Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2468/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı «vəkil sorğusu üzrə məlumatların verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-909/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı «vəkil sorğusu üzrə məlumatların verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilidir. Vəkillik fəaliyyəti ilə əlaqədar vətəndaş X4 hüquqi yardım göstərilməsi üzrə onunla 5 saylı Vəkil Bürosu arasında məhkəmədə iddia qaldırılması üçün hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin icrası ilə əlaqədar 14 fevral 1928-ci il tarixdə doğulmuş X3 övladları barədə, 9 iyul 1955-ci il tarixdə doğulmuş X2 övladları barədə, həmçinin X1 ölənədək nikahda olub-olmaması barədə məlumat alınmasına zərurət yaranmış və iddiaçı tərəfindən həmin məlumatların verilməsi barədə 27 fevral 2023-cü il tarixli 179 saylı sorğu cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə təqdim edilmişdir. Cavabdehin 2 mart 2023-cü il tarixli məktubu ilə sorğunun cavablandırılmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuzdur və sorğuya cavab vermək vəzifəsi həmin orqana həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Cavabdeh inzibati orqan imtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 9.15-ci bəndinə istinad edərək göstərmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respubliklasının Qanununun 7-ci maddəsinin İ bəndinə əsasən təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinin İİ bəndinə əsasən vəkillər peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın'dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək malikdirlər. Azərbaycan R Konstitusiyasının 148-ci maddəsinin İ bəndinə əsasən qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya, referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Konstitusiyanın 149-cu maddəsinin V bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.1-ci maddəsinə əsasən normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. X5 2.2-ci maddəsinə əsasən normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. X5 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. X5 2.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. Sadalanan qanun normalarından aydın olur ki, cavabdeh inzibati orqanın istinad etdiyi normativ akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı olduğundan, hüquqi qüvvəsinə görə «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respubliklasının Qanununun normalarından üstün ola bilməz. Ziddiyyət olduğu halda, qanunun müddəaları tətbiq edilməlidir. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 2.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan rayon, şəhər qeydiyyat şöbələri inzibati orqanlar hesab olunurlar. Göstərilənlərə və İPM-in 2.2.3, 45, 46, 47, 68, 69, 70-ci maddələrinə, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7, 15-ci maddələrinə əsaslanaraq, iddiaçının 27 fevral 2023-cü il tarixli sorğusuna cavab verilərək, 14 fevral 1928-ci il tarixdə doğulmuş X3 övladları barədə, 9 iyul 1955-ci il tarixdə doğulmuş X1 övladları barədə, həmçinin X1 ölənədək nikahda olubolmaması barədə məlumatların təqdim edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-909/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadı (hakim R.Kərimli) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirir ki, vəkil qurumu ilə müvəkkil arasında bağlanmış müqaviləyə əsasən keyfiyyətli hüquqi yardım göstərmək vəkilin vəzifəsidir. Bununla bağlı vəkilin hüquqları,“Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununun 7 və 15-cimaddələrində təsbit olunmuşdur. Eyni zamanda, həmin normalarla bütün dövlət orqanlarının, o cümlədən cavabdehin vəzifə öhədliyi müəyyən edilmişdir. Cavabdeh həmin öhdəliyini icra etməkdən imtina etməklə,eyni zamanda iddiaçıya qanunla verilmiş hüququn reallamasına maneə törədir. Sənədlərin əldə edilməsinin mülki mühakimə icraatında əldə edilməsinin mümkün olduğu və bunun üçün ayrıca inzibati mübahisəyə dair məhkəmə icraatı açılmasına zərurət olmadığına dair məhkəmənin mövqeyi əsaslı deyil. Belə ki, vəkilin müvəkkilinin xeyrinə iddia qaldırılması üçün zəruri sübutların əvvəlcədən toplanması, düzgün iddianın qaldırılması baxımından əhəmiyyətlidir. Həmçinin zəruri sübutların əldə edilib analiz edilməsi, qaldırılacaq iddianın uğursuz ola biləcəyi barədə əvvəlcədən nəticə çıxarılmasına imkan yaradır. Bu isə, məhkəmələrin icraatında lazımsız mübahisələrinin artmasının qarşısınıalır. Bir halı da nəzərə almaq lazımdır ki, vəkilin göstərdiyi hüquqi yardım yalnız iddia qaldırmaqdan ibarət deyil, həmçinin müvəkkilinə real prosessual imkanları və hüquqları barədə düzgün arayış verməkdir. Cavabdehin etirazın əsası kimi AR Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 9.15-ci bəndinə istinad etməsi, AR Konstitusiyasının 148 və 149-cu, “Normativ hüquqiaktlar haqqında” Konstitusiya Qanunun 2-ci maddələrinə ziddir. AR Konstitusiyasının 148-ci maddəsinin İ bəndinə əsasən qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Konstitusiyanın 149-cu maddəsininV bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun 2.1-ci maddəsinə əsasən normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. Həmin qanunun 2.2-ci maddəsinə əsasən normativ hüquqi aktların hüquqi qüvvəsiAzərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-cimaddəsi ilə müəyyən edilir. Həmin qanunun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Həmin qanunun 2.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqiaktları fərmanla ziddiyyət təşkiletdikdə fərman tətbiq edilir. Şərh olunanlardan aydın olur ki, iddia mümkün iddiadır və ona mahiyyəti üzrə baxılmalıdır. Cavabdeh orqanın hərəkətsizliyi (3-cü şəxsin adına tərtib edilmiş texniki pasportun iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü hissədə ləğv edilməməsi), iddiaçının AR Mülki Məcəlləsinin 157-158-ci maddələribndə təsbit olunmuş hüquqlarını, həmçinin Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin 4-cü bəndində nəzərdə tutulmuş satınalmada üstünlük hüququnu pozduğundan, həmin hərəkətin həyata keçirilməsi tələbinə dair iddia mümkün iddiadır. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Kollegiya ilk növbədə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Kollegiya hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə görə təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinin İİ hissəsinə görə vəkillər aşağıdakı hüquqlara malikdirlər: hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək, öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək, peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək, xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspertlərdən və ya mütəxəssislərdən rəy almaq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki vasitələrdən istifadə etmək, qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiə və ya təmsil edilən şəxslə təklikdə, maneəsiz görüşüb danışmaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 9.15-ci bəndinə istinad edərək göstərmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elektron məhkəmə» informasiya sistemi haqqında Əsasnamə»yə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar məhkəmələr tərəfindən EHİS vasitəsilə də əldə edilir. Hazırki tələbində iddiaçı 27 fevral 2023-cü il tarixli sorğusuna cavab verilərək, 14 fevral 1928-ci il tarixdə doğulmuş X3 övladları barədə, 9 iyul 1955-ci il tarixdə doğulmuş X1 övladları barədə, həmçinin X1 ölənədək nikahda olub-olmaması barədə məlumatların təqdim edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir. Kollegiya qeyd edir ki, hazırkı iddiaçının inzibati orqan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciətində qaldırdığı məsələ dolayısı ilə onun özünün marağına toxunsa da, birbaşa təmsil etdiyi şəxsin maraqları daxilindədir və sonuncunun iradəsindən asılı olan tələbdir. Odur ki, hazırkı iddiaçı bu iddia ilə çıxış edə bilməz. Həmçinin iddiaçının iddia etdiyi məlumatlar digər adekvat məhkəmə mübahisəsi, o cümlədən mülki məhkəmə icraatı qaydasında baxılan iş üzrə (eləcə də vəsatət verilməklə) həll oluna biləndir və bununla bağlı inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia qaldırılması əlverişli müdafiə vasitəsi kimi qiymətləndirilə bilməz.Bundan əlavə hazırki iddiaçı məhz hansı məhkəmə müdafiəsi üzrə qeyd edilən məlumatların tələb edildiyini oz iddia ərizəsində v\ apellyasiya şikayətində qeyd etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-909/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadı və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-909/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2468/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2468/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver