Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1728/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, , Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə İddiaçı1 və vəkili X6, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(112)-8839/2022 saylı qərardadından İddiaçılar İddiaçı1 və X7 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və X7 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən X13 barəsində qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən X13 müayinə edilərək xx.xx.2017-ci il tarixli qərarı ilə ona ikinci qrup əlillik dərəcəsi verilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli qərarı (rəyi) bizim maraqlarımıza toxunur, bizə qarşı mülki iddiaların başladılmasına səbəb olmuşdur. Hesab edirlər ki, qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki Tibbi Sosial Ekspert Komissiyası həmin qərarı qəbul edərkən əlilliyin səbəbinin hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olmasını qeyd etmiş və aşağıdakı diaqnozu qoymuşdur: Diqanoz: kəllədaxili travmalaın nəticələri, qapalı kəllə-beyin travmasından sonrakı astenonevrotik vəziyyət (xx.xx.2016). Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fakol) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, epilepsiya, mürəkkəb parsial tutmalarla (ayda 7-8 dəfə), ocaqlı simptomatik. Vesrtibulyar ataksiya, digər neqativ pozuntular, asteno-nevrotik vəziyyət. Essesial hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ. Xroniki periferik venoz çatışmamazlıq. Aşağı ətrafların xroniki venoz xəstəliyi. TSEK qeyd olunan nəticəyə gələrkən öz nəticəsini hərbi xidmət vəzifəsini yeri yetirməklə - xx.xx.2016-ci il tarixdə Rəşad Xəlilovla iddiaçılar arasında baş vermiş hadisə ilə əlaqələndirmişdir. Belə ki, həmin hadisə zamanı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin Cinayət Axtanş üzrə əməliyyat müvəkkili X8 kürəkaltı, təpə və gicgah nahiyyəsində xəsarətlər almışdır. Məhkəmə tibb ekspertizasının xx.xx.2016-cı il tarixli 767 saylı rəyindən görünür ki, Rəşad Xəlilovun bədəni üzərində aşkar olunmuş xəsarətlər - təpə, gicgah nahiyələrinin hematomaları və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, sol kürəkaltı nahiyənin sıyrığı, sol saidin qançırı küt əşyanın təsirindən törənmişdir, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. R.Xəlilova verilmiş əlilliyinin onun xx.xx.2016-ci il tarixdə baş vermiş hadisə zamanı aldığı xəsarətlərlə birbaşa səbəbli əlaqədə olması tibbi-sosial ekspert komissiyasının rəyi ilə müəyyən edilə bilməz. Eləcə də R.Xəlilovun əlilliyi onun xx.xx.2016ci il tarixdə baş vermiş hadisə zamanı aldığı xəsarətlərlə birbaşa səbəbli əlaqədə deyil. Belə ki, Rəşad Xəlilovda əlilliyə gətirib çıxaran xəstəlik daha öncədən mövcud olmuşdur. R.Xəlilov barəsində verilmiş “510 N-li Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, o, DİN-nin 1 saylı poliklinikasında xx.xx.2006-cı il tarixdən tibbi qeydiyyata alınmışdır. Onun şikayətləri baş ağrısı, baş gicəllənməsi, halsızlıq, ətraflarda olan zəiflik, keyləşnə, yerişin çətinləşməsi, yaddaş zəifliyi, əsəbilik, tez-tez baş verən qıcolma tutmalarından, səthi yuxudan olmuşdur. R.Xəlilov xx.xx.2015-xx.xx.2015-ci ildə DİN-nin Respublika Hospitalında stasionar müalicədə olmuşdur. xx.xx.2015-ci ildən “Hipertoniya xəstəliyi İİ mərhələ“ diaqnozu ilə nəzarətindədir. xx.xx.2016-cı il tarixdə xidməti vəzifəsini icra edərkən aldığı travmadan sonra xx.xx.2016-xx.xx.2016-cı, xx.xx.2016-xx.xx.2016-cı ildə stasionar müalicədə olmuş və diaqnoz: Asteno-nevrotik vəziyyət vegetativ əlamətklərlə. Keçirilmiş qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsindən sonrakı vəziyyət. Hipertoniya xəstəliyi İİ dərəcə. Sağ tərəfli pnevmaniyanın qalıq əlamətləri. Bronxit. Xronuki hepatoxolesistit. Xəstə sonrakı dövrlərdə də stasionar müalicədə olmuş 2015-ci ildən başlayan eyni xaraktetli xəstəliklərin diaqnozu qoyulmuşdur. R.Xəlilova verilən sosial arayışdan görünür ki, o, 2-ci qrup əlildir, əlilliyi epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəio) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsilə (G40-G41.9) bağlıdır. Bu xəti-ük R. Xəlilovda 2006-cı ildən var idi. Belə olan halda xx.xx.2016-cı il tarixdə aldığı xəasrətlərlə onun əlilliyi arasında hər hansı bir səbəbli əlaqə yoxdur. Həmin əlilliklə hadisə zamanı R.Xəlilovun aldığı xəsarətlərin səbəbli əlaqədə olamsına dair müvafiq məhkəmə-tibb ekspertizası keçirilməmişdir. Əgər hadisə zamanı alınmış xəsarətlərlə əlillikdən ibarət olan nəticə arasında ekspert rəyi ilə səbəbli əlaqə müəyyən edilərsə əlilliyin səbəbi həmin hadisə zamanı alınmış xəsarətlərə bağlana bilər. Göründüyü kimi Rəşad Xəlilovun xx.xx.2016-cı ildə aldığı yüngül xəsarətlər epilepsiya və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsinə səbəb ola biləcək xəsarətlər deyil. Sənədlər göstərir ki, epilepsiya xəstəliyi Rəşad Xəliovda 2006-cı ildən vardır. Lakin, TSEKnın Rəşad Xəlilova əlillik verərkən əlilliyin səbəbini xx.xx.2016-cı il tarixdə onun aldığı xəsarətlərə bağlaması həm TSEK-nın səlahiyyətlərinə aid deyil, həm də R.Xəlilovun xəstəlik tarixindən görünür ki, onun əlilliyi 2006-cı ildən başlayan xəstəliyi ilə bağlıdır. Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli qərarı (rəyi) iddiaçıların maraqlarına toxunur, onlara qarşı mülki iddiaların başladılmasına səbəb olur. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(112)-8839/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya X1 barəsində qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərarı iddiaçıların qanunla qorunan mənafelərinə birbaşa toxunur. Beləki, həmin qərar əsasında Daxili İşlər Nazirliyi Rəşad Xəlilova 50.000 pul vəsaiti ödəmişdir. Həmin vəsait isə DİN-nin reqres iddiası əsasında Fizuli rayon Məhkəməsi tərəfindən İddiaçı1 və X3 tutulmuşdur. Belə olan halda iddiaçıların qeyd olunan qərarı mübahisələndirməyə subyektiv hüququ vardır. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia tələbindən görünür ki, iddiaçılar hazırkı iddia tələbi ilə cavabdeh tərəfindən X13 barəsində qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdirlər. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli müayinə aktından çıxarışa əsasən X11 hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçıların mübahisələndirdikləri inzibati akt X13 barəsində qəbul edilmişdir və İddiaçı1 və X4 hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olduğu işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur. Belə ki, işin müəyyən edilmiş hallarından və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən əlilliyin səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü tərəfindən mübahisələndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların mübahisələndirdikləri inzibati akt X13 barəsində qəbul edildiyindən və İddiaçı1 və X4 hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etmədiyindən, iddiaçıların həmin inzibati aktı mübahisələndirmələri üçün hər hansı subyektiv hüquqları mövcud deyildir. Bundan başqa iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 10.03. 2022-ci il tarixli, 2-1(112)-5346/2022 saylı qərardadından görünür ki, iddiaçılar İddiaçı1 və X4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı 3-cü şəxs X13 işə cəlb olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin X13 barəsində tərtib etdiyi 510 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin 12-ci bəndinin (diaqnozunun) R.Xəlilovun əlilliyə səbəb olan xəstəliyinin xx.xx.2016-cı il tarixdə aldığı yüngül xəsarətlə bağlı olması—Travma DİO-da xidməti vəzifələrinin icrası zamanı alınmış” hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddia iddiaçıların belə iddia qaldırmağa subyektiv hüquqları olmadığı səbəbindən mümkün sayılmamışdır və həmin qərardad qanuni qüvvəsini almışdır. Qeyd edilməlidir ki, iddiaçıların hazırda mübahisələndirdikləri cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya X1 barəsində qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin X13 barəsində tərtib etdiyi R.Xəlilovun əlilliyə səbəb olan xəstəliyinin “xx.xx.2016-cı il tarixdə aldığı yüngül xəsarətlə bağlı olması—Travma DİO-da xidməti vəzifələrinin icrası zamanı alınmışdır” kimi qiymətləndirilməsinə dair tibbi sənədlər əsasında verilmişdir. Hazırkı mübahisənin kökündə dayanan X13 barəsindəki tibbi sənədləri isə mübahisələndirməyə iddiaçıların subyektiv hüququ olmadığına yuxarıda adıçəkilən Bakı İnzibati Məhkəməsinin 10.03. 2022-ci il tarixli, 2-1(112)-5346/2022 saylı qərardadında da bir daha hüquqi qiymət verilmişdir. Odur ki, hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Göründüyü kimi, inzibati aktdan şikayət vermək hüququna yuxarıda qeyd edildiyi kimi maraqlı şəxslər malikdir Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini şərtlərinə cavab verməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(112)-8839/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1728/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1728/2023
18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver