Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1538/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə Firudin oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “dəqiqləşmiş vergi bəyannaməsinin təqdim edilməsi üçün şərait yaradılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11845/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərəkqarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “E-taxes.gov.az internet vergi portalında 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edilməsi üçün şərait yaradılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul edilmiş 22 dekabr 2020-ci il tarixli **********142840 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar əsasında müəssisyə ümumilikdə 739605,98 manat əlavə vergi məbləği və 373255,05 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda, bununla bağlıDövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtiadi araşdırılması Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 213.3-cü maddəsinə əsasən (xüsusi ilə külli miqadar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma) ********* nömrəli cinayət işi başlanmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 5(011)- 314/2022 saylı qərarına əsasən ********* nömrəli cinayət işi üzrə ünvan 1 ünvanında axtarışın aparılmasının və "xxxx" MMC-nin fəaliyyətini əks etdirən cinayət işi üçün əhəmiyyət kəsb edən sənədlərin, elektron məlumatların, elektron informasiya daşıyıcılarının götürülməsi növündə istintaq hərəkətlərinin aparılmasına icazə verilmiş və xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında axtarış və götürmə tədbiri həyata keçirilmişdir. Bakı İnzibati Məhkəməsinin 5 noyabr 2021-ci il tarixli 2-1(112)- 3725/2021 saylı qərarına əsasən 22 dekabr 2020-ci il tarixli **********142840 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ədv və mənfəət vergisinin hesablanması və həmin vergi məbləğləri üzrə maliyyə sanskiyalarının tətbiq edilməsi hissəsində ləğv edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(103)-1315/2022 nömrəli qərarı ilə , həmin qərar da öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-271/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, ********* nömrəli cinayət işi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla xitam verilmiş və 28 mart 2023-cü il tarixli maddi sübutların qaytarılması barədə Protokola əsasən xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında axtarış və götürmə tədbiri zamanı müvafiq sənədlər, prosesorlar və kompyuterlər geri qaytarılmışdır. 22 dekabr 2020-ci il tarixli **********142840 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunduqdan sonra müəssisənin bank hesabların alınmalı sərəncam qoyulmuş, əsassız hesablanmış vergi ərizəni imzalayan şəxs haqqında məlumat: məbləğinin müəssisənin bank hesabından silinməsi təmin edilmiş, nəticədə müəssisənin fəaliyyəti iflic hala düşmüş və müəssisə fəaliyyətini dayandırmışdır. 2021-ci ilin sonunda müəyyən olunmuşdur ki, 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi zərurəti yaranmışdır. Lakin, müəssisənin hesabat sənədləri, o cümlədən uçot məlumatları saxlanılan kompyuterlər ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə keçirilmiş axtarış və götürmə zamanı götürüldüyündən sözügedən dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi mümkün olmamışdır. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Lakin, vergi orqanının apardığı istintaq hərəkətləri nəticəsində onun 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddət ötürülmüşdür. Həmin bəyannmələrin təqdim edilə bilməməsi, vergi orqanlanın əsassız hesablamaları ilə iflic vəziyyətə düşmüş müəssisədə əlavə vergi öhdəlikləri yaratmışdır. Tərəfindən xx.xx.2023cü il tarixli ərizə ilə cavabdehə müraciət olunaraq 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi üçün şəarit yaradılması xahiş edilmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla ərizəyə cavab verərək əsaslı xahişinin icrasından əsassız olaraq imtina edilmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Cinayət işi 2019-cu ilin mənfəət vergisi və 2019-cu ilin dekabr ayının əlavə dəyər vergisi üzrə hesablamaları əhatə etmir. Belə olan halda, həmin dövrlər üzrə bəyannamələrin vaxtında təqdim edilməməsi əsası mövcud deyildir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11845/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMC-yə “E-taxes.gov.az” internet vergi portalında 2019- cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edilməsi üçün şərait yaradılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə nəzərə alınmışdır. Eyni zamanda, aparılmış araşdırma zamanı 2019-ci ilin dekabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş HU seriyalı 226400 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə (**********)-a 102.39 manat ƏDV məbləği ödənilmədiyi üçün, bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz, o cümlədən, İG seriyalı 582068, 430054, 582070 və 727306 nömrəli VHF-lər üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən böyük olması səbəbindən kənarlaşma yaranmışdır. Həmçinin, təqdim edilmiş bəyannamənin 308-ci "VM 175.1-ci maddəsinə əsasən, alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 67.892,78 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 63.986,41 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********939500 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin dekabr ayı ƏDV üzrə 6698,54 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********784300 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Sözügedən Qərar vergi ödəyicisi tərəfindən elə həmin tarixdə, yəni xx.xx.2020-ci ildə oxunmuş, qanunvericiliklə nəzərdə tutulan müddət ərzində mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, cinayət işi həmin dövrü əhatə etməsə də, iddiaçıda 2019-cu ilə aid hesabat sənədləri olmadığından, dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi mümkün olmamışdır. Cavabdeh orqan tərəfindən isə 2019-cu il tarixə müəssisənin hesabat sənədləri, o cümlədən, uçot məlumatları saxlanılan kompüterlərin iddiaçıda olması sübuta yetirilə bilməmişdir. “Aercompanyqrup" MMC-də səyyar vergi yoxlaması ilə hesablanmış 2017-2018-ci illər üzrə 99781,71 manat mənfəət vergisi, 2017-ci ilin aprel, iyun-iyul, oktyabr, dekabr, 2018-ci ilin aprel, iyun, oktyabr-dekabr, 2019-cu ilin fevral, aprel-iyun və avqust ayları üzrə 639488,27 manat əlavə dəyər vergisi, 2017-ci ilin 1-ci-2018-ci ilin 4-cü rübləri üzrə 336,0 manat ödəmə mənbəyində tutulan vergi, eləcə də 2019- cu ilin yanvar ayı üzrə 0,01 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə, xüsusi ilə külli miqdar təşkil edən 739605,99 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2021-ci ildə AR CM-nin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, ibtidai araşdırma aparılmış və xx.xx.2023-cü ildə həmin cinayət işi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, cinayət işi 2019-cu ilin mənfəət vergisi və 2019-cu ilin dekabr ayının əlavə dəyər vergisi üzrə hesablamaları əhatə etmir. Məhkəmə iddiaçıda 2019-cu ilə aid hesabat sənədləri olmadığını qeyd etsə də, bu dəlili əsaslandırmamışdır. Belə olan halda, həmin dövrlər üzrə bəyannamələrin vaxtında təqdim edilməməsi əsası mövcud deyildir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdyini bildirərək təmin olunmasını, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı İPM-in 34.1-ci maddəsinin tələbi qaydasında öhdəliyin icrası haqqında iddia vasitəsilə cavabdehin üzərinə “Etaxes.gov.az internet vergi portalında 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edilməsi üçün şərait yaradılması vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi təmin olunmuşdur. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə istinadən hesab etmişdir ki, iddiaçıya texniki imkan yaradılmalı, yalnız 1 dəfə 2019-cu ilin dekabr ayı üzrə ƏDV və 2019-cu ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş bəyannamələrin verilməsinə şərait yaradılmalı, cavabdeh orqan təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamələr əsasında qanunvericiliklə nəzərdə tutulmuş müddətdə kameral vergi yoxlamanı aparmalıdır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən aparılmış səyyar vergi yoxlamasının nəticələrinə dair 22 dekabr 2020-ci il tarixli **********142840 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qəbul edilmiş, eyni zamanda aşkar olunmuş faktlar üzrə cinayət işi də başlanaraq, iddiaçının olduğu yerdə axtarış və götürmə tədbiri həyata keçirilmiş və mühasibətlıq sənədləri, o cümlədən, mühasibatlıq məlumatların təsbit olunduğu kompüter də götürülmüş, vergi orqanının onu məsuliyyətə cəlb edən qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-271/2023 nömrəli yekun qərarı ilə iş onun xeyrinə başa çatdıqdan sonra yalnız cinayət işi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla xitam verilmiş və 28 mart 2023-cü il tarixdə ondan götürülmüş sənədələr və kompüter geri qaytarılmışdır. Göründüyü kimi, iddiaçının bütün bu müddət ərzində vergi qanunvericiliyi ilə üzrinə düşən öhdəliklərini və hüquqlarını reallaşdırmaq imkanı olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinin tələbinə görə vergi orqanlarına bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə auditor rəyi əlavə edilməklə, vergi hesabatını, habelə bu Məcəllənin 14-1.2.1-14-1.2.3-cü maddələrində göstərilən şəxslər üzrə transfer qiymətləri əsas götürülməklə apardığı əməliyyatların ümumi dəyəri 500.000 manatdan artıq olduqda və 14-1.2.4-cü maddədə göstərilən şəxslər üzrə həmin maddədə nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə arayışı təqdim etmək onun vəzifəsidir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Vergi ilində fəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisi həmin vergi ilində fəaliyyətini təkrar bərpa edərsə bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına dəqiqləşdirilmiş bəyannamə təqdim etməlidir. Həmin Məcəllənin 163.1.4-cü maddəsinə əsasən vergi ödəyicisi elektron qaiməfaktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda vergi tutulan dövriyyə dəqiqləşdirilir. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. Göründüyü kimi, ən azından vergi ödəyicisi olaraq, vergi qanunvericiliyinin qeyd olunan tələblərini gözləmək iddiaçının vəzifə borclarına aid edilmişdir. Konkret halda isə iddiaçı yoxlama və cinayət təqibi dövründə mühasibatlıq sənədlərinin və müvafiq kompüter götürüldüyü müddət ərzində vəzifə borcunu yerinə yetirə və onu reallaşdıra bilmədiyi öz təsdiqini tapır. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçı tərəfindən Vergi Məcəlləsinin 85.5-ci maddəsində nəzərdə tutulan müddətin buraxmasından söhbət gedə bilməz. Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinin tələbinə görə vergi orqanı vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bəyannamələrin vaxtında təqdim edilməməsi əsasının mövcud olmadığını və birinci instansiya məhkəməsi qərarını əsaslandırmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11845/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11845/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1538/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1538/2024
04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver