Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1852/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Ərizəçinin (cavabdehin) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin naturada yeri müəyyən edilərək döngə nöqtələrinin göstərilməsi, iddiaçının mərhum anasının torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(82)-3352/2020 saylı qərardadından ərizəçi (cavabdeh) tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya Bakı şəhəri, Nardaran bağ massivində yerləşən 0,12 ha sahəsi olan 1436 saylı bağ sahəsinin naturada yerinin müəyyən edilərək, döngə nöqtələrinin göstərilməsi; onun mərhum anasının həmin torpapq sahəsinə hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 3352/2018 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Nardaran bağ massivində yerləşən 0.12 ha sahəsi olan 1436 saylı bağ sahəsinin naturada yeri müəyyən edilərək döngə nöqtələrinin göstərilməsi, onun mərhum anasının həmin torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və plan-ölçününverilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cı il tarixli 2- 1(103)-548/2019 saylı qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır . Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)- 2130/2019 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cı il tarixli 2- 1(103)-548/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi Bakı inzibatı Məhkəməsinə ərizə ilə müraciət etmiş və sözügedən mübahisəyə dair yeni açılmış hallarla bağlı icraatın təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(82)-3352/2020 saylı qərardadı ilə ərizəçi (cavabdeh) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi mümkün sayılmamlşdır. (hakim A.Oruczadə). Həmin qərardaddan ərizəçi (cavabdeh) tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin (cavabdehin) nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, müvafiq ünvanda təkrar və ətraflı aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, İdarənin elektron kadastr baza vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar, dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Göründüyü kimi, qeyd olunan hallar işə əvvəllər baxılarkən məlum olmamışdır ki, bu da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 3352/2018 nömrəli qərarının ləğv edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsasdır. Lakin qeyd olunan yeni açılmış hallar birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq nəzərə alınmamış, qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmamış və nəticədə birinci instansiya məhkəməsi İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməməsi barədə qanunsuz qərardad qəbul edilmiş və həmin qərardad prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada düzgün əsaslandırmamışdır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəni təmin etməmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(82)-3352/2018 nömrəli yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yeni açılmış hallarla bağlı inzibati icraatın təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunubolunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra ərizənin mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə baxılmasının bir neçə mümkünlük şərtləri qeyd edilmişdir. Bunlar aşağıdakılardır: 1) Məhkəmə aidiyyəti; 2) Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Ərizənin məhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ödənilir. İş materiallarından da göründüyü kimi, ərizə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3352/2018 saylı inzibati iş üzrə xx xxxxxxxx 2018-ci il tarixdə qəbul edilmiş, xx xxxx 2019-cu il tarixdə qanuni qüvvəyə minmiş Qərarına qarşı verilmişdir.İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 3-cü bəndinə əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmiş, həmin sərəncamın 1.2-ci bəndinə əsasən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Belə olan halda yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizənin məhkəmə aidiyyəti düzgün seçilmişdir. Digər mümkünlük şərti yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər(103.1-ci). Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər (103.2). Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir(103.3). Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, ərizəçi yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni iki halda vermək hüququ vardır: 3) Sübutların məlum olduğu gündən 3 ay müddətində; 4) Qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yeni açılmış hallarla bağlı ərizədə göstərilən sübutlar və halların ona hansı tarixdən məlum olmasıdır. Birinci instansiya məhkəməsi araşdırılması zamanı cavabdehin ərizəsinə baxış keçirərkən məlum olmuşdur ki, iddiaçı tərəfindən Bakı şəhəri, Nardaran bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1436 saylı bağ sahəsinin yerləşdiyi ərazinin dəniz kənarı olmaqla Xalq çimərliyinin yaradılması üçün nəzərdə tutulan dövlət torpağının hüdudları daxilində yerləşməsi xx xxxxxx 2019-cu il tarixdə yoxlam-ölçü işləri aparılarkən məlum olmuşdur. Göründüyü kimi, ərizəçi sözügedən sübutları ona məlum olduğu gündən 3 ay müddətində verilməli (xx xxxxxx 2019-cu il tarixədək) olduğu halda, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürülməklə, yeni açılmış hallarla bağlı ərizə xx xxxxxx 2020-ci il tarixdə tərtib edilməklə, xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən nəzərdə tutulmuş müddət buraxıldığı halda həmin müddətin bərpasına yol verilmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni vermək üçün prosessual müddət ötürüldüyündən və həmin müddətin bərpasına qanunvericiliklə yol verilmədiyindən, ərizəçinin yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və yekunda belə hesab edir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi (cavabdeh) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə xx.xx.2020-ci il tarixli, 2-1(82)-3352/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1852/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1852/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver