Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2031/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndələri X1 və X7 iştirakları ilə, İddiaçı “X2 X6 San. Ve Tic. LTD ŞTİ” Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X2 X6 San. ve Tic. LTD.Şti” Şirkəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanındda Dövlət Vergi Xidmətinə qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş **********762800 saylı, 22 fevral 2021-ci il tarixli qərarın ləğv edərək iddiaçının DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-5203/2021 saylı qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibat məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş **********762800 saylı, 22 fevral 2021ci il tarixli qərarın ləğv edilərək, iddiaçının DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində əlavə məbləğin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının rezidenti olan "X2 X6 San. ve Tic. LTD. Şti." Şirkəti tərəfindən Azərbaycan Respublikası vətəndaşı Yuliya Sadıkovaya verilmiş etibarnaməyə əsasən həmin Şirkətin 2017-2018-ci illər ərzində Azərbaycan Respublikasından əldə etdiyi gəlir üzrə yerli büdcəsinə ödədiyi verginin geri qaytarılması məqsədi ilə nümayəndə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə DTA-05 ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli, **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılıq Qaydalarına əsasən təqdim edilmiş DTA-05 ərizəsinin baxılması üçün tələb olunan bütün zəruri və hətta əlavə sənəd və məlumatlar DVX-ə tam həcmdə təqdim edilmişdir. Lakin həmin qaydalara zidd olaraq DVX tərəfindən gəliri əldə edən qeyri-rezident ilə əlaqədar bir sıra əlavə məlumat və sənədlərin təqdim olunması məqsədi ilə Türkiyə Respublikasının müvafiq orqanlarına müraciət olunmuş və müvafiq cavab alınmışdır. Halbuki, İnzibatçılıq Qaydalarının 8.8-ci maddəsinə əsasən müraciət edən şəxsdən müraciətin mahiyyətinə aid olmayan məlumatların və sənədlərin tələb edilməsinə yol verilmir. Nəticədə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin İnzibatçılığı Qaydalarının müddəalarına zidd olaraq xx.xx.2019-cu il tarixdən bu günədək uzunsürən icra gedişatında DVX tərəfindən əlavə araşdırmalar aparıldıqdan sonra DTA-05 ərizəsinin təsdiqlənməsi DVX tərəfindən **********738800 saylı məktubu ilə mümkün hesab olunmamışdır. DVX qeyd olunan məktubda Türkiyə Respublikasına göndərilmiş sorğuya cavab olaraq təqdim olunmuş məlumatlara düzgün qiymət verməyərək, iddiaçının müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməsi potensialına malik olmaması aşkarlanması, işçilərinin sayının az olması, müvafiq ixtisasa malik olmaması, işçilərinin müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması ilə bağlı məlumatın olmaması, şirkətin fəaliyyət növünün bir neçə dəfə dəyişməsi və aralıq şirkəti bənzəməsi qeyd etmişdir. Halbuki, iddiaçının müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməsi potensialına malik olmasının əyani sübutu Şirkət tərəfindən görülmüş müvafiq təhvil-təslim aktlarında öz əksini tapmış işlərdir. Həmin işlərin nəticələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən öz gündəlik fəaliyyətində istifadə edilir (Əmlak Komitəsinin Aktı əlavə edilir). Bundan əlavə nə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması” haqqında sazişdə, nə də ki Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin İnzibatçılığı Qaydalarında qarşı tərəfin işçilərinin sayı az olması, ixtisasa malik olmaması və ya şirkətin fəaliyyət növünün dəyişilməsi DTA-05 ərizəsinin təsdiqindən imtina edilməsinin əsası kimi göstərilməmişdir. xx.xx.1986-ci il tarixli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən çap olunmuş kondiut haqqında hesabatda aralıq şirkətinin yanaşması istənilən gəlirə deyil, yalnız royalti, faiz və dividentlərə tətbiq olunur və ən əsası qarşılıqlı sürətdə asılı olan, yəni filial, nümayəndəlik və törəmə şirkətlərə aiddir. Hazırki halda isə iddiaçı “X11 Mühendislik Sanayi Ticarət Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə hər hansı bir struktur əlaqəsi və qarşılıqlı surətdə asıllılığı yoxdur. Bundan başqa Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin İnzibatçılığı Qaydalarında ödəyən tərəfin hər hansı bir vergi və ya digər öhdəliyin olub olmaması barədə heç bir qeyd mövcud deyil. Həmin Qaydalarda gəlir ödəyən şəxs "X11 Mühendislik Sanayi Ticaret Anonim" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən iddiaçıdan tutulmuş verginin bəyan edilməsi əsas şərt kimi qeyd olunmuşdur, bunu da gəlir ödəyən şəxs "X11 Mühendislik Sanayi Ticaret Anonim" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi etmişdir. xx.xx.2021-ci il tarixdə nümayəndə Yuliya Sadıkova tərəfindən vergi orqanının yuxarıda qeyd olunan DTA-05 ərizə formasına imtina edilməsi barədə məktubundan İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına göndərilmiş şikayətə Dövlət Vergi Xidməti tərəfindən baxılaraq inzibati şikayətin təmin edilməməsi haqqında 22 fevral 2021-ci il tarixli qərar verilərək, DTA-05 ərizəsinin icrasının yenə də mümkünsüz olduğu bildirilmişdir. Cavabdehin təqdim etdiyi iddia ərizəsinə etirazlar onunla əsaslandırılmışıdır ki, müraciətlə bağlı aparılmış araşdırmanın nəticəsində müəyyən olunmuşdur ki, “X2 X6 San ve TİC.LTD.ŞTİ” şirkəti ilə “X11 Mühendislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında “Kadastr xidməti” və “Texnologiyaların inkişafı və Texnologiyaların transfer edilməsi” müqavilələri bağlanmış və bu müqavilələr çərçivəsində müvafıq ödənişlər aparılmışdır. Bağlanılan müqavilələrin şərtlərinə əsasən iddiaçı daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasını yaradır, rəqəmsal kadastr xəritəsini tərtib edir və məkan göstəriciləri arasındakı uyğunsuzluqları aradan qaldırır. Bütün xidmətlərin Türkiyə Respublikasının ərazisində həyata keçirilməsi əks olunmuş və işin nəticəsi ilə bağlı CD disklərin təhvil verilməsi qeyd olunmuşdur. Hər 3 müqavilənin cəmi dəyəri 13.233.334,0 ABŞ dolları (22.496.667,8 AZN) təşkil etmişdir(Təhvil-təslim aktlarında da eyni rəqəm əks olunub). Hər bir müqavilənin şərtinə əsasən bu məbləğə Azərbaycan Respublikasında ödəmə mənbəyində tətbiq olunan 10 % dərəcə ilə vergi məbləği daxildir və qeyri-rezidentə vəsait köçürülərkən vergilər çıxıldıqdan sonra qalan ümumi məbləğ 11.910.000,0 ABŞ dolları (20.247.000,0 AZN) təşkil edir. Nümayəndəlik tərəfindən 2017-2018-ci illərin müvafiq dövr üzrə təqdim etdiyi ÖMV bəyannaməsində qeyri-rezident şəxs olan İnternational Makine ilə bağlı 21.917.685,12 manat məbləği üzrə ödənişin aparılması və həmin ödənişlə bağlı 2.191.768,55 manat verginin hesablanması göstərilmişdir. Eyni zamanda, nümayəndəlikdə müvafiq dövrlər üzrə (2017-2019) aparılmış səyyar vergi yoxlamalarının nəticələri müvafiq aktlarla rəsmiləşdirilmiş və nümayəndəlik tərəfindən iddiaçıya aparılan ödənişlər nümayəndəliyə mənfəət vergisi hesablanarkən xərclərdə nəzərə alınmışdır. Müəssisə tərəfindən təqdim olunan sənədlərin həqiqiliyini müəyyən etmək məqsədilə “Azərbaycan Respubiikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 8.4-cü bəndinə uyğun olaraq Dövlət Vergi Xidməti tərəfindən Türkiyə Respublikasının müvafiq orqanına sorğu göndərilmişdir. Sorğuya verilən cavablarda Dövlət Vergi Xidməti tərəfindən istənilən bir sıra sənədlər təqdim edilməmiş və yalnız şirkət haqqında bəzi ümumi məlumatlar verilmişdir. Təqdim olunmuş cavabda xüsusi diqqət çəkən məqamlar isə aşağıdakılar olmuşdur: 1. İnternational Makine şirkəti xx.xx.2017-ci il tarixdə yaradılmış və həmin tarixdə nümayəndəlik ilə müvafiq müqavilə bağlanmışdır. 2. Şirkətdə 3 işçinin işləməsi (kompüter proqramçısı, kompüter mütəxəssisi və satış məsləhətçisi). 3. Şirkətin işçilərinin layihə üzrə işlərin icra edilməsi üçün müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması məsələsinə münasibət bildirilməmişdir. Yuxarıda qeyd olunan məlumatların verilməsi İnternational Makine şirkətinin nümayəndəlik üçün müqavilədə qeyd olunan xidmətlərin icra etməsi qabiliyyətində olması məsələsini şübhə altına qoyur və müqavilələrin bağlanmasında əsas məqsədin nümayəndəlik tərəfindən xərclərin süni şəkildə şişirdilməsi və vergiyə cəlb olunan mənfəətin azalması qənaətinə gətirib çıxarır. Bununla yanaşı nümayəndəlik tərəfindən 2017-2018-ci illərin müvafiq dövr üzrə təqdim olunan ödəmə mənbəyində tutulan vergi bəyannaməsində müəssisə ilə bağlı 21.917.685,12 manat məbləği üzrə ödənişin aparılması və həmin ödənişlə bağlı 2.191.768,55 manat verginin hesablanması göstərilməsinə baxmayaraq, müəssisənin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunan DTA-05 formasında qaytarılmalı vergi məbləği 2.249.995,40 manat göstərilmişdir. “X11 Mühendislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində xx.xx.2020-ci il tarixli, **********196821 nömrəli qərara əsasən xx.xx.2018-xx.xx.2019-cu il dövrünü əhatə edən səyyar vergi yoxlaması keçirilmişdir. Nümayəndəlikdə aparılmış sonuncu səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinə 4.851.400,23 manat əlavə vergi hesablanmış, 3.031.146,68 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən sorğuya cavab olaraq daxil olan məlumatlara əsasən müəssisənin yaranması nümayəndəliklə bağlanan “Kadastr müqaviləsi”nin bağlanma tarixinə təsadüf etməsi (xx.xx.2017), irimiqyaslı layihənin icra etməsinə baxmayaraq cəmi 3 işçisinin olması, işçilərinin müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması ilə bağlı məlumatın olmaması və şirkətin fəaliyyət növünün bir neçə dəfə dəyişdirilməsi müəssisənin müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməsi potensialına malik olmaması qənaətinə gətirib çıxardığı üçün Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli, **********738800 nömrəli məktubla DTA-05 formasının təsdiqlənməsindən imtina edilmişdir. İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin bağlanmasının əsas məqsədi xarici investisiya potensialının artırılması və rezident şəxslərin ikiqat vergitutmaya məruz qalmamaları ilə yanaşı, vergidən yayınmanın qarşısının alınması və vergitutmanın olmamasının qarşısını almaqdan ibarətdir. “X2 X6 San ve TİC.LTD.ŞTİ” şirkəti (bundan sonra - İnternational Makine) ilə bağlı Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********598100 nömrəli cavaba əsasən İnternational Makine şirkətinin 2017-ci ildə ümumi dövriyyəsi 187 360,00 TL (87 466,0 AZN), 2018-ci ildə isə 115 400,00 TL (40.486,0 AZN) olmuşdur. Eyni zamanda şirkətin kommersiya fəaliyyəti proqram təminatı və məlumat bazası üzrə məsləhət dəstəyi, həmçinin kənardan reklam işlərinin göstərilməsindən ibarət olmasına baxmayaraq, onun bu fəaliyyətlə əlaqədar heç bir lisenziyası olmamışdır. DTA-05 ərizə formasına əlavə olaraq təqdim olunmuş bank çıxarışına əsasən İnternational Makine şirkətinə “X11 Mühendislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (bundan sonranümayəndəlik) tərəfindən 2017-ci ildə 11 532 725,0 AZN, 2018-ci ildə isə 10 384 960,0 AZN vəsait köçürülmüşdür. X8 şirkəti tərəfindən qeyd olunan məbləğdə gəlirin olmasına baxmayaraq, Türkiyə Respublikasında gəlirləri tam şəkildə bəyan edilməmiş və müvafiq qaydada ödənilməli vergilərin ödənilməsindən yayınmışdır. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Sazişin 22-ci “ikiqat vergitutmanın qarşısının alınması” maddəsinin 1-ci bəndinə əsasən Türkiyə rezidentləri üçün ikiqat vergiyə cəlb edilmənin qarşısı aşağıdakı şəkildə alınacaqdır: a) Türkiyə rezidenti aşağıdakı b) yarımbəndində göstərilən gəlirlərdən başqa bu Sazişin müddəalarına uyğun olaraq, Azərbaycanda vergiyə cəlb edilə bilən bir gəlir əldə etdikdə, Türkiyə bu gəliri vergidən azad edəcəkdir (bu azad etmə hüquqi şəxslərin mənfəətindən vergi ödəyiciləri baxımından hüquqi şəxslərin mənfəətindən vergidən və mənbəyində tutulan gəlir vergisindən azad etməni; gəlir vergisi ödəyiciləri baxımından gəlir vergisindən azad etməni ifadə edir), lakin bu şəxsin qalan gəlirlərinə ümumi vergi hesablanmaq məqsədilə bəhs edilən gəlirə sanki vergidən azad edilməmiş kimi bir vergi nisbəti tətbiq edə bilər. b) Türkiyə rezidenti bu Sazişin 10, 11, 12-ci maddələri ilə 13-cü maddənin 4-cü bəndinin müddəaları ilə Azərbaycanda vergiyə cəlb edilə bilən bir gəlir əldə etdikdə, Türkiyə bu şəxsin gəlirindən alınacaq vergiyə Azərbaycanda gəlirə görə cəlb olunan vergi miqdarında güzəşt edəcəkdir. Bununla belə bəhs edilən güzəşt Azərbaycanda vergiyə cəlb edilə bilən gəlir üçün, güzəştdən əvvəl hesablanan verginin miqdarından çox olmayacaqdır. Sazişin 22-ci maddəsinin 1 (a) yarımbəndindən də göründüyü kimi Türkiyə rezidentinin gəliri Azərbaycanda vergiyə cəlb edilibsə Türkiyə bu gəliri vergidən azad edəcəkdir. Bu maddənin əsas məqsədi ikiqat vergitutmanın hər bir tərəfin öz daxili siyasətinə uyğun olaraq müəyyən edilməsidir. Odur ki, İnternational Makine Şirkətinin Azərbaycan mənbəyindən əldə etdiyi gəliri ilə bağlı müvafiq vergilərin ödənilməsi təsdiqlənərsə, Türkiyə tərəfi Sazişin 22-ci maddəsinə uyğun olaraq həmin tutulmuş vergi məbləği miqdarında şirkətə çıxılma verəcəkdir və beləliklə də ikiqat vergitutmanın yaranması halı baş tutmayacaqdır. Belə olan halda İnternational Makine və ya nümayəndəlik tərəfindən Dövlət Vergi Xidmətinə “Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi haqqında” Ərizə (bundan sonra DTA- 04 forması) ilə müraciət olunmaqla, Ödənilmiş vergilərin təsdiq haqqında Arayış alına bilər və həmin Arayış Sazişin 22-ci maddəsinə əsasən vergilərin ödənilməsində nəzərə alınması üçün Türkiyə tərəfinə təqdim oluna bilər. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 22 fevral 2022-ci il tarixli, 2-1(112)-777/2022 nömrəli qərardadı ilə iddia tələbinin “qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində əlavə məbləğin hesablanması” hissəsi mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarı (hakim Ş.Həsənova) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etirazlara uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və tətbiq edilməli normanı tətbiq etməmişdir. Həmçinin, prosessual hüquq normasının pozulması ilə məhkəmə aktı qəbul edilmişdir. "Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında" 01,01.1998-ci il tarixli Sazişin 7.1-ci maddəsinin 2-ci cümləsinə istinad etməklə kifayətlənən məhkəmənin gəldiyi qənaətə əsasən iddiaçının gəliri yalnız Türkiyə Respublikasında vergiyə cəlb edilə bilər və həmin gəlirin Azərbaycan Respublikasında vergiyə cəlb edilməsi yol verilməzdir. Başqa sözlə, məhkəmənin mövqeyinə görə qeyri-rezident olan iddiaçının Azərbaycanda əldə etdiyi gəliri öz ölkəsində bəyan etməməsi və həmin gəlirdən vergi ödəməməsi heç bir əhəmiyyət kəsb etmir. Məhkəmə hesab edir ki, istənilən halda iddiaçıdan ödəmə mənbəyində tutulan vergi ona qaytarılmalıdır. Halbuki, Saziş, eləcə də digər maddi hüquq normaları hərhansı bir ölkədə əldə edilmiş gəlirin ümumiyyətlə vergidən azad olunmasını nəzərdə tutmur. Məhkəmə Sazişin 7.1-ci maddəsinin 2-ci cümləsini Sazişin digər maddələri ilə əlaqəli şəkildə şərh etmək əvəzinə olduqca formal şərh etmiş və Sazişin mahiyyətinə uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə Azərbaycanda əldə edilmiş gəlirlərin faktiki olaraq heç bir dövlətdə vergiyə cəlb edilməməsinə gətirib çıxarmışdır. Eyni zamanda, Azərbaycan Respublikası və əlavə olaraq Türkiyə Respublikası digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərdə İƏİT Model Konvensiya prinsiplərini əsas götürərək bağladıqları üçün, həmin Model Konvensiyanın şərhlərini də sazişlərin tətbiqi zamanı istifadə etmələri ilə bağlı öz iradələrini ifadə etmişdir. 2017-ci il Model Konvensiyanın preambulasına əsasən sazişin bağlanmasının əsas məqsədi sazişin təsirində olan vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması niyyətində olaraq, vergitutmanın olmamasına və ya vergidən yayınma vasitəsilə aşağı dərəcəli vergitutmaya şərait yaratmamaqdır. “X2 X6 San. Ve Tic. LTD Şti” şirkəti Azərbaycan mənbəyindən əldə etdiyi gəliri öz ölkəsində bəyan etmədiyi və həmin gəlirdən vergi ödəmədiyi üçün ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin yaratdığı imkandan istifadə edə bilməz. Bundan əlavə “X2 X6 San ve TİC.LTD.ŞTİ” şirkəti ilə bağlı Türkiyə Respublikasının müvafiq qurumu tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********598100 nömrəli cavaba əsasən İnternational Makine şirkətinin 2017-ci ildə ümumi dövriyyəsi 187.360,0 TL (87.466,0 manat), 2018-ci ildə isə 115.400,0 TL (40.486,0 manat) olmuşdur. Lakin DTA-05 Ərizə formasına əlavə olaraq təqdim olunmuş bank çıxarışına əsasən İnternational Makine şirkətinə “Kutlubey X9 Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 2017-ci ildə 11.532.725,0 manat, 2018-ci ildə isə 10.384.960,0 manat vəsait köçürülmüşdür. Belə yüksək gəlir əldə etməsinə baxmayaraq, “X2 X6 San ve TİC.LTD.ŞTİ” şirkətinin öz ölkəsində dəfələrlə az məbləğdə dövriyyə göstərməsi məsələsi məhkəmə tərəfindən ətraflı araşdırılmalı, qeyd edilən kəskin fərqin səbəbləri müəyyənləşdirilməli idi. Bütün bu ziddiyyətlər onu göstərir ki, İnternational Makine şirkəti tərəfindən ikiqat vergitutma ilə bağlı Sazişin üstünlüklərindən sui-istifadə edilərək, sanki ikiqat vergitutmanın mövcud olması təəssüratı yaradılmağa çalışılmışdır. Cavabdeh tərəfindən iddiaçının “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” Sazişin üstünlüklərindən, güzəşt və azadolmalardan sui-istifadə etməyə çalışması barədə dəlillər təqdim edilsə də, məhkəmə tərəfindən həmin sübutlara heç bir hüquqi qiymət verilməmişdir. Digər tərəfdən, nümayəndəlik tərəfindən 2017-2018-ci illərin müvafiq dövr üzrə təqdim olunan ödəmə mənbəyində tutulan vergi bəyannaməsində müəssisə ilə bağlı 21.917.685,12 manat məbləği üzrə ödənişin aparılması və həmin ödənişlə bağlı 2.191.768,55 manat verginin hesablanmasının göstərilməsinə baxmayaraq, müəssisənin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunan DTA-05 formasında qaytarılmalı vergi məbləği 2.249.995,4 manat göstərilmişdir.Başqa sözlə, məhkəmə iddiaçıdan tutulmuş verginin məbləğini müəyyən edərkən də səhvə yol vermişdir. Məhkəmə qərarında yalnız müəssisənin yaranmasının nümayəndəliklə bağlanan “Kadastr müqaviləsi”nin bağlanma tarixinə təsadüf etməsi (xx.xx.2017), irimiqyaslı layihənin icra etməsinə baxmayaraq cəmi 3 işçisinin olması, işçilərinin müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması ilə bağlı məlumatın olmaması və şirkətin fəaliyyət növünün bir neçə dəfə dəyişdirilməsinin müəssisənin müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməsi potensialına malik olmaması barədə irəli sürülmüş dəlillərin əsassız olduğunu və bütün bunların iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyini qeyd etmiş, lakin məhkəmə gəldiyi bu nəticəni əsaslandırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 08 sentyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırki iş üzrə 3-cü şəxs statusu ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. İnzibati işdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Türkiyə Cumhuriyyətinin “X11 Mühendislik Sanayi Ticaret” Anonim Şirketi arasında 2016-cı ilin may ayının 3-də Bakı şəhərində imzalanmış SM-14 nömrəli Satınalma müqaviləsi əsasında iş və xidmətlərin dəyəri 44 980 393.00 ABŞ (Qırx dörd milyon doqquz yüz səksən min üç yüz doxsan üç) dolları məbləğində olan Azərbaycanda Torpaqların elektron kadastr uçotu sisteminin formalaşdırılması məqsədi ilə ölkənin 3.19 mln. ha ərazisi üçün (digər layihələr çərçivəsində ərazilərində mükəmməl kadastr işləri aparılmış bir sıra rayon, şəhər və qəsəbələrin əraziləri istisna olmaqla) daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 1.30 mln. ha sahədə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinə 03 may 2016-cı il tarixindən başlanılmışdır. Bu məqsədlə “X11 Mühendislik Sanayi Ticaret” Anonim Şirkəti tərəfindən şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyi təsis edilmişdir. Satınalma müqaviləsi çərçivəsində bir çox işlər müqavilədə qeyd edildiyi kimi Nümayəndəlik vasitəsilə icra edilmişdir. Hazırki mübahisə predmetinə dair təqdim edilmiş, bəhs edilən 3 xidmət müqaviləsinin tədqiqi göstərir ki, bu müqavilələr sırf icraçı qismində “X3 X6 San. ve Tic. Ltd. Şti" şirkəti tərəfindən, Şirkətin yerləşdiyi yerdə X4 şəhərində icra edilmiş, həmin işlər icraçı qismində Şirkətin özü tərəfindən Sifarişçiyə təhvil verilmiş, bütün ödənişlər də Şirkətin hesabına ödənilmişdir. Eyni zamanda “X12 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi də həmin işləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil vermişdir. İddiaçının 2017-2018-ci illər ərzində Azərbaycan Respublikasından əldə etdiyi gəlirə görə ödədiyi verginin geri qaytarılması üçün DTA-05 ərizəsi cavabdeh inzibati orqan tərəfindən beynəlxalq ixtisaslaşmış agentliklərin məlumat bazalarında və rəsmi açıq mənbələrində İnternational Makine şirkətinin faktiki fəaliyyəti, illik dövriyyəsi, işçilərinin sayı, onların müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması, təsisçiləri barədə və s. məlumatların mövcud olmamasına, şirkətinin faktiki olaraq müəssisə kimi fəaliyyət göstərməməsi və aralıq müəssisə qismində yaranması və məqsədinin "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında" Sazişin üstünlüklərindən istifadə etməsi qənaətinə qəlməsı ilə bağlı əsaslı şübhələr yaranmasına, şirkətin nümayəndəliklə bağladığı müqavilələr üzrə öhdəliklərinin icra etməsi potensialına malik olmaması, şirkətin nümayəndəliklə bağlanan “Kadastr müqaviləsi”nin bağlanma tarixində yaradılması (xx.xx.2017), irimiqyaslı layihənin icra etməsinə baxmayaraq cəmi 3 işçisinin olması, işçilərinin müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması ilə bağlı məlumatın olmaması və şirkətin fəaliyyət növünün bir neçə dəfə dəyişməsi əsas gətirilərək təsdiqlənməmiş, bununla bağlı inzibati şikayət də təmin edilməmişdir. Hazırda iddiaçı Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında xx.xx.1998-ci il tarixli Sazişə, həmçinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarına istinad edərək, 03 xidmət müqaviləsi üzrə Türkiyə Cümhuriyyətində icra edilmiş işlərə görə ödəmə mənbəyində tutulmuş vergilərin geri qaytarılmasını xahiş edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddaçı hazırda imtinaya bərabər tutulan **********762800 saylı, 22 fevral 2021-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi” haqqında qərarın ləğvini və ən əsası inzibati orqanın üzərinə müvafiq öhdəliyin qoyulmasını xahiş etmişdir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliynin Kollegiyasının 12 iyun 2017-ci il tarixli **********009300 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarına istinad edərək inzibati orqanın üzərinə DTA-05 formasının təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-ci maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yeri olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyəti: Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. İşin mübahisələndirilməyən halı xidmət müqavilələri üzrə ödənişlərə görə ödəmə mənbəyində verginin tutulmasıdır. İşin mübahisələndirilən halı qeyd edilən xidmətlər üzrə ödənilmiş ödənişlərə görə ödəmə mənbəyində tutulmuş verginin geri qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına diqqət çəkir: Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: - 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. - 125.3-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır. - 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli **********009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”nın 7-ci bəndi qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında artıq ödənilmiş vergilərin qeyri-rezidentə geri qaytarılması ilə bağlı qaydaları tənzimləyir. Belə ki, Qaydaların 7-ci bəndinə əsasən beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5ci hissəsində nəzərdə tutulmuş ərizə təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını (bundan sonra - DTA-05 forması) (Əlavə № 8) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər. DTA-05 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs (vergi agenti) üzrə ayrıca doldurularaq, təqdim edilməlidir. Artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyrirezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir. Müraciət elektron formada edildiyi zaman təsdiqedici sənədlər Vergilər Nazirliyinin internet vergi idarəsi vasitəsi ilə yalnız o zaman yüklənə bilər ki, müraciət edən şəxs internet vergi idarəsinə daxil olmaq üçün müvafiq autentifikasiya vasitələrinə (şifrə, parol, istifadəçi adı, gücləndirilmiş elektron imza və s.) malik olsun. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin qeyri-rezidentə geri qaytarılmalı olması təsdiqlənərsə, Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda müəyyən edilmiş prosedura uyğun olaraq “Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə Rəy” hazırlanaraq, müraciət edən şəxsə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin yerli bölmələrinə (bundan sonra-maliyyə orqanı) göndərilir. Vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin qeyri-rezidentə geri qaytarılması qanuna müvafiq hesab edilmədiyi təqdirdə, Vergilər Nazirliyinin elektron informasiya sistemində səbəbləri göstərilməklə bu Qaydalara əlavə edilən forma (Əlavə № 9) üzrə imtina haqqında bildiriş tərtib edilir və Vergilər Nazirliyinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra, elektron formada və kağız daşıyıcısında müraciət edən şəxsə göndərilir. Artıq ödənilmiş vergilərin maliyyə orqanları tərəfindən qeyri-rezidentə qaytarılmasının prosedurları, müddətləri və digər aidiyyəti məsələlər bu Qaydaların 7.5-ci bəndində nəzərdə tutulmuş Qaydalarla tənzimlənir. Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında xx.xx.1998-ci il tarixli Sazişin: - 1-ci maddəsinə əasən bu saziş razılığa gələn Dövlətlərdən birinin və ya ikisinin rezidenti olan şəxslərə tətbiq olunur. - 2.1-ci maddəsinə əsasən bu saziş, alınma qaydasından asılı olmayaraq, razılığa gələn dövlətdə və ya onun ərazisi-inzibati bölmələrində, ya da yerli hakimiyyət orqanlarında gəlirlərdən alınan vergilərə tətbiq olunur. - 2.3-cü maddəsinə əsasən bu sazişin şamil edildiyi Azərbaycan Respublikası qanunvericiliyində qüvvədə olan vergilər: (i) hüquqi şəxslərin mənfəətindən və gəlirlərinin ayrı-ayrı növlərindən vergilər. - 5.1-ci maddəsinə əsasən Bu sazişin məqsədləri baxımından “iş yeri” termini müəssisənin fəaliyyətinin tamamilə və ya qismən həyata keçirdiyi işlə əlaqədar sabit yeri bildirir. - 5.2-ci maddəsinə əsasən “iş yeri” termininə daxildir: a) idarəetmə yeri, b) filial c) büro, d) fabrik, e) emalatxana - 7.1-ci maddəsinə əsasən Əgər Razılığa gələn bir Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmirsə, o zaman onun mənfəəti ancaq razılığa gələn ilk bəhs edən Dövlətdə vergiqoymaya cəlb edilir. Əgər müəssisə sahibkarlıq fəaliyyətini Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə həyata keçirirsə, onun mənfəətinin ancaq həmin iş yerinə aid olan hissəsi digər Dövlətdə vergiyə cəlb edilə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsində işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Türkiyə Cumhuriyyətinin “X11 Mühendislik Sanayi Ticaret” Anonim Şirketi arasında 2016-cı ilin may ayının 3-də Bakı şəhərində imzalanmış SM-14 nömrəli Satınalma müqaviləsi əsasında iş və xidmətlərin dəyəri 44 980 393.00 ABŞ (Qırx dörd milyon doqquz yüz səksən min üç yüz doxsan üç) dolları məbləğində olan Azərbaycanda Torpaqların elektron kadastr uçotu sisteminin formalaşdırılması məqsədi ilə ölkənin 3.19 mln. ha ərazisi üçün (digər layihələr çərçivəsində ərazilərində mükəmməl kadastr işləri aparılmış bir sıra rayon, şəhər və qəsəbələrin əraziləri istisna olmaqla) daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 1.30 mln. ha sahədə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işləri görülməlidir. Hazırki iş üzrə iddiaçı “X3 X6 San. ve Tic. Ltd. Şti" şirkəti ilə “X12 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi arasında 3 xidməti müqavilə (xx.xx.2017-ci il tarixli, 04/17 №-li, xx.xx.2017-ci il tarixli, 10/17 №-li, xx.xx.2018-ci il tarixli, 03/18 №-li) bağlanmış və müqavilələrin şərtlərinə əsasən Azərbaycan Respublikasının ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və pay torpaqlarının islahat sənədlərindəki məkan göstəricələri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərini sifarişçinin icraçıya təqdim etdiyi ilkin məlumatlara əsasən icraçının yerləşdiyi yerdə, yəni Ankara-Türkiyyə Respublikasında həyata keçiriləcəkdir. Tərəflər arasında təsdiq edilmiş təhvil-təslim aktlarına əsasən müqavilələrdə nəzərdə tutulmuş işlər icraçı tərəfindən yerinə yetirilərək sifarişçiyə təhvil verilmişdir. Eyni zamanda “X12 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi də həmin işləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil vermişdir. İş üzrə mübahisələndirilən qərarın qəbuluna əsas olan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında" xx.xx.1998-ci il tarixli Sazişin, eləcə də digər maddi hüquq normaları hər-hansı bir ölkədə əldə edilmiş gəlirin ümumiyyətlə vergidən azad olunmasını nəzərdə tutmaması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Sazişin 7.1-ci maddəsindən aydın olduğu kimi Əgər Razılığa gələn bir Dövlətin müəssisəsi Razılığa gələn digər Dövlətin ərazisində iş yeri vasitəsilə fəaliyyət göstərmirsə, o zaman onun mənfəəti ancaq razılığa gələn ilk bəhs edən Dövlətdə vergiqoymaya cəlb edilir. İşin hallarından da göründüyü kimi, “X3 X6 San. ve Tic. Ltd. Şti" şirkəti Azərbaycan Respublikasında iş yeri (yəni, sazişin 5.2-ci maddəsinə əsasən idarəetmə yeri, filial, büro, fabrik, emalatxana) vasitəsilə fəaliyyət göstərməmişdir. Həmçinin, iş materiallarında olan; -“X12 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X6 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında bağlanmış 14 iyul 2017-ci il tarixli, 04/17 №-li Kadastr Xidməti Müqaviləsinin lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, müqavilənin predmeti Azərbaycan Respublikasının 1 (bir) milyon hektar ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 700 000 parseldə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəricələri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərindən ibarətdir. Görülən işlər sifarişçinin icraçıya təqdim etdiyi ilkin məlumatlara əsasən icraçının yerləşdiyi yerdə, yəni Ankara-Türkiyyə Respublikasında həyata keçiriləcəkdir. -“X12 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X6 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında bağlanmış 20 oktyabr 2017-ci il tarixli, 10/17 №-li Texnologiyanın inkişafı və Texnologiyaların transfer edilməsi müqaviləsinin lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, müqavilənin predmeti elektron uçotu sisteminin formalaşdırılması məqsədi ilə daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərinin ərazi ölçmələri üçün isifadə edilən ərazi komputerləri ilə peyk sistemlərinin əlaqələndirilməsi avtomatik parselleme proqramı və məsafədən zondlama texnalogiyasının transferi. Texnologiyaların transferi ilkin sifariş üzrə həyata keçirilir. Görülən işlərin Sifarişçinin İcraçıya təqdim etdiyi ilkin məlumatlara əsasən İcraçının yerləşdiyi yerdə, yəni Ankara-Türkiyə Respublikasında həyata keçiriləcəkdir. -“X12 Mühendislik Sanayi Ticarət Anonim Şirketinin” Azərbaycan Respubikasındakı Nümayəndəliyi ilə “X2 X6 San ve TİC.LTD.ŞTİ” şirkəti arasında bağlanmış 25 yanvar 2018-ci il tarixli, 03/18 №-li Kadastr Xidməti Müqaviləsinin lazımi qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, müqavilənin predmeti Azərbaycan Respublikasının 725000 (yeddi yüz iyirmi beş min) hektar ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 550 000 parseldəpay torpaqlarının islahat sənədlərindəki məkan göstəricələri arasındakı uyğunsuzluqların aradan qaldırılması işlərindən ibarətdir. Görülən işlər sifarişçinin icraçıya təqdim etdiyi ilkin məlumatlara əsasən icraçının yerləşdiyi yerdə, yəni Ankara-Türkiyyə Respublikasında həyata keçiriləcəkdir. Həmin müqavilələrdən, ona əlavə olunan təhvil-təslim aktlarından göründüyü kimi, görülmüş işlərin icraçısı qismində nümayəndəlik deyil, “X2 X6 San ve TİC.LTD.ŞTİ” Şirkəti çıxış edir. “X2 X6 San ve TİC.LTD.ŞTİ” Şirkəti müqaviləyə əsasən bütün xidmətlərini Türkiyə Respublikasının Ankara şəhərində həyata keçirmişdir. Xidmətlərə görə ödənişlər də Şirkətə ödənilmişdir. Bu halda vergiyə cəlb olunan məbləğ də məhz “X2 X6 San ve TİC.LTD.ŞTİ” Şirkətinə məxsus gəlirdir. Bu səbəbdən də hesab edilir ki, cavabdeh inzibati orqan Sazişlə nəzərdə tutulmuş tələbləri pozmuşdur. Eyni zamanda cavabdeh inzibati orqanın sorğusuna aidiyyəti Türkiyə Cumhuriyyətinin səlahiyyətli orqanın verdiyi cavabdan göründüyü kimi “X3 X6 San. ve Tic. Ltd. Şti" şirkəti Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və rəsmi dövlət qurumlarına proqram təminatı vəməlumat bazası üzrə dəstək sahələrində texnologiya ötürülməsi dəstəyini göstərir və şirkətin rəhbərinin Kutlubey X9 A.Ş.-də iştirak payı yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hər 3 müqavilə üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməməsi ilə bağlı sifarişçi tərəfindən hər hansı mübahisə qaldırılmadığından, icraçının işləri yerinə yetiriməsi ilə bağlı təhvil-təslim aktları mübahisələndirilmədiyindən cavabdeh inzibati orqanın müəssisənin yaranmasının nümayəndəliklə bağlanan “Kadastr müqaviləsi”nin bağlanma tarixinə təsadüf etməsi (xx.xx.2017), irimiqyaslı layihənin icra etməsinə baxmayaraq cəmi 3 işçisinin olması, işçilərinin müvafiq ixtisasa malik olmaları və sertifikatlarının olması ilə bağlı məlumatın olmaması və şirkətin fəaliyyət növünün bir neçə dəfə dəyişdirilməsinin müəssisənin müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməsi potensialına malik olmaması barədə irəli sürdüyü dəlilləri ehtimal xarakteri daşımaqla yanaşı, əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnməsi qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin digər bir dəlili olan “iddiaçının faktiki gəlirindən dəfələrlə aşağı məbləği öz ölkəsində gəlir kimi göstərməsi” dəlili ilə bağlı Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, iş materiallarında olan Türkiyə Respublikası Xəzinə və Maliyyə Nazirliyi Gəlir Administrasiyasının Başçılığı tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, yerli vergi orqanları tərəfindən təqdim edilmiş hesabata əsasən “X3 X6 San. ve Tic. Ltd. Şti" şirkətinin kommersiya fəaliyyəti “proqram təminatı və məlumat bazası üzrə məsləhət dəstəyi, həmçinin kənardan reklam işləridir”. Şirkətin 2017-ci və 2018-ci il üzrə ümumi dövriyyəsi 187.360,00 TL və 115.400,00 TL müvafiq olaraq təşkil etmişdir. Şirkətin xaricdə filialları və ya nümayəndəlikləri mövcud deyildir. Şirkət Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və rəsmi dövlət qurumlarına proqram təminatı və məlumat bazası üzrə dəstək sahələrində texnologiya ötürülməsi dəstəyini göstərir. Hazırda şirkətdə komputer mütəxəssisi, komputer proqramçısı və satış mütəxəssisi olmaqla üç əməkdaş çalışır. Şirkətin vəzifəli şəxsinin hesabatına əsasən şirkətin heç bir lisenziyası mövcud deyildir. Proqram təminatı üzrə məsləhət xidmətlərinin göstərilməsinə dair “X3 X6 San. ve Tic. Ltd. Şti" və “Kutlubey X9 A.Ş.” arasında 2017-ci ildə bağlanmış müqavilənin surəti, həmçinin texnologiyanın inkişafı və texnologiyaların ötürülməsinə dair müqavilənin surəti Qoşmada təqdim olunur. Ticarət Reyestrində mövcud olan sənədlərin araşdırılması zamanı yerli vergi müfəttişlərinin şirkətin meneceri olan cənab X13 X9 A.Ş.-də iştirak payının olmamasını aşkar etmişdirlər. Həmçinin, Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırki mübahisəyə tətbiq olunan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında" xx.xx.1998-ci il tarixli Sazişdən də aydın olur ki, həmin Sazişlə vergilərin hansı dövlətdə tutulması konkret müəyyənləşmişdir. Mübahisənin həlli zamanı da bu hal rəhbər tutulmalıdır. Əgər sözügedən şirkət vergiyə cəlb edilməli dövlətdə ümumi dövriyyəsini, gəlirlərini düzgün bəyan etməmişdirsə, bu hal artıq həmin dövlətlə o dövlətin hüquqi şəxsi arasındakı məsələdir. Hazırki mübahisə zamanı razılığa gələn digər dövlətin qanunvericilik normalarına istinad edilərək, digər dövlətdə düzgün bəyan edilməmə halları araşdırılmamalıdır. Apellyasiya şikayətinin dəlili olan “nümayəndəlik tərəfindən 2017-2018-ci illərin müvafiq dövr üzrə təqdim olunan ödəmə mənbəyində tutulan vergi bəyannaməsində müəssisə ilə bağlı 21.917.685,12 manat məbləği üzrə ödənişin aparılması və həmin ödənişlə bağlı 2.191.768,55 manat verginin hesablanmasının göstərilməsinə baxmayaraq, müəssisənin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunan DTA-05 formasında qaytarılmalı vergi məbləği 2.249.995,4 manat göstərilməsi” ilə bağlı Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin fikri ilə razılaşmayaraq bildirir ki,həmin hissədə cavabdeh inzibati orqanın dəlilləri əsaslıdır. Belə ki, iş materiallarından da göründüyü kimi, “X2 X6 San ve TİC.LTD.ŞTİ”şirkəti ilə “X11 Mühendislik Sanayi Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında “Kadastr xidməti” və “Texnologiyaların inkişafı və Texnologiyaların transfer edilməsi” ilə bağlı 3 müqavilənin cəmi dəyəri 13.233.334,0 ABŞ dolları təşkil etmişdir (22.496.667,8 AZN) təşkil edir və hər bir müqavilənin şərtinə əsasən bu məbləğə Azərbaycan Respublikasında ödəmə mənbəyində tətbiq olunan 10 % dərəcə ilə vergi məbləği daxildir və qeyri-rezidentə vəsait köçürülərkən vergilər çıxıldıqdan sonra qalan ümumi məbləğ 11.910.000,0 ABŞ dolları (20.247.000,0 AZN) təşkil edir. Nümayəndəlik tərəfindən 2017-2018-ci illərin müvafiq dövr üzrə təqdim etdiyi ÖMV bəyannaməsində qeyri-rezident şəxs olan “X2 X6 San ve TİC.LTD.ŞTİ”şirkəti ilə bağlı 21.917.685,12 manat məbləği üzrə ödənişin aparılması və həmin ödənişlə bağlı 2.191.768,55 manat verginin hesablanması göstərilmişdir. Lakin iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunan DTA-05 formasında qaytarılmalı vergi məbləği 2.249.995,4 manat göstərilmişdir. Yəni, iddiaçı müqavilə əsasında görülmüş işlərlə bağlı ödəmə mənbəyindən tutulmuş vergilərin geri qaytarılması ilə əlaqədar DTA-05 formasında qaytarılmalı vergi məbləğini 58.226.85 manat artıq qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, DTA-05 formasında qaytarılmalı vergi məbləğinin 58.226.85 manat artıq göstərilməsinə münasibətdə iddiaçı tərəfindən hər hansı bir tutarlı əsas təqdim edilməmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qərar qismən ləğv edilməli, iddia DTA-05 formasında ərizənin qaytarılmalı vergi məbləği 2.191.768,55 manat olmaqla təsdiq edilməklə müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X2 X6 San. Ve Tic. LTD ŞTİ” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərarı qismən- DTA-05 ərizəsində qeyd edilmiş qaytarılmalı vergi məbləğinin 58.226.85 manat (2.249.995,4 man- 2.191.768,55 man) hissəsinə münasibətdə ləğv edilsin. İddia qismən təmin edilsin. “X2 X6 San. ve Tic. LTD.Şti” Şirkətinin görülmüş işlərlə bağlı ödəmə mənbəyindən tutulmuş 2.191.768,55 manat verginin geri qaytarılması ilə əlaqədar DTA-05 ərizəsinin təsdiq edilərək müvafiq rəyin tərtib edilməklə müvafiq maliyyə orqanına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2031/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2031/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver