Məhkəmə qərarları › İş №2-1(103)-2639/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2639/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2639/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni 11 iyul 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni 11 iyul 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-564/2023 saylı 07 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı hərbi biletə əsasən o, xx.xx.1976-xx.xx.1978-ci il tarixlərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus 18 noyabr 1974-cü il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək müxtəlif peşələrdə işləmiş, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin X7 İdarəsində “əllə döymədə dəmirçi” peşəsində işləmiş, xx.xx.1975-ci ildə “Əzizbəyovneft” NQÇİ-nin Traktor Nəqliyyat kontorundan köçürülmə yolu ilə X3 İdarəsinə (TNİ) işə qəbul edilmiş, xx.xx.1975-ci ildə Əzizbəyov sahəsinə 1-ci dərəcəli əllə döymə dəmirçi peşəsinə keçirilmiş, xx.xx.1976-cı ildə 2-ci dərəcəli əllə döymədə dəmirçi peşəsinə keçirilmiş, xx.xx.1976-cı ildə Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən Sovet Ordusuna çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1978-ci ildə Suraxanı TNİ-nin Əzizbəyov sahəsinə 3-cü dərəcəli əllə döymədə dəmirçi peşəsinə işə qəbul edilmişdir. xx.xx.1980-ci ildə 4-cü dərəcəli əllə döymədə dəmirçi peşəsinə keçirilmiş və “Azneft” Birliyinin Kalin TNİ-nə köçürülmə yolu ilə işdən azad edilmişdir. xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək müxtəlif peşələrdə işləmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin X7 İdarəsində “əllə döymədə dəmirçi” peşəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək lehimçi, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək H.Z.Tağıyev adına NQÇİ-nin Texnoloji nəqliyyat sexində, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X7 İdarəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, H.Z.Tağıyev adına NQÇİ-nin Nəqliyyat sexində xx.xx.2003-cü il tarixdən xx.xx.2010-cu il tarixədək rəngsaz peşəsində, xx.xx.2010-cu il tarixdə “Azneft” X4 Departamentinə 5-ci dərəcəli rəngsaz peşəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə 6 saylı Texnoloji nəqliyyat bölümünün təmiri emalatxanasına 5-ci dərəcəli rəngsaz peşəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə işdən azad olunmuş, xx.xx.2014-cü il tarixdə AR DNŞ Nəqliyyat İdarəsi 5 saylı Texnoloji Nəqliyyat Departamentinə 1 saylı A və XTS-nin təmir emalatxanasına 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2020-ci il tarixdə SOCAR “Azneft” İstehsalat Birliyi 5 saylı Texnoloji Nəqliyyyat Departamenti 1 saylı A və XTS-nin təmir emalatxanasına 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş və hal-hazırda işləyir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı xx.xx.2021-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya təyinatından imtina haqqında” məktuba əsasən iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metal emalı bölməsinin (11) dəmirşçi –presləmə istehsalatı bəndində (11.2) fəhlələr yarımbəndində (b) müvafiq olaraq əllə döymədə dəmirçi vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin 08 oktyabr 2021-ci il tarixli SOCAR**********81200601B00067 nömrəli arayışında xx.xx.1974-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexində əllə döymədə dəmirçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin sexində əllə döymədə dəmirçi vəzifəsində işlədiyi qeyd olunmuşdur, hansı ki, Nəqliyyat sexi yuxarıda qeyd olunan Siyahı üzrə dəmirçi-presləmə istehsalatı sahəsinə aid deyil. Bundan başqa təqdim etdiyi sənədlərdə xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji departamentinin 1 saylı Avtonəqliyyat xüsusi texnika sahəsinin təmir emalatxanasında işlədiyi avtomobillərin təmiri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəblərdən də, onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “57 yaşdan yəni, 11 iyul 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 24 noyabr 1976-ci il tarixdən 10 noyabr 1978-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuş, 1973-cu il tarixdən hərbi xidmətdəki dövrü çıxmaqla bugünə qədər işləyir. "Azneft" H.Z.Tağıyev adına NQÇİ 08 oktyabr 2021-ci il tarixli "zərərli iş şəraiti haqqında" arayışdan göründüyü kimi, xx.xx.1973-xx.xx.1978-ci il tarixədək, xx.xx.1975-xx.xx.1975-ci il tarixinədək və xx.xx.1983-xx.xx.1989-cu il tarixədək bu dövr ərzində o, əllə döymədə dəmirçi peşəsində çalışmışdır. "SOCAR" Baş Ofis Mərkəzi arxiv İdarəsinin 06 oktyabr 2021 ciil tarixli güzəştli şərtlərə görə verdiyi cavab məktubuna əsasən xx.xx.1975-ci il tarixində "Əzizbəyovneft "NQÇİ-nin traktor nəqliyyat kontorundan köçürülmə yolu ilə X1 idarəsinə işə qəbul olunmuşdur. xx.xx.1975xx.xx.1976-cı il tarixədək əllə döymədə dəmirçi, sonra həqiqi hərbi xidmətə çağırıldığına görə öz xahişi ilə işdən azad olunmuşdur. Yenidən xx.xx.1978-xx.xx.1980-cı il tarixədək əllə döymədə dəmirçi peşəsində çalışmışdır. "Azneft” İB-nin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin verdiyi arayışa əsasən isə xx.xx.2014-cü il tarixdən - xx.xx.2020-ci il tarixədək avtomobillərin təmiri üzrə çilingər peşəsində çalışmışdır. xx.xx.2020-ci ildən bu günə kimi 5 saylı Texnoloji Nəqliyyat Departamentində 1 saylı AXTS-nin təmir emalatxanasına 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər peşəsində çalışır. Bundan əlavə məhkəmənin nəzərinə çatdırır ki, o, iş saatlarının nəzərə alınaraq işlədiyi qurumdan süd məhsulu alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına 11 oktyabr 2021-ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və 22 oktyabr 2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişlər. Rəsmi surətdə cavabı poçtla 08 noyabr 2021-ci ildə almışdır. Cavabdeh onun güzəştli iş stajını hesablayarkən mübahisəli dövrü “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən hesablamalı olduğu halda, o, vəzifələrin və göstəricilərin Siyahısı”na əsaslanmışdır. Həmçinin, cavabdeh sözügedən vəzifələrin müvafiq siyahıda olmadığını bildirsə də, həmin vəzifələr həm 21 iyun 1993-cü il tarixli 320 saylı, həm də 23 yanvar 2007-ci il tarixli qərarla təsdiq edilmiş siyahılarda vardır: 1071300a-18598 – turşunun tökülməsi ilə məşğul olan süzücülər-tökücülər – 1993 turşunun tökülməsi ilə məşğul olan süzücü-tökücülər – 2007. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi xx.xx.1974-xx.xx.1989- cu il tarixləri arasındakı dövr ərzində əllə döymədə dəmirçi, xx.xx.2014-cü il tarixdən bu günə kimi təmir emalatxanasında çilingər vəzifələrində işlədiyi illəri güzəştli pensiya hüququ verən peşələr kimi qəbul edilməsini göstərir. İddiaçı ərizəsində qeyd etdiyi peşələrə və onun işlədiyi sahəyə baxdıqda müəyyən edilir ki, həmin peşələr güzəştli peşə kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı xx.xx.1974-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində əllə döymədə dəmirçi peşəsində işlədiyi sahə neft və qaz sahəsi olmuş, həmin sahə “Metal Emalı” sahəsi olmamışdır. Həm hal-hazırda qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında “ Qərarının Xİ “Metal Emal” bölməsinin 2-ci yarım bölməsində 11102000-ci kod altında Dəmirçipresləmə istehsalat sahəsinə aid olan 1110200a-13227 kodu altında, həmçinin hal-hazırda qüvvədə olan AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da Metal Emalı (11) bölməsinin Dəmirçi-presləmə istehsalat bölməsində (11.2) fəhlələr yarımbəndində (b) göstərilən əllə döymədə dəmirçi vəzifələri qeyd edilmişdir. Həmin qərarlardan göründüyü kimi, qeyd edilən peşə Metal Emalı sahəsinin dəmirçi presləmə istehsalat sahəsinə aiddir. İddiaçının həmin peşədə işlədiyi sahə isə həm onun əmək kitabçasında, həm də SOCAR “Azneft” İB-nin H.Z.Tağıyev adına NQCİ tərəfindən verilmiş arayışdan da bəlli olduğu kimi, neft-qaz istehsalat sahəsidir və həmin sahədə əllə döymədə dəmirçi vəzifəsi güzəştli pensiya hüququ verən sahə kimi nəzərdə tutulmamışdır. İddiaçının təqdim etdiyi SOCAR “Azneft” İB-nin H.Z.Tağıyev adına NQCİ tərəfindən verilmiş 08 oktyabr 2021-ci il tarixli arayışda mötəbər subut kimi qəbul edilə bilməz, belə ki, həmin arayışda iddiaçının işlədiyi əllə döymədə dəmirçi peşəsi güzəştli peşə kimi qeyd edilsə, arayışı verən müəssisənin iş sahəsinin metal emalı sahəsi olması qeyd edilməmiş və əsaslandırılmamış, formal olaraq ancaq iddiaçının işlədiyi peşənin adına istinad edərək onun işlədiyi peşələrin ona güzəştli pensiya hüququ verən peşələr olması qeyd edilmişdir. Məhz bu səbəbdən, qeyd edilən arayış mötəbər sübut kimi qəbul edilə bilməz. Əmək kitabçasında qeyd edilən peşələrin güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilməsi üçün həmin peşənin adı yuxarıda qeyd etdiyi Siyahılarda qeyd edilməsi ilə bərabər həmin peşə adlarının daxil olduğu istehaslat sahələrinin də şəxsin işlədiyi sahə ilə eynilik təşkil etməlidir. Məhz bu səbəbdən, iddiaçının işlədiyi qeyd edilən peşəsi güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bilməz. İddiaçının təqdim etdiyi “Azneft” istehsalat Birliyinin 6 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışında onun xx.xx.2014-xx.xx.2020-ci il tarixlərində işlədiyi avtomobil təmiri üzrə çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2-ci bölməsinin “a” bəndinə əsasən güzəştli staj kimi qeyd edilmişdir. Lakin, arayışda qeyd edilən bəndə baxdıqda müəyyən etmək olar ki, həmin arayış ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da qeyd edilən peşələr fərqli peşələrdir və həmin arayışı tərtib edən şəxs qanunsuz olaraq həmin məzmunlu arayışı tərtib etmişdir. Belə ki, həmin 10.2-ci bölmənin a bəndində avtomobil təmiri üzrə çilingər peşəsi adlı peşə qeyd edilən bölmədə göstərilməmişdir. Məhz bu səbəbdən də, iddiaçının işlədiyi həmin peşədə qüzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bilməz. İddiaçı iddia ərizəsində özünün xx.xx.1986-xx.xx.1997-ci illər ərzində süzücü-tökücü vəzifəsində, xx.xx.2003- xx.xx.2004-cü illər ərzində isə süzücü qablaşdırıcı vəzifələrində işlədiyini qeyd edərək həmin vəzifələrin ona güzəştli pensiya hüququ verdiyini bildirmiş və bunun üçün hal-hazırda qüvvədən düşmüş və adı yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarının 1071300a-18598 koduna və hal-hazırda qüvvədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 7.11 bəndinə istinad etmişdir. Lakin, elə iddiaçının istinad etdiyi həmin kod (qüvvədən düşmüş Qərarda) və bəndə (qüvvədə olan Qərarda) baxdıqda müəyyən edilir ki, həmin süzücü-tökücülər peşələr Metallurgiya istehsalatı (əlvan metallar) sahəsinə aiddir. İddiaçının işlədiyi sahə isə işəgötürənin adından da bəlli olduğu kimi, neft-emalı sahəsidir. Məhz bu səbəbdən də, qeyd edilən peşələr güzəştli pensiya hüququ verən peşələr kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-564/2022 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 11 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verərsə, əmək şəraitinə göre güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Metal emalı bölməsinin (11) dəmir-presləmə istehsalat bəndində (11.2) fəhlələr yarımbəndində (b) müvafiq olaraq əllə döymədə dəmirçilər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının inzibati orqana təqdim etdiyi SOCAR-ın “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin ona dair 8 oktyabr 2021-ci il tarixli SOCAR**********81200601B00067 nömrəli arayışında xx.xx.1974-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexində əllə döymədə dəmirçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexi yuxarıda qeyd olunan Siyahı üzrə dəmirçipresləmə istehsalatı sahəsinə aid deyil. Bundan başqa adıçəkilən şəxsin sənədlərində xx.xx.2014-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində SOCAR-ın “Nəqliyyat idarəsi”nin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı Avtonəqliyyat xüsusi texnika sahəsinin təmir emalatxanası da işlədiyi avtomobillərin təmiri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd edilənlərə görə iddiaçının güzəştli iş stajı yoxdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 57 yaşdan yəni, 11 iyul 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun işlədiyi “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat sexinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə dəmirçi-presləmə istehsalatı sahəsinə aid olmaması, həmçinin xx.xx.2014xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji departamentinin 1 saylı Avtonəqliyyat xüsusi texnika sahəsinin təmir emalatxanasında işlədiyi avtomobillərin təmiri üzrə çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmaması” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının xx.xx.2014-cü il tarixdə 57 yaşı olmasına, onun 57 yaşınadək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmasına, bununla da, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbayca Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmasına istinad edərək iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hazırki işdə iddiaçı ona 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyi üçün məhkəmə kollegiyası hesab edir ki, hüquq münasibətinə iddiaçının 57 yaşının tamam olduğu, yəni xx.xx.2014cü il tarixdə qüvvədə olan qanunun norması tətbiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 57 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və müvafiq güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, o, xx.xx.1976-xx.xx.1978-ci il tarixlərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (05 ay 29 gün) işlədiyi əllə döymədə dəmirçi köməkçisi, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək (01 il 01 ay 02 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (01 il 09 ay 26 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (02 il 09 ay 10 gün), cəmi 6 il 1 ay 7 gün işlədiyi əllə döymədə dəmirçi və xx.xx.1989-cu il tarixdən xx.xx.2010-cu il tarixədək (20 il 08 ay 28 gün) rəngsaz peşəsi üzrə işlədiyi dövrlər də nəzərə alınmaqla, ümumilikdə iş stajı 25 ildən çox təşkil edir. Buna görə də iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Bununla yanaşı, Kollegiya iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması məqsədilə Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini də yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İşdə olan “Azneft” İB H.Z.Tağıyev adına NQÇİ-nin 08 oktyabr 2021-ci il tarixli arayışına əsasən İddiaçı "Əzizbəyovneft" Neft və Qazçıxarma İdarəsinin Nəqliyyat traktor kantorunda xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin X7 İdarəsində xx.xx.1983-cü il tarixdən xx.xx.1988-cı il tarixədək Nəqliyyat sexində, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “əllə döymədə dəmirçi" peşəsində işləyib və bu peşədə işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 11-ci «Metal emalı» bölməsinin 11.2-cı “Dəmirçi-presləmə istehsalatı" yarımbölməsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. Əllə döymədə dəmirçi peşəsi Siyahının 11.2-ci bölməsinin “a” bəndinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək. SOCAR Baş Ofis Mərkəzi Arxivinin 06 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1975-ci ildə (əmr № 20/k, xx.xx.1975-ci “Əzizbəyovneft" NQÇİ-nin Traktor Nəqliyyat kontorundan köçürülmə yolu ilə X3 İdarəsinə (TNİ) işə qəbul edilmişdir. xx.xx.1975-ci ildə (əmr № 3/k, xx.xx.1975-ci il) Əzizbəyov sahəsinə 1-ci dərəcəli əllə döymə» dəmirçi peşəsinə keçirilmişdir. xx.xx.1976-cı ildə (əmr № 43/k, xx.xx.1976-cı il) 2-ci dərəcəli əllə döymədə dəmirçi peşəsinə keçirilmişdir. xx.xx.1976-cı ildə (əmr № 215/k, xx.xx.1976-cı il) Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən Sovet Ordusuna çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1978-ci ildə (əmr № 232/k, xx.xx.1978-ci il) Suraxanı TNİ-nin Əzizbəyov sahəsinə 3-cü dərəcəli əllə döymədə dəmirçi peşəsinə işə qəbul edilmişdir. xx.xx.1980-cı ildə (əmr № 64/k, 01,04.1980-cı il) 4-cü dərəcəli əllə döymədə dəmirçi peşəsinə keçirilmiş və “Azneft" Birliyinin Kalin TNİ-nə köçürülmə yolu ilə işdən azad olunmuşdur. SOCAR “Azneft” İstehsalat Birliyi 5 saylı Texnoloji Nəqliyyat Departamentinin 26 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən İddiaçı həqiqətən də o, SOCAR Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı Avtonəqliyyat Xüsusi Texnika sahəsinin təmir emalatxanasına xx.xx.2014-cü il tarixdə (Əmr NP 143 K saylı, 01 08 2014-cü il) 6-cı dərəcəli avtomobillərin təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilib. xx.xx.2020-ci il tarixindən (Əmr № 711 K saylı, xx.xx.2020-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün öz xahişi ilə işdən azad edilmişdir. İxtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən güzəştli sayılır. Siyahının 10.2-ci bölməsinin “a” bəndinə əsasən güzəştli staj peşəsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək 6 il 3 ay 29 gün. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş “Azneft” İstehsalat Birliyinin 17 yanvar 2023-cü il tarixli məktubunda qeyd olunmuşdu ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin xx.xx.2023-cü İİ tarixli 14-2/3- 6-4/2023 nömrəli məktubunda qeyd edilən arxiv məlumatlarına və xx.xx.1957-cı il təvəllüdlü İddiaçı məxsus HT ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən o, “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin Traktornəqliyyat kontorunda xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək əllə döymədə dəmirçi köməkçisi, həmin kontorda xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, X3 İdarəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, X7 İdarəsində xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, “Əzizbəyovneft" NQÇİ-nin X7 İdarəsində xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək əllə döymədə dəmirçi, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək lehimçi, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək, H.Z.Tağıyev adına NQÇİ-nin Texnoloji nəqliyyat sexində xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, X7 İdarəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, H Z.Tağıyev adına NQÇİ-nin Nəqliyyat sexində xx.xx.2003-cü il tarixdən xx.xx.2010-cu il tarixədək rəngsaz peşəsində işləmişdir. İddiaçı yuxarıda qeyd edilən təşkilatlarda xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək (05 ay 29 gün) işlədiyi əllə döymədə dəmirçi köməkçisi, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək (01 il 01 ay 02 gün), xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (01 il 09 ay 26 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (02 il 09 ay 10 gün) işlədiyi əllə döymədə dəmirçi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.2-ci Dəmirçi- presləmə istehsalatı yarımbölməsində qeyd edilmiş “əllə döymədə dəmirçilər" peşəsinə uyğundur (əllə döymədə dəmirçi peşəsində iş stajı 06 il 02 ay 07 gün). Belə ki, Texnoloji nəqliyyat sexinin (idarəsinin) Mexaniki emalatxanasında əllə döymədə dəmirçi peşəsinin adı yerinə yetirilən işin xüsusiyyətlərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş normativ sənəd “Fəhlə peşələrini və İşlərin Vahid tarif-ixtisas sorğu kitabçası” (VTİSK) hissə 2-nin “Dəmirçi-presləyici və termik işlər” bölməsinə uyğun olaraq müəyyən edilmişdir. Texnoloji nəqliyyat sexinin (idarəsinin) Mexaniki emalatxanasında əllə döymədə dəmirçi peşəsində işləyən işçi avtomobil resorlarının dəst halında yığılması və təbəqələrin əvvəlki şablon vəziyyətinə uyğunlaşdırılınası, resor təbəqələrinin şablon üzrə əyilməsi, resor boyunları və kronşteynerlərin döymə ilə düzəldilməsi, resor boyunları dəstinin paketlərə taxılması, müxtəlif muft və sıxacların döyməklə hazırlanması, açarların buynuzlarının aralanması və düzəldilməsi və s. işləri icra etmişdir. Bu işlər isə VTlSK-nın "Dəmirçi-presləyici və termik işlər” bölməsində mövcud olan “əl ilə dəmir döyən" peşəsinin işinin xüsusiyyətləri ilə eynidir. Texnoloji nəqliyyat sexinin (idarəsinin) Mexaniki emalatxanasında əllə döymədə dəmirçi peşəsinin işinin xüsusiyyətləri VTlSK-nın “Dəmirçi-presləyici və termik işlər" bölməsində mövcud olan “əllə dəmir döyən" peşəsinin işinin xüsusiyyətlərinə uyğun olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı İlə təsdiq edilmiş Siyahıda da “Dəmirçi-presləmə istehsalatı” yarımbölməsində nəzərdə tutulmuş “əllə döymədə dəmirçilər" peşəsi ilə eynilik təşkil etdiyini hesab edirlər. SOCAR-ın Mərkəzi Arxivində saxlanılan “Əzizbəyovneft” NQÇİ-nin Nəqliyyat sexinin, X3 İdarəsinin, X7 idarəsinin əmək haqqı cədvəllərində 2004-cü ilədək ödəniş növləri qeyd edilmədiyi üçün İddiaçı əllə döymədə dəmirçi peşəsində işlədiyi dövrdə zərərli əmək şəraitinə görə onun tarif maaşına artım əmsalının tətbiq edilib-edilməməsi haqqında dəqiq məlumat vermək mümkün deyildir. Eyni zamanda bildirmişlər ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2010-cu il tarixədək (20 il 08 ay 28 gün) işlədiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilmiş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsinə uyğundur. Lakin X7 İdarəsinin (Nəqliyyat sexinin) iş yerlərinin attestasiyası sənədləri SOCAR-ın Mərkəzi arxivində saxlanılan sənədlərin siyahısında aşkarlanmadığı üçün onun təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işləməyi haqqında təsdiqedici sənədləri təqdim edə bilmirlər. SOCAR-ın Mərkəzi arxivində saxlanılan 2004- 2010-cu illərin əmək haqqı cədvəllərinə əsasən İddiaçı rəngsaz peşəsində işlədiyi dövrdə zərərli əmək şəraitinə görə onun tarif maaşına 1,04 (4%) artım əmsalı tətbiq edilmişdir. Beləliklə, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək işlədiyi əllə döymədə dəmirçi köməkçisi, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək işlədiyi (6 il 2 ay 7 gün) “əllə döymədə dəmirçi” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci “Metal emalı” bölməsinin 11.2-ci Dəmirçipresləmə istehsalatı yarımbölməsində qeyd edilmiş “əllə döymədə dəmirçilər" peşəsinə, xx.xx.1989-cu il tarixdən xx.xx.2010-cu il tarixədək (20 il 08 ay 28 gün) işlədiyi “rəngsaz” peşəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilmiş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsinə uyğundur. Kollegiya İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2010-cu il tarixədək (20 il 08 ay 28 gün) işlədiyi “rəngsaz” peşəsinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas olan peşələrə aid olmasının cavabdeh tərəfindən mübahisələndirilməsinə münasibətdə isə bir daha vurğulayır ki, işdə olan “Azneft” İstehsalat Birliyinin 17 yanvar 2023-cü il tarixli məktubunda X7 İdarəsinin (Nəqliyyat sexinin) iş yerlərinin attestasiyası sənədlərinin SOCAR-ın Mərkəzi arxivində saxlanılan sənədlərin siyahısında aşkarlanmadığı üçün şəxsin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işləməyi haqqında təsdiqedici sənədlərin təqdim edilə bilmədiyi göstərilsə də, həmin sorğuya cavab məktubunda bu peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilmiş "təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar" peşəsinə uyğun olduğu göstərilməklə yanaşı, SOCAR-ın Mərkəzi arxivində saxlanılan 2004-2010-cu illərin əmək haqqı cədvəllərinə əsasən İddiaçı rəngsaz peşəsində işlədiyi dövrdə zərərli əmək şəraitinə görə onun tarif maaşına 1,04 (4%) artım əmsalının tətbiq edildiyi də göstərilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt- 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq tamamlanmışdır. Kollegiya onu da nəzərə alır ki, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən təyin edildiyi üçün həmin dövrdə qüvvədə olan qanunun normasına görə (xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nun 9.1 maddəsi) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcudluğu tələb olunmur. Beləliklə, cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 564/2023 saylı 07 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-564/2023 saylı 07 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar