Məhkəmə qərarları › İş №2-1(103)-2524/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2524/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2524/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı iş üzrə (Açar sözlər: rəyin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X7 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı “rəyin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2-1(112)-3660/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 9-3/2-3060/2024 saylı 08 oktyabr 2024-cü il tarixli qərarının ləğv olunmasını və həmin qərarın icrasının işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılması barədə qərardad qəbul qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “İddiaçı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi (xx.xx.2022-ci il-xx.xx.2023-cü il) staj müddətinin inzibati vəzifə üzrə dövlət qulluğu stajına daxil edilməsi barədə rəy verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası X6nə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində iclas katibi vəzifəsi üzrə dövlət qulluğuna stajçı kimi qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixində (sınaq müddətində) öz arzusu ilə işdən çıxmışdır. xx.xx.2024-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəmsində iclas katibi vəzifəsi üzrə dövlət qulluğuna sınaq müddəti ilə qəbul olmuşdur. Azərbaycan Respublikası X4 9-3/2- 3060/2024 saylı 08 oktyabr 2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 229 saylı 16 avqust 2024-cü il tarixli əmrinin ləğv olunmasını və İddiaçı staj müddəti ilə dövlət qulluğuna qəbul edilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. X6 08 oktyabr 2024-cü il tarixli qərarında “Dövlət qulluğu haqqında” Qanunun 28.7-ci maddəsinin “yalnız” staj və ya sınaq müddəti dövründə olan şəxsin yenidən müsabiqədə iştirak edərək yeni vəzifəyə təyin edildiyi zaman tətbiq olunduğunu və onun sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməyinin qanunvericiliyin tələbinə zidd olduğu qeyd edilmiş, lakin qərarda konkret hansı normativ hüquqi akta zidd olması əsaslandırılmamışdır. X4 sorğuya cavab olaraq, 27 sentyabr 2024-cü il tarixində elektron poçt ünvanına göndərilən məktubunda qeyd olunmuşdur ki, “Sınaq müddəti ərzində öz arzusu ilə müqaviləsinə xitam verilən şəxslər yenidən müsabiqədən keçərək dövlət qulluğu vəzifəsinə qəbul edildikdə onlar barəsində staj və sınaq müddətinin tətbiq edilməməsini nəzərdə tutan norma müəyyən edilmədiyi üçün siz staj və sınaq müddətini keçməlisiniz”. İddiaçı hesab edir ki, bu X4 subyektiv yanaşmasıdır və inzibati orqan hüquq normasının olmaması səbəbinə görə, maraqlı şəxsin hüuqlarını məhdudlaşdıran qərar qəbul edə bilməz. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə iddiaya etiraz təqdim edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2-1(112)-3660/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyi (xx.xx.2022-ci il-xx.xx.2023-cü il) staj müddətinin inzibati vəzifə üzrə dövlət qulluğu stajına daxil edilməsi barədə rəy verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası X4 üzərinə qoyulması qərara alınmışdır.

6. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. Azərbaycan Respublikası X6 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsi üzrə keçdiyi staj müddətinin nəzərə alınıb-alınmaması məsələsinə münasibət bildirilməsi barədə xx.xx.2024-cü il tarixli müraciəti etirazdakı dəlillərə uyğun əsaslandırılaraq təmin edilməsindən imtina edilmişdir.

11. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 229 nömrəli əmrindən görünür ki, İddiaçı 2024-cü ilin 16 avqust tarixindən 2024-cü ilin 16 noyabr tarixədək sınaq müddəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə qulluğa qəbul edilmiş və məhkəmə iclasının katibi vəzifəsinə təyin edilmişdir.

12. Dövlət qulluqçusunun anket məlumatlarından çıxarışdan görünür ki, İddiaçı X6 tərəfindən xx.xx.2020-ci il tarixdə (B növü üzrə) keçirilmiş dövlət qulluğu üzrə sertifikat imtahanında BB2 vəzifə altqrupu üzrə 77 bal toplamış, xx.xx.2022-ci il tarixdə həmin sertifikat əsasında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclasının katibi vəzifəsi üzrə keçirilən müsahibədə iştirak edərək xx.xx.2022-ci ildə iddia etdiyi vakant vəzifəyə təyin olunmuşdur. Əmək kitabçasına əsasən əmək fəaliyyətinə başladığı vaxtdan etibarən, xx.xx.2022-xx.xx.2023-cü il, xx.xx.2023- xx.xx.2023-cü il tarixləri arasındakı dövrdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsində işləmiş, həmin dövrlər dövlət qulluğu stajına daxil edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən BB2 sertifikatı əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclasının katibi vəzifəsi üzrə keçirilən müsahibədə iştirak edərək xx.xx.2024-cü ildə iddia etdiyi vakant vəzifəyə təyin olunmuşdur.

13. Azərbaycan Respublikası X6 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilir ki, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.8-ci maddəsinə əsasən stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir. Həmin Qanunun 28.9- cu maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul edilmiş və bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, habelə bu Qanunun 2.3- cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş (kiçik rəis heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi, diplomatik) rütbəyə malik olan şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir. Qanunun 28.8-ci maddəsi staj və ya sınaq dövründə olan şəxsin yenidən müsabiqədə iştirak edərək yeni vəzifəyə təyin edildiyi zaman onun əvvəlki vəzifəsindəki staj və sınaq müddətinin nəzərə alınıb-alınmamasını, 28.9-cu maddəsi isə daimi dövlət qulluğuna qəbul edilmiş və öz arzusu ilə dövlət qulluğuna xitam verilmiş şəxs yenidən dövlət qulluğuna qəbul edildiyi zaman onun staj və sınaq müddətindən azad edilməsini tənzimləyir. Bakı Ağır Cinayətlər Məhkəməsində vakant məhkəmə iclasının katibi vəzifəsinin tutulması məqsədilə 06 may 2024-cü il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsində uğur qazanmış İddiaçı təyinatı ilə bağlı qəbul edilən qərarın qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsinə 09 sentyabr 2022-ci il tarixində altı ay müddətinə stajçı kimi qulluğa qəbul edilmiş, staj müddəti bitdikdən sonra isə 09 mart 2023- cü il tarixindən 3 ay sınaq müddəti ilə qulluğa qəbul edilmişdir. Lakin sınaq müddəti bitmədən 06 aprel 2024-cü il tarixindən öz arzusu ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı qeyd edilmiş elan üzrə müsahibədən müvəffəqiyyətlə keçmiş və əvvəlki illərdəki staj müddəti nəzərə alınmaqla Bakı Ağır Cinayətlər Məhkəməsində 16 avqust 2024-cü il tarixində üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir. Göründüyü kimi, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsində müsabiqədən keçərək vəzifəyə təyin edilən zaman digər dövlət orqanında sınaq müddəti ilə qulluq keçməmişdir. Bu səbəbdən onun əvvəlki illərdəki staj müddəti nəzərə alınaraq sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.39-cu yarımbəndinə əsasən Mərkəz dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat verir və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Dövlət X1 məlumat verir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması halının aradan qaldırılmasını və qanunsuz aktın ləğv edilərək İddiaçı staj müddəti ilə dövlət qulluğuna qəbul edilməsi barədə Mərkəzə məlumatlandırılması üçün göstəriş verilməsini Sizdən xahiş edirik”.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

15. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

17. Belə ki, mübahisənin mahiyyəti belədir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsinə staj müddəti, xx.xx.2023-cü il tarixində üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə isə dövlət qulluğuna sınaq müddəti başa çatmadan öz arzusu ilə xitam verilmişdir. Sonradan iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət qulluğunda eyni vəzifənin tutulması məqsədilə elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş, həmin məhkəmə üzrə xx.xx.2024-cü il tarixli əmrlə staj müddəti təyin edilmədən birbaşa sınaq müddəti ilə qulluğa qəbul edilmişdir.

18. Cavabdeh inzibati orqan, qeyd olunan halı “Dövlət qulluğu haqqında” qanunun 28.7-28.9-cu maddələrinin tələblərinin pozulması kimi qiymətləndirir və iddiaçının Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət qulluğuna staj müddəti ilə qəbul edilməli olduğu qənaətindədir.

19. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır və gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir.

20. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən, dövlət qulluğu - Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. Həmin Qanunun: -1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. -28.1-ci maddəsinin 1-ci hissəsinə əsasən, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. -28.5-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. -28.7-ci maddəsinə əsasən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olubolmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -28.8-ci maddəsinə əsasən stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir. -28.9-cu maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul edilmiş və bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, habelə bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş (kiçik rəis heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi, diplomatik) rütbəyə malik olan şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir.

21. Göründüyü kimi, “Dövlət qulluğu haqqında” Qanunun 28.8-ci maddəsi stajçı və sınaq müddəti ilə, 28.9-cu maddəsi isə daimi dövlət qulluğuna qəbul edilmiş şəxslərin yenidən dövlət qulluğuna qəbul edilməsi ilə bağlı məsələləri tənzimləyir.

22. Qeyd olunan normalara görə qanunvericilik şəxsin yenidən dövlət qulluğuna qəbul edilməsi zamanı qulluq şərtlərində 3 halı fərqləndirir: 1. stajçı kimi qulluğa qəbul edilmiş şəxsin həmin müddətdə Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddətinin nəzərə alınması, 2. sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilməsi, 3. daimi dövlət qulluğuna qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər yenidən dövlət qulluğuna qəbul edildikdə onlar barəsində staj və sınaq müddətinin tətbiq edilməməsi.

23. Hazırkı iş üzrə iddiaçı daimi dövlət qulluğuna qəbul edilməmiş şəxs olduğundan məhkəmə hesab edir ki, mübahisəyə “Dövlət qulluğu haqqında” Qanunun 28.8-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.

24. Qeyd olunan maddənin dispozisiya şərtindən göründüyü kimi, sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs dövlət qulluğu qanunvericiliyinə uyğun olaraq yenidən müsabiqədən keçdiyi halda onun yalnız əvvəlki sınaq dövrü nəzərə alınmamaqla vəzifəyə təyin edilməsi təsbit edilib. Başqa sözlə, qanunvericiliyə uyğun yenidən qulluğa qəbul edilmiş həmin şəxsin vəzifəyə təyin edildiyi zaman əvvəlki dövlət qulluğu vəzifəsindəki staj müddətinin nəzərə alınmaması ilə bağlı məhdudiyyət yoxdur, bu məhdudlaşma təkcə əvvəlki vəzifədəki sınaq müddətinin nəzərə alınmamasını ehtiva edir. Həmçinin 28.8-ci maddənin birinci cümləsindən fərqli olaraq, ikinci cümləsində “həmin müddətdə” sözü yoxdur. Bu isə onu deməyə əsas verir ki, sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxsin yenidən sınaq müddəti ilə dövlət qulluğu vəzifəsinə təyin edilməsi üçün yeganə şərt onun “Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən qulluğa qəbul edilməsindən ibarətdir. Hansı ki, hazırkı işdə iddiaçının Qanunun 28-ci maddəsinə uyğun olaraq qulluğa qəbul edilməsi iş üzrə mübahisəli halı deyil.

25. Belə olan halda məhkəmə hesab edir ki, işin araşdırılan halları ilə cavabdehin sınaq müddəti ərzində öz arzusu ilə müqaviləsinə xitam verilən şəxslərin müsabiqədən keçərək dövlət qulluğu vəzifəsinə qəbul edildikdə onlar barəsində staj və sınaq müddətinin tətbiq edilməməsini nəzərdə tutan norma müəyyən edilməməsi ilə bağlı dəlilləri təkzib olunur və cavabdeh iddiaçının yenidən dövlət qulluğuna qəbul edilməsi zamanı staj müddətini keçməsi ilə bağlı mövqeyini qanunvericiliyin tələbləri baxımından əsaslandıra bilməmişdir.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.) -15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2).

27. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3).

28. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4).

29. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli, 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X6 publik hüquqi şəxsin Nizamnaməsindən: 1.1. Azərbaycan Respublikasının X6 (bundan sonra – Mərkəz) ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, həmçinin normativ hüquqi aktlarda müəyyən edilən hallarda, habelə müqavilə əsasında dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər Fərmanlarını, həmçinin Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur 2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. dövlət qulluğu üçün kadrların seçilməsi üzrə imtahanlar təşkil etmək; 2.1.2. ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirmək; 2.1.3. orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas (baza ali) təhsil və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunu həyata keçirmək; 2.1.4. normativ hüquqi aktlarda müəyyən edilən hallarda, habelə müqavilə əsasında dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil etmək; 2.1.5. fəaliyyət göstərdiyi sahələrin inkişafını təmin etmək; 2.1.6. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

32. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

33. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 mart 2025-ci il tarixli, 2-1(112)-3660/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Elvin Əliyev Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar