Məhkəmə qərarları › İş №2-1(103)-1864/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1864/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1864/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ əmrin ləğv edilərək cavabdehin üzərinə işə bərpa edilməsi və iddiaçının xidmətdən azad olunduğu gündən bütün növ təminatlara daxil edilməsi öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1198/N2 saylı, 23 dekabr N2-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun könüllü olaraq bağlaşma əsasında zabitlərin 1 il 6 ay müddətinə həqiqi hərbi xidmətinə daxil olmaq inzibati hüquq münasibətlərinin mövcud olması faktının müəyyən olunması, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmrinin ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsində xidmətə bərpa olunması, onun xidmətdən azad olunduğu gündən, yəni 04 may N1-ci il tarixindən bütün növ təminatlara daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1981-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olmuşdur. Ali təhsillidir. N00-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, N04-cü ildə həmin məktəbi bitirmişdir. N04-cü ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra əvvəlcə N nömrəli hərbi hissədə taqım komandiri və MTT üzrə hərbi hissə komandirinin müavini, sonra N nömrəli hərbi hissədə MTT üzrə hərbi hissə komandirinin müavini vəzifələrində xidmət etmiş, qızının talassemiya xəstəsi olduğu və ona hər ay qan köçürülməli olduğu üçün N13-cü ildə N nömrəli hərbi hissənin komandirinin MTT üzrə müavini vəzifəsinə köçürülmüş, qızının sağalmamasına baxmayaraq, N14-cü ildə N nömrəli hərbi hissəyə bölük komandiri vəzifəsinə, yəni aşağı vəzifəyə köçürülmüş, həmin təyinatdan narazı qaldığı üçün (qızının sağalmamasına baxmayaraq xidmət yeri dəyişdirildiyi və həm də, aşağı vəzifəyə köçürüldüyü üçün) hərbi hissə komandiri ilə mübahisə etmiş və həmin səbəbdən də, Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 iyul N14-cü il tarixli 212 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında'’ Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından “kapitan” hərbi rütbəsində ehtiyata tərxis edilmişdir. N14-N0-ci il tarixlərdə iş tapa bilmədiyi üçün müxtəlif fərdi işlərlə məşğul olmuşdur. N11, N12 və N13-cü il təvəllüdlü üç azyaşlı qızı var. Böyük qızı Məryəm Heydərli talassemiya xəstəsidir. X2 “Ağ ciyərlərin fıbroz-kavernoz vərəmi.Tənəffüs çatışmamazlığı İİ dərəcə” diaqnozu ilə xəstədir və Neftçala RMX-nın vərəm əleyhinə kabinetində dispanser qeydiyyatındadır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin 29 oktyabr N0-ei il tarixli səfərbərlik sərəncamı ilə elə həmin gün səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmış, əvvəlcə N nömrəli hərbi hissəyə, oradan isə N nömrəli hərbi hissənin tamamlanma taboruna, oradan isə N nömrəli hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 noyabr N0-ci il tarixli əmri ilə N nömrəli hərbi hissəyə bölük komandiri vəzifəsinə təyin edilmiş, N dekabr N0- ci il tarixə kimi həmin vəzifədə xidmət etmiş, hərbi əməliyyatlar başa çatdığı üçün N nömrəli hərbi hissə N dekabr N0-ci il tarixdə ləğv olunmuş, səfərbərik üzrə çağırılmış şəxslər evlərinə buraxılmış, o və bir gizir hərbi xidmətlərini davam etdirmək arzularını bildirmiş, odur ki, onlar N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, N dekabr N0-ci il tarixdən 22 yanvar N1-ci il tarixədək həmin hərbi hissədə xidmət etmiş, N nömrəli hərbi hissə komandiri Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 noyabr N0-ci il tarixli əmrinə əsas tutub onu özünün 22 yanvar N1-ci il larixli 1 nömrəli əmri ilə N nömrəli hərbi hissəyə bölük komandiri vəzifəsinə təyin etmiş, onunla elə həmin gün N nömrəli hərbi hissənin kadrlar şöbəsinin rəisi mayor Vasif Həsənov arasında 1 il 6 ay müddətinə bağlaşma bağlanmış, o etiraz edərək, kadr zabiti olduğu üçün 1 il 6 ay müddətinə deyil, son yaş həddinə kimi bağlaşma bağlanmasının zəruri olduğunu söyləmiş, lakin Vasif Həsənov onun ehtiyatdan həqiqi hərbi xidmətə çağırıldığı bildirərək, 1 il 6 ay müddət bitdikdən sonra onun kadr zabiti sırasına keçiriləcəyini bildirmiş, o da etiraz etməyərək bağlaşmanı imzalamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 mart N1-ci il tarixli 0345 nömrəli əmri ilə N nömrəli hərbi hissəyə taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə təyin edilmiş (N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli 80 nömrəli daxili əmri) və həmin vəzifənin icrasına başlamışdır. 05 aprel N1-ci il tarixdə N nömrəli hərbi hissə komandiri ona “mayor” rütbəsinin verilməsi üçün təqdimatla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. N aprel N1-ci il tarixdə N nömrəli hərbi hissənin kadrlar şöbəsinin rəisi mayor Vasif Həsənov onun Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmri ilə səfərbərlikdən tərxis olunması barədə məlumat vermişdir. O, ona səfərbərlik üzrə tərxis olunmasının qeyri-mümkün olduğunu bildirmişdir. Çünki o, 1 il 6 ay müddətinə bağlaşma bağlamışışdır. Həmçinin ona bildirmişdir ki, əgər o, səfərbərlik üzrə tərxis olunmalı idisə, onda nə üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 mart N1-ci il tarixli 0345 nömrəli əmri ilə N nömrəli hərbi hissəyə taborun qərargah rəisi—tabor komandirinin müavini vəzifəsinə təyin edilmişdir?! O, isə həmin bağlaşmanın hələ Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmədiyini bildirərək, ona həmin bağlaşmaların surətlərini göstərmişdir. O, həmin bağlaşmanın bir surətini Vasif Həsənovdan istəmişdir. O, əvvəlcə həmin bağlaşmanın surətini ona vermək istəmiş, lakin sonra verə bilməyəcəyini bildirmişdir. O, sənədlərini vaxtında Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərmədiyi üçün ona irad tutmuşdur. Lakin, sonradan eşitmişdir ki, bağlaşma əslində Azərbaycan Respublikası Müdafiə Nazirliy nə göndərilmişdir. N nömrəli hərbi hissənin kadrlar şöbəsinin rəisi mayor Vasif Həsənov 04 may N1-ci il tarixdə onun səfərbərlik əsasında tərxis edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmri əsasında verilmiş N nömrəli hərbi hissə komandirinin N aprel N1-ci il tarixli N nömrəli əmrinin surətini ona təqdim etmişdir. Həmin əmrlə o, 04 may N1-ci ıl tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Odur ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, onu səfərbərlik üzrə, yəni “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197- ci maddəsinə əsasən tərxis edə bilməzlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən ona bildirmişlər ki, onu əvvəllər məhkum olunduğuna görə tərxis ediblər. Halbuki əmrdə belə bir qeydbaşa çatırdı) onu daha yüksək vəzifəyə təyin etməzdi. Yəni hesab edir ki, o, həmin 4-cü motoatıcı taborun qərargah rəisitabor komandirinin müavini vəzifəsinə 22 yanvar N1-ci il tarixli bağlaşmaya əsasən təyin edilmişdir. “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 197-ci maddəsində göstərilir ki, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanına əsasən icra edilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 9-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə Komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli həqiqi hərbi xidmətdən başqa hərbi xidmətin bütün növləri) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür. Zabit heyətindən ehtiyatda olan şəxslər, Azərbaycan Respublikasının «Hərbi vəzilə və hərbi xidmət haqqında» Qanununa uyğun olaraq zabit vəzifələrində istifadə olunmaq üçün dinc dövrdə həqiqi hərbi xidmətə qəbul oluna bilərlər: Könüllü qaydada və ya çağırış üzrə 1 il 6 ay müddətinə; yaşı 35-dən çox olmayan şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sayda və hərbi uçot ixtisası üzrə. Dinc dövrdə həqiqi hərbi xidmətə çağırılan, bu maddəyə uyğun olaraq, bu Əsasnamənin digər maddələrində — ehtiyatdan çağırılan zabitlər adlandırılacaq şəxslər — həqiqi hərbi xidmət keçərkən bütün vəzifələri yerinə yetirirlər və bu Əsasnamənin nəzərdə tutduğu xüsusiyyətlərin uçotu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri kadr zabiti heyətindən olan şəxslərlə bərabər bütün hüquqlardan, imtiyazlardan və təminat növlərindən istifadə edirlər. Ehtiyatdan çağırılan zabitlər çağırış müddəti bitdikdən sonra onların arzusuna görə kadr zabitləri heyətinə keçirilə bilərlər. Dinc dövrdə zabit heyətindən olan şəxslərin həqiqi hərbi xidmətə qəbulu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri ilə fərdi qaydada aparılır. Həmin Əsasnamənin 12-ci maddəsinin d) bəndinə görə, həqiqi hərbi xidmətin müddətləri dinc dövrdə təqvim hesabı ilə aşağıdakı kimi müəyyən edilmişdir: - zabitlər üçün: ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olanlar 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü daxil olanlar - 3 ilə qədər. Yəni yuxarıda qeyd edilənlərdən aydın olur ki, o, səfərbərlikdən tərxis olunmaq istəmədiyi, hərbi məktəbi bitirmiş “kapitan” rütbəsində olan və səfərbərlik üzrə ehtiyatdan həqiqi hərbi xidmətə çağırılmış zabit kimi könüllü olaraq zabitlərin 1 il 6 ay müddətinə həqiqi hərbi xidmətinə daxil olmaq istəmiş, N nömrəli hərbi hissənin komandanlığı da, onun istəyini qəbul etmiş, onunla 1 il 6 ay müddətinə bağlaşma bağlamış, onun N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunun 4-cü motoatıcı bölüyünün komandiri vəzifəsindən 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə təyin edilməsi, habelə ona növbəti “mayor” rütbəsinin verilməsi barədə Azərbaycan Respublikasının Müdafiə Nazirinə təqdimatlar göndərmiş, Azərbaycan Respublikası Müdaliə Nazirinin 10 mart N1-ci il tarixli 0345 nömrəli əmri ilə o, N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunun 4-cü motoatıcı bölüyünün komandiri vəzifəsindən 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Lakin, sonradan hər hansı bir qanuni əsas olmadan Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmrinə müvafiq olaraq N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah rəisitabor komandirinin müavini vəzifəsindən “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2381 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlikdən tərxis edilən şəxs kimi tərxis edilmişdir. Halbuki, yuxarıda göstərilən şərtlərin mövcud olduğu şəraitdə Azərbaycan Respublikası Müdafiə Naziri belə bir əmr imzalaya bilməzdi. Bunun barəsində N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun komandiri tərəfindən verilmiş müsbət xasiyyətnamə də, bir daha təsdiq edir. Odur ki, onun könüllü olaraq bağlaşma əsasında zabitlərin 1 il 6 ay müddətinə həqiqi hərbi xidmətinə daxil olma inzibati hüquq münasibətinin mövcud olması faktı müəyyən olunmalı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmrinin ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə xidmətə bərpa olunması, onun xidmətdən azad olunduğu gündən, yəni 04 may N1-ci il tarixindən bütün növ təminatlara daxil edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməlidir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin 10 aprel N1-cii l tarixli 0441 nömrəli əmrinin ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə xidmətə bərpa olunması, onun xidmətdən azad olunduğu gündən, yəni 04 may N1-ci il tarixindən bütün növ təminatlara qoyulması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə etirazda göstərilmişdir ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, İddiaçı məhkəməyə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, xidmətə bərpa edilmə və bütün növ təminatlara daxil edilmə” öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İlk növbədə qeyd etmək istəyir ki, “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, kapitan Heydərov X1 tərxis edilmişdir. Ehtiyata buraxıldığdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuşdur, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N1-ci il tarixli 0441 nömrəli əmri ilə tanış olmuşdur və əmri icra etmişdir. Belə olan halda, iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin, iddiaçı bunu etməmişdir, 2 ay vaxt keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. Burada qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.N01-ci il tarixli Qərarında göstərilmişdir: "Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.” «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel N15-ci il tarixli 5 nömrəli qərarının 1.3-cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Sonradan cavabdeh tərəfindən yenidən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, xidmətə bərpa edilmə və bütün növ təminatlara daxil edilmə” öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İlk növbədə qeyd etmək istəyir ki, “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, kapitan Heydərov X1 tərxis edilmişdir. Ehtiyata buraxıldığdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 10.04.N -ci il tarixli 0441 nömrəli əmri ilə tanış olmuşdur və əmri icra etmişdir. Yuxanda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi işin mübahisə doğurmayan haldır. Burada qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.N01-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.” “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 197-ci maddəsinə əsasən səfərbərlikdən təxrisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanına əsasən icra edilir. Səfərbərlik üzrə hərbi xidmətdən təxrisetmə haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N1-ci il tarixli 0441 nömrəli əmri ilə səfərbərlikdən təxris edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral N15-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olunma halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xususilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. Bundan əlavə İddiaçı Tərtər Hərbi Məhkəməsinin xx.xx.N14-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsi 331.3 (rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi) və 328.1-ci (əmri icra etməmə) maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Beləliklə də, Tərtər Hərbi Məhkəməsinin xx.xx.N14-cü il tarixli hökümü ilə iddiaçının məhküm edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328.1 və 331.3-cü maddələri Azərbaycan Respublikası CM 12-ci bölməsinin 35-ci fəsilində nəzərdə tutulan hərbi xidmət əleyhinə cinayət olduğundan qeyd olunan qaydaların 3.9.2- ci maddəsinə əsasən iddiaçı ilə bağlaşma imzalana bilmədiyindən iddia tələbi tamamilə əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1198/N2 saylı, 23 dekabr N2-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm qərardan, həm də iş materiallarından görünür ki, məhkəmə mübahisəni həll edərkən işin faktiki hallarını tam araşdırmamış, iddiaçı tərəfin təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, müxtəlif sübutlara, o cümlədən aşağıda göstərilmiş beş sübuta istinad etsə də, qərarında göstərilmiş nəticələr işin hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli “Kapitan İddiaçı barəsində” təqdimatının surətindən görünür ki, təqdimatın əsaslandırılması aşağıdakı şəkildə olmuşdur: ““Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 42-ci maddəsinə müvafiq olaraq, növbəti “mayor” hərbi rütbəsinin verilməsi üçün təqdim olunur. Kapitan İddiaçı xx.xx.N1-ci il tarixdən N nömrəli hərbi hissənin 4-cü motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü intizamlı, bacarıqlı, təcrübəli, savadlı və işgüzar bir zabit kimi göstərir. Vəzifəsinə aid olan rəhbər sənədləri bilir və bilik səviyyəsini artırmaq üçün çalışır. Xidməti vəzifələrini nizamnamələr çərçivəsində yerinə yetirir. Özünün və tabeliyində olanların döyüş hazırlığının, mənəvi və işgüzar keyfiyyətlərinin artırılması üçün çalışır. Göstərilən qüsür və nöqsanlara düzgün münasibət bəsləyir və onları vaxtında aradan qaldırır. Yuxarı komandanlıq tərəfindən verilən bütün əmr və tapşırıqları vaxtında yerinə yetirir. Fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən safdır. Yuxarıda göstərilən müsbət keyfiyyətləri nəzərə alaraq, kapitan İddiaçı “mayor” növbəti hərbi rütbəsinə təqdim olunmasını məqəsəduyğun hesab edir.” İş materiallarında olan sənədlərdən görünür ki, N nömrəli hərbi hissənin 4-cü taborun komandiri tərəfindən xidməti xasiyyətnamə verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.N1-ci il tarixli, 11/5577 nömrəli məktubundan görünür ki, “ehtiyatda olan kapitan İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrindən çıxarış və bu əmrə əsas olmuş sənədlərin kserosurətləri göndərilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli 1095 nömrəli raportuna sasən “Bir qrup hərbi qulluqçuların Səfərbərlikdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2361 nömrəli 25 dekabr N0-ci il tarixli Sərəncamının təmin edilməsi məqsədilə aşağıda adları göstərilən hərbi qulluqçuların (iddiaçının adı 7-ci sırada qeyd edilmişdir) Azərbaycan Ordusundan tərxis edilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir”. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.N2-ci il tarixli, 11/4817 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, İddiaçı Səfərbərlikdən tərxis edilməsi haqqında Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N1-ci il tarixli müvafiq əmrdən çıxarış Bakı İnzibati Məhkəməsinin xx.xx.N2-ci il tarixli, 2-1(112)-1198/N2 nömrəli sorğusuna əsasən Hüquq İdarəsinin xx.xx.N2-ci il tarixli 11/2543 nömrəli məktubu ilə onun ünvanına göndərilmişdir. Həmin sorğuda qeyd olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən N nömrəli hərbi hissəyə göndərilmiş telefonoqrammanın tarixi və nömrəsi qeyd olunmadığı üçün cavablandırmaq mümkün olmamışdır. Bununla əlaqədar olararaq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən N nömrəli hərbi hissəyə göndərilmiş telefonoqrammanın tarixi və nömrəsi barədə məlumatın verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral N15-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olunma halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xususilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. Məhkəmə “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq Əmrinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən N nömrəli hərbi hissəyə göndərilmiş telefonoqrammanın surətlərini almalı və məhkəmə iclasında tədqiq etməli olduğu halda, bunu etməmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraza uyğun izahat verərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisələndirilən əmr xx.xx.N1-ci i tarixli olmaqla, cavabdeh tərəfindən sözügedən əmrin iddiaçıya təqdim edilməsi ilə bağlı sübutlar təqdim edilməmiş, iddiaçı tərəfindən iddia ərizəsi xx.xx.N1-ci il tarixdə poçt zərfinə qoyulmaqla məhkəməyə ünvanlanmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci bəndinə əsasən səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanına əsasən icra edilir. - “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin N0-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçuların N0-ci il dekabrın 25-dən N1-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral N15-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olunma halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xususilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddia tələbinin və apellyasiya şikayətinin əsas dəlili iddiaçı ilə cavabdeh inzibati orqan arasında bağlaşma müqaviləsinin mövcud olması və bu əsasla “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamının iddiaçıya tətbiq edilməməsi ilə bağlıdır. Qeyd edilənlə bağlı məhkəmə kollegiyası aşağıdakıları diqqətə çatdırır: İş materiallarında olan, məhkəmənin Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” 25 dekabr N0-ci il tarixli 2381 nömrəli sərəncamı ilə əlaqədar olaraq aparılmış bütün inzibati icraat materiallarının (Azərbaycan Respublikası Müdafiə Nazirinin əmrinin, İddiaçı ilə N0-ci ildə bağlaşmanın bağlanıb-bağlanmaması barədə ətraflı məlumatın, əgər bağlanmışdırsa, həmin bağlaşmanın) təqdim edilməsi ilə bağlı sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavab məktubundan görünür ki, ehtiyatda olan kapitan İddiaçı N noyabr N0-ci il tarixdə Səfərbərliklə həqiqi hərbi xidmətə çağırılmış, 10 aprel N1-ci il tarixdə Səfərbərlikdən tərxis edilmiş və onunla Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən heç bir bağlaşma imzalanamışdır. Həmçinin, işdə olan N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli N nömrəli əmrinin surətindən görünür ki, Kapitan İddiaçı, 4-cü motoatıcı taborun qərargah rəisitabor komandirinin müavini, “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmri ilə səfərbərlikdən tərxis edilmiş, N1-ci ilin hesabından 15 (on beş) gün müddətinə məzuniyyət verilməklə 04 may N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Neftçala rayon Şöbəsinə göndərilmişdir. Kapitan İddiaçı N1-ci il yanvar-aprel aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N17-ci il tarixli 22 nömrəli qərarına əsasən nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə ödənilmiş. kapitan İddiaçı tərxis edilməsi ilə əlaqadar çıxış müavinəti ödənilmiş. N1-ci ildə nəzərdə tutulmuş məzuniyyət pulu ödənilmişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmrindən çıxarış İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Neftçala rayon İcra Şöbəsi tərəfindən verilmiş 145 nömrəli, 29 mart N17-ci il tarixli arayışın surətindən görünür ki, Neftçala rayonu, 7-ci məhəllə ünvanında yaşayan İddiaçı Tərtər Hərbi Məhkəməsinin 15 dekabr N14-cü il tarixli 1(098)-312/N14 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək ona təyin olunmuş N00 manat cərimə cəzasından “28 May – Respublika günü münasibəti ilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məcəlləsinin N may N16-cı il tarixli qərarına əsasən tam olaraq azad olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, N nömrəli hərbi hissənin 4-cü taborun komandiri tərəfindən xidməti xasiyyətnamə verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən xx.xx.N1-ci il tarixli, 11/5577 nömrəli məktubla ehtiyatda olan kapitan İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrindən çıxarış və bu əmrə əsas olmuş sənədlərin kserosurətləri göndərilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli 1095 nömrəli raportuna sasən “Bir qrup hərbi qulluqçuların Səfərbərlikdən tərxis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2361 nömrəli 25 dekabr N0-ci il tarixli Sərəncamının təmin edilməsi məqsədilə aşağıda adları göstərilən hərbi qulluqçuların (iddiaçının adı 7-ci sırada qeyd edilmişdir) Azərbaycan Ordusundan tərxis edilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 10 aprel N1-ci il tarixli, 0441 nömrəli əmrindən çıxarışa əsasən “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, kapitan İddiaçı, N nömrəli hərbi hissənin 7034-cü motoatıcı taborun qərargah rəisitabor komandirinin müavini vəzifəsindən tərxis edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İİ Hərbi Hissə N1 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.N2-ci tarixli, 249 nömrəli məktubdan görünür ki, iddiaçının Müdafiə nazirinə ünvanlanmış ərizəsinə baxılaraq bildirilmişdir ki, o, müdafiə nazirinin xx.xx.N14-cü il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır və xx.xx.N14-cü il tarixdə məhkum edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N15-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərdə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmişdir ki, ərizəsi komanda üzrə məruzə edilmiş və onun könüllük əsasında yenidən həqiqi hərbi xidmətə qəbul olunması barədə komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.N2-ci tarixli, 1/71-608 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.N12ci il tarixli müvafiq hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.3-cü və 328.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N15-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törtəmiş şəxslərə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzaanmasından imtina edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, onun yenidən həqiqi hərbi xidmətə qəbul olunması qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilir ki, İddiaçı Müdafiə nazirinin xx.xx.N14-cü il tarixli 0505 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra Tərtər Hərbi Məhkəməsinin xx.xx.N14-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3 və 328.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Cəzasından “28 May – Respublika günü münasibəti ilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məcəlləsinin N may N16-cı il tarixli qərarına əsasən tam olaraq azad olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin 29 oktyabr N0-ci il tarixli səfəbərlik sərəncamı ilə səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 0345 nörməli əmri ilə o, N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunun 4-cü motoatıcı bölüyünün komandiri vəzifəsindən 4-cü motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 10 aprel N1-ci il tarixli 0441 nömrəli əmrinə əsasən “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr N0-ci il tarixli 2361 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq, kapitan İddiaçı, N nömrəli hərbi hissənin 7034-cü motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini vəzifəsindən tərxis edilmişdir. İddiaçı ilə hər hansı bir bağlaşmanın bağlanması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bildirir ki, cavabdeh tərəfindən əmr qəbul edilərkən işin faktiki və hüquqi hallarında düzgün qiymət verildiyindən, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1198/N2 saylı, 23 dekabr N2-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar