Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1557/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X11 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10883/2023 saylı 03 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş arxiv arayışından görünür ki, İddiaçı 1983-cü ildə İstehsalat proseslərin avtomatlaşdırılması fakültəsinin “Avtomatika və telemexanika” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olunmuş, 1984-cü ildə əyani şöbənin İ kursundan həqiqi hərbi xidmətə çağırılmış və 1986cı ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İİ kursuna bərpa olunmuş; 1990-cı ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. Hərbi biletə əsasən iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək “Xəzərdənizneft az” İstehsalat Birliyində; xx.xx.2005-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bipi Eksplokeyşn (Kaspian Si) LTD Şirkətində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “’”Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin №-li siyahısı”nın dağ mədən işləri bölməsinin. (1), faydalı qazıntıların çıxarılması, geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması yarımbölməsinin, ) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçular, (q) 22177 kodu üzrə növbələrdə məşğul olan mühəndislər növbələrdə məşğul olan mühəndislər vəzifəsi, il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı şəraitdə iş görən idarələrin, partiyaların, kontorların və s. müəssisə və təşkilatların, onların filiallarının rəhbərləri, mütəxəssisləri bəndində (d), 20735 kodu üzrə baş mühəndislər, onların istehsalatı üzrə müavinləri (köməkçiləri) vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 10 sentyabr 1990-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və “Geofizika və geologiya İdarəsi”-nin ona dair xx.xx.2023-cü il tarixli 14-2-4/2- 0-42/2023/23 nömrəli arayışında xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin “Xəzərdənizneftqaz” İB-nin X14 kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasında mühəndis-elektronçu və baş mühəndis peşələrində işlədiyi qeyd olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahının dağ-mədən işləri bölməsinin faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda, drenaj şaxtalarında, şaxtaların, mədənlərin tikintisində yeraltı işlər sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bundan başqa, təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (22 il 1 ay 23 gün (xx.xx.1983-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən 3 il əvvəlki dövrə, yəni xx.xx.2020-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (xx.xx.1965-ci ildə anadan oldu. PB seriyalı, 043753 nömrəli diplomun surətinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 01/2013 nömrəli, xx.xx.2023-cü tarixli arayışının əslinin və ГР seriyalı, 048360 nömrəli hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətinin məlumatlarına əsasən, iddiaçı hərbi xidmət (xx.xx.1984-xx.xx.1986) dövrü də daxil olmaqla xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilədək əyani təhsil aldı (6 il 10 ay 16 gün ümumi staj). ИТ-İ № ******* nömrəli, xx.xx.1990-cı il tarixli əmək kitabçasının iş yerindən təsdiq edilmiş surətinin və SOCAR-ın Geofizika və geologiya İdarəsinin 11 aprel 2023-cü il tarixli arayışının əslinin məlumatlarına əsasən iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixdək indiki X9 İstehsalat Bölümündə mühəndis-elektronçu və baş mühəndis peşələrində işlədi (15 il 1 ay 11 gün 1 nömrəli siyahı üzrə güzəştli staj).ИТ-İ № ******* nömrəli, xx.xx.1990-cı il tarixli əmək kitabçasının iş yerindən təsdiq edilmiş surətinin məlumatlarına əsasən iddiaçı xx.xx.2005-ci ildən hal-hazıradək BP şirkətində işləyir (xx.xx.2006-cı ilədək 2 ay 14 gün). İddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajı 22 il 2 ay 10 gün, 1 nömrəli siyahı üzrə güzəştli iş stajı isə 15 il 1 ay 11 gün gün təşkil edir. İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olduğindan xx.xx.2017-ci il tarixdə 52 yaşına çatmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 18 aprel 2023-cü il tarixdə rəsmi ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) müraciət edib Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli məktubla, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasımn təyin edilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (22 il 1 ay 23 gün (xx.xx.1983-xx.xx.1990-cı il, xx.xx.1990- xx.xx.2005-cı il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) olması göstərilmişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, xx.xx.2006-cı il tarixədək 22 il 2 ay 10 gün ümumi stajı, 15 il 1 ay 11 gün 1 nömrəli siyahı üzrə güzəştli stajı topladığına görə, ona X3 haqqında Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan pensiya təyin edilməldir. X3 haqqında Qanununun 13-cü maddəsinin a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 453) ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Nəticədə 1 nömrəli siyahı üzrə nəzərdə tutulan kişilərin pensiya hüququnun 52 yaşında yaranması müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixinədək 1 nömrəli siyahı üzrə ən azı 10 il, ümumi isə 20 il sığorta stajı olduğuna görə, ona 52 yaşdan pensiya təyin edilməlidir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunmuş bütün dövrlər mübahisələndirilmədən sığorta stajı kimi nəzərə alınmış, nəticədə iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 1 ay 23 gün (01 09.1983-xx.xx.1990-cı il; xx.xx.1990-xx.xx.2005-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. İkinci şərtə münasibətdə qeyd etmək istərdik ki. iddiaçının ümumiyyətlə güzəştli iş stajı yoxdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Socarın “Geofizika və geologiya idarəsinin xx.xx.2023-cü il tarixli 14-2-4/2-0-2-42/2023-23 nömrəli arayışında İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək mühəndis-elektronçu, baş mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 01/2013 nömrəli arxiv arayışında İddiaçır 1983- cü il tarixdə İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin "Avtomatika və telemexanika” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olduğu və 1990-cı ildə həmin ixtisas üzrə əyani şöbəni bitirdiyi qeyd olunmuşdur. İddiaçı təqdim etdiyi Socarın "Geofizika və geologiya İdarəsinin” xx.xx.2023cü il tarixli 14-2-4/2-0-2-42/2023- 23 nömrəli arayışından görünür ki, iddiaçının xx.xx.1990xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin “Xəzərdənizneftqaz" İB-nin X14 kəşfiyyat idarəsinin kəşfiyyat partiyasında mühəndiselektronçu və baş mühəndis peşələrində işlədi qeyd olunan, Nazirlər Kabinetinin müvafiq Siyahısının dağmədən işləri bölməsinin faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda drenaj şaxtalarında, şaxtaların, mədənlərin tikintisində yeraltı işlər sahəsinə aid deyil. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10883/2023 saylı 03 noyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-O-106473/2023 nömrəli məktubunda iddiaçının ümumi iş stajının 25 ildən az olması və güzəştli iş stajının olmaması səbəbindən iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçının ümumi iş stajı 20 ildən çox olduğundan və iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda öz əksini tapdığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmənin mövqeyinə görə, cavabdeh orqan iddiaçının müraciətindən əsassız imtina etmişdir. Məhkəmə yuxarıda qeyd edilən əsaslara istinad edərək qərara almışdır ki, İddiaçı iddia tələbi təmin edilməli və ona 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi tarixdən əvvəlki 3 ilə münasibətdə əmək pensiyasının xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilməlidir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasənbu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006) bu Qanunun 9-cu maddəsindəgöstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “X3 haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 06 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamamolmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edirik ki, “X3 haqqında” Qanunun normalarının tətbiqi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruri hesab olunur: 1. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilərinxx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 il olmalı; 2. Bu müddətin azı 12 il 06 ayını əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmalıdırlar. Birinci şərtə münasibətdə qeyd etmək istərdik ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunmuş bütün dövrlər mübahisələndirilmədən sığorta stajı kimi nəzərə alınmış, nəticədə iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 1 ay 23 gün (xx.xx.1983-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.2005-ci il,xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. İkinci şərtə münasibətdə qeyd etmək istərdik ki, iddiaçının ümumiyyətlə güzəştli iş stajı yoxdur. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X15 qərarlarını, X15 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İş materiallarına əlavə edilmiş “Socar” Geofizika və Geologiya İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-4/2-O-2-42/2023-23 nömrəli arayışında İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək mühəndis-elektronçu, baş mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin №-li siyahısı”nın dağ mədən işləri bölməsinin. (1), faydalı qazıntıların çıxarılması. geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması yarımbölməsinin, ) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçular. (q) 22177 kodu üzrə növbələrdə məşğul olan mühəndislər növbələrdə məşğul olan mühəndislər vəzifəsi, il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı şəraitdə iş görən idarələrin, partiyaların, kontorların və s. müəssisə və təşkilatların, onların filiallarının rəhbərləri, mütəxəssisləri bəndində (d), 20735 kodu üzrə baş mühəndislər, onların istehsalatı üzrə müavinləri (köməkçiləri) vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı cavabdeh orqana müraciəti zamanı təqdim etdiyi “Socar” Geofizika və Geologiya İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2- 4/2-O-2-42/2023-23 nömrəli arayışından görünür ki, iddiaçının xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin “Xəzərdənizneftqaz” İB-nin X14 kəşfiyyat İdarəsinin kəşfiyyat partiyasında mühəndis-elektronçu və baş mühəndis peşələrində işlədi qeyd olunan, Nazirlər Kabinetinin müvafiq Siyahısının dağ-mədən işləri bölməsinin faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda, drenaj şaxtalarında, şaxtaların, mədənlərin tikintisində yeraltı işlər sahəsinə aid deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20 ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair 2 nömrəli əlavədə müəyyən olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. MəhkəməAzərbaycan Respublikası İPM-in 58.6- cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 06 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək qanunvericiliklə tələb olunan 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, onun işlədiyi peşələr (vəzifələr) 1 nömrəli siyahıya uyğun olduğu üçün ümumi 25 il deyil, 20 il staj tələb olunur. İşlədiyi peşələrin dağ-mədən, eləcə də faydalı qazıntıların çıxarılması sahəsinə aid-olubolmaması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, iş yerinə müvafiq sorğular verilmişdir. Sorğular verilmiş cavablardan və həmin cavab məktublarına əlavə olunmuş əmr və vəzifə təlimatlarından da göründüyü kimi, onun işlədiyi peşələr dağ-mədən, faydalı qazıntılar sahəsinə aiddir. Bakı İnzibati Məhkəməsinin növbəti sorğusuna əsasən SOCAR tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubunda onun faktiki işlədiyi işin funksiyaları barədə ətraflı izahlar verilmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizə əsasında SOCAR tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubunda isə onun işlədiyi peşələrin dağ-mədən sahəsinə aid olması qanunvericiliyin tələblərinə istinad edilməklə əsaslandırılmışdır. Bundan əlavə, etibarnaməsi üzrə nümayəndəsi X1 müraciəti əsasında SOCAR tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda onun işlədiyi peşələrin həm işin faktiki funksiyaları, həm də dağ-mədən, faydalı qazıntıların çıxarılması barədə ətraflı cavab verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10883/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları: İddiaçı X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar olunmuş İddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçı məhkəməyə ərizə verərək işə onun iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən 3 il əvvəlki dövrə, yəni xx.xx.2020-ci il tarixdən hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun ümumi iş stajının 25 ildən az (22 il 1 ay 23 gün (xx.xx.1983-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.2005-ci il, xx.xx.2005xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş, onun tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “X3 haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “X3 haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «X3 haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «X3 haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlü olduğu üçün onun 52 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə diplomunu, hərbi biletini, əmək kitabçasını və arayışı təqdim etmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı 1983-cü ildə İstehsalat proseslərin avtomatlaşdırılması fakültəsinin “Avtomatika və telemexanika” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olunmuş, 1984-cü ildə əyani şöbənin İ kursundan həqiqi hərbi xidmətə çağırılmış və 1986-cı ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İİ kursuna bərpa olunmuş və 1990-cı ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. İddiaçının təhsil aldığı dövr xx.xx.1983-xx.xx.1984 (İ kurs) və xx.xx.1986xx.xx.1990-cı il tarixləri (04 il 10 ay 19 gün) əhatə edir. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-ci il tarixədək hərbi xidmətdə olmuşdur və həmin müddət ümumilikdə 01 il 11 ay 27 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 1992-ci il 23 sentyabr tarixli “X3 haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmin dövrdə qüvvədə olmuş “X3 haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək “Xəzərdənizneft az” İstehsalat Birliyində (15 il 01 ay 12 gün) xx.xx.2005-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bipi Eksplokeyşn (Kaspian Si) LTD Şirkətində işləmişdir (02 ay 15 gün). Göründüyü kimi, iddiaçının hərbi xidməti, təhsil müddəti və əmək kitabçasındakı qeydər nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajı mövcuddur. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının da kifayət qədər olması mübahisələndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş materiallarından görünür ki, “Xəzərdənizneftqaz” X4 Dəniz Geoloji kəşfiyyat İdarəsinin (indiki X9 İstehsalat Bölümü) kəşfiyyat partiyasında xx.xx.1990-cı il tarixindən xx.xx.2001-ci il tarixədək işlədiyi mühəndis-elektronçu və X6 Ekspedisiyasında xx.xx.2001ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi baş mühəndis peşələrində əmək funksiyalarını faktiki olaraq buruqlarda-quyularda neft-qaz yataqlarının axtarışı və quyularının qazılması ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir ki, həmin vəzifələr İ nömrəli Siyahıda müvafiq kod altında nəzərdə tutulmuş vəzifələrə uyğun olmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, güzəştli arayışda göstərilmişdir ki, “İddiaçının işlədiyi bu peşələr aşağıdakı müvafiq qanunvericiliyə müvafiq olaraq dağ mədən sahəsinə aiddir, Xəzər dənizinin (gölünün) dibi yerin təki sayılır və dağ-mədən sahəsi hesab edilir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun giriş hissəsinə görə, Bu Qanun Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində yer təkinin öyrənilməsi (axtarış, kəşfiyyat), onun səmərəli istifadəsi, mühafizəsi və görülən işlərin təhlükəsizliyi ilə əlaqədar münasibətləri tənzimləyir, yerin təkindən istifadədə dövlətin, yer təki istifadəçilərinin və vətəndaşların mənafelərinin qorunmasını təmin edir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 8-ci abzasına əsasən dağ-mədən ayırması — faydalı qazıntıların çıxarılması, eləcə də onlarla əlaqədar olmayan yeraltı qurğuların tikilməsi məqsədilə hüquqi və fiziki şəxslərə istifadəyə verilən yer təkinin hüdudları nəzərdə tutulur. Həmin maddənin 2-ci abzasına əsasən yerin təki — yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineralxammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli, 844 nömrəli fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinin 2.3-cü maddəsinə əsasən, Şirkət qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün geofiziki, geoloji axtarış-kəşfiyyat işlərinin əsas istiqamətlərinin işlənib hazırlanmasını, təsdiq edilməsini, müasir tikinti texnologiyalarından və texniki vasitələrdən istifadə etməklə, geoloji- kəşfiyyat işlərinin aparılmasını, yeni kəşf olunmuş yataqların işlənməyə verilməsi haqqında qərarların qəbul edilməsini, Şirkətin strukturuna daxil olan qurumlar tərəfindən istismar olunan yataqların təcrübə-sənaye istismar layihələrinin, texnoloji sxemlərinin, neft, qaz və qaz kondensatı yataqlarının işlənməsi layihələrinin hazırlanmasını, təsdiq edilməsini və yataqların işlənməsini, neft, qaz quyularının qazılmasını və sahənin inkişafı ilə əlaqədar digər dağmədən işlərinin, dağ və buruq qazmalarının həyata keçirilməsi fəaliyyət növlərini həyata keçirir. Yuxarıda qeyd edilən qanunvericiliyə müvafiq olaraq, dağ-mədən dedikdə yer təkinin hüdudları, yer təki dedikdə isə yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların), o cümlədən Xəzər dənizinin (gölünün) dibi nəzərdə tutulur. Yuxarıda qeyd edilənlərə əsasən sizin işlədiyiniz peşələr dağ-mədən sahəsi hesab edilir. “ Bu səbəbdən birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan dövrləri iddiaçının zərərli iş stajı kimi qəbul edərək ona 52 yaşdın güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını mümkün hesab etmişdir. Lakin cavabdeh inzibati orqan bununla razılaşmayaraq qərardan apellyasiya şikayəti verməkdə iddiaçının zərərli iş stajının mövcudluğunu yenidən mübahisələndirmişdir. Bununla bağlı işin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə SOCAR-n Geofizika və geologiya idarəsinin 14-2-4/2-H-xx-xx/2024 nömrəli xx.xx.2024-cü il tarixli arayışı təqdim olunmuşdur. Həmin arayışın məzmununda qeyd olunur ki, xx.xx.1965-ci İl təvəllüdlü İddiaçı “Xəzərdənizneftqaz” X4 Dəniz Geoloji kəşfiyyat İdarəsinin (indiki X9 İstehsalat Bölümü) kəşfiyyat partiyasında xx.xx.1990-cı il tarixindən xx.xx.2001ci il tarixinədək işlədiyi mühəndis- elektronçu və X6 Ekspedisiyasında xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək İşlədiyi baş mühəndis peşələrində əmək funksiyalarını faktiki olaraq buruqlarda-quyularda neft-qaz yataqlarının axtarışı və quyularının qazılması ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. İddiaçı işlədiyi bu peşələr faydalı qazıntıların çıxarılmasına, geoloji kəşfiyyat işlərinə aiddir, faktiki olaraq il ərzində iş vaxtının 50 faizindən çoxunu yeraltı buruqlarda-quyularda işləmişdir və bu səbəbdən ona 1 nömrəli siyahıya uyğun güzəştli arayış verilmişdir. İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın İ bölməsinin Dağ-mədən işlərində göstərilən aşağıdakı peşələrlə eynilik təşkil edir, həmin peşələrə uyğun işin funksiyalarını yerinə yetirmiş, kodları göstərilən peşələrə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. xx.xx.1990-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək işlədiyi (10 il 05 ay 09 gün) mühəndis-elektronçu peşəsində siyahıda qeyd edilən kod 1010100q—22177 növbələrdə məşğul olan mühəndislər peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi (04 il 08 ay 02 gün) baş mühəndis peşəsində siyahıda qeyd edilən kod 1010100d—20735 baş mühəndislər, onların istehsalat üzrə müavinləri (köməkçiləri) peşəsinə (vəzifəsinə) uyğun işin funksiyasını yerinə yetirmişdir. İddiaçı xx.xx.1990-cı il tarixindən Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixinədək yuxarıda qeyd edilən 1 nömrəli siyahı üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 15 il 01 ay 11 gün (xx.xx.1990 - xx.xx.2005-ci illər arasındakı dövrlər) təşkil edir. Həmçinin İddiaçı xx.xx.1990-cı İl tarixindən xx.xx.2001-ci il tarixinədək “Xəzərdənizneftqaz” X4 Dəniz Geoloji kəşfiyyat idarəsinin (indiki X9 İstehsalat Bölümü) kəşfiyyat partiyasında işlədiyi mühəndis-elektronçu və xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixədək X6 Ekspedisiyasında işlədiyi baş mühəndis peşələrinin dağmədən sahəsinə aid olub-olmaması, o cümlədən Xəzər dənizinin (gölünün) dibi yerin təki sayılıb-sayılmaması və dağ-mədən sahəsinə aid olub-olmaması ilə bağlı bildirilir ki, SOCAR-ın Geofizika və geologiya İdarəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsini rəhbər tutur. İddiaçı işlədiyi bu peşələr aşağıdakı müvafiq qanunvericiliyə müvafiq olaraq dağ-mədən sahəsinə aiddir, Xəzər dənizinin (gölünün) dibi yerin təki sayılır və dağ-mədən sahəsi hesab edilir. Bu səbəbdən ona müvafiq kodlara istinad etməklə 1 nömrəli siyahıya uyğun arayış verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” İ nömrəli Siyahının İ. Dağmədən işləri bölməsində 1010100q—22177 kod altında nəzərdə tutulan növbələrdə məşğul olan mühəndislər; 1010100d—20735 kod altında nəzərdə tutulan baş mühəndislər, onların istehsalat üzrə müavinləri (köməkçiləri) vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqlarının olduğu göstərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.1990-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək “Xəzərdənizneftqaz” X4 Dəniz Geoloji kəşfiyyat İdarəsinin (indiki X9 İstehsalat Bölümü) kəşfiyyat partiyasında mühəndis-elektronçu və xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixədək X6 Ekspedisiyasında baş mühəndis peşələrində işləməsi, həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş, Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında İ. Dağmədən işləri bölməsində 1010100q—22177 kod altında nəzərdə tutulan növbələrdə məşğul olan mühəndislər; 1010100d—20735 kod altında nəzərdə tutulan baş mühəndislər, onların istehsalat üzrə müavinləri (köməkçiləri) ilə eyni əmək funksiyası icra etməsi müvafiq arayışlarla təsdiq olunduğundan, onun işlədiyi həmin müddət (xx.xx.1990xx.xx.2005-ci = 15 il 01 ay 12 gün ) güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsaslanaraq iddiaçıya pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən 3 il əvvəlki- 18 aprel 2020-ci il tarixdən pensiyasının ödənilməsi ilə bağlı da düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10883/2023 saylı 03 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10883/2023 saylı 03 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova X16 Elvin Əliyev