Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1536/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1536 /2023 (Açar sözlər: “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi”) Bakı şəhəri 16 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifov və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Renta alan X8 ilə renta ödəyicisi İddiaçı arasında 12 may 2018-ci il tarixli renta müqaviləsi bağlanmışdır. Müqavilədə nəzərdə tutulmuşdur ki: - (1-ci bənd) renta alan Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 104 saylı evin 14 saylı 32,4 kv.m ümumi sahəsi olan mənzilini (tam) renta ödəyicisinin mülkiyyətinə verir; - (4-cü bənd) ömürlük renta üçün özgəninkiləşdirilən əmlakı renta alan renta ödəyicisinin mülkiyyətinə pulsuz verir. Renta müqaviləsi üzrə öhdəliklər aşağıdakı kimi müəyyən edilir: renta ödəyicisi İddiaçı renta alan X6 özgəninkiləşdirilən tam hissə (32,4 kv.m) müqabilində aylıq 200 manat haqq ödəməlidir. Həmin 200 manat məbləğindən İddiaçı X6 ömrünün sonuna qədər hər ay 150 manat dəyərində ərzaq, geyim, həkim xidməti, dərman, lazım olan qulluq və tələb olunan digər yardımla təmin etməyi, bundan əlavə hər ay ona 50 manat nağd ödəməyi öz öhdəsinə götürür.
2. Bakı şəhəri Təcili Tibbi və X1 tərəfindən ünvan 1 ünvanına 26 oktyabr 2019-cu il tarixli (saat 11:31) çağırış üzrə X6 “sahə həkimi üçün xəbərdarlıq vərəqəsi” verilmişdir.
3. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 31 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, X8 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Bakı şəhəri üzrə ölün haqqında akt qeydi aşkar olunmamışdır (arxiv məlumatları 27 oktyabr 2019-cu il tarixdən 31 oktyabr 2017-ci il tarixədək yoxlanılmışdır).
4. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin İddiaçı ünvanlanmış 31 oktyabr 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülür.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsinin İddiaçı ünvanlanmış 13 avqust 2021-ci il tarixli məktubunda bildirilir ki, 10 avqust 2021-ci il tarixdə Birliyə daxil olmuş ərizədə göstərdiyi kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirinin 3 iyul 2015-ci il tarixli 52 nömrəli əmrilə təsdiq edilmiş «Ölüm haqqında tibbi şəhadətnamənin verilmə qaydasına dair Təlimat»ın tələbinə əsasən Cavabdehn şöbələrində ölümün səbəbinə dair ölüm haqqında tibbi şəhadətnamə o vaxt verilir ki, həmin şəxsin meyiti Birliyin şöbələrindən birinə daxil olmuş olsun və meyit xarici, daxili olmaqla tam məhkəmə-tibbi müayhinədən keçirilsin. Mərhum X7 meyiti isə, onun ölümünün baş verdiyi ərazi üzrə, yəni Birliyin Nərimanov rayon şöbəsinə 27 oktyabr 2019-cu il tarixdən bu günə kimi daxil olmamış və meyitlərin qeydiyyatı kitabından keçməmişdir. Ona görə də mərhum X7 ölümünün səbəbinə dair ölüm haqqında tibbi şəhadətnamənin Birlik tərəfindən verilməsi mümkün deyildir. Ərizədə qeyd edildiyi kimi, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair Təlimatın 12-ci maddəsində “Şəhadətnamə”nin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Ona görə də mərhum X7 ölüm faktının təsdiqi və ölüm haqqında şəhadətnamənin verilməsi üçün ölümün baş verdiyi ərazi üzrə məhkəməyə müraciət edilməsi qanunauyğun olardı.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsinə qarşı «ölüm haqqında tibbi şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
7. İddia ərizəsində bildirilir ki, mərhum X8 ilə İddiaçı arasında 12 may 2018-ci il tarixdə renta müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı renta ödəyicisi olaraq renta alan X6 özgəninkiləşdirilən tam hissə (32,4 kv.m) müqabilində aylıq 200 manat haqq ödəməli, həmin 200 manat məbləğindən iddiaçı X6 ömrünün sonuna qədər hər ay 150 manat dəyərində ərzaq, geyim, həkim xidməti, dərman, lazım olam qulluq və tələb olunan digər yardımla təmin etməyi, bundan əlavə də ona hər ay 50 manat nəğd pul ödəməyi öz üzərinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq X8 ölən günədək iddiaçı öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. X8 25 yanvar 1948-ci il tarixdə doğulmuşdur və ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 26 oktyabr 2019-cu il tarixdə X2 səhhəti pisləşdiyi üçün iddiaçı Bakı şəhəri Təcili və X9 Stansiyasına müraciət etmişdir. X11 həkimləri həmin tarixdə X2 yaşadığı ünvana gələrək, ona tibbi yardım etdikdən sonra onun səhhəti normallaşmış və müalicəsi üçün müəyyən dərman pereparatlarının alınması ilə bağlı tövsiyyələr vermişlər. Növbəti gün X2 səhhəti daha da pisləşmiş və o, 27 oktyabr 2019-cu ıl tarixdə yaşadığı ünvan 3 ünvanında vəfat etmişdir. X2 ölümü ilə bağlı Bakı şəhəri Təcili və X9 Stansiyasının 01 saylı yardım stansiyasına müraciət edilmiş, lakin stansiyanın nümayəndələri gələndə artıq gec olmuş, mərhum artıq ölmüşdür. Təcili və X9 Stansiyasının 27 oktyabr 2019-cu il tarixli arayışına əsasən həmin tarixdə saat 16:25-də ünvan 1 ünvanına X2 adına çağırış olmuş, çağırışa gələn həkim tərəfindən qadın cinsli meyit aşkar edilmişdir. X2 ölümündən sonra ona ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə müraciət olunmuşdur, lakin onun ölümü barədə tibbi şəhadətnamə olmadığından akt qeydinin aparılmasından imtina edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehnə müraciət olunmuş və Bakı şəhəri, Nərımanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 104 saylı 14 saylı mənzilində qeydiyyatda olmuş, 25 yanvar 1948-ci il təvəllüdlü X2 ölümü haqqında tibbi şəhadətnamə (F106/u) verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh X2 ölümü haqqında tibbi şəhadətnamənin (F106/u) verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı 13 avqust 2021-ci il tarixli 2373 saylı məktubunda qeyd edilmişdir ki, “Sizin 10 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehnə daxil olmuş ərizənizə baxıldı. Ərizədə qaldırdığınız məsələ ilə əlaqədar olaraq bildiririk ki, ərizənizdə özünüzün də göstərdiyiniz kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirinin xx.xx.2015-ci il tarixli, 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilmə qaydasına dair Təlimaf’m tələbinə əsasən Cavabdehn şöbələrində ölümün səbəbinə dair “Ölüm haqqında tibbi şəhadətnamə” o vaxt verilir ki, həmin şəxsin meyiti şöbələrimizdən birinə daxil olmuş olsun və meyit xarici, daxili olmaqla tam məhkəmə-tibbi müayinədən keçirilsin. Mərhum X2 meyiti isə onun ölümünün baş verdiyi ərazi üzrə, yəni “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin Nərimanov rayon şöbəsinə 27 oktyabr 2019-cu il tarixdən bu günə kimi daxil olmamış və meyitlərin qeydiyyatı kitabından keçməmişdir. Ona görə də mərhum X2 ölümünün səbəbinə dair “Ölüm haqqında tibbi şəhadətnamə”nin rəhbərlik etdiyi Birlikdə verilməsi mümkün deyildir. Özünüzün də qeyd etdiyiniz kimi, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilmə qaydasına dair Təlimaf’m 12-ci maddəsində Şəhadətnamə”nin verilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll olunur. Ona görə də X2 ölüm faktının təsdiqi və “Ölüm haqqında şəhadətnamə”nin verilməsi üçün Sizin ölümün baş verdiyi ərazi üzrə Məhkəməyə müraciət etməyiniz qanunauyğun olardı. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh imtinası əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının tələblərindən göründüyü kimi, “Ölüm haqqında tibbi şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar ardıcıllıqla qeyd olunmalı, ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X3 (XBT-10)” üzrə kodlaşdırılmışdır. Lakin hazırki halda X2 adma çağırış olmuş, çağırışa gələn Təcili və X9 Stansiyasının həkimi tərəfindən doldurulmuş Ölüm haqqında xəbərdarlıq vərəqəsində ölümün səbəbi göstərilməmişdir. Qeyd olunan Qaydaların tələblərindən də göründüyü kimi, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5,-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadjğı ərazi üzrə ambulator tibb müəssisəsi.tərəfindən verilir, ölümün baş vermə səbəbi məlum olmayan hallarda isə patalojianatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Göstərilənlərə və İPM-in 2.2.2, 33-cü maddələrinə əsaslanaraq, məhkəmədən ünvan 3 ünvanında qeydiyyatda olmuş, 25 yanvar 1948-ci il təvəllüdlü X2 ölümü haqqında tibbi şəhadətnamə (F106/u) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik normaları şəxsə “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsini “Xəbərdarlıq vərəqəsi”nin və ya tibbi sənədlərin (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) təqdim edilməsi ilə şərtləndirir və həmin şəhadətnamənin verilməsi səlahiyyətini ayrı-ayrı kateqoriyadan olan tibb müəssisələrinə verir: 1) stasionar tibb müəssisəsi – ölüm hadisəsi vəfat edən şəxsin həmin tibb müəssisəsində müayinə və ya müalicə olunduğu vaxt baş vermişsə; 2) patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi – hamiləlik və doğuşla əlaqədar, infeksion xəstəliklər, zorakı ölümə şübhə olduqda, ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 3) şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi – yuxarıda sadalananlardan başqa digər hallarda.
10. 1948-ci il təvəllüdlü X8 tibbi müəssisə kimi hazırkı cavabdeh “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsin şöbələrində deyil, ev şəraitində vəfat etməmişdir və müvafiq “Xəbərdarlıq vərəqəsi”nə əsasən onun ölümünün səbəbi məlum deyil. Belə olan halda, «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın 4-cü bəndinin tələblərinə görə həmin şəxsin (X2) ölümü barədə “Ölüm haqqında tibbi şəhadətnamə” müvafiq patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi kimi cavabdeh “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsi tərəfindən verilə bilməz.
11. Odur ki, məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli 05 nömrəli əmri ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın müddəalarını da rəhbər tutaraq belə qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsi 1948-ci il təvəllüdlü X2 vəfatı ilə əlaqədar “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu imtina qanuna zidd sayılmamalıdır. Odur ki, iddia əsaslı qiymətləndirilmir.
12. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
13. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsinə qarşı «ölüm haqqında tibbi şəhadətnamənin verilməsi» tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir.
14. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, 70-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 2.0.6-cı, 24-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci, 194cü maddələrinə, «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli 05 nömrəli əmri ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın 1.1-ci, 4.1-ci, 4.3-cü, 4.4-cü, 4.5-ci, 5.3-cü bəndlərinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22-1(112)- 3230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iddiaçının mümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
19. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 70-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
21. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - Həmin Məcəllənin 194-cü maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır.
23. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən insanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»na görə - (8.1-ci bənd) Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır; - (8.5-ci bənd) Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır.Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli 05 nömrəli əmri ilə təsdiq edilmiş «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın 1.1-ci bəndinə görə bu qayda «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 39cu maddəsinin ikinci hissəsinə əsasən insanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarlarını və qaydasını müəyyən edir.
- Həmin Qaydanın 4.1-ci bəndinə görə “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanatorkurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. - Həmin Qaydanın 4.3-cü bəndinə görə ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. - Həmin Qaydanın 4.4-cü bəndinə görə aşağıdakı hallarda tibbi şəhadətnamə patolojianatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: - (4.4.1) hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; - (4.4.2) infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; - (4.4.3) tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; - (4.4.4) zorakı ölümə şübhə olduğu hallarda; - (4.4.5) ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; - (4.4.6) ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda. - Həmin Qaydanın 4.5-ci bəndinə görə ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. - Həmin Qaydanın 5.3-cü bəndinə görə şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
30. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsinə qarşı «ölüm haqqında tibbi şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
31. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh X2 ölümü haqqında tibbi şəhadətnamənin (F106/u) verilməsindən imtina etmişdir.
32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı 13 avqust 2021-ci il tarixli 2373 saylı məktubunda qeyd edilmişdir ki, “Sizin 10 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehnə daxil olmuş ərizənizə baxıldı. Ərizədə qaldırdığınız məsələ ilə əlaqədar olaraq bildiririk ki, ərizənizdə özünüzün də göstərdiyiniz kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirinin xx.xx.2015-ci il tarixli, 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilmə qaydasına dair Təlimaf’m tələbinə əsasən Cavabdehn şöbələrində ölümün səbəbinə dair “Ölüm haqqında tibbi şəhadətnamə” o vaxt verilir ki, həmin şəxsin meyiti şöbələrimizdən birinə daxil olmuş olsun və meyit xarici, daxili olmaqla tam məhkəmə-tibbi müayinədən keçirilsin. Mərhum X2 meyiti isə onun ölümünün baş verdiyi ərazi üzrə, yəni “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin Nərimanov rayon şöbəsinə 27 oktyabr 2019cu il tarixdən bu günə kimi daxil olmamış və meyitlərin qeydiyyatı kitabından keçməmişdir. Ona görə də mərhum X2 ölümünün səbəbinə dair “Ölüm haqqında tibbi şəhadətnamə”nin rəhbərlik etdiyi Birlikdə verilməsi mümkün deyildir. Özünüzün də qeyd etdiyiniz kimi, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilmə qaydasına dair Təlimaf’m 12-ci maddəsində Şəhadətnamə”nin verilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll olunur. Ona görə də X2 ölüm faktının təsdiqi və “Ölüm haqqında şəhadətnamə”nin verilməsi üçün Sizin ölümün baş verdiyi ərazi üzrə Məhkəməyə müraciət etməyiniz qanunauyğun olardı.
33. Məhkəmə Kollegiyası iddiaçının iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə razılaşır.
34. Məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, 1948-ci il təvəllüdlü X8 tibbi müəssisə kimi hazırkı cavabdeh “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsin şöbələrində deyil, ev şəraitində vəfat etməmişdir və müvafiq “Xəbərdarlıq vərəqəsi”nə əsasən onun ölümünün səbəbi məlum deyil. Belə olan halda, «İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası»nın 4-cü bəndinin tələblərinə görə həmin şəxsin (X2) ölümü barədə “Ölüm haqqında tibbi şəhadətnamə” müvafiq patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi kimi cavabdeh “Məhkəmə-Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsi tərəfindən verilə bilməz
35. Məhkəmə Kollegiyası vurğulayır ki, hazırkı halda ölümün səbəbinin inzibati icraat qaydasında müəyyən edilməsi nəzərdə tutulmadığından iddiaçı fakt təsdiqi qaydasında ümumi məhkəməyə müraciət edə bilər.
36. Məhkəmə Kollegiyası iddiaçının cavabdehə müraciət etməklə imtina cavabı aldığını nəzərə alaraq və tətbiq edilən hüquq normalarına istinad edərək hesab edir ki, iddia mümkün sayılmaqla rədd edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin mövqeyi əsaslıdır.
37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.