Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1849/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı inzibati işə üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "xxxx" MMC cəlb edilməklə zərərin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-245/2021 saylı iş üzrə qəbul etdiyi 30 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia qaldıraraq yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 95250 manat pulun və mağazanın bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 2350 manat pulun iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu, X12 küçəsi, 50 ünvanda inşa edilən yaşayış binasının 1-ci mərtəbəsində ayrılmış 162,5 kv metrdən ibarət qeyri-yaşayış sahəsi zirzəmi "xxxx" MMC-dən müqavilə əsasında alınmışdır. İddiaçı həmin zirzəmidə qədim mebel və digər əşyalarla ticarət mağazası fəaliyyəti ilə məşğul olmaq niyyətində olmuşdur. Tamamlama işləri başa çatarkən 03.06.2019-cu ildə saat 9 radələrində Cavabdeh tərəfindən binasının arxasında naməlum tikinti işləri aparılarkən mağazanın 9-10 metr uzunluğunda divarı ağır tonnajlı texnika ilə uçurulmuşdur. Mağazanın işçilərinin və vətəndaşların narazılığına baxmayaraq Cavabdehin işçiləri tərəfindən buldozerin çömçəsi ilə mağazanın divarına 2-3 zərbə endirilmişdir. Zərbə nəticəsində 9-10 metr uzunluqda divar uçmuş, divarın arxa tərəfində olan mebel əşyaları, çilçıraqlar, qədim servislər, şəkillər və çini fiqurlar dağılmış və sındırılmışlar. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mağazasında olan əmlaklar yararsız vəziyyətə düşmüşlər. Həmin əşyaların ümumi dəyəri 95250 manat təşkil etmişdir. Azyaşlı uşağın xəsarət alması barədə ekspert rəyi də mövcuddur. Mağazanın bərpası üçün çəkilən xərclər də 2350 manat təşkil etmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən cavabdeh iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, sözügedən mübahisəli ərazidə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun Nərimanov RİH başçısının 10.03.2010cu il tarixli,67 nömrəli və 18.03.2010-cu il tarixli, 248 nömrəli sərəncamları ilə "xxxx" MMCyə Bakı şəhəri, Mirəli Qasqay küçəsi, 97, Azadlıq prospekti 114 və Möhsün Sənani küçəsi 45/55 nömrəli ünvanlarda yerləşmiş çoxmənzilli binaların həyətyanı sahələrində (həyətlərində) biznes mərkəzinin tikilməsinə icazə verilmişdir. MMC tərəfindən tikinti işlərinə başlanmış, tikintialtı kotlovan qazılmış, tikinti-quraşdırma işləri başa çatdırılsa da MMC tərəfindən qazılmış kotlovan doldurulmadığına görə zibil poliqonuna çevrlmiş və həmin ərazidə yaşayan bütün sakinlərin haqlı narazılıqlarına səbəb olmuşdur. Dövlət qurumlarının şifahi göstərişinə əsasən MMC tərəfindən qazılmış olan kotlovan hissəsi ictimaiyyətin və rayon MKTB işçilərinin köməyi ilə doldurulmuşdur. Həmin ərəfədə iddiaçının istifadəsində olan zirzəmi hissəsindəki qeyri-yaşayış sahəsinin kotlovanına baxan, qalınlığı 8 sm olan 1 qat boşluqlu kərpicdən hörülmüş olan dayanıqsız istinad divarı sonradan həmin ərazidə baş verən təbii aşıntılar nəticəsində uçmuşdur. Qeyd edilənlərlə əlaqədar hesab edilmişdir ki, mülki hüquq pozuntusu "xxxx" MMC tərəfindən törədildiyindən MMC işə əsl cavabdeh kimi cəlb edilməli, tikintinin layihə-smeta sənədləri MMC tərəfindən məhkəməyə təqdim edilməlidir. Mübahisəlı ərazidə hər hansı inzibati xətanın, hüquq pozuntusunun (deliktin) törədilməsində Nərimanov RİH-nin iştirakı olmamasını əsas kimi ğöstərərək iddianın rədd olunması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-245/2021 saylı 30 mart 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı inzibati işə üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və "xxxx" MMC cəlb edilməklə zərərin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək apellyasiya şikayətini iddia tələbinə uyğun əsaslandırmış və şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş üçüncü şəxslər öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: -İddiaçının cavabdehə ünvanlanmış 04.06.2019-cu il tarixli ərizəsinə əsasən iddiaçı cavabdehə müraciət edərək bildirmişdir ki, 03.06.2019-cu ildə səhər saatlarında iddiaçının X12, 50 ünvanında yerləşən mağazasının divarı ekskovatorla iş aparılarkən uçurulmuş, qədim mebel, şəkil, çilçıraq, qablar, servislər sındırılmaqla iddiaçıya külli midarda ziyan dəymişdir, işlərin cavabdehin tapşırığı ilə aparıldığı bildirildiyi üçün iddiaçı cavabdehdən komissiya yaradaraq iddiaçıya dəymiş zərərin müəyyən ediməsini və kompensasiya ödənilməsini xahiş etmişdir. -04.08.2018-ci il tarixli, 04/084 nömrəli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, №50 ünvanında inşa edilən yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 162,5 kv metr olan qeyri-yaşayış zirzəmi sahəsini "xxxx" MMC-dən alınmış 3 otaqlı 157.6 kv metr mənzilin əvəzinə vermişdir. -"xxxx" MMC-nin 04.08.2018-ci il tarixli arayışına əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X12 №50 ünvanında inşa edilən binanın 1-ci mərtəbəsində yerləşən 162 kv. metrdən ibarət qeyri-yaşayış sahəsi - zirzəmiyə görə şirkətə borcu yoxdur. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin məhkəməyə ünvanlanmış 13.04.2020-ci il tarixli məktubuna əsasən ünvan 5 ünvanında fəaliyyətinin olmaması müəyyən olunmuşdur. -"xxxx" MMC-nin 02.06.2020-ci il tarixli arayışına əsasən "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, X12 №50 ünvanında inşa edilən yaşayış binasında İddiaçı qeyriyaşayış sahəsi verilmişdir. İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin arxa divarının tikilməsi üçün 2350 manat xərc çəkilmişdir. Çəkilən xərc arxa divarda istifadə olunan 2 beton kalona (kalonun içərisində istifadə olunan armatur), kubik, sement, qum, kərpic nateriallarına xərclənmişdir.Bundan əlavə işçilərin əmək haqqına və sair xərclərə istifadə olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2948 №li, 30.12.2020-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X12 50 ünvanında inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qeyriyaşayış obyektinin divarının uçurulmasına səbəb qeyri-yaşayış sahəsinin divarına bitişik vəziyyətdə çöl tərəfdən aparılmış qazıntı işləri zamanı güclü zərbələrin endirilməsi və zərbələr nəticəsində əmələ gələn vibrasiya nəticəsində divarın uçduğu müəyyən edilir. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X12, 50 ünvanında inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış obyektinin divarının bərpasına çəkilən təmirtikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1172,0 manat məbləğində müəyyən olunmuşdur. -Bundan əlavə iddiaçı məhkəməyə X3 tərəfindən ona 8800 manat məbləğində, X4 tərəfindən 10000 manat məbləğində, 8000 manat məbləğində, 5000 manat məbləğində, 1500 manat məbləğində, X6 tərəfindən cəmi 2600 manat məbləğində, X1 cəmi 12950 manat, X2 tərəfindən cəmi 4460 manat, X7 tərəfindən cəmi 8500 manat, Fəridə Quluzadə tərəfindən cəmi 5600 manat və özü tərəfindən cəmi 6300 manat məblğində müxtəlif mebel əşyalarının, rəsm əsərlərinin və s. iddiaçıya mağazada satış üçün təhvil verilməsi barədə əl ilə sərbəst üsulda yazılmış təhvil-təslim sənədini və həmin şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini tədim etmişdir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşdır, Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, №50 ünvanında inşa edilən yaşayış binasının -1-ci mərtəbəsində sahəsi 162,5 kv metr olan qeyri-yaşayış zirzəmisinin sahibidir, Bakı şəhəri, Nərimanov rayonu, X12, 50 ünvanında inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış obyektinin divarı 03.06.2019-cu ildə uçmuşdur, onun uçmasının səbəbi təyin edilmiş məhkəmə ekspertizasının nəticəsinə əsasən qeyri-yaşayış sahəsinin divarına bitişik vəziyyətdə çöl tərəfdən aparılmış qazıntı işləri zamanı güclü zərbələrin endirilməsi olmuşdur, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X12, 50 ünvanında inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış obyektinin divarının bərpasına çəkilən təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1172,0 manat məbləğində təşkil etmişdir. Cavabdeh həmin vaxtlarda iddiaçının istifadəsində olan zirzəmisinin kotlovanına baxan, qalınlığı, 8 sm olan bir qat boşluqla kərpicdən hörülmüş olan dayanıqsız istinad divarının sonradan həmin ərazidə baş verən təbii aşınmalardan (vıbrasiya) nəticəsində uçduğunu, buna səbəb kimi uçmuş divarın tikintisinin layihəyə uyğun aparılmadığını göstərərək mülki hüquq pozuntusunun "xxxx" MMC tərəfindən törədildiyini bildirmiş və iddiaçının kompensasiyaya dair müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda iddiaçı divarın cavabdeh tərəfindən uçurulduğunu və həmin an mağazada satış üçün təqdim edilmiş 95250 manat məbləğində müxtəlif əsərlərin və əşyaların olduğunu, həmin əşyaların yararsız vəziyyətə düşdüyünü və mağazanın divarının bərpası üçün təmir işlərinə 2350 manat xərclədiyini bildirərək həmin məbləğlərin cavabdeh tərəfindən ona ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə cavabdehin imtinasını qanuni və əsaslı hesab edərək iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və kevfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarından görünür ki, iddiaçı müxtəlif şəxslərdən 95250 manat mal alınması barədə və həmin malların mağazada olması barədə bildirdiklərini təsdiq edən sübut qismində fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini təqdim etmişdir və həmin şəxsiyyət vəsiqələrinin surətlərinin olduğu vərəqdə həmin şəxslərdən alınan malların adları və qiymətləri əks olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası “nın 3.2.-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı“ tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. “İlkin uçot sənədlərinin formalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının 23.07.2020ci il tarixli qərarı ilə “Mallarin aliş aktı“nın formasi müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə mağazada həqiqətən də 95250 manat məbləğində mal olmasını təsdiq edən sübut qismində yuxarıda qeyd edilən qaydalarda göstərilmiş formada və qaydada tərtib edilmiş “Malların alış aktı” təqdim edilməmiş və belə sənədlərin mövcud olması barədə məlumat verilməmişdir. Bundan əlavə inzibati məhkəmə araşdırması barədə iddiaçının mağazasının divarının həqiqətən də cavabdeh tərəfindən aparılan işlər nəticəsində uçması halı müəyyən olunmamışdır və belə halı təsdiq edə biləcək sübutlar barədə iddiaçı tərəfindən məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh yerli icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnaməyə əsasən yerli icra hakimiyyəti orqanları dövlət proqramları və konsepsiyalarının, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təsdiq etdiyi tədbirlər planlarında müəyyənləşdirilmiş tədbirlərin müvafiq ərazidə icrasını təmin edir, icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin fəaliyyətini əlaqələndirir, həmin qurumlarda uçotun və hesabatın vəziyyətinə cari nəzarəti həyata keçirir, icra hakimiyyəti başçısının yanında olan orqanların maliyyələşdirilməsini və madditexniki təchizatını həyata keçirir, şəhəri, rayonu, şəhər rayonunu dövlət orqanları ilə və digər qurumlarla münasibətlərdə, habelə rəsmi protokol tədbirlərində təmsil edir, müvafiq ərazidə arxiv işi üzrə dövlət idarəetməsini həyata keçirir, yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə arxiv işini təşkil edir, o cümlədən sənədlərin saxlanmasını, qorunmasını, müəyyən olunmuş müddətlərdə nomenklatura uyğun seçilərək Dövlət Arxivinə təhvil verilməsini təmin edir, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür, yerli icra hakimiyyətinin fəaliyyəti nəticəsində əldə olunmuş məlumatların sərəncamçısı səlahiyyətini həyata keçirir, həmçinin bu məlumatların səlahiyyət olmadan əldə edilmək, məhv edilmək, modifikasiyalaşdırılmaq, bloklaşdırılmaq, başqasına ötürülmək, yayılmaq, surəti çıxarılmaq kimi hallardan qorunmasını təşkil edir, icra hakimiyyətində istifadə edilən dövlət informasiya resurslarının və sistemlərinin təhlükəsizliyini təmin edir, yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə məlumatların qorunması ilə bağlı işin təşkilinə və həyata keçirilməsinə nəzarət edir, dövlət informasiya sisteminin istismarı, informasiya-telekommunikasiya şəbəkəsindən istifadə və yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə informasiyanın qorunması sahəsində tədbirlərin həyata keçirilməsini təmin edir, yerli icra hakimiyyətində yaradılmış informasiya sisteminin operator funksiyalarının həyata keçirilməsini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, dövlət orqanları, idarə, müəssisə və təşkilatlar ilə qarşılıqlı məlumat mübadiləsini təmin edir, yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını və onlara cavab verilməsini təmin edir, yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid məsələlərlə bağlı idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulunu təşkil edir, icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, yanında olan orqanlar və ya tabeliyində olan hüquqi şəxslər yaradılarkən onların istifadəsinə əmlakın verilməsini təmin edir, yerli icra hakimiyyətinin fəaliyyətini yerli icra hakimiyyəti başçısının təsdiq etdiyi illik perspektiv iş planları əsasında təşkil edir, yerli icra hakimiyyəti orqanının sisteminə daxil olan qurumların fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir və sairə bu kimi inzibati fəaliyyətlə məşğul olur. Göründüyü kimi cavabdeh hər hansı bir təsərrüfat fəaliyyətini həyata keçirən qurum deyildir və onun tərəfindən iddiaçının mağazasının divarının uçurulması ilə nəticələnə bilən təsərrüfat fəaliyyətinin həyata keçirilməsi də cavabdehin vəzifələrinə aid deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu göstərsə də, bunu təsdiq edən hər hansı sübutu və ya sənədi məhkəmə kollegiyasına təqdim etməmiş, məhkəmə kollegiyasının araşdırması zamanı belə hal müəyyən edilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-245/2021 saylı 30 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən:H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1849/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1849/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver