Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1775/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və X4 üçüncü şəxs qismində göstərilməklə “nəqliyyat vasitələrinə məxsus qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-974/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (bundan sonra mətndə DİN) və X4 üçüncü şəxs qismində göstərilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinə məxsus qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3589/2019 saylı iş üzrə 4 oktyabr 2019-cıı il tarixli qərardadı ilə, ** ZB ***, ** ZX ***, ** ZB ***, ** ZX ***, ** ZX ***, ** ZB ***, ** ZX ***, ** ZB ***, ** ZB ***, ** ZB ***, H006012, 9227AU, ** ZB ***, ** ZB ***, H005839, H010798, H010067, ** ZB ***, H012140, ** ZB ***, H006019,11010797, H008968, ** ZB ***, H009050, H008894, ** ZB ***, H008792, ** ZB ***, H005245, ** ZB *** və H008791 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin (yarımqoşquların) üzərinə həbs qoyulması, onların Baş Dövlət Yol Polisi İdarəsinin (bundan sonra mətndə BDYPİ) xüsusi dayanacağına yerləşdirilməsi qərara alınmışdır. Həmin qərardad icra olunmuş və sözügedən nəqliyyat vasitələri BDYPİnin Qaradağ rayonu ərazisində yerləşən xüsusi dayanacağına yerləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1458/2020 №li xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3589/2019 saylı iş üzrə 24 oktyabr 2019-cu il tarixli qərardadı ləğv olunsa da mübahisə davam etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarından sonra (2020-ci ilin iyul avında) həmin nəqliyyat vasitələri həbsdən azad edilmişdir.xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən ünvanlanmış ərizənin mətnində həmin nəqliyyat vasitələrinin həbsdə olmasından əvvəlcədən məlumatlı olmuşdur. Bütün bunlar onu təsdiq edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3589/2019 saylı iş üzrə 24 oktyabr 2019-cu il tarixli qərardadı əsasında həbs qoyularaq götürülmüş nəqliyyat vasitələrinin 5 ədədi qanunsuz olaraq X2 mülkiyyətinə keçirilmiş və ona bu barədə xx.xx.2020-ci il tarixli qeydiyyat şəhadətnamələri verilmişdir. Qeyd edilən xüsusatlar onu təsdiq edir ki, sözügedən nəqliyyat vasitələri Baş DYPİ-nin Qaradağ rayonu ərazisində yerləşən xüsusi dayanacağına yerləşdirilsə də, həbsdə olan 5 ədəd nəqliyyat vasitəsinə qanuna zidd olaraq baxış keçirilmiş və 29 fevral 2020-ci il tarixində, həbsdə olan nəqliyyat vasitələrinin 5 ədədinə qeydiyyat şəhadətnamələri verilmişdir. Bununla bağlı Baş DYPİ tərəfindən X3 verilmiş: AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsini xahiş etsələr də müraciətlərinə qeyrimüəyyən cavab verilmiş və bildirilmişdir ki, həmin nəqliyyat vasitələrinin X2 adına keçməsi üçün əsas gömrük vəsiqələri olmuşdur. Həmin nəqliyyat vasiləri heç vaxt Nəsimi Şirinovun sahibliyində və istifadəsində olmamışdır və hazırda da onlara məxsus dayanacaqda saxlanılırlar. Həmin nəqliyyat vasitələrinə dair gömrük rəsmiləşdirilməsi aparılarkən həmin nəqliyyat vasitələri həbsdə olmuş və onların üzərində məhdudiyyət olmuşdur. Bu baxımdan hesab edirlər ki, X3 məxsus AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş gömrük rəsmiləşdirilməsi qanunsuzdur və onun hüquqi nəticələridə onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, “Silver Transport Limited" MMM-nin adından bu şirkətə heç bir bağlılığı olmayan şəxslər : Tatyana Dimitriyevna, Emin Mirzəyev, Şirinov Nəsimi və Vidadi adlı şəxslər, gömrük və polis əməkdaşlarının vasitəsi ilə və ya onları aldadaraq, saxta sənədlər əsasında , cinayətkarcasına əlbir olaraq onlara məxsus əmlakları ələ keçirməyə çalışmışlar. Məhkəmə tərəfindən onların bu cinayətkar əməllərinə hüquqi qiymət verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi doğru olardı. AD N 769252, AD N 769253, AD N 769254. AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş Gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlər qanunsuz hesab edilməli və Tatyana Dimitriyevna, Emin Mirzəyev, Şirinov Nəsimi və Vidadi adlı şəxsin, Gömrük və Polis əməkdaşlarının hərəkətlərində cinayət tərkibli faktlar mövcud olduğu üçün məhkəmə tərəfindən xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurorluğa göndərilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-974/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və X4 üçüncü şəxs qismində göstərilməklə “nəqliyyat vasitələrinə məxsus qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-593/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı MMC cavabdeh DGK-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gömrük rəsmiləşdirilməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr verilmiş, cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi ilə əvəz edilmiş, daha sonra iddiaçı tərəfindən yenidən iddia tələbinin “AD N769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 nömrəli nəqliyyat vasitələrinə məxsus qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş gömrük bəyannamələri və gömrük vəsiqələrinin qanunsuz hesab edilməsi və xüsusi qərardad qəbul edilməsi” formasında icraata qəbul edilməsi xahiş olunmuşdur. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-593/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmış və məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırmışdır - Nizami Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, üçüncü şəxs ona məxsus nəqliyyat vasitələrinin yanlışlıqla həbsdə olduğunu əsaslandıraraq 5 ədəd nəqliyyat vasitələrinə qoyulmuş həbsin götürülməsini xahiş edir. 24 oktyabr 2019-cu il tarixli qərardadından görünür ki, nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə ərizə təmin edilmişdir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçıya əmlakların məxsusluğunun dəlili kimi qeyd edilmişdir ki, həmin əmlaklar iddiaçıya məxsusdur, onun istifadəsindədir, məhkəmə qərardadı ilə nəqliyyat vasitələrinə həbs qoyulan zaman da üçüncü şəxsin məhkəməyə ərizəsi ilə həmin faktiki hal da təsdiq edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, əmlakın iddiaçının faktiki istifadəsində olması həmin əmlaklara münasibətdə hər bir halda subyektiv hüququn mövcudluğu hesab edilməməlidir. Belə ki, subyektiv hüquq dedikdə qonunla qorunmalı olan hüquq başa düşülür ki, mübahisəli əmlak üzrə iddiaçının qanunla qorunan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının mövcudluğu təsdiq edə biləcək heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, məhkəmənin aidiyyəti orqanlara sorğuları ilə də iddia olunan nəqliyyat vasitələri barəsində heç bir məlumatı əldə etmək mümkün olmamışdır. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən iddiaçının istifadəsində olan nəqliyyat vasitələrin siyahısı məhkəməyə təqdim edilmişdir ki, həmin bitkin siyahıdan da görünür ki, iddia olunan nəqliyyat vasitələri barədə hər hansı məlumat həmin siyahıda mövcud olmamışdır. Üçüncü şəxs və cavabdeh tərəfindən 5 nəqliyyat vasitəsinə dair sərhədkeçmə məlumatları, gömrük rəsmiləşdirilməsinə əsas olan bəyannamələr təqdim edilsə də iddiaçı həmin əmlakların sərhədkeçmə məlumatları, aidiyyəti qurumlarda rəsmiləşdirilməsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmiş, məhkəmə araşdırması zamanı təqdim etdiyi sənədlərin-texniki pasportların isə həmin 5 nəqliyyat vasitəsi ilə əlaqəsinin olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının nəqliyyat vasitələri üzərində sahibliyi faktiki sahiblik olmaqla qanuni sahiblik üçün əsas yaratmır. Faktiki sahiblik isə qanunilik meyarına malik olmadığı təqdirdə hüquqdan, dolayısı ilə də hüququn müdafiəsi vasitəsi kimi məhkəməyə müraciət etmək hüququndan, nəticədə isə iddia verilməsi üçün subyektiv hüququn mövcudluğundan söhbət gedə bilməz Göründüyü kimi iddiaçı tərəfin subyektiv hüququn mövcud olmasına istinad edə biləcəyi hüquqmüəyyən edici sənəd mövcud deyil. Adından da göründüyü kimi hüququ müəyyən edən sənəd yoxdursa, deməli hüquq da mövcud deyil. Üçüncü şəxsin rayon məhkəməsinə ərizəsi də həmin hüququn yaranmasına səbəb olmur. Belə ki, həmin qərardaddan da görünür ki, həbs qoyulmalı olan əmlakların rekvizitləri bəllidir. 5 ədəd nəqliyyat vasitəsi digər əmlaklardır və üçüncü şəxs də məhz əmlak üzərinə səhv həbs qoyulması səbəbindən məhkəməyə müraciət etmiş, həmin 5 nəqliyyat vasitəsinin həbs qoyulmalı olan nəqliyyat vasitəsinə aid olması barədə heç bir məlumata istinad etməmiş, onun sahibliyində olmalı olan, lakin iddiaçının qarajında faktiki istifadəsində olan nəqliyyat vasitələrinin geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, məhkəmə tərəfindən əmlakların saxlanıldığı qarajda yerləşən nəqliyyat vasitələrinə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitələrinin qanuni sahibliyində olmasına dair heç bir məlumatın əldə edilməsi mümkün olmamış, iddiaçı tərəf də bununla bağlı hər hansı sənədi təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcud olduğundan və qeyd olunan qərardadda iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmadığından, bununla da mümkünlük şərtlərinə əməl olunmadığından hazırki iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-974/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1775/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1775/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver