Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2524/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MTK-nın cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-443/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MTK cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməinə müraciət edərək səyyar vergi yoxlamanın nəticələri haqqında xx.xx.2022-ci il tarixli **********152549 nömrəli aktı əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161992 Qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfin ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2692/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək cavabdeh inzibati orqan tərəfindən "xxxx" MTK üzrə qəbul edilmiş «Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli **********1561992 №-li Qərarın qismən - cəmi 750 917,08 manat vergi məbləğinin (462 966,61 manat ƏDV, ona müvafiq hesablanmış 231 483,30 manat maliyyə sanksiyası və 37644,79 manat ÖMV, ona müvafiq hesablanmış 18822,39 manat maliyyə sanksiyası) hesablanması hissəsində ləğv edilməsi şəklində icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-443/2024 saylı, 09 fevral 2024-cü il tarixli qərarı (hakim A.Əhədova) ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161992 nömrəli qərarı mübahisələndirilən hissədə qismən- 53.280 manat ƏDV, 26.640 manat maliyyə sanksiyası və 37.644,78 manat ÖMV, 18.822,39 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəf apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərardan iddiaçı tərəf apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tamamilə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı "xxxx" MTK-nın sədri Nümayəndə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, xx.xx.2022-ci il tarixli **********1561992 №-li Qərarla bağlı mübahisənin vergi orqanı ilə aralarında məhkəmədənkənar qaydada həllinə şərait yarandığına görə İddiaçı MTK tərəfindən verilmiş iddia ərizəsini geri götürdüklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin təmin edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Hazırki işdən görünür ki, iddiaçı tərəf 08 oktyabr 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri götürülməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaya baxılmasından imtina edilərək iş üzrə icraata xitam verilməsi barədə iddiaçı "xxxx" MTK-nın sədri Nümayəndə tərəfindən verilmiş ərizə təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. İPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir (İPM-nin 55.4-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" MTK-nın sədri Nümayəndə tərəfindən verilmiş ərizə təmin edilsin. İddiaçının iddiadan imtinası qəbul edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" MTK-ya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2524/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2524/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver