Məhkəmə qərarları › İş №2-1(103)-2222/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2222/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2222/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X3) ticarət obyektinin (köçkün) sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3509/2021 saylı 24 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X3) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X1 adına olan Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 93R ünvanında sahəsi 34,5 kv.m olan ticarət obyekti-köşkün sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, X1 adına olan Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 93R ünvanında sahəsi 34,5 kv.m olan ticarət obyekti-köşkün başqa yerə köçürülməsində hərəkətsizlik göstərdiyinə görə Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin köşkün sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3509/2021 saylı 24 may 2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsinin qəbulundan imtina edilmiş və iddia mümkün sayılmamışdır. (hakim: R.Kərimli) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Cavabdehnə və 3-cü şəxs X4ma qarşı «X1 adına olan Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 93R ünvanında sahəsi 34,5 kv.m olan ticarət obyekti-köşkün sökülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbində dəyişiklik apararaq «X1 adına olan Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 93R ünvanında sahəsi 34,5 kv.m olan ticarət obyekti-köşkün başqa yerə köçürülməsində hərəkətsizlik göstərdiyinə görə Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin köşkün sökülməsi» barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3509/2021 saylı, 24.05.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsinin qəbulundan imtina olunmuş və iddia mümkün sayılmamışdır. Hesab edir ki, məhkəmənin qəbul etdiyi qərardad qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərardadın 3-cü səhifəsinin birinci abzasında göstərmişdir ki, iddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və ərizədə iddianın dəyişdirilərək «köşkün başqa yerə köçürülməsi ilə bağlı cavabdehin hərəkətsizliyinin qanunsuz sayılması və həmin köşkün köçürülməsi» kimi qəbul olunması xahiş olunmuşdur. Məhkəmə, onun iddia tələbinin dəyişdirilməsi hissəsində təhrifə yol vermişdir. Belə ki, o, İPM-nin 54-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəyişdirilməsi barədə aşağıdakı qaydada tələb irəli sürmüşdür: «X1 adına olan Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 93R ünvanında sahəsi 34,5 kv.m olan ticarət obyekti-köşkün başqa yerə köçürülməsində hərəkətsizlik göstərdiyinə görə Cavabdeh hərəkətəsizliyinin qanunsuz hesab edilməsi və həmin köşkün sökülməsi» barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə köşkün köçürülməsi kimi tələb olduğunu göstərmişdir. O, iddia ərizəsində köşkün köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin cavabdeh tərəfindən icra olunmadığını göstərərək, həmin qətnaməni və icra sənədinin cavabdehin təqsirindən icra olunmadığına dair qərarları iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-88/2012 saylı, 13 aprel 2012-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və cavabdeh X1 istifadəsində olan köşk Cavabdeh Başçısının 13 dekabr 1996-cı il tarixli, 1869 saylı sərəncamında qeyd olunan yerə köçürülməsi qət olunmuşdur. Həmin qətnamə üzrə icra sənədi hazırki iş üzrə cavabdeh olan Bakı şəhəri Cavabdeh təqsiri üzündən artıq 10 ildir ki icra olunmur. Həmin köşkü sərəncamda göstərilən yerə köçürülməsinə cavabdeh razılıq vermir. Həmin köşkün sərəncamda göstərilən yeri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 93 saylı binanın qarşısıdır. Cavabdeh qanuni qüvvəyə minmiş qətnaməsi üzrə icra sənədini icra etməməklə mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur, hərəkətsizlik göstərir. O, bu şəbədən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda sadaladığım halları təsdiq edən məhkəmə qətnaməsi və qərardadı iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmə, yuxarıda göstərilən qənaətə gələrkən AR İPM-nin 54.1-ci maddəsinə istinad etmişdir. Həmin maddədə göstərilir ki, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmə iclasında cavabdeh və üçüncü şəxs iştirak etməmişdir. Hazırki qərardadın qəbul edilməsi yalnız məhkəmənin mövqeyidir. Bu mövqe qanunların düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Məhkəmənin özünün də istinad etdiyi İPMnin 35.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul olunmasından imtina edilməsi, yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdehin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə icra sənədinin icrasına qəsdən, qərəzli şəkildə maneçilik törətməsi nəticəsində onun mülkiyyət hüquqları pozulmuş, dövlətin adından qəbul edilmiş qətnamənin icrasına süni maneçilik törədilməsi nəticəsində qətnamə bu günə qədər icra olunmamışdır. Həmin köşkün köçürülməsinin qarşısını cavabdeh öz hərəkətsizliyi ilə alması qanunsuz sayılmalı və qərardad ləğv edilməklə işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Apelyasiya baxışı zamanı iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və icraatın davam etdirilməsi üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Bakı şəhəri Cavabdeh və üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının və nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 88/2012 saylı, 13 aprel 2012-ci il tarixli qətnaməsindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia qismən təmin edilərək, cavabdeh X1 istifadəsində olan köşk Cavabdeh Başçısının 13 dekabr 1996-cı il tarixli, 1869 saylı sərəncamında qeyd olunan yerə köçürülməsi qət olunmuşdur. İşdən görünür ki, iddiaçı X1 adına olan Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 93R ünvanında sahəsi 34,5 kv.m olan ticarət obyekti-köşkün başqa yerə köçürülməsində hərəkətsizlik göstərdiyinə görə Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin köşkün sökülməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iddianın dəyişdirilməsinin qəbulundan imtina etmiş və iddianı mümkün saymayaraq qeyd etmişdir ki, iddiaçının qaldırdığı məsələ - yəni üçüncü şəxsin adına rəsmiləşdirilmiş ticarət obyektinin yerinin dəyişdirilməsi (köçürülməsi) cavabdeh inzibati orqan Bakı şəhəri Nizami RİH-in səlahiyyətlərinə aid deyil və ayrıca inzibati icraatın predmeti ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbinin əsası kimi bildirdiyi hallara görə həmin köçkün yerinin dəyişdirilməsi tələbi ilə qaldırılan iddia üzrə mülki məhkəmə icraatında mübahisəyə baxılmış və iş üzrə qarşı tərəfə münasibətdə iddia təmin edilərək köçkün yerinin dəyişdirilməsi qət edilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan Bakı şəhəri Nizami RİH tərəfindən iddiaçının hansı maraqlarına toxunan, onun hüquqlarının pozulması ilə nəticələnən hansı hərəkətin edildiyi və ya vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə icraatında öz təsdiqini tapmır. Bu səbəbdən iddia mümkün sayıla bilməz. İddianın dəyişdirilmiş variantı üzrə tələbə münasibətdə də yuxarıda qeyd olunan eyni qənaət mövcuddur. Odur ki, məhkəmə iddianın dəyişdirilməsinin qəbulundan imtina olunmasını məqsədəmüvafiq saymışdır. Göründüyü kimi iddiaçı iddia tələbində ticarət obyekti-köşkün sökülməsini tələb etdiyi halda birinci instansiya məhkəməsi isə həmin köçkün yerinin dəyişdirilməsi tələbi ilə qaldırılan iddia üzrə mülki məhkəmə icraatında mübahisəyə baxıldığını və iş üzrə qarşı tərəfə münasibətdə iddia təmin edilərək köçkün yerinin dəyişdirilməsi qət edildiyini əsas gətirərək iddianın dəyişdirilməsinin qəbulundan imtina etməklə və eyni zamanda iddianı mümkün saymamaqla səhv nəticəyə gəlmişdir. Belə ki, hazırki iş üzrə iddia tələbi “X1 adına olan Bakı şəhəri, Nizami rayonu, Qara- Qarayev prospekti 93R ünvanında sahəsi 34,5 kv.m olan ticarət obyekti-köşkün başqa yerə köçürülməsində hərəkətsizlik göstərdiyinə görə Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin köşkün sökülməsi” barədə olduğu halda mübahisələndirilən qərardadın 3-cü səhifənin 1-ci abzasında isə “iddianın dəyişdirilərək «köçkün başqa yerə köçürülməsi ilə bağlı cavabdehin hərəkətsizliyinin qanunsuz sayılması və həmin köşkün köçürülməsi» kimi qəbul olunması xahiş olunduğu” qeyd olunmuşdur. Beləliklə, iş üzrə qaldırılan X1 adına olan Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti 93R ünvanında sahəsi 34,5 kv.m olan ticarət obyekti-köşkün başqa yerə köçürülməsində hərəkətsizlik göstərdiyinə görə Cavabdeh hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin köşkün sökülməsinə dair iddia tələbi araşdırılmamış və qiymət verilməmişdir. Bu səbəbdən də apelyasiya şikayəti əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.7.2, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3509/2021 saylı 24 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar