Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1550/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1968-ci il tarixində Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən faktiki yaşadığı ünvanünvan 2dafiə Nazirliyinə qarşı “araşdırmanın nəticəsi barədə qərar qəbul olunması və arxiv arayışının verilməsi ” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(112)-1824/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 22.09.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «onun (iddiaçının) N avqust N2-ci il tarixdən 12 may N4-cü il tarixədək elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N və N saylı hərbi hissələrdə bütün xidmətinin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi, qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağı haqda arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı 9 may 1968-ci il tarixdə doğulmuşdur. O, Füzuli Rayon Hərbi Komissarlığında (indiki Azərbaycan Respublikası SHXÇDX Füzuli rayon şöbəsində) qeydiyyata alınaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində döyüşən ordunun tərkibində olan N və N saylı hərbi hissələrdə N avqust N2-ci il tarixdən 12 may N4-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsinin 15 avqust 2019-cu il tarixli, 9/2-11329 nömrəli arxiv arayışında qeyd olunur ki, həmin hərbi hissə komandirinin N iyul N2-ci il tarixli əmri ilə Füzuli RHK-nın çağırışçısı olan İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək 1-ci motoatıcı rotaya atıcı vəzifəsinə təyin edilmişdir. Lakin həmin arxiv arayışının dördüncü abzasında qeyd edilir ki, N saylı hərbi hissə komandirinin may N2-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından, onun hərbi xidməti barədə əlavə araşdırma apara bilmirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv İdarəsi 40 min döyüşçüyə girişini qeyd etsə də, çıxışları haqqında məlumat vermir. Bu isə, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi, süverenliyi və Konstitusiya quruluşu uğrunda o, dövrdə gəncliklərini itirərək döyüşən ordunun tərkibində xidmət etmiş Müharibə Veteranlarına, Şəhid ailələrinə və Qarabağ Əlillərinə soyuq və biganə münasibət bəsləmək və Konstitusiyon hüquqlarını pozmaq və hərbi xidmət keçmək barədə Əsasnaməyə qarşı çıxmaq deməkdir. Necə olur ki, eyni təbəqədə olan insanların arxiv arayışı şablon üzrə eyni cavab olmaqla (yəni çıxışı haqqında məlumat verə bilmirik və yaxud hərbi hissənin nizami hissə üzrə əmrləri daxil olunmadığına görə məlumat verə bilmirik və yaxud atasının adı düzgün yazılmamışdır və s.) cavablandıraraq 1-ci Qarabağ Müharibəsinin döyüşçülərinə qarşı ədalətsizlik edirlər. 9 oktyabr N1-ci il tarixdən 12 may N4-cü il tarixinədək AR Nazirlər Kabinetinin 216 saylı, 23 sentyabr N5-ci il tarixli qərarının müddəaları nəzərə alınmır. Müdafiə Nazirliyinin iddia ərizəsinə qarşı etiraz və yaxud münasibətini əsas götürərək prosessual qanun pozuntuları ilə ədalətsiz qərar qəbul edilir. Halbuki, ərizəyə əlavə olunan hərbi biletin səhifəsində göstərilmişdir ki, o (iddiaçı), Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsi (hazırkı Füzuli RHK) tərəfindən 2 avqust N2-ci il tarixdən 12 may N4-cü il tarixədək elan olunan atəşkəsə qədər döyüşən ordunun tərkibində N və N saylı hərbi hissələrdə təkrar həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 12 may N4-cü il tarixində atəşkəs elan edilənədək iştirak etmişdir. Ona görə də hərbi biletində həmin qeydlər aparılmışdır. Bu sahəni tənzimləyən aidiyyəti maddi hüquq normalarından olan AR Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 saylı qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N8-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı», «Silahlı Qüvvələr Veteranı» və «Əmək Veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6 bəndinə əsasən N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya Orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. Onun da yuxarıda göstərilən kimi, hərbi biletində 12 may N4-cü il tarixədək cəbhə bölgəsində döyüş əməliyyatları aparan N və N saylı hərbi hissələrdə xidmət etdiyini təsdiq edən qeydlər vardır. Qanunda bu hal da göstərilmişdir ki, hərbi biletdə aparılan qeydlər veteran vəsiqəsinin verilməsi üçün əsasdır. X1 göndərilən arxiv arayışında göstərilənlərlə təsdiq olunur ki, hərbi xidməti barəsində arxivdə məlumatın olmaması onun təqsirindən olmamışdır. Əgər hərbi hissə həmin vaxtı əhatə edən sənədləri arxivə göndərməyibsə onun təqsiri yoxdur. Arxiv arayışında da göstərilmişdir ki, bu halların araşdırılması mümkünsüzdür. Bakı İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(112)-1824/2021 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. 21.04.2021-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(112)-1824/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İddiaçının apellyasiya şikayətində şikayət verdiyi məhkəmə aktını qərar qeyd etməsi məhkəmə kollegiyası tərəfindən yazı xətası kimi qiymətləndirilir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia tələbini iddiaçının N avqust (birinci instansiya məhkəməsinin qərardadına əsasən 13 avqust) N2-ci il tarixdən 12 may N4-cü il tarixədək elan olunan atəşkəsə qədər AR Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N və N saylı hərbi hissələrdə bütün xidmətinin hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və qəbul edilmiş qərarın araşdırılmasının nəticəsi olaraq müvafiq dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyi barəsində qərardan irəli gələn ehtiyata buraxılmağı haqda arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması təşkil edir. Göründüyü kimi iddia tələbi iki hissədən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verildiyindən, habelə iddiaçı tərəfindən müvafiq arxiv materiallarında əlavə məlumatların olması (hətta, buna etimal olunan) barədə hər hansı dəlil, sübut təqdim edilmədiyindən, iddiaçının tələbi üzrə qaldırılan məsələlər yenidən vəzifə kimi cavabdehin üzərinə qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin hərəkət və ya hərəkətsizliyindən iddiaçının hansı hüquqlarının pozulması müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(112)-1824/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1550/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1550/2021
22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver