Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1613/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçının övladlığa götürmək istəyən şəxs qismində uçota alınması və övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğuna dair rəy verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X6 və X12 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X1 və X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X8 və X11 cəlb olunmaqla) «iddiaçının övladlığa götürmək istəyən şəxs qismində uçota alınması və övladlığa götürmənin uşağın mənafetinə uyğunluğuna dair rəy verilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6944/2023 saylı 13 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, «onun övladlığa götürmək istəyən şəxs qismində uçota alınması və övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğuna dair rəy verilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı (İddiaçı) 14 may 2022-ci il tarixdə X8 ilə rəsmi nikaha daxil olmuş və ailə qurmuşlar. Hazırda onlar Aysel Adıgözəlovanın əvvəlki nikahdan olan övladı X4 ilə birgə yaşayırlar. Uşaq (Süleyman İbrahimli) iddiaçını atası kimi qəbul edir. İddiaçı uşağı övladlığa götürmək məqsədilə 30 noyabr 2022-ci il tarixdə qanunla nəzərdə tutulmuş qaydada uçota alınmaq üçün rəsmi ərizə ilə cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Onun müraciəti qeydə alınmış və övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsinə keçmişdir. Nazirliyin Sosial Xidmətlər Agentliyinin təklifi əsasında 2022-ci ilin dekabr ayının əvvəllərində iddiaçı və arvadı Aysel Adıgözəlova Bakı şəhəri Yasamal RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyaslna müraciət edərək, övladlığa götürülən uşağın atasının uzun illər ondan ayrı yaşaması, ona qayğı göstərməməsi, valideyn kimi vəzifələrini yerinə yetirməməsi ilə bağlı halları təsdiq edəcək rəsmi sənədin verilməsini xahiş etmişlər. RİH bununla bağlı müvafiq araşdırma apararaq, sonra cavab məktubu vermiş və iddiaçı tərəfindən həmin məktub rəsmi qaydada cavabdehə təqdim olunmuşdur. Cavabdeh sözügedən məktubu qəbul etmiş, 23 yanvar 2023-cü il tarixdə “online” qaydada şəxsi kabineti vasitəsilə iddiaçıya münasibətdə uçot məlumatları düzgün təqdim edilmədiyi və ya düzgün olmadığı üçün valideyn– namizəd(lər)in müraciətindən imtina etmişdir. İddiaçı bununla əlaqədar Nazirliyin Sosial Xidmətlər Agentliyində qəbulda olmuş və imtinanın səbəbi ilə maraqlanmışdır. Ona şifahi şəkildə bildirilmişdir ki, övladlığa götürmə üçün uşağın bioloji atasının razılığı alınmalıdır. İddiaçı bu mövqe ilə razılaşmamış və şikayət etmişdir. Belə ki, müvafiq qanunvericilik müəyyən hallarda uşağın valideyninin, o cümlədən atasının razılığı olmadan da övladlığa götürməyə imkan verir. İddiaçı cavabdeh inzibati orqanın qanunsuz və əsassız imtinası ilə bağlı həmin orqanın özünə və AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə şikayətlər ünvanlamışdır. Beləliklə, cavabdeh onun (iddiaçının) müraciətinə uyğun olaraq qanunla üzərinə düşən– övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması və övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi vəzifələrini yerinə yetirməmişdir. Cavabdehin imtinası əsassız və qanunsuz hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 123.2-ci maddəsi 6 aydan artıq uşağından ayrı yaşayan valideyinin razılığı olmadan da övladlığa götürməyə imkan verir. Hansı ki, iddiaçı bununla bağlı cavabdehə mötəbər sübut təqdim etmiş, lakin cavabdeh həmin sənədi şübhə altına almışdır. Göstərilənlərə və Ailə Məcəlləsinin 118, 123-cü maddələrinə əsaslanaraq, iddiaçının övladlığa götürmək istəyən şəxs qismində uçota alınması və övladlığa ötürmənin uşağın mənafeyinə uyğunluğuna dair rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə X8 və X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6944/2023 saylı 13 noyabr 2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı övladlığa götürmək istəyən şəxs qismində uçota alınması və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğuna dair rəy verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmçinin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı nikahda olduğu X2 birinci nikahdan olan övladı xx.xx.2016-cı il təvəllüdlü X3 övladlığa götürmək üçün xx.xx.2022-ci il tarixdə Nazirliyin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürme" altsisteminə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə vətəndaşın müraciətinə S.İbrahimlinin bioloji atasının Övladlığa götürmə ilə bağlı razılığı olmadığından Nazirlik tərəfindən imtina verilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi) 122.1-ci maddəsinə əsasən valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. İddiaçı Ailə Məcəlləsinin 123.2-ci maddəsinə istinad edərək S.İbrahimlinin bioloji atasının razılığı olmadan da övladlığa götürmənin icra edilə bilməsi mümkünlüyünü iddia etmişdir. Bununla bağlı, Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına sorğu verərək övladlığa götürmək istədikləri uşağın atasının ondan ayrı yaşaması, ona qayğı göstərməməsi ilə bağlı halları təsdiq edəcək sənəd təqdim etməyi xahiş etmişdir. Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Nazirliyə ünvanlanan xx.xx.2022-ci il tarixli -334-099 nömrəli məktubda uşağın atasının ölkə hüdudlarını tərk etməsi səbəbindən uşağa qayğı göstərə bilmədiyi barədə məlumat verilmişdir. Nazirlik övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verərkən uşağın mənafeyini və hər bir halda onun ümdə maraqlarını rəhbər tutur. Uşağın üstün mənafeyi prinsipini rəhbər tutaraq, atanın ölkə hüdudlarından kənarda olmasının və uşağın tərbiyəsində iştirak etməməsinin səbəbləri məlum olmadığından, onun razılığı və xəbəri olmadan uşağının övladlığa verilməsini, uşaqla bioloji atası arasında valideyn-uşaq hüquq və vəzifələrinə xitam verilməsini və bu cür övladlığa götürmə hallarında Ailə Məcəlləsinin 123.2-ci maddəsinə istinad edilməsini məqsədəuyğun hesab etmirlər. Bakı İnzibati Məhkəməsi Nazirliyin mövqeyi ilə razılaşmayaraq, uşağının övladlığa verilməsi barədə məlumatı olmayan və xəbərdarlıq edilməyən atanın övladlığa veriləcəyi halda valideyn-uşaq hüquq və vəzifələrinin itirilməsi halını belə nəzərə almadan iddianı təmin etmişdir. Məhkəmələr uşaqlar bütün uşaqlar barəsində görülən tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Övladlığa götürmə sistemini qəbul edən və ya onun mövcudluğuna icazə verən iştirakçı dövlətlər uşağın ən yaxşı mənafeyinin ilk növbədə nəzərə alınmasını təmin edirlər. Habelə onlar təmin edirlər ki, uşağın övladlığa götürülməsinə ancaq səlahiyyətli orqanlar icazə versinlər. Bu orqanlar tətbiq edilən qanuna və prosedurlara uyğun olaraq və işə aid bütün səhih məlumat əsasında uşağın valideynlər, qohumlar və qanuni qəyyumlar barəsində statusuna görə övladlığa götürülməsinin mümkünlüyünü və əgər tələb olunarsa, əlaqədar şəxslərin zəruri ola biləcək məsləhətləşmə əsasında uşağı övladlığa götürməyə öz şüurlu razılığını verməsini müəyyən edirlər. Övladlığa götürmə övladlığa götürülənə onu övladlığa haqqında götürən şəxsə münasibətdə qanuni nikahda doğulmuş uşağın öz atasına yaxud anasına münasibətdə malik olduğu bütün hüquqları və vəzifələri verir və bu hüquqlar və vəzifələr əmələ gəldiyi andan övladlığa götürülənlə onun anası və ya atası arasında, yaxud istənilən digər şəxs və ya təsisat arasında analoji hüquqlara və vəzifələrə xitam verilir. Bu müddəaya zidd olaraq uşağının övladlığa verilməsindən məlumatı olmayan və xəbərdarlıq edilməyən atanın razılığı olmadan övladlığa götürmənin həyata keçirilməsi məqsədilə məhkəmənin iddianı təmin etməyi qanunsuz və əsassızdır. 122.1-ci Valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Uşaqların övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında təsdiq olunmalıdır. Belə razılığın tələb edilməsinə baxmayaraq məhkəmə iddiaçının övladlığa götürən şəxs kimi uçota alınması və övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəyin verilməsini tələb etmişdir. Həmçinin həmin maddədə valideynlərin valideynlərin xəbərdarlıq edilməsi nəzərdə tutulsa da, iddiaçının övladlığa götürmək istədiyi uşağın bioloji atasına xəbərdarlıq edilməmiş, iddiaçı tərəfindən təqdim edilən məktubda məlumat xarakterli məlumatlar öz əksini tapmışdır. Qeyd olunan normalardan göründüyü kimi, övladlığa götürmə övladlığa götürülənlə valideynləri və onların qohumları arasında hüquq münasibətlərinin ləğvinə səbəb olur, övladlığa götürülən uşaqlar və onların valideynləri və qohumları bütün şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrindən azad olurlar. Məhkəmə iddiaçının təqdim etdiyi Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq ve Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli 8- 334-099 nömrəli məktubunda qeyd edilənləri araşdırmamış, məlumat xarakterli ifadələrin valideynə xəbərdarlıq edilməsi kimi nəzərə almışdır. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İnzibatı məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxlərin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxslər X2 və X5 iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndələri X9 və X14 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişlər. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi “onun övladlığa götürmək istəyən şəxs qismində uçota alınması və övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğuna dair rəy verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Sonradan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin edilərək, iddiaçının övladlığa götürmək istəyən şəxs qismində uçota alınması və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğuna dair rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, İddiaçı 2022-ci ilin may ayında X8 ilə nikaha daxil olmuşdur. X8 əvvəllər X11 ilə nikahda olmuş və bu nikahdan onların 2016-cı il təvəllüdlü Süleyman adlı uşağı doğulmuşdur. Hazırda iddiaçı arvadı ilə əldə etdiyi razılığa əsasən həmin uşağı (X3) övladlığa götürmək arzusundadır. Uşağın atası X11 bir neçə il bundan əvvəl ölkə hüdudlarından kənara getdiyindən və ölkəyə qayıtmadığından (onunla uşağın hər hansı formada əlaqəsi kəsilmişdir), onun bu məsələyə münasibəti müəyyənləşdirilməmişdir. İddiaçı özünün övladlığa götürmək istəyən şəxs qismində uçota alınması və övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsinə dair rəy verilməsi ilə bağlı hazırkı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh uşağın bioloji atasının müvafiq razılığının olmamasını əsas gətirərək hər iki məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin həmin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsinə görə valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 123.2-ci maddəsinə əsasən valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq və himayə orqanlarının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 946 nömrəli 27 fevral 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası»nın: 1.2-ci bəndinə görə valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin vahid uçotunun elektron qaydada aparılması, valideyn-namizədlə müsahibə keçirilməsi, onun maddi-məişət şəraitinin müayinəsi, valideyn-namizəd üçün təlimin təşkili, valideyn-namizədə uyğun uşağın və övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi, valideyn-namizədlə uşaqların yerləşdiyi müəssisələrdə görüşlərin təşkili, övladlığa götürülən uşaqların sınaq müddətində valideyn-namizədin evində yerləşdirilməsi, övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsi, övladlığagötürmədən sonrakı monitorinqlərin aparılması, eləcə də övladlığagötürmənin ləğvinin tələb edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2.7-ci maddəsinə əsasən bu Qaydanın 2.5.1–2.5.3-cü yarımbəndlərində və 2.6-cı bəndində göstərilən məlumatlar altsistemə daxil edildiyi gündən valideyn himayəsindən məhrum olmuş uşaq vahid uçota alınır. 2.8. Nazirlik və bu Qaydanın 2.1.4–2.1.5-ci yarımbəndlərində göstərilən orqanlar vahid uçota alınmış valideyn himayəsindən məhrum olmuş uşaq barədə bu Qaydanın 2.5.1-ci yarımbəndində göstərilən fərdi məlumatları (məlumatlar altsistemə daxil edilmədiyi və ya tam daxil edilmədiyi halda) və sağlamlıq vəziyyəti barədə məlumatları əldə etdikləri gün altsistemə daxil etməlidirlər. 2.12-ci bəndinə görə valideyn-namizədin övladlığa uşaq götürmək barədə Nazirliyə ünvanladığı ərizə bu Qaydanın 2.16-cı bəndinə uyğun olaraq altsistemə daxil edildiyi andan valideyn-namizəd uçota alınır. 2.16-cı bəndinə görə bu Qaydanın 2.12-ci bəndində nəzərdə tutulan notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn namizəd övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında qeydiyyatdan keçməklə öz şəxsi kabinetini yaradır. 2.24-cü bəndinə görə sosial işçi valideyn-namizədlə müsahibə keçirilməsi zamanı övladlığagötürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmamasına dair tərtib etdiyi rəyi bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq altsistemə daxil etdikdən sonra həmin rəy əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn-namizədin uçotdan çıxarılması barədə qərar qəbul edir. Valideyn-namizədin bu qərardan inzibati qaydada və məhkəməyə şikayət vermək hüququ vardır. 9.1-ci bəndinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sınaq müddətinin sonunda övladlığagötürmə ilə bağlı bütün mərhələlərin nəticəsinə uyğun olaraq övladlığagötürmənin əsaslandırılması və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında 7 iş günü müddətində rəy hazırlayır. Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə»nin 3.1-ci bəndinə görə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin vəzifələri aşağıdakılardır: (3.1.57-1) valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin), habelə himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunu elektron qaydada aparmaq; (3.1.57-2) övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin etmək; Mövcud qanunvericilik normalrının tələblərinə görə uşağın övladlığa götürülməsi üzrə icraat bir neçə mərhələdən ibarətdir: 1) uşağı övladlığa götürmək istəyən şəxsin müvafiq orqan (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən uçota götürülməsi və həmin qurumun övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verməsi, 2) övladlığa götürmək istəyən şəxsin məhkəməyə təqdim etdiyi ərizəyə baxılmasının nəticələri (ərizənin təmin və ya rədd edilməsi barədə qətnamə çıxarılması). Qeyd olunan birinci mərhələ inzibati orqana müraciət üzrə inzibati icraat çərçivəsində aparılır, ikinci mərhələdə qaldırılan məsələ isə mülki məhkəmə icraatının predmetidir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, valideyn-namizədin övladlığa uşaq götürmək barədə Nazirliyə ünvanladığı ərizə “e-sosial” internet portalında qeydiyyatdan keçməklə yaratdığı öz şəxsi kabineti vasitəsilə altsistemə daxil edildiyi andan valideyn-namizəd uçota alınır. Yəni, valideyn-namizədin övladlığa uşaq götürmək barədə ərizəsinə əsasən onun uçota alınması qanunda imperativ qaydada nəzərdə tutulmuşdur, başqa sözlə, valideyn-namizədin övladlığa uşaq götürmək barədə müraciətinə əsasən onun uçota alınmasından imtina edilməsinin əsasları qanunda nəzərdə tutulmamışdır. Cavabdehin istinad etdiyi “uşağın bioloji atasının razılığının alınmaması” barədə məsələ isə övladlığa götürmək istəyən valideyn-namizədin ərizəsi əsasında onun uçota alınması mərhələsində araşdırılmır və belə razılığın olub-olmaması heç bir halda valideynnamizədin uçota alınma məsələsindən imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, “uşağın bioloji atasının razılığının alınması” məsələsi inzibati icraatın gedişatında qanunla nəzərdə tutulan digər araşdırılmalı məsələlərlə birlikdə araşdırılır. Yuxarıda da qeyd olunduğu kimi, göstərilən razılığın olmaması inzibati icraatın ilkin mərhələsində valideynnamizədin uçota alınmasından imtina edilməsi üçün əsas ola bilməz. Belə olan halda cavabdeh orqan iddiaçının müvafiq müraciəti üzrə onun uçota alınmasından imtina edə bilməzdi. Bununla yanaşı, yuxarıda sadalanan qanun normalarının tələbinə görə, övladlığagötürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olması məsələsi inzibati icraatın gedişatında araşdırılan məsələdir, hansı ki, bu məsələ də cavabdeh qurumun qanundan irəli gələn diskresion səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırki iddia “məcburetmə haqqında” iddia növünə aiddir. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarına dair tələblər İPM-nin 73-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsi İPM-nin 73.2-ci maddəsinə istinad edərək məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoymuşdur. Halbuki yuxarıda da göstərildiyi kimi, valideyn-namizədin uçota alınmasından imtina edilməsi qanunla nəzərdə tutulmamışdır. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsinin mümkün olubolmadığını yoxlamadan məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoymaqda haqlı olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 2-1(112)-6944/2023 saylı 13 noyabr 2023-cü tarixli qərarı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6944/2023 saylı 13 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova X18 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1613/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1613/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver