/0xx-xx/005369 nömrəli xx.xx.2022-ci il tarixli) istinadən yükün rəsmiləşdirilməsi başa çatdırılmışdır. - Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1400-012/0xx-xx/002225 №li məktubla sonuncuya xx.xx.2022-ci il tarixli 1400-012/0xx-xx/00055 №li məktubda göstərilmiş eyni məzmunlu cavab verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/3776 saylı ekspert rəyindən görünür ki, ekspert qarşısında qoyulan suallar üzrə aşağıdakı nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş istilik mübadiləsi aparatlarının “8415 81 009 0” nömrəli koda uyğunluğu müəyyən edilir. -Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4445/2023 №li xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı Türkiyə Respublikasının “X11 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan Bakı Baş Gömrük İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, gətirilmiş həmin qurğuların XİF MN üzrə "xxxx" kodu ilə 5% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, həmin qurğuların sonradan gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün MMC tərəfindən xx.xx.2022- ci il tarixində əlavə ödənilmiş cəmi 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) məbləğin geri qaytarılması barədə qərar qəbul edilərək müəyyən olunmuş formada müvafiq rəyin verilməsi ilə bağlı iddiası üzrə İddiaçı MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə edilmiş müraciəti üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İPM-nin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Bakı Baş Gömrük İdarəsinə 15 (on beş) gün müddət təyin edilməsi qərara alınmışdır. -Qərardadın icrası ilə bağlı Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-33-1100/2-009403/2023 №li məktubda göstərilmişdir ki, gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” ilə nizamlanır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1 -ci bəndinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu - 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundg nəzərdə tutulan hallarda qaytarılır. Həmin Qaydaların 5-ci bəndində göstərilir ki, 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 5.2. Ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi-VÖEN göstərilməlidir. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 3.1 -ci yarımbəndinə əsasən vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1,2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. İddiaçı MMC gömrük orqanına Qaydalarda göstərilən tələblərə və rekvizitlərə cavab verən, ayrı-ayrılıqda tərtib edilməli olan ərizə formaları ilə deyil, formal ərizə ilə müraciət etmiş, həmçinin, həmin müraciətində iddia tələbində göstərdiyindən fərqli tələb irəli sürərək artıq ödənilmiş məbləğin qaytarılması barədə qərar qəbul edilərək rəy tərtib edilməsini deyil, artıq ödədiyini hesab etdiyi məbləğin gömrük orqanı tərəfindən 3 gün müddətində qaytarılmasını tələb etmişdir. Eyni zamanda, məhkəmə qərardadının icrası ilə əlaqədar araşdırma aprılan zaman İddiaçı MMC tərəfindən artıq ödənilmiş 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) artıq ödəmə məbləği aşkarlanmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən: Gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir (maddə 1.0.11). Mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək gömrük orqanlarının vəzifəsidir (maddə 8.0.6). Bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüquqlara malikdirlər (maddə 9.0.3). Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir (maddə- 40.2). Bütün şəxslər malları bu Məcəllədə nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malikdirlər (maddə 82.1). Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, heç bir şəxs malları gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququndan məhrum edilə və ya onun bu hüququ məhdudlaşdırıla bilməz (maddə-82.2). Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq gömrük nəzarətindən keçməlidir (maddə 82.3). Gömrük rəsmiləşdirilməsi bəyannaməsinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır (maddə 104.10). Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır (maddə 104.2). Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir (maddə 150.1). Təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır (maddə 152.3). Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil (maddə153.4). Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası X3 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X8 Edilmiş Sisteminə və X4 xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır (maddə 319.4). Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur (maddə 321.1). Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər (maddə 321.2). Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər (321.3). Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır (maddən 321.4). Hazırkı işin hallarından görünür ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla xarici ölkələrdən bir çox qurğu və avadanlıqlar alaraq respublikaya gətirir. İddiaçı 2022- ci il avqust ayında müqavilə əsasında Türkiyə Respublikasının “X11 End Mak. Mimarlıq” şirkətindən aldıqları mallar (split- kondisioner tipli soyutma qurğuları və nəmləndiriciləri) RKX**********004 nömrəli xx.xx.2022-ci il ci il tarixli invoys sənədinə əsasən **********8843 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Daha sonra **********8843 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı şübhə yarandığı üçün müvafiq araşdırma aparılmış və ekspertiza rəyinin verilməsi üçün X7 İdarəsinə müraciət edilmişdir. xx.xx.2022-ci il tarixli ekspert rəyində malın XİF MN üzrə təsnifat kodunun bəyan edilən təsnifat kodundan fərqli olduğu göstərilmişdir. İddiaçı MMC tərəfindən **********8843 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 14469,65 manat, ƏDV üzrə 2604,53 manat olmaqla, ümumilikdə 17074,18 manat təşkil etdiyi, bununla da iddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyənləşdirilmişdir. İddiaçı tərəfindən göstərilən əlavə ödəniləcək gömrük ödənişləri ödənildikdən sonra inzibati xəta üzrə icraata xitam verilmişdir. İddiaçı hazırda Türkiyə Respublikasının “X11 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan Bakı Baş Gömrük İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, gətirilmiş həmin qurğuların XİF MN üzrə "xxxx" kodu ilə 5% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, həmin qurğuların sonradan gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün MMC tərəfindən xx.xx.2022-ci il tarixində əlavə ödənilmiş cəmi 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) məbləğin geri qaytarılmasını xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh gömrük orqanının hərəkətləri qanuni olmuşdur. Belə ki, iş materiallarında olan “İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 00100/2048 №-li qərarına əsasən İlk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs "xxxx" MMC barəsində 00100-2051/22 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən xitam verilmiş, İnzibati xətanın bilavasitə obyekti olan predmetin 30 sentyabr 2022-ci il tarixdə yükün buraxılışın təsdiq edilməsi ilə qanuni sahibinə qaytarıldığı nəzərə alınmış və “Aqrocool’’ MMC tərəfindən ödənilməli olan idxal gömrük rüsumu üzrə 14469,65 manat, ƏDV üzrə 2604.53 manat olmaqla ümumilikdə 17074,18 manat gömrük ödənişləri tamamilə ödənildiyindən vurulmuş ziyanın ödənildiyi nəzərə alınmışdır. Həmin Qərarda qeyd edilmişdir ki,” "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd edilən faktla bağlı Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində aparılan araşdırma zamanı hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X6 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, nümayəndəsi olduğu şirkətin əsas fəaliyyəti soyuducu anbarların və vitrinlərin quraşdırılmasını həyata keçirməkdən ibarətdir, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasının “X11 End Mak. Mimarlık” şirkətindən 77BN068/99ZD411 nömrə nişanlı yük avtomaşınında soyuducu və nəmləndirici qurğular yükü daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********8843 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, 77BN068/99ZD411 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar İddiaçı MMC və “X11 End Mak. Mımarlık" şirkəti arasında bağlanmış 01/22 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə əsasında sifariş edilmişdir, tərəflər arasında olan razılığa əsasən ödənişlərin 50 %-i mallar idxal edilməmişdən əvvəl, digər 50 %-i isə mallar təhvil alındıqdan sonra 90 gün müddətində həyata keçirilir, "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasının “X11 End Mak. Mimarlık” şirkətindən 77BN068/99ZD411 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar yükü göbndərən şirkət tərəfindən göndərilmiş mal-müşayiət sənədləri əsasında rəsmiləşdirilmiş, göndərilmiş ixrac bəyannaməsində, packinq list sənədində həmin malların kodu ********** qeyd edilmiş, həmin kod malların rəsmiləşdirilməsi həyata keçirilərkən tərtib edilmiş **********8843 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində öz əksini tapmış, lakin malların rəsmiləşdirilməsi zamanı XİFMN üzrə kodunun müəyyənləşdirilməsi məqsədi ilə X7 İdarəsinə müraciət edilmiş, həmin İdarənin rəyinə əsasən idxal edilən malların XİFMN üzrə ********** kod altında deyil, XİFMN üzrə ********** kod altında sinifləşdirildiyi məlum olmuşdur, X7 İdarəsinin rəyinə əsasən malların kodunun fərqli olması nəticəsində yaranmış əlavə gömrük ödənişlərin şirkət olaraq ödəməyə hazırdırlar, bununla əlaqədar olaraq köməklik göstərilməsini xahiş etmişdirlər.” Göstərilən qərardan iddiaçı tərəfindən nə yuxarı inzibati orqana , nə də məhkəməyə şikayət verilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, “"xxxx" MMC-nin ünvanına Türkiyədən 77BN068/99ZD411 nömrəli nəqliyyat vaistəsi ilə daxil olmuş mallar Bakı Baş Gömrük idarəsində **********8843 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Malların rəsimləşdirilməsi həyata keçirilən zaman X7 idarəsinə müraciət edildikdən sonra, malların **********8843 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində bəyan edildiyi ********** kod altında deyil, fərqli kod altında sinifləşdirildiyi məlum olmuşdur. Bildiririk ki, malların kodunun fərqli olması nəticəsində yaranmış gömrük ödənişlərinin şirkət olaraq ödəməyə hazırıq. Bununla bağlı köməklik göstərilməsini Sizdən xahiş edirik.” Eyni zamanda X7 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinin surətindən müəyyən olunur ki, Bakı Baş Gömrük İdarəsinin 1400-012/002- 25/006194 nömrəli xx.xx.2022-ci il tarixli müraciət mətubuna əsasən Yükün XİF MN üzrə təsnifat kodunun müəyyən edilməsi barədə sənədlərə (RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys, gömrük bəyannaməsi; Politelin qablaşmaya qablaşdırılmış “Rekos” markalı soyutma qurğusu, “Rekos” markalı ulturasəs nəmləndirici qurğu”larla bağlı) xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə X7 İdarəsində ilkin ekspertiza aparılmışdır. Ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin ünvanına RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1-7-ci mövqeləri üzrə idxal olunan yüklər XİF MN görə aşağıdakı qaydada sinifləşdirilir. XİF MN Üzrə kod İnvoys, mövqe Malın adı RKX**********004 1-6-cı mövqeləri ********** üzrə “Rekos” markalı soyutma qurğusu ********** 7-ci mövqeyi üzrə “Rekos” markalı ulturasəs nəmləndirici qurğu Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən **********8843 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 14469,65 manat, ƏDV üzrə 2604,53 manat olmaqla, ümumilikdə 17074,18 manat təşkil etdiyi, bununla da iddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyənləşdirilmişdir. Daha sonra İddiaçı direktoru ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət edərək malların kodunun fərqli olması nəticəsində yaranmış gömrük ödənişlərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmiş, həmin gömrük ödənişlərini ödəmiş, Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli 00100/2048 saylı Qərarı ilə vurulmuş ziyan tamamilə ödənildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndi və həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən İddiaçı MMC barəsində inzibati icraata xitam verilmişdir. Həmin qərardan şikayət verilməmişdir. Göründüyü kimi iddiaçı özü də gömrük prosedurlarından keçmə zamanı təyin edilmiş ekspertizanın nəticəsi ilə razılaşmış, əlavə yaranmış gömrük rüsumunun ödənişinin edilməsi üçün ona şərait yaradılmasını xahiş etmiş və ödənişi könüllü şəkildə etmişdir. İddiaçı həmin anda cavabdehin hərəkətlərini mübahisələndirməmiş, məhkəməyə müvəqqəti müdafiə tədbiri üçün müraciət etməmiş, qanunvericilikdə nəzərdə tutulmuş müdafiə tədbirlərindən istifadə etməmişdir, habelə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu da mübahisələndirməmişdir. Həmçinin işin birinci instansiya icraatı zamanı X1 eksperti Qahirə Məmmədova tərəfindən məhkəməyə izahat verilərək idxal edilmiş malların texniki pasportuna əsasən həmin təsnifat kodunun müəyyənləşdirildiyi bildirilmişdir. Lakin, məhkəmə qərarında ekspertin rəyinə və izahatına qiymət verilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənilmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 148.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirən malların və nəqliyyat vasitələrinin sahibi, yaxud onunla bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər, 148.2-ci maddəsinə əsasən gömrük bəyannaməsinin təsdiq edilməsi şəxsin üzərinə xüsusi öhdəliklər qoyduğu hallarda, gömrük bəyannaməsi yalnız həmin şəxs tərəfindən və ya onun adından çıxış edən şəxs tərəfindən verilməlidir, 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifələri aşağıdakılardır: 148.3.1. malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək; 148.3.2. malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək; 148.3.3. gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək; 148.3.4. gömrük ödənişlərini ödəmək;148.3.5. gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək. 151.1-ci maddəsinə əsasən gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır:151.1.1. malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını; 151.1.2. gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu; 151.1.3. gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını;151.1.4. gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu; 151.1.5. gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini. 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 157.2-ci maddəsinə əsasən gömrük bəyannaməsində göstərilən məlumatların gömrük orqanları tərəfindən yoxlanılmasının nəticələri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir. 158.1-ci maddəsinə əsasən malların yoxlanıldığı, prob və nümunələrin götürüldüyü, ekspertizasının aparıldığı yerlərə daşınması, bununla əlaqədar yükləmə-boşaltma işləri və digər yük əməliyyatları bəyannaməçinin özü tərəfindən, yaxud onun məsuliyyəti altında həyata keçirilir. Bu zaman yaranan xərclər bəyannaməçi tərəfindən ödənilir. 158.2-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yoxlanılması, onlardan prob və nümunələr götürülməsi prosesində iştirak edə bilərlər. Bəyannaməçi mallardan prob və nümunələrin götürülməsində gömrük orqanlarının vəzifəli şəxslərinə yardım göstərməlidir. 158.3-cü maddəsinə əsasən gömrük orqanları bu Məcəllənin 91.3-cü maddəsində göstərilən hallarda mallardan prob və nümunələri bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan götürmək hüququna malikdirlər. 224.1-ci maddəsinə əsasən bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 224.2-ci maddəsinə əsasən gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir. 224.4-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən gömrük ödənişləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sadələşdirilmiş qaydada alınır. 224.5-ci maddəsinə əsasən bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. 242.2-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. 266.1-ci maddəsinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır 266.2-ci maddəsinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 266.3-cü maddəsinə əsasən şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 1.4-cü bəndinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. 2.1-ci bəndinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu - 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda qaytarılır. 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 5.2. Ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işin məhkəmə araşdırılması zamanı yuxarıda qeyd edilən qanunvericilik normalarında artıq ödənilmiş gömrük ödənişlərinin geri ödənilməsini nəzərdə tutan halların mövcud olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4445/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4445/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı « Türkiyə Respublikasının “X11 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan Bakı Baş Gömrük İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, gətirilmiş həmin qurğuların XİF MN üzrə "xxxx" kodu ilə 5% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, həmin qurğuların sonradan gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün MMC tərəfindən xx.xx.2022-ci il tarixində əlavə ödənilmiş cəmi 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) məbləğin geri qaytarılması barədə qərar qəbul edilərək müəyyən olunmuş formada müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar