Məhkəmə qərarları › İş №2-1(103)-2360/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2360/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2360/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, X18 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4310/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-ci il tarixli, 3-21-2-2/2- 11651/2024 saylı Qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X15” ASC tərəfindən xx.xx.2024cü il tarixdə təqdim edilmiş 2023-cü il üzrə dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi ilə əlaqədar Milli Gəlirlər Baş İdarəsindən xx.xx.2024-cü il tarixli, **********863000 nömrəli məktub daxil olmuşdur. Həmin məktubda araşdırma zamanı 2023-cü il ərzində məktuba əlavə edilmiş vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə- fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, müəssisənin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı qeyd edilmişdir və müvafiq cədvəl əlavə edilmişdir. Bank tərəfindən Milli Gəlirlər Baş İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli **********348800 nömrəli məktubla müraciətə cavab verilmişdir və qeyd edilən vergi ödəyiciləri ilə aparılmış əməliyyatların riskli ödəyici siyahısına daxil edilməzdən əvvəl baş tutduğu və bu əməliyyatların əmtəəsiz olmadığı bildirilmişdir. Həmçinin, 2023-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin yoxlanılması zamanı həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsi müddəalarının tətbiq edilməsi, əməliyyatların bazar qiymətləri və müvafiq məlumatlar əsasında qiymətləndirilməsi vurğulanmışdır. Daha sonra, “X15” ASC tərəfindən 2023-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsi kameral qaydada yoxlanılmış və yoxlama nəticəsində xx.xx.2024cü il tarixli 3-21-2-2/2-11651/2024 saylı qərar qəbul edilmişdir. Həmin Qərar nəticəsində bankın bəyan edilmiş 972118,41 (doqquz yüz yetmiş iki min yüz on səkkiz manat, qırx bir qəpik) manat məbləğində ödənişlərinin xərc kimi nəzərə alınmasından imtina edilmişdir və yoxlama nəticəsində 187669,09 (bir yüz səksən yeddi min altı yüz altmış doqquz manat, doqquz qəpik) əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiçiləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Bank tərəfindən 2023-cü ildə mal, iş və xidmətlərin alındığı 13 vergi ödəyicisi sonradan vergi orqanı tərəfindən riskli vergi ödəyicisi sayılaraq riskli vergi ödəyicilərinin reyestrinə daxil edilmişdir. Bu səbəbdən sözügedən şəxslərlə bağlanılmış 39 müqavilə üzrə ödənişlərin edilməsi zamanı onların riskli vergi ödəyicisi olmaları barədə məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunmamışdır. Nəticə etibarilə, Bank mal, iş və xidmət əldə edən və ya əməliyyatlar aparan zaman, ödəniş edən zaman, malın və ya xidmətin təhvil alınmasına dair təhvil-təslim aktları imzalandığı zaman həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri hesab edilmirdi və onların gələcəkdə riskli vergi ödəyicisi olacağı barədə Bank məlumatlı ola bilməzdi. Bu hallar iddia ərizəsinə əlavə edilmiş Cədvəl № 1-dən də aydın olur. Daha sonrakı tarixlərdə, cədvəldə qeyd edilmiş müəssisələr tərəfindən aparılmış digər əməliyyatların riskli hesab edilərək sonuncunun riskli vergi ödəyicilərinin siyahısına salınması isə Bank ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisələrin əvvəllər apardıqları əməliyyatları da riskli hesab edərək, Bank tərəfindən edilmiş ödənişləri xərc kimi nəzərə almaqdan imtina etmiş və bununla da qanun pozuntusuna yol vermişdir. Sözügedən şəxslər barədə qeyd edilən faktlar vergi orqanı tərəfindən vergi nəzarəti tədbirləri çərçivəsində vergi orqanının malik olduğu inzibati-texniki resursların istifadəsi nəticəsində aşkarlanmışdır. Lakin Bank vergi ödəyicisi olaraq, vergi orqanının malik olduğu inzibatitexniki resurslara malik deyildir və bu səbəbdən qeyd olunan məlumatlara elektron qaydada çıxış imkanı mövcud deyildir, həmçinin, həmin məlumatlar vergi ödəyicilərinə aid olan vergi sim olduğu üçün vergi orqanından əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, qanunvericilikdə bankların mal, iş və xidmətlərin alınması zamanı sözügedən məlumatları əldə etməsi öhdəliyi mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicisinin vəzifələri sırasında belə bir vəzifə müəyyən edilməmişdir. Bank tərəfindən qeyd edilmiş şəxslər ilə aparılan əməliyyatlar əmtəəsiz əməliyyatlar olmamış, əməliyyatlar nəticəsində müvafiq müqavilələrdə nəzərdə tutulmuş mallar (işlər, xidmətlər) əldə edilmişdir və müvafiq təsdiqedici sənədlər ilə təsdiqlənmişdir. Bank tərəfindən nəzarət edilən əsas məqam məhz bağlanmış müqavilələr əsasında malların (işlərin, xidmətlərin) əldə edilməsidir. Cədvəldə qeyd edilən vergi ödəyiciləri ilə Bank arasında olan təsərrüfat əlaqələri həmin ödəyicilərin adı riskli vergi ödəyicisi siyahısına daxil edilmədən öncəki dövrlərdə aparılmışdır. Bundan əlavə bildirmək istəyirik ki, Vergi Məcəlləsinə əsasən əmtəəsiz əməliyyat xərc kimi tanınmır. Lakin, iddia ərizəsinə əlavə olunan e-qaimələr əsasında, görünür ki Bank mal/ xidmətləri əldə etmişdir və nəticə etibarilə Bank tərəfindən əmtəəsiz əməliyyat aparılmamışdır. Bundan savayı, sözügedən əməliyyatların əmtəəsiz olmasını sübutetmə vəzifəsi Vergi orqanın üzərində olsa da, Vergi orqanı bu əməliyyatların əmtəəsiz olduğunu sübuta yetirə bilməmişdir. Beləliklə hesab edirlər ki, Milli Gəlirlər Baş İdarəsinin ‘‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-2/2-11651/2024 saylı Qərarı ləğv edilməlidir. xx.xx.2024-ci il tarixdə “Elektron məhkəmə informasiya” sistemi vasitəsilə Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-2/2-24669/2024 №-li iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-2/2-24669/2024 №-li iddia tələbinə dair yazılı mülahizəsində (etirazında) göstərilmişdir ki, aparılmış kameral vergi yoxlaması zamanı vergi ödəyicisi “X15” ASC ilə "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), X5 (VÖEN: **********), X20 (VÖEN: **********), X13 (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), X9 (VÖEN: **********), X3 (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), X17 (VÖEN: **********) arasında aparılmış əməliyyatların Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarının tələblərinə əsasən əmtəəsiz əməliyyatlar olması aşkar olunmuş və aparılmış həmin əməliyyatlar üzrə xx.xx.2024-cü il tarixli 3-21-22/2-11651/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və əlavə vergi hesablanması həyata keçirilmişdir. Belə ki, “X15” ASC tərəfindən 2023-cü il ərzində yuxarıda qeyd olunan vergi ödəyiciləri ilə aparılmış 972118,41 manat dəyərində əməliyyatların riskli olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma ilə qeyd edilən vergi ödəyicisindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların, işlərin və ya xidmətlərin həcminin və çeşidinin həmin müəssisələr üzrə vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Həmin Məcəllənin 109.9-cu maddəsinə əsasən isə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Qeyd olunanlar əsas götürülməklə həmin əməliyyatlar üzrə təqdim edilmiş sənədlər xərci təsdiq edən sənəd hesab edilməmiş, ümumilikdə vergi ödəyicisinə 187669,09 manat mənfəət vergisi hesablanması həyata keçirilmişdir. Hesab edirlər ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. İddiaçının ərizəsində qeyd olunan müddəalara münasibətdə bildirirlər ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 13.2.81ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Qərarı ilə müəyyən edilmiş Meyarlarda əməliyyatın riskli və əmtəəsiz əməliyyat hesab olunması üçün əsas göstəricilər müəyyən edilmişdir. Həmin Meyarların 2.1.2-ci bəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə ödəyici riskli vergi ödəyiciləri siyahısına aid edilir. 3.1-ci bəndinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab olunur. Kameral vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, “X15” ASC ilə əməliyyat aparmış "xxxx" MMC tərəfindən xx.xx.2022-xx.xx.2023-ci il tarixlərində cəmi 199,4 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq Meyarların 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü bəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısına aid edilmişdir. Digər vergi ödəyicisi "xxxx" MMC tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixində cəmi 190 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “kataloq, kətan çanta, metal pin, fəxri fərman və s.” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı aşkar edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq Meyarların 2.1.1- ci, 3.1.1-ci və 2.1.3-cü bəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısına aid edilmişdir. Vergi ödəyicisi X5 tərəfindən xx.xx.2023xx.xx.2023-cü il tarixlərində cəmi 17,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Pufik 50 x 50, divan 3 x 3 (künc), dolabça (təkərli), Printer altı dolab (60 x 60 x 60) və s.” satışda qeyd olunduğu halda, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq Meyarların 2.1.1-ci və 3.1.1-ci bəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısına aid edilmişdir. Vergi ödəyicisi X20 tərəfindən xx.xx.2022xx.xx.2022-ci il tarixlərində cəmi 9,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “şaquli jalyuzi, zebra ştoru, atermal aynalı plyonka və s.” satışda qeyd olunduğu halda, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı aşkar edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq Meyarların 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü bəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısına aid edilmişdir. Vergi ödəyicisi X13 tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində cəmi 30,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “fincan art edition, şüşə butulka qara rəng, çanta qara rəng, cardholder qara rəng və s.” satışda qeyd olunduğu halda, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı aşkar edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq Meyarların 2.1.1- ci, 3.1.1-ci və 2.1.3-cü bəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısına aid edilmişdir. Vergi ödəyicisi "xxxx" MMC tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində cəmi 136,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “ekran, ventilyator, kompressor” satışda qeyd olunduğu halda, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı aşkar edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq Meyarların 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü bəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısına aid edilmişdir. Vergi ödəyicisi "xxxx" MMC tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində cəmi 132257,9 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “pul sayğacı, Dors 800, pul sayğacı Hitachi, Multivac C 100, Pin convert şəffaf, qəpik çeşidləyən ribbon, vakum paket, selofan, lent və s." satışda qeyd olunduğu halda, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Vergi ödəyicisi "xxxx" MMC tərəfindən xx.xx.2023xx.xx.2023-cü il tarixlərində cəmi 166109,62 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “künc divan, masa vəs.” satışda qeyd olunduğu halda, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq Meyarların 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü bəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısına aid edilmişdir. Vergi ödəyicisi "xxxx" MMC tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində cəmi 199,6 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Reklam məhsulu” satışda qeyd olunduğu halda, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı aşkar edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq Meyarların 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü bəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısına aid edilmişdir. Nəzərə almaq lazımdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş **********654200 nömrəli, xx.xx.2023-cü il tarixli; **********452700 nömrəli, xx.xx.2023-cü il tarixli; **********596900 nömrəli, 21,06.2023-cü il tarixli; **********334200 nömrəli, xx.xx.2023-cü il tarixli; **********797300 nömrəli, xx.xx.2023-cü il tarixli; **********022300 nömrəli, xx.xx.2023-cü il tarixli; **********735700 nömrəli, xx.xx.2023-cü il tarixli; **********765300 nömrəli, xx.xx.2023-cü il tarixli; **********178500 nömrəli, xx.xx.2023-cü il tarixli; **********653700 nömrəli, xx.xx.2024-cü il tarixli; **********630200 nömrəli, xx.xx.2024-cü il tarixli; **********635700 nömrəli, xx.xx.2024-cü il tarixli və **********676200 nömrəli, xx.xx.2024-cü il tarixli vergi ödəyicinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarlar hal-hazırda qüvvədədir və həmin qərarla təsdiq edilmiş müvafiq vergi ödəyiciləri tərəfindən aparılmış əməliyyatların əmtəəsiz əməliyyatlar olması, həmçinin müvafiq ödəyicinin riskli ödəyicilər siyahısına aid edilməsi faktiki olaraq iş üzrə mübahisələndirilən hallara aid edilməmişdir. Bununla yanaşı, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olubolmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Odur ki, riskli vergi ödəyicisi siyahısına daxil edilmə barədə qərarın əməliyyatların aparılmasından sonra qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarı ilə, qərarın əməliyyatdan sonra və ya əvvəl qəbul edilməsi əməliyyatın özlüyündə riskli və ya əmtəəsiz əməliyyat olması nəticəsini dəyişdirmir. Əlavə olaraq nəzərə alınmalıdır ki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə həm riskli vergi ödəyicisinin meyarları, həm də riskli əməliyyatların meyarları müəyyən edilmişdir. Mübahisələndirilən iş üzrə “X15” ASC üçün əlavə vergi hesablanmasına səbəb əməliyyatlar aparılan zaman qarşı tərəflərin riskli vergi ödəyicisi deyil, əməliyyatların riskli əməliyyatlar hesab edilməsi olmuşdur. Belə ki, Meyarların 3-cü bəndi ilə riskli əməliyyatların göstəriciləri müəyyən edilmişdir. Həmin bəndə əsasən, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1.vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2.vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Yuxarıda qeyd olunan vergi ödəyiciləri ilə aparılmış əməliyyatlara baxdıqda müəyyən olur ki, əməliyyatların əmtəəsiz hesab olunmasının səbəbi 3.1.1-ci bəndə qeyd olunduğu kimi müvafiq vergi ödəyicilərinin idxalında və ya alışında həmin mal çeşidlərinin olmamasıdır. Yekun olaraq, əlavə vergi hesablanmasının əsası vergi ödəyicilərinin riskli vergi ödəyiciləri olması barədə qərarların qəbul edilməsi deyil, aparılmış əməliyyatların risk meyarlarına uyğun olmasıdır. Bu hal da öz növbəsində vergi orqanı tərəfindən vergi ödəyicilərinin riskli vergi ödəyiciləri siyahısına daxil edilmə barədə qərarların qəbul edilməsinə səbəb olmuşdur. “X15” ASC ilə qeyd olunan vergi ödəyiciləri arasında aparılmış əməliyyatların əmtəəsiz əməliyyat olması və vergi qanunvericiliyinin tələblərinə əsasən “X15” ASC tərəfindən əldə edilmiş sənədlərin əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilməsi səbəbindən müvafiq sənədlər xərcləri təsdiq edən sənəd qismində qəbul edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Yuxarıda qeyd olunan müddəaları və qanunvericiliyin müvafiq tələblərini rəhbər tutaraq iddia tələbinin təmin olunmaması barədə qərarın qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4310/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun yazılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərarında qeyd olunur ki, “əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər.” Göründüyü kimi məhkəmə əmtəəsiz əməliyyatın aparılmasında hər iki tərəfin təqsirli olduğunu qəbul edir və onların bu əməliyyatın nəticələrindən yaranan hallar üzrə məsuliyyət daşıdığını bildirir. Buna baxmayaraq birinci instansiya məhkəməsi öz mövqeyinə zidd yanaşma irəli sürərək - “malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir” – qeyd edərək əməliyyatın əmtəəsiz olmasının iddiaçının məsuliyyət sferasına aid olmadığını və Vergi Məcəlləsi ilə iddiaçının qarşı tərəfin idxalında və ya alışında olan malların, işlərin və xidmətlərin həqiqətən olub-olmadığını araşdırma öhdəliyinin olmadığını bildirmişdir. İddiaçı “X15” ASC-nin əsas fəaliyyəti bank fəaliyyətidir. Aparılmış əməliyyatlar üzrə riskli e-qaimə fakturaların predmeti iddiaçı tərəfindən malların və xidmətlərin alınması olmuşdur ki, bu mallar və xidmətlər yalnızca bankın fəaliyyətində istifadə edilmiş və üçüncü şəxslərə təqdim edilməmişdir. Belə olan halda alınmış iş və xidmətlər üzrə məhkəmənin qeyd etdiyi kimi hər hansı gəlirin əldə edilməsi və həmin gəlirin vergi orqanı tərəfindən nəzərə alınıb-alınmaması mübahisə predmeti ola bilməz. Məhkəmənin digər bir yanaşmasına əsasən, “iddiaçı ilə "xxxx" MMC, "xxxx" MMC, X5, X20, X13, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, X9, X3, "xxxx" MMC və X17 arasında mübahisələndirilən qərarın qəbul olunmasına əsas olmuş əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsindən əvvəl həyata keçirilmişdir”. Müvafiq hissəyə münasibətdə nəzərə alınmalıdır ki, əməliyyatların əmtəəsiz hesab olunması və vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına aid edilməsi məhz həmin vergi ödəyiciləri arasında əməliyyatlar aparıldıqdan sonra müvafiq əməliyyatların yekununda əməliyyatların əmtəəsiz olub-olmaması müəyyən edilir və riskli vergi ödəyicilərinin siyahıya daxil edilməsi barədə qərar qəbul edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olub-olmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Odur ki, riskli vergi ödəyicisi siyahısına daxil edilmə barədə qərarın əməliyyatların aparılmasından sonra qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarı ilə, qərarın əməliyyatdan sonra və ya əvvəl qəbul edilməsi əməliyyatın özlüyündə riskli və ya əmtəəsiz əməliyyat olması nəticəsini dəyişdirmir. Qərarın əsaslandırma hissəsində qeyd olunur ki, “hətta tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsa idi belə, cavabdeh vergi orqanı iddiaçı barəsində əlavə mənfəət vergisini 109.9-cu maddəsinin tələblərini pozmaqla hesablamışdır. Belə ki, həmin maddədə təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı olması qeyd edilsə də, cavabdeh əməliyyatların məbləğinə qeyd olunan müddəalar nəzərə alınmadan birbaşa 20%-lə mənfəət vergisi hesablanmışdır”. Müvafiq hissəyə münasibətdə məhkəmə nəzərə almamışdır ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən vergi ödəyicisinin aparmış olduğu əməliyyat əmtəəsiz olduğu təqdirdə həmin əməliyyatlar üzrə çəkilmiş xərclər gəlirdən çıxılan xərc hesab edilə bilməz. Müvafiq hal nəzərə alınmaqla vergi orqanı tərəfindən xərc sənədləri nəzərə alınmamış və həmin hissəyə münasibətdə 20% dərəcə ilə əlavə mənfəət vergisi hesablanması həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi icraatı dövründə təqdim edilmiş sübutlardan aydın olur ki, müəssisələr arasında aparılmış əməliyyatlar faktiki olaraq mal, iş və xidmət təqdim edilmədən, başqa əməliyyatı pərdələmək məqsədilə rəsmiləşdirilmişdir. Qeyd olunan faktlara dair bütün təsdiqedici sənədlərin məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən yetərli sübut qismində qəbul edilməmiş və məhkəmə əsassız olaraq kifayət qədər sübutların təqdim olunmadığı qənaətinə gəlmişdir. Hesab edilir ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları tam qiymətləndirməmiş və cavabdehin dəlilləri üzrə əsaslandırılmış münasibət bildirməmişdir. Belə ki, məhkəmə sadəcə formal mülahizələrinə söykənərək və heç bir əsaslandırma aparmadan iddianı əsaslı hesab etmişdi Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz apellyasiya şikayətinə uyğun yazılmış və əlavə olaraq qeyd edilmişdir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarı əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onu riskli və ya əmtəəsiz əməliyyat olub-olmaması və ya aparan tərəfin riskli vergi ödəyicisi olub-olmaması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyicisi olması barədə çıxarılır. Riskli vergi ödəyiciləri barədə cavabdehin qeyd etdiyi faktlar vergi orqanı tərəfindən vergi nəzarəti tədbirləri çərçivəsində vergi orqanının malik olduğu inzibati-texniki resursların istifadəsi nəticəsində aşkarlanmışdır. Lakin Bank vergi ödəyicisi olaraq, vergi orqanının malik olduğu inzibati-texniki resurslara malik deyildir və bu səbəbdən qeyd olunan məlumatlara elektron qaydada çıxış imkanı mövcud deyildir, həmçinin, həmin məlumatlar vergi ödəyicilərinə aid olan vergi sirri olduğu üçün vergi orqanından əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, qanunvericilikdə bankların mal, iş və xidmətlərin alınması zamanı sözügedən məlumatları əldə etməsi öhdəliyi mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicisinin vəzifələri sırasında belə bir vəzifə müəyyən edilməmişdir." Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddaçının nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisələndirilən qərar üzrə iddiaçı yuxarı inzibati orqana müraciətlər etmiş, yuxarı inzibati orqanın apellyasiya şurasının yekun xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Həmin qərarın iddiaçıya nə vaxt tədim edildiyi barədə cavabdeh sübut təqdim etməmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: ...12.1.2. vergitutma bazası;... 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3 Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; ... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. ... Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1 Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. (yoxlamanın aparıldığı anda qüvvədə olan redaksiya) Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2- 1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışlabağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4 Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: ...83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; ... 83.7 vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.

175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt;. ... 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanunun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 902 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Həmin Meyarların 1.3-cü bəndində qeyd edilmişdir ki, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə görə VM-nin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin internet vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”. - 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. - 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. - 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; - 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; - 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; - 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; - 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.

3. Riskli əməliyyatların meyarları 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

İş materiallarında olan «X15» ASC ilə X17 (**********) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01/2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, müqaviləyə əsasən “satıcı” “təhvil qəbul aktı”nda göstərilmiş və müəyyən edilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində həmi müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləğ satıcıya ödəəyi öhdəsinə götürmüş, müqaviləyə əlavə olunmuş qiymət razılaşdırılması protokoluna uyğun olaraq malların dəyəri, miqdarı, vahidinin qiyməti, ümumi məbləği qeyd olunmaqla 15214 manat dəyərində ümumi məbləğ müəyyən edilmişdir. EBDİ seriyalı №280968 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 1621 manat dəyərində mal, EBDV seriyalı №188742 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 2362 manat, EBDM seriyalı №678353 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 2278 manat, EBDL seriyalı №698063 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 2370 manat, EBDG seriyalı №339932 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 2965 manat, EBDA seriyalı №692931 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 3618 manat dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. -«X15» ASC ilə "xxxx" MMC (**********) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 09/2022-ci il saylı müqavilə üzrə EBDU seriyalı №046780 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 15800 manat, EBDR seriyalı №775072 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 15800 manat, EBDP seriyalı №528980 saylı, xx.xx.2023cü il tarixli Elektron qaiməyə əsasən 15800 manat, EBDN seriyalı №388967 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 15800 manat, EBDL seriyalı №128068 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 15800 manat, EBDİ seriyalı №991803 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 15800 manat, EBDG seriyalı №872540 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 15800 manat, EBDE seriyalı №637101 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 15800 manat, EBDC seriyalı №744962 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 15800 manat, EBDA seriyalı №837149 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 15800 manat, EBCN seriyalı №991386 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 15800 manat dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. -«X15» ASC ilə X3 (**********) arasında bağlanmış 10 may 2023-ci il tarixli, 01/2023 saylı müqavilə üzrə EBDU seriyalı №100754 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 16500 manat, EBDR seriyalı №776280 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 16500 manat, EBDP seriyalı №531690 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 16500 manat, EBDN seriyalı №390358 saylı, xx.xx.2023cü il tarixli Elektron qaiməyə əsasən 16500 manat, EBDL seriyalı №125412 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 16500 manat, EBDİ seriyalı №992311 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 16500 manat, EBDG seriyalı №877947 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 16500 manat, EBDF seriyalı №319789 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 16500 manat dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. -«X15» ASC ilə X9 (**********) arasında bağlanmış 01 fevral 2021-ci il tarixli, 01/2021 saylı müqavilə üzrə EBDK seriyalı №529194 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 44840 manat dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. -«X15» ASC ilə "xxxx" MMC (**********) arasında bağlanmış xx.xx.2023-cü il tarixli PW-B №01/23 saylı müqavilə üzrə EBDA seriyalı №828765 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 99800 manat, EBCN seriyalı №974012 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 99800 manat dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. -«X15» ASC ilə "xxxx" MMC (**********) arasında bağlanmış xx.xx.2023-cü il tarixli RB №02/10/23 saylı müqavilə üzrə EBDP seriyalı №519789 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 132200 manat dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. -«X15» ASC ilə "xxxx" MMC (**********) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 055 saylı müqavilə üzrə EBDİ seriyalı №234054 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 2300 manat, EBDG seriyalı №998753 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 880 manat dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. -«X15» ASC ilə "xxxx" MMC (**********) arasında bağlanmış xx.xx.2023-cü il tarixli RB №10/07/23 saylı müqavilə üzrə EBDJ seriyalı №686550 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 132000 manat dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. -«X15» ASC ilə X13 (**********) arasında bağlanmış 27 aprel 2023-cü il tarixli, 05-23 saylı müqavilə üzrə EBDK seriyalı №574663 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 20678 manat dəyərində mal alınmış dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. -«X15» ASC ilə X20 (**********) arasında bağlanmış 01 iyul 2022-ci il tarixli, 02 saylı müqavilə üzrə EBDD seriyalı №442565 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 718.40 manat, EBDD seriyalı №443258 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 238.31 manat dəyərində mal alınmış dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. -«X15» ASC ilə X5 (**********) arasında bağlanmış 05 yanvar 2023-cü il tarixli, 01 saylı müqavilə üzrə EBDD seriyalı №736851 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 12123.65 manat, EBDA seriyalı №882225 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 10495.92 manat dəyərində mal alınmış dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. -«X15» ASC ilə "xxxx" MMC (**********) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 001 saylı müqavilə üzrə EBCM seriyalı №429119 saylı, xx.xx.2023-cü il tarixli Elektron qaiməyə əsasən 390 manat dəyərində mal alınmış dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. -«X15» ASC ilə "xxxx" MMC (**********) arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli PW-B №01/22 saylı saylı müqavilə üzrə EBCM seriyalı №418617 saylı, xx.xx.2023cü il tarixli Elektron qaiməyə əsasən 99700 manat dəyərində mal alınmış dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X19 üzrə Baş İdarəsinin: - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********654200 №-li qərarının surətindən müəyyən olunur ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********452700 №-li qərarının surətindən müəyyən olunur ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********334200 №-li qərarının surətindən müəyyən olunur ki, vergi ödəyicisi X14 (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********797300 №-li qərarının surətindən müəyyən olunur ki, vergi ödəyicisi X7 (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********022300 №-li qərarının surətindən müəyyən olunur ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********178500 №-li qərarının surətindən müəyyən olunur ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********735700 №-li qərarının surətindən müəyyən olunur ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin: - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********765300 №-li qərarının surətindən müəyyən olunur ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********653700 №-li qərarının surətindən müəyyən olunur ki, vergi ödəyicisi X6 (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********630200 №-li qərarının surətindən müəyyən olunur ki, vergi ödəyicisi X2 (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********635700 №-li qərarının surətindən müəyyən olunur ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********676200 №-li qərarının surətindən müəyyən olunur ki, vergi ödəyicisi X10 (**********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-11651/2024 №-li qərarının surətindən müəyyən olunur ki, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 187669,09 manat olmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, 2023-cü il ərzində riskli vergi ödəyicilərindən alınmış elektron qaimə-fakturalar üzrə **********921800 və **********249400 nömrəli müraciətlər nəzərə alınmaqla ümumi dəyəri 972118,41 manat məbləğ əməliyyatların riskli olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma ilə qeyd edilən vergi ödəyicilərindən əldə edilmiş elektron qaiməfakturalar üzrə alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin müəssisənin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən isə əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (Zərər nəzərə alınmaqla). İddiaçı hazırki tələbində cavabdeh inzibati orqanın 1xx.xx.2024-ci il tarixli, 3-21-2-2/2- 11651/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarını mübahisələndirir. Cavabdeh inzibati orqan tərəfindən qeyd edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar əsasında əlavə vergi məbləğləri hesablanmasına əsas iddiaçının qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC, "xxxx" MMC, X20, X13, "xxxx" MMC "xxxx" MMC, "xxxx" MMC, X9, X3, "xxxx" MMC, X10 riskli vergli ödəyicisi hesab olunmaları ilə bağlıdır. Kollegiya iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yuxarıda sadalanan normaların təhlilindən aydın olur ki, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatların həyata keçirildiyi vergi orqanı tərəfindən sübuta yetirildikdə, həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab edilir və qeyd olunan əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyindən, vergi ödəyicisinin xərcləri Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən edilir. Riskli əməliyyatlarla bağlı isə aşağıdakılar qeyd edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. Bununla yanaşı həm də qeyd olunmalıdır ki, hətta tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsa idi belə, cavabdeh vergi orqanı iddiaçı barəsində əlavə mənfəət vergisini 109.9-cu maddəsinin tələblərini pozmaqla hesablamışdır. Belə ki, həmin maddədə təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı olması qeyd edilsə də, cavabdeh əməliyyatların məbləğinə qeyd olunan müddəalar nəzərə alınmadan birbaşa 20%-lə mənfəət vergisi hesablamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta mülki əqdlər qüvvədə olduğu zaman həmin şəxslər riskli vergi ödəyiciləri olsaydılar belə, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilə bilməzdir. Belə ki, iddiaçı həmin şəxslər ilə müqavilə bağlayarkən müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə görə cavabdehlik daşımış, bu müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən digər tərəfə vurduğu zərərə görə qanunvericiliyə əsasən tam məsuliyyət daşımışdır. Həmin müəssisələrin riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi isə iddiaçıya yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ına əsasən, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edildikdən məlum ola bilərdi. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə həmin şəxslər arasında müqavilə münasibətləri yarandığından, iddiaçı həm müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər, həmçinin də Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə cavabdehlik daşımışdır ki, bu da onun müqavilə üzrə öhdəliklərin icra etməməsi, əməliyyatların aparılmaması zamanı əlavə məsuliyyətə cəlb edə bilərdi. Normaların tələbindən göründüyü kimi, vergi orqanı ilk öncə vergi nəzarəti tədbiri zamanı vergi ödəyiciləri arasında baş tutmuş əməliyyatın əmtəəsiz əməliyyat olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini müəyyən etməli, daha sonra vergi ödəyicisinin malların alışı ilə bağlı xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməlidir. Hazırkı işin hallarından görünür ki, cavabdeh vergi orqanı iddiaçı «X15» ASC ilə "xxxx" MMC, "xxxx" MMC, X20, X13, "xxxx" MMC "xxxx" MMC, "xxxx" MMC, X9, X3, "xxxx" MMC, X17 arasında baş tutmuş alqı-satqı əməliyyatlarının faktiki olaraq baş tutub tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, sadəcə malları təqdim edən hüquqi şəxslərdə həmin malların alışına dair təsdiqedici sənədin olmadığını və həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsində bəyan edilmiş malların alışına dair 972118.41 manat məbləğində xərci qəbul etməkdən imtina etmişdir. Halbuki, iş materiallarından görünür ki, "xxxx" MMC, "xxxx" MMC, X20, X13, "xxxx" MMC "xxxx" MMC, "xxxx" MMC, X9, X3, "xxxx" MMC, X17 iddiaçı «X15» ASC ilə ilə alqısatqı əməliyyatlarını həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir ki, iddiaçı həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olduğunu bilə bilməzdi. Həmçinin sözügedən əməliyyatlar aparıldığı dövrdə vergi qanunvericiliyində mal alan vergi ödəyicisinin satıcının sərəncamında olan malların alışına dair təsdiqedici sənədin mövcud olub-olmadığını müəyyən etmək öhdəliyi təsbit edilməmişdi. Kollegiya həmçinin qeyd edir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Bundan başqa qeyd edilməlidir ki, vergi qanunvericiliyinə görə riskli vergi ödəyiciləri olan şəxslər barəsində digər vergi ödəyicilərini rəsmi qaydada xəbərdar etmək vergi orqanının vəzifəsidir. Lakin, iddiaçının adı qeyd olunan şəxsdən mal aldığı dövrlərdə həmin MMC-lərin "Riskli vergi ödəyicilərinin siyahısı" na daxil edilməsi barədə digər vergi ödəyicilərinə heç bir məlumat verilməmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, hətta hər hansı sahibkarlıq subyektinin riskli vergi ödəyicisi hesab edilməsi belə, həmin sahibkarlıq subyektləri ilə alqı-satqı əməliyyatlarının aparılmasını qadağan etmir. Qanunvericilikdə belə bir qadağanedici norma mövcud deyildir. Buna görə də iddiaçının riskli vergi ödəyiciləri ilə alqı-satqı əməliyyatları apardığını əsas götürməklə qeyd olunan əməliyyatların hətta məhz bu səbəbdən əmtəəsiz əməliyyat hesab edilməsi yol verilməzdir. Məhkəmə kollegiyası həmçinin, diqqət yetirir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1143/2021 nömrəli, 12 may 2023-cü il tarixli 2-1(102)-1058/2023 nömrəli və 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1234/2023 nömrəli Qərarları). Beləliklə, “İnzibati icraat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərarlar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi, nəticədə əsassız vergi məbləğləri hesablandığı müəyyən edildiyindən, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş qərarla əlavə vergilərin hesablanmasının əsaslı olması barədə sübutlar təqdim edilmədiyindən, təqdim edilən sübutlar məhkəmə araşdırması ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4310/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar