Məhkəmə qərarları › İş №2-1(103)-2711/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2711/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2711/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (3-cü şəxs Bakı İslam Universiteti) “diplomun dövlət nümunəli hesab olunması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2321/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ali təhsil haqqında sənədin - Bakı İslam Universitetinin ona verdiyi diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına iddiaçı hərbi xidmətini tamamladıqdan sonra 2004-cü ildə Bakı İslam Universitetinin Zaqatala şöbəsinə ilahiyyat fakültəsinə qəbul olmuş, 2009-cu ildə təhsilini başa vurmuşdur. Lakin cavabdeh onun diplomunu heç bir hüquqi əsas olmadan tanımır və bunun səbəbi barədə müfəssəl izahat vermir. Dəfələrlə cavabdehə müraciət etsə də heç bir nəticə əldə edə bilməmiş, məhkəməyə müraciət etmək qərarına gəlmişdir Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd edilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 782 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 143 nömrəli Fərmanına və Təhsil Nazirinin xx.xx.2002-ci il tarixli 1226 saylı Əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2009-cu il tarixli 1018 saylı Əmri ilə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir.Həmin vaxtdan qeyd olunan ali təhsil müəssisəsində ali təhsilin dövlət standartlarına uyğun hazırlanmış tədris planları əsasında bakalavr pilləsində dinşünaslıq”, magistr pillsində “dinlərin tarixi” və “islamşünaslıq” proqramları üzrə kadr hazırlığı aparılır. BİU yalnız 2010-cu ildən başlayaraq tələbə qəbulunu qanunvericiliyə uyğun olaraq TQDK vasitəsi ilə aparmışdır. Bu şəbədən də 2014-cü ildən etibarən TN-yi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli təhsil sənədləri verilməyə başlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2321/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, BİU-nın adı AR Ədliyyə Nazirliyi 01 mart 1994-cü il tarixli qərarı ilə «Qafqaz İslam Universiteti» adı dəyişdirilərək Nizamnaməsi qeydə alınmış, sonradan, 17 mart 1997-ci il tarixli qərarı ilə yenidən BİU kimi dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə AR X3 üzrə Dövlət Komitəsi yaradılmış və dini təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması səlahiyyətləri Komitəyə həvalə edildikdən sonra, həmin Komitənin 27 iyun 2002ci il tarixli 163 nömrəli sərəncamına əsasən BİU yenidən dövlət qeydiyyatına alınmış (şəhadətnamə №135) Hazırkı BİU-nın hüquqi varisi olduğu varisi olduğu Qafqaz İslam Universitetinin 01.1994-cü ildə dövlət qeydiyyatına alınmasının hüquqi əsasını «Dini etiqad azadlığı haqqında» AR Qanunu (m.m. 6, 7, 10) «Təhsil haqqında» AR Qanunu 1992- 2009-cu illərdə qüvvədə olmuşdur) və digər normativ aktlar təşkil etmişdir. 2009-cu ildən BİU-ya Təhsil Nazirliyi tərəfindən lisenziya verildikdən sonra tələbə qəbulu mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılması üçün nazirlik tərəfindən çifariş (plan yeri) əsasında aparılmışdır. Buna qədər tələbə qəbulu BİU tərəfindən dövlət qeydiyyatına alınmış nizamnaməsi əsasında daxili intahanvermə qaydasında aparılmışdır. Odur ki, onun BİU-ə mərkəzləşdirilmiş test olmadan qəbul olunması hər hansı normativ aktı , qanqunun tələbini pozmamışdır. Təhsil Nazirliyi tərəfindən plan yeri və sifariş barədə BİUya tələb irəli sürülməmiş, həmçinin, BİU-nın adı və ixtisasları keçmiş TQDK tərəfindən mərkəzləşdirilmiş test imtahanı sisteminə və tələbə qəbuluna daxil edilməmişdir. Halbuki,bütün bunlar bilavasitə həmin qürumların vəzifələridir. Hesab edir ki, qanunvericiliyin tələbələri əsasında fəaliyyət göstərən BİU qeydiyytdan keçmiş Nzamnamsəi əsasında 2004-cü ildə daxil olduğu və 2009-cu ildə bitirdiyi universitetin ona verdiyi diplom cavabdeh Təhsil Nazirliyi tərəfindən tanınmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun tərəfində üçüncü şəxs (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi), məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiysı onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbində Bakı İslam Universitetinin («BİU») verdiyi diplomunun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını tələb edir. Məhkəmə kollegiyası iddiaçının ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisəndə bitirməsi baxımından hesab edir ki, onun bu tələbi, dolayısı ilə Bakı İslam Universiteti («BİU») tərəfindən ona verilmiş diplomun dövlət nümunəli hesab olunması tələbi kimi qiymətləndirilməlidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçının 2004-ci ildə daxili müsabiqə yolu ilə Bakı İslam Universitetinə qəbul olması və 2009-cı ildə həmin universiteti bitirməsi işin mübahisələndirilməyən halıdır. İş materiallarından isə görünür ki, Bakı İslam Universitetini bitirdikdən sonra ona “axund-imam, islamşünas, tərcüməçi, şəriət müəllimi” ixtisasını bitirməsi barədə 25 iyun 2009-cı il tarixli 1382 saylı diplom verilmişdir. İşin mübahisələndirilən hallarından isə göründüyü kimi, iddiaçı həmin diplomunun dövlət nümunəli hesab olunması üçün cavabdehə müraciət etmiş lakin sonuncu, ona ünvanladığı 24 may 2021-ci il tarili məktubu ilə imtina edərək bildirilmişdr ki, 2010-cu ilə qədər Bakı İslam Universitetinə və Universitetin respublikanın bir neçə regionunda fəaliyyət göstərən şöbələrinə qəbul olunmuş və təhsilini başa vuraraq dövlət nümunəli olmayan diplom almış şəxslərin təhsil sənədlərinin tanınması məsələsinə münasibət hər bir halda fərdi şəkildə məhkəmənin qərarı əsasında bildirilir. İddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərinə, habelə, onun tərəfində üçüncü şəxsin məsələyə dair işə əlavə olunmuş münasibətlərinə əsasən müəyyən olunur ki, aşağıdakı əsaslardan çıxış edərək iddia tələbi müdafiə olunmuşdur. - «İddiaçı, 2004-2009-cı illərdə qanuni əsaslarla fəaliyyət göstərən bir təhsil müəssisəndə ali dini təhsil almış, seçdiyi ixtisasına yiyələnmişdir. Qafqaz Müsəlmanları İdarəsinin İdarənin müraciətinə əsasən 01 mart 1994-cü il tarixində Qafqaz İslam Universiteti kimi dövlət qeydiyatına alınmış, daha sonra, 17 mart 1997-ci il tarixdə yenidən adı dəyişdirilərək «Bakı İslam Universiteti» kimi dövlət qeydiyyatından keçmiş, X3 üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra isə həmin Komitənin 27 iyun 2002-ci il tarixli 163 nömrəli sərəncamına əsasən yenidən dövlət qeydiyyatına alınmış və BİU-ya № 135 şəhadətnamə verilmişdir. 2009-cu ilə qədər (lisenziya alana qədər) BİU-da tələbə qəbulu universitetin dövlət qeydiyyatına alınmış nizamnaməsi əsasında daxili intahanvermə qaydasında aparılmışdır ki, bu da bu üsulla tələbə qəbulunun həyata keçirilməsi hər hansı normativ aktın, qanunun tələbini pozmur.» Lakin məhkəmə araşdırmasının nəticələri ilə BİU tərəfindən iddiaçıya verilmiş diplomun dövlət nümunəli hesab olunması üçün faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə ki, BİU-nun hüquqi şəxs olaraq dövlət qeydiyyatına alınması və özünün müəyyən etdiyi ixtisaslar üzrə tələbə qəbulunu hyata keçirib tədris prosesini aparması və özü tərəfindən hazırlanmış blank formasında məzunlarına diplom verməsi – heç də onun dövlət standartlara uyğun təhsil müəssisəsi kimi fəaliyyət göstərməsini deməyə əsas vermir. Birincisi, həmin təhsil müəssisəsinin (hüquq sələfi Qafqaz İslam Universiteti ) ilkin dövlət qeydiyyatı 01 mart 1994-cü il tarixdə baş vermiş, Bakı İslam Universiteti kimi isə yenidən dövlət qeydiyyatına 17 mart 1997-ci il tarixində alınmışdır. İkincisi, müstəqil (suveren) Azərbaycan Respublikası yarandıqdan sonra qəbul edilmiş və 1992-2009-cu illərdə qüvvədə olmuş, Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsi nəzərdə tuturdu ki, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, məzunlara təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə nümunəsini hökümət tərəfindən vahid forması təsdiq edilən blank Xalq Təhsili Nazirliyi tərəfindən verilməsini nəzərdə tuturdu. Konkret halda isə iddiaçıya diplom verilərkən, təhsil aldığı BİU tərəfindən Qanunun qeyd olunan tələbinə riayət olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının və üçüncü şəxsin «Dini etiqad azadlığı haqqında» Qanunun həmin vaxt qüvvədə olmuş normalarına istinadən, BİU tərəfindən tələbə qəbulunun mərkəzləşdirilmiş test üsulu qaydasında deyil, nizamnaməsi əsasında daxili intahanvermə qaydasında aparılmasını qanunauyğun hesab etməsi, onlar tərəfindən qanunun qeyd olunan tələbinin düzgün təfsiri hesab oluna bilməz. Belə ki, «Dini etiqad azadlığı haqqında» Qanunun istinad edilən, həmin vaxt qüvvədə olmuş 10-cu maddəsinin 1-ci hissəsi nəzərdə tuturdu ki, «din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün dini təhsil müəssisələri yalnız dini mərkəz və idarələr yarada bilərlər. Dini mərkəz və idarələr birdən çox ali dini təhsil müəssisəsi yarada bilməz. Dini təhsil müəssisələri ilə dini mərkəz və ya idarələr arasında münasibətlər təsis sənədləri ilə müəyyən edilir.» Qanunun qeyd olunan normasından göründüyü kimi, dini mərkəz və idarələr tərəfindən dini təhsil müəssisələrini yaratmaq hüququ kimi qeyd olunmuşdur. Yaradılmış təhsil müəssisələri isə fəaliyyətlərində Azərbaycan Respublikasının təhsil qanunvericiliyin müəyyən etdiyi qaydalara uyğun həyata keçirmək və öz ilə fəaliyyəti zamanı dövlət standartlarından kənarlaşa bilməz, o cümlədən, həmin fəaliyyət növü üçün lisenziya almaq öhdəliyini daşıyırlar. Belə olan halda, 1997-ci ildə yenidən dövlət qeydiyyatına alınmış BİU Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalar” aşağıdakıları ona da şamil olunurdu. 1.2. Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra “ərizəçilər”) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. 1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. «Qaydalar»ın qeyd olunan tələblərindən göründüyü kimi, təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə Təhsil Nazirliyindən lisenziya almadan, ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyət növünü həyata keçirməsinə icazə verilmirdi. Konkret halda isə, iddiaçının təhsil aldığı BİU isə 2009-cu ilə kimi təhsil müəssisəsi kimi fəaliyyətini belə lisenziya almadan həyata keçirmiş, dövlət standartları ilə müəyyən olunan mərkəzləşdirilmiş test üsulu qaydalarından kənar, Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmayan ixtisaslar üzrə tələbə qəbulunu həyata keçirmiş və özünün çap etdiyi diplom blanklarında məzunlarına, o cümlədən, iddiaçıya ali təhsil sənədi vermişdir. Halbuki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimat aşağıdakı qaydalar müəyyən edilirdi: 1.4. təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. 2.1.tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericilik əsasında həyata keçirilir. Göründüyü kimi, məzunlara verilən diplom blanklarının təhsil müəssisələrinin sifarişinə uyğun hazırlamaq səlahiyyəti yalnız, cavabdeh Təhsil Nazirliyinə məxsusdur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh iddiaçının müraciətinə imtina cavabı verməklə Azərbaycan Respublikasının qanunvericiliyi ilə üzərinə düşən öhdəliyinə uyğun hərəkət etmişdir. Qanuna uyğun imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənasmından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin, həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2321/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2321/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar