Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2122/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2294/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 2.1.2-ci yarımbəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə nəzərə alınan müddətlərinə Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti daxil edilir. Qeyd edilənlərə əsasən N.S.Rəfibəylinin 1992-1994-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifədə həqiqi hərbi xidmət müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.
2. İddiaçı ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) müraciət etmiş, lakin cavabdeh iddiaçının mərhum ərinin dövlət qulluğu stajının 15 ildən az olmasını əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 iyul 2024-cü il tarixli 3-17-1/2-R- 175785/2024 nömrəli imtinasının qanunsuz və əsassız olduğu ücün mərhum əri X1 dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsinin imtina olunduğu andan hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X3 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İddiaçı dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin 25 iyul 2024-cü il tarixli 3-17-1/2-R-175785/2024 nömrəli məktubu ilə mərhum əri X2 dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. X2 dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı mövcuddur. 1990-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında “Sənayedə X5nə Nəzarət və X10 Komitəsi” kimi (Azərbaycan SSR Dövdağtexnəzarət). Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 376 nömrəli, 18 noyabr 1991-ci il tarixli Qərarı ilə “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Sənayedə X5 və X10 Komitəsi haqqında Əsasnamə” təsdiq edilmiş və Komitə bu əsasnaməyə uyğun olaraq fəaliyyət göstərib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Sənayedə X5 və X10 Komitəsi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli, 1182 nömrəli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyinin struktur tərkibinə daxil edilmiş və “Sənayedə X5 və X10 Agentliyi” kimi formalaşmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2007-ci il tarixli, 695 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X5 və X10 Agentliyi haqqında Əsasnamə” təsdiq olunmuş və Agentlik bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərməyə başlamışdır. xx.xx.1994- cü il tarixdə Neft müfəttişliyinə böyük dövlət müfəttişi vəzifəsinə təyin olunub. Mərhum ərinin dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı mövcud olduğu üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 25 iyul 2024-cü il tarixli 3-17-1/2-R- 175785/2024 nömrəli məktubu ilə verilmiş imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməli olduğu halda heç bir əsas olmadan imtina verilmişdir.
5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala müraciəti nəticəsində mərhum Namiq Rəfibəylinin “Dövlətdağtexnəzarət” Komitəsinin Neft və qaz çıxarma sənayesində işlərin təhlükəsiz aparılmasına nəzarət müfəttişliyində sahə müfəttişi, Neft müfəttişliyində böyük dövlət müfəttişi və 16 nömrəli baş dövlət müfəttişi vəzifələrində xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1994-01,09.2003-cü il tarixləri arasındakı dövrlər üzrə iş stajının dövlət qulluğu stajına daxil edilib-edilməməsi barədə məlumatların, həmçinin mərhuma xx.xx.2017xx.xx.2019-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş əmək haqqı barədə arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 3 nömrəli Əlavəyə uyğun (mükafatlar və müavinətlərin büdcədən, yaxud büdcədən kənar pul vəsaiti hesabına ödənilməsi göstərilməklə) tərtib edilərək göndərilməsi barədə aidiyyəti üzrə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayədə X5 və X10 Agentliyinin xx.xx.2024-cü il tarixli 3-18-3/2- 7215/2024 nömrəli məktubu ilə mərhumun xx.xx.2017-26.01,2019-cu illər üzrə qulluq stajına görə əlavələrin hesablanması üçün arayış təqdim edilmiş, xx.xx.1990- xx.xx.1992-ci il və xx.xx.1994-01,09.2003-cü il tarixləri arasındakı dövrlər üzrə iş stajının dövlət qulluğu stajına daxil edilib-edilməməsi barədə məlumatların təqdim edilməsi məqsədilə cavabdehin sorğusu X13 göndərilmişdir. Azərbaycan Respublikası X12 xx.xx.2024-cü il tarixli məktubunda mərhumun xx.xx.1991-ci ilədək iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil olmadığı, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər üzrə iş stajının dövlət qulluğu stajına daxil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, mərhum X2 xx.xx.2003-xx.xx.2005 və xx.xx.2006xx.xx.2019 cu il tarixləri arasındakı dövrlər üzrə 14 il 10 ay 11 gün dövlət qulluğu stajı vardır.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2294/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının ərinin dövlət qulluğu stajının xx.xx.2003-xx.xx.2005 və xx.xx.2006-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər üzrə 14 il 10 ay 11 gün olduğunu qəbul edir. Beləliklə çatışmayan staj müddəti 2 aydan azdır.
8. Cavabdeh tərəfindən X2 1992-1994-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifədə xidmət müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınması ilə bağlı X12 məlumatına dair təkzibedici sübut təqdim edilməmişdir. Bu baxımdan sübut mötəbər hesab edilməli və 1992-1994-cü illərdə işlədiyi dövr X2 dövlət qulluğu stajına hesablanmalıdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
9. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2294/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatlar
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
13. İddiaçı məhkəmə Kollegiyasının iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının Maddə 38. Sosial təminat hüququ İ. İ Hər kəsin sosial təminat hüququ vardır. .... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ....
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; ... 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. 17.2. Hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) .... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; ...
16. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Pensiyanın təyin olunması şərtləri 5.1. Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. 5.1. Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1.”Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2.1991-ci il. oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3.1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3. Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. Maddə 6. Pensiyanın miqdarı 6.1. Pensiya dövlət qulluğunda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir: 6.1.1. dövlət qulluğu vəzifəsində azı 5 il qulluq stajı olan şəxsə onun dövlət məvacibinin 45 faizi miqdarında; 6.1.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla; 6.1.3. dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla. 6.2. Bu Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvlərinin sayından asılı olmayaraq onlara pensiya aşağıdakı miqdarda təyin edilir: 6.2.1. vəfat etmiş dövlət qulluqçusunun qulluq stajına görə almalı olduğu pensiyanın 80 faizi miqdarında; 6.2.2. vəfat etmiş pensiyaçının pensiyasının 80 faizi miqdarında. 6.3. Bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulan pensiyanın məbləği dövlət qulluqçusunun, yaxud pensiyaçının bu Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvləri arasında Müvafiq qanunvericiliyə uyğun olaraq bərabər bölünür.
17. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. 2.2. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 32-1.1-ci madəsinə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
22. Mübahisənin mahiyyətinə və apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
23. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının müəyyən edilmiş pensiya yaşına çatması; b) İddiaçının mərhum ərinin dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı.
24. İş materiallarından görünür ki, iddiaçı cavabdeh orqana xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Həmin tarixə tələb olunan pensiya yaşı 63 il 6 aydır. İddiaçının yaşının 63 il 6 ayı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur. İddiaçı birinci şərti ödəyir. Cavabdehin mübahisə etdiyi məsələ ikinci şərtlə bağlıdır.
25. Belə ki, cavabdeh iddiaçının mərhum əri X2 dövlət qulluğu vəzifəsində qulluq stajının 15 ildən az-14 il 10 ay 11 gün olduğunu qeyd edir. Cavabdeh mövqeyini əsaslandırarkən ona istinad etmişdir ki, xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1994- 01,09.2003-cü il tarixləri arasındakı dövrlər üzrə iş stajının dövlət qulluğu stajına daxil edilib-edilməməsi barədə məlumatların təqdim edilməsi məqsədilə cavabdehin sorğusu X13 göndərilmişdir. Azərbaycan Respublikası X12 xx.xx.2024-cü il tarixli məktubunda mərhumun xx.xx.1991-ci ilədək iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil olmadığı, xx.xx.1991- xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər üzrə iş stajının dövlət qulluğu stajına daxil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsinin mümkün olmadığı qeyd olunmuşdur.
26. Lakin cavabdeh tərəfindən X2 1992-1994-cü illərdəki stajı araşdırılmamışdır.
27. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 2.1.2-ci yarımbəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə nəzərə alınan müddətlərinə Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti daxil edilir. Qeyd edilənlərə əsasən N.S.Rəfibəylinin 1992-1994-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifədə həqiqi hərbi xidmət müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.
28. Cavabdehin iddiaçının ərinin dövlət qulluğu stajının xx.xx.2003-xx.xx.2005 və xx.xx.2006-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər üzrə 14 il 10 ay 11 gün olduğunu qəbul edir. Beləliklə çatışmayan staj müddəti 2 aydan azdır.
29. Cavabdeh tərəfindən X2 1992-1994-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifədə xidmət müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınması ilə bağlı X12 məlumatına dair təkzibedici sübut təqdim edilməmişdir. Bu baxımdan sübut mötəbər hesab edilməli və 1992-1994-cü illərdə işlədiyi dövr X2 dövlət qulluğu stajına hesablanmalıdır.
30. Beləliklə, X2 dövlət qulluğu stajı 15 ildən çox olduğu üçün ikinci şərt də ödənmiş olur, yəni cavabdeh inzibati orqanın imtinası və etirazı əsaslı deyildir.
31. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.
32. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası əlavə olaraq diqqətə çəkir ki, xx.xx.1991-xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər üzrə iş stajının dövlət qulluğu stajına daxil edilib-edilməməsi məsələsinə münasibət bildirilməsinin mümkün olmaması iddiaçının ziyanına şərh oluna bilməz.
33. Belə ki, həmin dövrdə Azərbaycan Respublikası Dövlət Sənayedə X5nə Nəzarət və Dağ-Mədən Nəzarəti komitəsi dövlət idarəetmə orqanı sayılmış və Nazirlər Kabineti yanında fəaliyyət göstərmişdir. Respublikada ona həvalə edilmiş dövlət nəzarətini bilavasitə və ona tabe olan sahə və rayon dağ-texniki müfəttişlikləri vasitəsilə həyata keçirmişdir. Neft və qaz çıxarma sənayesində işlərin təhlükəsiz aparılmasına nəzarət müfəttişliyinin və Neft müfəttişliyinin hüquqi statusu və Komitənin strukturunda yerini müəyyən etmək mümkün olmasa da, iddiaçının sahə müfəttişi, böyük dövlət müfəttişi və 16-cı dərəcəli baş dövlət müfəttişi vəzifələri Komitənin funksiyalarını icra etdiyindən dövlət qulluğu stajı kimi qəbul edilməlidir.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2294/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2294/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.