Məhkəmə qərarları › İş №2-1(103)-155/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-155/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-155/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X6 ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “0719/Ş saylı 04 iyun 2021-ci il tarixli əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1770/2022 saylı 17 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 0280491 saylı əmək kitabçasınan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası X3 xidmətə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli, 0719/ş nömrəli əmrlə “X3 xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci maddələrinə uyğun olaraq X2 xaric edilmişdir. İddiaçı hazırda “0719/Ş saylı 04 iyun 2021-ci il tarixli əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi”ni istəyir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, o, 30 dekabr 2007-ci il tarixdə Cavabdehndə xidmətə başlamış, 04 iyun 2021-ci ildə “X3 xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1.8, 31.5 və 33.1.12- ci maddələri əsas gətirilərək Azərbaycan Respublikasının Cavabdeh 04 iyun 2021-ci il tarixli, 0719/Ş nömrəli əmri ilə xaric edilmişdir. Hazırda hansı əsasla işdən çıxarıldığını bilmir, əmək kitabçasındakı qeyd ümumi xarakter daşıdığı üçün dəqiq olaraq hansı əsasın nəzərdə tutulması ona aydın deyildir, tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Hazırkı tarixədək həmin əmr ona təqdim edilməmiş, ona görə də dəqiq olaraq hansı əsasla işdən çıxarılması, barəsində hansı araşdırma aparılmasından və nəyin müəyyən edilməsindən məlumatı yoxdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1770/2022 saylı 17 mart 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən onun mübahisələndirdiyi əmr qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından mübahisələndirlən əmri qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmiş hesab edilmişdir. ******* saylı əmək kitabçasından görünür ki, o, xx.xx.2007-ci il tarixdə X3 xidmətə qəbul edilmiş, 0719/ş saylı xx.xx.2021-ci il tarixli əmrlə “X3 xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci maddələrinə uyğun olaraq X2 xaric edilməsi işin halları nəzərə alınaraq həmin qanunun qeyd edilən maddələrinə uyğun deyildir. “X3 xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1.8-ci maddəsi “X2 xaric etmə” İntizam məsuliyyəti növlərinin ən ağırı kimi qiymətləndirilir. Onun barəsində digər intizam məsuliyyət növləri seçilmədən 14 illik iş təcrübəsi ilə X3 xidmət keçmiş şəxsə birbaşa bu cəza tədbirinin tətbiq edilməsi ədalətli deyildir. Həmçinin, İcra orqanı eyni qanunun 31.5-ci maddəsini də əsas gətirmişdir ki, qeyd edilən müddəa “X3 xidmətkeçmə haqqında” qanunun 11-ci maddəsinin tələbləri pozulduqda icra edilməlidir ki, işin hallarında və iddiaçıya qarşı irəli sürülən ittihamlarda bu hallardan heç biri mövcud deyil. “Azərbaycan Respublikasının Cavabdeh tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli 0719/ş nömrəli “Nazirliyin X19 Xidmətinin əməkdaşı İddiaçı barədə intizam tənbehinin tətbiq edilməsi haqqında” əmrdən çıxarışdan görünür ki, Nazirliyin X19 Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi, daxili xidmət polkovnik-leytenantı İddiaçı 3 iyun 2021-ci il tarixində ünvan 3 ünvanında vətəndaşların şikayəti əsasında araşdırma aparan telekanalların əməkdaşlarının çəkiliş aparmasına mane olmuş və onları hədələmiş, bununla da o, “X3 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun İ 0.0.3cü maddəsinin tələblərini kobud şəkildə pozaraq fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir” icra orqanı bu iddiasını hansı dəlillər ilə məhkəməyə sübut etdiyi məlıım deyildir. Məhkəmə qərarlarında yalnız qanunlara və sübutlara əsaslanmalıdır. İşlə bağlı xx.xx.2021 -ci il tarixli Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik- leytenantı X20’oğlunun “cinayət təqibinin başlanmasının rədd edilməsi barədə” Qərarı vardır. Göründüyü kimi, ancaq mülahizələrə əsasən inzibati orqanın əlində heç bir dəlil, sübut olmadan o, haqsız yerə tutduğu vəzifədən azad edilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 02 mart 2023-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtləri də yoxlanılarkən Kollegiya hesab edir ki, ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İşin mahiyyətinə gəldikdə isə qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı tələbi “0719/Ş saylı 04 iyun 2021-ci il tarixli əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən iddiaçının iddiası təmin edilməmişdir. Belə ki, məhkəmə araşdırma zamanı cavabdehin təqdim etdiyi xidməti araşdırma materialları ilə sözügedən əmrin verilməsinə əsas olan, iddiaçının xidmətlə bir araya sığmayan hərəkətlərə yol verməsinin müəyyən edilməsinə, bunun nəticəsi olaraq da X3 xidmətdən xaric edilməsinə, cavabdehin iddiaçı tərəfindən mübahisələndirilən əmri qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halının aşkar edilməməsinə, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından mübahisələndirlən əmr qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunun sübuta yetirilməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikasının Cavabdeh tərəfindən verilmiş 0719/ş saylı 04 iyun 2021-ci il tarixli “Nazirliyin X19 Xidmətinin əməkdaşı İddiaçı barədə intizam tənbehinin tətbiq edilməsi haqqında” əmrdən çıxarışdan görünür ki, Nazirliyin X19 Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi, daxili xidmət polkovnik-leytenantı İddiaçı 3 iyun 2021-ci il tarixində ünvan 4 ünvanında vətəndaşların şikayəti əsasında araşdırma aparan telekanalların əməkdaşlarının çəkiliş aparmasına mane olmuş və onları hədələmiş, bununla da o, “X3 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.3-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. Göstərilənləri nəzərə alaraq, “X3 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndini rəhbər tutaraq Nazirliyin X19 Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi, daxili xidmət polkovnik leytenantı İddiaçı X2 xaric edilmişdir. Xüsusi nəzarət şöbəsinin rəisi tərəfindən X19 Xidmətinin rəisinə ünvanlanmış 03 iyun 2021-ci il tarixli təqrirdə göstərilmişdir ki, Ölkə.az internet saytında yayılan məlumata əsasən Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli binanın tikintisinin aparılması zamanı narazılıq yaranması faktı ilə bağlı Xəzər TV, İTV və Baku TVnin əməkdaşları çəkiliş aparmaq istəyərkən X19 Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin əməkdaşı, daxili xidmət polkovnik-leytenantı İddiaçı çəkiliş qrupunu hədələyib. Daxil olmuş məlumatın araşdırılmasına göstəriş verilməsi xahiş edilmişdir. X19 Xidmətinin rəisi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinə ünvanlanmış 04 iyun 2021-ci il tarixli məktubda göstərilmişdir ki, Ölkə.az internet saytında yayılan məlumata əsasən Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli binanın tikintisinin aparılması zamanı narazılıq yaranması faktı ilə bağlı Xəzər TV, İTV və Baku TV-nin əməkdaşları çəkiliş aparmaq istəyərkən X19 Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin əməkdaşı, daxili xidmət polkovnikleytenantı İddiaçı çəkiliş qrupuna maneə törətmişdir. Qeyd olunanları nəzərə alaraq, X19 Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi, daxili xidmət polkovnik leytenantı İddiaçı barəsində toplanmış ilkin materialları təqdim edərək, müvafiq araşdırma aparılması barədə göstəriş verilməsi xahiş edilmişdir. Hazırki işə apellyasiya qaydasında baxılarkən inzibati icraat materiallarının, o cümlədən İddiaçı intizam tənbehinin tətbiq edilməsi haqqında 0719/ş nömrəli 04 iyun 2021-ci il tarixli əmrin verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin, o cümlədən kütləvi informasiya vasitələrində yayılmış audio-video çəkilişin əks olunduğu diskin məhkəməyə təqdim edilməsi, həmçinin iddiaçıya 0719/ş nömrəli 04 iyun 2021-ci il tarixli əmrin surətinin təqdim edilməsi və ya onun elan olunması, İddiaçı ilə söhbətin aparılıb-aparılmaması barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikasının Cavabdehnə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq məhkəməyə daxil olmuş məktuba müvafiq sənədlərin təsdiq olunmuş surətləri, eyni zamanda kütləvi informasiya vasitələrində yayılmış audiovideo çəkilişin əks olunduğu disk əlavə edilmişdir. İddiaçı cavabdeh inzibati orqan tərəfindən 03 iyun 2021-ci il tarixdə alınmış yazılı izahatında qeyd etmişdir ki, qaynanası Gülzar Cəlilovaya (həmçinin həyat yoldaşı) məxsus Ş.Qurbanov 38 ünvanında yerləşən torpaq sahəsində rayon İcra Hakimiyyətinin sərəncamına uyğun olaraq fərdi yaşayış evinin tikintisinə başladığı zaman ondan 5-6 ev kənarda yaşayan Unikal. Orq. Saytının və qəzetinin redaktoru olan Asəf Rzayev tərəfindən həyətinə hücum edilərək nəzarətçiyə ağır zərbə endirilərək nəzarətçinin qapalı kəllə beyin travması və baş beyin gicələnməsi, həmçinin belin və döş qəfəsinin küt travma almasına səbəb olmuşdur. Müayinə 3 saylı şəhər Klinikasında baş həkim F.Tağıyev tərəfindən aparılmışdır. Həmçinin ona təpik, yumruğ ataraq onu və dövlət orqanlarını söyərək dəfələrlə hücum edib bu əməlləri törətmişdir. Bundan əvvəl həmin şəxs onunla görüşmüş və binanın tikintisi üçün 100000 manat məbləğində pul tələb etmişdir. Vermədiyi halda saytlarda onun haqqında yalan məlumat verəcəyini demişdir. Bu hadisə ilə bağlı o, qanunvericilik orqanlarına müraciət etmişdir. Bununla bağlı Abşeron rayon Polis İdarəsində tədqiqat aparılır. 24 may 2021-ci il tarixində həmin şəxs onunla görüşmüş və hədələyərək 100000 manat məbləğində pul tələb etmişdir. Pulu ödəmək üçün 3-4 gün vaxt vermişdir. Hücum hadisəsi 26 may 2021-ci il tarixdə baş vermişdr. Həmin gün hadisə barəsində Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Daxili İşlər Nazirliyinə, Mətbuat Şurasının sədrinə, Əflatun Amaşova müraciət etmişdir. Bir ictimai xadim olaraq hücumu öz facebook səhifəsində canlı olaraq paylaşmışdır. Facebook səhifəsinin ünvanı İddiaçıdir. Aparılan tikinti işləri ilə bağlı sağ, sol və arxa tərəfdə yaşayan qonşuların ərizəsi vardır. Başqa heç bir şikayətçi qonşu yoxdur. Onlar qanunsuz olaraq ailəsinə məxsus olan evə hücum etmişlər və bununla bağlı ustaları hədələmişlər, o da bütün danışıqları canlı olaraq facebook səhifəsində aparmışdır. Evin həyətində videokamera vardır. Heç bir dava-dalaş olmamış, sadəcə sarsınti keçirmiş, əl və ayaqlarında əsmə olmuş, ayağa qalxmağa əziyyət çəkir. Tikinti işləri onun ailə üzvləri tərəfindən aparılır və özü də orada qeyri-iş saatlarında olur. İdman federasiyasında ictimai vəzifəsi olduğuna görə federasiyaya bu barədə məlumat vermiş, lakin hərbi rütbə olmadığına görə kazarma sistemində olmadığına görə rəhbər şəxslərə məlumat verməmişdir. 03 iyun 2021-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən izahatı alınmış X7 qeyd etmişdir ki, bu gün günorta saatlarında Facebook sosial şəbəkəsində daşım şöbənin baş mütəxəssisi, daxili xidmət polkovnik leytenant İddiaçı canlı paylaşım açdığını görmüşdür. Təxminən paylaşımı gördükdən 10 dəqiqə sonra xidmətin xüsusi nəzarət şöbəsinin rəisi Nazim Hacıyev zəng vuraraq bildirmişdi ki, xidmət göstərişinə əsasən İddiaçı məsələ ilə bağlı xidmətə gələrək izahat versin. O da öz növbəsində İddiaçı zəng edərək xidmət rəisinin göstərişi əsasında izahat verməli olduğunu bildirmişdir. İşdə movcud pandemiya ilə əlaqədar növbəli iş rejimi olduğu üçün hadisə baş verən ərəfədə İddiaçı (evdə) xidməti günü olmadığına görə işdə olmamışdır. İddiaçı həmin gün iş günü olmadığı üçün hadisəni sosial şəbəkədən görmüşdür. İş materiallarında olan 16 iyun 2021-ci il tarixli “cinayət təqibinin başlanmasının rədd edilməsi barədə” qərarın məzmunundan müəyyən edilir ki, Bakı şəhəri, Cəbiyev küçəsi, ev 17, mənzil 7-də yaşayan, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə DİN-nin “102” xidmətinə, xx.xx.2021-ci il tarixdə Abşeron rayon Pİ-nə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində X12 onu döydüyünü və hədə-qorxu gələrək ondan yüz min manat pul tələb etydiyini bildirmişdir. Eyni zamanda Saatlı rayonu, Nəsimi kəndində qeydiyyatda olan, Xırdalan şəhəri, ünvan 5 ünvanında yaşayan, xx.xx.2021-ci il təvəllüdlü X15 26.05. 2021-ci il tarixdə DİN-nin “102” xidmətinə, xx.xx.2021-ci il tarixdə Abşeron rayon Pİ-nə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində X12 onu döydüdünü bildirmişdir. Aparılan araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində qaynanası Gülzar Cəlilovaya məxsus torpaq sahəsində tikinti işləri aparmaq məqsədiylə planlaşdırma işləri aparmaq üçün həmin əraziyə tez-tez baş çəkmiş, işə başlayarkən həmin küçədə yaşayan Asəf adlı şəxs ona yaxınlaşıb, “mənim razılığım olmadan heç bir iş aparıla bilməz”, deməklə tikinti aparılmasına etiraz etmişdir. Ondan tikintiyə razılıq verməsi üçün 100.000 manat pul istəmiş, ya da qazanca şərik olması barədə təklif vermişdir. O, da razılıq vermədiyi üçün aralarında narazılıq yaranmışdır. Bundan sonra Asəf bir neçə dəfə əraziyə gələrək fəhlələrlə mübahisə etmişdir. xx.xx.2021ci il tarixdə, saat 16.00 radələrində tikintiyə rəhbərlik edən Ənsər Əflətov ona zəng edib təcili tikiti yerinə gəlməsini xahiş etmiş, o da tikinti yerinə gəldikdə görmüşdür ki, Asəf Rzayev həmin vaxt hadisə yerində olan Ceyhun adlı sürücü ilə dalaşarkən Ənsər onları aralamaq istədikdə Asəf onların hər ikisini döymüş, o, Asəfə yaxınlaşmışdır ki, onu sakitləşdirsin. Bu zaman Asəf ondan pul tələb etmiş və o, etiraz etdikdə Asəf təpiklə onun ayağına vuraraq xəsarət yetirmişdir. İzahatı alınmış X15 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə o, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində Gülzar Cəlilovaya məxsus torpaq sahəsində bir neçə fəhlə yoldaşı ilə birlikdə tikinti üçün planlaşma işləri apararkən həmin vaxt hadisə yerinə gələn Asəf adlı şəxs yük maşını idarə edən Ceyhun adlı sürücünün avtomaşınla tikinti aparılan həyətə girməsinə etiraz edərək onun yaxasından tutaraq silkələmiş, bu zaman onları aralamaq istədikdə Asəf onun sinəsinə və belinə yunruqla vurmuş, həmin vaxt onun telefon zəngi əsasında hadisə yerinə gələn İddiaçı də ayağına təpiklə vurmuş, sonra hadisə yerindən çıxıb getmişdir. Araşdırma zamanı izahatı alınmış X18 bildirmişdir ki, İddiaçı onun yaşadığı Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində qanunsuz tikinti aparmasından narazı olduğu üçün İddiaçılə görüşmüş, tikinti işlərinə etiraz edərək tikintinin saxlanmasını tələb etmiş, hətta tikintiyə çəkdiyi zərərinin qarşılığında İddiaçı 10.000 manat pul təklif etmişdir. Lakin İddiaçı nəyin bahasına olursa-olsun tikinti işlərini aparacağını bildirmiş, onu hədələmişdir. Aparılan araşdırma zamanı X12 İddiaçı döyərək sağ baldır nahiyəsinin orta 3/1-nin sıyriğindan ibarət sağlamlığa zərər vurmayan xəsarət yetirməsi, X9 və X8 fiziki ağrı yetirməklə döyməsi və söyüş söyərək inzibati hüquq pozuntusu törətməsi toplanmış materiallarla sübuta yetirilmişdir. Lakin araşdırma zamanı X13 şikayət ərizəsi ilə müraciət etməmiş, İddiaçı və X25 Rzayevlə barışaraq təhqiqat orqanına işin icraatının dayandırılması barədə ərizə ilə müraciət etmişlər. Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmişin şikayəti olmadıqda başlanmış cinayət təqibinə xitam verilməlidir. Beləliklə, toplanmış material üzrə X10 “belin və döş qəfəsinin küt travması, qapalı kəllə- beyin travması, baş-beyin silkələnməsindən” ibarət yüngül xəsarət yetirməsi xüsusatına görə cinayət təqibinin başlanmasının, İddiaçı və X5 xx.xx.2021-ci il tarixdə DİN-nin “102” xidmətinə, xx.xx.2021-ci il tarixdə Abşeron rayon Polis İdarəsinə müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində tikinti aparılması üçün razılıq verməsi müqabilində X12 İddiaçı hədə-qorxu ilə pul tələb etməsi xüsusatına görə cinayət təqibi başlanılmasının rədd edilməsi, X12 İddiaçı döyərək sağ baldır bahiyəsinin 3/1-nin sıyeığından ibarət sağlamlığa zərər vurmayan xəsarət yetirməsi, X9 və X8 fiziki ağrı yetirməklə döyməsi və söyüş söyərək inzibati hüquq pozuntusu törətməsi xüsusatına görə tərəflərin barışması və İddiaçı baş vermiş münaqişə ilə jurnalistlərin peşə fəaliyyətinə mane olmadığının nəzərə alınması qərara alınmışdır. Bunan əlavə, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş diskə məhkəmə kollegiyası baxış keçirmiş və müəyyən edilmişdi ki, media nümayəndələri müvafiq sahədə çəkiliş apararkən İddiaçı mülki geyimdə olmuş, o, özünü Cavabdeh əməkdaşı kimi təqdim etməmiş, jurnalistlərə bu ərazidə ona məxsus yerdə çəkiliş aparılmasına etiraz edərək, belə çəkilişin başqa yerdə aparılmasını bildirmiş və ifadələrində jurnalistlərə qarşı hər hansı hədə-qorxu bildirən sözlərdən istifadə edilməmiş, bu kimi hərəkətlər edilməmiş, həmçinin sözügedən çəkilişin onun qeyri-iş günü, yəni pandemiya ilə bağlı növbəlik qaydasında işə çıxdığı üçün həmin gün işdə deyil, evdə olduğundan onun qeyri-iş günündə aparıldığı cavabdeh inzibati orqanın özü tərəfindən təsdiqlənir. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqanın mübahisələndirilən 0719/ş nömrəli 04 iyun 2021-ci il tarixli əmrində “X3 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.3, 31.1.8, 31.5 və 33.1.12-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən inzibati orqanın mübahisələndirilən inzibati aktın qəbulu ilə bağlı malik olduğu diskresion səlahiyyətini mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirilib-keçirilməməsi, həmçinin diskresion səlahiyyətlərinin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı araşdırılmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Belə ki, İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə, aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdeh iddiaçını X2 xaric edən zamanı diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? “X3 xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.3-cü maddəsinə əsasən fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. məzəmmət (irad); 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda fövqəladə hallar orqanlarının əməkdaşı müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində onun X2 xaric edilməsinə əsaslar olmazsa o, X3 yenidən vəzifəyə təyin edilir); 31.1.8. X2 xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə X2 xaric etmə. 31.2. Fövqəladə hallar orqanlarının əməkdaşı intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır. 31.3. Xidməti intizamı pozduğuna görə fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsi (daxili xidmət sıravisi, tibb xidməti sıravisi, daxili xidmət kiçik leytenantı, tibb xidməti kiçik leytenantı və ali xüsusi rütbələr istisna olmaqla) bir pillə aşağı salına bilər. 31.4. Bu Qanunun 31.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, işçiyə şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. 31.6. Bu Qanunun 31.1.9-cu maddəsində nəzərdə tutulmuş intizam tənbehi cinayət törətdiyinə görə fövqəladə hallar orqanları işçisi barədə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə tətbiq edilə bilər. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarının əməkdaşlarının seçkili və ya digər təyinatlı vəzifələr tutmasına, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa sahibkarlıq, kommersiya və digər ödənişli və ya siyasi fəaliyyətlə məşğul olmasına və siyasi partiyalara üzv olmasına yol verilmir. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən Fövqəladə hallar orqanları əməkdaşının aşağıdakılara ixtiyarı yoxdur: 11.2.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 11.2.2. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa, dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 11.2.3. xidmət keçdiyi fövqəladə hallar orqanının rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xarici ölkələrə getməyə; 11.2.4. X3 xidmətinə xitam verildikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində xidməti fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 11.2.5. dini təbliğ etmək üçün fövqəladə hallar orqanları əməkdaşının statusundan istifadə etməyə və fövqəladə hallar orqanlarının tabeliyində olan obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə; 11.2.6. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə. Həmin Qanunun 33.1.12-ci maddəsinə əsasən X2 xaric etmə Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə xitam verilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın mübahisələndirilən əmrinin qanuni və əsaslı olması həmin əmrin verilmə əsası kimi çıxış edən halların mövcudluğunun sübuta yetirilməsindən asılıdır. Hansı ki, qanunvericilik həmin sübutetmə vəzifəsini İPM-nin 14.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə qoymuşdur. Cavabdeh inzibati orqan mübahisələndirilən əmrin qəbul edilməsinin zəruriliyini həmin inzibati aktın məzmununda göstərilən hallarla əsaslandırır. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla cavabdeh inzibati orqanın iddiaçıya tətbiq etdiyi “X2 xaric etmə” növündə intizam tənbehi yuxarıda adı çəkilən Qanunun “İntizam məsuliyyətinin növləri” adlanan 31-ci maddəsində sadalanan intizam tənbeh növləri sırasında ən ağırı olaraq 31.1.8-ci bəndində nəzərdə tutulmuşdur. Həmin tədbirin görülməsi üçün qanunvericilik nəinki 31-ci maddənin özündə müəyyən edilmiş halların, yəni Qanunun 10-cu və 11-ci, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci və ya 9-cu maddəsində göstərilən hüquqpozmaların törədilməsinin, həm də şəxsin vəzifələrinin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, yuxarıda qeyd olunan xidmətlə bir araya sığmayan hərəkətlərə yol verməsi halının baş verməsini də vacib sayır. İşin araşdırılan halları onu deməyə əsas verir ki, iddiaçının X2 xaric edilməsinin əsası kimi cavabdeh orqanın istinad etdiyi hal- iddiaçının jurnalistləri hədələməsi faktı, bununla da onun fövqəladə hallar orqanlarının nüfuzunu aşağı salan hərəkətlərə yol verməsi nə inzibati icraat materialları, nə də ki, cavabdeh orqan tərəfindən təqdim olunmuş diskdəki videoyazı ilə öz təsdiqini tapır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı məlum tikinti işlərini apararkən ona yaxınlaşan və videoçəkiliş aparan jurnalistlərlə diskussiyaya girərkən mülki geyimdə olmuş, özünü xüsusi xidmət sahəsinin əməkdaşı kimi təqdim etməmiş (həmin gün onun növbəliyə əsasən qeyri-iş günü olmuş), jurnalistlərə belə çəkilişi başqa yerdə aparmağı tövsiyyə etmiş, onlara qarşı işlətdiyi ifadələrdə hədələməyə dair sözlər işlətməmiş, belə hərəkətlər etməmiş, əksinə, bundan öncə sözügedən tikili ilə bağlı qonşusu olan media nümayəndəsi Asəf Rzayevlə aralarında yaranmış mübahisəyə görə onun 102 xidmətinə etdiyi müraciət əsasında araşdırma aparıldığı, həmin araşdırma nəticəsində ona həmin şəxs tərəfindən zərər yetirilməsi faktının sübuta yetirildiyi, lakin sonradan cinayət işinin başlanmasının rədd edilməsi barədə müvafiq qərar qəbul edildiyi müəyyən olunmuşdur. Cavabdeh inzibati orqan mübahisələndirilən əmrin qəbul edilməsi üçün əsas olan sənədlər qismində iddiaçı barəsində X19 Xidmətinin rəisi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinə ünvanlanmış 04 iyun 2021-ci il tarixli məktubu, həmin məktubda araşdırmanın aparılmasına göstəriş verilməsi xahiş olunsa da, bununla bağlı aparılan araşdırmaya dair məhkəməyə yalnız iddiaçının özünün izahatını, onun izahatını almaq üçün onu dəvət edən şəxsin (FHN-nin digər əməkdaşı Xanlar Abdullayevin) izahatını və videoyazıya dair diski təqdim etmişdir. Həmin materialların tədqiqi nəticəsində iddiaçının nəinki jurnalistləri hədələməsi faktı təkzib olunmuş, həm də iddiaçının fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə, vəzifəsinin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara yol verməsi, xidməti ilə bir araya sığmayan hərəkətlərinin mövcudluğu öz təsdiqini tapmamışdır. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək məqsədilə əmrdə istinad olunan- iddiaçının fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərin, vəzifəsinin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara yol verməsinin və xidməti ilə bir araya sığmayan hərəkətlərin mövcudluğunun nədə ifadə olunduğunu əsaslandıra bilməmiş, bu barədə məhkəməyə təqdim etdiyi sənədlər qismində olan materiallar isə iddiaçının sadalanan pozuntulara yol verməsi qənaətinə gəlmək üçün yetərli deyildir. Odur ki, bir daha qeyd olunması zəruridir ki, iddiaçının məlum ərazidə tikinti işləri apararkən ona videoçəkiliş üçün yaxınlaşan jurnalistləri hədələməsi bu faktı təsdiq etmək məqsədilə cavabdehin məhkəməyə təqdim etdiyi diskdəki videoyazı ilə sübuta yetirilmir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 13.2-ci maddəsinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə bir daha təsdiq olundu ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin mübahisəli əmri qanunauyğun olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), əmr mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Buna görə də cavabdehin 0719/Ş saylı 04 iyun 2021-ci il tarixli əmri qanunsuz inzibati aktdır və qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu üçün ləğv olunmalıdır. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1770/2022 saylı 17 mart 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilərək, Azərbaycan Respublikasının Cavabdeh 0719/Ş saylı 04 iyun 2021-ci il tarixli əmri ləğv edilməli və İddiaçı Azərbaycan Respublikasının Cavabdeh X19 Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi vəzifəsinə bərpa edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1770/2022 saylı 17 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh 0719/Ş saylı 04 iyun 2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Cavabdeh X19 Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi vəzifəsinə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar