Məhkəmə qərarları › İş №2-1(103)-254/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-254/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-254/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə və üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2-1(112)-1798/2020 saylı qərarından cavabdehin nümayəndəsi M.Abdullayev tərəfindən verilmiş apellyasiya şikayəti üzrə iddiaçı tərəfindən verilmiş ərizəyə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyası X6 Universiteti tərəfindən ona verilən 102624 ******* nömrəli, 13.07.2015-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması ilə bağlı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1798/2020 saylı, 18.03.2020-ci il tarixli qərardadı ilə 2-1(112)-1798/2020 nömrəli inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Rusiya Federasiyası X6 Universitetini «iqtisadiyyat» ixtisası üzrə bitirməsinə dair 13.07.2015-ci il tarixdə adına verilmiş 102624 0860878nömrəli (qeydiyyat nömrəsi 18- 1066) diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2-1(112)-1798/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Rusiya Federasiyası Federal X8 Peşə Təhsili Müəssisəsi X6 Universitetini «iqtisadiyyat» ixtisası üzrə bitirməsinə dair 13.07.2015-ci il tarixdə İddiaçı adına verilmiş 102624 0860878nömrəli (qeydiyyat nömrəsi 18-1066) diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir (hakim M.Qarayeva). Həmin qərardan cavabdehin nümayəndəsi M.Abdullayev tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının 10.03.2021-ci il tarixli qərardadı ilə İddiaçı «diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi» barədə ərizəsinə (müraciətinə) Azərbaycan Respublikası Təhsildə X2 müvafiq komissiyasında baxılması və müvafiq inzibati aktın qəbul edilməsi üçün 2 (iki) ay müddət təyin edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə 29.06.2021-ci il tarixli 00-05-276/TKTA saylı məktub ünvanlayaraq bildirilmişdir ki, Rusiya Federasiyası X6 Universiteti tərəfindən verilmiş 13.07.2015-ci il tarixli 102624 ******* nömrəli diplom üzrə ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və iddiaçıya ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 izahat verərək bildirmişdir ki, ona şəhadətnamə verilmişdir və iş üzrə iddia tələbindən imtina edərək, ixraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, iddiaçının diplomunun tanınması barədə şəhadətnamə verildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kоllеgiyаsı məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, ərizə təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlandığı 29.06..2021-ci il tarixli 00-05-276/TKTA saylı məktuba əlavə edilmiş AR Təhsil Nazirliyi tərəfindən verilmiş 2021-ci il tarixli, qeydiyyat nömrəsi İ 024028 olan şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adına 13.07.2015-ci ildə Şimali-Qafqaz Federal Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom, № 102624 0860878, Azərbaycan Respublikasında tanınmışdır və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. AR Təhsil Nazirliyi tərəfindən verilmiş 2021-ci il tarixli, qeydiyyat nömrəsi T 024597 olan şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Elmir oğlunun 13.07.2015-ci ildə Şimali-Qafqaz Federal Universiteti tərəfindən verilmiş ali təhsil haqqında diplom, № 102624 0860878, Azərbaycan Respublikasında 050406 – Maliyyə İxtisas istiqamətinin iqtisadçı ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalentdir (bərabərdir). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası iddiaçının tələbinin təmin oluduğunu nəzərə alaraq hesab edir ki, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığından Bakı İnzibati Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2-1(112)-1798/2020 saylı qərarı ləğv edilməli, ərizə təmin edilməli, iddiaçının iddiadan imtina edilməsi qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı İnzibati Prоsеssuаl Məcəlləsinin 88-ci mаddəsini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı qərara aldı: İddiaçı tərəfindən tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2-1(112)-1798/2020 saylı qərarı ləğv edilsin. İddiaçının iddiadan imtina edilməsi qəbul edilsin və hazırkı iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar