Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1651/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı «iddiaçının cavabının düzgün qiymətləndirilməsi və ona müvafiq sertifikat verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11585/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı «iddiaçının dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanında cavabının düzgün qiymətləndirilməsi və ona müvafiq sertifikat verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı X8 tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin 30 aprel 2023-cü il tarixdə keçirilən test imtahanı mərhələsində iştirak etmişdir. Onun imtahan nəticələri X8 tərəfindən qiymətləndirilmiş və elektron qaydada tərtib edilən dövlət qulluğu vəzifələri üzrə test imtahanının nəticələri haqqında məlumat və cavab kartının qrafik təsvirində “B” variantı üzrə cavablarının sayı 86, yanlış cavablarının sayı 14, yekun balı 101 (84,17%) olmaqla veriləcək sertifikatın BA2 qrupuna aid olması qeyd edilmişdir. İddiaçı X6 test imtahanının yekun nəticısi ilə bağlı gəldiyi qərarla razı deyil. Belə ki, 38-ci qapalı tipli test tapşırığının şərti və cavabı dəqiq, aydın və birmənalı olmadığı üçün düzgün hesab etmək mümkün olmuşdur. Lakin X8 iddiaçının həmin test tapşırığına verdiyi cavabı səhv kimi qiymətləndirmişdir. Qeyd edilən test tapşırığının nəticəsi ilə bağlı 2 may 2023-cü il tarixdə X7 apellyasiya ərizəsi vermişdir. Mərkəzdə apellyasiya ərizəsinə baxılmış, lakin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkar olunmadığı qənaətinə gəlinərək müraciət təmin olunmamışdır. Apellyasiya ərizəsi iddiaçının poçt ünvanına 22 iyun 2023-cü il tarixdə elektron qaydada göndərilmiş 9-3/2-Q-2072-42-422/2023 saylı məktubla cavablandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017- ci il tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası»nın 2.6.2-ci yarımbəndinə əsasən hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır. Həmin Qaydanın 2.6.3-cü yarımbəndinə əsasən test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaiti çərçivəsindən kənara çıxmamalıdır. Həmin Qaydanın 2.6.5-ci yarımbəndinə görə test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdlr. Göstərilənlərə əsaslanaraq, iddiaçının dövlət qulluğuna qəbul üzrə müsabiqənin 30 aprel 2023-cü il tarixdə keçirilən test imtahanı mərhələsinin “B” variantında 38 saylı test tapşırığına cavabının düzgün hesab edilməsi və ona BA1 sertifikatının verilməsi öhdəliyinin cavabdeh X6 üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11585/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı «iddiaçının cavabının düzgün qiymətləndirilməsi və ona müvafiq sertifikat verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11585/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Dövlət qulluğu haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. Həmin Qanunun: - 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. - 28.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 28.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı 30 aprel 2023-cü il tarixdə dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA vəzifə qrupu üzrə müsabiqənin test imtahanında iştirak etmiş və imtahanı təşkil edən hazırkı cavabdeh Azərbaycan Respublikasının X3 test imtahanı üzrə nəticələrini 85,17%, yəni 101 bal qiymətləndirərək (mümkün maksimum göstərici 120 bal ola bilərdi) bu nəticəyə görə ona «Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası»nın müddəalarına uyğun olaraq BA2 sertifikatını vermişdir. İddiaçı test imtahanında 38-ci qapalı tipli test tapşırığı üzrə verdiyi cavabın qiymətləndirilməsini mübahisələndirir və həmin nəticə nəzərə alınmaqla daha yüksək keçid faizi (bal) toplanması tələb olunan BA1 sertifikatının ona verilməsini iddia edir. Mübahisələndirilən qapalı tipli (38-ci) test tapşırığı aşağdakı kimi olmuşdur: - «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanuna əsasən korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilmir: A) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər; B) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər; C) yardımçı vəzifə tutan dövlət qulluqçuları; D) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər. İddiaçı keçirilmiş test imtahanında həmin sualın düzgün cavabı kimi “B” variantın seçmişdir. Həmin variant üzrə “Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər” «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanuna əsasən korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilmir: Lakin cavabdeh inzibati orqan iddiaçının cavabını yanlış saymış və həmin test tapşrığı üzrə (38-ci, qapalı topli) “C” variantını düzgün cavab kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2017-ci il tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası»nın 2.2-ci bəndinə görə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət X1 təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. Qaydanın 2.4-cü bəndinə görə test tapşırıqlarının aşağıdakı növləri var: (2.4.1) qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; (2.4.2) açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; (2.4.3) sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. Qaydanın 2.6-cı bəndinə görə hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: (2.6.1) test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; (2.6.2) hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; (2.6.3) test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; (2.6.4) test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; (2.6.5) test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. Qaydanın 4.1-ci bəndinə görə namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir: (4.1.1) qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla; (4.1.2) açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla; (4.1.3) esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 – 30 balla, cavablandırılmaması 0 balla. Qaydanın 4.3-cü bəndinə görə namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apelyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər. «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 2.1-ci maddəsinə görə aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər: (2.1.1) Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər; (2.1.2) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər; (2.1.3) inzibati vəzifə tutan dövlət qulluqçuları; (2.1.4) dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; (2.1.5) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər; (2.1.6) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər; (2.1.7) yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; (2.1.7-1) qurumların rəhbərləri və işçiləri, o cümlədən qurumlarda xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını həyata keçirən şəxslər; (2.1.8) qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarmı həyata keçirən şəxslər; (2.1.9) öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər; (2.1.10) vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər. Göründüyü kimi, «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 2.1-ci maddəsində korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektlərinin dairəsi konkret təsbit olunmuşdur və bu sırada “Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər” yer almışdıre. “Yardımçı vəzifə tutan dövlət qulluqçuları”na (cavabehin düzgün hesab etdiyi cava variantına münasibətdə) gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 2.1.3-cü maddəsində korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti kimi “yardımçı vəzifə” deyil, “inzibati vəzifə” tutan şəxslər nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının X8 hazırkı İddiaçı 30 aprel 2023-cü il tarixdə dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BA vəzifə qrupu üzrə müsabiqənin test imtahanında 38-ci qapalı test tapşırığı ilə bağlı seçdiyi “B” variantını düzgün cavab kimi qiymətləndirməməkdə haqlı olmuşdur və hazırkı iddia əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia iki tələbdən, yəni 1-ci tələb – iddiaçının cavabının düzgün qiymətləndirilməsi və 2-ci tələb – müvafiq sertifikatın verilməsi ibarət olsa da, ikinci tələb birincidən törəmə və asılıdır. Birinci (iddiaçının cavabının düzgün qiymətləndirilməsi) tələb əsaslı olmadığı təqdirdə, ikinci (müvafiq sertifikatın verilməsi) tələb də əsassız sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11585/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11585/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1651/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1651/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver