Məhkəmə qərarları › İş №2-1(103)-2006/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2006/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2006/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5764/2024 saylı 03 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən İddiaçı adına əsassız hesablanmış 612 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, № **********946800 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, vergi ödəyicisi olan fiziki şəxs kimi 2008-ci ildə qeydiyyatdan keçmişdir, lakin hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, 2008-ci ildə də fəaliyyətini dayandırmışdır. Heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, ödənilməmiş vergi borcu olmamışdır. Lakin 2021-ci ildə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına heç bir aidiyyatı olmamasına baxmayaraq, ölkə ərazisinə 2 ədəd minik avtomobili idxal olunması səbəbi ilə vergi ödəyicisi olaraq vergi borcunun yaranması və borcun 612 manat vergi borcunun ödənilməsinə dair xəbərdarlıq olunmuşdur. O, hər hansı sahibkarlıqla məşğul olmadığından, 2023-cü ilin fevral ayında cavabdeh Bakı şəhəri X8 üzrə Baş İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli **********4178 saylı məktubla xx.xx.2023-cü il tarixinə vergilər üzrə, məcburi dövlət sosial sığorta haqqı üzrə, işsizliklə bağlı sığorta haqqı üzrə və icbari tibbi sığorta haqqı üzrə hər hansı borcun olmaması bildirilmişdir. Buna baxmayaraq, cavabdehə müraciət edərək, əsassız hesablanmış 612 manat borcun sistemdən silinməsini xahiş etsə də, borcun silinməsi təmin edilməmiş, ona 612 manat məbləğində borcun ödənilməsi barədə xəbərdarlıq gəlməkdə davam edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5764/2024 saylı 03 dekabr 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri X8 üzrə Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2022-ci il tarixli, **********946800 nömrəli qərarının surətindən müəyyən olunur ki, 4-cü rübün 2021-ci ilin sadələşdirilmiş vergisi 9-cu üzrə; Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı maddəsi Ərşad qızına hesablanmış vergi və sığorta haqqı - 0,00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı - 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı - 448,09 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği - 448,09 manat borc hesablanmışdır. Ona yazılan vergi borcu barədə 2023-cü ilin yanvar ayında telefon vasitəsilə məlumat verildikdən sonra, borcun hansı əsasla yaranması barədə Bakı şəhəri X7 və Uçotunun Təşkili Baş İdarəsinə yaxınlaşmışdır. Müraciət etmişdir ki, ona borcunun olduğunu yazılı şəkildə versinlər. Məhkəməyə müraciət edəcəkdir. Ona təqdim edilmiş xx.xx.2023-cü il tarixli **********2417800 saylı məktubla ona heç bir borcunun olmaması barədə məktub təqdim edilmiş və həmin məktub Baş İdarənin rəis müavini, baş vergi xidməti müşaviri Vüsal Qarayev tərəfindən imzalanaraq, möhürlənmişdir. 2024-cü ilin fevral ayında bir də Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi Z.Bünyadov 15-ə yaxınlaşmışdır. Orada işləyən oğlana demişdir ki, ona verilən sənətdə heç bir borcu olmadığı yazılıb. Həmin oğlan kompüterə baxmış və bildirmişdir ki, borcu kompyuterdə görünür. Ona bildirilmişdir ki, ərizə yazsınlar ki, kompyuterdən də silinsin. O, da razılaşmış və ona müddət barədə heç bir məlumat verilməmişdir. Xəstə olduğu üçün başı qarışmış, ona 2023-cü ilin dekabr ayında borcun olduğu barədə zəng olunmuşdur. Bundan sonra məhkəməyə müraciət etmək üçün borcun silinməsi barədə Bakı Kommersiya Məhkəməsini müraciət etmək üçün ilk növbədə mediasiya prosesindən keçməli olduğundan, ilk əvvəl Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmə iddia ərizəsini geri qaytaraq, Bakı İnzibati Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir. Tərəflərin izahatları İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın mümkün sayılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinə qarşı tələbi “Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********946800 saylı qərarının ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürməsinə istinad edərək, müddətin bərpası barədə ərizənin təmin edilməməsi və iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarında olan Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********190900 nömrəli 05 sentyabr 2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubdan görünür ki, sonuncudan kameral vergi yoxlamasının başa çatdırılması üçün sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsi, həmin dövr üçün dəqiqləşdirilmiş Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim olunması tələb olunmuşdur. Bakı şəhəri X8 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********946800 nömrəli qərarının surətindən müəyyən olunur ki, 4-cü rübün 2021-ci ilin sadələşdirilmiş vergisi üzrə; - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı hesablanmış vergi və sığorta haqqı – 0,00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 448,09 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 448,09 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: - Bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə tərəfindən təqdim edilmiş “Sadələşdirilmiş verginin bəyannamələri”nin 801-803-cü sətirlərində əks etdirilmiş məbləğlərin cəmi olan 0.00 manat məbləğ + bəyannamənin 1 №li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin hesabat dövrünün sonu ilə hesabat dövrünün əvvəlinin fərqi olan 0 manat məbləğinin cəmi olan 0.00 manat, hesabat dövrünün aid olduğu il ərzində tərəfindən idxal edilmiş və elektron qaimə-faktura əsasında alınmış mallar (işlər, xidmətlər) barədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 22404.36 manat azdır. İddiaçı həmin qərarla ona hesablanan vergi məbləğinin azaldılması baradə cavabdeh quruma xx.xx.2023-cü il tarixdə AVİS qeydiyyatl **********386100 nömrəli müraciət etmişdir. Həmin müraciətə cavab olaraq Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli **********574400 nömrəli məktubda bildirilmişdir ki, onun 2021-ci il 4-cü rüb sadələşdirilmiş vergi bəyannaməsi üzrə hesablanmış kameral vergi məbləğinin azaldıması barədə müraciətinə (AVİS qeydiyyatı xx.xx.2023-cü il tarixli **********386100 nömrəli) Bakı şəhəri X8 üzrə Baş İdarəsində baxılmışdır. Müraciətdə qaldırılan məsələnin obyektiv araşdırılması mqsədilə vergi ödyicisindən bəzi sənədləri təqdim etməsi ona təklif olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçı barəsində qəbul edilmiş və hazırda mübahisələndirdiyi Bakı şəhəri X8 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********946800 saylı qərarından xx.xx.2023-cü il tarixdə AVİS qeydiyyatı **********386100 nömrəli məktubu ilə müraciət edərkən məlumatl olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan onun tərəfindən verilmiş iddianın mümkün sayılması üçün iddia müddətinə riayət edilib-edilmədiyi məsələsi yoxlanılmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı mübahisələndirdiyi qərardan ən azı xx.xx.2023-cü ildə cavabdeh quruma müvafiq müraciəti edərkən məlumatlı olduğu halda, bundan 11 ay sonra, yəni xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçı onun tərəfindən hazırki iddianın qaldırılması üçün qanunla müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü etiraf edərək həmin müddətin bərpası ilə bağlı birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir. İddiaçı ərizəsində qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsinin üzürlü səbəbini onunla əsaslandırmışdır ki, “Bakı şəhəri X7 və Uçotunun Təşkili Baş İdarəsi AZ 1108 Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov 15 tərəfindən xx.xx.2022-ci ildə ona yazılan vergi borcundan onun məlumatı olmamışdır. Ona 2023-cü ilin yanvar ayının sonlarında vergi idarəsindən zəng olunaraq borcunun olduğu bildirilmişdir. O da Bakı şəhəri X7 və Uçotunun Təşkili Baş İdarəsinə yaxınlaşmışdır. Müraciət etmişdir ki, ona borcunun olduğunu yazılı şəkildə versinlər. Məhkəməyə müraciət edəcəkdir. xx.xx.2023-cü ildə ona heç bir borcunun olmadığı haqqında sənəd verdilər. İkinci ayın sonlarında o, bir də Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi Z.Bünyadov 15-ə yaxınlaşmışdır. Orada işləyən oğlana demişdir ki, ona verilən sənəddə heç bir borcun olmadığı yazılıb. Həmin oğlan kompüterə baxmış və bildirmişdir ki, borcu kompyuterdə görünür. Ona bildirilmişdir ki, ərizə yazsınlar ki, kompyuterdən də silinsin. O, da razılaşmış və ona müddət barədə heç bir məlumat verilməmişdir. Xəstə olduğu üçün başı qarışmış, ona 2023-cü ilin dekabr ayında borcun olduğu barədə zəng olunmuşdur. O da Asan xidmətdə vəkilə yaxınlaşıb məhkəmə üçün ona kömək etməsini xahiş etmişdir. Vəkil ona bildirmişdir ki, birinci mediasiyadan keçməlidir. Mediasiyadan keçib məhkəməyə müraciət etmişdir. Onun müddət barədə heç bir məlumatı olmamışdır.” Yuxarıda sadalanan hüquq normalarının tələblərinə görə, şəxs buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. İddiaçı müvafiq ərizəni xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim etmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın qeyri-mümkün sayılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “prosessual müddətin bərpası” ilə bağlı verdiyi ərizədə göstərdiyi əsaslar mübahisələndirilən qərara mahiyyəti üzrə baxılması üçün əsas vermir .Buna görə də apellyasiya şikayətinin dəlilləri də əsassız olduğu üçün qəbul edilmir və məhkəmə kolegiyası hesab edir ki, həmin dəlillər qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün də əsa yaratmır. Buna görə də birinci instansiya məhkəməsinin 2-1(112)-5764/2024 saylı 03 dekabr 2024-cü il tarixli qəradadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5764/2024 saylı 03 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar