Məhkəmə qərarları › İş №2-1(103)-233/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-233/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-233/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İcbari Sığorta Bürosu” X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarların ləğv edilməsi”) Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili Vəkil (elan vaxtı), Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli, **********557800 nömrəli “Vergilərin hesablanması barədə” Qərarına əsasən, 2014-cü il dövr üçün bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata 966.300,00 manat mənfəət vergisi hesablanmışdır.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli, **********558500 nömrəli “Vergilərin hesablanması barədə” Qərarına əsasən, 2015-ci il dövr üçün bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən vergi məbləği 2.524.740,00 manat mənfəət vergisi hesablanmışdır.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli, **********560600 nömrəli “Vergilərin hesablanması barədə” Qərarına əsasən, 2016-cı il dövr üçün bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 116.080,00 manat mənfəət vergisi hesablanmışdır.

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli, **********100000 nömrəli “Vergilərin hesablanması barədə” Qərarına əsasən, 2017-ci il dövr üçün bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 872.900,00 manat mənfəət vergisi hesablanmışdır.

5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********750000 nömrəli Qərara əsasən, 2018-ci il dövr üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 717.900,91 manat mənfəət vergisi hesablanmışdır.

6. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********532300 nömrəli Qərara əsasən, 2019-cu il dövr üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 1.273.576,81 manat mənfəət vergisi hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı “İcbari Sığorta Bürosu” X4 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı, xx.xx.2018-ci il tarixli **********100000 saylı, xx.xx.2019-cu il tarixli **********750000 saylı, xx.xx.2020ci il tarixli **********532300 saylı qərarların ləğv olunması və bu qərarların Vergi orqanı tərəfindən icra edilərək Büronun bank hesablarından silinmiş ümumilikdə 9.078.608,1 manat məbləğində vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “İcbari Sığorta Bürosu" X2 (“Büro”) ‘İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə adı çəkilən qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə həmin Qanunun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X4 kimi təsis edilən və fəaliyyət göstərən qeyrikommersiya təşkilatıdır. İddiaçı qeyri-kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatından keçərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən xx.xx.2011 tarixli, 1111-Q38-3003 nömrəli qeyri kommersiya hüquqi səxsınin dövlət qeydiyyatı haqqında şəhadətnamə və xx.xx.2011-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən qeyrikommersiya şöbəsinin vergi uçotu haqqında şəhadətnamə almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya münasibətdə müxtəlif vaxtlarda mənfəət vergisi hesablanmışdır. Belə ki, İqtisadiyyat Nazirliyi, yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçıya mənfəət vergisi və vergilərin gec ödənilməsinə görə faiz hesablanması barədə xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı, xx.xx.2018-ci il tarixli **********100000 saylı, xx.xx.2019-cu il tarixli **********750000 saylı, xx.xx.2020-ci il tarixli **********532300 saylı qərarlar vermiş və qərarlarını onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Qanuna əsasən Büronun iştirakçıları olan sığorta şirkətlərinin 2014-2019-cu illər, ərzində Büroya ödədikləri təqvim haqları mənfəət vergisinə cəlb edilməli idi və bununila bağlı mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi, vergilərin vaxtında hesablanıb ödənilmədiyi üçün həmin məbləğdən mənfəət vergisi hesablanmaqla yanaşı, gecikdirilmiş dövr üzrə faiz hesablanmalıdır. İddiaçı tərəfindən 27 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq şikayətlər verilməklə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı qərarlarının ləğv edilməsi və həmin qərarlara əsasən Büronun bank hesablarından silinmiş ümumilikdə 5,485,283.92 manat məbləğində vəsaitin geri qaytarılmaqla, bank hesablarına bərpa edilməsi xahiş olunmuşdur. Lakin məsələ hələ də öz həllini tapmamış, müraciətdə qeyd olunan tələb icra edilməmişdir.Vergi orqanı tərəfindən inzibati araşdırma üçün tələb edilən sənədlər mənfəət vergisi , məbləğinin dəqiqləşdirilməsi məqsədini daşımışdır. Halbuki, iddiaçının şikayətində kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması deyil, vergilərin hesablanması haqqında qərarların ləğv edilməsi xahiş olunmuşdur. “İcbari Sığorta Bürosu” X4 qeyrikommersiya təşkilatı olmaqla X4 təşkilati-hüquqi formasında yaradıldığına və fəaliyyəti sahibkarlıq fəaliyyəti olmadığına görə Büroya mənfəət vergisinin hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığına görə, Bürodan mənfəət vergisinin hesablanması və tutulması tamamilə qanunsuz olmuşdur. Belə ki, “İcbari Sığorta Bürosu” X4 (bundan sonra - Büro) qeyri-kommersiya təşkilatı olmaqla, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli, 165- İVQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli Fərmanının 3.1.12-ci bəndinə müvafiq olaraq yaradılmışdır. İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə “icbari sığortalar haqqında” Qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə həmin qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X4 kimi təsis edilib və fəaliyyət göstərir. Büro yalnız “İcbari sığortalar haqqında” Qanunun tələbləri və özünün Nizamnaməsi əsasında müəyyənləşdirilmiş hüquq və səlahiyyətlər daxilində, qanunda nəzərdə tutulan funksiyaların icrası məqsədilə fəaliyyət göstərir. Büronun hər hansı təsərrüfat cəmiyyəti mövcud deyildir (yaradılmamışdır), hər hansı digər təsərrüfat cəmiyyətində iştirak etmir.

9. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, 2019-cu il ərzində təqdim haqqları üzrə 9.239.769,00 manat, faizlər üzrə 934.558,16 manat gəlir əldə edilməsi və xərclər nəzərə alınmaqla vergiyə cəlb edilən mənfəətin 6.835.165,16 manat təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda faizlər üzrə əldə edilən gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə tutulan vergi nəzərə alınmaqla 2019-cu il üzrə mənfəət vergisi üzrə 1.273.576,81 manat vergi məbləği hesablanmalı olduğu halda 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi təqdim edilməmişdir. Qeyd edilənlər ilə əlaqədar, vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2020-ci il tarixli, **********768300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilmə haqqında məktub” göndərilmişdir. Lakin müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37-ci, 67-ci 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019cu ilin mənfəət vergisi bəyannaməsinə 1.273.576,81 manat, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********532300 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddia ərizəsində iddiaçı tərəfindən audit şirkətlərinin rəylərinə istinad edilərək təqdim haqlarının Büro üçün vergiyə cəlb edilən gəlir yaratmadığı bildirilmişdir. Həmin rəylərdə isə təqdim haqlarının vergidən azad olması ilə bağlı Vergi Məcəlləsinin hər hansı maddəsinə istinad edilməmişdir. Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır. Maddənin tələbindən göründüyü kimi yalnız əvəzsiz köçürmələr, üzvlük haqqı və ianələr vergidən azaddır. Belə olan halda təqdim haqlarının qeyd olunan heç bir kateqoriya daxil olmadığını nəzərə alsaq qeyd olunan məbləğlərin vergidən azad olunması iddiası əsassızdır.

10. Cavabdeh xx.xx.2021-ci il tarixli və 30 noyabr 2021-ci il tarixli vəsatətlər məhkəməyə təqdim edərək, iddia tələbinin xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı, **********560600 saylı, xx.xx.2018-ci il tarixli **********100000 saylı, xx.xx.2019-cu il tarixli **********750000 saylı qərarların ləğv edilməsi hissəsində mümkünsüz hesab edilməsini xahiş etmişdir. Belə ki, Baş İdarənin xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı, **********560600 saylı qərarları xx.xx.2017-ci il tarixdə, xx.xx.2018-ci il tarixli **********100000 saylı qərarı xx.xx.2019cu il tarixdə, xx.xx.2019-cu il tarixli **********750000 saylı qərarı isə xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən oxunaraq qəbul edilməsinə baxmayaraq, həmin qərarlar xx.xx.2020-ci il tarixdə mübahisələndirilmişdir. Belə olan halda iddiaçı İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti müvafiq olaraq 1 ildən artıq müddətdə ötürmüşdür. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı, **********560600 saylı qərarlardan inzibati şikayət edilmişdir. Şikayətin araşdırılması məqsədilə iddiaçının müaraciəti vergi orqanının xx.xx.2017-ci il tarixli **********445900 saylı məktubla cavablanmışdır. İnzibati araşdırmanın aparılması üçün zəruri sənədlər təqdim edilmədiyindən müddət axımı dayandırılmışdır.

11. İddiaçının nümayəndəsi və vəkili vəsatətə dair yazılı izahat təqdim edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı “İSB” HŞİ cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2017ci il tarixli 3 qərarın, xx.xx.2018-ci il tarixli qərarın, xx.xx.2019-cu il tarixli qərarlarından yuxarı inzibati orqana, bu qərarların verildiyi tarixdən bir neçə gün sonra şikayətlər verilmişdir. 2017-ci ilin noyabr ayında, 2018-ci ilin iyul ayında və 2019-cu ilin iyun ayında qəbul edilmiş qərarlara müvafiq olaraq, verilmiş şikayətlər üzrə hazırki vaxtadək yuxarı inzibati orqan tərəfindən hər hansı yekun qərar qəbul olunmamışdır. Cavabdeh inzibati orqanın sonuncu dəfə Məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim etdiyi məlumatdan görünür ki, iddiaçının şikayətləri Vergi orqanında araşdırılır, yuxarı orqan iddiaçıdan müyyən sənədlər tələb etmiş, lakin iddiaçı həmin sənədləri təqdim etmədiyinə görə şikayətə baxılmasının müddəti dayandırılmışdır. Cavabdeh vergi orqanının qərarlarından qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilən şikayətlər üzrə yuxarı orqan tərəfindən qərar qəbul olunmamışdır. Şikayətlərin baxılmasının müddətinin dayandırılmasına qanuni əsas olmamışdır. Çünki iddiaçı həm cavabdeh vergi orqanınına, həm də yuxarı vergi orqanına dəfələrlə müraciət, şikayət və ərizələr göndərərək mənfəət vergisinin ödəyicisi olmadığına görə ondan tələb olunan sənədlərin təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Belə olan halda yuxarı inzibati orqan mövcud sənədlər əsasında verilmiş şikayət üzrə qərar qəbul etməli olduğu halda bunu etməmiş və şikayətə baxılması müddətini dayandırmışdır. Qeyrimüəyyən müddətə şikayətin baxılmasının dayandırılması “İnzibati icraat haqqında” AR Qanunun tələbinə zidd olmaqla, iddiaçının pozulmuş hüququnun bərpası üçün müraciətinin cavabsız qalması onun hüquqlarının daha da pozulması ilə nəticələnmişdir. İddaçının nümayəndəsi və vəkili göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı “İcbari Sığorta Bürosu” X4 barədə xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı, xx.xx.2018-ci il tarixli **********100000 saylı, xx.xx.2019-cu il tarixli **********750000 saylı, xx.xx.2020-ci il tarixli **********532300 saylı qərarları ləğv edilməsi və bu qərarların Vergi orqanı tərəfindən icra edilərək Büronun bank hesablarından silinmiş ümumilikdə 9.078.608,1 manat məbləğində vəsait geri qaytarılması qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı “İcbari Sığorta Bürosu” X2 nizamnaməsinə əsasən, “İcbari Sığorta Bürosu” X4 “İcbari sığortalar haqqında”Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X4 qeyri-kommersiya təşkilatı kimi təsis edilmiş, fəaliyyətinin əsas məqsədi zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etməkdən ibarətdir.

14. İşin faktiki hallarına əsasən, cavabdeh- vergi orqanının, iddiaçının hal-hazırda mübahisələndirdiyi qərarları ilə ümumilikdə 9078608,1 manat məbləğində iddiaçıya mənfəət vergisi hesablanmışdır.

15. Vergi qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasında rezident və qeyrirezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir.(103.1 mad). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.(104.1)

16. İddiaçının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatına və Azərbaycan Respublikasının Vergi Nazirliyində vergi uçotuna əsasən iddiaçı “İcbari sığorta Bürosu”X4 - qeyri-kommersiya qurumudur.

17. Vergi Məcəlləsinin 13.2.42. –ci maddəsinə əsasən, qeyri-kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. (43.5). Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.(43.6)

19. Qanunvericiliyin yuxarıda qeyd edilmiş normalarından göründüyü kimi, mənfəət vergisinin ödəyicisi olmaq üçün qeyri-kommersiya təşkilatı sahibkarlıq fəaliyyətindən gəlir əldə etməlidir.

20. Lakin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması, hər hansı gəlir əldə etməsi məhkəmə araşdırılması ilə müəyyən edilməmiş; cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

21. “İcbari Sığorta Bürosu” X4 mənfəət vergisinin ödəyicisi olmamsına baxmayaraq, cavabdeh- inzibati orqan tərəfindən 2014-2020-ci illər üzrə mənfət vergisinin hesablanmasına dair qərarları qəbul edilmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

22. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qərarına əsasən, mənfəət vergisinin ödəyicisi olmaq üçün qeyri-kommersiya təşkilatı sahibkarlıq fəaliyyətindən gəlir əldə etməlidir. Lakin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması, hər hansı gəlir əldə etməsi məhkəmə araşdırılması ilə sübuta yetirilməmişdir. Bildiririrlər ki, iddiaçıya ödənilən təqvim haqlarının vergidən azad olması ilə bağlı Vergi Məcəlləsinin hər hansı maddəsinə istinad edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır. Maddənin tələbindən göründüyü kimi, yalnız əvəzsiz köçürmələr, üzvlük haqqı və ianələr vergidən azaddır. Belə olan halda təqvim haqlarının qeyd olunan heç bir kateqoriyaya daxil olmadığını nəzərə alsaq, qeyd olunan məbləğlərin vergidən azad olunması əsassızdır. Təqvim haqları kompensasiya ödənişləri ehtiyatının mənbələrindən biri kimi Büroya iştirakçı sığortaçılar tərəfindən ödənilən məbləğdir. Belə ki, göründüyü kimi, təqvim haqları kompensasiya ödənişini formalaşdıran elementlərdən biridir. İndi isə kompensasiya ödənişinin nə olduğunu müəyyən etmək lazımdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən iştirakçı sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə, üçüncü şəxsin sağlamlığına naməlum və yaxud oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda, mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda, mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda Büro tərəfindən kompensasiya ödənişləri verilir. Göründüyü kimi, iştirakçı sığortaçılar tərəfindən ödənilən təqvim haqlarının təyinatı kompensasiya ödənişlərinin verilməsi ilə əlaqədar ehtiyatın yaradılmasıdır. Yəni ödənilən təqvim haqları əvəzsiz xarakter daşımır, eyni zamanda nə ianə, nə də üzvlük haqqı ilə əhatə olunmur.Qeyd olunanlardan aydın olur ki, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsində təsbit edilmiş azadolmaların dairəsində təqvim haqları müəyyən edilməmişdir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb. e) Prosses iştirakçılarının izahatları

25. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

26. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Konstitusiyasının - 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. -

28. Azərbaycan Respublikası Vergi Məcəlləsinin - 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ kimi müəyyən edilmişdir. - 24.1.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.3-cü maddəsinə əsasən,kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. - 106.1.2-ci maddəsinə əsasən, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır.

29. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanun: 27.1. İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X4 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır: 28.3. İştirak haqqı Büronun iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu məbləğdir. 30.3. Təqvim haqları kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri kimi iştirakçı sığortaçıların bu Qanunda müəyyən edilmiş qaydada Büroya ödədikləri mütəmadi haqlardır.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

31.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 32.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

34. İddianın mahiyyəti və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:

35. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin dəlilləri ilə razılaşmır və hesab edir ki, Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.

36. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli, 165-İVQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli Fərmanının 3.1.12-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən xx.xx.2011-ci il tarixdə İcbari Sığorta Bürosunun təsis iclası çağırılmış, təsis iclasında Büronun təsis edilməsi, Büronun nizamnaməsinin təsdiq olunması, Büronun fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, o cümlədən Büronun dövlət qeydiyyatına alınması məqsədilə müvəqqəti inzibatçının seçilməsi barədə qərarlar qəbul edilmişdir. Buna əsasən həmin ilin 29 noyabr tarixində “İcbari Sığorta Bürosu” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına və 06 dekabr tarixində isə Azərbaycan Respublikasının Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır

37. “İcbari Sığorta Bürosu”nun iştirakçıları daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növlərini həyata keçirə bilərlər.

38. “İcbari sığortalar haqqında” qanununda təqvim haqları (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanun 30.3.-cü maddəsinə əsasən təqvim haqları kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri kimi iştirakçı sığortaçıların bu Qanunda müəyyən edilmiş qaydada Büroya ödədikləri mütəmadi haqlardır.) sığortaçının Büronun iştirakçı sığortaçıların reyestrinə daxil edildiyi gündən başlayaraq, icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının 5 faizi həcmində ödənilməsini nəzərdə tutur.

39. Araşdırma zamanı iştirakçı sığortaçıların müəyyən edilmiş qaydada Büroya ödədiyi təqvim haqlarının məbləği 2014-cü ildə 6 899 669,0 manat, 2015-ci ildə 16 307 456,0 manat, 2016-cı ildə 11 255 246,0 manat olmaqla, ümumilikdə 34 462 371,0 manat təşkil etməsinə baxmayaraq, 2014-2016-cı illər üzrə mənfəət vergisi bəyannamələrinin vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymtləndirilmişdir.

40. Qeyd olunanlar ilə əlaqədar, vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2017-ci il tarixli **********574300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir.

41. Lakin müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2014-cü ilin mənfəət vergisi bəyannaməsinə 966300 manat, 2015-ci ilin mənfəət vergisi bəyannaməsinə ******* manat, 2016-cı ilin mənfəət vergisi bəyannaməsinə 116800 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2017-ci il tarixli **********557800, **********558500, **********560600 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir.

42. Həmçinin, 2017-ci il üzrə təqdim edilmiş maliyyə hesabatında 9 095,3 min manat gəlirlərinin, 8 549,3 min manat isə xərclərinin olduğu qeyd edilməsinə baxmayaraq, 2017ci il üzrə mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir. Araşdırma zamanı ödəyicinin xərclərinin 3 819,0 min manatı uzunmüddətli aktivlərin xaric olmasından xərclər olduğu, həmin xərcin analoji olaraq 2014-2016-cı il üzrə mənfəət vergisi bəyannamələrinin vergi orqanına təqdim edilməməsi səbəbindən KVY ilə hesablanmış məbləğlərin uzunmüddətli aktivlərdən silinməsi olmuşdur. Qeyd edilən hal vergi ödəyicisinin büdcə öhdəlikləri olduğu halda, həmin xərclərin MV-dən azaldılan xərc kimi hesab etməsidir. Eyni zamanda 2017-ci ilin sonu vəziyyətinə auditor rəyinə əsasən 36,0 milyon manat bank hesabında vəsait mövcud olduğu müəyyən edilmişdir.

43. Qeyd olunanlar ilə əlaqədar, vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2018-ci il tarixli **********787700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir.

44. Lakin müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin mənfəət vergisi bəyannaməsinə 872900 manat, bu barədə vergi ödəyicisinə xx.xx.2018-ci il tarixli **********100000 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Bildiririk ki, vergi ödəyicisi tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2019-cu il tarixli **********654100 nömrəli məktuba əsasən 2018- ci il üzrə ümumi gəlirlərin 8 716 053,67 manat, cəmi xərclərin isə 5 126 549,10 manat, o cümlədən amortizasiya xərclərinin 217 863,0 manat, əmək haqqı xərclərinin 874 349,0 manat, sair xərclərin 4 034 337,10 manat təşkil etməsinə baxmayaraq, müvafiq dövr üzrə mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir.

45. Qeyd olunanlar ilə əlaqədar, vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2019-cu il tarixli **********736800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir.

46. Lakin müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin mənfəət vergisi bəyannaməsinə 717900,91 manat, bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********750000 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir.

47. Aparılan araşdırma nəticəsində 2019-cu il ərzində təqvim haqqları üzrə 9 239 769,00 manat, faizlər üzrə 934 558,16 manat gəlir əldə edilməsi və xərclər nəzərə alınmaqla, vergiyə cəlb edilən mənfəətin 6 835 165,16 manat təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda faizlər üzrə əldə edilən gəlirlərdən ödəmə mənbəyində 10% dərəcə ilə tutulan vergi nəzərə alınmaqla 2019-cu il üzrə mənfəət vergisi üzrə 1 273 576,81 manat vergi məbləği hesablanmalı olduğu halda tərəfinizdən 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi təqdim edilməmmişdir.

48. Qeyd olunanlar ilə əlaqədar, vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2020-ci il tarixli **********768300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub” göndərilmişdir.

49. Lakin müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin mənfəət vergisi bəyannaməsinə 1 273 576,81 manat, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********532300 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir.

50. Hazırkı iş üzrə iddianı təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyinə əsasən, mənfəət vergisinin ödəyicisi olmaq üçün qeyri-kommersiya təşkilatı sahibkarlıq fəaliyyətindən gəlir əldə etməlidir. Lakin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması, hər hansı gəlir əldə etməsi məhkəmə araşdırılması ilə sübuta yetirilməmişdir.

51. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçıya ödənilən təqvim haqlarının vergidən azad olması ilə bağlı Vergi Məcəlləsinin hər hansı maddəsinə istinad edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən, qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır. Maddənin tələbindən göründüyü kimi, yalnız əvəzsiz köçürmələr, üzvlük haqqı və ianələr vergidən azaddır. Belə olan halda təqvim haqlarının qeyd olunan heç bir kateqoriyaya daxil olmadığını nəzərə alsaq, qeyd olunan məbləğlərin vergidən azad olunması əsassızdır. Təqvim haqları kompensasiya ödənişləri ehtiyatının mənbələrindən biri kimi Büroya iştirakçı sığortaçılar tərəfindən ödənilən məbləğdir. Belə ki, göründüyü kimi, təqvim haqları kompensasiya ödənişini formalaşdıran elementlərdən biridir.

52. İndi isə kompensasiya ödənişinin nə olduğunu müəyyən etmək lazımdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən iştirakçı sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə, üçüncü şəxsin sağlamlığına naməlum və yaxud oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda, mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda, mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda Büro tərəfindən kompensasiya ödənişləri verilir.

53. Göründüyü kimi, iştirakçı sığortaçılar tərəfindən ödənilən təqvim haqlarının təyinatı kompensasiya ödənişlərinin verilməsi ilə əlaqədar ehtiyatın yaradılmasıdır. Yəni ödənilən təqvim haqları əvəzsiz xarakter daşımır, eyni zamanda nə ianə, nə də üzvlük haqqı ilə əhatə olunmur.

54. Qeyd olunanlardan aydın olur ki, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsində təsbit edilmiş azadolmaların dairəsində təqvim haqları müəyyən edilməmişdir. 55.Daha sonra birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının hazırda mübahisələndirdiyi qərarları ilə ümumilikdə, 9078608,1 manat məbləğində iddiaçıya mənfəət vergisi hesablamışdır.

56. Halbuki, müvafiq qərarlarla vergi ödəyicisinə 2014-cü il üzrə 966300 manat, 2015-ci il üzrə ******* manat, 2016-cı il üzrə 116800 manat, 2017-ci il üzrə 872900 manat, 2018-ci il üzrə 717900,91 manat, 2019-cu il üzrə 1 273 576,81 manat, ümumilikdə, 6472217,72 manat mənfəət vergisi hesablanmışdır. Şikayətə əlavə edilmiş şəxsi hesab vərəqəsindən də görünür ki, qalan məbləğlər vergi ödəyicisinin ödəniş tapşırıqları əsasında mənfəət vergisi, eləcə də, özünün bəyan etdiyi ödəmə mənbəyində tutulan vergi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə onun tərəfindən ödənilmişdir.

57. Göründüyü kimi, birinci instansiya məhkəməsi vergi orqanının qərarları üzrə hesablanmış məbləğləri araşdırmadan və yuxarıda qeyd edilən hallara münasibət bildirmədən 9078608,1 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir.

58. Məhkəmə Kollegiyası işin yuxarıda sadalanan halları ilə yanaşı Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinin məzmunundan çıxış edərək təqvim haqları üzvlük haqqı-iştirak haqqı ilə eyni olmadığını diqqətə çəkir.Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu İştirak haqqını və Təqvim haqlarını bir-birindən fərqləndirmişdir. (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanun 28.3.-ci maddəsinə əsasə İştirak haqqı Büronun iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu məbləğdir.Həmin Qanunun 30.3.-cü maddəsinə əsasən Təqvim haqları kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri kimi iştirakçı sığortaçıların bu Qanunda müəyyən edilmiş qaydada Büroya ödədikləri mütəmadi haqlardır.)

59. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddia rədd olunmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar