Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-164/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-105/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 08 aprel 2020-ci il tarixli **********68322 nömrəli səyyar vergi yoxlaması aktının və yoxlama aktına əsasən qəbul etdiyi 01 iyun 2020-ci il tarixli **********136744 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə mövcud qanunvericiliyə uyğun olaraq xx.xx.2018-ci il tarixində vergi qeydiyyatına alınmışdır. Cəmiyyətin əsas fəaliyyəti - digər qruplara daxil edilməyən fərdi xidmət fəaliyyətindən (96060) ibarətdir. Cəmiyyət ölkə vətəndaşlarının şəxsi qızıl məmulatlarının yeni dizaynda və daha peşəkar zərgərlər tərəfindən emal olunması işinin təşkil olunması sifarişlərini yerinə yetirmək xidməti ilə məşğul olur. Bu məqsədlə Cəmiyyət qanunvericilikdə nəzərdə tutulan qaydada, ölkə xaricində - Türkiyədə emal xidməti sahəsində uzun müddətli təcrübəsi olan, göstərdiyi xidmətin keyfiyyətinə görə etibarlılığı və məmnuniyyəti olan “X7 ve Dış Tic. LTD Şti” ilə müqavilə bağlamış, ölkə vətəndaşlarının şəxsi qızıl məmulatlarını öz istəkləri və zövqünə uyğun yenidən emal edilməsi məqsədilə onlarla müvafiq sifariş xidməti müqavilələri bağlayır, onlardan qızıl məmulatlarını, eyni zamanda qızıl məmulatlarının təhvil götürülməsindən geri qaytarılması dövründə ödənilməsi tələb edilən rəsmi dövlət ödənişlərini, bank xidmət haqqını, habelə emal xidmətinin haqqını və əlavə zərgərlik detallarının dəyərini zərurət yarandıqca müvafiq qaydada və formada təhvil alır. Həmin məmulatlar qanunvericiliyə uyğun qaydada Cəmiyyət tərəfindən ölkədən Türkiyəyə müvəqqəti ixrac edilir, xaricidəki müəssisə tərəfindən emal edildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cəmiyyət tərəfindən ölkəyə təkrar idxal edilir və nəhayət emal edilmiş formada qızıl məmulatları, əlavə zərgərlik detalları ilə birlikdə sifarişçi-vətəndaşlara geri qaytarılır. Bu sifariş xidməti üçün bağlanmış müqavilə şərtlərinə görə geri qaytarılan qızılın hər qramı üçün 1,20 manat xidmət haqqı Cəmiyyətə yekun akt üzrə ödənilir. Müqaviləyə əsasən sifarişin yerinə yetirilməsi vəziyyəti barədə üzləşdirmə aktları tərtib edilir. Cəmiyyət hazırkı fəaliyyəti müddətində sadələşdirilmiş vergi ödəyicisi olmuş, fəaliyyəti xüsusiyyətinə görə xx.xx.2018-cı il tarixində bağlanmış icarə müqaviləsinə əsasən hüquqi ünvanında yerləşən 10 kv.m. sahədə fəaliyyət göstərmişdir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq Cəmiyyət nağd hesablaşmaların aparılması məqsədilə kassa mədaxil qəbzlərindən istifadə edir, eyni zamanda xidmət üzrə ölkədaxili və beynəlxalq nağdsız hesablaşmaların aparılması məqsədilə Cəmiyyətin şəhadətnamə dublikatlara əsasən banklarda hesablaşma hesabları mövcuddur. Cəmiyyətin hazırda bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minmiş 2 nəfər işçisi var. Cəmiyyət fəaliyyəti dövründə mühasibatlıq uçotunu qüvvədə olan bütün qanunların tələblərinə uyğun olaraq aparır, öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirir. 2018-ci ildən qeyd edilən fəaliyyətə başlayan Cəmiyyət tərəfindən təqdim edilmiş vergi bəyannamələrinin cavabdeh tərəfindən kameral yoxlaması zamanı gah ixrac və idxal əməliyyatları barədə Vergilər Nazirliyində olan baza məlumatları səbəbindən, gah da Cəmiyyətin fəaliyyət uçotu məlumatları səbəbindən və digər naməlum anlaşılmazlıq səbəbindən uyğunsuzluqların olması ilə bağlı bildirişlər göndərilmiş, cavabında isə Cəmiyyət 2018-ci ilin 1-ci rübü üçün 2 dəfə, 2-ci rübü üçün 14 dəfə, 3-cü rübü üçün 63 dəfə eyni formada dəqiqləşdirilmiş bəyannamə təqdim etmək məcburiyyətində qalmışdır. Bundan sonra cavabdeh xx.xx.2018-ci il tarixində **********166237 saylı qərar ilə Cəmiyyətdə səyyar vergi yoxlamasına başlamışdır. xx.xx.2018-ci il tarixində başlayan yoxlama 2018-ci ilin fevral-iyun aylarına aid 5 aylıq dövrü əhatə etmiş, 18 ay müddətində 2 mərhələdə davam etmiş və xx.xx.2020-ci il tarixli sayca 2-ci olan **********68322 nömrəli yoxlama aktı tərtib olunmaqla başa çatmışdır. Həmin 5 aylıq hesabat dövrü ərzində Cəmiyyət ilə 16 nəfər sifarişçi-vətəndaşın qızıl məmulatının emal edilməsi məqsədilə: - həmin sifarişçi-vətandaşlar ilə bağlanmış 16 sayda müqavilə; qızılın sifarişçi-vətəndaşlardan təhvil alınması barədə 16 sayda təhvil aktı, rəsmi dövlət rüsumları üzrə və emal xidməti ödənişlərinin həyata keçirilməsi üçün pul vəsaitinin sifarişçi-vətəndaşlardan alınması barədə təhvil aktı və qəbzləri, müvəqqəti ixrac proseduruna aid olan sertifikat, rəsmi dövlət eksperti rəyi, qaimə, ödəniş qəbzləri və yük gömrük bəyannamələrindən ibarət 9 sayda sənəd dəsti, təkrar idxal proseduruna aid olan sertifikat, rəsmi dövlət eksperti rəyi, təhvil aktı, qaimə, ödəniş qəbzləri və yük gömrük bəyannamələrindən ibarət 16 sənəd dəsti; qızılın sifarişçi-vətəndaşlar geri qaytarılması barədə 16 sayda təslim aktı, xaricdəki müəssisə ilə Cəmiyyət arasında bağlanmış müqavilə; xaricdəki müəssisəyə emal üçün ödəniş aktları; habelə 1 nəfər işçidən ibarət olan, həmin işçinin qeydiyyatı üzrə şəxsi evində 10 kv.m. sahədə fəaliyyət göstərən MMCnin ümumi mühasibatlıq sənədləri olmaqla, ümumilikdə 395 vərəqdən ibarət sənədlər yoxlamaya təqdim edilmişdir. Bundan başqa həmin dövrə aid heç bir sənəd olmamışdır. Sadalanan sənədlərdən aydın olur ki, yoxlanılan 2018-ci ilin 5 aylıq hesabat dövründə qızıl məmulatlarını yeni dizaynda emal edilməsi məqsədilə 16 nəfər sifarişçi-vətəndaş ilə MMC arasında eyni şərtlər ilə 16 sayda sifariş müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə uyğun olaraq, sifarişçilərin şəxsi mülkləri olan qızıl məmulatları, fiziki ölçü və dəyərləri təhvil aktlarında göstərilməklə Cəmiyyətə xaricdə emal olunması məqsədilə təqdim edilmiş, sifarişçilərin istək və zövqlərinə görə yeni dizaynda emal edilməsi məqsədilə həmin qızıl məmulatları fiziki ölçü və dəyərləri müvəqqəti ixrac invoysunda və gömrük bəyannaməsində qeyd olunmaqla və müvəqqəti ixrac qaydasında Cəmiyyət tərəfindən xaricdəki müəssisəyə göndərilmiş emal olunmuş qızıl məmulatları fiziki ölçü və dəyərləri, emal xidmətinin haqqı və əlavə zərgərlik detallarının dəyərləri təkrar idxal invoysunda və gömrük bəyannaməsində qeyd olunmaqla təkrar idxal qaydasında Cəmiyyətə geri göndərilmiş, həmin məmulatlar fiziki ölçü və dəyərləri, habelə əlavə detalların dəyərləri təhvil aktlarında göstərilməklə sifarişçi-vətəndaşlara geri qaytarılmışdır. Xaricdəki müəssisə ilə Cəmiyyət arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, emal məqsədilə alınmış qızıl məlumalatları sifarişçilərin tələbinə uyğun dizaynda, keyfiyyətdə və vaxtında emal edilmiş və geri qaytarılmış, bu emal xidmətinin haqqı geri qaytarılan qızılın çəkisinə uyğun olaraq 0,5 ABŞ dolları/qram hesabı ilə müəyyən edilir. Sifarişçi-vətəndaşlar ilə Cəmiyyət arasında bağlanmış müqavilə şərtlərinə görə, vətəndaşlar həmin qızıl məmulatlarının müvəqqəti ixrac və təkrar idxal prosedurları üzrə tələb edilən bütün ödənişləri (rüsum, yığım, vergi və bank xidmət haqqı) zərurət yarandıqca tam məbləğdə və vaxtında təmin etmiş, eyni zamanda geri qaytarılan qızılın çəkisinə uyğun olaraq 0,5 ABŞ dolları/qram hesabı ilə emal xidmətinin haqqını və 1,2 manat/qram hesabı ilə sifariş xidməti haqqını Cəmiyyətə təqdim etmişlər. Hazırki iddia ərizəsinin verilməsinə başlıca səbəb - 2018-ci ilin 5 aylıq hesab dövrünə aid 395 vərəqdən ibarət sənədlərin qanunazidd olaraq 18 ay davam edən səyyar vergi yoxlamasının yoxlayıcının şəxsi və tamamilə hüquqazidd mülahizələrinə istinadən və çoxlu sayda qanun pozuntularına yol verməklə tərtib etdiyi və tam yanlış qaydada əlavə vergi hesablanmasına səbəb olan xx.xx.2020-ci il tarixli **********68322 nömrəli yoxlama aktı və bu akta əsasən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********136744 saylı məsuliyyət qərarıdır. 16 sayda sifariş müqaviləsi və 16 sayda təhvil aktından göründüyü kimi, 2018-ci ilin 5 aylıq hesabat dövründə sifarişçi-vətəndaşlar şəxsi mülkləri olan, müxtəlif formalarda olan, ümumilikdə 2.945.039,25 ABŞ dolları dəyərləndirilən və ümumi çəkisi 72.577,2 qram olan qızıl məmulatları Cəmiyyətə təhvil vermişdirlər. Sifarişçi-vətəndaşlardan alınmış qızıl məmulatları emal məqsədilə xaricdəki müəssisəyə göndərilməzdən əvvəl - yəni müvəqqəti ixrac olunmazdan əvvəl qanunvericilikdə nəzərdə tutulan rəsmi gömrük ekspertizasından keçməlidir. Odur ki, hər bir müvəqqəti ixrac proseduru zamanı qızıl məmulatlarını emal prosesisindən sonra geri qaytarılması barədə Cəmiyyətdən rəsmi öhdəlik sənədləri alınmış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həmin qızıl məmulatlarının keyfiyyətə uyğunluq sertifikatları verilmiş, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli metallara və qiymətli daşlara nəzarət Dövlət xidməti tərəfindən həmin qızıl məmulatları ekspertiza olunmaqla, müvafiq qəbul qəbzləri verilmiş, Azərbaycan Respublikasının Dövlər Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən həmin qızıl məmulatları ekspertiza olunmaqla, müvafiq ekspert rəyləri verilmişdir. Bundan sonra 2018ci ilin 5 aylıq hesabat dövründə 9 sayda müvəqqəti ixrac invoysuna əsasən analoji 9 sayda gömrük bəyannaməsinin doldurulması təmin edilmişdir. Sadalanan rəsmi sənədlərdən də göründüyü kimi, 2018-ci ilin 5 aylıq hesabat dövründə emal məqsədilə MMC-yə təhvil verilmiş ümumilikdə 2.945.039,25 ABŞ dolları dəyərində və ümumi çəkisi 72.577,2 qram olan qızıl məmulatları müvafiq rəsmi ekspertizalardan keçirilmişdir. Beləliklə, 16 nəfər sifarişçi-vətəndaşa məxsus qızıl məmulatın xaricdə emalı məqsədilə müvəqqəti ixrac edilməsi üçün 9 sayda ixrac invoysundan və 9 sayda müvəqqəti ixrac gömrük bəyannaməsindən də göründüyü kimi, 2018-ci ilin 5 aylıq hesabat dövründə Cəmiyyət tərəfindən ümumilikdə 2.945.039,25 ABŞ dolları dəyərində və ümumi çəkisi 72577,2 qram olan qızıl məmulatları Türkiyədəki “X8 və Diş.Tic. LTD Şti” Şirkətinə təhvil verilməsi üçün müvəqqəti ixrac edilmişdir: Qüvvədə olan gömrük qanunvericiliyinə görə, ixrac gömrük bəyannaməsinin yuxarı sol hissəsindəki 1 №-li “Bəyannamənin tipi” bölməsində “52” kodu qeydi - həmin bəyannamə üzrə ixrac edilən mallar xaricə emal məqsədilə müvəqqəti ixrac edilir və təkrar idxal edilən müddətdə gömrük nəzarəti rejimində saxlanılır. Cəmiyyətin 9 sayda müvəqqəti ixrac gömrük bəyannaməsində də eyni kod qeydi mövcuddur. Xaricdəki müəssisə ilə Cəmiyyət arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, qızıl məmulatları emaldan sonra hazır olduqca, onlar qüvvədə olan qanunvericiliyə əsasən, təkrar idxal prosedurundan keçirilməklə, ölkəyə geri qaytarılmışdırlar. Bu məqsədlə həmin qızıl məmulatları ölkəmizin gömrük sahəsinə daxil olan kimi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş gömrük idarəsi tərəfindən həmin qızıl məmulatlarının təhvil aktları və müvəqqəti saxlanc aktları yoxlanılmış, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən həmin qızıl məmulatları ekspertiza olunmaqla, müvafiq ekspert rəyləri verilmişdir. Bundan sonra, 2018-ci ilin 5 aylıq hesabat dövründə 6 sayda təkrar idxal invoysu üzrə emal olunmaqla Cəmiyyətə təhvil verilmiş 80.280,40 qram qızıl və 4.123,38 qram sirkon daşları olmaqla, ümumilikdə 84.403,8 qram emal edilmiş qızıl məmulatları müvafiq rəsmi ekspertizalardan keçirilmişdir. 2018-ci ilin 5 aylıq hesabat dövründə 6 sayda təkrar idxal invoysundan göründüyü kimi, rəsmi gömrük ekspertizasından keçmiş ümumilikdə 84.403,8 qram qızıl məmulatlarının dəyəri 1.967.514,60 ABŞ dolları, o cümlədən sirkon daşlarının dəyəri 4.123,38 ABŞ dolları (4123,38 qr x 1 ABŞ dolları), eyni zamanda müqavilə şərtlərinə görə emal xidmətinin haqqı isə 40.140,19 ABŞ (80.280,40 qram qızıl x 0,50 ABŞ dolları) dolları təşkiİ etmişdir. Rəsmi dövlət gömrük ekspertizasından sonra, tərtib edilmiş təkrar idxal gömrük bəyannamələrindən və təkrar idxal invoslarından da (cədvəl 6) göründüyü kimi, təkrar idxal invoysunda emal xidməti haqqının (qırmızı rənglə qeyd edilən) 40.140,19 ABŞ dolları dəyəri və sirkon daşlarının 4.123,18 ABŞ dolları dəyəri eyni məbləğ ilə təkrar idxal gömrük bəyannaməsinin 42 №-li “İnvoys dəyəri” bölməsində də (qırmızı rənglə qeyd edilən) invoys dəyəri kimi 44.263,58 ABŞ dolları (40140,19 + 4123,18) qeyd edilmişdir. Qızıl məmulatlarının qızıl hissəsdən olan hissələrinin dəyəri isə gömrük bəyannaməsinin invoys dəyərinə daxil edilməmişdir. Bu isə o deməkdir ki, təkrar idxal zamanı yeni bəyan edilən dəyərlilər - müvəqqəti ixrac bəyannaməsi ilə bəyan edilmiş qızıl məmulatından əlavə dəyərlilərdir (yəni emal xidmətinin haqqı və sirkon daşlarının dəyəri). Bu səbəbdən də idxal gömrük bəyannaməsinin yuxarı sol hissəsindəki 1 №-li “Bəyannamənin tipi" bölməsində “41” kodu qeydi - həmin bəyannamə üzrə idxal edilən malların bundan öncə xaricə emal məqsədilə müvəqqəti ixrac edildiyini, təkrar idxal edilən müddətdə gömrük nəzarəti rejimində saxlanıldığnı göstərir. Cəmiyyətin 15 sayda təkrar idxal gömrük bəyannaməsində də eyni kod qeydi mövcuddur. 2018-ci ilin 5 aylıq hesabat dövründə Cəmiyyət 6 sayda təkrar idxal invoys ilə ölkəyə təkrar idxal edilmiş ümumi dəyəri 1.967.514,60 ABŞ dolları olan 84.403,8 qram qızıl məmulatları, o cümlədən dəyəri 4.123,38 ABŞ dolları olan 4123,38 qr sirkon daşları müvafiq təhvil aktları ilə qızılın sahibi olan 12 nəfər vətəndaşa təhvil verilmişdir. Müvəqqəti ixrac və təkrar idxal invoyslarından göründüyü kimi, xx.xx.2018-ci il tarixinə MMC-nin 2 nəfər vətəndaşa 231360,07 ABŞ dolları olmaqla qismən və 4 vətəndaşa isə 750288,00 ABŞ dolları olmaqla tam məbləğdə - ümumilikdə 981648,07 ABŞ dolları məbləğində emal edilməmiş qızıl öhdəliyi qalmışdır. Həmin qızıl məmulatları isə 2018-ci ilin növbəti dövrlərində emal edildikcə vətəndaşlara geri qaytarılmışdır. Sifariş müqavilələrinə uyğun olaraq, 2018-ci ilin 5-aylıq hesabat dövründə sifarişçi-vətəndaşlar da öz müqavilə öhdəliklərini vaxtında və düzgün yerinə yetirmişdir. Pul vəsaitlərinin təhvil verilməsi aktlarından və kassa mədaxil qəbzlərindən (cədvəl 8) göründüyü kimi, sifarişə uyğun olaraq Cəmiyyətin ixrac və idxal proseslərində dövlət büdcəsi qarşısında rüsum, yığım və vergi üzrə 265.930,40 manat, bank müəssisələri qarşısında bank xidməti üzrə 321,95 manat, xaricdəki müəssisə qarşısında emal xidməti haqqı üzrə 68.238,29 manat (40.140,19 ABŞ dolları) və sirkon daşları üzrə 7.009,75 manat (4.123,39 ABŞ dolları), habelə sifaiş xidməti haqqı üçün 96.336,45 manat olmaqla, ümumilikdə 437.836,84 manat vəsaiti sifarişçi-vətəndaşlar Cəmiyyətə ödəmişlər. Müvəqqəti ixrac və təkrar idxal bəyannamələrinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş gömrük idarəsi tərəfindən təsdiqi üçün isə gömrük yerində dövlət büdcəsinə ödənişlərin edilməsi tələb olunur. Bu məbləğlər müqvilə şərtlərinə uyğun olaraq müvafiq aktlar ilə qızılın sahibləri olan sifarişçi- vətəndaşlardan təhvil alınmaqla, yerində müvafiq X2 vasitəsilə aidiyyəti üzrə ödənilmişdir. Sifariş xidmətinin haqqlarının tam məbləğdə ödənilməsini sifariş müddətində sifarişçilərdən alınan pul vəsaitləri barədə akt və kassa mədaxil qəbzləri ilə yanaşı, sifarişinin son təhvil verilmə tarixinə tərtib edilmiş üzləşmə aktları da təsdiq edir. Emal xidmətinin haqqı da hər ixrac dövründə qızıl məmulatlarını aparan şəxslər tərəfindən nağd qaydada xaricdəki müəssisəyə ödənilməklə, bu barədə müvafiq ödəniş aktları tərtib edilmişdir. Beləliklə, tam rəsmi təsdiqedici sənədlər əsasında tərtib edilmiş 8 sayda cədvəl məlumatlarından aydın göründüyü kimi, 2018-ci ilin 5 hesabat ayı ərzində Cəmiyyət ilə 16 nəfər sifarişi arasında bağlanmış müqavilələrə əsasən, xx.xx.2018-ci il tarixinə sifarişilərə məxsus olan 992, 993, 994, 995 və 996 əyarlı, 72.577,20 qram çəkidə, 2.945.039,25 ABŞ dolları olan dəyərində qızıl məmulatları Cəmiyyətə təqdim edilmiş, eyni çəkidə və dəyərdə qızıl məmulatları müvəqqəti ixrac gömrük rejimi və xaricdə emal məqsədilə xaricdəki müəssisəyə ixrac olunmuş, emaldan sonra rəsmi dövlət ekspertizasından keçməklə, ümumi dəyəri 1.967.514,60 ABŞ dolları olan 84.403,8 qram qızıl məmulatları o cümlədən dəyəri 4.123,38 ABŞ dolları olan 4123,38 qr sirkon daşları Cəmiyyətə təkrar idxal edilmiş, həmin təkrar idxal olunan qızıl məmulatları qızılın sahibi olan 12 nəfər vətəndaşa təhvil verilməklə geri qaytarılmışdır. Bununla da, sifariş müqavilələri üzrə xx.xx.2018-ci il tarixinə MMC-nin 2 nəfər sifarişçivətəndaşa 231.360,07 ABŞ dolları olmaqla qismən və 4 vətəndaşa isə 750.288,00 ABŞ dolları olmaqla tam məbləğdə - ümumilikdə 981.648,07 ABŞ dolları məbləğində emal edilməmiş qızıl öhdəliyi qalmışdır. Həmin qızıl məmulatları isə 2018-ci ilin növbəti dövrlərində emal edildikcə sifarişçi-vətəndaşlara geri qaytarılmışdır. Sifarişçivətəndaşlardan emal məqsədilə alınmış və aidiyyəti üzrə ƏDV istisna olmaqla rüsum və vergilərin, bank xidmət haqqının, sirkon daşların dəyərinin, emal xidməti və sifariş xidməti haqqlarının ödənilməsi üçün 386.111,05 manat məbləği 2018-ci ilin 5 aylıq hesabat dövrü üçün MMC-nin dövriyyəsi olmuşdur. Bu dövriyyənin aylar üzrə artan yekun ilə göstəricilərindən məlum olur ki, Cəmiyyətin 2018-ci ilin may ayında dövriyyəsi artan yekunla 200.000 manat həddi keçmişdir və bununla da növbəti hesabat ayının 1-dən, yəni xx.xx.2018-ci il tarixindən Cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyat öhdəliyi yaranmışdır. Vergi Məcəlləsinin 172-ci maddəsinə uyğun olaraq, Cəmiyyətin dövriyyəgəlirlərinə yalnız sifariş xidməti haqqlarının aid olduğunu bildiklərinə görə, yoxlama ilə əhatə edilən hesabat dövrü üçün təqdim olunmuş vergi bəyannamələrində dövriyyə həmin məbləğə uyğun qeyd edilmişdir. Yoxlama dövründə vergi, gömrük və mülki qanunvericilik aktları ilə yaxından tanış olanda isə həmin dövriyyə məbləğinin 386.111,05 manat olmasını və xx.xx.2018-ci il tarixindən Cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyat öhdəliyi yarandığı müəyyən edilmişdir. Yoxlamanın keçirilmə müddətinin qanunla 90 günədək müəyyən edildiyi halda, heç bir qanuni əsas-səbəb göstərilmədən 537 gün davam etməsi. MMC-nin 5 aylıq hesabat dövrünə aid 395 vərəqlik sənədlərin səyyar yoxlaması 2 mərhələdə ümumilikdə 537 gün davam etmiş, yoxlama cavabdehin eyni yoxlayıcısı tərəfindən aparılsa da, hər mərhələdə tam fərqli formada qanun pozuntularına yol verilməklə və biri-birini təkzib edən mətnli 2 qanunazidd yoxlama aktı tərtib olunmaqla Cəmiyyətə təqdim edilmişdir. Səyyar vergi yoxlamasının 1-ci mərhələsi xx.xx.2018-ci il tarixdə başlamış, xx.xx.2019- cu il tarixdə başa çatmış, xx.xx.2019-cu il tarixdə nəticə aktının təqdim edilməsi ilə cəmi 434 günü əhatə etmiş, bu müddətdə qanunla hər biri 30 günədək olmaqla 9 sayda səyyar yoxlamanın müvəqqəti dayandırılması barədə, habelə qanunla hər biri 30 günədək olmaqla 3 sayda səyyar yoxlamanın müddətinin uzadılması barədə qərarlar qəbul edilmişdir. Yoxlamanın 1-ci mərhələsində müddət uzatmaya qanuni əsas olan bilən hər hansı rəsmi tədbirdən heç biri - rəsmi qaydada ekspert, mütəxəssis, tərcüməçi və müşahidəçi xidmətlərinə müraciət olunması, yerində baxış keçirilməsi, inventarizasiya aparılması qeydə alınmamışdır. Bununla belə, xx.xx.2019-cu il tarixli 1-ci yoxlama aktında xaricdəki müəssisəyə xx.xx.2018-ci il tarixdə sorğu olunduğu və yoxlama başa çatanadək cavab alınmadığı qeyd edilmişdir. Yoxlamada müəyyən edilmişdir ki, xaricdəki müəssisə ilə bağlanmış müqavilə, mal mübadiləsini təsdiq edən sənədlər (emal məqsədilə müvəqqəti ixrac və emaldan sonra geri qaytarma təkrar idxal rəsmi gömrük bəyannamələri, və emal xidmətinin haqqı barədə məlumatı əks etdirən təkrar idxal invoysu və gömrük bəyannaməsi) və emal xidmətinin ödənişini təsdiq edən sənədlər (sifarişçivətəndaşlardan emal xidməti haqqının alınmasını əks etdirən təhvil aktı və kassa mədaxil qəbzləri, emal xidməti haqqının nağd qaydada xaricdəki müəssisə tərəfindən qəbul edilməsi aktları) mövcuddur. Bundan əlavə, Cəmiyyətin bank hesablarından ölkə xaricinə pul göndərilməməsi və xaricidəki müəssisə tərəfindən də rəsmi hər hansı pul tələbinin olmaması məlumdursa, cavabdeh tərəfindən xaricdəki müəssisəyə sorğu göndərilməsinə və bu səbəbdən yoxlamanı 434 gün uzadılmasına hansı əlavə təsdiqedici əsas olmalı idi? Yoxlamanın 2-ci qanunazidd mərhələsi, xx.xx.2019-cu il tarixli 1-ci yoxlama aktından Cəmiyyətin xx.xx.2018-ci il tarixli şikayətinin təmin edilməsi - həmin yoxlama aktının ləğv edilməsi ilə başlamış və bu məqsədlə növbəti xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Yoxlamaya xx.xx.2020-ci il tarixdə **********197722 saylı qərar ilə ekspert dəvət edilmiş, lakin xx.xx.2020-ci il tarixli 2-ci yoxlama aktında heç bir əsas və səbəb qeyd olunmadan onun rəyindən istifadə olunmasından imtina olunduğu bildirilmişdir. Göründüyü kimi, cavabdeh Cəmiyyətdə səyyar vergi yoxlamanın keçirilməsi üçün Vahid Məlumat Reyestrindən (yoxlama.az) 1 dəfə və 30 gün müddəti üçün rəsmi icazə alsa da, həmin yoxlamanı qanunsuz olaraq 2 mərhələdə keçirilmiş, Cəmiyyətin 5 aylıq hesabat dövrünə aid 395-vərəqlik mühasibatlıq sənədlərini yoxlamaq üçün qanunvericilikdə nəzərdə tutulan 90 günədək müddət əvəzinə ümumilikdə 537 gün (447 gün artıq) vaxt sərf etmiş və bununla da yoxlama müddəti cavabdehin hərəkətsizliyi və məsuliyyətsizliyi üzündən, əsassız və qanunazidd qərarları ilə bilərəkdən lüzumsuz formada uzadılmışdır. Qanun pozuntusu 2 - qanunla digər fəaliyyət sahəsinə aid şəxslər üçün imperativ hesab edlən uçot sənədlərinin tətbiqini qanunsuz olaraq Cəmiyyətə şamil etməsi və bununla bağlı məsuliyyət müəyyən etməsi. Yoxlama aktının 10-cu səhifəsində edilən qeydlərdən aydın olur ki, yoxlayıcı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli Q-09 saylı Qərarı ilə təsdiq edilmiş ciddi hesabat blanklarının forma və rekvizitləri siyahısında 10 saylı Əlavə üzrə istifadəsi zərgərlik lisenziyası ilə məşğul olan şəxslər üçün tələb edilən QM-1 və SQ-1 nömrəli formalar üzrə qəbzlərdən Cəmiyyətin fəaliyyətində istifadə olunmadığı və bu halın qanun pozuntusu kimi qiymətləndirildiyi bildirilir. Göstərilən qanunvericiliyə görə, QM-1 və SQ-1 nömrəli forma üzrə qəbzlər qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının ekspertizası, analizi, qiymətli daşların ekspertizası və diaqnostikası, habelə bu məmulatların əyarlanması və damğalanması üçün xüsusi razılıq (lisenziyazı) olan şəxslər tərəfindən müvafiq sifarişi yerinə yetirərkən istifadə edilməsi tələb olunur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş 3 saylı Əlavənin 70-ci bəndində qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası üçün xüsusi lisenziya (razılıq) alınması tələb edilir. Cəmiyyət isə zərgərlik işini yetirməklə məşğul olmur, bu sahədə emalçı və şifarişçi şəxslər arasında əlaqələndirici xidmət sifarişlərini yerinə yetirir. Bu cür sifarişlərin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənən sənədləşmə işlərinin - tərəflər arasında müqavilənin bağlanması, qarşılıqlı öhdəliklər müəyyən edilməsi, aktlar ilə təhvil-təslim həyata keçirilməsi və üzləşmə aktı ilə qarşılıqlı borcların təsdiqlənməsi kifayət edir və qanuni əsaslıdır. Göründüyü kimi, cavabdeh istifadəsi və tətbiqi qanunla digər fəaliyyət sahəsinə aid olan şəxslər üçün imperativ hesab edlən uçot sənədlərinin öz şəxsi mülahizələrinə əsasən Cəmiyyətdə tətbiq edilməməsini qanunpozuntusu kimi qiymətləndirmiş və buna görə Cəmiyyətə tam əsassız və qanunazidd olaraq, məsuliyyət müəyyən etmişdir. Yoxlama aktının fərqli hissələrində biri-birinə ziddiyyətli ifadələr qeyd edilməklə yanaşı, həmin ziddiyyətli ifadələrə əsasən, əsaslandırılmamış və tam qanunazidd verqitutma obyektinin müəyyən etməsi. Yoxlama aktının 9-cu səhifəsində edilən qeydlərdən aydın olur ki, Cavabdeh 2018-ci ilin 5 ayı ərazində Cəmiyyətin barter əməliyyatı aparmadığını qeyd etmişdir.Həmin aktın 11-ci səhifəsində isə tam əks ifadələr qeyd edilmişdir. Burada cavabdeh Cəmiyyətin sifarişçivətəndaşlara məxsus qızıl məmulatlarının ixrac və idxal dəyərlərini əsas götürməklə, həmin qızıl məmulatlarının sifarişçilərdən təhvil alınması və emaldan sonra geri təhvil verilməsini öz şəxsi və qanunazidd mülahizələrinə əsasən barter əməliyyatı kimi dəyərləndirmişdir. Əvvəla, aktın 11-ci səhifəsindəki bu qeyd aktın 9-cu səhifəsindək qeydi təkzib edir və ziddiyyətli ifadə hesab edilir. İkincisi isə, qüvvədə olan Mülki Məcəllənin müddəa tələblərinə uyğun olaraq tərtib edilmiş sifariş müqavilələrinin şərtlərinə, qızıl məmulatlarının təhvil götürülməsi və emaldan sonra geri qaytarılması barədə aktlara, habelə ixrac proseduru zamanı rəsmi müvəqqəti ixrac gömrük nəzarəti rejiminin tətbiqini təsdiqləyən gömrük bəyannamələri və bununla bağlı müvafiq dövlət orqanlarında aparılmış ekspertiza aktları və rəylərinə əsasən, həmin qızıl məmulatlarının Cəmiyyət tərəfindən özgəninkiləşdirilməsi barədə hər hansı belə qeyd olmamışdır. Eyni zamanda, həmin qızıl məmulatlarının özgəninkiləşdirilməsi ilə əlaqədar yalnız iddia cavabdeh tərəfindən göstərilən şəxsi mülahizələrdən başqa, hər hansı sübutedici fakt, dəlil, sənədilər ilə sübut olunmamış və əsaslandırılmamışdır. Beləliklə, Azərbaycan Respublikasının Vergi Məcəllsinin 159.1.4-cü maddəsinin müddəalarını və öz şəxsi qanunazidd mülahizələrini əsas göstərməklə, Cavabdeh təkrar idxal olunan qızıl məmulatlarının dəyərini Cəmiyyətin dövriyyəsi kimi müəyyən etmişdir. Rəsmi sənədlər ilə Cəmiyyətin 2018-ci ilin 5 aylıq dövr üçün real ümumi dövriyyəsinin tərkibi açıqlanmış və 386.111,05 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh qanunla müəyyən edildiyi qaydaya uyğun olaraq, yoxlama zamanı düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallan, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallan aydınlaşdırmamış, əksinə olaraq yoxlama aktının fərqli hissələrində biri-birinə ziddiyyətli ifadələr qeyd etməklə yanşı, həmin ziddiyyətli ifadələrə əsasən, əsaslandırılmamış və tam qanunazidd vergitutma obyektini müəyyən etmişdir. Yoxlama ilə Cəmiyyətin real dövriyyəsinin düzgün müəyyən edilməməsi səbəbindən Cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyat tarixinin yalnış müəyyən olunması yoxlama aktının 11-ci səhifəsində edilən qeydlərdən aydın olur ki, cavabdeh öz şəxsi və qanunazidd mülahizələri ilə müwəqəti ixrac və təkrar idxal əməliyyatlarını barter əməliyyatları kimi qiymətləndirərək, Cəmiyyət üçün əsassız dövriyyə müəyyən etməklə, eyni zamanda Cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyatına alınması tarixini yalnış müəyyən etmiş və bununla bağlı Cəmiyyət üçün məsuliyyət təyin etmişdir. X5 157.3.1-ci maddəsini və qeyd olunan əsassız mülahizləri əsas tutaraq, Cəmiyyətin 2018-ci ilin mart ayından ƏDV məqsədləri üçün məcburi qeydiyyatını təmin etmişdir. Halbuki, rəsmi sənədlərə əsasən Cəmiyyətin 2018-ci ilin 5-aylıq dövr üçün ümumi dövriyyəsinin aylar tərkibi açıqlanmış və 386.111,05 manat olduğu müəyyən edilmişdir. Bu dövriyyənin aylar üzrə artan yekunla göstəricilərindən məlum olur ki, Cəmiyyətin 2018-ci ilin may ayında dövriyyəsi artan yekunla 200.000 manat həddi keçmişdir və bununla da növbəti hesabat ayının 1-dən, yəni xx.xx.2018-ci il tarixindən Cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyat öhdəliyi yaranmışdır. Göründüyü kimi, cavabdeh qanunla müəyyən edilən qaydaya uyğun olaraq, vergilərin düzgün hesablanması, vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsi, vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi və müdafiə edilməsi ilə bağlı başlıca vəzifələrinin yerinə yetirilməsi üzrə bilərəkdən hərəkətsizliyə yol vermiş, yəni Cəmiyyətin real dövriyyəsinin düzgün müəyyən edilməməsi səbəbindən Cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyat tarixini də yalnış müəyyən etmişdir. Yoxlama ilə Cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyat tarixinin yalnış müəyyən olunması nəticəsində Cəmiyyətin vergi hesabatlarının vaxtında verilməməsi barədə yalnız məsuliyyətinin müəyyən edilməsi Yoxlama aktının 11-ci səhifəsində edilən qeydlərdən aydın olur ki, cavabdeh öz şəxsi və qanunazidd mülahizələri ilə müvəqqəti ixrac və təkrar idxal əməliyyatlarını barter əməliyyatları kimi qiymətləndirərək, Cəmiyyət üçün əsassız dövriyyə müəyyən edərək və eyni zamanda Cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyatına alınması tarixini yalnış müəyyən edərək, bununla bağlı Cəmiyyət üçün vergi hesabatlarının vaxtında verilməməsi barədə məsuliyyətlərini təyin etmişdir. X5 57.1-ci maddəsini və qeyd olunan əsassız mülahizləri əsas tutaraq, Cəmiyyətin 2018-ci ilin martiyun ayları üçün ƏDV bəyannamələrinin vaxtında verilməməsinə görə hər bir hal üzrə 40 manat olmaqla, ümumilikdə 160 manat maliyyə sanksiyasını tətbiq etmişdir. Göründüyü kimi, cavabdehin bir halda qanun pozuntusu onun növbəti ganun pozuntusununa yol verməsinə gətirib çıxarmış. Cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyat tarixinin yanlış müəyyən olunması nəticəsində Cəmiyyətin vergi hesabatlarının vaxtında verilməməsi barədə yalnız məsuliyyətinin müəyyən olunmasına səbəb olmuşdur. Beləliklə, səyyar vergi yoxlamasına təqdim edilən rəsmi və təsdiqedici 395 vərəqlik sənədlərə əsasən Cəmiyyətin real dövriyyəsi 386.111,05 manat olduğu sübut olunmaqla, müəyyən edilsə də, cavabdeh qanunla müəyyən edilmiş vəzifələrini düzgün və vaxtında yerinə yetirməməklə və bilərəkdən hərəkətsizliyə yol verməklə yanaşı, öz şəxsi və tam qanunazidd mülahizələrinə əsasən tərtib etdiyi xx.xx.2020-ci il tarixli **********68322 saylı yoxlama aktına əsasən Cəmiyyətə 600.900,31 manat əlavə vergi hesablanmış və 318.352,68 manat maliyyə sanksiyası tətbiq etmişdir. Cəmiyyət qanun pozuntularına yol verilməklə tərtib edilmiş həmin xx.xx.2020-ci il tarixli akt əsasən, xx.xx.2020-ci il tarixdə **********136744 saylı məsuliyyət qərarını qəbul etmişdir. Cəmiyyət tərəfindən mübahisələndirilən, əsassız hesablanmış əlavə vergi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi üçün cavabdehin iddiaçıya qarşı əlavə 600.900,31 manat əlavə vergi hesablanmasını və 318.352,68 manat maliyyə sanksiyasının tətbiqini nəzərdə tutan və tərtib etdiyi xx.xx.2020-ci il tarixli **********68322 saylı yoxlama aktının və yoxlama aktına əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixdə **********136744 saylı məsuliyyət qərarının ləğv edilməsi cavabdehə həvalə edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5318/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddia 8 aprel 2020-ci il tarixli **********68322 nömrəli aktın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5318/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 1 iyun 2020-ci il **********136744 nömrəli qərarı “14.024,32 manat vergi borcu və ona mütənasib maliyyə sanksiyası” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın qismən, iddiaçının iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-516/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5318/2020 nömrəli iş üzrə 25 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin apellyasiya şikayəti qismən təmin edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 1 iyun 2020-ci il tarixli **********136744 nömrəli qərarının “14.024,32 manat vergi borcu və ona mütənasib maliyyə sanksiyası” hissəsi istisna olmaqla, qərarın qalan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-105/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 1 iyun 2020-ci il **********136744 nömrəli qərarı “14.024,32 manat vergi borcu və ona mütənasib maliyyə sanksiyası” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, iddiaçı "xxxx" MMC-nin cavabdehin 1 iyun 2020-ci il **********136744 nömrəli qərarının “14.024,32 manat vergi borcu və ona mütənasib maliyyə sanksiyası” hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 105/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin tərtib etdiyi xx.xx.2020-ci il tarixli **********68322 saylı yoxlama aktının və yoxlama aktına əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli **********136744 saylı məsuliyyət qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia “8 aprel 2020-ci il tarixli **********68322 nömrəli aktın ləğv edilməsi hissəsində” mümkün sayılmamışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 1 iyun 2020-ci il **********136744 nömrəli qərarı “14.024,32 manat vergi borcu və ona mütənasib maliyyə sanksiyası” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmənin sözügedən qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-516/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5318/2020 nömrəli iş üzrə 25 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi əlavə hesablanmış vergilər 596.766,41 manat, tətbiq edilmiş maliyyə sanksiyaları 318.512,68 manat təşkil edilən iş üzrə çox səthi araşdırma aparmış, icraat və prosessual məsələləri müzakirə edərək, irihəcmli işdə olan çoxsaylı sübutlara hüquqi qiymət verməmiş, hətta iddia ərizəsində iddiaçının 11 bənddə qruplaşdırdığı faktiki halları təsdiq və ya təkzib etmədən, yekun qərar qəbul etmişdir. İş məhkəməyə qayıtdıqdan sonra cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 1 iyun 2020-ci il **********136744 nömrəli qərarının “14.024,32 manat vergi borcu və ona mütənasib maliyyə sanksiyası” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********166237 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2018-xx.xx.2018) təyin edilmişdir. Səyyar vergi yoxlamasına xx.xx.2018-ci il tarixdə başlanılmış, xx.xx.2020-ci il tarixdə başa çatdırılmış və yoxlamanın nəticəsi üzrə xx.xx.2020-ci il tarixli **********168322 nömrəli akt tərtib olunmuşdur. Yoxlanılan dövr ərzində vergi ödəyicisi faktiki olaraq vətəndaşlardan külçə şəklində zərgərlik məmulatlarını qəbul edərək, Türkiyə Respublikasında emal edilərək yeni zərgərlik məmulatlarının hazırlanmasının təşkil edilməsi və vətəndaşlara təhvil verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergisi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli **********166677 nömrəli Tələbnamə təqdim edilmişdir. Sənədlərin qismən təqdim olunması barədə xx.xx.2018-ci il tarixli akt tərtib olunmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntuların araşdırılması bilavasitə sənədlərlə (əşyalarla) bağlı olduğuna görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə əsasən həmin sənədlərin götürülməsi zərurəti yarandığı üçün xx.xx.2018-ci il tarixli **********169192 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarılmışdır. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2018-ci il tarixli **********170990 nömrəli protokol və sənədlərin qismən təqdim olunması barədə xx.xx.2018-ci il tarixli akt tərtib olunmuşdur. Bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə cəmiyyət tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ayrı-ayrı şəxslərdən külçə şəklində qəbul edilərək, xaricdə emal edildikdən sonra idxal və təqdim edilmiş zərgərlik məmulatlarının, habelə bu fəaliyyət üzrə göstərilmiş vasitəçilik xidmətinin bazar qiymətlərini müəyyənləşdirməsi məqsədi ilə Baş İdarənin xx.xx.2020-ci il tarixli **********197722 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərara əsasən ekspert dəvət edilmişdir. Yoxlama zamanı yoxlamaya təqdim edilmiş sənədlərə, habelə mənbəyi bəlli olan digər sənədlərə əsasən vergilərin hesablanması mümkün olduğu üçün zərurət yaranmadığından ekspert rəyi alınmamışdır. Əlavə dəyər vergisi üzrə: Yoxlama zamanı Vergi Məcəlləsinin 157.3.1 maddəsinə əsasən Cəmiyyət ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəssisə ilə (“Xidmət göstərən”) müxtəlif 16 fiziki şəxsər “Sifarişverən”-lər arasında xidmət müqaviələri bağlanmışdır. Müqavilələrin şərtlərinə əsasən “Sifarişverən”-lər özünə məxsus olan və mənəvi cəhətdən köhnəlmiş məmulatlarından alınan qızılı (külçə halında) Azərbaycan Respublikasından kənarda, Türkiyə Respubliasında müasir dövrün tələblərinə cavab verən qızıl məmulatlarına çevirmək üçün “xidmət göstərənə” təhvil verilməsi və bu sahədə onun xidmətindən istifadə edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda müavilələrdə geri verilən qızıl məmulatının hər bir qramı üçün “xidmət göstərənə” 1,20 manat xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Bundan başqa müqavilənin şərtlərinə əsasən malların ixrac və idxalında gömrük əməliyyatları zamanı tutulan rüsum və ödənişlər, aksiz və ƏDV üzrə ödənişlərin həyata keçirilməsi “xidmət göstərən” tərəfindən “sifarişverən”-in vəsaiti hesabına həyata keçirilir. Habelə, müqavilələrdə yeni məhsulların hazırlanması zamanı onların modellərinə və dizaynına müvafiq olaraq əlavə daşlardan istifadə edilərsə onların dəyərinin ödənilməsi “xidmət göstərən” tərəfindən “sifarişverən”in vəsaiti hesabına həyata keçirilir. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, “xidmət göstərən” ilə müxtəlif fiziki şəxslər “sifarişverən”lər arasında bağlanmış müqavilələrə əsasən həmin fiziki şəxslərdən müxtəlif alış aktları ilə qızıl külçə (lom formasında) 992, 993, 994, 995 və 996 əyarda 72577,20 qram qızıl məmulatları təhvil alınmış və Türkiyə Respublikasının “X7 ve Dış Tic. LTD Şti” Şirkəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən qızıl külçə Türkiyə Respublikasına emal olunması üçün ixrac olunmuşdur. Müqaviləyə əsasən “X7” şirkəti qızıldan müxtəlif zinət əşyalarının hazırlanması üçün hər qramına görə 0,5 ABŞ dolları haqq müəyyən edilmişdir. Yük gömrük bəyannamələrinə əsasən ixrac olunmuş qızıl külçə məmulatları 72577,20 qram çəkidə 2945039,25 ABŞ dolları və ya 5006594,74 manat məbləğində olmuşdur. İxrac edilmiş həmin qızıl külçələri “X7 ve Dış Tic. LTD Şti” Şirkəti tərəfindən emal edildikdən sonra idxal olunur. Yoxlama ilə əhatə olunan dövr ərzində müxtəlif yük-gömrük bəyannamələri ilə 585 və 750 əyyarda 80280,37 qram miqdarında 2005180,92 ABŞ dolları və ya 3408807,57 manat dəyərində qızıl məmulatları və sirkon daş 4123,38 qram miqdarında 4423,38 ABŞ dolları və ya 7519,75 manat dəyərində idxal olunmuşdur. Müəssisə tərəfindən idxal olunmuş 585 və 750 əyarda 80280,37 qram qızıl məmulatları və 4123,38 qram sirkon daş bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq təhvil-təslim aktlarına əsasən həmin fiziki şəxslərə təqdim edilməklə rəsmiləşdirilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən cəmiyyət tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası 04 aprel 2016-cı il tarixli Q-09 №li qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” qərarın tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Belə ki, qeyd olunan vergi ödəyiciləri tərəfindən həmin qərarın 9 nömrəli əlavəsində “Qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının təhvil verilməsi haqqında” qaydaların tələblərinə zidd olaraq müxtəlif fiziki şəxslərdən qəbul edilmiş qızıl külcə məmulatları, habelə emal edildikdən sonra idxal edilmiş qızıl məmulatları adi qaydada hazırlanmış təhvil-təslim aktları rəsmiləşdirilmişdir. Göründüyü kimi, cəmiyyət tərəfindən qeyd olunan qaydalarının 9 nömrəli, 10 nömrəli (zərgərlik işləri üçün sifariş qəbzi) əlavəsinin (o cümlədən Forma №QM-1, Forma №SQ-1) tələblərinə əməl edilməmişdir. Cəmiyyət tərəfindən idxal edilmiş qızıl məmulatlarının agent müqavilələrinə əsasən təqdim edilməsi və əvəzində xidmət haqqının alınması, aparılmış sənədləşmələrin əsaslı olmasının vergidənyayınma məqsədi ilə sənədləşdirildiyi və nəticədə Vergi Məcəlləsinin 157.3.1-ci, 159.1-ci və 159.4-cü maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Beləliklə, idxal olunmuş və təhvil-təslim aktlarına əsasən ayrı-ayrı şəxslərə təqdim edilmiş (idxal rüsumları daxil olmaqla) 3627257.13 manat məbləğində (o cümlədən 585, 750 əyyarda 80280,37 qram qızıl məmulatları və 4123,38 qram sirkon daş) qızıl məmulatların dəyərinə 18% dərəcə ilə vergiyə cəlb edilməklə 652906,28 manat məbləğində ƏDV hesablanmışdır. Eyni zamanda yoxlama ilə YGB əsasən idxalda 52005,97 manat məbləğində ƏDV ödənildiyi, lakin əvəzləşdirilmədiyi müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 175.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq idxalda ödənilmiş 52005,97 manat ƏDV məbləği yoxlama ilə əvəzləşdirildi. Beləliklə, Vergi Məcəlləsinin 157.3.1, 159.1 və 175.1.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla 2018-ci ilin may-iyun ayı üzrə 600900,31 (6529xx.xx-52005.97) manat ƏDV hesablandı və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 636705,36 manat azaldıldığına görə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında 318352,68 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. ÖMV üzrə: Cəmiyyət tərəfindən təqdim edilmiş hesabatlara əsasən yoxlanılan dövr ərzində ümumilikdə 4133,90 manat sadələşdirilmiş vergi hesablanmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 157-ci maddəsinin tələbləri pozulmuş və nəticədə düzgün olmayaraq 2018-ci ilin 1-ci və 2-ci rübləri üzrə 4133,90 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. Yoxlama ilə Cəmiyyət ƏDV məqsədləri üçün Vergi Məcəlləsinin 157.3.1 maddəsinə əsasən qeydiyyata alındığı üçün cəmiyyət tərəfindən düzgün olmayaraq hesablanmış 4133,90 manat azaldılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********136744 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı MMC-yə 2018-ci il sadələşdirilmiş vergi üzrə 4133,9 manat, vergi hesabatının və arayışın vaxtında vrilməməsinə görə 160 manat maliyyə sanksiyası, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən ƏDV üzrə qeydiyyatın Vergi Məcəlləsinə əsasən məcburi olduğu halda, bu cür qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilərək, 636705,36 manat ƏDV məbləği, 318352,68 manat maliyyə sanskiyası məbləği, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 160 manat məbləğində maliyyə sanskiyası hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə … borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir.Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: 1.0.7. emal əməliyyatları – quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması; malın emalı və təkrar emalı; bərpa olunma və qaydaya salınma da daxil olmaqla, malın təmiri; emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunmasıdır. 1.0.8. emal məhsulları – emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, emal əməliyyatlarından keçmiş mallardır. 1.0.18. gömrük proseduru – bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biridir. 1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. 1.0.27. xaricdə emal – gömrük ərazisində sərbəst dövriyyədə olan mallarla emal əməliyyatlarının aparılması məqsədi ilə onların gömrük ərazisindən müvəqqəti aparılması və sonradan idxal gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla geri qaytarılmasından ibarət xüsusi gömrük prosedurudur. 1.0.28. xarici mallar – bu Məcəllənin 1.0.4-cü maddəsində göstərilənlərdən başqa, digər mallar və ya daxili mal statusunu itirmiş mallardır. 127.1. Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar ixrac gömrük proseduru altında yerləşdirilir. 127.2. Bu Məcəllənin 127.1-ci maddəsi aşağıdakı mallara tətbiq edilmir:127.2.1. son istifadə və ya xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara; 127.2.2. daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş və ya bu Məcəllənin 130-cu maddəsinə uyğun olaraq, gömrük ərazisindən müvəqqəti ixrac olunan mallara. 130.1. Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. 130.2. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir. 200.1. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydaları: 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra — Gömrük Məcəlləsi) 200.5-ci maddəsinin tələblərinə uyğun olaraq hazırlanmışdır və malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir. 2.1.1. emal əməliyyatları — quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması, malın emalı və təkrar emalı, bərpaedilmə və qaydaya salınma da daxil olmaqla, malın təmiri, emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunmasıdır. 2.1.2. emal məhsulları — emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, emal əməliyyatlarından keçmiş mallar. 3.1. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları bu Qaydaların 9-cu hissəsində göstərilən hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. 9.1. Aşağıdakı hallarda xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunur: 9.1.1. malların müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar gömrük ərazisindən kənarda ödənişsiz təmir edildiyi müvafiq sənədlərlə təsdiq edildikdə; 9.1.2. qüsurlu daxili malların təmiri ilə əlaqədar standart mübadilə sistemindən istifadəyə icazə verildikdə; 9.1.3. xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar heç bir emala məruz qalmadan, eyni vəziyyətdə gömrük ərazisinə qaytarıldıqda. 9.2. Bu Qaydaların 9.1-ci bəndində nəzərdə tutulmayan hallarda xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunur. 9.4. Bu Qaydaların 9.1-ci bəndində göstərilən hallar istisna olmaqla, emal məhsulları tam həcmdə aksiz vergisinə cəlb edilirlər. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə (Xidmət göstərən) ayrı-ayrı fiziki şəxsər (Sifarişverən) arasında xidmət müqavilələri bağlanmışdır. Müqavilələrin şərtlərinə əsasən “Sifarişverən”-lər tərəfindən özünə məxsus olan və mənəvi cəhətdən köhnəlmiş məmulatlarından alınan qızılı (külçə halında) Azərbaycan Respublikasından kənarda, Türkiyə Respubliasında müasir dövrün tələblərinə cavab verən qızıl məmulatlarına çevirmək üçün “xidmət göstərənə” təhvil verilməsi və bu sahədə onun xidmətindən istifadə edilməsi və müqavilələrdə geri verilən qızıl məmulatının hər bir qramı üçün “xidmət göstərənə” 1,20 manat xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Həmin məmulatlar iddiaçı tərəfindən ölkədən Türkiyəyə müvəqqəti ixrac edilir, xaricidəki müəssisə tərəfindən emal edildikdən sonra iddiaçı tərəfindən ölkəyə təkrar idxal edilir və nəhayət emal edilmiş formada qızıl məmulatları, əlavə zərgərlik detalları ilə birlikdə sifarişçivətəndaşlara geri qaytarılır. İddiaçı MMC ilə sifarişçi-vətəndaşlar arasında, habelə onunla Türkiyə Respublikasındakı malları emal edən şirkət arasında bağlanmış müqavilələr qüvvədə olduğu, eləcə də digər dövlət orqanlarının qızıl məmulatlarının müvəqqəti ixrac və sonradan emal olunmuş malların təkrar idxal gömrük prosesdurları altında yerləşdirilməsinə ekspert rəyləri və bəyannamələrlə razılıq verdikləri, Gömrük Ekspertiza İdarəsinin ekspertiza tədqiqatının nəticəsində iddiaçı müəssisə tərəfindən idxal olunan qızıl məmulatların “emaldan sonra idxal olunan zərgərlik məmulatı” kimi qiymətləndirildiyindən, bununla da digər inzibati orqanlar başqa inzibati icraatlarda həmin halları qəbul etdikləri halda, vergi orqanı (inzibati orqan) bunun əksinə olaraq özünün ehtimal və mülahizələrə əsaslanaraq, bu əməliyyatı “barter” qismində qiymətləndirməklə vergi ödəyicisi kimi iddiaçıya müvafiq məbləğdə dövriyyə müəyyənləşdirmiş və həmin dövriyyə üzrə mal təqdim edilməsinə görə əlavə vergi məbləği hesablamışdır. Halbuki, əməliyyatın “barter” xarakterli olması üçün Türkiyə Respublikasındakı şirkətə göndərilən qızıl məmulatı ixracatçı kimi hazırkının özünə məxsus olmalı idi. Lakin iş materiallarındakı yük gömrük bəyannamələri, müqavilələr, ekspert rəyi və aktları, qəbzlər, müvafiq təhviltəslim və üzləşmə sifarişçi-vətəndaşlardan təhvil alınaraq Türkiyə Respublikasdına göndərilmiş qızıl məmulatlarının iddiaçıya məxsus olmamasını və emal məqsədilə müvəqqəti ixrac olunduğunu tam şəkildə təsdiqləyir. Eləcə də cavabdeh orqan bunu “barter” əməliyyatı kimi adlandırsa da, səyyar vergi yoxlaması aktının 9-cu səhifəsində bunu inkar edərək iddiaçı müəssisədə “barter” əməliyyatının aşkar edilməməsini göstərmişdir. Belə olan təqdirdə, ümumiyyətlə cavabdehin iddiaçının “barter” əməliyyatları aparması ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Yoxlama zamanı vergi orqanı Maliyyə Nazirliyinin Kollegiyasının 4 aprel 2016-cı il tarixli Q-09 saylı Qərarı ilə təsdiq edilmiş «Ciddi hesabat blanklarının forma və rekvizitləri siyahısı»nda 10 saylı əlavə üzrə istifadəsi zərgərlik lisenziyası ilə məşğul olan şəxslər üçün tələb edilən QM-1 və SQ-1 formalı qəbzlərdən istifadə olunmamasını iddiaçının fəaliyyətində pozuntu kimi qiymətləndirmişdir. Halbuki, iddiaçı “zərgərlik” fəaliyyəti ilə məşğul olmur, çünki bu barədə müvafiq xüsusi razılıq (lisenziya) tələb olunur və ona verilməmişdir. Cavabdehin bu mövqeyi də əsaslı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 5 aylıq yoxlama dövründə 2 nəfər işçi cəlb olunmaqla və fəaliyyət göstərdiyi təsərrüfat subyekti 10 kv.m təşkil etdiyi halda (bunlar inzibati orqan tərəfindən təkzib olunmamışdır), onun dövriyyəsi və ona münasib vergi yükü yetərli sübutlarla müəyyənləşdirilməlidir. Vergi məbləğləri yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan hallar və qaydada hesablana bilər. Bu hesablamalar isə konkret rəsmi sənədlərə istinadən aparılmalıdır. İddiaçının öhdəliyi qızıl məmulatları xarici ölkəyə emal üçün göndərib emaldan sonra hazır məhsul ölkə ərazisinə qaytarılmaqla məmulatların sahiblərinə verilməsindən ibarət olsa da, bütöv bu əməliyyat çərçivəsində iddiaçının dövriyyəsi və vergi öhdəliyi heç də onun vergi orqanına təqdim etdiyi bəyannamələrdəki məbləğlərdə deyil. Belə ki, müvafiq hesabat dövründəki aparılan əməliyyatlar çərçivəsində dövriyyə müəyyənləşdirilərkən sifarişin yerinə yetirilməsi üçün xidmət haqqı ilə yanaşı, həm də iddiaçının xaricdəki şirkətə emalla əlaqədar ödədiyi xidmət haqqı, emal üçün qızıl məmulatlarına əlavə olunan daşların (sirkon) dəyəri nəzərə alınmalıdır. İş materiallarında olan sənədlərə əsasən, iddiaçı 2018-ci ilin yanvar-iyun ayları üçün 70.729,43 manat dövriyyə bəyan etmişdir. Halbuki yanvar-may ayları üzrə bütün müvafiq məbləğlər nəzərə alınmaqla qurumun sadələşdirilmiş vergi üzrə dövriyyəsi 269.836,77 manat olmuşdur və bununla da iddiaçı 2018-ci ilin may ayında Vergi Məcəlləsinin 159.1-ci maddəsinə uyğun olaraq həmin ilin iyun ayının 1-dən ƏDV məqsədləri üçün qeydiyyata alınmalı idi. Onun 2018-ci ilin iyun ayı üçün dövriyyəsi yuxarıda qeyd edilən müvafiq haqq və dəyərlər də nəzərə alınmaqla 102.814.07 manat (ƏDV-siz) təşkil edir. İddiaçının sadələşdirilmiş vergi üzrə dövriyyə yayındırılması 199.107,34 manat və bu dövriyyə üzrə yayındırılmış sadələşdirilmiş vergi məbləği 7.964,29 manatdır. Eyni zamanda 2018-ci ilin iyun ayı üçün ƏDV üzrə dövriyyə yayındırılması 102.814.07 manat və bu dövriyyə üzrə müvafiq əvəzləşmə (2018-ci ildə gömrük orqanında idxal YGB üzrə ödənilmiş 12.446,50 manat) nəzərə alınmaqla ƏDV yayndırılması 6.060,03 manat (18.506,53 – 12.446,50 manat) təşkil edir. Ümumi azaldılmış vergi məbləği 14.024,32 (6.060.03 + 7.964,29) manatdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən 1 iyun 2020-ci il tarixli **********136744 nömrəli qərar qismən, yəni 14.024,32 manat vergi borcu və ona mütənasib maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə qanuna ziddir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə tam riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-105/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-164/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-164/2024
04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver