Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2415/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə qarşı qarşı “iddiaçının hüquqi şəxsin təmsilçisi kimi qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X16 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, X13-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə qarşı «iddiaçının hüquqi şəxsin təmsilçisi kimi qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8667/2022 saylı 19 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “İnsan Hüquqlarının Müdafiəsi və X5” İctimai Birliyi 30 noyabr 2001-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. X2 Birliyin ümumi yığıncağının 1 sentyabr 2016-cı il tarixli qərarı ilə onun qanuni təmsilçisi seçilmiş və bu fakt hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. X8 2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra hazırkı cavabdehə İctimai Birliyin qanuni təmsilçisi kimi X6 və İddiaçı qeydə alınması barədə ayrı-ayrı müraciətlər daxil olmuşdur. Cavabdeh təmsilçinin qeydə alınmasından məsələnin mübahisəli olması səbəbindən imtina etmişdir. Həmin imtina məktubundan narazı iddiaçılar X18 və İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə (hazırkı Ədliyyə sahəsində xidmətlər baş idarəsinə) qarşı «iddiaçının hüquqi şəxsin təmsilçisi kimi qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “İnsan Hüquqlarının Müdafiəsi və X5” adlı təşkilat 30 noyabr 2001-ci il tarixdə 1362 saylı şəhadətnamə ilə dövlət qeydiyyatından keçmişdir. İddiaçı X18 həmin təşkilatın qanuni təsisçisidir. Təşkilatın nizamnaməsinə uyğun olaraq 2 ildə bir dəfə seçki yolu ilə protokol və qərar əsasında təmsilçi, yəni sədr seçilir. Həmin seçilmiş sədr tərəfindən təşkilat nizamnaməyə və ölkənin qanunlarına uyğun olaraq idarə olunur. Axırıncı dəfə seçilmiş sədr, yəni təmsilçi X8 2017-ci ildə vəfat etmişdir. Ondan sonra dəfələrlə müraciət edilsə də, cavabdeh orqan tərəfindən imtina verilmişdir. Halhazırda sədr əvəzi işləyən İddiaçı 2011-ci ildən təşkilatda işləyir və kifayət qədər işin öhdəsindən gəlməyi bacarır. Təşkilat həm də YAP-nın Yasamal Rayon Təşkilatının ilk ərazi təşkilatı kimi qeydiyyata alınmışdır, ilk ərazi təşkilatın sədri də İddiaçı seçilmişdir. Təşkilat tam iqtidaryönümlüdür və işşilər YAP-nın üzvüdürlər. X18 təsisçi kimi 16 oktyabr 2020-ci il tarixdə iclas keçirərək qərar və protokol əsasında müraciət etmiş olsa da, cavabdeh tərəfindən qeydiyyata alınmamışdır. Bu da təşkilatın işi ilə bağlı müəyyən problemlər yaradır. Təkrar olaraq 21 aprel 2022-ci il tarixdə iclas keçirərək protokol, qərar və səs çoxluğu ilə İddiaçı sədr seçilmişdir. Həmin toplanmış sənədləri qeydiyyata almaq üçün cavabdeh orqana müraciət olunmuşdur. Cavabdeh orqan 29 aprel 2022-ci il tarixli 05/1003/4-14 saylı məktubu ilə imtina vermişdir. Cavabdeh orqan tərəfindən iddiaçıların hüquqları pozulmuşdur. Çünki məktubda göstərmişdir ki, guya X10 da müraciət etmişdir. Babakişiyev Gəray oğlunun etdiyi müraciət tam əsassızdır, çünki, artıq 2019-cu ildən təşkilatda işləmir, işin öhdəsindən layiqincə gələ bilmir, işçilər onu tanımır, X6 etdiyi müraciətdən bir təsisçi kimi onun xəbəri yoxdur, imza da atmamışdır, onun işləməyinə razı deyil. İş materiallarına əlavə edilmiş 5 mart 2019-cu il tarixli sərəncamdan görünür ki, təşkilatın idarə edilməsi İddiaçı həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş X6 ərizəsindən görünür ki, işin öhdəsindən gələ bilmir. İş materiallarına əlavə edilmiş 5 mart 2019-cu il tarixli aktdan görünür ki, təşkilatın bütün sənədləri və möhürü İddiaçı təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş birliyin nizamnaməsinin İV fəslinin 4.13-cü bəndində göstərilir ki, mütəvadi olaraq birliyin işində iştirak etməkdən boyun qaçırdıqda – birliyin üzvlüyündən xaric edilir. Həmin fəslin 4.10-cu bəndində bir daha göstərilir ki, birliyin üzvü birliyin tədbirində iştirak etməlidir. Göstərilənlərə əsaslanaraq və «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 15, 17, 25-ci maddələrini rəhbər tutaraq, məhkəmədən “İnsan Hüquqlarının Müdafiəsi və X5”nin 21 aprel 2022-ci il tarixli 1/22 protokolu və idarə heyətinin qərarını nəzərə almaqla İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi və onu birliyin qanunu təmsilçi kimi qeydiyyata alınmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmənin qərardadı ilə X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8667/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X15 münasibətdə iddia mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8667/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8667/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından narazı qalan iddiaçı X11 apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1808/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X11 apelyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8667/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardad qanuni qüvvəsini almışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8667/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından İddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8667/2022 saylı 19 dekabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi və 3-cü şəxs X10 məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin nümayəndəsinin və 3-cü şəxs X6 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 10 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs X10 izahat verərək apellyasiya şikayətini qəbul etmədiyini bildirmiş və bununla bağlı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aiddir və iddiaçının bu iddianı qaldırması üçün subyektiv hüququ mövcuddur. Odur ki, iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə, hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə qarşı tələbi «iddiaçının hüquqi şəxsin təmsilçisi kimi qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə qurumun qanuni təmsilçisinin seçilməsi (təyin edilməsi) ilə bağlı mübahisə mövcud olmasına və bu mübahisənin publik xarakteli olmadığından, ona hazırkı icraatda deyil, ayrıca məhkəmə icraatında qiymət verilə biləcəyinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır (maddə 43.1). Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər (maddə 43.2). Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər (maddə 43.6). «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu Qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir. Həmin Qanunun 12-ci maddəsinə görə hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının informasiya ehtiyatıdır və onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və təmin olunur. Həmin Qanunun 14.1.7-ci maddəsinə görə dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumların hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar əks etdirilməlidir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən dövlət qeydiyyatına və (və ya) dövlət reyestrinə daxil edilmiş hər bir quruma Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxt dövlət reyestrindən çıxarış verilməlidir. Həmin Qanunun 15.3-cü maddəsinə görə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alındığı vaxtdan ən geci 3 gün keçənədək müraciət etmiş şəxsə dövlət reyestrindən çıxarış verilməlidir. İş materiallarından müəyyən olunur ki, “İnsan Hüquqlarının Müdafiəsi və X5” İctimai Birliyi 30 noyabr 2001-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. X2 Birliyin ümumi yığıncağının 1 sentyabr 2016cı il tarixli qərarı ilə onun qanuni təmsilçisi seçilmiş və bu fakt hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. X8 2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra hazırkı cavabdehə İctimai Birliyin qanuni təmsilçisi kimi X6 və İddiaçı qeydə alınması barədə ayrıayrı müraciətlər daxil olmuşdur. Cavabdeh təmsilçinin qeydə alınmasından məsələnin mübahisəli olması səbəbindən imtina etmişdir. Bu imtinadan narazı qalan iddiaçı iddia ilə məhkəməyə müraciət etsə də onun iddiası məhkəmə tərəfindən təmin olunmamışdır. Həmin qərardan narazı qalan iddiaçının apellyasiya şikayətinə baxılarkən məlum olmuşdur ki, adı çəkilən İctimai Birliyin 2/24 saylı 31 yanvar 2023-cü il tarixli qərarı ilə X10 və X3 üzvlüyündən azad edilmişlər. Həmçinin təqdim edilmiş İctimai Birliyin 1/23 saylı 16 oktyabr 2022-ci il tarixli protokolundan görünür ki, hazırki iş üzrə iddiaçı Ağayev X14 icraçı sədri seçilmişdir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2415/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən müvafiq müraciəti ilə bağlı sənədlər toplusunu cavabdeh inzibati orqana təqdim etmək üçün iddiaçıya 15 gün, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə münasibətdə “İnsan Hüquqlarının Müdafiəsi və X5” İctimai Birliyinin 1/23 saylı xx.xx.2022-ci il tarixli protokolu və 2/24 saylı xx.xx.2023-cü il tarixli qərarı nəzərə alınmaqla inzibati icraat aparıb, nəticədə müvafiq inzibati aktı qəbul etmək üçün cavabdeh inzibati orqana 1 ay müddət təyin olunaraq, bunun nəticəsi barədə həmin müddət ərzində cavabdehə məhkəməyə məlumat verməsi tapşırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Apellyasiya Məhkəməsinə 3-16-5/2-11-268/8/2023 nömrəli 16 oktyabr 2023-cü il tarixli məktubla bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Nazirliyə «İnsan Hüquqlarının Müdafiəsi və X5» ictimai birliyinin yeni qanuni təmsilçisi seçilməsi faktının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmişdir.Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş «Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları»nın 7.1-ci bəndinin tələblərinə əməl edilməməsi müəyyən edilmişdir. Belə ki, ictimai birliyin üzvlərinin sayını təsdiq edən sənəd təqdim olunmamışdır. Həmçinin 28xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Ədliyyə sahəsində xidmətlər baş idarəsinə özlərini adı çəkilən qurumun üzvləri kimi təqdim edən Şahnigar Orucova, Gəray Babakişiyev, Kərim Əhmədov, Süleyman Zeynalov, Səttar İbrahimov, Tahir Əliyev, Kamil Ağazadə, Arif Süleymanov, Valeh Baxşıyev, Coşquq Zeynalov və Telman X1 təşkilatın sədri seçilməsi ilə bağlı müraciətləri daxil olmuşdur. Məsələyə aydınlıq gətirilməsi üçün ərizəçi İddiaçı xx.xx.2023-cü il tarixli 3-16-5/2-13-268/9/2023 nömrəli məktubla bildirilmişdir. «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən ictimai birlik – təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. Həmin Qanunun 10.5-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu müəyyən edildikdə qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş müddətə dayandırıla bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 19 mart tarixli 2-N nömrəli Qərarı ilə təsdiq olunmuş “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması” Qaydalarının 10.5-ci bəndinə əsasən qeydiyyat sənədlərinin surətinin əsli ilə düzgünlüyü və ya dublikatı qeydiyyat orqanının rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına müraciət edilməlidir. Təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyin qeydiyyatı üçün səlahiyyətli şəxs tərəfindən imzalanmış və qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin möhürü ilə təsdiq edilmiş ərizə (Əlavə 4) ilə müraciət edilir. Ərizədə qurumun adı, təşkilati-hüquqi forması, qeydiyyat tarixi və nömrəsi, hüquqi ünvanı, həmçinin baş vermiş dəyişiklik göstərilməsi (qurumun adının, təsisçilərinin, təşkilati-hüquqi formasının, hüquqi ünvanının, fəaliyyət predmetinin, qanuni təmsilçisinin, nizamnamə kapitalının və s. dəyişməsi) və aşağıdakı qeyd yazılmalıdır: “Qeydiyyata alınmaq üçün təqdim edilən faktlar və saxlanmağa verilən sənədlər düzgündür. Yanlış məlumat verilməsinə görə qanunla məsuliyyət müəyyən edilməsindən xəbərdaram.”.Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: - təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin təsdiq olunması barədə qərar; - təsis sənədlərində edilmiş dəyişiklikləri və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyini, habelə ictimai birliyin üzvlərinin sayını təsdiq edən sənədlər. Dəyişiklikdən asılı olaraq aşağıdakı sənədlər təqdim olunur:
1. hüquqi ünvan dəyişdirildiyi halda yeni ünvana dair sənəd;
2. qanuni təmsilçi dəyişildiyi halda yeni qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədinin surəti;
3. təsisçilər dəyişildiyi halda - təsisçilikdən çıxan və ya təsisçiliyə daxil olan şəxslərin ərizələri. Təsisçilikdən çıxan fiziki şəxsin ərizəsi notariat qaydasında təsdiq edilməlidir.[44]
4. fondda və kommersiya hüquqi şəxsi olan təhsil müəssisəsində nizamnamə kapitalının və təsisçilərin əmlak paylarının miqdarı dəyişdirildikdə - müvafiq auditor rəyi və ya bank qəbzi, yaxud arayış, əmlak payının alqı-satqısı barədə və s. müqavilələr);[45] Beləliklə, iş üzrə aparılan araşdırmalar onu deməyə əsas verir ki, qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında mübahisə mövcuddur və bu mübahisəyə baxılması qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatının predmeti deyildir. Bundan əlavə, ictimai birliyin üzvlərinin sayını təsdiq edən sənəd iddiaçı tərəfindən müvafiq müraciət edilərkən cavabdeh orqana təqdim olunmamışdır, hansı ki, bu sənədin təqdim edilməsi qanunda nəzərdə tutulmuşdur. Odur ki, Kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası hazırki vəziyyətdə qanuni və əsaslı olmuşdur. Buna görə də iddiaçının tələbinin təmin olunması üçün qanunla nəzərdə tutulan əsaslar mövcud olmadığından onun iddiasının təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgün olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilmiş hallarla eynilik təşkil etdiyindən və bu qərarın əsaslandırıcı hissəsində onlara münasibət bildirildiyindən əlavə əsaslandırmaya zərurət yoxdur. Belə nəticəyə gələn məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi və iddiaçının iddiasının təmin olunması üçün də əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8667/2022 saylı 19 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Kamran Əkbərov İkram Şirinov