Məhkəmə qərarları › İş №2-1(103)-2112/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2112/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2112/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı cavabdeh tərəfindən qəbul edilmiş 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texnika elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsininnin verilməsindən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçıya 2004.01-“Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texnika elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1722/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı cavabdeh tərəfindən qəbul edilmiş 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texnika elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsininnin verilməsindən imtina edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texnika elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı İldir oğlu 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunu “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə bitirib, Bakı “Radioquraşdırma” İstehsalat Birliyində gənc mütəxəssis statusu ilə istehsalat fəaliyyətinə başlamışdır. 1987-ci ildə isə “SUGEO” ÜETİ-nun Bakı filialında aspiranturaya daxil olub, istehsaldan ayrılmadan elmi fəaliyyətlə məşğul oldu. 1991-ci ildə isə “Разработка технологии очистки и повторного использования смазочноохлаждающих жидкостей и ее оптимизация” mövzusunda namizədlik dissertasiyasını tamamlayıb, Azərbaycan Sənaye Universiteti nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış elmi şurada 05.14.14 - X4 (istilik hissəsi) ixtisası üzrə müdafiə edib SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasından X8 elmi dərəcəsinin diplomunu aldı. Bundan sonra, elmi fəaliyyətini elə həmin mövzu ətrafında daha dərin elmi araşdırmalar aparmaqla müstəqil davam etdirdi. Bu dəfə təmizləmə prosesində tətbiq edilən vibrasiyalı maşınlar və texnologiyaların işlənib hazırlanması və tətbiq olunmasına daha çox üstünlük vermişdir. Təbii ki, həmin vaxtlar mexanika elminin sırf bu sahəsi ilə Azərbaycanda məşğul olan nə bir alim, nə də bir kafedra yox idi. Bu səbəbdən bu sahədə yerinə yetirdiyi işi 1998-ci ildə Rusiya Federasiyasının Kursk şəhərində yerləşən X9 Universitetinin nəzdində fəaliyyət göstərən “Vibrotexnika” laboratoriyasına və həmin universitetin “Nəzəri mexanika və X5” kafedrasına göndərdi. İşlə tanış olan kafedranın müdiri t.e.d., professor S.F.Yatsun bu işin çox maraqlı və aktual bir mövzuya həsr olunduğunu və daha da dərindən araşdırılmasına ehtiyacın olduğunu bildirdi. İddiaçı elə həmin vaxtdan başlayaraq bu kafedra ilə birgə araşdırmalarını davam etdirdi. 1999-cu ildə artıq həmin kafedranın əməkdaşları ilə müştərək bir neçə məqaləsi və bir monoqrafiyası çap olundu. Sonra isə belə bir ortaq qərara gəldilər ki, o, təhsilini KDTU-nin “NM və MMN” kafedrasının doktoranturasında davam etdirsin. 2000-ci ildə iddiaçını doktoranturaya qəbul etdilər və konkret olaraq bu sahə üzrə “Динамика и синтез технологических вибромашин с электромагнитным виброприводом, применяемых для очистки сточных вод” adlı dissertasiya mövzsunu təsdiqlədilər. 2000-2004-cü illərdə doktoranturada təhsil alıb, dissertasiya mövzusunu da tamamladı və dissertasiya işinin Rusiya Federasiyasında müdafiə olunması məqsədilə mövcud tələblərə uyğun olaraq sənədlərini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etdi və 2005-ci ilin iyun ayında razılıq məktubunu alıb KDTU-ya təqdim etdi. 2005ci ilin noyabr ayında seminar təşkil olundu və seminarda çıxış edib əsas müdafiəyə buraxıldı. Qərar belə oldu ki, 2006-cı ilin yanvar ayında RF NK yanında AAK-nın Bülletenində müdafiənin günü haqqında elan verməlidir. Həmin vaxt Azərbaycan Pedaqoji Universitetində 0,5 ştat vahidi müəllim vəzifəsində işləyirdi. 2005-ci ilin dekabr ayında onu çağırıb "xxxx" ASC-nin Sumqayıt İstehsalat Sahəsinə İstehsal direktoru vəzifəsinə göndərdilər. xx.xx.2005-ci il tarixdə iddiaçı bu vəzifəni qəbul etdi və işin həddən artıq çox olması səbəbindən nə elan yerləşdirməyə, nə də müdafiəyə gedə bilmədi. Amma bütün bunlara baxmayaraq, elmi fəaliyyətini davam etdirdi. 2014-cü ildə X9 Universitetində yenidən dissertasiya işinin ilkin müzakirəsi keçirildi və müvafiq sənədləri yenidən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etdi. 2015-ci ilin iyul ayında dissertasiya işinin müdafiəsinin təşkili üçün Milli Aviasiya Akademiyasına məktub göndərildi və çap olunmuş elmi əsərlərinin say və kateqoriya üzrə bütün tələblərə cavab verməsinə baxmayaraq məktubda qeyd etdilər ki, WoS indeksli jurnallarda 3 məqalə çap etdirdikdən sonra müdafiə təşkil olunsun. O bildirəndə ki, çap olunmuş əsərləri AAK-nın bütün tələblərini artıqlaması ilə ödəyir, yoldaşlardan bir neçəsi ona xəbərdarlıq etdi ki, bunlarla bir qədər ehtiyatlı ol, işini çətinə salarlar, onsuz da çətindədir, çünki, onu müdafiə edəcəyi ixtisas üzrə bir nəfər də mütəxəssisi olmayan Elmi Şuraya göndərmişdilər (sonradan həmin Şuraya kənardan 5 nəfər ixtisasçı dəvət edib birdəfəlik elmi şura yaratdılar, baxmayaraq ki, bu ixtisas üzrə respublikada bir neçə Elmi Şura mövcud idi). İşin əsas hissəsi bundan sonra başladı. Belə ki, iddiaçını çağırıb dedilər ki, 3 məqalə hazırlasın və verilmiş telefon nömrəsi ilə əlaqə saxlayıb, məqalələri təhvil versin. Üstündən 2,5 il keçdi, onu çağırıb həmin məqalələrin çap olunmuş versiyalarını ona verdilər. Verdikləri bu məqalələrdən birinin mənbəyi tapıldı, ikisi isə saxta çıxdı. X10 elmi katibi ilə görüşüb, göstərilən ünvanda məqalənin çap olunduğunu ona söylədi və bu da hər şeyin əvvəldən qaydasında olduğunu gördükdən sonra onun müdafiəyə buraxılma məsələni gündəmə gətirdi və məsələ də belə həll olundu. O, xx.xx.2018-ci il tarixində doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə edib 2019-cu ilin fevral ayında bütün əlaqədar sənədləri toplayıb AAK-na təhvil verdi. 2019-cu ilin iyun ayında zəng gəldi ki, işi bu gün AAK-nın nəzdindəki Ekspert Şurasında müzakirə olundu və yekdil səslə Ekspert şurasından keçdi. 2020-ci il oktyabr ayının sonu noyabr ayının əvvəlləri idi ki, telefondan bir zəng gəldi və telefondakı xanım bildirdi ki, onun WoS-da 1 məqaləsi çatmır. O da bildirdi ki, 2016-ci ildə Hindistanda çap olunmuş bir məqalə və bir də patent var. Həmin xanıma bir daha məsələyə diqqətlə yanaşmalarını xahiş etdi və 2000-2001-ci ildə İspaniya və Almaniyada WoS-da indekslənmiş məqalələrinin, Rusiya Federasiyasından aldığı daha 5 ədəd Beynəlxalq kateqoriyalı patentinin olduğunu bildirdi. Bu söhbətin üstündən təxminən bir ay keçmiş həmin nömrəyə zəng edib məsələnin nə yerdə olduğunu soruşdu. Xanım bildirdi ki, heç bir irəliləyiş yoxdur. Mümkünsə WoS-da indekslənmiş bir məqalə çap etdirsin, əgər istəsə Şöbə müdiri (hal-hazırdasədrin birinci müavini) burdadır, onunla da danışa bilər. İddiaçı xahiş etmişdir ki, telefonu şöbə müdirinə versin, belə ki, pandemiya dövrü olduğu üçün qəbul keçirilmirdi. Müdirlə danışarkən o da eyni şeyləri bildirdi. İddiaçı bildirmişdir ki, onun daha 5 Patenti var, bunu niyə nəzərə almır. O iddiaçıya demişdir ki, onlar patent deyil, “svidetelstvo na poleznuyu model”dir. Söhbət əsnasında iddiaçı bildirmişdir ki, 2003-cü ilə qədər “Svidetelstvo” verilirdi, 2003-cü ildən sonra patent verdilər. O da iddiaçıya bildirmişdir ki, əgər belə olsa onda qəbul edib kömək edəcək. İddiaçı da Moskvadakı müvafiq təşkilatla yazışma apardı və bütün yazışmaları da şöbəyə göndərdi. Yazışmanın cavabı da bu oldu ki, Patent na poleznuyu model və Svidetelstvo na poleznuyu model tam olaraq eyni şeydir. Bu cavabı onlara göndərəndən sonra onlar bu məsələyə bir daha baxmayacaqlarını bildirərək ya bir ədəd Patent, ya da WoS indeksi bir məqalə çap etdirməyini israrla tələb etdilər. Təbii ki, keçən bu vaxt ərzində əvvəlki axarla yeni məqalələr hazırlayıb xarici jurnallara, beynəlxalq konfranslara göndərirdi. Bunlarla yanaşı, bir Patent üzərində də çalışıb, Vibrotexnika laboratoriyasından olan əməkdaşlarla həmmüəllif olaraq RF-nın patent idarəsinə göndərdi. Təxminən 6 ay müddətində bir vaxt keçdikdən sonra Patentin qəbul olunması haqqında məktub aldı. Sonra Patentin özünü əldə edib yeni şöbə müdirinə göndərdi. Bundan sonra bir neçə həftə telefonlarına cavab vermədi, nəhayət uzun müddətdən sonra cavab verdi və acıqlı şəkildə ona bildirdi ki, bu patent deyil. Bu dəfə də əvvəlki cavabları verib, yenə də bu patentin patent olmadığını bildirdi. 2023-cü ilin iyun ayında AAK-nın sədri qəbuluna yazılıb bütün bu məsələlərə aydınlıq gətirmək üçün AAK-nın ofisinə getdi. İddiaçıya verilən suala “Sənin namizədlik dissertasiyanın ixtisas şifri ilə doktorluq dissertasiyanın müvafiq şifri nə üçün fərqlidir?” iddiaçı bildirmişdir ki,- “hər dissertasiyanın öz pasportu var və işlər də bu pasportlara uyğun yerinə yetirilib - hər ikisi texnika sahəsinə aiddir”. İddiaçı işinin elmi yeniliklərini danışmışdır. Böyük bir cümləni təxminən yarıya qədər söyləmişdi ki, acıqla sözünü kəsib məhz iddiaçının rusca danışmalı olduğunu tələb etdi. 5 məqaləsi WoS-da, 9 məqaləsi SCOPUS-da indekləşərək dünyanın nüfuzlu jurnallarında çap olundu və nəhayət yenidən onu xx.xx.2023-cü ildə Ekspert şurasında çıxış etmək üçün çağırdılar (bir gün əvvəl ona belə bir məlumat daxil oldu ki, rəyçini təkidlə israr edirlər ki, mənfi rəy yazsın və bu işdə plagiatlığın olduğunu göstərsin). İclas başladı və Ekspert Şurasının sədri professor Vaqif Qasımov dissertasiya işindəki Elmi yeniliklərdən danışmağını bildirdi və iddiaçı da elmi yenilikləri danışdı. Növbəti sualı bu oldu ki, “deyirsən bu mövzuda olan işi ilk dəfə sən yerinə yetirmisən?” Sonda prof. Qasımov bir daha soruşdu ki, “sən təsdiq edirsən ki, bu işi ilk dəfə sən işləmisən də?” İddiaçı belə bir xatırlatma etdi ki, bura AAK-dır və bütün dissertasiyalar burada ekspertizadan keçir. Bildirilmişdir ki, rəyçinin iradları var, mümkünsə, bu iradlara rus dilində cavab verilsin. İddiaçı bildirmişdir ki, burda Azərbaycan vətəndaşı olaraq iştirak edir və AAK-nın tələbləri çərçivəsində də sualları cavablandıracaq. Bütün suallara da Azərbaycan dilində cavab verdi. Nəticəni nə ekspert şurasının üzvlərinə və nə də ona elan etmədən iclası qapalı elan etdilər. Fevral ayında bir məktub aldı və bu məktubda onun işinə heç bir səbəb göstərmədən imtina yazılmışdır. Apellyasiya şikayəti yazıb, onun dissertasiya işinin Ekpertizasının yenidən keçirilməsini xahiş etdi və xahişi qəbul edildi. Onu xx.xx.2024-cü il tarixində AAK-ya dəvət etdilər. Kifayət qədər aktiv müzakirə getdi və rəyçi tərəfindən yazılan iradlar və digər verilən sualların hamısı müsbət cavablandırıldı. Dissertasiya işində 19 səhifədə plagiatlığın olduğunu bildirdi. İddiaçı bu məsələnin elə bu iclasda aydınlaşdırılmasını tələb etdi. Məhz Loktionova adlı bir müəllifin işindən istifadə edib. İddiaçı bildirmişdir ki, X1 ilə eyni kafedranın doktorantı olmuş və onunla 2 monoqrafiyada və 10-dan artıq məqalədə həmmüəllif olmuşdur. Burada heç bir plagiatlıqdan söhbət gedə bilməz. Digər bir tərəfdən, iddiaçının işi 2004-cü ildə müdafiəyə buraxılıb, Loktionova isə 2008-ci ildə müdafiə edib. Daha sonra isə qeyd etdi ki, plagiatlığın da konkret icazə verilən həddi var. Əgər dediyi 19 səhifənin hamısı başdanbaşa plagiatdırsa belə, cəmi 5,4% edər, amma iddiaçının işi son 6 ildir onlardadır və həmişə də soruşanda deyilib ki, hər şey qaydasındadır, ancaq bir məqaləsi çatmır. Bununla da görüşü başa çatdı və koridora çıxdıqdan sonra yenə də əvvəlki kimi səsvermə keçirilir və nəticəsi elan olunmadan bülletenlər götürülüb iclas otağından çıxarılır. Nəticədə isə, yenə də eyni ssenari - diplom gözlədiyi halda may ayının sonunda imtina aldı. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və etirazını onunla əsaslandırılmışdır ki, İddiaçı “Динамика и синтез технологических вибромашин с электромагнитным виброприводом, применяемых для очистки сточных вод (Çirkab suların təmizlənməsi üçün tədbiq edilən elektromaqnit vibroötürücülü texnoloji vibromaşınların dinamikası və sintezi”) mövzusunda dissertasiya işi və attestasiya sənədləri Milli Aviasiya Akademiyası nəzdindəki B/D.06.001 dissertasiya şurasının xx.xx.2019-cu il tarixli, 92 nömrəli vəsatəti ilə xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına daxil olmuşdur. İddiaçının dissertasiya işi və attestasiya sənədlərinin Komissiyada ekspertizası zamanı müəyyən edilmişdir ki, Əsasnamənin tələblərinə uyğun olaraq, beynəlxalq xülasələndirmə və indekslənmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda iddiaçının məqaləsi mövcud deyil. Bununla bağlı iddiaçıya məlumat verilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində iddiaçı yeni dərc olunmuş məqaləsini təqdim etmişdir. Həmin məqalələr 2023-cü ilin dekabr ayında beynəlxalq xülasələndirmə və indekslənmə sistemlərinə (bazalarına) daxil edilmişdir. X2 xx.xx.2023-cü il tarixli qərarı ilə dissertasiya işi və attestasiya sənədləri rəy verilməsi məqsədilə özü dəvət olunmaqla Texnika elmləri üzrə ekspert şurasına göndərilmişdir. Ekspert şurasının xx.xx.2023-cü il tarixli qərarı ilə 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında İddiaçı texnika elmləri doktoru elmi dərəcəsi verilməsi X6 tövsiyə edilməmişdir. İddiaçı ekspert şurasının iclasında şəxsən iştirak etmişdir. Texnika elmləri üzrə ekspert şurasının tövsiyəsi nəzərə alınaraq Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texnika elmləri doktoru elmi dərəcəsi verilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli apellyasiya ərizəsi ilə işinə yenidən baxılması xahişi ilə Komissiyaya müraciət etmiş və Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli qərarı ilə dissertasiya işi və attestasiya sənədləri rəy verilməsi məqsədilə özü dəvət olunmaqla Texnika elmləri üzrə ekspert şurasına göndərilmişdir. Ekspert şurasının xx.xx.2024-cü il tarixli qərarı ilə 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında İddiaçı texnika elmləri doktoru elmi dərəcəsi verilməsi X6 tövsiyə edilməmişdir. İddiaçı ekspert şurasının iclasında şəxsən iştirak etmişdir. Texnika elmləri üzrə ekspert şurasının tövsiyəsi nəzərə alınaraq Rəyasət Heyətinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı 2004.01 - “Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi” ixtisasında texnika elmləri doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi haqqında Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli qərarı qüvvədə saxlanılmışdır. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının İddiaçı elmi dərəcənin verilməsindən imtina edilməsi barədə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 1722/2025 saylı qərardanında göstərilmişdir ki, “ ... İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi və vəkili elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin “Ekspert Şurasının xx.xx.2023-cü il tarixli 17 saylı və xx.xx.2024-cü il tarixli 04 saylı qərarlarının ləğv edilməsi (İPM-nin 2.2.1-ci maddəsi ilə) və ən qısa müddətdə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.11 (yekun qərarı əsaslandırmaqla), 5.4 (videoçəkiliş təmin edilməklə) və 5.48-ci (Azərbaycan dilində keçirilməklə) yarımbəndlərinin tələbinə uyğun olaraq yeni iclasın keçirilməsi barədə (İPMnin 2.2.3-cü maddəsi ilə) qərar qəbul edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının hüquqi marağına uyğun iddia ilkin iddia ərizəsində qeyd edilmiş iddiadır”. Həmin qərardadla iddianın dəyişdirilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1722/2025 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia ərizəsi rədd edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş, apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq şikayətdə qeyd olunmuşdur ki, mübahisəli məhkəmə qərarının 36-cı bənində məhkəmə qeyd etmişdir ki, səhvəsinin da qeyd edilmişdir ki, AAK-ınTexnika Elmləri üzrə X7 protokol (iclas zamanı aparılan müzakirələr qeyd edildiyinə görə stenoqram hesab etmək olar) faktiki olaraq Azərbaycan dilində tərtib olunduğunu nəzərə alaraq qeyd etmək lazımdır ki, imtinanın səbəbi (cavabdehin də qeyd etdiyi kimi) iddiaçının Azərbayan dilində çıxış etməsi ilə bağlı deyildir. İddiaçıya AAK-ın Texnika Elmləri üzrə Ekspert Şurasının iclası zamanı rus dilində danışmaq elmi işi rus dilində olduğu üçün təklif edilmiş, iddiaçı isə Azərbaycan dilində danışmaq istədiyini bildirmişdir. İclas iddiaçının istəyinə uyğun olaraq (protokoldan göründüyü kimi) Azərbaycan dilində keçirilmişdir. Bununla bağlı sual olunur:nə vaxtdan iclas zamanı aparılan müzakirələrin qeyd edildiyi protokol stenoqram hesab olunur? Bu halın özü bir daha təsdiq edir ki, işə baxan hakim təqdim edilmiş sübutları bilərəkdən görməzdən gəlmiş, qanunun tələblərinə öz mülahizəsinə uyğun, bilavasitə cavabdehin mənafeyinə hesablanmış qayada şərh vermişdir. Əgər belə olmasa idi, qərar qəbul etmiş hakim stenoqram ilə protokolu qarışdıra bilməzdi. Yaxudda stenoqram ilə protokolun nə olduğunu qərarında açıq-aşkar şəkildə izah edərdi. Ekpertlər arasında iclasın rus dilində keçirilməsiilə bağlı açıq səsvermə keçirilərək səs çoxluğu qərar qəbul edilmədən iddiaçıya rus dilində danışması tələbinin qəyulması kobud qanun pozuntusu hesab edilməlidir. İclas zamanı İddiaçı rus dilində danışması tələbi qoyulması qərar qəbul edən şəxslərin ona qarşı olan qərəzindən xəbər verir. Belə ki, İddiaçı sullara rus dilində cavab verməsi tələb olunmuş, lakino, suallara Azərbaycan dilində cavab vermişdir. Yəni, İddiaçı təlimatıntələblərinə riayət etmiş, lakin eksperlər tərəfindən təlimatın tələbləri pozulmuşdur. (əgər AAK-n texniki elmlər üzrə eksert şurasının 01 noyabr 2023-cü il tarixli iclasının video görüntüsü məhkəməyə təqdim edilsə iclasda baş vermiş pozuntular açıq aşkar görünəcək. Amma təssüf ki, iclasın videoçəkilişi aparılmamışdır). Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarının forması müəyyən edilmişdir. Ekspert şurasının sədri, Ekspert şurasının elmi katibi və rəyçi qəbul edilmiş qərarı imzalamalıdır. Lakin, elmi dərəcənin verilmasina dair dissertasiya ve attestasiya sənədlərinin ekspertizası əsasında ekspert şurasının nə 01 noyabr 2023-cü il tarixli qərarında, nədə ki, 01 may 2024-cü il tarixli qərarında rəyçinin imzası yoxdur. Amma, mübahisəli məhkəmə qərarının 12-ci səhvəsində da hakim göstərimişdir ki, məhkəmə rəyçinin həmin tövsiyyə ilə razı olmadığı üçün imzalamadığı qənaətindədir. Məhkəmə qərarında rəyçinin həmin tövsiyyə ilə razı olmadığı üçün imzalamadığı qənaətinə gəlməsi kobud qanun pozuntusudur. Belə ki, Ekspert şurasının sədrinin, Ekspert şurasının elmi katibinin və rəyçinin qəbul edilmiş qərarı imzalamalı kimi qanuni tələb imperativdir. Yəni qəbul edilmiş qərar hər üç şəxs tərəfindən imzalanmalıdır. Amma, hər iki qərara fikir verdikdə açıq-aşkar görünür ki, qərarlarda rəyçinin imza atması üçün yer belə göstərilməyib. Bu halın özü belə sübut edir ki, qəbul edilmiş qərar imzalanmaq üçün rəyçiyə təqdim edilməmişdir. AAK-n texniki elmlər üzrə eksert şurasının 01 noyabr 2023cü il tarixli və 01 may 2024- cü il tarixli iclasların nəticəsində qəbul edilən qərarlar əsaslandırılmamışdır. Lakin, buna baxmayaraq, məhkəmə qərarının39-cı bəndində qeyd edilmişdir ki, dissertasiya şurası tərəfindən qəbul edilmiş qərarlardan fərqli olaraq və Azərbaycan Respublikası Prezidentinin2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamədə, nə də “Ekspert şuraları haqqında” Əsasnamədə ekspert şurası tərəfindən AAK-ya təqdim edilən tövsiyənin əsaslandırılması tələbi isə yoxdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Texniki elmləri üzrə ekspert şurasının dissertasiya və attestasiya sənədlərinin ekspertizası əsasında ekspert şurasının tövsiyəsi elmin müvafiq sahələrində görkəmli alim və mütəxəssislərdən ibarət tərkibdə səsvermə yolu ilə iclasda iştirak edən şura üzvlərinin səsverməsi əsasında qəbul edildiyi üçün əsaslandırılması zərurəti də yoxdur. Belə ki, iclasın gedişatını özündə əks etdirən protokol tərtib edilir. Həmin protokol da iş materiallarına əlavə edilmişdir. Amma, qəbul edilmiş edilmiş qərarın əsaslandırılmasına zərərurətin olmaması ilə bağlı məhkəmə gəldiyi nəticəni əsaslandıra bilməmişdir. Bu zaman sual olunur:iclasın gedişatını özündə əks etdirən protokolu məhkəmə hansı əsasla qəbul edilmiş qərarın əsaslandırması kimi nəzərə almışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirmişdir ki, “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamənin 5.48-ci bəndinə əsasən dissertasiyanın müdafiəsi, bir qayda olaraq, Azərbaycan dilində keçirilir. Dissertasiya şurası üzvlərinin və rəsmi opponentlərin açıq səsverməsi əsasında səs çoxluğu ilə qəbul olunmuş qərarla dissertasiyanın müdafiəsi, sinxron tərcümə təmin edilməklə, digər dildə keçirilə bilər. Lakin mübahisəli məhkəmə qərarının 36-cı bəndində məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Texnika Elmləri üzrə X7 protokolu (iclas zamanı aparılan müzakirələr qeyd edildiyinə görə stenoqram hesab etmək olar) faktiki olaraq Azərbaycan dilində tərtib olunduğunu nəzərə alaraq qeyd etmək lazımdır ki, imtinanın səbəbi iddiaçının Azərbayan dilində çıxış etməsi ilə bağlı deyildir. İddiaçıya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Texnika Elmləri üzrə Ekspert Şurasının iclası zamanı rus dilində danışmaq elmi işi rus dilində olduğu üçün təklif edilmiş, iddiaçı isə Azərbaycan dilində danışmaq istədiyini bildirmişdir. İclas iddiaçının istəyinə uyğun olaraq Azərbaycan dilində keçirilmişdir. Lakin bununla bağlı sual olunur: nə vaxtdan iclas zamanı aparılan müzakirələrin qeyd edildiyi protokol stenoqram hesab olunur. Protokol və stenoqram eyniləşdirilə bilməz. Belə ki, protokoldan fərqli olaraq stenoqram hər hansı iclas, konfransda çıxışların qısa və yığcam şəkildə sənədəşdirilməsini nəzərdə tutur. İddiaçıya rus dilində danışması tələbinin qoyulması (bu hal protokolda da öz əksini tapır) “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamənin tələblərinə ziddir və kobud qanun pozuntusu hesab edilməlidir. İddiaçı rus dilində danışa bilir. Təlimatın tələbləri ilk iclasdan başlayan andan Ekspert şurasının eksperləri tərəfindən pozulmuşdur. İddiaçı bu barədə özünün təlimatın tələblərinə əməl etdiyini bildirərək dissertasiyanın müdafiəsinin, bir qayda olaraq, Azərbaycan dilində keçirilməli olduğunu bildirmişdir. Müdafiənin digər dildə keçirilməsi iddiaçının müraciəti ilə dissertasiya şurası üzvlərinin səs çoxluğu ilə təmin edilir. Bununla bağlı protokolda müvafiq qeydlər olmalıdır. Bu hal özü də iddiaçıya qarşı qərəzli mövqeyin bir nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarının forması müəyyən edilmişdir. Ekspert şurasının sədri, ekspert şurasının elmi katibi və rəyçi qəbul edilmiş qərarı imzalamalıdır. Lakin, elmi dərəcənin verilməsinə dair dissertasiya ve attestasiya sənədlərinin ekspertizası əsasında ekspert şurasının nə 01 noyabr 2023-cü il tarixli qərarında, nə də ki, 01 may 2024-cü il tarixli qərarında rəyçinin imzası yoxdur. Amma mübahisəli məhkəmə qərarının 12-ci səhifəsində də hakim göstərimişdir ki, məhkəmə rəyçinin həmin tövsiyyə ilə razı olmadığı üçün imzalamadığı qənaətindədir. Məhkəmə qərarında rəyçinin həmin tövsiyyə ilə razı olmadığı üçün imzalamadığı qənaətinə gəlməsi kobud qanun pozuntusudur. Belə ki, ekspert şurasının sədrinin, ekspert şurasının elmi katibinin və rəyçinin qəbul edilmiş qərarı imzalamalı kimi qanuni tələb imperativdir. Yəni qəbul edilmiş qərar hər üç şəxs tərəfindən imzalanmalıdır. Amma hər iki qərara fikir verdikdə açıq-aşkar görünür ki, qərarlarda rəyçinin imza atması üçün yer belə göstərilməyib. Bu halın özü belə sübut edir ki, qəbul edilmiş qərar imzalanmaq üçün rəyçiyə təqdim edilməmişdir. Əgər rəyçi qəbul edilmiş qərarın imzalanması ilə razı deyildisə, bununla bağlı protokolda qeyd aparılmalı və ya akt tərtib olunmalı idi. Qərarda rəyçinin adı belə qeyd olunmamışdır. Bunun səbəbi isə rəyçinin iddiaçının dissertasiya işinə münasibətdə müsbət rəy verməsidir. İşə həm hüquqi, həm də mənəvi tərəfdəm yanaşmaq lazımdır. Belə ki, dünya alimləri tərəfindən iddiaçının elmi işlərinə 146-dan çox istinadlar edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının texniki elmlər üzrə eksert şurasının 01 noyabr 2023-cü il tarixli və 01 may 2024-cü il tarixli iclasların nəticəsində qəbul edilən qərarlar əsaslandırılmamışdır. Halbuki Təlimatın tələblərinə əsasən qəbul edilən qərar mütləq şəkildə əsaslandırılmalıdır. Lakin, buna baxmayaraq, məhkəmə qərarının 39-cı bəndində qeyd edilmişdir ki, dissertasiya şurası tərəfindən qəbul edilmiş qərarlardan fərqli olaraq və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli, 728 saylı Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamədə, nə də “Ekspert şuraları haqqında” Əsasnamədə ekspert şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilən tövsiyənin əsaslandırılması tələbi yoxdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Texniki elmləri üzrə ekspert şurasının dissertasiya və attestasiya sənədlərinin ekspertizası əsasında ekspert şurasının tövsiyəsi elmin müvafiq sahələrində görkəmli alim və mütəxəssislərdən ibarət tərkibdə səsvermə yolu ilə iclasda iştirak edən şura üzvlərinin səsverməsi əsasında qəbul edildiyi üçün əsaslandırılması zərurəti də yoxdur. Belə ki, iclasın gedişatını özündə əks etdirən protokol tərtib edilir. Həmin protokol da iş materiallarına əlavə edilmişdir. Amma qəbul edilmiş edilmiş qərarın əsaslandırılmasına zərurətin olmaması ilə bağlı məhkəmə gəldiyi nəticəni əsaslandıra bilməmişdir. Bu zaman sual olunur: iclasın gedişatını özündə əks etdirən protokolu məhkəmə hansı əsasla qəbul edilmiş qərarın əsaslandırması kimi nəzərə almışdır. Bu halın özü də bir daha təsdiq edir ki, hakim işə qərəzli yanaşmış, iddiaçının xeyirinə olan halları bilərəkdən onun ziyanına şərh etmidir. Belə ki, “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamənin 4.11-ci bəndinə əsasən, dissertasiya şuraları dissertasiyaların qiymətləndirilməsi zamanı obyektivliyin təmin olunmasına, iddiaçının yüksək ixtisaslı elmi kadr səviyyəsinə uyğunluğuna və qəbul edilən qərarların əsaslandırılmasına görə cavabdehdirlər. Bu isə dispozitiv deyil, imperativ normadır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası kollegial qurumdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyəti Komissiyasının Əsanaməsi və “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsanamə ilə tənzimlənir. İddiaçının qeyd etmiş olduğu məqamların böyük eksəriyyəti həqiqəti əks etdirmir. Belə ki, iddiaçının işi 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına daxil olmuşdur. 2019-cu ildən əvvəlki məsələlər hazırki mərhələdə müzakirə olunmalı deyil. Qarşı tərəf “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamənin 5.48-ci bəndinə əsasən, dissertasiya müdafiəsinin, bir qayda olaraq, Azərbaycan dilində keçirilirməli olduğunu qeyd edir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına dessertasiya işi, işin müdafiəsi bitdikdən sonra sonra daxil olur. Yekun sənədlər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim olunur. Daha sonra dessertasiya işi ekspert şuralarına göndərilir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Əsanaməsində də qeyd olunur ki, fəlsəfə doktoru və dossent elmi adlarının verilməsi barədə qərar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının kollegiyası tərəfindən qəbul edilir. Elmlər doktoru və professor elmi adlarının verilməsi barədə qərar isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti tərəfindən qəbul edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvləri isə Ali Attestasiya Komissiyasının əməkdaşları deyillər. Dissertasiya şürasının özündə müdafiə Azərbaycan dilində olmalıdır. X11 Komissiyasına gəldikdə isə burada işin ətraflı yoxlanışı həyata keçirilir. İlk növbədə dissertasiya işinin şəxsin özü tərəfindən yazılıb-yazılmadığı müəyyənləşdirilir. Bu kimi məsələlərin araşdırılması üçün Ali Attestasiya Komissiyası tərəfindən fərqli elm sahələri üzrə ekspert şuraları yaradılır. İddiaçı alimlər qarşısında çıxış etmişdir. İddiaçı barəsində qərarı da məhz həmin alimlər verir. Yekun qərar isə Azərbaycan Respublikasının Prezident Administrasiyasının təsdiq etdiyi akademiklər tərəfindən verilir. Dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Komissiyasına daxil olandan yekun qərar verilənədək çoxsaylı şəxslər tərəfindən işə baxılır. Qarşı tərəf protokolda uyğunsuzluqların mövcud olduğunu bildirir. Lakin qeyd edilir ki, hazırda protokol deyil, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı mübahisələndirilir. Qeyd edilməlidir ki, ekspert tövsiyəsi ekspert rəyinin mənfi və ya müsbət olması əsasında verilmir. Ekspert tövsiyəsi elmi işin halları, şəxsin suallara hansı səviyyədə cavab verməsi kimi əsalara görə verilir. Ali Attestasiya Komissiyasının hər hansı bir ekspertə müdaxilə etmək kimi bir səlahiyyəti mövcud deyil. Həmçinin qeyd edim ki, rəyçinin məxfiliyi təmin edilir. Cavabdeh tərəfindən alimlərin rəyçilərlə əlaqəsinin qarşısının alınması üçün bir-sıra metodlar tətbiq edlir. Lakin qarşı tərəf bu kimi tələblərə məhəl qoymayaraq rəyçinin kim olduğunu artıq öyrənib. Hətta bu hal cinayət tərkibli əməldir. Lakin elmi dərəcə rəyin müsbət və ya mənfi olması səbəbindən verilmir. Dissertasiya üçün yaradılmış ekspert şurasında şəxsin çıxışı nəticəsində ekspertlərin verdiyi tövsiyə əsasında işə baxılır. Ekspertin 1-2 cümlə əsasında rus dilində çıxış etmə tələbi isə tam əsaslıdır. Şəxs digər xarici dildə elmi iş yaza bilər. Bununla bağlı da ekspertin şəxsin başqa dildə yazdığı işi, həqiqətən də, özünün yazıb-yazmaması ilə bağlı şəxsdən həmin dildə çıxış etməsini tələb edə bilər. Ekspertlər iddiaçının cavablarını kifayət qədər əsaslı hesab etmədiyi üçün tövsiyə verməmişlər. Əsasnamənin tələblərinə uyğun olaraq, beynəlxalq xülasələndirmə və indekslənmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda şəxsin məqaləsinin olmaması ona elmi elmi dərəcənin verilməsindən imtina üçün əsasdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası işin elmi mahiyyətinə aid olmadığı (sadəcə prosedur pozuntusu hesab edildiyi) üçün həmin dövrdə elmi dərəcənin verilməsindən imtina verilmirdi. 2 dəfədən artıq şəxsə imtina edildikdə artıq 3-cü dəfə işə baxılmır. İddiaçıya 4 dəfə imtina verilməli olduğu halda, sonra 2023-cü ildə onun məqalələrinin “Web of Science”-də yerləşdirilməsindən sonra işə yenidən baxılması iddiaçıça münasibətdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərəzli mövqeynin olmadığını sübut edir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası kollegial və diskression səlahiyyətli qurumdur. Bu səbəbdən də qərar səs çoxluğu ilə qəbul edilir. İddiaçı sullara lazımi qaydada cavab verə bilmədiyi üçün ona elmi dərəcə verilməmişdir. Müvafiq qərar isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti tərəfindən qəbul edilib. Eyni zamanda cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nümayəndəsi Nümayəndə ona verilmiş suallara cavab olaraq Ekspert şurasının qərarlarında rəyçinin imzasının olmaması ilə bağlı Əsanamədə dəyişiklik ediləsini bildirmiş və bununla bağlı daha dəqiq məlumatı bir qədər aydınlaşdıraraq növbəti məhkəmə iclasında məhkəmə kollegiyasının nəzərinə çatdıra bilməyi üçün şərait yaradılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi vəsatəti əsasında məhkəmə iclası təxirə salınmış, lakin növbəti məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş və məhkəməyə aşağıdakı məzmunda ərizə ilə müraciət etmişdir: “ ... İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1722/2025 nömrəli Qərarından şikayəti üzrə Ekspert şurasının Qərarına dair bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 6.6-cı bəndinin tələblərinə müvafiq olaraq Ekspert şuralarının fəaliyyəti Komissiyanın təsdiq etdiyi “Ekspert şuraları haqqında Əsasnamə” ilə müəyyən edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ekspert şuraları haqqında Əsasnamə”nin 4.32-ci yarımbəndinə müvafiq olaraq Ekspert şurasının qərarı şuranın sədri və elmi katibi tərəfindən imzalanır. Buna müvafiq olaraq bildiririk ki, İddiaçı Ekspert şurasının qərarının qanunvericiliyə uyğun tərtib olunmamasına dair iddiası əsassızdır”. Eyni zamanda cavabdehin nümayəndəsi həmin ərizədə məhkəmə iclasına gecikəcəyini bildirmiş, məhkəmə kollegiyası tərəfindən cavabdehin nümayəndəsinin iştirakının təmin edilməsi məqsədilə məhkəmə icası 5 dəqiqə gecikmə ilə başlamış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və səhv nəticəyə gəlinmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2-1(112)-1722/2025 saylı qərarını aşağıdakılarla əsaslandırmışdır: “ ... Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnaməyə əsasən videoçəkilişi aparılaraq elektron daşıyıcıda saxlanılması tələbi dissertasiya şuralarında aparılan dissertasiya müdafiəsi zamanı imperativ xarakter daşıyır. Qeyd edilən normativ aktla Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasında iclası zamanı videoçəkilişin aparılması tələbi müəyyən edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının inzibati binası videoçəkilişin aparılması üçün əlverişsiz şəraitdə olduğu üçün Komissiyada aparılan heç bir iclasda videoçəkiliş aparılması mümkün olmur. Odur ki, hazırkı vəzyyətdə iddiaçıya qərəzli münasibət və ya ayrı-seçkilik müşahidə olunmamaqla yanaşı, iclasın audio-video yazısının aparılmasına dair tələb mövcud deyildir. Digər tərəfdən cavabdeh tərəfindın iclasın protokolu təqdim edilməklə iclas zamanı verilən suallar və cavablar ətraflı şəkildə qeyd edilmiş və iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə iclası zamanı hansı halların protokolda əks olunmadığını aşkar şəkildə bildirməmişdir. ... Məhkəmə hesab edir ki, AAK-ın Texnika Elmləri üzrə X7 protokol (iclas zamanı aparılan müzakirələr qeyd edildiyinə görə stenoqram hesab etmək olar) faktiki olaraq Azərbaycan dilində tərtib olunduğunu nəzərə alaraq qeyd etmək lazımdır ki, imtinanın səbəbi (cavabdehin də qeyd etdiyi kimi) iddiaçının Azərbayan dilində çıxış etməsi ilə bağlı deyildir. İddiaçıya AAK-ın Texnika Elmləri üzrə Ekspert Şurasının iclası zamanı rus dilində danışmaq elmi işi rus dilində olduğu üçün təklif edilmiş, iddiaçı isə Azərbaycan dilində danışmaq istədiyini bildirmişdir. İclas iddiaçının istəyinə uyğun olaraq (protokoldan göründüyü kimi) Azərbaycan dilində keçirilmişdir. ... Məhkəmə rəyçinin həmin tövsiyə ilə razı olmadığı üçün imzalamadığı qənaətindədir. Belə ki, məhkəməyə təqdim edilən protokolda rəyçinin rəyinin müsbət olduğu açıq şəkildə qeyd edilmişdir. Dissertasiya şurası tərəfindən qəbul edilmiş qərarlardan fərqli olaraq və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamədə, nə də “Ekspert şuraları haqqında” Əsasnamədə ekspert şurası tərəfindən AAK-ya təqdim edilən tövsiyənin əsaslandırılması tələbi isə yoxdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Texniki elmləri üzrə ekspert şurasının dissertasiya və attestasiya sənədlərinin ekspertizası əsasında ekspert şurasının tövsiyəsi elmin müvafiq sahələrində görkəmli alim və mütəxəssislərdən ibarət tərkibdə səsvermə yolu ilə iclasda iştirak edən şura üzvlərinin səsverməsi əsasında qəbul edildiyi üçün əsaslandırılması zərurəti də yoxdur. Belə ki, iclasın gedişatını özündə əks etdirən protokol tərtib edilir. Həmin protokol da iş materiallarına əlavə edilmişdir. .... Məhkəmə hesab edir ki, hazırkı iddia cavabdeh qurumun maddi hüquq normasının tətbiqi şərtlərinin həmin orqanın özünün diskresion səlahiyyət əsasında müəyyən olunması ilə bağlı olduğundan məhkəmə nəzarəti diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlamaqla məhdudlaşır. Yəni məhkəmənin vəzifəsi prosedurun ədalətli və müəyyən edilmiş tələblərə uyğun keçirilməsini yoxlamaqdan ibarətdir. ... Ekspert şurasının iclaslarının audi-video yazısının həyata keçirilməsinə dair imperativ tələb yoxdur, iclas və onun nəticələri protokollaşdırılmış, iclas zamanı iddiaçıya elmi işi ilə bağlı olmayan sualların verilməsi halı mövcud olmamışdır”. İlk öncə məhkəmə kollegiyası AAK-nın Texnika Elmləri üzrə X7 xx.xx.2023-cü il tarixli, 17 nömrəli protokolunun məzmununa diqqət yetirməyi zəruri hesab edir. Həmin protokoldan görünür ki, elmi katib iradları məhz rus dilində səsləndirilir, həmçinin protokolun sonuncu səhifəsində t.e.d. dos. Muxtarova G.S. ilə iddiaçı arasında aşağıdakı məzmunda dialoqun olduğu müəyyən edilir: “ ... t.e.d. dos. Muxtarova G.S.: Biz də öz dilimizə hörmət edirik və bütün dillərdən üstün hesab edirik. Lakin bizim Əsasnaməyə görə belədir ki, dissertasiya işi hansı dildə yazılıbdırsa, o dildə iddiaçı müdafiə etməlidir. Siz isə dissertasiya işi rus dilində olmağına baxmayaraq Azərbaycan dilində müdafiə etmisiniz. İddiaçılar Ekspert şurasına dəvət olunanda biz iş hansı dildə yazılıbsa həmin dildə iddiaçının danışmasını və sualları cavablandırmasını tələb edirik. Siz isə bundan imtina edirsiniz. İddiaçı: Siz hansı dildə sual vermənizdən asılı olmayaraq, mənz Azərbaycan dilində cavab verəcəm. Çünki fikrimi Azərbaycan dilində ifadə etmək mənə daha rahatdır. t.e.d. dos. Muxtarova G.S.: O zaman dissertasiyanızı da məhz Azərbaycan dilində yazmalıydınız. Bayaqdan Azərbaycan dilinə hörmət etməyinizdən, dilin üstünlüyündən danışırsız, bəs niyə işi öz dilinizdə deyil, rus dilində yazmısınız? Xahiş edirəm sualıma cavab verin. İddiaçı: Bağışlayın, səhv etmişəm. Növbəti dəfə Azərbaycan dilində yazaram”. Bundan sonra müzakirə dərhal başa çatır və səsverməyə keçirilir. Nəticədə hər hansı əlavə əsaslandırma verilmədən, iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsi verilməsinin tövsiyə olunmaması barədə qərar qəbul edilir. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli, 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamənin 5.48-ci maddəsinə əsasən, dissertasiyanın müdafiəsi, bir qayda olaraq, Azərbaycan dilində keçirilir. Dissertasiya şurası üzvlərinin və rəsmi opponentlərin açıq səsverməsi əsasında səs çoxluğu ilə qəbul olunmuş qərarla dissertasiyanın müdafiəsi, sinxron tərcümə təmin edilməklə, digər dildə keçirilə bilər. Göründüyü kimi, dissertasiyanın müdafiəsinin məhz yazıldığı dildə keçirilməli olmasına dair qanunvericilikdə hər hansı tələb mövcud deyil. Əksinə, Əsasnamə dissertasiyanın müdafiəsinin, bir qayda olaraq, Azərbaycan dilində keçirilirməsini təsbit edir. Analoji vəziyyət AAK-nın Texnika Elmləri üzrə X7 xx.xx.2024-cü il tarixli, 04 nömrəli protokolunda da öz əksini tapır, elmi katib tərəfindən yenə də iradların bir hissəsi rus dilində səsləndirilir, iddiaçı həmin iradlara Azərbaycan dilində cavab verir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd eyməyi zəruri hesab edir ki, hər iki protokolda dissertasiya işinə müsbət rəy verilməsi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında hal-hazırda protokolların deyil, qərarın mübahisələndirilməsinə istinad etsə də, məhkəmə kollegiyasının mövqeyinə görə, nə qədər ki, birinci instansiyası məhkəməsi protokol olduğu təqdirdə ekspert şurası tərəfindən qəbul edilmiş qərarın əsaslandırılmasının zəruri olmamasını qərarında göstərir, protokolların məhkəmə tərəfindən detallı araşdırılması mütləqdir. “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamənin 6.1-ci maddəsinə əsasən, fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, elmlər doktoru elmi dərəcəsinin verilməsi məsələsinə X3 baxılır və qərar qəbul edilir. Həmin Əsasnamənin 6.2-ci maddəsinə görə, elmi dərəcə almaq üçün Komissiyaya təqdim edilən dissertasiya və avtoreferat, bu Əsasnamənin 3-cü hissəsində dissertasiyaya və avtoreferata dair tələblər nəzərə alınmaqla, Azərbaycan, ingilis və ya rus dillərində, digər sənədlər Azərbaycan dilində, stenoqram isə müdafiənin keçirildiyi dildə olmalıdır. Xarici dildə dərc edilmiş elmi nəticələr, məqalələr, elmi tədbirlərin nəticələri üzrə dərc olunmuş məruzə və tezislər bu Əsasnamənin 2.16-cı bəndinin tələbləri nəzərə alınmaqla təqdim edilir. Həmin Əsasnamənin 6.3-cü maddəsinə əsasən, Komissiya dissertasiya və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. Həmin Əsasnamənin 6.6-cı maddəsinə görə, ekspert şuralarının fəaliyyəti Komissiyanın təsdiq etdiyi “Ekspert şuraları haqqında Əsasnamə” ilə müəyyən edilir. Həmin Əsasnamənin 6.7-ci maddəsinə müvafiq olaraq, Komissiyada fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi üçün təqdim olunan dissertasiyaya və sənədlərə daxil olduğu gündən üç ay, elmlər doktoru elmi dərəcəsinin verilməsi üçün təqdim olunan dissertasiyaya və sənədlərə isə daxil olduğu gündən beş ay müddətində baxılır. İş materiallarında olan sənədlərdən isə görünür ki, iddiaçıya elmlər doktoru elmi dərəcəsinin verilməsi üçün dissertasiya və müvafiq sənədlər cavabdeh inzibati orqana Milli Aviasiya Akademiyası nəzdində fəaliyyət göstərmiş ED.06.001 Dissertasiya şurasının bazasında yaradılmış B/D.06.001 Birdəfəlik dissertasiya şurasının xx.xx.2019-cu il tarixli, 92 nömrəli vəsatəti əsasında daxil olmuş və həmin sənədlərə nəinki 3 ay, heç 3 il müddətində baxılmamışdır. “Elmi dərəcələr verilməsi qaydası haqqında” Əsasnamənin 6.17-ci maddəsinə görə, Komissiya iddiaçının dissertasiyasında, avtoreferatında və dissertasiyanın əsas elmi nəticələrini əks etdirən dərc olunmuş işlərində müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə etdiyini aşkarlayarsa, baxılma mərhələsindən asılı olmayaraq, dissertasiyanın və sənədlərin ekspertizası, eyni mövzu və dissertasiya üzrə təkrar müdafiə hüququ verilmədən dayandırılır. Bu zaman iddiaçının dissertasiya işinə baxılmanı dayandırmaq haqqında ərizəsi qəbul olunmur və onun dissertasiyası və sənədləri Komissiyada saxlanılır. Göründüyü kimi, digər müəlliflərin materiallarından istifadə etdiyi aşkarlandığı halda belə Komissiya tərəfindən atılmalı olan addımlar da qanunvericilklə dəqiq və genişləndirici şərhə yol verilmədən müəyyən olunur və göründüyü kimi, həmin hallarda hazırkı iş çərçivəsində inzibati orqan tərəfindən qəbul edilmiş qərarın qəbul edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. “Ekspert şuraları haqqında” Əsasnaməyə gəldikdə isə, iş materiallarında yalnız Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin 2003-cü il 02 may tarixli (protokol № 05-R) qərarı ilə təsdiq edilmiş və 2009-cu il 06 fevral tarixli (protokol № 02-R) və 2012-ci il 04 may tarixli (protokol № 07-R) qərarları ilə əlavə və dəyişikliklər edilmiş Əsasnamə mövcuddur. Cavabdehin nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ekspert şuraları haqqında” Əsasnamənin mövcudluğuna istinad etsə də, həmin sənəd onun tərəfindən məhkəməyə təqdim edilməmiş, sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəsmi internet səhifəsində 2020-ci ildə Komissiya tərəfindən qəbul edilmiş sənədlər arasında aşkar edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən istinad edilən Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş sənəd isə hazırkı işə aidiyyəti olmayan “Elmi dərəcə və elmi ad verilməsi üçün elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinin (bazalarının) elm sahələri üzrə” siyahıdır. Beləliklə məhkəmə kollegiyası iş materiallarında olan və əvvəlki mərhələlərdə həm cavabdeh inzibati orqan, həm birinci instansiyası məhkəməsi tərəfindən müddəalarına istinad edilən Əsasnaməni əsas götürərək qeyd etməyi zəruri hesab edir ki, həmin Əsasnamənin 11-ci bəndində göstərilmişdir ki, hər bir attestasiya işi, yaxud dissertasiya və elmi (elmi-texniki) şuranın vəsatəti haqqında çıxarılan qərar (Əlavə 1), iclasdan sonra şuranın sədri, elmi katibi və rəyçi şura üzvü tərəfindən imzalanır və üç gündən gec olmayaraq müvafiq attestasiya şöbəsinə təqdim edilir. Hazırkı iş üzrə iddiçıya münasibətdə qəbul edilən qərarın rəyçi şura üzvü tərəfindən imzalanmaması işin mübahisələndirilməyən hallarındandır. Birinci instansiyası məhkəməsi bu xüsusatı belə izah etmişdir ki, “ ... Məhkəmə rəyçinin həmin tövsiyə ilə razı olmadığı üçün imzalamadığı qənaətindədir. Belə ki, məhkəməyə təqdim edilən protokolda rəyçinin rəyinin müsbət olduğu açıq şəkildə qeyd edilmişdir”. Məhkəmə tərəfindən bu cür qənaətə gəlindiyi təqdirdə iddia ərizəsinin tam həcmdə təmin edilməməsi barədə qərar qəbul etməsi ağlabatan deyil. Belə ki, məhkəmənin özünün də qərarında qeyd etdiyi kimi, məhkəmənin vəzifəsi prosedurun ədalətli və müəyyən edilmiş tələblərə uyğun keçirilməsini yoxlamaqdan ibarətdir. Hazırkı iş üzrə iddiaçıya münasibətdə isə prosedurun ədalətli və müəyyən edilmiş tələblərə uyğun keçirilməməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin “şura üzvlərinin səsverməsi əsasında qəbul edildiyi üçün əsaslandırılması zərurəti də yoxdur” barədə mövqeyini də qəbuledilməz hesab edir. Belə ki, elm insan cəmiyyətinin tərəqqisinin əsasıdır və onun daşıyıcıları olan alimlərin hüquqi statusu və dəyəri dövlətin elmi siyasətində mühüm yer tutur. Bu kontekstdə elmi dərəcələrin - xüsusən elmlər doktoru kimi yüksək səviyyəli elmi statusun verilməsi və ya verilməməsi ilə bağlı qəbul edilən qərarlar yalnız texniki xarakter daşımır, onlar şəxsin elmi, peşəkar və sosial hüquqlarına birbaşa təsir göstərir. Bu səbəbdən bu cür qərarların əsaslandırılması hüquqi, etik və institusional baxımdan zəruri və qaçılmazdır. İddiaçının müdafiə edilmiş, barəsində müsbət rəy verilmiş dissertasiya işini 2019-cu ildən faktiki olaraq hərəkətsiz saxlayıb, nəticədə isə rəyçinin belə imzalamadığı əsaslandırılmamış qərar əsasında texnika elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsi qanuni və əsaslı hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61-ci maddəsinə müvafiq olaraq, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə görə, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslıdır və qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1722/2025 saylı qərarı ləğv edilməli, iddia ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş İddiaçı 2004.01 - ''Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi" ixtisasında texnika elmləri doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsi barədə qərar ləğv edilməli və cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-1722/2025 saylı qərarı ləğv edilsin. İddia ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş İddiaçı 2004.01 - ''Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi" ixtisasında texnika elmləri doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsi barədə qərar ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulsun. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar