Məhkəmə qərarları › İş №2-1(103)-2539/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2539/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2539/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1010/2024 saylı 01 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********960800 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci il ƏDV üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********960800 nömrəli qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə 67423,88 manat vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış ƏDV məbləği əsassız və qanunsuz olaraq hesablanmışdır. Qəbul edilmiş kameral yoxlama əsasında qərarda hesablamaya səbəb kimi aşağıdakılar qeyd edilmişdir: “Qarşılıqlı əlaqələrin təhlili nəticəsində 01.01,2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 4401198,43 manat olmasına baxmayarq, qeyd olunan dövlər üzrə təqdim eldiyiniz cəmi bəyannamələrin sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 4331535,9 manat olması təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə 69662,53 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir" kimi qeyd göstərilmişdir. İddiaçı hesab edir ki, sözügedən iş üzrə səlahiyyətli orqan işə baxarkən və qərar çıxararkən işin taktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Belə ki, iddiaçı vergi orqanı tərəfindən ünvanlanmış uyğunsuzluq məktubu ilə razılaşmayaraq göstərilənlərə etiraz etmiş və bu barədə ətraflı açıqlama təqdim edərək kameral qərarın ləğv edilməsini və şəxsi hesab vərəqəsində düzəliş edilməsi xahiş edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərar tamamilə əsassız olaraq qəbul edilmişdir. Bu isə müəssisənin fəaliyyətində bir çox problemlərin yaranmasına səbəb olmuşdur.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 4401198.43 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrin(301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2. 1+301.1.2.3+30 1.1. 2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 4331535,9 manat olması təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə 69662,53 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********610200 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2022-ci ilin dekabr ayı üçün ƏDV üzrə 67423,88 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********960800 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2-1(103)-1010/2024 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********960800 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.

5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 4401198,43 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2.3+30 1.1. 2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 4331535,9 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 69662,53 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********610200 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2022-ci ilin dekabr ayı üçün ƏDV üzrə 67423,88 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********960800 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Həsənova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********960800 nömrəli qərarı ilə 2022-ci ilin dekabr ƏDV dövrü üzrə kameral yoxlama aparılmış və 67423,88 manat əlavə vergi hesablanmışdır.

10. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubda qeyd olunmuşdur ki, təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxıl olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 1110879,00 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 314781,91 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 1748788,39 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 314781,91 manat ƏDV/0.18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1 -ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 1685096,04 manat məbləğdən 574217,04 manat az göstərilmişdir. 2022--ci ilin dekabr ayı ərzində tərəfinizdən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) 1183239,80 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrində "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" 971928,97 manat göstərildiyindən 21 1310.83 manat kənarlaşma yaranmışdır. 2022- ci ilin dekabr ayı ərzində tərəfinizdən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (1183239,80 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (6906,89 manat) cəmi məbləği 1190146,69 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301-ci sətrində "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" 971928,97 manat göstərildiyindən 218217,72 manat kənarlaşma yaranmışdır.

11. Ekspert rəyinə əsasən müəyyən olunur ki, vergi orqanı tərəfindən 2022-ci ilin dekabr ayı üzrə vergi orqanı tərəfindən 13 mart 2023-cü il tarixli **********960800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə əlavə olaraq hesablanmış 67423,88 manat əlavə dəyər vergisi məbləği həmin ayda (yəni 2022-ci ilin dekabr ayında) aparılmış əməliyyatlar üzrə deyil, xx.xx.2020ci il tarixdən cari hesabat ayınadək olan dövr ərzində ümumi dövriyyə nəzərə alınaraq müəyyən edilmiş; tədqiqat aparılaraq vergi ödəyicisinin təqdim etdiyi bəyannamə göstəriciləri ilə apardığı əməliyyatlara dair sənədlər (e-qaimə fakturalar, bank çıxarışları, idxal sənədləri və s.) arasında uyğunsuzluq müəyyən edilməmiş; tədqiqat nəticəsində büdcəyə hesablanmalı olan və vergi ödəyicisi tərəfindən də hesablanmış ƏDV məbləğləri 2020-ci il üzrə 251808,93 manat məbləğində, 2021-ci il üzrə 128862,10 manat məbləğində və 2022-ci il üzrə 155133,18 manat məbləğində müəyyən olunmuş; ƏDV bəyannaməsinin 301 və 307- ci sətri üzrə isə vergi ödəyicisinin kənarlaşması müəyyən edilməmiş; 2022-ci ilin dekabr ayı üzrə 67423,88 manat əlavə hesablama müəyyən olunmamış; 2022-ci ilin dekabr ayı üzrə dövlət büdcəsinə hesablanmalı ƏDV məbləği vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə göstərilən 75841,55 manat məbləğindən fərqli olmamış, yəni dekabr ayı üzrə dövlət büdcəsinə hesablanmalı ƏDV məbləği 75841,55 manat məbləğində müəyyən olunmuş; təqdim edilmiş iş materiallarında cavabdeh tərəfindən möhürlənmiş və ştamplanmış cədvəllər öz əksini tapmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

13. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

14. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növlərinə aiddir.

16. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1, 37.1. 37.2, 37.2-1, 37.3, 37.4, 67.1, 67.1.1, 67.1.2, 67.1.3, 67.1.4, 67.1.5, 67.1.6, 67.1.7, 67.1.8, 67.1.9, 67.2, 67.2.1, 67.2.2, 67.2.3 maddələrini nəzərə alaraq qeyd edir ki, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Hazırki işin faktiki hallarından da göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən qərar kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş, həmin qərarla əlavə hesablanmış 67423,88 manat məbləğində ƏDV-yə səbəb xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr üzrə ümumi dövriyyə nəzərə alınaraq hesablama aparılması və həmin hesablama nəticəsində kənarlaşmanın yaranması göstərilmişdir. Məhkəmə kollegiyası ilk növbədə bildirir ki, vergi orqanı tərəfindən qərarda qeyd edilən ƏDV məbləğin hansı əsasla hesablanması, hansı sübutlara istinad edilməsi qeyd edilməmişdir. Həmçinin vergi orqanı bu hesablamanın əsas hesab edilməsi üçün mötəbər sübut hesab ediləcək sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa cavabdeh vergi orqanı tərəfindən hesablanmış 67423,88 manat əlavə dəyər vergisi məbləği hesabat dövrünə (yəni 2022-ci ilin dekabr ayında) aparılmış əməliyyatlar üzrə deyil, xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr ərzində ümumi dövriyyə nəzərə alınaraq müəyyən edilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələblərində vergilərin bu formada hesablanması nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12-ci, 67.15.,159.1., 173.2., 177.2. və 178-ci maddələrində aşağıdakılar göstərilmişdir: Vergilərin müəyyən edilməsinin əsas şərtləri Vergi Məcəlləsinin 12-ci maddəsində təsbit olunmuşdur. Belə ki, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun:

1. vergitutma obyekti; 2.vergitutma bazası; 3.vergi dövrü; 4.vergi dərəcəsi; 5.verginin hesablanması qaydası; 6.verginin ödənilməsi qaydası və müddəti (maddə 12.1). Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (maddə 12.3). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (maddə 12.4). 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 173.2. vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Göründüyü kimi VM-nin 173.2-ci maddəsində vergi tutulan dövriyyənin məhz hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarət olduğu konkret göstərilmişdir. Bu hal cavabdeh tərəfindən aparılan hesablamanın düzgün aparılmadığını göstərir. İddiaçı tərəfindən ƏDV məbləğinin hesablanması barədə cədvəl (dövriyyə cədvəli) qoşma olaraq birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Həmin cədvələ nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, MMC-nin xx.xx.2020-ci il tarixdən hesabat ayınadək ümumi ƏDV məbləğinin 4331535,9 manat olmuşdur. Vergi orqanı tərəfindən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 4401198,43 manat olması qərarda qeyd edilmişdir. Qeyd olunmalıdır ki, cavabdeh kameral vergi yoxlaması zamanı yaranmış kənarlaşmanın səbəbi olaraq izahedici arayış tələb etmişdir ki, iddiaçı həmin arayışda müvafiq olaraq avans məbləğinə xüsusi aydınlıq gətirmişdir. İş materiallarında olan sənədlərin müqayisəli təhlili nəticəsində görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 05 noyabr 2019-cu il tarixdən etibarən müqavilə münasibətləri yaranmış, müqavilə predmeti 335000 manat müəyyən edilmiş, müqavilə münasibətləri zənnində iddiaçı 127118,64 manat məbləğində ƏDV-siz olaraq avans vəsait köçürmuş (bu halı təsdiq edən qəbz təqdim olunmuş) və noyabr ƏDV bəyannaməsində əks etdirilmiş vergisi hesablanmışdır. xx.xx.2020-də isə 283898,31 manat məbləğdə e-qaimə yazılmış mallar təqdim edilmiş, qalan məbləğ ödənilmiş və bu yanvar 2020-ci ilin ƏDV bəyannaməsində öz əksini tapmışdır. Lakin 2020-ci il fevral ayında səhvən ƏDV depozit hesabına 36000.0 manat məbləğ ödənilmiş və nəticə etibarı ilə xx.xx.2020-ci il tarixinə "xxxx" ASC-dən 462711,86 manat avans qalıq məbləği mövcud olmuşdur. Bu məbləğ xx.xx.2020-ci il tarixinə vergi orqanına təqdim olunan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə məlumatda qeyd edildiyi kimi "xxxx" ASCdən alınmış avanslarda göstərilmişdir. Bu avans məbləği 2019-cu il noyabr ƏDV bəyannaməsində əks etdirildiyi və vergi hesablandığı üçün xx.xx.2020-ci il tarixində EBAM 999465 saylı e-qaimə ilə 462711,87 məbləğində mallar təqdim edilmiş və 2020-ci il iyul ƏDV bəyannaməsində malların təqdim edilməsi bəndində əks etdirilmişdir. Bu əməliyyatların təsdiqi kimi müvafiq müqavilə, e-qaimə və bank ödənişini əks etdirən qəbz təqdim olunmuşdur. Həmçinin vergi ödəyicisinin təqdim etdiyi bəyannamə göstəriciləri ilə apardığı əməliyyatlara dair sənədlər (e-qaimə fakturalar, bank çıxarışları, idxal sənədləri və s.) arasında uyğunsuzluq olmamış yəni təqdim edilmiş iş materiallarında olan sənədlər (e-qaimə fakturalar, bank çıxarışları, idxal sənədləri və s.) bəyannamə göstəricilərinə uyğun olmuşdur. Ekspert rəyi ilə də iddiaçının ƏDV bəyannaməsinin 301 və 307-ci sətri üzrə kənarlaşması müəyyən olunmamış, 2022-ci ilin dekabr ayı üzrə dövlət büdcəsinə hesablanmalı ƏDV məbləği vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə göstərilən 75.841,55 manat məbləğindən fərqli olmamış, yəni dekabr ayı üzrə dövlət büdcəsinə hesablanmalı ƏDV məbləği 75841,55 manat məbləğində olması təsdiq olunmuşdur.

18. Məhkəmə rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır.

19. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələblərinə görə mübahisələndirilən borcun yaranma əsaslarını sübut etmək vəzifəsi cavabdehə aiddir. Lakin hazırkı işdə cavabdeh sözügedən borcun mövcudluğunu inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı borcun yaranma əsasları və hesablanma qaydasına dair sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, öz-özlüyündə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Hazırki işdə mübahisələndirilən borcun yaranması cavabdeh tərəfindən qeyd edilən qaydada əsaslandırıla bilmədiyi üçün iddianın təmin edilməsi ilə bağlı gəlinmiş nəticə düzgündür. Həmçinin qeyd olunmalıdır ki, hazırkı iş üzrə iddiaçının təqdim olunmuş mallara (işlər, xidmətlər) görə elektron qaimə-fakturalara əsasən əsas məbləğ ödənilmədən, yalnız ƏDV məbləğlərinin onun ƏDV hesabına ödənilməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aid olduğundan, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı əsas məbləğ ödənilməyən əməliyyatlara görə ƏDV bəyan etmədiyinə görə vergi məsuliyyətinə cəlb edilə bilməz. Əsas məbləğin ödənilməməsi, yuxarıda da qeyd edildiyi kimi, vergi ödəyicisi üçün ƏDV vergisini bəyan etmək vəzifəsi yaratmadığı kimi, vergi orqanına hazırkı halda, həmin əməliyyatın baş verdiyi dövr üzrə vergi hesablamağa da əsas vermir. Belə ki, VM-nin 166.7-ci maddəsinin 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına əsasən, 166-cı maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulurdu. Sözügedən qanun dəyişikliyindən ( xx.xx.2024-cü il tarixdən qüvvəyə minib) sonra isə ödəmə dedikdə, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. Göründüyü kimi, qanunvericilikdə xx.xx.2024-cü il tarixdən qüvvəyə minən dəyişiklik edilənədək, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri ödənilmədiyi halda, yalnız ƏDV məbləğinin ödənilməsini, vergi ödəyici üçün ƏDV məbləğini bəyan etmək öhdəliyi yaratmasına dair norma nəzərdə tutulmamışdır.

20. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qərar qəbul edərkən ümumiyyətlə əlaqəli məlumatların, ümumiyyətlə sadələşdirilmiş vergi məbləğinin hesablanmasının əsasında duran halın nə olduğunu sübut edə bilmədiyindən, ekspert rəyində isə cavabdehin hesablamaların səhv olduğu müəyyən edildiyindən, sözügedən inzibati akt (qərar) ləğv olunmalıdır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

22. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

23. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1010/2024 saylı, 01 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar