Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-169/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “üçüncü qrup əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “üçüncü qrup əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 682/2023 saylı 07 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli tibbi sanitar hissə tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 4405003AALF №-li forma 88 arayışına əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən “Sağ qamış sümüyü kondilusun və sağ incik sümüyünün yuxarı 1/3-nin q/düzgün bitişmiş sınıqları. Sağ diz oynağının kontrakturası. Hipertoniya ilm.” diaqnozu ilə bir il müddətinə (xx.xx.2016-cı il tarixədək) üçüncü dərəcəli əlillik təyin edilmişdir. Elektron bildirişə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən “Sağ qamış sümüyü kondilusun və sağ incik sümüyünün yuxarı 1/3-nin q/düzgün bitişmiş sınıqları. Sağ diz oynağının kontrakturası. Hipertoniya ilm.” diaqnozu ilə 5 il müddətinə (xx.xx.2021-cı il tarixədək) üçüncü dərəcəli əlillik təyin edilmişdir. Bakı 7 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0170003AAEBU saylı göndərişi əsasında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Səbəb: Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir. “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” elektron xidmətindən çıxarışdan müəyyən olunur ki, 0170003AAEBU saylı göndəriş əsasında xx.xx.2021-ci il tarixdə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Diaqnoz: Baldırın digər şöbələrinin sınığı, Sağ baldır sümüklərinin yuxarı 1/3-nin qeyri düzgün bitişmiş sınığı, cərrahi əməliyyatdan sonraki vəziyyət. Sağ diz oynağının postravmatik deformasiya edici artrozu. ağrı sindromu ilə, kontrakturası (açma tam .bükmə 155' dərəcə). Sağ bud. baldır əzələlərinin atrofıyası. yerişin pozulması. Qamış sümüyünün medial və arxa kənarının heterotopik ossifikatı. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bud, baldır əzələlərinin atrofiyası. Digər posttravmatik qonartrozlar, Sağ diz oynağının postravmatik deformasiya edici artrozu. Əzələlərin ossifikasiya və kalsifıkasiyası, Qamış sümüyünün medial və arxa kənarının heterotopik ossifıkatı. Hərəkətin və yerişin pozulmaları. Sağ aşağı ətrafda yerişin pozulması. Diz oynağında ağrı sindromu. Oynaqların kontrakturası, Posttravmatik açıcı kontrakturası. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, Hipertonik angiopatiya. [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya xəstəliyi], Hipertoniya xəstəliyi İİ mərhələ. Bakı 7 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0170003AAER6 saylı göndərişi əsasında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Səbəb: Ağırlaşmanı təsdiq edən diaqnostik müayinələr dəqiqləşsin. Bakı 7 nömrəli şəhər poliklinikasının 0170003AAER6 saylı göndərişi əsasında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən (müayinə tarixi xx.xx.2021-ci il) imtina edilmişdir. Səbəb: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Ağırlaşmanı təsdiq edən diaqnostik müayinələr dəqiqləşsin. Beləliklə, iddiaçı ona növbəti dəfə əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh orqana bir neçə dəfə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən hər dəfə imtina edilmişdir. Həmin imtinalardan narazı qalan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasına qarşı əlilliyin bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmədən cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir və ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı yenidən iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən ona xx.xx.2021-ci il tarixdən 3-cü qrup əlilliyin bərpa edilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 04 iyun 2015-ci ildə 2 nömrəli TSEK tərəfindən üçüncü qrup ümumi səbəbdən əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Nazirlət Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlmalıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin (bundan sonra əsasnamə) 6-cı bölməsinin 6.1-ci bəndinə əsasən əlilliyin müddəti 5 (beş) il müddətinə, yəni 30 iyun 2021-ci ilədək uzadılmışdır. Əlilliyin növbəti müayinə tarixi 04 iyun 2021-ci ilədək lazım olan sənədləri toplayıb 7 saylı şəhər poliklinikasına təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə poliklinika 017003 AAEBU nömrəli forma 88 müayinə aktını TSEK-na göndərdi. xx.xx.2021- ci ildə TSEK-ı əlavə müalicəyə və əlavə bərpa müalicəsinə ehtiyacın olduğunu səbəb göstərərək imtina cavabı verdi. İmtina cavabını aldıqdan sonra xx.xx.2021-ci ildə əyani müayinə üçün Mərkəzi Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmişdir. (bundan sonra Mərkəz).Onu müayinə edən Səlimə həkim Komissiyasının qərarını 10 gün müddətinə SMS-lə göndərəcəklərini bildirmiş və 10 gün keçdikdən sonra dəfələrlə Mərkəzə cavab üçün müraciət etdikdə “hələ qərar hazır deyil” cavabını vermişdirlər. xx.xx.2021-ci ildə 4 saylı “DOST” Mərkəzinə müraciət etdikdə o, imtina verildiyini öyrənmişdir. İmtina qərarından çıxarış etməyi xahiş etdikdə 4 nəfər komissiya üzvlərindən 2-sinin komissiyanın qərarını imzalamadıqlarına görə çıxarış etməyin mümkün olmadığını bildirmişlər. Dəfələrlə 3 və 4 saylı “DOST” mərkəzlərinə müraciət edərkən eyni cavabı almışdır. xx.xx.2021-ci ildə Mərkəzə müraciət etdikdə 010007 AAERU saylı forma 88-in qiymətləndirmə nəticəsinin etibarsız edilməsi qərarından çıxarışı verdilər. Çıxarışı aldıqdan sonra xx.xx.2021-ci ildə təkrar poliklinikaya müraciət etmiş. Poliklinika ******* AAR6 saylı forma 88 müayinə aktını TSEK-na göndərdi. Göndərişə xx.xx.2021-ci il tarixdə TSEK-i tərəfindən “Dövlət səhiyyə müəssisəsi tərəfindən nataman doldurulmuşdur: Həkim rəyi: Ağırlaşmanı təsdiq edən diaqnostik müayinələr dəqiqləşsin” səbəbini göstərərək imtina cavabı verdi. İmtina cavabında ona əvvəllər əlillik təyin edilməsi göstərilmədən “Təyin olunmayıb” qeydini aparmışlar. xx.xx.2021-ci ildə “DOST” mərkəzinə müraciət etdikdə Mərkəzin imtina qərarından çıxarışı vermişlər. Çıxarışda hansı nömrəli müayinə aktına imtina verilməsi, müayinədən əvvəl qrupunun olması, müayinənin ilkin yaxud təkrar olması, qərarın verilməsi tarixi və nömrəsi göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının (bundan sonra Qaydalar) 2-ci bölməsinin 8-ci bəndinə uyğun əlilliyin qiymətləndirilməsi barədə qərarın şəffaflığını təmin edilməsi məqsədi ilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dan çox olmamaqla bir neçə TSEK-na göndərildiyi və onlar tərəfindən verilən qiymətləndirmələrin nəticələrinə müvafiq qaydanın 2.4-cü bəndində göstərilən 10 gün müddətindən gec olmayaraq xidmət tərəfindən yekun qərarın qəbul edilməsi göstərilmişdir. Bu bəndin məntiqi nəticəsindən görünür ki, hər dəfə səhiyyə müəssisəsi tərəfindən xidmətə göndərilmiş forma 88 müayinə aktlarını alt sistem vasitəsilə beş TSEK-nin üzvü olan həkimlər tərəfindən qiymətləndirilərkən Əsasnamənin bölmə və bəndlərinə müvafiq qərar qəbul ediblər. Qəbul etdikləri qərarlarda göstərdikləri əlavə müalicə və bərpaya, ağırlaşmanı təsdiq edən diaqnostik müayinə barədə məlumatlar Azərbaycan Respublikası Səhiyyyə Nazirliyi M.A.Topçubaşov adına X10 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş tibbi rəydə və X4 və Ortopediya İnstitutu tərəfindən 18 may 2021-ci il tarixli 2971 saylı arayışda öz əksini tapmamışdır. Cavabdeh səhiyyə idarəsi tərəfindən göndərilmiş müayinə aktlarında göstərilən diaqnozlardan şübhələnirsə “İnzibati icraat haqqında” Qanunun 24-cü “İşin hallarının obyektiv araşdırılması” maddəsinin bəndlərinə müvafiq öz təşəbbüsləri ilə əlavə araşdırma aparmalı idilər. 2.2.12 hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri İİ-İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı 2.3 bəndində, üçüncü dərəcə əlillik-xəstəlik, travma və ya anadan gəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşma hallarında təyin olunması göstərilmişdir. Diz oynağının bükülmədiyi üçün nəqliyyatdan istifadə edərkən oturacaqlarda otura bilmir. Pilləkənləri düşüb çıxanda çətinlik çəkir. Ağır əşya, nəyisə götürə bilmir. Sağ ayağı şişir, küt ağrıları olur. Həmişə ilin bütün fəsillərində dizlikdən istifadə edir, geyməsə yeriyə bilmir və s. Bütün göstərdikləri “X1’nda və Əsasnamənin bölmə və bəndlərində göstərildiyi üçün qanunlara müvafiq ona əlillik qrupu təyin olunmalıdır. Məhkəmə tərəfindən cavabdehin iştirakı ilə müstəqil ixtisaslaşmış həkim komissiyası təşkil edib müayinə olunmağına etiraz etmir. xx.xx.2015-ci ildə əlillik təyin olunarkən və 2016-ci ilin iyun ayında əlilliyin müddəti 5 il uzadıldıqdan sonra “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə hər hansı dəyişikliklər edilibsə Əsasnamədə ağırlaşdırıcı hal kimi edilmiş dəyişikliklərin ona şamil edilməsi Konstitusiya hüquqlarının pozulması deməkdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli tibbi sanitar hissənin xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçıya bir il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında iddiaçıya beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 7 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0170003AAEBU saylı göndərişi əsasında baxılmış və “diaqnoz və müayinələr əlillik təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Bakı 7 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0170003AAER6 saylı göndərişi əsasında baxılmış və “ağırlaşmanı təsdiq edən diaqnostik müayinələr dəqiqləşsin” səbəbi ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-682/2023 saylı 07 aprel 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2021-ci il tarixdən 3-cü qrup əlilliyin təyin (bərpa) edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti cavabdehin etiraz məktubunun məzmununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.3, 2.5-2.6-cı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 1.3-cü bəndlərinə istinadən onunla əsaslandırılmışdır ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina oluması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, qeyd olunan Əsasnaməyə uyğun qiymətləndirmə aparılmasına baxmayaraq məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, məhkəmə işin hallarının obyektiv araşdırılmasının tələblərinə müvafiq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təkrar müayinə olunmağı üçün iki dəfə -xx.xx.2022-ci ildə və xx.xx.2022-ci ildə Qərardad göndərmişdir. Onu Məhkəmə-Tibbi Ekspertiza Komissiyası iki dəfə əyani mayinəyə dəvət edib, müayinə etdikdən sonra T365/2022 və 36 saylı rəylərdə Bakı şəhəri 7 saylı şəhər poliklinikası tərəfindən xx.xx.2021-ci ildə xx.xx.2021-ci ildə göndərilmiş forma 88 saylı arayışda göstərilən diaqnozların aşkar olunduğunu təsdiq etmişlər. Ekspertin rəyi ilə müəyyən olunmuşdur ki, inzibati orqanın həkimləri tərəfindən qoyulmuş diaqnoz Nazirlər Kabinetinin xx.xx.2015 il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə olan əsas diaqnozla eynilik təşkil edir. Yəni, inzibati orqan xəstəliyi təsvir edərkən başqa terminlərdən istifadə edərək imtina qərarı qəbul etmişdir, halbuki faktiki olaraq müvafiq xəstəliyin digər terminlərlə adı müvafiq normativ aktda öz əksini tapmışdır. Bu o deməkdir ki, onun iddia ərizəsində göstərdiyi səbəblərə görə əlilliyi bərpa olunmalıdır. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci ildə nömrəsiz aktında komissiyaya dəvət olunan ekspertlərin heç biri komissiyada iştirak etməyib. Akt sonradan tərtib olunub. Akt tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasınn 3-Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası bölməsinin 3.8-Xidmətin Əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyyada 15 (on beş) iş günündə Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilərək, bu qaydaya əlavə edilmiş qərar formasında göstərilən şərtlərə əməl etməklə qərar verilməsi göstərilmişdir. Cavabdehin 21 aprel 2022-ci il tarixdə verdiyi Qərarının №-si olmadığı üçün Qanunun V fəsil-Kollegial İnzibati orqanda inzibati icraat bölməsinin 56-Kollegial inzibati orqanının iclasının protokolu maddəsinin tələblərinə bilərəkdən və ya bilməyərəkdən kobudcasına pozmuşlar. Qeyd edilənlərə əsasən cavabdehin apellyasiya şikayətini təmin etməyib, qanunlara müvafiq qərar qəbul edərək Bakı İnzibati Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Ötən məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiaçının iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın sonuncu imtina məktubundan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “xx.xx.2021-ci il tarixdən 3-cü qrup əlilliyin bərpa edilməsinin cavabdehə həvalə olunması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.5.7. bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (M16.1,M24.6); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. 7.5.1. Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi – F62.0 kod altında nəzərdə tutulmuşdur. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu belə olmuşdur: S80-S89 Diz və baldırın travmaları, S82- Baldır sümüklərinin sınığı, aşıq baldır oynağı da daxil olmaqla, sağ qamış sümüyü kondilusun və sağ incik sümüyün yuxarı 1/3-nin qeyri –düzgün bitişmiş sınıqları, Sağ diz oynağının kontrakturası. Hipertoniya İlm. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəmə xüsusi bilik tələb edən hazırkı mübahisə ilə əlaqədar ekspertiza keçirilməsini zəruri hesab etmiş və məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-təcrübi və Tədris Birliyi” X12 ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, “1-5. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) qeyd edilən “travmalar, zədələnmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=> S80-S89-diz və baldırın travmaları=>S89-baldırın digər və dəqiqləşdirilməmiş travmaları=>S89.9- ...Diaqnozun mətni: S89-baldırın digər və dəqiqləşdirilməmiş travmaları, sağ baldır sümüklərinin yuxarı Уз-тп çoxqəlpəli oynaqdaxili yerdəyişmiş, açıq kondiluslararası sınığa görə aparılmış osteosintezdən (xx.xx.2000) sonrakı baldır sümüklərinin yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, sağ diz oynağının postravmatik deformasiyaedici artrozu, kontrakturası (açma tam, bükmə 155°) sindromu ilə, sağ bud, baldır əzələlərinin hipotrofıyası, yerişin pozulması, qamış sümüyünün medial və arxa kənarının heterotopik ossifıkatı. Ağırlaşma: R52.0-kəskin ağrı, diz oynağında ağrı sindromu; Ağırlaşma: M61-əzələlərin ossifıkasiya və kal si fikasiyası, qamış sümüyünün medial və arxa kənarının heterotopik ossifıkatı; Ağırlaşma: M24.5- oynaqların kontrakturası, postravmatik açıcı kontrakturası; Ağırlaşma: R 26-hərəkətin və yerişin pozulmaları, sağ aşağı ətrafda yerişin pozulması” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçı TSEK-na göndərişdə qeyd edilən diaqnoz və əyani müayinə zamanı aşkar edilən patofunksional dəyişikliklər nəzərə alınmaqla ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. İddiaçı vaxtaşırı bərpaedici müalicəyə cəlb edilə bilər.” Qeyd olunan ekspert rəyi ilə iddiaçının forma 88-də göstərilən diaqnozları təsdiqlənsə də, həmin rəyin verilməsində cavabdeh qurumun da nümayəndəsi iştirak etdiyindən birinci instansiya məhkəməsi bu halı prosessual qanunvericiliyin tələbinin pozulması kimi qiymətləndirmiş və buna görə də xx.xx.2022-ci il tarixdə təkrar ekspertiza təyin etmişdir. Həmin ekspertiza ilə bağlı məhkəməyə daxil olmuş xx.xx.2023-ci il tarixli “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-təcrübi və Tədris Birliyi” X12 ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, İddiaçı ‘‘Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” phş-də xx.xx.2023-cü il tarixdə müayinə zamanı “Sağ baldır sümüklərinin yuxarı 1/3-nin qeyridüzgün bitişmiş sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ diz oynağının posttravmatik deformasiyaedici artrozu-İİİ mərhələ. Sağ diz oynağının kontrakturası (açma tamdır, bükmə 155 dərəcə). Sağ bud və baldır əzələlərinin atrofıyası, yerişin çətinləşməsi. Qamış sümüyünün medial və arxa kənarında ossifıkat” müəyyən edilmişdir. Eyni zamanda ekspert rəyində qeyd olunmuşdur ki, şəxsin əlilliyin qiymətləndirilməsi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən həyata keçirilir. Göründüyü kimi, iddiaçının adına tərtib olunmuş forma 88 göndərişində qeyd olunan xəstəliklər hər iki ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Buna görə də birinci instansiya məhkəməsi iddiaçıya tələb etdiyi əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Buna baxmayaraq cavabdeh qurum məhkəmə qərarı ilə razılaşmayaraq iddiaçıya əlillik təyin edilməsi üçün əsas olan diaqnozun mövcudluğunu yenə də mübahisələndirmişdir. İşin apellyasiya baxışı zamanı xx.xx.2023-cü il tarixli qərardadla cavabdeh inzibati orqan tərəfindən iddiaçının əyani müayinə edilməsilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müddəalarına uyğun dəyərləndirilməsi və nəticədə müvafiq inzibati aktın qəbul edilməsi üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş cavabdeh inzibati orqanın vətəndaşın əyani müayinə olunması haqqında məktuba əlavə edilmiş nömrəsi olmayan Agentliyin Tibbi-sosial ekspert komissiyasının 23 noyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Əlillik AS-də olan məlumatlara əsasən müəyyən olundu ki, İddiaçı xx.xx.2015-ci il tarixindən xx.xx.2016-ci il tarixinədək ümumi xəstəlik səbəbindən “Sağ qamış sümüyü kondilusun və sağ incik sümüyün yuxarı 1/3-nin qeyri- düzgün bitişmiş sınıqları. Sağ diz oynağının kontrakturası” diaqnozu ilə ilkin bir il müddətinə üçüncü dərəcə; xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumi xəstəlik səbəbindən “Sağ qamış sümüyü kondilusun və sağ incik sümüyün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınıqları. Sağ diz oynağının kontrakturası" diaqnozu ilə təkrar avtomatlaşdırılmış şəkildə beş il müddətinə uzadılaraq üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0170003AAEBU nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, əlavə müalicəyə ehtiyacın olması qərarı verilmişdir. Qərardan narazı olan vətəndaş DTSERA-da əyani müayinədə iştirak etmiş və xx.xx.2021-ci il tarixində Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən, diaqnoz və müayinələr əlillik təyinatına əsas vermədiyindən, “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Növbəti dəfə, Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0170003AAER6 nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və göndərişin natamam doldurulması (səbəb: ağırlaşmanı təsdiq edən diaqnostik müayinələr dəqiqləşdirilsin) səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır. Qərardan narazı qalan vətəndaş məhkəməyə müraciət etmiş, məhkəmə qərardadı əsasında vətəndaşın əyani müayinəsi təşkil olunmuş, xx.xx.2022-ci il tarixində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilərək, **********3 nömrəli protokolla rəsmiləşdirilmişdir. Lakin, qərardan narazı qalan vətəndaş yenidən məhkəməyə müraciət etmiş, məhkəmə qərardadı əsasında xx.xx.2023-cü İl tarixində DTSERA-da əyani müayinəsi təşkil olunmuşdur. Müayinəyə gələrkən, şikayətləri hərəkət məhdudluğu, sağ diz oynağında hərəkət zamanı ağrı, baldırda şişkinlik olmuşdur. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları isə aydın eşidilmiş, dili nəm, ərpsiz, qarnı yumuşaq və ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, həkim-travmatoloq müayinəsinin nəticəsinə əsasən sağ diz oynağının artrozu, diz oynaq- oynaq yarığı açıq, oynaq səthi hamar, hərəkəti tam həcmdə olmuş, indurasiya, ödem, trofiki pozğunluq, bud və baldır əzələlərində atrofiya, diz oynağında kəskin kontraktura, ankiloz izlənilməmiş, sağ baldırın yuxarı 1/3-də cərrahi əməliyyatdan sonrakı çapıq toxuma qeyd edilmiş, aşağı ətrafların varikoz xəstəliyi, dərialtı venaların varikozu və hiperpiqmentasiya izi olmamışdır. Təqdim etdiyi sənədlər arasında, X11 xx.xx.2021-ci tarixli ambulator xəstənin tibbi kartasından 5153 nömrəli çıxarışına əsasən diaqnoz “Sağ baldır sümüklərinin yuxarı 1/3-nin hissəsində çox qəlpəli oynaq daxili yerdəyişmiş açıq kondiluslararası sınığı”; Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli 2931 nömrəli arayışına əsasən diaqnoz “Sağ baldır sümüklərinin 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ diz oynağının posttravmatik deformasiya edici artrozu, ağrı sindromu, kontrakturası. Sağ bud və baldır sümüklərinin atrofiyası, yerişin pozulması, qamış sümüyünün medial və arxa kənarının heterotopik ossifikatı”; Akademik M.A.Topçubaşov adına X7 xx.xx.2021 -ci il tarixli ambulator xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “Aşağı ətrafların varikoz xəstəliyi, dərialtı venaların (BDV-nın) l dərəcəli varikozu” şəklində qeyd edilmiş, aparılmış aşağı ətraf venaların doppleroqrafiyası müayinəsinin nəticəsində hər iki BDV baldır hissədə (D=5.2-5.6 mm) və sol arxa medial venada (D=4.4-4.5 mm) genişlənmiş, hər iki qamış venalarında spontan qan axını bir qədər azalmış, qan axını diastolo-dominant tipli (ikinci mənbəli, solda daha çox nəzərə çarpır) olmuş, özləri və şaxələri qıvrılmış şəkildə izlənilmişdir. Həmçinin, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023- cü il tarixli ********** nömrəli arayışına əsasən diaqnoz “Sağ baldır sümüklərinin 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ diz oynağının posttravmatik deformasiya edici artrozu İİİ mərhələ, ağrı sindromu. Sağ diz oynağının kontrakturası. Sağ bud və baldır sümüklərinin atrofiyası, yeriş inpozulması, qamış sümüyünün medial və arxa kənarının heterotopik ossifikatı” şəklində göstərilmiş, rəsmiləşdirilmiş göndərişlərdə olan məlumata əsasən Bakı Kliniki Tibbi Mərkəzdə xx.xx.2000-xx.xx.2000-ci il tarixində “Sağ baldır sümüklərinin yuxarı 1/3-nin çoxqəlpəli oynaqdaxili yerdəyişmiş, açıq kondiluslar arası sınığa görə aparılmış osteosintez (xx.xx.2000-ci tarixində)” əməliyyatının icra olunduğu göstərilmiş, lakin vətəndaş buna dair heç bir sənəd təqdim etməmişdir. Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının həm xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli məhkəmə qərardadına əsasən iddiaçının əyani müayinəsi keçirilsə də, onda mövcud olan xəstəliklər xüsusi tibbi texniki avadanlıqların köməyi ilə müəyyən olunmamış, cavabdehin imtina qərarında yalnız iddiaçının təqdim etdiyi müvafiq tibb müəssisələri tərəfindən verilmiş arayışların məzmunu ifadə olunmuş, həmin arayışlarda qeyd olunan və mövcud olan xəstəlik diaqnozu göstərilsə də, bu barədə iddiaçının heç bir sənəd təqdim etmədiyi göstərilmişdir. Halbuki həmin sadalanan sənədləri məhz iddiaçı özü cavabdeh quruma təqdim etmişdir. Bununla da iş üzrə müəyyən olunur ki, cavabdeh qurum məhkəmə qərardadının icrası ilə bağlı iddiaçını əyani müayinəyə dəvət edərkən bu müayinə və bunun əsasında ona müvafiq əlilliyin təyin olunmasının mümkünlüyünü formal yoxlamış və nəticədə də öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, hazırki inzibati mübahisə üzrə iddiaçı ona əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edərkən, yəni 2021-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müddəaları qüvvədə olmuşdur. İddiaçının 12 noyabr 2021-ci il tarixli göndərişində onun əsas diaqnozu: “S89 Baldırın digər və dəqiqləşdirilməmiş travmaları, sağ baldır sümüklərinin yuxarı 1/3-nin çoxqəlpəli oynaqdaxili yerdəyişmiş, açıq kondiluslar arası sınığa görə aparılmış osteosintezdən (xx.xx.2000) sonraki baldır sümüklərinin artrozu, kontrakturası (açma tam. Bükmə 155 dərəcə) ağrı sindromu ilə sağ bud baldır əzələlərinin hiprofiyası, yerişin pozulması. Qamış sümüyünün medial və arxa kənarının heteotopik ossifikatı” olmuşdur. Ağırlaşmaları isə aşağıdakılar olmuşdur: R52.0 Kəskin ağrı, diz oynağında ağrı sindromu. M.61 Əzələlərin ossifiasiya və kalsifikasiyası, Qamış sümüyünün medial və arxa kənarının heterotopik ossifikatı. M24.5 Oynaqların kontrakturası, Posttravmatik açıcı kontrakturası. R26 Hərəkətin və yerişin pozulmaları, sağ aşağı ətrafında yerişin pozulması. M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ bud, baldır əzələlərinin hipotrofiyası. M17.3 Digər posttravmatik qonartrozlar, sağ diz oynağının postravmatik deforasiya edici artrozu. Yanaşı xəstəlikləri aşağıdakılar olmuşdur: İ11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), hipertoniya xəstəliyi İİ mərhələ. H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, hipertonik angiopatiya. G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, dissirkulyator ensefalopatiya. İ83. Aşağı ətraf venalarının vakrikoz genəlməsi, aşağı ətrafların varikoz xəstəliyi, dərialtı venaların (BDV-nın) İ-li varikozu. İşin apellyasiya baxışı zamanı iddiaçının məhkəməyə təqdim etdiyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ X13 X12 verdiyi xx.xx.2021-ci il tarixli “Ambulator, Stasionar xəstənin tibb kartasından çıxarış”dan görünür ki, İddiaçı tam diaqnozu: “Sağ baldır sümüklərinin yuxarı 1/3-nin hissəsində çox qəlpəli oynaq daxili yerdəyişmiş açıq kondiluslararası sınığı” olmuşdur. Həkim müayinəsinə görə xəstənin baldır nahiyəsinə leykoplastrla fiksə edilmiş skelet dartması üçün hazırlanmış və məsləhət görülmüşdü ki, mütəmadi 3 kq vertal daşla diz oynağı 50-li qatlanmış vəziyyətdə uzanmış halda yük tətbiq edilməklə oynağın hərəkətinin bərpası təmin olunmadığından ötəri istifadə edilmiş yatarkən və hərəkət edərkən arxa gips langeti tətbiq olunmaqla kastellə hərəkət etməsi tövsiyə olunmuşdur. Xəstənin təkidiylə evə ambulator müayinəyə yazılmış və məsləhət görülmüşdü ki, oynağın funksiyasını bərpa etməkdən ötrü travmotoloqun nəzarəti altında olsun. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan X4 və Ortopediya İnstitutu” X12 xx.xx.2024-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı diaqnozu “sağ boyun sümüklərinin qeyri-düzgün bitişmiş sınığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ diz oynağının postravmatik deformasiya edici artığın 3-cü mərhələ. Sağ diz oynağının kontrakturası-açma tamdır. Açma 155 dərəcə Sağ bud və baldır əzələlərinin atrafiyası, yerişin çətinləşməsi axsama. Qamış sümüyünün medial və arxa kənarlarında osteofitlər, ağrı sindromu. XBT:M17.3, R52.0, M24.5., M62.5, R26., M25.7. İşin apellyasiya baxışı zamanı iddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Azərbaycan X4 və Ortopediya İnstitutu” X12 verdiyi xx.xx.2024-cü il tarixli “diz oynağı rentgenoqrafiyasının (sağ, iki proyeksiyalı)” nəticəsindən görünür ki, sağ dizin 2pr rentgenoqramması, sağ qamış sümüyünün medial platonunun köhnə bitişmiş sınığı qeyd olunur. Sağ incik sümüyünün proksimal 1/3-in köhnə əyri bitişmiş sınığı izlənilir. Sağ diz oynağı: Oynaq məsafəsi daralmışdır. Uyğun oynaq səthləri sklerotik görünüşlü olub, kənarı osteofitlər izlənilir. Condiluslararası hündürlüklər itilənmişdir. Osteoartoz 3-cü dərəcə. Mülayim varus deformasiyası nəzərə çarpır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçıya qoyulmuş və hazırda da onda mövcud olan əsas diaqnozun ağırlaşması kimi qeyd olunan xəstəlik və əlamətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də M24.5 oynaqların konrakturası, posstravmatik açıcı kontrakturası xəstəliyi, dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) olaraq nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçı ona əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edərkən, həmin dövrdə əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müddəalarına müvafiq olaraq aparılırdı. Həmin Əsasnamənin 2.5.7-ci bəndindən müəyyən olunur ki, bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (M16.1,M24.6) olması üçüncü dərəcə əlilliyin təyin olunması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya “Sağ qamış sümüyü kondilusun və sağ incik sümüyünün yuxarı 1/3-nin q/düzgün bitişmiş sınıqları. Sağ diz oynağının kontrakturası. Hipertoniya ilm.” Diaqnozuna görə cavabdeh qurum tərəfindən bundan öncə də bir neçə dəfə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə həmin əlilliyin təkrar təyin olunmasından imtina edən cavabdeh quruma məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının müayinə olunması ilə onun diaqnozunun müəyyən olunması və müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi üçün müddət təyin edilsə də, yuxarıda da göstərildiyi kimi, cavabdeh qurum tərəfindən iddiaçı əyani müayinəyə dəvət olunarkən onun adına verilmiş göndərişlərdəki əsas diaqnoz xəstəliklərinin, o cümlədən ağırlaşdırıcı əlamətlərin olub-olmamasının müəyyən edilməsi məqsədilə müvafiq həkim müayinələri aparılmamış, tibbi texniki avadanlıqların köməyilə baxışdan keçirilməsi ilə bağlı (məsələn rentgenoqrafiya və s.) müvafiq sənədlər tərtib olunmamışdır. Bununla da cavabdeh qurum tərəfindən iddiaçıya tələb etdiyi əlilliyin təyin olunmasından müvafiq araşdırmalar aparılmadan formal imtina olunmuşdur. İşin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunan “Azərbaycan X4 və Ortopediya İnstitutu” X12 xx.xx.2024-ci il tarixli arayışına və xx.xx.2024-cü il tarixli “diz oynağı rentgenoqrafiyasının (sağ, iki proyeksiyalı)” nəticəsinə görə yuxarıda adı çəkilən xəstəlik və ağırlaşmanın iddiaçıda hal-hazırda da mövcud olduğu öz təsdiqini tapır. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, forma 88 göndərişində əks olunan xəstəliklərin iddiaçıda olması həm sonuncu dəfə verilmiş ekspert rəyində, həm də apellyasiya baxışı zamanı təqdim olunan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ X13 X12 verdiyi xx.xx.2021-ci il tarixli “Ambulator, Stasionar xəstənin tibb kartasından çıxarış”da və “Azərbaycan X4 və Ortopediya İnstitutu” X12 iddiaçıya verdiyi arayışda öz əksini tapdığı üçün iddiaçıya onun tələb etdiyi əlilliyin təkrar verilməsi öhdəliyi cavabdeh qurumun üzərinə qoyulmalıdır. Kollegiya onu da qeyd edir ki, cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Eyni zamanda oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-144/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında hüquqi mövqeyi belə əsaslandırılmışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu üçün birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın təmin edilməməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 682/2023 saylı 07 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-682/2023 saylı 07 aprel 2023-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov