Məhkəmə qərarları › İş №2-1(103)-2670/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2670/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2670/2025 14.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı “hakim işlədiyi dövrün prokurorluqdakı xidmət stajına hesablanaraq xx.xx.2019-cu ildən prokurorluq orqanlarında qulluq ilə bağlı yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilə qədər dövr üçün həmin pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5759/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçı xx.xx.2019-xx.xx.2024-cü illər ərzində cəmi 363.806,65 manat əmək haqqı almışdır.

2. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Sərdarov adına Maşınqayırma zavodunda, xx.xx.1981-ci ildən xx.xx.1990-cı ilə qədər “Kirovneft” Neft-Qazçıxarma İdarəsində, xx.xx.1990-сı ildən xx.xx.1992-сi ilə qədər Azərbaycan Dəmir Yolu Baş material ambarında işləmişdir, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə qədər Azərbaycan Respublikasının Prokurorluğunda stajor, xx.xx.1995- ci ildən xx.xx.2010-cu ilə qədər Azərbaycan Nəqliyyat Prokurorluğunda böyük müstəntiq, prokuror, Azərbaycan Respublikasının Baş Prokurorluğunda Əli- Bayramlı şəhər prokurorunun köməkçisi, böyük köməkçisi, Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, xx.xx.2011-ci ildən xx.xx.2024cü ilə qədər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi işləmişdir.

3. Cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində olan sənədlərə əsasən iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2024-cü ildən prokurorluq orqanlarının əməkdaşı kimi pensiya təyin edilmişdir, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın “Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2024-cü ildən hesablanmaqla prokurorluq orqanının əməkdaşı kimi yaşa görə (işləyən əmək pensiyaçısı) əmək pensiyası təyin edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq məhkəmə hakimi vəzifəsində işlədiyi dövrün prokurorluqdakı xidmət stajına hesablanaraq, iddiaçıya xx.xx.2019-cu ildən prokurorluq orqanlarında qulluğu ilə bağlı (26 il 7 ay staj nəzərə alınmaqla) yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək olan dövr üçün həmin pensiyanın hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı bildirir ki, o, 30 sentyabr 1992-ci ildə prokurorluq orqanlarında qulluğa başlamışdır və 30 dekabr 2010-cu ilə qədər fasiləsiz olaraq müxtəlif vəzifələrdə - Azərbaycan Respublikası Nəqliyyat prokurorluğunda müstəntiq, böyük müstəntiq, Baş Prokurorluğun şöbə və idarə prokuroru vəzifələrində qulluq keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2010-cu il tarixli, 1167 saylı Sərəncamına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunmuşdur və xx.xx.2011-ci ildən fəaliyyətə başlamaqla hakim səlahiyyətinin son yaş həddinə qədər, yəni 02 sentyabr 2024-cü ilə kimi həmin vəzifədə işləmişdir. Prokurorluq orqanlarında 17 il 6 aydan artıq, yəni 18 il 3 ay qulluq etdiyi üçün 60 yaşına çatdığı vaxtdan - 07 may 2019-cu ildən yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olduğundan onun 07 may 2019-cu ilə qədər prokurorluq (hakim vəzifəsi ilə birlikdə) stajı 26 il 7 ay olmuşdur. Belə ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun normalarının əlaqəli təhlilindən görünür ki, mübahisəsiz qaydada iddiaçının 07 may 2019-cu ildə prokurorluq orqanlarında qulluqla bağlı yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Odur ki, məhkəmə hakimi vəzifəsində işlədiyi dövrün prokurorluqdakı xidmət stajına hesablanaraq, iddiaçıya xx.xx.2019-cu ildən prokurorluq orqanlarında qulluqla bağlı yaşa görə əmək pensiyası təyin edilməsi və xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək olan dövr üçün həmin pensiyanın hesablanaraq ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, həmin Filial heç bir əsaslandırma aparmadan iddiaçıya elektron xidmətlər portalı vasitəsilə şəxsi kabinet üzərindən xx.xx.2024-cü il tarixli imtina məktubu göndərmişdir. Yuxarıda əks olunan işin faktiki halları və hüquqi mövqe baxımından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın imtinası tamamilə qanunsuzdur.

6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına prokuror kimi yaşa görə əmək pensiyasının 60 yaşdan təyin edilməsi və hakim kimi işlədiyi illər nəzərə alınaraq pensiyanın yenidən hesablanması ilə bağlı müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq, cavabdeh tərəfindən İddiaçı prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmədiyindən 60 yaşının tamamlandığı tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmadığı bildirilmişdir. İddiaçı iddia ərizəsinin əsasları kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 1167 saylı sərəncamına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin olunduğunu və xx.xx.2024-cü il tarixədək, yəni 13 (on üç) iİ, 8 (səkkiz) ay, 01 (bir) gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi işlədiyini, xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə qanunla tələb olunan 17 il 6 aydan artıq, yəni 18 il 03 ay qulluq etdiyini qeyd edərək 60 yaşına çatdığı vaxtdan məhkəmə hakimi vəzifəsində işlədiyi dövrün prokurorluqdakı xidmət stajina hesablanaraq, ona xx.xx.2019-cu ildən prokurorluq orqanlarında qulluqla bağlı (26 il 7 ay staj nəzərə alınmaqla) yaşa görə əmək pensiyasının təyin edilməsini və xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək olan dövr üçün həmin pensiyanın tam hesablanaraq ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Bildiririk ki, iddiaçıya 06 noyabr 2024-cü ildə 07 may 2024-cü il tarixdən hesablanmaqla prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə (işləyən əmək pensiyaçısı) əmək pensiyası təyin edilmişdir. Daha sonra, hakim vəzifəsindən azad olunması ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşı kimi ödənilən yaşa görə əmək pensiyası 03 sentyabr 2024-cü il tarixdən tam məbləğdə (2205,90 manat) müəyyən edilməklə iddiaçının müvafiq kart hesabına köçürülür. ”Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında haqqında Qanuna dəyişiklik edilməsi barədə” 29 noyabr 2024-cü il tarixli, № 80-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 32.5-ci maddə Qanundan çıxarılmışdır. ”Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilmişdir. Bundan əlavə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsindən də aydın görünür ki, məhkəmə orqanlarından prokurorluğa qəbul edilmiş işçilərin xidmət illəri Mərkəzi Filial tərəfindən deyil, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən prokurorluqda xidmət illərinə daxil edilir. İddia ərizəsində göstərildiyi kimi iddiaçının vaxtllə hakim işlədiyi illərin pensiya təyinatı zamanı nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin stajın prokurorluqdakı xidmət illərinə daxil edilməsi nə qanunvericilik cəhətdən nə də praktiki cəhətdən mümkün deyildir. "Əməк pensiyaları haqqında” Qanunun müddəalarında prokuror kimi və hakim kimi əmək pensiyasının təyini və yenidən hesablanması ayrılıqda tənzimlənmişdir. ”Əmək pensiyaları haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. Prokurorluq orqanlarında azı 35 iİ qulluq etmiş prokurorluq işçiləri; 9.4.2.Yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 iİ və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. “Əmək pensiyaları haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən, Qanunun 20.1.4-cü və 20.7-ci maddələrinə uyğun olaraq sabiq hakim kimi əmək pensiyasına qulluq stajına görə əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. İddiaçının prokurorluq orqanlarında qulluğuna xitam verilməsi prokurorluq orqanlannda qulluq keçmənin son yaş həddinə çatması ilə bağlı deyil, hakim təyin edilməsi ilə əlaqədar olmuşdur, bu səbəbdən Qanunun 9.4.2cİ maddəsinə əsasən iddiaçının 60 yaşdan hüququ yaranmır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5759/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçı 2019-cu ildən 2024-cü ilədək olan hakim stajının, 2019-cu ildən pensiya təyin edilməsi üçün nəzərə alınmasını xahiş etməmişdir. O, yalnız xx.xx.1992-ci ildən xx.xx.2011-ci ilədək prokurorluqda işlədiyi 18 il 3 ay müddət və xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilədək hakim işlədiyi 8 il 4 ay müddət, ümumilikdə 26 il 7 ay müddət nəzərə alınmaqla ona prokurorluq orqanlarında qulluğu ilə bağlı yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən açıq-aydın görünür ki, 26 il 7 ay müddət xx.xx.1992-ci ildən xx.xx.2019cu ilədək olan müddətdir. Prokurorluq işçilərinin əmək pensiyası hüququnu əldə etmək üçün qanunvericilikdə iki imkan - prokurorluq orqanlarında 25 il xidmət və ya prokurorluq orqanlarına işə keçərkən müvafiq digər orqanlarda, o cümlədən məhkəmə orqanlarındakı xidmət illərinin prokurorluqdakı xidmət illərinə daxil edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, hakim işləmiş şəxs prokurorluq orqanlarına qulluğa keçdikdə və onun məhkəmə orqanlarında xidmət illəri prokurorluqda xidmət illərinə daxil edildikdə, həmin şəxsin prokurorluğun qulluqçusu kimi güzəştli pensiya hüququ yarana bilər. Digər tərəfdən, stajın əksər hissəsini prokurorluq orqanlarında işləmiş, lakin 25 xidmət illəri tamam olmadan prokurorluq orqanlarından digər müvafiq orqanlara, o cümlədən hakim işləməyə keçmiş şəxsin sonrakı hakim stajının prokurorluqdakı xidmət illəri ilə birləşdirilərək, prokurorluq qulluqçusu kimi güzəştli pensiya hüququnun əldə olunması yuxarıda qeyd olunan qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. Bundan başqa, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2002-ci il tarixli 168 saylı Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi” Qaydasının 2.2.3-cü bəndi prokurorluq işçisinin yalnız əlavə haqq almaq hüququna aiddir və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə uyğun olaraq şəxsin məhkəmələrdə hakim işlədiyi müddətin yalnız əlavə haqq almaq hüququnu əldə etməsi məqsədilə onun prokurorluqdakı iş stajına daxil olunmasını müəyyən edir. Eyni zamanda,“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 18.5-ci maddəsi də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinin müddəalarına analoji olmaqla yanaşı, yalnız ədliyyə orqanları işçilərinin sosial vəziyyətini tənzimləyir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə hakimiyyətinin daxilində oxşar vəziyyətdə olan şəxslər arasında güzəştli pensiya məsələsində sosial təminatda olan belə fərqləndirmə hər hansı obyektiv və əsaslı səbəblərə söykənmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarında əks olunmuş hüquqi mövqe şəxsin məhkəmə hakimi vəzifəsində işlədiyi dövrün prokurorluqdakı xidmət stajına hesablanmasını hüquqi baxımdan tanımaqla yanaşı, bunun əksini hüququn ən mühüm prinsipi olan qanunçuluq prinsipinin pozulması kimi tanıyır.

10. Eyni zamanda iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2-1(112)-5759/2025 saylı qərarı ilə bağlı izahlı formada yekun məhkəmə çıxışı daxil olmuş və həmin çıxışda bildirilmişdir ki, iddiaçı 30 sentyabr 1992-ci ildə prokurorluq orqanlarında qulluğa başlamış və 30 dekabr 2010-cu ilə qədər fasiləsiz olaraq müxtəlif vəzifələrdə - Azərbaycan Nəqliyyat Prokurorluğunda müstəntiq, böyük müstəntiq, Baş Prokurorluğun şöbə və idarə prokuroru vəzifələrində qulluq keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2010-cu il tarixli 1167 saylı Sərəncamına əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunmuş və xx.xx.2011-ci ildən fəaliyyətə başlamaqla hakim səlahiyyətinin son yaş həddinə qədər, yəni 02 sentyabr 2024-cü ilə kimi həmin vəzifədə işləmişdir. Prokurorluq orqanlarında 17 il 6 aydan artıq, yəni 18 il 3 ay qulluq etdiyi üçün 60 yaşına çatdığım vaxtdan yaşa görə əmək pensiyası almaq hüququ təmin edilməli idi. Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyəti sistemində daxil olduğundan onun 07 may 2019-cu ilə qədər prokurorluq (hakim vəzifəsi ilə birlikdə) stajım 26 il 7 ay olmuşdur. xx.xx.2011-ci ildən xx.xx.2024-cü ilə qədər məhkəmədə hakim vəzifəsində işlədiyi dövrün yalnız 8 il 4 ay hissəsini prokurorluq orqanlarındakı xidmət müddətinə birləşdirilməklə 25 il və daha artıq xidmət müddətimin tamamlanması əsası ilə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. Hətta, Prokurorluq orqanlarında xidmət müddətinin 35 ilə qaldırılmasına dair qanunda edilmiş dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2018-ci il (xx.xx.2018-ci ildə qəbul olunmuş), tarixinə isə (Qanun “Azərbaycan” qəzetinin xx.xx.2018-ci il tarixli, 69-cu nömrəsində dərc edilib.) iddiaçının artıq 25 il 6 ay prokurorluq orqanlarında qulluq stajı yaranmışdır. Bir daha qeyd etmək istəyirəm ki, mən 30 sentyabr 1992-ci ildə prokurorluq orqanlarında qulluğa başlamışam və 30 dekabr 2010-cu ilə qədər fasiləsiz olaraq Azərbaycan Nəqliyyat Prokurorluğunda müstəntiq, böyük müstəntiq, şöbə prokuroru, Baş Prokurorluğun şöbə və idarə prokuroru vəzifələrində qulluq keçmişdir. Yalnız prokurorluq orqanlarında olan stajı 18 il 3 ay təşkil edir ki, buraya da xx.xx.2011-ci ildən fəaliyyətə başlamaqla hakim vəzifəsində işləməyini də Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olduğuna görə, 6 il 9 ayı qismən əlavə edilsə prokurorluqda xidmətin son yaş həddi olan 60 yaşına çatanadək, yəni 01 oktyabr 2017-ci ildə, prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu halda isə mən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna əsasən sosial təminat hüququmun reallaşması üçün qanunla müəyyən olunmuş qaydada hesablanmaqla qazancının 80 faizi miqdarında pensiya almalıdır. Lakin hazırda isə ona verilməli olan pensiyanın 51 faizi miqdarında pensiya təyin olunmuşdur.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 06 noyabr 2024-cü il tarixdə 07 may 2024-cü il tarixdən hesablanmaqla prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə (işləyən əmək pensiyaçısı) əmək pensiyası təyin edilmişdir. Daha sonra, hakim vəzifəsindən azad olunması ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşı kimi ödənilən yaşa görə əmək pensiyası 03 sentyabr 2024-cü il tarixdən tam məbləğdə (2205,90 manat) müəyyən edilməklə iddiaçının müvafiq kart hesabına köçürülür. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında haqqında Qanuna dəyişiklik edilməsi barədə” 29 noyabr 2024-cü il tarixli N° 80-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 32.5-ci maddə Qanundan çıxarılmışdır. Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilmişdir. Bundan əlavə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsindən də aydın görünür ki, məhkəmə orqanlarından prokurorluğa qəbul edilmiş işçilərin xidmət illəri Mərkəzi Filial tərəfindən deyil, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən prokurorluqda xidmət illərinə daxil edilir. İddia ərizəsində göstərildiyi kimi iddiaçının vaxtilə hakim işlədiyi illərin pensiya təyinatı zamanı nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin stajın prokurorluqdakı xidmət illərinə daxil edilməsi nə qanunvericilik cəhətdən nə də praktiki cəhətdən mümkündür.

c) Proses iştirakçılarının izahatları

12. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini, cavabdehin nümayəndəsi həmin qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 9.4-cü maddəsinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla); Həmin Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Həmin 20.8.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2-ci maddəsinə əsasən isə prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

15. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2024-cü il tarixə qədər qüvvədə olan 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquqmühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)

20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-16-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

21. Belə ki, iddiaçı cavabdehdən məhkəmə hakimi vəzifəsində işlədiyi dövrün prokurorluqdakı xidməti stajına hesablanaraq iddiaçıya xx.xx.2019-cu ildən prokurorluq orqanlarında qulluqla bağlı (26 il 7 ay staj nəzərə alınmaqla) yaşa görə əmək pensiyası təyin edilməsini və xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilə qədər olan dövr üçün həmin pensiyanın tam hesablanaraq ödənilməsini xahiş etmişdir.

22. Cavabdeh orqan isə iddiaçının prokurorluq orqanlarında qulluğuna yaşa görə xitam verilmədiyindən iddiaçıya müraciətində göstərilən qaydada 60 yaşının tamamlandığı tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmaması, habelə müraciətində göstərilən müddətin Mərkəzi filiala müraciət edilən tarixdən qanunvericiliklə müəyyən edilmiş 3 il müddətindən daha çox dövrü əhatə etməsi göstərilmişdir.

23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olmuş 02 iyun 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən sabiq prokurorluq orqanları əməkdaşları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsi üzrə pensiya yaşına çatdıqda və fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alındıqda onların topladığı pensiya kapitalına əsasən avtomatlaşdırılmış qaydada ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilir. Lakin həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün onların Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin DOST mərkəzlərinə müraciət etməsi zəruridir.

24. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə qədər Azərbaycan Respublikasının prokurorluq orqanlarında stajor, müstəntiq, şəhər prokurorunn köməkçisi, böyük köməkçisi, dövlət ittihamının müdafiəsi üzrə prokuror, xx.xx.2011-ci ildən xx.xx.2024-cü ilə qədər isə məhkəmədə hakim işləmişdir, iddiaçıya xx.xx.2024-cü ildən hesablanmaqla prokurorluq orqanının əməkdaşı kimi yaşa görə (işləyən əmək pensiyaçısı) əmək pensiyası təyin edilmişdir.

25. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğuna müvafiq sorğu göndərilmiş və xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən prokurorluq işçilərinin əmək pensiyası hüququnu əldə etmək üçün qanunvericilikdə iki imkan - prokurorluq orqanlarında 25 il xidmət və ya prokurorluq orqanlarına işə keçərkən müvafıq digər orqanlarda, o cümlədən məhkəmə orqanlarındakı xidmət illərinin prokurorluqdakı xidmət illərinə daxil edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, hakim işləmiş şəxs prokurorluq orqanlarına qulluğa keçdikdə və onun məhkəmə orqanlarında xidmət illəri prokurorluqda xidmət illərinə daxil edildikdə, həmin şəxsin prokurorluğun qulluqçusu kimi güzəştli pensiya hüququ yarana bilər. Digər tərəfdən, stajın əksər hissəsini prokurorluq orqanlarında işləmiş, lakin 25 xidmət illəri tamam olmadan prokurorluq orqanlarından digər müvafıq orqanlara, o cümlədən hakim işləməyə keçmiş şəxsin sonrakı hakim stajının prokurorluqdakı xidmət illəri ilə birləşdirilərək, prokurorluq qulluqçusu kimi güzəştli pensiya hüququnun əldə olunmasının qanunvericilik aktlarında nəzərdə tutulmaması Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarında qeyd edilmişdir.

26. Belə ki, “R.Cəfərovun iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 iyun 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 may 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “prokurorluq işçilərinin əmək pensiyası hüququnu əldə etmək üçün qanunvericilikdə iki imkan - prokurorluq orqanlarında 25 il xidmət və ya prokurorluq orqanlarına işə keçərkən müvafiq digər orqanlarda, o cümlədən məhkəmə orqanlarındakı xidmət illərinin prokurorluqdakı xidmət illərinə daxil edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, hakim işləmiş şəxs prokurorluq orqanlarına qulluğa keçdikdə və onun məhkəmə orqanlarında xidmət illəri prokurorluqda xidmət illərinə daxil edildikdə, həmin şəxsin prokurorluğun qulluqçusu kimi güzəştli pensiya hüququ yarana bilər. Digər tərəfdən, stajın əksər hissəsini prokurorluq orqanlarında işləmiş, lakin 25 xidmət illəri tamam olmadan prokurorluq orqanlarından digər müvafiq orqanlara, o cümlədən hakim işləməyə keçmiş şəxsin sonrakı hakim stajının prokurorluqdakı xidmət illəri ilə birləşdirilərək, prokurorluq qulluqçusu kimi güzəştli pensiya hüququnun əldə olunması yuxarıda qeyd olunan qanunvericilik aktlarında nəzərdə tutulmamışdır”.

27. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, iddiaçıya xx.xx.2019-cu ildən prokurorluq orqanlarında qulluğu ilə bağlı yaşa görə əmək pensiyası təyin edilməsi üçün o həmin tarixə prokurorluq orqanlarında azı 25 il qulluq etmiş olmalı idi, lakin iddiaçının prokurorluq orqanlarında qulluq müddəti 18 il 3 ay 3 gün təşkil edir.

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.4.2-ci maddəsi isə iddiaçıya şamil olunmur, belə ki, onun prokurorluq orqanlarında yaşa görə qulluğuna xitam verilməmişdir. İddiaçının prokurorluq orqanlarında qulluğuna xitam verilməsi prokurorluq orqanlanda qulluq keçmənin son yaş həddinə çatması ilə bağlı deyil, hakim təyin edilməsi ilə əlaqədar olmuşdur, bu səbəbdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.4.2-ci maddəsinə əsasən iddiaçının 60 yaşdan prokurorluq əməkdaşı kimi pensiya almaq hüququ yaranmamışdır.

29. Eyni zamanda qanunverici prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquqmühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illərinin həmin orqanlarda xidmət illərinə daxil edilməsinə artıq zərurət qalmadığını da hesab edərək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinin qüvvədən düşməsini də qərara alınmış və həmin qanun da xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir.

30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

31. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

32. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5759/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5759/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar