Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-197/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 325/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2012-ci il tarixindən - 51 yaşından əmək pensiyası təyin edilməsi və həmin tarixdən bugünədək yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 (üç) il də daxil olmaqla pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx xxxxx 1961-ci il tarixdə anadan olmuşdur. 01 sentyabr 1978-ci il tarixdən 27 iyul 1979-cu il tarixinədək Azərbaycan SSRİ Bakı şəhəri 37 nömrəli texniki peşə məktəbində təhsil almış və həmin məktəbi ərzaq malları satıcısı peşəsi üzrə bitirmişdir. 28 avqust 1979-cu ildən 08 aprel 1980-ci il tarixinədək 65 nömrəli mağazada satıcı işləmişdir. 08 aprel 1980-ci il tarixindən 11 may 1982-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. 25 iyun 1982-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək Bakı Əlvan X5 müxtəlif peşələrdə (sink metalının kəsicisi, qablaşdıncı), o cümlədən 02 fevral 1987-ci il tarixdən 15 dekabr 1998-ci il tarixinədək əlvan metalların yayıcısı peşəsində işləmişdir. Hazırda qeyd olunan zavod fəaliyyətini dayandırmışdır. Onun təhsil müddəti, hərbi xidmətdə olduğu müddət və əmək fəaliyyəti nəzərə alındıqda xx.xx.1998-ci il tarixə 20 ildən çox ümumi stajı olmuşdur. Həmin tarixdə isə güzəştli şərtlərlə pensiya yaşı 51 yaş olmuşdur. Həmçinin Bakı Əlvan X5 işlədiyi peşələrin hamısı, xüsusilə də 02 fevral 1987-ci il tarixdən 15 dekabr 1998-ci il tarixinədək işlədiyi (11 il 10 ay 13 gün) əlvan metalların yayıcısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərərı ilə təsdiq edilmiş 1 saylı siyahıda (1 nömrəli siyahının 7-ci bölməsində 1072103а—17369 kod altında) nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərdən məlum olur ki, onun 15 dekabr 1998-ci il tarixinədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən azı 20 il ümumi, 10 il isə güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi iş stajını olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********0 nömrəli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Filial tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubunun məzmunundan göründüyü kimi, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirilmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz. Cavabdeh daha sonra xx.xx.2023-cü il tarixli etiraza əlavədə iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “a" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatmalı, 2) xx.xx.2006-ci il tarixədək azı 20 il sığorta stajı olmalı, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. Mərkəzi Filial tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli **********75 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı əmək kitabçası, diplom, hərbi biletinə əsasən, xx.xx.2006-cı il tarixədək 19 il 11 ay 26 gün stajı mövcuddur. Göründüyü kimi İddiaçı qanunla tələb olunan ümumi stajı tamamlanmır (20 il). İddiaçı "xxxx" ASC-də işləməsi faktı mübahisələndirilməsə belə, məhkəmə sorğusuna əsasən təqdim edilmiş məktublara münasibətdə aşağıdakı məqamlar qeyd edilmişdir: "X14 Emalı” ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 10 nömrəli məktuba əsasən bildirilmişdir ki, İddiaçı xx.xx.1982-xx.xx.1983-cü il tarixlərdə əlvan metallar sexinin sink kəsmə sahəsində İİ dərəcəli kəsici; xx.xx.1987-xx.xx.1992-ci il tarixlərdə 1 №-li sexdə İ dərəcəli voloçilşik (əlvan metalların çəkici, dartıcı); xx.xx.1992-xx.xx.1998-ci il tarixlərdə 2 № sexə İV dərəcəli yayıcı işlədiyini iddia etdiyi halda, "X14 Emalı” ASC tərəfindən bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə 1072103a-17889 koduna uyğunlaşdırılmışdır. Vətəndaşın əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı yuxarıda qeyd edilən Siyahıya uyğun bölmə, yarımbölmə (bənd), vəzifə uyğunluğu olduğu halda qəbul edilir. Müvafiq kod “Əlvan və qiymətli metalların emalı və təkrar emalı” bölməsi “Yayma istehsalatı” yarımbölməsi, “isti metal kəsiciləri” vəzifəsini ehtiva edir. xx.xx.1983xx.xx.1984-cü il tarixlərdə İİ dərəcəli voloçilşik (əlvan metalların çəkicisi, dartıcısı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahısı üzrə uyğunlaşdırılmışdır. xx.xx.1984-xx.xx.1987-ci il tarixlə əritmə sahəsində İİ dərəcəli fasovşik (qablaşdırıcı); xx.xx.1987-xx.xx.1987-ci il tarixlərdə 1 №li sexdə İ dərəcəli qablaşdırıcı yayıcı işlədiyini iddia etdiyi halda, "X14 Emalı" ASC tərəfindən bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə 1072103a-19293 koduna uyğunlaşdırılmışdır. Müvafiq kod “Əlvan və qiymətli metalların emalı və təkrar emalı" bölməsi "Sink tozunun və sink oksidinin alınması” yarımbölməsi, “sink tozu və sink oksidinin qablaşdırılması ilə məşğul olan bükücülərqablaşdırıcılar” vəzifəsini ehtiva edir. Göründüyü kimi İddiaçı işlədiyini iddia etdiyi vəzifə ilə Siyahıda qeyd olunan vəzifə arasında uyğunsuzluq mövcuddur. Azəralüminium MMC-nin xx.xx.2023-cü il tarixli 13-5- 2/2-0266/2023 nömrəli məktubuna əsasən bildirilmişdir ki, İddiaçı xx.xx.1982-xx.xx.1982-ci il; xx.xx.1982-xx.xx.1983-cü il tarixlərdə sink metalının kəsicisi vəzifəsi Siyahının 1072103a-17889 koduna; xx.xx.1983- xx.xx.1984-cü il; xx.xx.1987-xx.xx.1998-ciil tarixlərdə yayıcı Siyahının 1072103a-17369 koduna uyğun gəldiyini qeyd etmişdirlər. Lakin bildiririk ki, 1072103a-17889 kodu “Əlvan və qiymətli metalların emalı və təkrar emalı” bölməsi “Yayma istehsalatı" yarımbölməsi, “isti metal kəsiciləri” vəzifəsini; 1072103a- 17369 kodu "Bərk ərintilərin və çətinəriyən metalların istehsalı” yarımbölməsi, "isti metal yayıcıları” vəzifəsini ehtiva edir. Göründüyü kimi İddiaçı işlədiyini iddia etdiyi vəzifə ilə Siyahıda qeyd olunan vəzifə arasında uyğunsuzluq mövcuddur. Əlavə olaraq sözügedən məktubun ikinci abzasında qeyd edilmişdir ki, "Bakı Əlvan Metalların Emalı Zavodunun fəaliyyət istiqamətinin bizim müəssisənin fəaliyyət istiqaməti ilə uzlaşıb-uzlaşmaması barədə məlumatımız olmadığından bu məktubda qeyd olunanlar qənaətimizin səhihliyinə təminat vermir”. Belə olan halda sözügedən məktubun mötəbərliyi şübhə altına düşür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının tərəfindən pensiya mübahisələrinə dair bəzi işlər təhlil edilərək inzibati məhkəmələrə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Həmçinin sözügedən icmal məktubda qeyd edilmişdir ki, müəssisənin məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varis olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırılmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər”. Göründüyü kimi qanunla tələb olunan ikinci və üçüncü şərtlər ödənilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-325/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatmalı, 2) xx.xx.2006-ci il tarixədək azı 20 il sığorta stajı olmalı, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir.mLakin qanunla tələb olunan ikinci və üçüncü şərtlər ödənilmir: İkinci şərtə münasibətdə qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlər əsasında, müvafiq dövrlər tərəflərindən mübahisələndirilməsə belə xx.xx.2006-cı il tarixədək 19 il 11 ay 26 gün stajı (l/lT-1 ******* nömrəli əmək kitabçası üzrə 17 il 29 gün, 3878 nömrəli attestat üzrə 10 ay 26 gün, H3 ******* nömrəli hərbi bileti üzrə 02 il 01 gün olmaqla) mövcuddur. Üçüncü şərtə münasibətdə qeyd edirlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Müvafiq iş üzrə məhkəmə “X14 Emalı” ASC-nin xx.xx.2022-ci il tarixli 10 nömrəli və xx.xx.2023-cü il tarixli 13-5-2/2-0266/2023 nömrəli "xxxx" ASC-nin məktublarına əsasən, iddiaçının 14 il 25 gün güzəştli iş stajını qəbul edir. Lakin yuxarıda qeyd olunan normanın məzmunundan, o cümlədən Ali Məhkəmənin mövqeyindən göründüyü kimi işəgötürənin arayışı əsasında iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq müəyyən olunmalıdır. “X14 Emalı” və "xxxx" ASC-nin arayışlarına diqqət yetirdiyimiz zaman müvafiq illər üzrə uyğunsuzluğun olması müəyyən olunur. Belə ki “X14 Emalı” ASC-nin xx.xx.2022-ci il tarixli 10 nömrəli məktubuna əsasən, iddiaçının işlədiyi peşələrin xx.xx.1982-xx.xx.1983- əlvan metallar sexinin Sink kəsmə sahəsində İİ dərəcəli kəsici - siyahı 2, bölmə 7.18 y/b 3a, kod 1072103a-17889; xx.xx.1983-xx.xx.1984- 2-ci dərəcəli voloçilşik (əlvan metalların çəkicisi, dartıcısı) - siyahı 1, bölmə 7.98 y/b a, kod 12092400a-11487; xx.xx.1984-xx.xx.1987- əritmə sahəsində İİ dərəcəli fasovşik (qablaşdırıcı) - siyahı 2, bölmə 7.18 y/b 5a, kod 1072105a-19293; xx.xx.1987-xx.xx.1987- 1 nömrəli sexdə İ dərəcəli qabaşdırıcı - siyahı 2, bölmə 7.18 y/b 5a, kod 1072105a-19293; xx.xx.1987-xx.xx.1992- 1 nömrəli sexdə İ dərəcəli voloçilşik (əlvan metalların çəkicisi, dartıcısı) - siyahı 1, bölmə 7.19 y/b a, kod 1072103a-17889; xx.xx.1992-xx.xx.1998-2 nömrəli sexə İV dərəcəli yayıcı- siyahı 1, bölmə 7.18 y/b 3a, kod 1072103a-17889 peşələrinə uyğun olduğu qeyd edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-5-2/2-0266/2023 nömrəli məktubuna əsasən, iddiaçının işlədiyi peşələrin xx.xx.1982-xx.xx.1982-ci və xx.xx.1982-xx.xx.1983-cü il tarixlərdə işlədiyi “sink metalının kəsicisi” vəzifəsi Siyahının 1072103a-17889 koduna müvafiq olaraq “isti metal kəsiciləri”; xx.xx.1983-xx.xx.1984-cü və xx.xx.1987-xx.xx.1998-ci il tarixlərdə işlədiyi vəzifələr (yayıcı) Siyahının 1072103a-17369 koduna müvafiq olaraq “isti metal yayıcıları” vəzifəsinə uyğun olduğu qeyd edilmişdir. Sözügedən müəssisələrin arayışları qarşılaşdırıldığı zaman müvafiq illər üzrə uyğunsuzluğun olması müəyyən olunur. Belə ki, “X14 Emalı” ASC tərəfindən məhkəməyə ünvanlanan arayışda iddiaçının xx.xx.1982-xx.xx.1982-ci il tarixlərdə işlədiyi dövrlərin əmək şəraiti ağır və zərərli iş kimi qeyd etməməsinə baxmayaraq, "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanan arayışda həmin dövrlər “sink metalının kəsicisi” vəzifəsi Siyahının 1072103a-17889 koduna uyğunlaşdırılmışdır. “X14 Emalı” ASC-nin arayışında iddiaçının xx.xx.1984- xx.xx.1987-ci illərdə işlədiyi vəzifənin Siyahının 1072105a-19293 nömrəli koduna uyğun olduğu qeyd edilməsinə baxmayaraq, "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanan arayışda həmin dövrlərin əmək şəraiti ağır və zərərli iş kimi qeyd edilməmişdir. “X14 Emalı” ASC-nin arayışında xx.xx.1983xx.xx.1984-cü illərdə iddiaçının işlədiyi vəzifənin Siyahının 2092400a-11487 nömrəli koduna uyğun olduğu qeyd edilməsinə baxmayaraq, "xxxx" ASC-nin arayışında həmin dövrlər Siyahının 1072103a-17369 koduna uyğunlaşdırılmışdır. “X14 Emalı” ASC-nin arayışında xx.xx.1987-xx.xx.1987-ci illərdə Siyahının 1072105a-19293 koduna; xx.xx.1987-xx.xx.1992-ci illərdə Siyahının 1072103a-17889 koduna; xx.xx.1992xx.xx.1998-ci illərdə Siyahının 1072103a- 17889 koduna peşələrinə uyğun olduğu qeyd edilməsinə baxmayaraq, "xxxx" ASC-nin arayışında xx.xx.1987-xx.xx.1998-ci il tarixlərdə işlədiyi vəzifələrin 1072103a-17369 koduna uyğun olduğu qeyd edilmişdir. Göründüyü kimi iki müəssisənin arayışında aşkar uyğunsuzluq mövcuddur. Əlavə olaraq sözügedən məktubun ikinci abzasında qeyd edilmişdir ki, “Bakı Əlvan Metalların Emalı Zavodunun fəaliyyət istiqamətinin bizim müəssisənin fəaliyyət istiqaməti ilə uzlaşıb-uzlaşmaması barədə məlumatımız olmadığından bu məktubda qeyd olunanlar qənaətimizin səhihliyinə təminat vermir”. Belə olan halda sözügedən məktubun mötəbərliyi şübhə altına düşür. Məhkəmə bu halları araşdırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. -31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. -32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: -13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1- ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13- cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajı; 2) xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının (Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə). İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır. İş materiallarından məlum olur ki, xx.xx.1961-ci il təvəllüdlü iddiaçının xx.xx.2013-cü il tarixdə 52 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. İşin mübahisəli halı tələb olunan ümumi və xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. Tələb olunan ümumi iş stajının mövcud olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən ümumi iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin xx.xx.1979-cu il tarixli 3878 nömrəli attestatından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Azərbaycan SSR Bakı şəhəri 37 nömrəli texniki məktəbə daxil olmuş və xx.xx.1979-cu il tarixdə ərzaq malları satıcısı peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İddiaçı məxsus xx.xx.1980-ci il tarixli НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, X4 xx.xx.1980-ci il tarixdən 11 may 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-0xx.xx.1980-ci illərdə Əzizbəyov rayon Qarışıq mallar Ticarəti İdarəsində kiçik satıcı işləmiş, xx.xx.1982-ci ildə Azərbaycan SSR əlvan metallar idarəsinin Bakı şəhər X11 zavodunda mexaniki montaj işləri üzrə sink kəsmə üzrə çilingər təyin edilmiş, xx.xx.1982-ci ildə sink anodu sahəsi üzrə metal konstruksiyalar sexinə fəhlə, xx.xx.1982-ci ildə sink kəsmə sahəsi üzrə əlvan metallar sexinə kəsici, xx.xx.1983-cü ildə məftilçəkən, xx.xx.1984-cü ildə qablaşdırıcı, xx.xx.1987- ci ildə qablaşdırıcı, xx.xx.1987-ci ildə məftilçəkən, xx.xx.1992-ci ildə 2 nömrəli tökmə sexinə 4-cü dərəcəli yayıcı keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmin Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Cavabdehin etirazından və apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, iddiaçının ümumi iş stajının 20 ildən az olduğunu iddia etmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsinin verdiyi izahatdan məlum olmuşdur ki, iddiaçıya pensiya təyin edilməsi üçün sığorta stajı hesablanarkən onun işdən çıxdığı gün əmək stajına daxil edilməmişdir. Halbuki Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, qanunverici işçinin işçdən azad edildiyi günü onun sonuncu iş günə aid etmişdir. Göstərilənlərə əsasən, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək kitabçasındakı qeydlər, hərbi xidmət və təhsil dövrü əsas götürülməklə iddiaçının Qanunla tələb olunan 20 ildən artıq, 20 il 1 gün ümumi iş stajının mövcud olması müəyyən edilir. Tələb olunan güzəştli iş stajının mövcud olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən kod 10721000- 18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı sahəsi üzrə: - kod 1072103a—17369 - isti metal yayıcıları; - kod 1072103a—17889 - isti metal kəsiciləri - kod 1072104a—11487 - isti məftilçəkmə ilə məşğul olan əlvan metal məftilçəkənləri; - kod 1072105a—19293 - sink tozu və sink oksidinin qablaşdırılması ilə məşğul olan bükücülər-qablaşdırıcılar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olan peşələrə aid edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********70 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Əlvan Metalların Emalı zavodunun bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 69,91 %-i özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla, cəmiyyətin maliyyətəsərrüfat fəaliyyətindən irəli gələn məsələlər müəssisə tərəfindən sərbəst şəkildə həyata keçirilir. Bu baxımdan, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müvafiq məlumatların əldə edilməsi məqsədilə aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edilməsi məqsədəuyğundur. Nəzərinizə çatdırırıq ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bina və tikililəri Buzovna yol ötürücüsünün inşası ilə əlaqədar tamamilə ləğv olunduğundan, müəssisə hazırda fəaliyyət göstərmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********332000 nömrəli məktubundan görünür ki, dövlət reyestrində xx.xx.1997-ci il tarixdə D-2226 nömrə ilə dövlət qeydiyyatına alınmış Bakı Əlvan Metalların Emalı Zavodunun hüquqi varisi olan "xxxx" X12 Cəmiyyətinin (VÖEN **********) rəhbərinin X2, hüquqi ünvanının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Aruz Mirzəyev (Buzovna qəs.), Mərdəkan-Buzovna şossesi, ev 23 olması barədə məlumat mövcuddur. Cəmiyyətin fəaliyyəti xx.xx.2018-ci il tarixdən dayandırılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli 4/1453 nömrəli məktubundan görünür ki, ləğv olunmuş Bakı Əlvan Metalların Emalı Zavodunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Göründüyü kimi, iddiaçı hazırda fəaliyyət göstərməyən Bakı Əlvan X5 işləmişdir, lakin məhkəmə kollegiyası hesab edir ki, zavodun artıq fəaliyyət göstərməməsi iddiaçıya pensiya təyin edilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 nömrəli “əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə” icmal məktubunda göstərilmişdir ki, müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, gözəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Birinci instansiya məhkəməsi tərəfindən oxşar sahədə fəaliyyət göstərən müəssisə kimi “X14 Emalı” ASC-yə, «X13» QSC-yə və "xxxx" ASC-yə iddiaçının əmək kitabçasının surəti təqdim edilməklə, onun işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə imkan verib verməməsi barədə sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq təqdim edilmiş: - “X14 Emalı” ASC-nin xx.xx.2022-ci il tarixli 10 nömrəli məktubundan görünür ki, İddiaçı Bakı Əlvan X5 işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə və yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qəarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdən məktuba Əlavədə qeyd olunmuş peşələrə uyğunlaşdırmaq olar (tövsiyyə olunur): xx.xx.1982-xx.xx.1983- əlvan metallar sexinin Sink kəsmə sahəsində İİ dərəcəli kəsici – siyahı 2, bölmə 7.18 y/b 3a, kod 1072103a-17889; xx.xx.1983-xx.xx.1984- 2-ci dərəcəli voloçilşik (əlvan metalların çəkicisi, dartıcısı) – siyahı 1, bölmə 7.98 y/b a, kod 12092400a-11487; xx.xx.1984-xx.xx.1987- əritmə sahəsində İİ dərəcəli fasovşik (qablaşdırıcı) – siyahı 2, bölmə 7.18 y/b 5a, kod 1072105a-19293; xx.xx.1987-xx.xx.1987- 1 nömrəli sexdə İ dərəcəli qabaşdırıcı – siyahı 2, bölmə 7.18 y/b 5a, kod 1072105a-19293; xx.xx.1987-xx.xx.1992- 1 nömrəli sexdə İ dərəcəli voloçilşik (əlvan metalların çəkicisi, dartıcısı) – siyahı 1, bölmə 7.19 y/b a, kod 1072103a-17889; xx.xx.1992-xx.xx.1998-2 nömrəli sexə İV dərəcəli yayıcı- siyahı 1, bölmə 7.18 y/b 3a, kod 1072103a-17889. - “X14 Emalı” ASC-nin xx.xx.2022-ci il tarixli 77 nömrəli məktubunda isə göstərilmişdir ki, iddiaçı X1 Bakı yüngül metalların emalı zavodu və sonradan adlanan Bakı Əlvan metalların xəlitəsi emalı zavodunda voloçilşik işlədiyi dövrlərdəki peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarının 2 №- li siyahısının 2092304a-11487 koduna eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının bölmə 7. Yarım bölmə 7.18.4a-ya uyğun gəlir. Müəssisədə voloçilşik peşəsi olmadığından iş yerinin attestasiyasını təsdiq edən sənəd yoxdur. - «X13» QSC-nin xx.xx.2023-cü il tarixli X-Y-2698 nömrəli məktubundan görünür ki, «X13» QSC Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan qabaqcıl poladəritmə müəssisədir və qara metallurgiya sahəsi üzrə ixtisaslaşmışdır. İddiaçı əlvan metallurgiya sahəsində əmək fəaliyyəti ilə məşğul olduğundan məsələyə münasibət bildirilməsi imkan xaricindədir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-5-2/2-0266/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Bakı Əlvan X5 işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid olmasının müəyyən olunması ilə bağlı Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulan peşələrdən (məktuba əlavə olunmuş əmək kitabçasının surətinə əsasən) onun 1979-1998-ci illər aralığında işlədiyi müddət ərzində a) xx.xx.1982-xx.xx.1982-ci və xx.xx.1982-xx.xx.1983-cü il tarixlərdə işlədiyi “sink metalının kəsicisi” vəzifəsi Siyahının 1072103a-17889 koduna müvafiq olaraq “isti metal kəsiciləri”; b) xx.xx.1983-xx.xx.1984-cü və xx.xx.1987-xx.xx.1998-ci il tarixlərdə işlədiyi vəzifələr (yayıcı) Siyahının 1072103a-17369 koduna müvafiq olaraq “isti metal yayıcıları” vəzifəsinə uyğun gəldiyi qənaətindədir. Bakı Əlvan Metalların Emalı Zavodunun fəaliyyət istiqamətinin müəssisənin fəaliyyət istiqaməti ilə uzlaşıb-uzlaşmaması barədə məlumat olmadığından bu məktubda qeyd olunan qənaətin səhihliyinə təminat vermir və bu qənaətin “Azəralüminium MMC-nin fəaliyyət istiqamətləri nəzərə alınmaqla formalaşdırıldığı bildirilir. Beləliklə, həm “X14 Emalı” ASC-nin, həm də "xxxx" ASCnin təqdim etdiyi arayışlara əsasən iddiaçının 1 Nömrəli Siyahı üzrə 14 il 25 gün güzəştli iş stajı olmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində Azəralüminium MMC-nin xx.xx.2023cü il tarixli məktubunda göstərilənlərdə uyğunsuzluq olduğunu, yəni 1072103a-17889 kodu “Əlvan və qiymətli metalların emalı və təkrar emalı” bölməsi “Yayma istehsalatı" yarımbölməsi, “isti metal kəsiciləri” vəzifəsini; 1072103a-17369 kodu "Bərk ərintilərin və çətinəriyən metalların istehsalı” yarımbölməsi, "isti metal yayıcıları” vəzifəsini ehtiva etdiyini qeyd etsə də, Siyahının “Yayma istehsalatı" yarımbölməsində (kod ********) 1072103a—17369 kodu ilə isti metal yayıcılarının göstərildiyini nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin etirazında və apellyasiya şikayətinin dəlillərində qeyd etdiyi "Bərk ərintilərin və çətinəriyən metalların istehsalı” yarımbölməsi 10722000 kodu, həmin sahə üzrə "isti metal yayıcıları” vəzifəsi isə 1072200a—17369 kodu altında göstərilmişdir, hansı ki, Azəralüminium MMC həmin kodlara istinad etməmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı “X14” ASC-yə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, tərəflərindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 10 nömrəli və 22 sentyabr 2022-ci il tarixli 77 nömrəli arayışlar arasındakı ziddiyyətlərin aradan qaldırılması və xx.xx.1961-ci il təvəllüdlü İddiaçı işlədiyi voloçilşik vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarı ilə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə qərarı ilə nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya 24 sentyabr 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X1 Bakı Əlvan Metalların xəlitəsi emalı zavodunda işlədiyi voloçilşik (çəkici,dartıcı) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarında həm 1-ci, həmdə 2-ci siyahıda göstərilir. Ona görə də bu peşə sink kəsmə sexində 2-ci siyahının kodu 1 №-li sexdə isə 1-ci siyahının kodu göstərilmişdir. Belə olan halda göstərilən voloçilşik peşəsi hər iki sahədə 2-ci siyahı bölmə 7.19 y/ba kodu isə 292400a-11487 göstərilə bilər. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı "xxxx" MMC-yə sorğu ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədi ilə xx.xx.1961-ci il təvəllüdlü İddiaçı işlədiyi İİ dərəcəli kəsici, 2-ci dərəcəli voloçilşik, əritmə sahəsində İİ dərəcəli fasovşik, 1 nömrəli sexdə İ dərəcəli qablaşdırıcı, 1 nömrəli sexdə İ dərəcəli voloçilşik, 2 nömrəli sexdə İV dərəcəli yayıcı vəzifələrinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı üzrə nəzərdə tutulub-tutulmaması, tutulduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın və iddiaçının işlədiyi peşələr üzrə vəzifə funksiyaları barədə məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, məhkəməyə təqdim olunmuş 4 fevral 2025-ci il tarixli, 13-5-2/2-31/2025 nömrəli Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışda qeyd edilmişdir ki, X3 xx.xx.1979-cu il tarixli ИТ-İ seriyalı, №0537083 nömrəli əmək kitabçasındakı qeydlərə əsasən Azərbaycan Əlvan Metallurgiya İdarəsinin Bakı Əlvan X5 1982-1998-ci illər arasındakı dövrdə Azərbaycan Respublikasının Əmək Pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən aşağıda qeyd olunan peşələrdə; 1) “Резчик горячего металла” - “İsti metal kəsicisi” - peşəsində; xx.xx.1982-ci ildən: (peşəyə təyinat xx.xx.1982-ci il tarixli əmr N124-k;) xx.xx.1983cü ilədək tarixləri arasındakı dövr ərzində; 2) “Волочильщик” - “Əlvan metal məftilçəkəni”- peşəsində; xx.xx.1983-cü ildən: (peşəyə təyinat xx.xx.1983-cü il tarixli əmr N6-k;) xx.xx.1984- ci ilədək tarixləri arasındakı dövr ərzində; 3) “Фасовщик” - Укладчик-упаковщик – “Bükücü-qablaşdırıcı” - peşəsində; xx.xx.1984-cü ildən: (peşəyə təyinat xx.xx.1984-cü il tarixli əmr N125-k;) xx.xx.1987- ci ilədək tarixləri arasındakı dövr ərzində; 4) “Волочильщик” - “Əlvan metal məftilçəkəni”- peşəsində; xx.xx.1987-ci ildən: (peşəyə təyinat xx.xx.1987-ci il tarixli əmr N30;) xx.xx.1990-cı ilədək tarixləri arasındakı dövr ərzində; 5) “Волочильщик проволок” - “Əlvan metal məftilçəkəni”- peşəsində; xx.xx.1990-cı ildən: (peşəyə təyinat xx.xx.1990-cı il tarixli əmr N16;) xx.xx.1992-ci ilədək tarixləri arasındakı dövr ərzində; 6). “Прокатчик горячего металла” - “İsti metal yayıcısı” - peşəsində; xx.xx.1992-ci ildən: (peşəyə təyinat xx.xx.1992-ci il tarixli əmr N174-k;) xx.xx.1998ci ilədək tarixləri arasındakı dövr ərzində işləmişdir. Qeyd: Əmək kitabçasında qısaldılmış şəkildə rus dilində yazılmış peşə adları “Siyahı”ya uyğun olaraq tam məzmunda tərcümə edilmişdir. İşlədiyi peşə üzrə sosial sığorta və ya iş stajı 16 (on altı) il, 3 (üç) ay təşkil edir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: “İsti metal kəsicisi”nin iş xüsusiyyətləri: 2-ci dərəcə; (Резчик горячего металла - peşənin kodu-17889); Lövhələrin və müxtəlif növ kəsmə dəzgahlarda isti metalın kəsilməsi, əyilməsi və qayçıya verilməsində iştirak edir. Kəsmədən əvvəl təbəqələrin və zolaqların markalanmasını, kəsdikdən sonra tullantıların təmizlənməsini icra edir. Qayçı və preslərdən istifadə edərək metal kəsmə prosesinin əsaslarını bilməlidir. Preslərdə və mişarlarda yayma məmulatlarının ön və arxa uclarının, vərəq kənarlarının, müxtəlif profilli və çeşidli prokatların, zolaqların, çubuqların və zolaqların ölçülmüş uzunluqlarda kəsilməsi; Müxtəlif növ qayçıların və mişarların daha yüksək ixtisaslı kəsicinin nəzarəti altında pultdan və ya birbaşa metal kəsmə qurğusundan idarə edilməsi. Xidmət olunan qayçıların, mişarların, preslərin sazlanması və kəsici alətlərin dəyişdirilməsi və nasazlıqların aradan qaldırılması. Preslərin, qayçıların və mişarların sazlanmasında və təmirində, kəsici alətlərin dəyişdirilməsində iştirak edir. həmçinin Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 №-li əlavə üzrə 1 №-li Siyahının 7. Metallurgiya istehsalatı (əlvan metallar), 18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı bölməsinin, 3) Yayma istehsalatı, a) fəhlələr: isti metal kəsiciləri (Siyahı, istehsalat, bölmə, yarımbölmə və peşənin kodu: 1072103a—17889) peşə kodunda müəyyən edilmiş iş xüsusiyyətləri ilə eynidir. “Əlvan metal məftilçəkəni”nin iş xüsusiyyətləri: 2-ci dərəcə; (Волочильщик- peşənin kodu -11487); Yüksək ixtisaslı isti məftilçəkmə ilə məşğul olan əlvan metal məftilçəkənin rəhbərliyi altında biripli zəncirli itələmə dəzgahlarında əlvan metallardan və ərintilərdən hazırlanmış boruların, zolaqların, çubuqların, profillərin çəkilməsi (itələnməsi, sürüklənməsi) prosesinin aparılması. Məftil çəkmədən əvvəl mexanizmlərin yağlanmaya hazırlanması. Məhsulların yerləşdirilməsi, yağlanması və daşınması qaydalarınını icra etməli. Xidmət olunan avadanlıqların və tətbiq olunan nəzarət cihazlarının və alətlərin təyinatını və iş prinsipini, həmin avadanlıqların təmirində iştirak etməli və çilingər işinin əsaslarını bilməlidir. həmçinin Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 №-li əlavə üzrə 1 №-li Siyahının 7. Metallurgiya istehsalatı (əlvan metallar), 18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı bölməsinin, 4) Boru presləmə, presləmə və məftilçəkmə istehsalatları yarımbəndində, a) fəhlələr: isti məftilçəkmə ilə məşğul olan əlvan metal məftilçəkənləri (Siyahı, istehsalat, bölmə, yarımbölmə və peşənin kodu:1072104a—11487) peşə kodunda müəyyən edilmiş iş xüsusiyyətləri ilə eynidir. “Bükücü-qablaşdırıcı”nın iş xüsusiyyətləri: 2-ci dərəcə; (Фасовщик; -Укладчик-упаковщик- peşənin kodu-19293) Yarımfabrikatların və hazır məhsulların və ya onların ayrı-ayrı komponentlərinin çəkmədən, ölçmədən və emal etmədən əl ilə qablara - qutulara, kisələrə, müxtəlif qablaşdırma materiallarına bükmə, məmulatların, hissələrin, metal və digər qablarda siyahı və ya spesifikasiya üzrə yığılmaqla əl ilə qablaşdırılması. Etiketlərin yapışdırılması; Qablaşdırma materialının markalanması və müəyyən edilmiş ölçülərə və ya şablona uyğun olaraq əl ilə kəsilməsi və onların aralarına digər izolyasiya materiallarının qoyulması. Qablaşdırma qablarının, qutuların doldurulması, izolyasiya materialı ilə üzlənməsi, plomblanması, kisələrin tikilməsi, metal qabların qapaqlarının əl ilə və ya texniki şərtlərə uyğun olaraq maşında yuvarlanaraq bağlanması. Qablaşdırılmış məhsulların növü, çeşidi, keyfiyyəti, artikulları, miqdarı, ölçüsü və s. göstərilməklə qaiməfakturaların verilməsini təmin edir. həmçinin Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 №-li əlavə üzrə 1 №-li Siyahının 7. Metallurgiya istehsalatı (əlvan metallar), 18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı bölməsinin, 5) Sink tozunun və sink oksidinin alınması yarımbəndində, a) fəhlələr: sink tozu və sink oksidinin qablaşdırılması ilə məşğul olan bükücülər-qablaşdırıcılar (Siyahı, istehsalat, bölmə, yarımbölmə və peşənin kodu: 1072105a—19293) peşə kodunda müəyyən edilmiş iş xüsusiyyətləri ilə eynidir. “İsti metal yayıcısı”nin iş xüsusiyyətləri: 4-cü dərəcə; (Прокатчик горячего металла - peşənin kodu-17369); Müxtəlif tipli prokat dəzgahlarında verilmiş texnologiyaya uyğun olaraq əlvan metallardan və ərintilərdən qaynar vəziyyətdə külçələrin, plitələrin, blankların yayma prosesinin aparılması. Külçə və plitələrin yuvarlanmağa hazırlığının müəyyən edilməsi. İstiqamət, külçələrin, zolaqların, çubuqların yuvarlanan rulonların dəzgahlara yüklənməsi üçün qəbulu. Kənar hissələrin, soyutma və yağlama sistemlərinin işinin tənzimlənməsi. Rulonların dəyişdirilməsi, dəzgahın quraşdırması. Rolikli konveyerlərə, zolaqların kəsici qayçılarına daşınması üçün təbəqə yığma maşınlarına, zolağın uclarını və kənarlarını kəsməyə nəzarət. Dəzgahın sazlanması və təmirində və rulonların idarə edilməsində iştirak etməli. Xidmət edilən dəzgahların konstruksiyası, mexanizmləri və onlara nəzarət üsullarını bilməli; Emal olunmuş metalların və ərintilərin əsas xassələrini, isti yayma texnologiyasını, dəzgahların yağdəyişmə sistemini bilməlidir. həmçinin Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 №-li əlavə üzrə 1 №-li Siyahının 7. Metallurgiya istehsalatı (əlvan metallar), 18. Əlvan və qiymətli metalların emalı və təkrar emalı bölməsinin, 3) Yayma istehsalatı, a) fəhlələr: isti metal kəsiciləri (Siyahı, istehsalat, bölmə, yarımbölmə və peşənin kodu: 1072103a—17369) peşə kodunda müəyyən edilmiş iş xüsusiyyətləri ilə eynidir. Qeyd: 1. Güzəştli arayış Bakı Apellyasiya Məhkəməsinin Hakimi Aytən Oruczadənin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli İş № 2-1(103)-2862/2024 saylı məktubuna ("xxxx" MMC-yə daxilolma №13-5-2/1-0001/2025 saylı, xx.xx.2025-ci il tarixli) cavab olaraq X1 xx.xx.1979-cu il tarixli ИТ-İ seriyalı, №0537083 nömrəli əmək kitabçasındakı qeydlər əsasında onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 №-li əlavə üzrə 1 №-li “Siyahı”da qeyd olunduğundan həmin peşələr üzrə iş xüsusiyyətləri nəzərə alınmaqla yazılmışdır.
2. X1 “Güzəştli arayış”da qeyd olunan 16 (on altı) il, 03 (üç) ay iş stajının illər, aylar üzrə təsdiq edilmiş əmək haqqı cədvəli AR NK-nin xx.xx.2022- ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.-ci bəndinə əsasən işçinin sosial sığorta stajı – “4.Sosial sığorta stajının hesablanması” 4.1.Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövrü əhatə etdiyindən: 2.1.“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən, işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Bundan başqa, cavabdeh etirazında və apellyasiya şikayətinin dəlillərində Azəralüminium MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda Bakı Əlvan Metalların Emalı Zavodunun fəaliyyət istiqamətinin müəssisənin fəaliyyət istiqaməti ilə uzlaşıb-uzlaşmaması barədə məlumatı olmadığından məktubda qeyd olunanların səhihliyinə təminat verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə bağlı qeyd edir ki, iddiaçının işlədiyi müəssisənin artıq fəaliyyət göstərmədiyi, buna görə də onun işlədiyi vəzifələrin güzəştli pensiya hüququ verən işlərə aid olması barədə işəgötürənin arayışının əldə edilməsinin mümkünsüz olması işin mübahisəsiz halıdır. Lakin yuxarıda da qeyd edildiyi kimi, bu hal şəxsin pensiya hüququnun realizəsinə mane olmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, qanunverici inzibati orqanın işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallarını araşdırmaq, əlavə sübutlar toplamaq vəzifəsini müəyyən etmişdir. İşin hallarından görünür ki, cavabdeh iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciətinə baxarkən şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışının olmamasını bildirməklə kifayətlənmiş, belə bir arayışın təqdim edilməsinin mümkünsüzlüyünü nəzərə almamış, oxşar sahədə fəaliyyət göstərən müəssisələrə sorğu verməmiş, məhkəmə icraatında isə əldə edilmiş məlumatları əsaslı sübutlar təqdim etmədən şübhə altına almaqla kifayətlənmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının əlvan metallurgiya sənayesinin aparıcı şirkətlərdən olmaqla, gil-torpaqdan (aluminium oksidi), ilkin alüminium və aluminium yarımfabrikat (alüminium külçə, tökmə rulonları, soyuq yayma rulonları, lövhələri və zolaqları, həmçinin boyanmış rolunlar, pəncərə içlikləri) məhsullarının istehsalını həyata keçirir. Həmçinin “X14 Emalı” ASC əlvan metal emalı sahəsində əsas müəssisələrdən biridir. Həmin müəssisələrin iddiaçının fəaliyyət göstərdiyi sahəyə uyğun fəaliyyətə malik olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, onların təqdim ediyi arayışı şübhə alına almaq üçün əsas yoxdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçası və məhkəmə sorğusu ilə oxşar sahədə fəaliyyət göstərən müəssisələrdən əldə edilmiş arayışlardan müəyyən edilir ki, iddiaçıya münasibətdə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 10 ildən artıq xüsusi iş stajı mövcud olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı saymır və belə nəticəyə gəlir ki, iddiaçıya məxsus əmək kitabçası və oxşar müəssisələrdən təqdim edilmiş arayışlarla onun cavabdeh tərəfindən mübahisələndirilən vəzifələr üzrə işlədiyi öz təsdiqini tapdığından və təqdim olunan arayışlardakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Odur ki, iddiaçı 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi, 10 ildən artıq güzəştli əmək stajına malik olduğundan ona 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-325/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova