Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-248/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-395/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş 10 sentyabr 2020-ci il tarixli, **********748000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********521200 nömrəli və xx.xx.2021-ci il tarixli, **********899800 nömrəli qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-395/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul olunmuş 29 iyul 2021-ci il tarixli **********521200 nömrəli və 04 avqust 2021-ci il tarixli **********899800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən 2019-cu ilin yanvar ayı üzrə ƏDV bəyannaməsi və 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannamələrində elektron qaimə-fakturalar (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olduğu müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********908100 nömrəli və xx.xx.2021-ci il tarixli **********396400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluqlar aradan qaldırılmadığından 2019-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi 52344.52 manat və 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsi üzrə 4928.27 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə iddiaçıya xx.xx.2021-ci il tarixli **********521200 nömrəli və xx.xx.2021-ci il tarixli **********899800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Məhkəmə qərarını yalnız bir dəlillə əsaslandırmış və qeyd etmişdir ki, cavabdeh vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədləri nəzərə almadan əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlmişdir. Görünür ki, məhkəmə işin hallarını araşdırmadan belə bir qənaətə gəlmişdir. Belə ki, iddiaçıya uyğunsuzluqlarla bağlı göndərilmiş məktublar cavabsız qalmışdır. Vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri sənədlərin təqdim edilməsi haqqında” 2019-cu il yanvar ayı ƏDV-si üzrə xx.xx.2021-ci il tarixli **********908100 saylı və 2020-ci il yanvar ayı ƏDV üzrə xx.xx.2021-ci il tarixli **********396400 saylı məktublar göndərilmiş və bəyannamədə iddiaçı tərəfindən açıqlamaların təqdim olunması tələb edilən uyğunsuzluqlar barədə məlumatlar əks etdirilmişdir. Lakin hər iki uyğunsuzluq məktubu iddiaçı tərəfindən cavablandırılmamışdır. Göründüyü kimi, yalnız düzgün məhkəmə araşdırması qeyd olunan halları müəyyən edə bilərdi. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Lakin cavabdeh tərəfindən təqdim edilən dəlillərə əsaslandırılmış münasibət bildirilmədən həmin sənədlər qeyri-mötəbər mötəbər sübut hesab edilmişdir. Hesab edirlər ki, sübutların qiymətləndirilməsi üzrə qanunvericiliyin tələbləri pozulmuş, məhkəmənin təqdim edilmiş hər bir sübut üzrə araşdırma öhdəliyi olduğu halda belə araşdırma aparmadan və ziddiyyətli dəlillər əsasında vahid qənaətə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2371/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(112)-395/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-511/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2371/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-511/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarında qeyd edilir: İddiaçı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********521200 nömrəli qərarla 2019-cu ilin yanvar ayı üzrə 52344,52 manat məbləğində ƏDV, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********899800 nömrəli qərarla 2020-ci ilin yanvar ayı üzrə 4928,27 manat məbləğində ƏDV hesablanmışdır. Həmin qərarları qəbul edərkən cavabdeh iddiaçının elektron vergi hesab-fakturalarla əldə etdiyi mala (işə, xidmətə) görə ödədiyi ƏDV məbləğini hesablama aparılan dövrlərdə təkrar əvəzləşdirdiyinə əsaslanmışdır. Lakin nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bu istiqamətdə araşdırma aparılmamışdır. Cavabdeh iddiaçı tərəfindən 2019-cu və 2020-ci illərin yanvar ayı üzrə əvəzləşdirməyə təqdim edilmiş e-VHF-lar barədə məlumatları əks etdirən cədvəli vaxtında məhkəməyə təqdim etməmiş, işə baxan apellyasiya instansiyası məhkəməsi isə aparılan hesablamaların əsaslarına dair təsdiqedici sənədləri cavabdehdən tələb etməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh kassasiya şikayətinə əlavə etdiyi təsdiqedici sənədləri vaxtında məhkəməyə təqdim etməsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün həmin sənədlərin araşdırılması zəruridir. Belə ki, qeyd olunan cədvəl üzrə məlumatların həqiqiliyi tərəflərin təqdim edəcəyi digər sənədlər əsasında (iddiaçının bəyannamə məlumatları, əldə etdiyi e-VHF-lar, ödəniş sənədləri) yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, cavabdeh tərəfindən 2019-cu ilin yanvar ayı üzrə ƏDV məbləği hesablanarkən 2018-ci ilin 22-24 dekabr tarixlərində keçirilən xronometraj metodu ilə müşahidənin nəticələrinə istinad olunmuş və iddiaçının yanvar ayı üzrə təqdim etdiyi ƏDV dövriyyəsi ilə xronometraj qaydasında müəyyən olunan orta günlük satış dövriyyəsi arasındakı fərqə vergi hesablanmışdır. Məhkəmə kollegiyası bildirir ki, eynilə təkrar əvəzləşdirilməsi qeyd olunan e-VHF-lar barədə məlumat kimi, xronometraj metodu ilə müşahidə aparılmasına dair təsdiqedici sənədlər də kassasiya şikayətinə əlavə olunaraq məhkəməyə təqdim edilmişdir. Obyektiv araşdırma prinsipinin tələbləri baxımından nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi hesablamanın əsasını təşkil edən həmin sənədləri cavabdehdən vaxtında tələb etməmiş və araşdırmamışdır. Bu səbəbdən təkrar apellyasiya baxışı zamanı təqdim olunan xronometraj metodu ilə müşahidəyə dair sənədlər araşdırılmalı, həmin tədbirin iddiaçının fəaliyyətinə uyğun müddətdə və vergi hesablanmasına əsas ola biləcək ağlabatan müddət ərzində aparılıbaparılmadığı, iddiaçının fəaliyyətinin digər vaxtlara nəzərən aktivləşdiyi dövrə təsadüf edibetmədiyi (bayram, qeyri-iş günləri, digər mövsümi xarakterli adətlər və sairə), tədbir 2018-ci ilin dekabr ayına təsadüf etdiyi üçün 2018-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 2019-cu ilin əvvəlinə iddiaçının mal qalığının, eləcə də iddiaçının fəaliyyətinin 2019-cu ilin yanvar ayında aktiv olub-olmaması müəyyən edilməli və məcmu şəklində qiymətləndirilməli, yalnız bundan sonra qərar qəbul edilməlidir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********521200 nömrəli qərarından görünür ki, İddiaçı kameral yoxlama nəticəsində 2019-cu ilin yanvar ayı üzrə 52.344,52 manat əlavə dəyər vergisi hesablanmışdır (təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – -30.209,87 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı - 22.134,65 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği - 52.344,52 manat). Həmin qərarda qeyd olunur: Təqdim edilmiş bəyannamənin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 306985,40 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (498249,57 manat) məbləğdən 191264,17 manat azdır. Elektron qaimə fakturalar əvvəlki ödəniş məbləğləri faktura məbləğlərindən böyükdür. İş materiallarında olan Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli **********899800 nömrəli qərarından görünür ki, İddiaçı kameral yoxlama nəticəsində 2020-ci ilin yanvar ayı üzrə 4.928,27 manat əlavə dəyər vergisi hesablanmışdır (təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 260.159,02 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı - 265.087,29 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği - 4.928,27 manat). Həmin qərarda qeyd olunur: Vergi ödəyicisinə göndərilmiş **********396400 nömrəli uyğunsuzluq məktubuna əsasən kameral vergi yoxlaması aparılır. İş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Xronametraj metodu ilə müşahidənin aparılması” haqqında xx.xx.2018-ci il tarixli **********2959 nömrəli qərarından görünür ki, İddiaçı (VÖEN:**********) məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Məhərrəm Seyidov (Sahil qəsəbəsi), Yeni Sahil Ticarət Mərkəzi ünvanında yerləşən mağazada xx.xx.2018-ci il tarixdən 15 on beş iş günündən çox olmayan müddətdə Xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. İş materiallarında olan cavabdehin əməkdaşlarının və iddiaçının iştirakı ilə tərtib edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə xx.xx.2018-ci il tarixli VN-14 seriyalı 027578 saylı günlük aktdan görünür ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən “Optimal” adlanan supermarketdə xx.xx.2018-ci il tarixdə NKA-nın “Z” hesabatına əsasən satış dövriyyəsinin 15944,43 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan cavabdehin əməkdaşlarının və iddiaçının iştirakı ilə tərtib edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə xx.xx.2018-ci il tarixli VN-14 seriyalı 027579 saylı günlük aktdan görünür ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən “Optimal” adlanan supermarketdə xx.xx.2018-ci il tarixdə NKA-nın “Z” hesabatına əsasən satış dövriyyəsinin 16071,46 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan cavabdehin əməkdaşlarının və iddiaçının iştirakı ilə tərtib edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə xx.xx.2018-ci il tarixli VN-14 seriyalı 027580 saylı günlük aktdan görünür ki, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən “Optimal” adlanan supermarketdə xx.xx.2018-ci il tarixdə NKA-nın “Z” hesabatına əsasən satış dövriyyəsinin 16201,81 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY181321836 nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyənin əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azalması, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatların olması (Vergi Məcəlləsinin 50-1.1.1-ci maddəsi) məsələləri üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (yoxlanılan dövr: cari fəaliyyət) növbədənkənar operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. Yoxlamanın predmeti və hüquqi əsasları - istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi (xronometraj metodu ilə). Azərbaycan Respublikası Vergi Məcəlləsi: 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə ... borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı kameral yoxlama nəticəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********521200 nömrəli qərara əsasən 2019-cu ilin yanvar ayı üzrə 52.344,52 manat əlavə dəyər vergisi, həmçinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********899800 nömrəli qərara əsasən 2020-ci ilin yanvar ayı üzrə 4.928,27 manat əlavə dəyər vergisi hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-511/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarında qeyd olunan göstərişlərə əsasən 2019-cu və 2020-ci illərin yanvar ayı üzrə əvəzləşdirməyə dair, eləcə də xronometraj metodu ilə müşahidə aparılmasına dair təsdiqedici sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən həmin sənədlər araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edildi ki, iddiaçı tərəfindən 2019-cu ilin yanvar ayı üzrə ƏDV bəyannaməsi və 2020-ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannamələrində elektron qaimə-fakturalar (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olmuşdur ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçı tərəfindən təkrar əvəzləşdirilmiş e-VHF-in siyahısından da görünür ki, iddiaçı tərəfindən 2018-2019-cu illərin müvafiq aylarında əvəzləşdirilmiş elektron qaimə-fakturalar (e-VHF) 2019-2020-ci illərin yanvar ayında təkrar olaraq əvəzləşdirilmişdir. Qeyd olunanlarla əlaqədar Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarda müvafiq siyahılar öz əksini tapmışdır. Həmin siyahılarda təkrar olaraq əvəzləşdirilmiş elektron qaimə-fakturalar göstərilmişdir. Eyni zamanda iddiaçı tərəfindən xx.xx.2021-ci ildə 2019-cu ilin yanvar ayı üzrə təqdim edilmiş bəyannamənin “301. ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar” sətrinin “Dövriyyə məbləği” (ƏDV daxil) sütununda olan 306985,40 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (498249,57 manat) məbləğdən 191264,17 manat az göstərilmişdir. Belə ki, cavabdeh tərəfindən “Xronametraj metodu ilə müşahidənin aparılması” haqqında xx.xx.2018-ci il tarixli **********2959 nömrəli qərara əsasən iddiaçıya məxsus olan mağazada xx.xx.2018-ci il tarixdən 15 on beş iş günündən çox olmayan müddətdə Xronometraj metodu ilə müşahidə aparılması qərara alınmış, 22-24 dekabr 2018-ci ildə xronometraj metodu ilə müşahidə aparılmışdır. Bu zaman iddiaçı da iştirak etmiş, tərtib edilmiş gündəlik aktları imzası ilə təsdiq etmiş, hər hansı irad və narazılığı olmamışdır. Habelə xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra iddiaçı xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etməmişdir. Qeyd olunanlara əsasən iddiaçıya kameral vergi yoxlaması ilə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********521200 nömrəli qərara əsasən 2019-cu ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannamə üçün 52344,15 manat (xronometraj müşahidəsinin nəticəsinə əsasən 29175,89 manat, artıq əvəzləşdirilmiş ƏDV məbləği üzrə 23173,26 manat, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği sətri üzrə isə 4,63 manat) və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********899800 nömrəli qərara əsasən 2020ci ilin yanvar ayı üzrə təqdim edilmiş ƏDV bəyannamə üçün 4928,27 manat əlavə vergi məbləği hesablanmışdır. Həmçinin iddiaçının fəaliyyətinin 2019-cu ilin yanvar ayında aktiv olub-olmamasının müəyyən edilməsi məqsədi ilə cavabdehdən müvafiq sənədlər tələb edilmiş, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2020-ci ilədək fəaliyyət göstərmiş, iddiaçının fəaliyyəti iddiaçı tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2025-ci ilədək dayandırılmışdır. Göründüyü kimi, iddiaçı 2019-cu ildə fəaliyyət göstərmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-395/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-248/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-248/2024
17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver