Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1875/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, iddiaçının iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-378/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx xxxxxxxx 1998-ci il tarixli sərəncamına əsasən ayrılmış 3,0 x 5,0 kv.m ölçüdə mövcud bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1484 №-li, xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsində 1 saylı evin qarşısında (3,0x 5,0) kv.m ölçüdə bağ sahəsi atası X1 adına sənələşdirilmiş və sonuncu tərəfindən bağ sahəsi abadlaşdırılmış, həyatının sonuna qədər həmin bağ sahəsindən qanuni qaydada istifadə etmişdir. X8 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Sözügedən bağ sahəsi hal-hazırda onun istifadəsindədir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, X3 adına Bakı şəhər Səbail rayon İcra hakimiyyəti başçısının 1484 №-li, xx.xx.1998-ci il tarixli sərəncamına əsasən 3,0 x 5,0 kv.m ölçüdə ayrılmış mövcud bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmidir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-378/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən bariz faktlar göz önündə olduğu halda dolayı əsaslandırmalarla və iş üzrə ekspertiza rəyinə formal izah verməklə cavabdehin imtinasını əsaslı hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edən şəxsi dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısının “mövcud bağ sahəsinin sənədləşdirilməsi barədə” xx xxxxxxxx 1998-ci il tarixli 1484 №-li Sərəncamının (Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən təsdiq edilmiş) surətindən görünür ki, Bakı şəhəri, Badamdar qəsəbəsində 1-ci Badamdar küçəsində 1 saylı evlərin qarşısında 3,0 x 5.0 kv.m ölçüdə mövcud bağ sahəsinin X3 adına sənədləşdirilməsi qərara alınmış və sərəncamın verilməsinə əsas kimi X5 tərəfindən Səbail RİHB-na ünvanlanmış məktub olmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri, Badamdar qəsəbəsində 1-ci Badamdar küçəsində 1 saylı evlərin qarşısında 3,0 x 5.0 kv.m ölçüdə mövcud bağ sahəsinə dair cizgi Səbail rayon İcra hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Bakı 3 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 28 saylı notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx xxx 2017-ci il tarixli X/O 78 №-li məktubda İddiaçı X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 28 saylı notariat kontoruna müraciət etdiyi, X3 xx.xx.2017-ci il tarixdə ölməsi ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işinin açıldığı və vərəsə dairəsinin müəyyən olunduğu qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X3 nümayəndəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli **********93 №-li bildirişdə Səbail rayonu Badamdar qsəbəsi, 1-ci Badamdar küçəsi, 1 saylı evlərin qabağı ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********* nömrəli xx.xx.2017-ci il tarixli ərizəyə baxıldığı, araşdırma zamanı sözügedən torpaq sahəsinin şosse yolunun kənarındakı yaşıllıq ərazisində (uşaq meydançasında) yerləşdiyi və torpaq sahəsinin sərhədlərinin şərti olduğu qeyd olunmuşdur. İş materiallarında olan Səbail rayon İcra hakimiyyəti başçısı aparatının İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli 3/10-7-159/2-151/3-1/1 №-li məktubda Badamdar qəsəbəsi 1-ci Badamdar küçəsi 1 saylı evin qarşısında yerləşən bağ sahəsinin sökülməsinə və abadlıq işlərinin aparılmasına dair sərəncamın rayon İcra Hakimiyyətinin arxivində mövcud olmadığı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 10/718 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Səbail rayon İcra hakimiyyəti başçısının xx xxxxxxxx 1998-ci il tarixli 1484 №li sərəncamı ilə X4 Bakı şəhəri, badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsi, 1 saylı evin qarşısında 3,0 x 5,0 metr ölçüdə ayrılmış bağ sahəsinin iş materaillarında olan yerləşmə cizgisinə uyğun olduğu müəyyən edilmişdir. Səbail rayon İcra hakimiyyəti başçısının xx xxxxxxxx 1998-ci il tarixli 1484 №li sərəncamı ilə X4 Bakı şəhəri, badamdar qəsəbəsi, 1-ci Badamdar küçəsi, 1 saylı evin qarşısında 3,0 x 5,0 metr ölçüdə ayrılmış bağ sahəsi ilə şosse yolun ara məsafəsi 3,3 metr, həmin torpaq sahəsi ilə 1 saylı yaşayış evinin ara məsafəsi isə 16,7 metr təşkil etdiyi müəyyən olunmuşdur. Tədqiq olunan torpaq sahəsinin faktiki olaraq Badamdar qəsəbəsində, Badamdar şossesinin (küçəsinin) kənarında, 1 saylı yaşayış binasının qarşısındakı sahədə (yaşayış binasından 16,7 metr aralı) yerləşdiyi müəyyən olunmuşdur. Lakin Badamdar şossesinin yaxınlığında ümumi istifadə olunan yaşıllıq ərazisinin planlı yerləşməsinə dair hər hansı sənəd, o cümlədən ayrıc aktı, plan-sxem və s. mülki iş materiallarına əlavə edilmədiyindən, X4 ayrılmış torpaq sahəsinin yaşıllıq ərazisi ilə üst-üstə düşməsi müəyyən edilmədi. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubunda təqdim edilmiş yerləşmə cizgisində sahə və ölçülərin göstərilmədiyi və faktiki vəziyyəti ilə uyğunsuzluq təşkil etdiyi, eyni zamanda göstərilən torpaq sahəsinin yerləşmə cizgisində istinadlar və məsafələrin qeyd edilmədiyi, bundan əlavə sözügedən sərəncamda sahənin qeyd olunnmadığı, sözügedən torpaq sahəsinin yaşayış binası ilə şosse yolunun yaxınlığında ümumi istifadə olünan yaşıllıq ərazisi olduğu və sözügedən torpaq sahəsi ilə yaşayış binasının ara məsafəsinin nəzərə alınmalı olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.-ci maddəsinə əsasən dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində saxlanılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 №li 11.09.205-ci il tarixli Qərarında göstərilmişdir ki, 1. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri aşağıdakı kimi təsdiq edilsin: yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində (bənd 1.2). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolağına düşdüyü müəyyən edilmişdir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsində göstərilmişdir ki, ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fəaliyyəti ilə əlaqədar olan tikililər və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin və qurğuların yerləşdirilməsi qadağandır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəlidiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-378/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-378/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixliqərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1875/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1875/2020
10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver