Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-228/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5072/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş, lakin 2016, 2017, 2019, 2020, 2021, 2022 və 2023-cü illərdə nəzərdə tutulmuş ödənilməyən kəşfiyyat və əks-kəşfiyyat subyekti kimi qanunun 20.6 və 20.7 birdəfəlik müavinətin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Dövlət Sərhəd Xidmətində 20 il xidmət edərək, 2023-cü ilin iyun ayninda DSX-nin rəisinin əmri ilə Səhrəd Nəzərəti X7 şöbəsinin rəisi vəzifəsindən ehtiyata buraxilmışdır. Vəzifəsi şöbənin ərazisində əməliyyat fəaliyyətinə və tabeliyində olan əməliyyat üzrə müavinin əməliyyat-axtarış fəaliyyətinə rəhbərlik etməkdən ibarət olmuşdur. 29 iyun 2004 tarixli 711-İİQ nömrəli “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyekti olan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa) DSX-nin rəisinin müvafiq əmrinə əsasən hər il məzuniyyətə çıxarkən 2 ayluq pul təminati məbləğində məzuniyyət müavinəti və müalicə müavinəti ödənilir. İddiaçı ehtiyata buraxılarkən bölmə və şöbə rəisləri ücün qanunvericilikdə nəzəzrdə tutulmuş güzəşt-imtiyazlarından qanunsuz məhrum olmuşdur. İddiaçı 2016, 2017, 2019, 2020, 2021, 2022 və 2023-cü illərdə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti ücün “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.6 və 20.7-ci maddələrində nəzərdə tutulmuş müavinətdən yararlanmamışdır. İddiaçı yalnız 2018-ci ildə həmin müavinətlərdən yararlana bilmişdir. Bu baradə cavabdehə müraciət etsə də, müraciətindən imtina olunmuşdur. Cavabdehin imtinası əsassızdır, onun hüquqlarını pozur. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-5072/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı ərizə ilə müavinətin ödənilməsinə dair tələblə məhkəməyə müraciət etmişdir. 2019-cu ildən 2023-cü il də daxil olmağla Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi quluqçularına hər il məzuniyyətə çıxarkən dörd aylıq pul təminatı məbləğində müavinətin verilməsinə baxmayaraq, 2019, 2020, 2021, 2022 və 2023-cü illərdə məzuniyyətə çıxarkən iddiaçı əsassız olaraq həmin müavinətlə təmin olunmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının Dövlət Sərhəd Xidmətinə qarşı iddia tələbi rədd edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi DSX-nin rəisinin xx.xx.2019-cu il tarixli 0016 əmrinə əsasən 2019-2023-cü illərdə iddaçıya “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq pul müavinətinin verilməsi dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı maddi və hüquq normaları pozulmaqla qəbul edildiyindən qüvvədə qala bilməz və ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin qərarının əsassız olması, maddi, prosesual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması, yaxud düzgün təfsir edilməməsi, həmçinin qərarda göstərilənlərin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. İddiaçının vəzifəsinin Sərhəd Nəzərəti şöbəsinin rəisi olmasına baxmayaraq, ələvə şöbənin xidməti ərazisində əməliyyat-axtarış faliyyətinə rəhbərlik etmişdir. Tabeliyində əməliyyat işləri üzrə müavin və əməliyyat müvəkkilləri olmuşdur. Gündəlik xidmətləri ilə ələqədar tapşırıqlarını sahələri üzrə təlimatlandırmışdır. İddiaçının əmək funksiyasında və vəzifə səlahiyyətlərində heç bir dəyişikliklər olmamışdır. DSX-nin rəisinin xidməti döyüş fəaliyyəti ilə bağlı illik əmrinə əsasən Səhrəd Nəzərəti rəisinin illik sərəncamlarında xidməti ərazidə əməliyyat-qoşun tədbirlərinin keçirilməsi haqqında əmrinin 10-cu bəndinə əsasən əməliyyat qoşun tədbirlərinə rəhbərliyin Sərhəd Nəzərəti bölməsi və Sərhəd Nəzərəti şöbəsi rəisləri tərəfindən həyata keçirilməsi öhdəliyi qoyulmuşdur. İddiaçı Sərhəd Nəzərəti şöbəsinin rəisi kimi 2018-ci ildə kəşfiyyat və əks-kəşfiyyat subyekti kimi 20.6 və 20.7 maddələr üzrə birdəfəlik pul təminatından yararlanmışdır. Hazırda onun vəzifəsində xidmət edən hərbi qulluqçular məzuniyyətə çıxarkən həmin maddələr üzrə birdəfəlik pul təminatından yararlanırlar. Məhkəmə qərar qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X9 və X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 29 iyun 2004-cü il tarixli 711-İİQ №li “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Dövlət Sərhəd Xidməti rəisnin müvafiq əmrinə əsasən hər il məzuniyyətə çıxarkən, iki aylıq pul təminatı məbləğində məzuniyyət müavinəti və müalicə müavinəti ödənilir. Sizin tutduğunuz vəzifə Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrində öz əksin tapmadığı üçün Sizə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.6 və 20.7-ci maddələrinin şamil olunması imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hava X4 Dəstəsi rəisinin xx.xx.2016-cı il tarixli 0244 nömrəli nizami hissə üzrə əmrindən olan arxiv çıxarışından görünür ki, “Gəncə” Beynəlxalq Aeroportu sərhəd nəzarəti bölməsinin rəisi mayor X6 2017-ci ildə məzuniyyətə çıxması ilə əlaqədar 2 aylıq pul təminatı məbləğində müavinət ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hava X4 Dəstəsi rəisinin xx.xx.2017-ci il tarixli 091 nömrəli nizami hissə üzrə əmrindən olan arxiv çıxarışından görünür ki, “Gəncə” Beynəlxalq Aeroportu sərhəd nəzarəti bölməsinin rəisi mayor X6 2016-cı ildə məzuniyyətə çıxması ilə əlaqədar 2 aylıq pul təminatı məbləğində müavinət ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2023-cü il tarixli 0189 nömrəli nizami hissə üzrə əmrindən olan arxiv çıxarışından görünür ki, “Böyük-kəsik” sərhəd nəzarəti şöbəsinin rəisi polkovnik-leytenant X10 vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilir: 29 iyun 2004-cü il tarixli 711-İİQ nömrəli “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən hər il məzuniyyətə çıxarkən müvafiq raport təqdim edilməklə iki aylıq pul təminatı məbləğində məzuniyyət müavinəti və müalicə müavinəti ödənilir. İddiaçı tutduğu vəzifə Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrlərində öz əksini tapmadığı üçün ona mübahisəli illər üzrə (2019-2023) “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 20.6 və 20.7-ci maddələrinin tələblərinə müvafiq olaraq müavinət ödənilməmişdir. Habelə sabiq hərbi qulluqçu İddiaçı tərəfindən 2019-2023-cü illərdə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 20.6 və 20.7-ci maddələrinə əsasən müavinətin verilməsi ilə bağlı aidiyyəti üzrə raportla müraciət etməsi halı da müəyyən olunmamışdır. İddiaçı xx.xx.2015-xx.xx.2018-ci il tarixlərdə “Gəncə” Beynəlxalq Aeroportu sərhəd nəzarəti bölməsinin rəisi, xx.xx.2018xx.xx.2020-ci il tarixlərdə “Astara” sərhəd nəzarəti məntəqəsinin rəisi, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə “Böyük-kəsik” sərhəd nəzarəti məntəqəsinin rəisi, xx.xx.2020xx.xx.2023-cü il tarixlərdə “Böyük-kəsik” sərhəd nəzarəti şöbəsinin rəisi vəzifələrində xidmət etmişdir. Həmin məktuba Polkovnik-leytenant İddiaçı xidməti fəaliyyəti ilə bağlı verilmiş əmrlərə dair məlumat əlavə edilmişdir: Dövlət Sərhəd Xidməti rəisi-X5 xx.xx.2003-cü il tarixli 626 ş/h №-li əmri, Dövlət Sərhəd Xidməti rəisi-X5 sərəncamında; Dövlət Sərhəd Xidməti rəisi-X5 xx.xx.2003-ci il tarixli 752 ş/h №-li əmri, “Bakı” SND-İ 3-cü bölmənin zabitnəzarətçisi vəzifəsinə təyin olunması haqqında; Dövlət Sərhəd Xidməti rəisi-X5 xx.xx.2004-cü il tarixli 789 ş/h №-li əmri, “Bakı” SND-i Yük sərhəd nəzarəti bölməsinin zabit-nəzarətçisi vəzifəsinə təyin olunması haqqında; Dövlət Sərhəd Xidməti rəisi-X5 xx.xx.2007-ci il tarixli 110 ş/h №-li əmri, “Bakı” SND-İ X12 Aeroportunun SNŞ yük nəzarəti bölməsinin zabit-nəzarətçisi vəzifəsinə təyin olunması haqqında; Dövlət Sərhəd Xidməti rəisi-X5 xx.xx.2011-ci il tarixli 2146 ş/h №-li əmri, Hava X4 dəstəsi X12 Aeroportunun SNŞ yük SNB-nin zabit-nəzarətçisi vəzifəsinə təyin olunması haqqında; Dövlət Sərhəd Xidməti rəisi-X5 xx.xx.2012-ci il tarixli 846 ş/h №-li əmri, Hava X4 dəstəsi X12 Aeroportunun SNŞ yük SNB-nin baş nəzarətçisi vəzifəsinə təyin olunması haqqında; Dövlət Sərhəd Xidməti rəisi-X5 xx.xx.2013-cü il tarixli 1174 ş/h №-li əmri, Hava X4 dəstəsi “Qəbələ” Beynəlxalq Aeroportunun SNB-nin baş nəzarətçisi-növbə rəisi vəzifəsinə təyin olunması haqqında; Dövlət Sərhəd Xidməti rəisi-X5 xx.xx.2014-cü il tarixli 337 ş/h №-li əmri, Hava X4 dəstəsi “Lənkəran” Beynəlxalq Aeroportunun SNB-nin baş nəzarətçisi-növbə rəisi vəzifəsinə təyin olunması haqqında; Dövlət Sərhəd Xidməti rəisi-X5 xx.xx.2015-ci il tarixli 2671 ş/h №-li əmri, Hava X4 dəstəsi “Gəncə” Beynəlxalq Aeroportunun SNB-nin rəisi vəzifəsinə təyin olunması haqqında; Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2017-ci il tarixli 1620 ş/h №-li əmri, Sərhəd Nəzarəti (3300 h/h) “Gəncə” Beynəlxalq Aeroportunun SNB-nin rəisi vəzifəsinə təyin olunması haqqında; Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 151 ş/h №-li əmri, Sərhəd Nəzarəti (3300 h/h) “Astara” SNM-nin rəisi vəzifəsinə təyin olunması haqqında; Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli 40 ş/h №-li əmri, Sərhəd Nəzarəti (3300 h/h) “Böyük-Kəsik” SNM-nin rəisi vəzifəsinə təyin olunması haqqında; Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2020-ci il tarixli 1062 ş/h №-li əmri, Sərhəd Nəzarəti (3300 h/h) “Böyük-Kəsik” SNŞ-nin rəisi vəzifəsinə təyin olunması haqqında; Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2023-cü il tarixli 719 ş/h №-li əmri, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maadəsinə (öz arzusu ilə) müvafiq olaraq xx.xx.2023-cü il tarixdən (Sərhəd Nəzarəti) şəxsi heyətin siyahısından çıxarılmışdır. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. 20.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu kimi müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinəti yalnız xidmət dövründə və buna müvafiq tibbi göstəricilərin, yəni müalicəyə ehtiyacının mövcud olduğu təqdirdə tələb edə bilər. Müalicəyə ehtiyacı olan hərbi qulluqçu bununla bağlı müavinətin ödənilməsi üçün aidiyyəti üzrə müvafiq qaydada müraciət etməli və müraciətə müvafiq tibbi sənədləri əlavə etməlidir. Müavinətin ödənilməsi həmin sənədlər əsasında müvafiq rəsmiləşdirmə aparılmaqla həyata keçirilir. Lakin hazırki iş üzrə iddiaçının müalicə ilə bağlı müavinətin ödənilməsi üçün qeyd olunan qaydada və xidmət dövründə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır, iddiaçı tərəfindən də bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hava X4 Dəstəsi rəisinin xx.xx.2016-cı il tarixli 0244 nömrəli və xx.xx.2017-ci il tarixli 091 nömrəli nizami hissə üzrə əmrlərinə əsasən iddiaçıya 2016-cı və 2017-ci ildə məzuniyyətə çıxması ilə əlaqədar 2 aylıq pul təminatı məbləğində müavinət ödənilmişdir. X17 Xidməti rəisinin xx.xx.2016-cı il tarixli 0030 nömrəli və xx.xx.2019-cu il tarixli 0016 nömrəli əmrlərinə əsasən sabiq hərbi qulluqçu İddiaçı 2019-2023-cü illərdə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı və 20.7-ci maddələrinə əsasən pul müavinətinin verilməsi dayandırılmışdır. Qeyd olunan əmrlərə apellyasiya baxışı zamanı məhkəmə iclasında baxış keçirilmişdir. Həmin əmrlərdə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı və 20.7-ci maddələrinə əsasən pul müavinətinin verilməsi nəzərdə tutulmuş vəzifələrin siyahısında iddiaçının tutduğu vəzifə qeyd olunmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5072/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-228/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-228/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver