Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1867/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlillik dərəcəsinin təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-723/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AR ƏƏSMN Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatlardan görünür ki, iddiaçının əlillik vəziyyəti Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli, Q00093419FKL nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və üzvi (baş-beyin kontuziyası) şəxsiyyət pozuntusu, yaddaşın enməsi, tez-tez baş verən dekompensasiyalarla, funksional tutmalarla, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, yaddaşın enməsi ilə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziya [hipertoniya] xəstəlik [-yi]. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Presbiopiya diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 14 noyabr 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı MN-nin Mərkəzi Hərbi Poliklinika rəisinin sərəncamına əsasən 14 noyabr 2020-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Qısa anamnezi: şikayəti baş ağrısından, başgicəllənmədən, ürəkbulanmasındandır. Deməsinə görə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlə zamanı mərmi partlayışı nəticəsində xəsarət almışdır (döyüşlərin davam etməsi səbəbindən hərb hissədən travma haqqında arayış təqdim edilməmişdir). İlk tibbi yardım N nömrəli hərbi hissədə göstərildikdən sonra öz hərbi hissəsinə qayıtmışdır. xx.xx.2020- ci il tarixdə mərmi partlayış nəticəsində Barotravma almışdır. MN Mərkəzi Hərbi Poliklinika rəisinin sərəncamına əsasən hərb xidmətə yararlılığının təyini üçün hərbi həkim komissiyasından keçirilmişdir. SQ baş nevroloqu, BKH-ın otorinolariııqoloqu, kardioloqu, oftalmoloqu ilə konsultasiya olmuşdur. Diaqnoz və xəsarətin (travmanın, yaralanmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı; silkələnməsindən sonrakı vəziyyət. Barotravma (xx.xx.2020), sol təbil pərdəsinin quru perforasiyası. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.10. “Xəstəliklər cədvəli” nin 28,41 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 - ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” yə qoşma) əsasən hərbi xidmətə müvəqqəti yararsızdır...qeyd olunmuşdur.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N mart 2021- ci il tarixli travma haqqında arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi” zamanı Cəbrayıl rayonu ərazisində yaralanmanın, düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Partlayış travması, qapalı kəllə-beyin travması, barotravma.” xəsarətini almışdır. Təxirəsalınmaz yardım göstərildikdən sonra sanitar avtomobillə həkim müşaiyəti altında N nömrəli hərbi hissəyə təxliyə olunmuşdur. Əsas Zədələnmələrin (yaralanmaların) qeydiyyat kitabı (xx.xx.2020) səhifə 1, sıra 7. Xəsarət döyüş tapşırığı yerinə yetirilərkən alınmışdır.
4. 30 noyabr 2022-ci il tarixli, 13965 №li xəstəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Umarov X6 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhıri, Nəsimi rayon idarəsinin rəisinin xx.xx.2022-ci il tarixli 83 nömrəli göndərişi ilə MN-nin Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Şikayətləri: baş ağrılarından, başgicəllənmədən, arterial təzyiqin artmasından, zəif görmədən, zəif eşitmədən, əsəbilikdən, yuxu yə yaddaşın pozulmasından, bayılmalardan, qulağında olan küydən, qıcıqlara qarşı həssas olmasındandır. Anamnezi: irsiyyəti ruhi xəstəliklərlə ağırlaşmayıb. Deməsinə görə özünü bir neçə ildən çoxdur xəstə hesab edir. Xəstəliyini psixoemosional gərginliklə əlaqələndirir. Şikayətləri ilə əlaqədar ambulator və stasionar müalicə qəbul etmişdir. xx.xx.2020; xx.xx.2020 və xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən "Vətən müharibəsi” zamanı Cəbrayıl və Qubadlı rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində "Partlayış travması. Qapalı kəllə-beyin travması, barotravma. Partlayış travması. Sol bazunun yuxarı 1/3-nin arxa səthinin kəsilmiş yarası və qançirı. Barotravma” diaqnozu ilə xəsarət almışdır (əsas: N nömrəli hərbi hissə tərəfindən verilmiş N, 1701, 1699 nömrəli travma haqqında arayış) xx.xx.2021-xx.xx.2021; xx.xx.2021-xx.xx.2021-ci il tarixədək MN BKH-da: xx.xx.2021- xx.xx.2021; xx.xx.2022-xx.xx.2022-ci il tarixədək X8 xx.xx.2022-xx.xx.2022-ci il tarixdə Respublika Psixiatrik Xəstəxanasında; xx.xx.2022-ci il tarixdə 2 nömrəli X2: xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası "Psixi Sağlamlıq Mərkəzində xx.xx.2022-xx.xx.2022-ci il tarixədək MN MHPda müayinə olunmuşdur. Obyektiv müayinənin məlumatları: düzgün bədən quruluşludur. Dayaqhərəkət sistemi normal inkişaf etmişdir, gözlə görünən patoloji dəyişiklik müşahidə olunmur. Dəri yə görünən selikli qişaları adi rəngdədir. Dərialtı piy qatı kafi inkişaf etmişdir. Periferik limfa düyünləri böyüməyib. Perkussiyada ağciyərlər üzərində aydın ağciyər səsi, auskultasiyada yezikulyar tənəffüs eşidilir. Nəbzi ritmik, dəqiqəlik sayı 78 vurğudur, A/T 180/100 mm.c.süt. Ürəyin nisbi kütlüyünün hüdudları norma daxilindədir. Ürək tonları aydındır, aorta üzərində İİ tonun aksenti eşidilir. Dili nəm, təmizdir. Qarnı palpasiyada yumşaq, ağrısızdır. Qaraciyər böyüməyib, dalaq əllənmir. Bel nahiyəsində döyəcləmə hər iki tərəfdə ağrısızdır. Fizioloji aktları sərbəstdir. Nevroloji status: huşu aydındır. Yuxarı Kerer nöqtələri ağrılıdır. Göz almalarının hərəkəti tam həcmdədir. Romberq vəziyyətində dayanıqlıdır, distal hiperhidroz və tremor qeyd edilir. Psixi statusu: verilən suallara əsəbi, qısa cavablar verir, nitqi qırıq-qırıqdır. Yaddaşı zəifləmişdir. Zahirən narahatdır, gərgindir. Əhval ruhiyyəsi enibdir. Davranışı qeyriadekvatdır. Bir yerdə qərar tuta bilmir, bələdliyi hər növlər üzrə saxlanılır, müsbət psixoproduktiv simptomatika qeyd edilmir, emosional labildir.... Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Hipertoniya xəstəliyi, İİ (ikinci) mərhələ. Partlayış travması (xx.xx.2020; xx.xx.2020; xx.xx.2020). Sol göz almasının küt travması, posttravmatik makulopatiyası nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyi 0,8 olmaqla. Partlayış travması (xx.xx.2020, xx.xx.2020, xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ-damar davamsızlığı, tez-tez baş verən veqetativ-damar paroksizmləri, kəllə daxili hipertenziya, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozğunluğu, koqnitiv funksiyaların enməsi və funksional tutmalarla. L4-L5, L5-S1 fəqərələrarası disklərin protruziyası. Qida borusunun diafraqma dəliyinin yırtığı. Düyünlü ur, eutireoid forma. 15, 35, 37, 44, 45-ci dişlərin xroniki periodontit. Barotravma nəticəsində (xx.xx.2020, xx.xx.2020, xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit. İkitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə. Partlayış travması. Sol bazunun qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. HHK-nın hərbi xidmətə, hərbiuçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli "n in 43b. 14b, 23b. 30b maddəsinin İİİ qraf asma və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 baş həkimi əvəz edən A.V.Səfərova tərəfindən verilən xx.xx.2022-ci il tarixli 1/2068 №li Rəydən görünür ki, 1976-cı il təvəllüdlü İddiaçı Başbeyin üzvi xəstəliyi, şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, yaddaşın enməsi ilə F07.0, F 078, F 067 diaqnozları qoyulmuşdur.
6. AR ƏƏSMN tabeliyində DTSERA-nın Tibbi sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, 3-17-4/3-3-3147/2023 saylı və xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 4119/2024 saylı qərarlarından görünür ki, İddiaçı əyani müayinəsi keçirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 saylı 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən diaqnoz əlillik təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 ambulator kartasından görünür ki, İddiaçı xx.xx.2023-xx.xx.2023; xx.xx.2024xx.xx.2024-cü il tarixdə “Üzvi mənşəli şəxsiyyət pozuntusu” (F0.7.0) əsas diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olmuşdur. Ambulator Kitabçanının (xəstəlik tarixindən) Qısa anamnez hissəsində qeyd olunmuşdur: Ali hərbi təhsillidir. xx.xx.1994-cü ildən Silahlı qüvvələrdə qulluq edir. 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. xx.xx.2020-ci ildə Cəbrayıl rayonu istiqamətində xəsarət almışdır. xx.xx.2021ci ildə hərbidən təxris olunmuşdur. Dəfələrlə stasionarımızda və 2 saylı KPX-da müalicə olunmuşdur. Əsəbilik, münaqişəyə meyillik, baş ağrısı, yuxusuzluqdan şikayət edir. Son vaxtlar vəziyyəti pisləşdiyi üçün AR SN RPX-ya qəbul olunub. Üzvi (başbeyin kontuziyası) şəxsiyyət pozuntusu, yaddaşın enməsi. Tez-tez baş verən dekompensasiyalarla, funksional tutmalarla " diaqnozu təyin olunub. Zahirən narahatdır. Bələdliyi bütün istiqamətlərə qorunur. Ünsiyyətə az sözlə qoşulur. Suallardan qıcıqlanır, tez yorulur. Yaddaşının enməsindən şikayət edir: Əhvalı enikdir. Gətəcəyi barədə bədbin düşünür. Maraqları bir qədər məhduddur.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞnin psixiatriya kafedrasının professor B.Əsədov, Respublika Psixiatriya Xəstəxanasının həkim-psixiatrları V.Yusifov və N.Məmmədov tərəfindən verilən xx.xx.2024-cü il tarixli 487 nömrəli Həkim psixiatr Komissiyasının Rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3- 28/3-1-118/2023 sav “Vətən müharibəsi iştirakçılannın psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez tez baş verən dekompensasiyalar, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi, funksional tutmalarla F 07.0 diaqnozu qoyulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 27 aprel 2023-cü il tarixdən etibarən sağlamlığının qiymətləndirilməsi ilə əlaqədar olaraq təsdiq olunmuş diaqnoza əsasən müvafiq dərəcəyə uyğun olaraq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair təqdim etdiyi ərizədə son olaraq əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən müvafiq əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
11. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Ehtiyata buraxılana qədər ordu sıralarında zabit kimi 29 il xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə iştirak edərək hərbçi kimi Qubadlı və Cəbrayıl uğurunda gedən döyüşlərdə bir neçə dəfə yaralanmış, yaralanmasına baxmayaraq, yenidən döyüş meydanına qayıtmış və həmin rayonların nəticədə azad edilməsində iştirak edərək “Cəbrayılın azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə” və “Vətən uğurunda” medalları ilə təlfif edilmişdir. Müharibədə aldığı xəsarətlər zabit kimi xidmətinə davam etməsinə imkan vermədiyindən 2020-ci ilin dekabr ayında ordu sıralarından ehtiyata buraxılmışdır. Ehtiyatda olan polkovnik-leytenantdır. Müharibədə aldığı xəsarətlərin nəticəsi olaraq səhhətində yaranmış problemlər əmək qabiliyyətini məhdudlaşdırdığından əliliyin təyin edilməsi ilə bağlı müvafiq qaydada müraciət etmiş, zərurət yaratdığından sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməsi üçün stasionar qaydada həkim nəzarəti altında olmuş, müvafiq müalicələr almış və ambulator qaydada dərmanlarla təmin edilməklə hazırda da müalicəsini davam etdirir. Lakin dəfələrlə müraciət etməsinə, əliliyini müəyyən edən faktiki halları özündən müəyyən edən tibbi sənədlərlə baxmayaraq, ona TSEK tərəfindən əlillik təyin edilməmişdir. Sonuncu belə müraciəti əsasında 27 aprel 2023-ci il tarixdə qiymətləndirilmə aparılmış, 05 may 2023-cü il tarixdə isə komissiyada əyani müayinədə olmuşdur. Əyani müayinənin tarixinə baxmayaraq, onun müraciətinin qiymətləndirmə tarixi 27 aprel 2023-cü il olaraq göstərilmişdir. Belə çıxır ki, əyani müayinənin nəticəsi heç bir əhəmiyyət kəsb etməmiş, fərqli bir hal yaratmamışdır. Bu da təsadüfi deyil. Ona görə ki, əyani müayinə zamanı müvafiq sahənin ixtisas həkimi ona baxış keçirməmişdir. Komissiyanın 27 aprel 2023-cü il tarixli qiymətləndirilməsi ilə bağlı qəbul edilmiş “diaqnoz əlillik əlaməti təyin etmir” qərarının ləğvi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixli müraciətlə cavabdehə rəsmi müraciət etməsinə baxmayaraq, müraciətinin nəticəsi haqqında bu günə qədər rəsmi cavab təqdim edilməmişdir. Bununla bağlı olaraq dəfələrlə “142” Çağrı Mərkəzi ilə əlaqə saxlamasına baxmayaraq, yenə də müraciətinin təmin edilib-edilməməsinə dair konkret cavab əldə edə bilməmişdir. İddiaçı hesab edir ki, müharibədə aldığı xəsarətlər ona əliliyin təyini üçün əsas verir. Belə ki, komissiya tərəfindən sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticəsi olaraq onunla bağlı qoyulmuş diaqnoz- “üzvi (baş-beyin kontuziyası) şəxsiyyət pozutusu, yaddaşın enməsi, tez-tez baş verən dekompensasiyalarla, funksional tutmalarla...və.s” Azərbaycan Respublikası Nazirlər Kabinentinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlilliyin təyini üçün əsas verir (bax: qərarın 7-ci bəndi; Psixi xəstəlilər və davranış pozuntuları.F07.0). Göründüyü kimi, sağlamlığımın qiymətləndirilməsi ilə əlaqədar olaraq qoyulmuş diaqnozun əlillik təyin etməməsi haqqında qərar Nazirlər Kabinentinin 187 nömrəli Qərarı ilə inkar edilir. Cavabdehin bu günə qədər davam edən qanunsuz hərəkətsizliyini və qeyd olunanları nəzər alaraq hesab edi ki, ona əlilliyin təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
13. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və əlavə əyani müayinə edilərək barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə imtina qərarı verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-723/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Bakı 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, Q00093419FKL nömrəli tibbi göndəriş (Forma 88) əsasında əlillik vəziyyətinin sonuncu dəfə qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2023-cü il tarixli göndərişdəki (Forma 88) və ekspert rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab edir ki, iddiaçıya əlilik dərəcəsinin təyin edilməsi üçün əsaslar mövcuddur.
16. Belə ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:
7. Psixi və davranış pozuntuları 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07. baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları- F07.8
17. Məhkəmə qeyd edir ki, iddiaçıda olan üzvi mənşəli şəxsiyyət pozuntusu iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-723/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti işin faktiki halları və bu sahədə qanunvericilik normaları sadalanmaqla onunla əsaslandırılmışdır ki, Ağentlik tərəfindən maddi normalar və “İnzibati İcraat haqqında” Qanunun tələbləri pozulmadığına baxmayaraq məhkəmə iddianı əsassız olaraq təmin etmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır .
d) Prosses iştirakçılarının izahatları
21. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
22. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
24. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarına əsasən: 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 1. özünəqulluq bacarığı; 2. sərbəst hərəkətetmə bacarığı; 3. istiqamətseçmə bacarığı; 4. ünsiyyət bacarığı; 5. davranışına nəzarətetmə bacarığı; 6. öyrənmə bacarığı; 7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.
25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
26. “İnzibati icraat haqqında” Qanununun: 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
31. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti aşağıdakılara görə əsassızdır və təmin olunmamalıdır.
32. Belə ki, məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir.
33. Hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Bakı 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, Q00093419FKL nömrəli tibbi göndərişi (Forma 88) üzrə əlillik vəziyyətinin sonuncu dəfə qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən əlilliyinin müəyyən edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə təmin edilmişdir.
34. Sözügedən göndərişdəki xəstəliklərin iddiaçıda mövcud olması tərəflər arasında mübahisələndirilmir. Mübahisəli hal həmin xəstəliklərin iddiaçıda müəyyən edilməsinə baxmayaraq, əlillik təyinatına əsas verməməsidir.
35. Məhkəmə onu da qeyd edir ki, iddiaçı barəsində xx.xx.2023-cü il tarixdən öncə də göndərişlər göndərilsə də, iddiaçı həmin göndərişlər əsasında ona əlillik təyin edilməsindən imtina edilməsi barədə cavabdehin imtinasını mübahisələndirməmişdir.
36. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(2112)-2550/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe bu istiqamətdə olmuşdur.
37. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Ona görə də iddiaçıya xx.xx.2023-cü il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir.
38. Belə ki, Bakı şəhəri 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, Q00093419FKL nömrəli tibbi göndərişdən (Forma 88) görünür ki, iddiaçıda əsas diaqnoz kimi XBT-10 kodu F07.0 olan üzvi mənşəli şəxsiyyət pozuntusu (baş-beyin kontuziyası), şəxsiyyət pozuntusu, yaddaşın enməsi, tez-tez baş verən dekompensasiyalarla, funksional tutlmalarla qeyd edilmişdir.
39. Əsas diaqnozun ağırlaşması kimi isə: -XBT-10 kodu F07.8 olan Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, yaddaşın enməsi ilə,
40. -XBT-10 kodu F06.7 olan Yüngül koqnitiv pozuntu, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, yaddaşın enməsi ilə müəyyən edilmişdir.
41. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-psixiatriya ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 ekspertlərinə tapşırılmışdır.
42. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxs tərəfindən verilmiş 3215 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində aşağıdakılar bildirilmişdir: İ.Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla” F07.0 müəyyən edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 "Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Davranış pozuntusu. Yaddaşın enməsi ilə" diaqnozu təyin olunması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi’də "Üzvi mənşəli şəxsiyyət pozuntusu (müharibə zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində). Koqnitiv funksiyaların enməsi, funksional tutmalarla" diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası’da "Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası’da "Üzvi mənşəli (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Tez-tez baş verən dekompensasiyalarla. Depressiv epizodlar. Koqnitiv funksiyaların enməsi, funksional tutmalarla” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin verdiyi travma haqqında arayışında "Vətən müharibəsi” zamanı Qubadlı rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində "Barotravma.” xəsarətini alması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir.
43. İİ. Yekun hissə. İnzibati iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci və 2-ci suallar üzrə yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla” F07.0 müəyyən edilir. 3-cü sual üzrə sualda qeyd edilən tibbi sənədin ekspertizaya təqdim edilmədiyi qeyd olunaraq sual cavablandırılmamışdır. 4-cü və 5-ci suallar üzrə İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu depressiv daxilolmalarla” F 07.0 aşkar olunur. Sualın geri qalanını cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil.
44. Məhkəmə Kollegiyası iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2023-cü il tarixli göndərişdəki (Forma 88) və ekspert rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab edir ki, iddiaçıya əlilik dərəcəsinin təyin edilməsi üçün əsaslar mövcuddur.
45. Belə ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:
7. Psixi və davranış pozuntuları 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07. baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları- F07.8
46. Məhkəmə qeyd edir ki, iddiaçıda olan üzvi mənşəli şəxsiyyət pozuntusu iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır.
47. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Bu isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olması deməkdir. Göstərilən xəstəliklər qeyd olunan Meyarlarda göstərilən xəstəliklərin əhatə dairəsinə düşdüyündən hazırkı iş üzrə iddianın təmin üçün əsas mövcuddur.
48. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2- 1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.
49. “İnzibati icraat haqqında” Qanunun:
50. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
51. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3).
52. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
53. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
54. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçının Bakı 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, Q00093419FKL nömrəli tibbi göndəriş (Forma 88) əsasında əlillik vəziyyətinin sonuncu dəfə qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
55. Apellyasiya şikayəti işin faktiki halları və bu sahədə qanunvericilik normaları sadalanmaqla onunla əsaslandırılmışdır ki, Ağentlik tərəfindən maddi normalar və “İnzibati İcraat haqqında” Qanunun tələbləri pozulmadığına baxmayaraq məhkəmə iddianı əsassız olaraq təmin etmişdir.
56. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası yuxarıda sadalanan işin hallarından və tətbiq olunan hüquq normalarından çıxış edərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz.
57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
58. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
59. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxakən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək əsaslı nəticəyə gəlmişdir.
60. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin olunmamalı və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-723/2025 saylı, xx.xx.2025ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-723/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.