Məhkəmə qərarları › İş №2-1(103)-1555/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1555/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1555/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə İddiaçının nümayəndəsi Vəkil, 3-cü şəxs "xxxx" MMC-nin vəkili X1 və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı 3-cü şəxs "xxxx" MMC işə cəlb edilməklə hüquqi şəxsin ləğv edilməsi və s. tələbləri barədə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2022ci il tarixli, 2-1(112)-10032/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "xxxx" MMC 3-cü şəxs qismində göstərilməklə xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış Tam xarici investisiyalı "xxxx" MMC-nin (VÖEN: **********2) fəaliyyətinin dayandırılması və məcburi ləğv edilməsi və yenidən təşkili üçün zəruri tədbirlər görülməsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış Tam xarici investisiyalı "xxxx" MMC-nin (VÖEN: **********2) nizamnaməsindən görünür ki, cəmiyyət tam xarici investor olan Rusiya Federasiyası İnquşetiya Respublikasında 0879 saylı qeydiyyat nömrəsi ilə xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış hüquqi şəxs QSC “X11 ve Tic İnc”-olmuşdur. Həmçinin müvafiq məlumat RF vahid hüquqi şəxslərin reyestr məlumatlarında əksini tapır. (ZAO "RABO CUvAl SAN. Ve TİC." İNC. **********074 Единый государственный реестр юридических лиц-ЕГРЮЛ). Azərbaycan Respublikasında Nizamnamə əsasında fəaliyyət göstərən RAM LTD” MMC (VÖEN: **********2) xx.xx.2007-ci il tarixində MMC-nin qərarı ilə İİR vətəndaşları ilə birgə İran İslam Respublikasında ünvanı İran İslam Respublikası,Təbriz şəhəri Kağızsatanlar bazarı 99 yerləşən təsis payı yüz səhmdən ibarət olan X9 Cəmiyyətin yaradılması, cəmi 100 səhmdən ibarət olan və həmin səhmlərin 50 ədədinə sahiblik hüququ RAM LTD MMC-yə məxsus olmaqla, (100 səhmin) 46 ədədi İddiaçı və (100 səhmin) 4 ədədi X4 məxsus “X10” QSC-nin təsis edilməsi barədə qərar qəbul edilmişdir. QSC xx.xx.2007-ci il tarixdə 21974 nömrə ilə İran İslam Respublikasında qeydiyyatdan keçmişdir. Rusiya Federasiyası vahid hüquqi şəxslərin reyestr məlumatlarında (Единый государственный реестр юридических лиц-ЕГРЮЛ) Azərbaycan Respublikasında Nizamnamə əsasında fəaliyyət göstərən RAM LTD” MMC- nin təsisçisi ZAO "RABO CUVAL SAN. VE TİC." İNC. **********074 - faəliyyət göstəmədiyi üçün xx.xx.2006- cı i tarixdə yerli vergi xidmətinin 448 saylı məcburi ləğv, qeydiyyatın ləğvi barədə qərarı əsasında fəaliyyətnə xitam verilməklə hüquqi şəxsin qeydiyyatı ləğv edilmişdir. (müvafiq reyestrdən arayış əlavə edilir.) 2019-cu ildə qeyri müəyyən şəkildə hüquqi əsası olmadan və ya bu əsasa hüquqi cəhətdən icazə verilməyən sənədlər əsasında RAM LTD MMC-nin təsisçiliyi "xxxx" MMC-yə (VÖEN:**********) keçir həmçinin təsis payı azalır. Daha sonra "xxxx" MMC Nizamnamə kapitalında dəyişiklik və təsisçilərin sayında dəyişiklik edərək 18 592 manatlıq 4 paydan ibarət hissənin bir payını Az Pack MMC-yə (vöen **********) satır. Yenidən həmin dövrdə "xxxx" MMC (vöen **********) təsisçi kimi Cəmiyyətin nizamnamə kapitalının azaldılaraq təsisçilikdən kənarlaşır. Cəmiyyətin Təsisçisi "xxxx" MMC-yə (vöen **********) qalır. Qeyd edilmişdir ki, "xxxx" MMCnin (VÖEN: **********2) bir sıra törəmə müəsissələrin həmtəsisçisi və təsçisidir, o cümlədən İddiaçı və X4 məxsus “X10” QSCnin həm təsisçisidir və təsisçilərə indi məlum olmuşdur ki, qeyri müəyyən şəraitdə, hüquq verən sənəd və səlahiyyətlər olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan tərəfdaşlıq və öz ölkəsində, həmçinin beynəlxalq səviyyədə tanınan və bu günədək şəffaf fəaliyyət göstərən “X10” QSC-nin həm indiki fəaliyyətinə mane ola bilər, həm də, tərəfdaşları arasında etibarsızlığa və maliyyə itkilərinə səbəb olacaq halların qarşısını almaq məqsədilə qeydiyyatı ləğv edilməli və ya müvafiq olaraq təkrar qeydiyyatdan keçməlidir. Hazırda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri əsasında "xxxx" MMC-nin (VÖEN:**********2) hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatı ya ləğv edilməli ya da, müvafiq dəyişikliklərlə qeydiyyata alınmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən idida ərizəsinə münasibət bildirilməsi üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən sərəncama əsasən etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və qanunvericiliyə zidd olduğu üçün mümkün sayılmamalıdır. Belə ki, hazırki iddia üzrə İddiaçı "xxxx" MMC ilə hər-hansı əlaqəsinin olması aşkar edilmədiyi üçün iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-10032/2022 saylı qərardadı ilə "xxxx" MMC iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(112)-10032/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi bir başa iddiaçının hüquqlarımna təsir etdiyindən onun subyektiv hüquqları pozulur. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar vardır. Mübahisələndirilən məhkəmə qərardadı ləğv edilməlidir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.Verilən suala cavab olaraq iddia tələbində hüquqi marağın "xxxx" MMC-nin ləğv edilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən çıxış etmənin əsası kimi "xxxx" MMC-nin ilkin təsisçisinin ləğv edilməsinin, 2019-cu ildən etibarən isə təsisçilərinin dəyişdirilməsinin onun təsisçisi olduğu “X10” QSC-nin həm indiki fəaliyyətinə mane, tərəfdaşları arasında etibarsızlığa və maliyyə itkilərinə səbəb ola biləcəyinə istinad etməklə əsaslandırmış, iddia tələbini olduğu kimi müdafiə etdiyini bildirmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin vəkili, həmçinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya qeyd edilənlər nəzərə alınmaqla iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı və hüquqi marağına uyğun iddia qaldırmamışdır. Belə ki, göründüyü kimi, hüquqi şəxsin ləğv edilməsinin əsaslarından biri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2.2-ci maddəsində (Hüquqi şəxs hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda ləğv edilə bilər) nəzərdə tutulmuş və həmin əsasla çıxış etmək hüququ qüvvədə olan qanunvericilik normalarına əsasən Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmişdir. İddiaçı isə iddia tələbində "xxxx" MMC-nin ləğv edilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən çıxış etmənin əsası kimi "xxxx" MMC-nin ilkin təsisçisinin ləğv edilməsinin, 2019-cu ildən etibarən isə təsisçilərinin dəyişdirilməsinin onun təsisçisi olduğu “X10” QSCnin həm indiki fəaliyyətinə mane, tərəfdaşları arasında etibarsızlığa və maliyyə itkilərinə səbəb ola biləcəyinə istinad etmişdir ki, məhkəmə həmin əsasla iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmasını və konkret olaraq hazırki məhkəmə icraatı predmetində hüquqi müdafiəyə ehtiyacının olmasını, eləcə də, onun qanunla qorunan hüquq və maraqlarının pozulması barədə məhkəmədə əsaslandırılmış iddia ilə çıxış etməsi halını istisna edir. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar yoxlama aparmaq və onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayılması üçün çıxış etmək səlahiyyəti Dövlət Vergi Xidmətinə məxsusdur. İddiaçı tərəfindən isə Dövlət Vergi Xidməti tərəfindən hüquqi şəxsin ləğvi ilə bağlı çıxış etmək üçün, konkret halda hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar mötəbər sübutlar (qanunvericiliklə icazə verilməyən sənədlər əsasında qeydiyyatın aparılmasına dair) təqdim edilməmiş, bununla da, iddiaçı tərəfindən mövcud iddia tələbi üzrə cavabdeh tərəfindən hüquqlarının pozulması halı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(112)-10032/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar