Məhkəmə qərarları › İş №2-1(103)-1583/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1583/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1583/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" MTK) “ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13504/2023 saylı xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinn dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: - “Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26 iyul 2023-cü il tarixli, **********666500 nömrəli qərarının ləğv edilməsi və 20 may 2021-ci il tarixli, A013 saylı “Mənzil alqısatqısına dair Müqavilə” əsasında satıcı "xxxx" MTK-dan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov küçələrinin kəsişməsi ünvanında yerləşən 3 bloklu yaşayış kompleksinin A blok, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 78.5 kv.m olan mənzilə görə ona qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Bank Respublikası ASC-nin Bakıxanov Filialı) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... 20 may 2021-ci il tarixli, A013 saylı “Mənzil alqı-satqısına dair Müqavilə” əsasında satıcı "xxxx" MTK-dan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov küçələrinin kəsişməsi ünvanında yerləşən 3 bloklu yaşayış kompleksinin A blok, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 78.5 kv.m olan mənzili 10000,0 manat ilkin ödəniş, qalan məbləği qrafikə uyğun hissələr şəklində ödəmək şərtilə nağdsız qaydada ƏDV ilə birlikdə 74575,0 manat ödəməklə almışdır. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” haqqında Azərbaycan Respublikası Prezidenti 25 may 2022-ci il tarixli Fərman barədə məlumat əldə edən kimi Fərmanda nəzərdə tutulmuş hüququndan istifadə etmək məqsədilə vergi orqanına müraciət etmiş, lakin, müraciətinə cavabdeh İdarə tərəfindən baxılaraq ƏDV-nin geri qaytarılmasından imtina edilməsi barədə 26 iyul 2023-cü il tarixli əsassız qərar qəbul edilmişdir. Belə ki, vergi orqanına ünvanladığı ödəniş sənədlərindən və maliyyə arayışından görünür ki, aldığı mənzilin dəyəri tam şəkildə ödənilmiş və ödənişlər nağdsız qaydada həyata keçirilmişdir. Həmin ödənişləri həyata keçirən şəxslərin ad və soyadlarındakı uyğunsuzluq tələb etdiyi ƏDV məbləğinin qaytarılamaması üçün əsas qismində çıxış edə bilməz. Sözügedən Fərmanınqeyd hissəsində bildirilir ki, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri satıcıya tam şəkildə ödənildikdən 90 (doxsan) gün sonra müraciət edildikdə, ƏDV-nin qaytarılmasına yol verilmir. Göründüyü kimi, əsaslı risk aşkar edilmədiyi halda ƏDV qaytarılmasından imtina edilməsinin yeganə səbəbi 90 günlük müddətin ötürülməsi ola bilərdi. İş materiallarındakı xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, qeyd olunan tarixdə iddiaçı tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmişdir və xx.xx.2023-cü il tarixdə, yəni təqribən 60 gün sonra ƏDV-nin geri qaytarılması ilə əlaqədar müvafiq ərizə ilə vergi orqanına müraciət edilmişdir. Lakin inzibati orqan inzibati icraat çərçivəsində tutarlı səbəb göstərmədən iddiaçının müraciətinin icrasından imtina etmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş və bunu aşağıdakılarla əsaslandırılmışdır: “...iddia 26 iyul 2023-cü il tarixli **********666500 saylı qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamalıdır: Belə ki, “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” 26 iyul 2023-cü il tarixli **********666500 saylı qərar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə göndərilsə də, məhkəməyə iddia ərizəsi xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, beləliklə, qanunvericiliklə nəzərdə tutulmuş müddətlər ötürülmüşdür. İddia ərizəsinin “alınmış mənzilə görə ödənilmiş ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə münasibətdə bildirilir ki, İddiaçı müraciətinin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin 2400.0 manat nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi, həmçinin xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, eyni zamanda xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində ödənişin alıcının özü tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli **********752500 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir (etiraza əlavə edilir). Bildirişin alındığı tarixdən 10 (on) iş günü keçməsinə baxmayaraq, alıcı İddiaçı (FİN:xxxxxxx) tərəfindən çatışmazlıqlar aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Göründüyü kimi, alıcı İddiaçı mənzilin tam dəyərinin nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənəd təqdim etməli olduğu halda, mənzilin tam dəyərinin 2400.0 manat nağdsız qaydada ödənilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. Bundan əlavə, ödənişi aparan alıcının soyadı, adı və atasının adının dəqiq göstərildiyi bank ödəniş sənədinin elektron portala göndərməli olduğu halda, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, eyni zamanda xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində ödənişin alıcının özü tərəfindən aparılmadığı müəyyən edilmişdir. Həm iddiaçı tərəfindən, həm cavabdeh tərəfindən inzibati orqana, həm də məhkəməyə təqdim olunmuş bank ödəniş qəbzlərinin surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bank ödəniş qəbzlərində “ödəyən” şəxs qismində X2, xx.xx.2023-cü il tarixli bank ödəniş qəbzində “Ödəyən” şəxs qismində X1 qeyd olunmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13504/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 26 iyul 2023-cü il tarixli, **********666500 nömrəli qərarı ləğv edilmiş və 20 may 2021-ci il tarixli, A013 saylı “Mənzil alqı-satqısına dair Müqavilə” əsasında satıcı "xxxx" MTK-dan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov küçələrinin kəsişməsi ünvanında yerləşən 3 bloklu yaşayış kompleksinin A blok, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 78.5 kv.m olan mənzilə görə İddiaçı qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Bank Respublikası ASC-nin Bakıxanov Filialı) ötürülməsi öhdəliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkün hesab olunmuşdur. Eyni zamanda, apellyasiya icraatında "xxxx" MTK adi cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə tərəfindən cavabdeh orqana xx.xx.2023-cü il tarixli sorğu daxil olmuş, sorğuda İddiaçı mənzil alışına görə 74575,0 manat nağdsız ödədiyi məbləğin ƏDV hissəsinin məbləği barədə məlumat verilməsi xahiş edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********519900 nömrəli məktubunda yuxarıda qeyd edilən Qaydaların 1.3-cü bəndinə istinad edilmiş, həmin bəndə əsasən alıcıya qaytarılan məbləğin ödənilmiş ƏDVnin 30%-ni təşkil etməsi qeyd edilmişdir. Yəni, bu cavab məktubunda ümumi şəkildə mənzilin tam dəyəri, onun ƏDV məbləği və buna münasibətdə qaytarılmalıƏDV məbləği qeyd edilmişdir. Göründüyü kimi, məhkəmənin qərarında müvafiq məktub yanlış şəkildə şərh edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli **********666500 saylı “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarı mövcud olduğu halda, imtinanın əsaslarının həmin qərarda, həmçinin cavabdehin təqdim etdiyi etirazda qeyd edilməsinə rəğmən məhkəmə tərəfindən müvafiq sübutlar və faktiki hallar nəzərə alınmamışdır. Cavabdeh tərəfindən iş materiallarına iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli **********752500 saylı bildiriş əlavə edilmişdir. Bu bildirişdə iddiaçının nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması barədə xx.xx.2023-cü il tarixli müraciətinə baxılması, yuxarıda qeyd edilən uyğunsuzluqların mövcud olması və onların aradan qaldırıldıqdan, həmçinin iddiaçının adından ödəniş nümayəndə tərəfindən edilibsə onun səlahiyyətini təsdiq edən sənədlərin 10 (on) iş günü ərzində tam təqdim edildiyi təqdirdə ƏDV-nin geri qaytarılması məsələsinə yenidən baxıla bilməsi qeyd edilmişdir. Lakin, bildirişin alındığı tarixdən 10 (on) iş günü keçməsinə baxmayaraq, alıcı İddiaçı tərəfindən çatışmazlıqlar aradan qaldırılmamışdır. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından Qaydaların 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, məhkəmə tərəfindən işin araşdırılmayan və məhkəmə qərarında qeyd edilməyən hallarından, həmçinin İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasından imtina üçün əsaslarından biri də ödəniş sənədlərində ödənişin alıcının özü tərəfindən edilməməsi olmuşdur. Belə ki, müvafiq Qaydalara əsasən ödənişi aparan alıcının soyadı, adı və atasının adının dəqiq göstərildiyi bank ödəniş sənədinin elektron portala göndərməli olduğu halda, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, eyni zamanda xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində ödənişin alıcının özü tərəfindən aparılmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılmayan və məhkəmə qərarında qeyd edilməyən hallarından, həmçinin İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasından imtina üçün əsaslarından biri də ödəniş sənədlərində ödənişin alıcının özü tərəfindən edilməməsi olmuşdur. Belə ki, müvafiq Qaydalara əsasən ödənişi aparan alıcının soyadı, adı və atasının adının dəqiq göstərildiyi bank ödəniş sənədinin elektron portala göndərməli olduğu halda, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, eyni zamanda xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində ödənişin alıcının özü tərəfindən aparılmadığı müəyyən edilmişdir. Həm iddiaçı tərəfindən, həm cavabdeh tərəfindən inzibati orqana, həm də məhkəməyə təqdim olunmuş bank ödəniş qəbzlərinin surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bank ödəniş qəbzlərində “ödəyən” şəxs qismində X2, xx.xx.2023-cü il tarixli bank ödəniş qəbzində “Ödəyən” şəxs qismində X1 qeyd olunmuşdur. Məhkəmə inzibati mübahisəni tam və hərtərəfli araşdırmamış, sübutların qiymətləndirilməsi zamanı cavabdeh tərəfindən təqdim edilmiş sənədlər nəzərə alınmamışdır." Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçı isə məhkəmə tapşırığı əsasında üçüncü şəxs tərəfindən məhkəməyə təqdim olunması üçün depozit hesabından çıxarışı təqdim edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümükün hesab olunmuşdur. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı, onunla üçüncü şəxs "xxxx" MTK arasında bağlanılmış xx.xx.2021-ci il tarixli A013 nömrəli “mənzil alqı-satqısı barədə” müqaviləyə və S and N” MTK-nın 03 may 2023-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov küçələrinin kəsişməsi ünvanında yerləşən 3 bloklu yaşayış kompleksinin A blok, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı, ümumi sahəsi 78.5 kv.m olan mənzili, 74575.00 manat məbləğində tam dəyrini ödəməklə, almışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6.-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadrat metr və qeyri-yaşayış sahəsinin 500 kvadrat metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”na əsasən: 1.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında 25 may 2022-ci il tarixli Fərmanı isə aşağıdakıları nəzərədə tutur: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; ...; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdən (o cümlədən « S AND N” MTK-dan) nağdsız qaydada yaşayış sahəsi alan iddiaçının alıcı kimi, yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçməklə elektron kabineti vasitəsilə qeyd olunan sənədləri portala göndərdiyi təqdirdə, satıcının depozit hesabına ödədiyi ƏDV-nin 30 faizini geri qaytarılmasını tələb etmək hüququ vardır. İşdən görünür ki, iddiaçı qanunvericiliyin qeyd olunan tələbləri qaydasındpa sonunucu ödəniş tarixindən 90 gün ərzində, o cümlədən, xx.xx.2023-cü il tarixdə ödədiyi ƏDV-nin geri qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanladığı bildişində İdarənin 26.iyul 2023-cü il tarixli qərarı ilə ƏDV nin geri qaytarılmasından imtina olunduğunu bildirmişdir. İşə əlavə olunmuş həmin qərarda imtinanın əsası kimi qeyd olunur ki, sənədlərin araşıdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərini (cəmi, 74575,0 manat, o cümlədən nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunan – 72175,0 manat, nağıdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunmayan – 2400,0 manat,) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi və xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş sənədlərində ödənişin sizin tərəfinizdən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli **********752500 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmiş, lakin bildirişin alındığı 10 iş günü keçməsinə baxmayaraq alıcı İddiaçı tərəfindən çatışmazlıqlar aradan qaldırılmamış, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1ci bəndində nəzərədə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qərarda çatışmazlıq kimi qeyd olunan həmin hallar onun məhz özü tərəfindən aradan qaldırıla bilən hallar kimi, dolaysı iddiaçının müraciətinə imtina cavabı kimi qiymtləndirilməlidir. Çünki, İnzibati icraat haqqında” Qanunun tələbələrinə görə: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Digər tərəfdən, iş materiallarından, o cümlədən, hazırkı mərhələdə məhkəmə sorğusu əsasında əldə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən aldığı yaşayış sahəsinin 74575,0 manat məbləğində tam dəyərini nağdsız qaydada mənzil-tikinti kooperativinin hesabına hissə-hisə 21 ödəniş əməliyyatı ilə 2400 + (1200x9)+10000+19500+1900+1700+2500+(1200x2)+11387,80+2400 + 1200+8399,15= 74575,95) ödənilmiş (i.v.20-26), sonuncu ödənişin həyata keçirildiyi xx.xx.2023-cü il tarixdə ödəmiş həmin tarixdə də o, ödəniş tapşırığı əsasında ayrıca olaraq kooperativin depozit hesabına nağdsız qaydada 11.375,85 manat ƏDV məbləğini ödəmişdir (i.v. 28). Hazırkı mərhələdə üçüncü şəxs "xxxx" MTK tərəfindən məhkəmənin tapşırığı əsasında iddiaçı vasitəsilə məhkəməyə təqdim olunmuş ƏDV sub-uçot hesbından çıxarışdan da (elektron) görünür ki, sözügedən (xx.xx.2023) tarixdə ƏDV məğləği kooperativin depozit hesabında təsbit olunmuşdur. Tədqiq olunan sübutlardan göründüyü kimi, iddiaçının alqı-satqı əsasında bina tikintisi ilə məşğul olan üçüncü şxsdən mıqaviələ sasında aldığı mənzilin 74575 manat məbləğində tam dəyərinin nağdsız qaydada ödədiyi, 11.375,85 manat ƏDV məbləğini isə ayrılıqda onun depozit hesab köçürüldüyü sübutlarla öz təsdiqini tapır. Bəzi ödənişlərin başqa şəxs tərəfindən həyata keçirildiyinə gəldikdə, cavabdehin həmin dəlili də əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 431.1-ci maddəsinin tələbinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Cavabdehin iddiaçı tərəfindən cavabdehə qarşı iddiann iddia müddəti buraxılmaqla qaldırıldığına gəldikdə, burada sözügedən imtina qərarının xx.xx.2023-cü il tarixindən götürüldükdə belə iddia müddəti buraxılmamış hesab edilə bilməz. Çünki, Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən elektron üsulla elektron kabinetin göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş iş günü keçdikdən sonra sənəd vergi ödəyicisinə çatırılmış sayılır. Məcəllənin qeyd olunan tələbi baxımdan, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edildiyi nəzərə alınmaqla, İPM-in 38.2-ci maddəsi ilə müəyyən olunan iddia müddəti buraxılmamışdır (Həmin qərarın iddiaçıya iddiaçıya təqdim edilməsinə dair sübut təqdim edilməmişdir.) Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh, iddiaçının tələblə bağlı məhkəməyə qədər müraciətini təmin etməməkdə haqlı olmamış, onun qanunla qorunun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan cavabdehin apellyasiya şikayətinin, məhkəmə inzibati mübahisəni tam və hərtərəfli araşdırmadığını və sübutların qiymətləndirilməsi zamanı cavabdeh tərəfindən təqdim edilmiş sənədlər nəzərə alınmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13504/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13504/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar