Məhkəmə qərarları › İş №2-1(103)-2456/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2456/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2456/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “iddiaçının müvafiq mənzillə təmin olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1589/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işlədiyi rayonda üçotaqlı mənzillə təmin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı birinci Qarabağ müharibəsi iştirakçısı olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə başından yaralanaraq orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və onun ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyi tərəfindən ikiotaqlı mənzillə təmin edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı dəfələrlə imtiyazlı şəxs kimi üçotaqlı mənzillə təmin edilmə hüququnun olmasına əsaslanaraq Sosial Xidmətlər Agentliyinə müraciət etmişdir. Cavabdeh qurumun 17 mart 2023-cii il tarixli məktubu ilə müraciətin təmin edilməsindən faktiki olaraq imtina edilmişdir. Cavabdeh inzibati orqan faktiki imtinasının əsası kimi ailə üzvlərinin sayına uyğun olaraq ikiotaqlı mənzillə təmin edilmək hüququnun olduğunu bildirmişdir. İddiaçıya onun üçotaqlı mənzillə təmin olmaq hüququnun hansı normativ hüquqi akta əsasən olmadığı bildirilməmişdir. İmtinada “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına istinad edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası qanunsuz və əsassız hesab edilməli və cavabdehin üzərinə iddiaçının üçotaqlı mənzillə təmin edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməlidir. Cavabdeh qurumun iddiaçıya ünvanladığı 17 mart 2023-ci il tarixli məktubda imtinanın hüquqi əsasları göstərilməmişdir. Yalnız “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına istinad olunmuş, imtinanın hüquqi əsası kimi hər hansı normativ hüquqi aktın adı çəkilməmişdir. Sadəcə, göstərilmişdir ki, iddiaçı ikiotaqlı mənizillə təmin ediləcəkdir. İddiaçı iki oğlan övladı və həyat yoldaşı ilə birgə kirayə mənzildə yaşayır. O, birinci Qarabağ müharibəsi zamanı yaralanmağına və əlil olmasına baxmayaraq, mənzillə təmin olunmamışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış iddiaçının dövlət tərəfindən mənzillə təmin olunmaq hüququ vardır. İddiaçının ikiotaqlı deyil, üçotaqlı mənzillə təmin olunmaq hüququ vardır. Ona görə ki, o, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisidir, filologiya üzrə fəlsəfə doktorudur. Qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 saylı qərarının 27-ci bəndində qeyd edilir ki, vətəndaşların ayrı-ayrı kateqoriyalarına mənzil sahəsi normasından başqa ayrıca otaq şəklində və ya on kvadratmetr əlavə yaşayış sahəsi verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər. Əlavə mənzil sahəsi verilməsi qaydası və şərtləri, vətəndaşların əlavə mənzil sahəsi almaq hüququ olan kateqoriyalarının siyahısı SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilir. Bu kateqoriyaya daxil olan şəxslərin siyahısında alimlər də nəzərdə tutulur. Məhz iddiaçının alim olması onun əlavə mənzil sahəsinə hüququnun olmasını şərtləndirir. Qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 saylı qərarının 29-cu bəndinə əsasən yaşayış sahəsi vətəndaşın iş yeri, səhhəti, habelə diqqət yetirilməli olan başqa hallar nəzərə alınmaqla verilir. İddiaçının 2000-ci ildən indiyədək AMEA-nın Ədəbiyyat İnstitutunda işləməsini, onun övladlarının Yasamal rayonu ərazisində yerləşən ümumtəhsil məktəblərində təhsil almalarını nəzərə alaraq ona mənzil bu rayonun ərazisində verilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-1589/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddiaçının iş yeri nəzərə alınmaqla üçotaqlı mənzillə təmin edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iddianı təmin etməməsini onunla əsaslandırmışdır ki, «Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Agentlik həmin Nazirliyin tabeliyindədir) Yasamal rayonu ərazisində mənzillərin olması öz təsdiqini tapmır. Bu xüsusatı cavabdeh inzibati orqan özü bildirsə də, bunun təkzibi, o cümlədən başqa şəxslərə həmin ərazidən mənzil ayrılmasını təsdiq edən sübutlar məhkəmə icraatında müəyyən olunmamışdır. Mənzilin sahəsinin ölçüsünə gəldikdə isə adambaşına norma nəzərə alınmaqla (iddiaçı 4 nəfər ailə tərkibi ilə uçotdadır) iddiaçıya ən azı 64 kv.m sahəsi olan mənzil verilməlidir ki, hazırda mənzil bölgüsü aparılmadığından bu kriteriyaya riayət edilib-edilməməsinin müəyyənləşdirilməsi məhkəmə icraatında mümkünsüzdür». Məhkəmə hesab etmişdir ki, «hətta iddiaçının üç otaqlı mənzillə təmin olunması ilə bağlı tələbinin təmin edilməsi gələcəkdə hazırkı cavabdehin imkanları daxlində olsa da belə, bu məsələyə baxılarkən başqa şəxslərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 12.2-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipini pozan və cavabdeh inzibati orqanın fəaliyyəti üzrə inzibati praktikaya zidd addımlar atılmamalıdır. Halbuki, iddiaçının da daxil olduğu müvafiq şəxslərin siyahısı üzrə vətəndaşlara ayrılacaq mənzillərin otaqlarının sayı müəyyənləşdirilsə də, hazırkı mərhələdə müvafiq mənzillərin faktiki bölgüsü aparılmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən İddiaçı müharibə əlili kimi iki otaqlı mənzil ayrılması barədə qərar qəbul edilməsi «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinin tələbləri baxımından mütənasib qiymətləndirilir. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müfafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin hərəkəti (imtinası) qanuna zidd qiymətləndirilməməli və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır». Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərarı apellyasiya qaydasında tamamilə ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmalıdır. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, iddiaçının işlədiyi rayonda üçotaqlı mənzillə təmin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, dörd nələr ailə üzvləri ilə birlikdə 20 ildən çoxdur ki, Bakı şəhərində kirayə mənzildə yaşayır. İddiaçı birinci Qarabağ müharibəsi zamanı yaralanmağına və əlil olmasına baxmayaraq, mənzillə təmin olunmamışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış iddiaçının dövlət tərəfindən mənzillə təmin olunmaq hüququ vardır. İddiaçının ikiotaqlı deyil, üçotaqlı mənzillə təmin olunmaq hüququ vardır. Ona görə ki, o, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisidir, filologiya üzrə fəlsəfə doktorudur. Qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 saylı qərarının 27-ci bəndində qeyd edilir ki, vətəndaşların ayrı-ayrı kateqoriyalarına mənzil sahəsi normasından başqa ayrıca otaq şəklində və ya on kvadratmetr əlavə yaşayış sahəsi verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər. Əlavə mənzil sahəsi verilməsi qaydası və şərtləri, vətəndaşların əlavə mənzil sahəsi almaq hüququ olan kateqoriyalarının siyahısı SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilir. Bu kateqoriyaya daxil olan şəxslərin siyahısında alimlər də nəzərdə tutulur. Məhz iddiaçının alim olması onun əlavə mənzil sahəsinə hüququnun olmasını şərtləndirir. Qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 saylı qərarının 29-cu bəndinə əsasən yaşayış sahəsi vətəndaşın iş yeri, səhhəti, habelə diqqət yetirilməli olan başqa hallar nəzərə alınmaqla verilir. İddiaçının 2000-ci ildən indivədək AMEA-nın Ədəbiyyat İnstitutunda işləməsini, onun övladlarının Yasamal rayonu ərazisində yerləşən ümumtəhsil məktəblərində təhsil almalarını nəzərə alaraq ona mənzil onun iş yerinə ən yaxın olan ərazidə verilməlidir. Bakı İnzibati Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 saylı qərarının 29-cu bəndinə görə iddiaçının iş yeri, səhhəti, habelə diqqət yetirilməli olan başqa hallar nəzərə alınmaqla yaşayış sahəsi ilə təmin olunma hüququ bir neçə halın əsas götürülməsini ehtiva edir. Bu hallardan birincisi iş yeridir. Yəni yaşayış sahəsi iş yermə yaxın ərazidə verilməlidir. İddiaçının iş yeri AMEA Nizami Gəncəvi adma Ədəbiyyat İnstitutudur ki. həmin İnstitut Yasamal rayonu ərazisində yerləşir. Məhkəmə iclasında Nazirliyin nümayəndəsi Yasamal rayonu ərazisində mənzillərinin olmamasını bildirsə də, məhkəməyə bu haqda rəsmi məlumat təqdim edilməmişdir. Digər tərəfdən Nazirlər Sovetinin adıçəkilən qərarının 29-cu bəndində əks olunan müddəanın təfsiri onu deməyə əsas verir ki, əgər cavabdehin balansında Yasamal rayonu ərazisində yaşayış sahəsi yoxdursa, onda iddiaçının iş yerinə ən yaxın Bakının digər rayonlarının ərazisində Nazirliyə məxsus binada ona yaşayış sahəsi verilməlidir. İşə baxan məhkəmə qərarın həmin müddəasını pozmaqla iddiaçının iş yerinə ən yaxın Bakının digər rayonlarının ərazisində Nazirliyə məxsus binaların olub-olmamasını müəyyən etməyə cəhd belə göstərməmiş, Nazirlikdən bu barədə hər hansı sübut tələb etməmişdir. Nəticədə, iddiaçının iddia tələbini bu hissədə təmin etməyərək onun mənzil hüququnu pozmuşdur. Nazirlər Sovetinin 1983-cü il tarixli 418 saylı qərarının 29-cu bəndində mənzil sahəsi verilməsi zamanı nəzərə alman hallardan biri də şəxsin səhhətidir. Bu, o deməkdir ki, şəxsin sağlamlığında müəyyən problemlər vardırsa, o. əlilliyi, yaxud hər hansı xəstəliyi, habelə səhhətinin sair pozuntuları səbəbindən iş yerinə gəlmək üçün uzun məsafə qət elməyə məcbur qalarsa, ona iş yerinə yaxın ərazidə yaşayış sahəsi verilməlidir. Hazırkı halda iddiaçı orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdir (2-ci qrup əlildir). İddiaçıda əlillik yaradan səbəb birinci Qarabağ müharibəsində 1992-ci ildə iştirak etdiyi döyüşlərdə aldığı açıq kəllə-bevin travmasıdır (beyinin əzilməsi, subaraxnoidal qansızına, ləpə sümüyünün trepanasiyası). Belə bir zədə hər an iddiaçının ölümünə səbəb ola bilər. Ona görə də iddiaçıya yaşayış sahəsi onun iş yerinə ən yaxın olan ərazidə verilməlidir. Nazirlər Sovetinin 1983-cü il tarixli 418 saylı qərarının 29-cu bəndində yaşayış sahəsi verilməsində nəzərə alınan hallardan biri də “diqqət yetirilməli olan başqa hallar”dır. Həmin hallar sırasına iddiaçının iki övladının Yasamal rayonu ərazisində uzun illərdir ki, orta məktəbdə oxumalarını aid etmək olar. Onların təhsillərini oxuduqları məktəbdə davam etdirmələri təhsillərinin keyfiyyətinə, əlbəttə ki, müsbət təsir göstərməsini inkar etmək olmaz. Diqqətə alınmalı olan digər bir hal isə iddiaçının Vətən torpaqları uğrunda döyüşərək 1992-ci ildə öz sağlamlığını itirməsi və əlil olmasıdır ki, həmin ildən indiyə qədər Bakı şəhərində kirayə mənzildə yaşayır və şəxsi vəsaitindən kirayə haqqı verir. Beləliklə, qeyd olunan xüsusalları nəzər almayan Bakı İnzibati Məhkəməsi iddiaçının bu tələbini qanunsuz və əsassız olaraq təmin etməmişdir. İddiaçının əlavə mənzil sahəsi ilə təmin olunmağa hüququnun təmin edilməsinə dair iddia tələbini də təmin elməyən Bakı İnzibati Məhkəməsi bunu iki dəlillə əsaslandırmışdır. Birinci dəlil kimi məhkəmənin qərarında hazırda mənzil bölgüsünün aparılmaması səbəbindən bu hüququn təmin edilməsinin məhkəmə icraatında mümkünsüzlüyü göstərilmişdir. İkinci dəlil kimi isə iddiaçının üçotaqlı mənzillə təmin olunması tələbinin təmin edilməsinin (gələcəkdə hazırkı cavabdehin imkanları daxlində olsa da belə) başqa şəxslərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 12.2-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipni pozması əsas gəlirilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 saylı qərarının 27-ci bəndinə əsasən vətəndaşların ayrı-ayrı kateqoriyalarına mənzil sahəsi normasından başqa ayrıca otaq şəklində və ya on kvadratmetr əlavə yaşayış sahəsi verilməlidir. Həmin kateqoriyadan olan şəxslərin sırasına alimlər də daxildir. Qanunvericilikdə belə bir müddəanın nəzərdə tutulmasını vətəndaşların hüquqlarında ayrıseçkilik kimi qiymətləndirmək, bərabərlik hüququnu pozmaq kimi alqılamaq yolverilməzdir. Həmin müddəalar vətəndaşların sosial statusunu, sağlamlıq vəziyyətini, Vətən qarşısında xidmətlərini, habelə sair halları nəzərə almaqla onlar üçün güzəştlər müəyyən edən normaları təsbit edir. İddiaçının belə bir hüququ maddi hüquq normalarında nəzərdə tutulan hüquqdur və «İnzibati icraat haqqında» Qanunun 12.2-ci maddəsində təsbit olunmuş prosessual hüquqla heç bir əlaqəsi yoxdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş növbəlilik siyahılarında 4 sentyabr 2020-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığınız qeyd edilmişdir.Təqdim etdiyiniz sənədlərə baxılmış və ikiotaqlı mənzillə təmin edilməyiniz barədə qərar qəbul edilmişdir. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzillər olmadığından mənzil təminatınızın həyata keçirilməsi mümkün olmamışdır. Nazirliyin balansına müvafiq mənzillər veriləcəyi təqdirdə ikiotaqlı mənzillə təmin ediləcəksiniz. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamına əsasən həyata keçirilir. Adıçəkilən Sərəncamda 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barəsində Nazirliyə təqdim olunmuş növbəlilik siyahısında Q.Qədimovun 4 sentyabr 2020ci il tarixindən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Müvafiq olaraq, İddiaçı ikiotaqlı mənzillə təmin edilməsi barədə qərar verilmiş, lakin hazırda Nazirlik tərəfindən imtiyazlı şəxslərə təqdim olunan mənzillərin arasında ikiotaqlı mənzil olmadığına görə mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirlik tərəfindən ikiotaqlı mənzillər verilməyə başlandıqda vətəndaşa mövcud qanunvericiliyə uyğun olaraq mənzil təklif ediləcəkdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 441 nömrəli xx.xx.2022-ci il tarixli Sərəncamının surətindən görünür ki, Saatlı rayon İcra Hakimiyyəti Başçısının 97 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı yaşayış yeri üzrə İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsinə götürülmüşdür. İddiaçı qeydiyyat ünvanını ünvan 2iyindən 45 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncama əsasən İddiaçı mənzil növbəliyi uçotundan çıxarılmış və uçot sənədləri Abşeron rayon İcra Hakimiyyətinə göndərilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 114 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə İddiaçı yaşayış yeri üzrə İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil növbəsinə götürülmüşdür. İddiaçı Abşeron rayon İcra Hakimiyyətinə müraciət edərək qeydiyyat ünvanının Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 5 keçirildiyini bildirərək, mənzil növbəsindən çıxarılmasını və mənzıl-uçot sənədlərinin Yasamal rayon İcra Hakimiyyətinə göndərilməsini xahiş etmişdir. 250 nömrəli, 01 09.2022-cı il tarixli sərəncama əsasən İddiaçı mənzil növbəsindən çıxarılmış və mənzil uçot sənədləri yaşayış yeri üzrə Yasamal rayon İcra Hakimiyyətinə göndərilmişdir. Vətəndaş İddiaçı mənzil növbəsinin Yasamal rayon İcra Hakimiyyətinə keçirilməsinə dair tələb olunan müvafiq sənədləri təqdim etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə və "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə əsasən İddiaçı 4 nəfər ailə tərkibi (həyat yoldaşı Qubadova Gülnaz, oğulları Qubadlı Şəhriyar və Qubadlı Miryunus) ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüş və mənzil növbəsinin tarixi saxlanılmaqla (xx.xx.2020-ci il) İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa); 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 57.1. Sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. 57.2. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. 69.1. Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. «Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-cü il tarixli 2449 nömrəli Sərəncamı ilə qərara alınmışdır: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi»nin 3.1.16-cı bəndinə görə dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrinə aiddir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları»nın 26-cı bəndinə görə yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Yaşayış sahəsi bir otaqdan (birotaqlı mənzildən) ibarət olduqda və ya müxtəlif cinsdən olan şəxslər üçün nəzərdə tutulduqda (29-cu bənd), habelə bu Nümunəvi qaydaların 30-cu bəndinin birinci və ikinci abzasları ilə nəzərdə tutulan hallarda mənzil sahəsi normasından artıq da verilə bilər. Həmin Qaydaların 27-ci bəndinə görə vətəndaşların ayrı-ayrı kateqoriyalarına mənzil sahəsi normasından başqa ayrıca otaq şəklində və ya on kvadratmetr əlavə yaşayış sahəsi verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər. Əlavə mənzil sahəsi verilməsi qaydası və şərtləri, vətəndaşların əlavə mənzil sahəsi almaq hüququ olan kateqoriyalarının siyahısı SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qaydaların 29-cu bəndinə görə yaşayış sahəsi verilərkən müxtəlif cinsdən olan doqquz yaşından yuxarı şəxslərin, ər-arvad istisna olmaqla, bir otağa köçürülməsinə yol verilmir. Yaşayış sahəsi vətəndaşın iş yeri, səhhəti, habelə diqqət yetirilməli olan başqa hallar nəzərə alınmaqla verilir. Əlillərə, qocalara, ürək-damar xəstəliklərinə və başqa ağır xəstəliklərə tutulmuş şəxslərə yaşayış sahəsi onların arzusu nəzərə alınmaqla aşağı mərtəbələrdə və ya lifti olan evlərdə verilir. Verilən yaşayış sahəsinin ölçüsü müəyyən edilərkən ailədə hamilə qadın olması nəzərə alınır. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 441 nömrəli xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən İddiaçı 4 nəfər ailə tərkibi (həyat yoldaşı Qubadova Gülnaz, oğulları Qubadlı Şəhriyar və Qubadlı Miryunus) ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüş və mənzil növbəsinin tarixi saxlanılmaqla (xx.xx.2020-ci il) İİ qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. Cavabdeh tərəfindən iddiaçının ikiotaqlı mənzillə təmin edilməsi barədə qərar qəbul edilmişdir. Lakin İddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarının müddəalarına istinad edərək, adambaşı normanın 16 kv.m olmasını, dörd nəfər ailə tərkibini, iş yeri və işinin spesifikası nəzərə alınmaqla Bakı şəhərinin Yasamal rayonu ərazisində sahəsi minimum 82 kv.m olan üç otaqlı mənzillə təmin olunmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 4 sentyabr 2020-ci il tarixindən mənzil növbəsinə dayanmış İddiaçı ikiotaqlı mənzillə təmin edilməsi barədə qərar verilmiş, lakin hazırda Nazirlik tərəfindən imtiyazlı şəxslərə təqdim olunan mənzillərin arasında ikiotaqlı mənzil olmadığına görə mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Göründüyü kimi, hazırda cavabdeh orqan tərəfindən iddiaçıya Yasamal rayonu ərazisində təqdim oluna biləcək mənzil mövcud deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı X5 tələbini əsaslandırarkən Azərbaycan SSR Nazirlər Kabinetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiqlənmiş Qaydalara istinad etsə də, həmin Qaydalarda mənzil sahəsi norması adama 8 kv.m-dən az olmamaqla, hazırda qüvvədə olan müvafiq qanunvericiliyin müddaəlarında isə 16 kv.m müəyyən edilmişdir. Bundan başqa, həmin Qaydalarda ayrı-ayrı kateqoriyalardan olan vətəndaşlara mənzil sahəsi normasından başqa ayrıca otaq şəklində yaşayış sahəsinin verilməsi nəzərdə tutulsa da, ona alternativ vasitəsi kimi 10 kv.m əlavə sahənin də verilməsi əks olunmuşdir. Yəni, bir əlavə otağın verilməsi mütləq hal kimi şərtləndirilmir. Eyni zamanda qeyd edilməlidir ki, adambaşına norma nəzərə alınmaqla (iddiaçı 4 nəfər ailə tərkibi ilə uçotdadır) iddiaçıya ən azı 64 kv.m sahəsi olan mənzil verilməlidir ki, hazırda mənzil bölgüsü aparılmadığından mənzilin sahəsi ilə əlaqədar tələbə riayət edilibedilməməsinin müəyyənləşdirilməsi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1589/2024 nömrəli, 11 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar