Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2719/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “məcburi dövlət sosial sığorta haqqlarının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “məcburi dövlət sosial sığorta haqqlarının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2024 saylı, 29 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2007-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli qərarı ilə əlillik dərəcəsinin dəyişməsi ilə əlaqədar iddiaçının əmək pensiyası yenidən hesablanmışdır.
2. İddiaçı 2010-cu il tarixdən 2018-ci il tarixədək "xxxx" MMC-də poçtalyon vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.
3. İddiaçının 2010-2018-ci illərdə "xxxx" MMC-də işləməsi tərəflər arasında mübahisələndirilmir. Cavabdeh hesab etmişdir ki, mübahisə predmeti olan illər ərzində iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz.
4. "xxxx" MMC tərəfindən verilmiş 2010-2018-ci illərdə əmək haqqısından tutulmuş 3 faiz ödənişlərin DSMF-yə köçürülməsi barədə arayışa görə İddiaçı 2010-2012-ci illərdə analıq məzuniyyətində olduğundan ona əmək haqqı hesablanmamış, 2013-cü il üzrə hesablanmış 1755,01 manat əmək haqqısından 52,65 manat, 2014-cü il üzrə 1951,05 manat əmək haqqısından 58,53 manat, 2015-ci il üzrə 2391,31 manat əmək haqqısından 71,74 manat, 2016-cı il üzrə 2156 manat əmək haqqısından 64,68 manat, 2017-ci il üzrə 2438,16 manat əmək haqqısından 73,15 manat, 2018-ci il üzrə 2377,42 manat əmək haqqısından 71,32 manat sosial sığorta haqları DSMF-yə ödənilmişdir.
5. İddiaçı 2010-cu il tarixdən 2018-ci il tarixədək "xxxx" MMC-də poçtalyon vəzifəsində işlədiyini iddia edərək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun 2010-cu il tarixdən 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə pensiyanın yenidən hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini əsas gətirərək ərizəsini təmin etməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ:
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə pensiya məbləğinin yenidən hesablanması və faktiki aldığı pensiya ilə qanunla almalı olduğu pensiya məbləği arasında olan fərqin hesablanaraq, birdəfəlik olaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Sonradan iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək "xxxx" MMC-də işlədiyi dövrdə aldığı əmək haqqı üzrə tutulmuş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-ci ildən fasiləsiz olaraq "xxxx" MMC-nin 2 saylı Poçt Filialında poçtalyon vəzifəsində işləyir. Eyni zamanda, kar olduğuna görə əlildir, iki yetkinlik yaşına çatmayan övladı var və onları təkbaşına böyüdür. Hazırda pensiya alır, lakin pensiya məbləği düzgün hesablanmamışdır. Belə ki, işlədiyi 2010-2018ci illərin ümumi staj müddətinə hesablanmaması nəticəsində pensiyanı daha az məbləğdə alır, bu isə onun təminat hüququnu pozur. Bununla bağlı iddiaçı cavabdehə müraciət etsə də, xahişini yerinə yetirməkdən imtina edilmişdir. İddiaçı hesab edir ki, ona təyin edilmiş pensiya məbləği yenidən hesablanmalı və fərqi ona ödənilməlidir. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia qismən təmin edilmiş, İddiaçı "xxxx" MMC-də işlədiyi 2013- 2018-ci illər ərzində aldığı əmək haqqı üzrə tutulmuş məcburi dövlət sosial sığorta haqqlarının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a) Apellyasiya şikayətinin dəlilləri:
10. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1527/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətinin dəlillərinə əsasən Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir.
12. Qanunvericiliyin tələblərinə əsasən xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək iddiaçıya əmək pensiyasının baza hissəsi və xx.xx.2008-ci il tarixdən xx.xx.2017-ci il tarixədək baza hissə və İİ qrup əlillərə görə ödənilən 6 manat aylıq müavinət (illər üzrə indeksləşdirilməklə) ödənilmişdir.
13. İddiaçı əmək kitabçasının surətinə əsasən xx.xx.1987- ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 18 il 7 ay 21 gün sığorta stajı qeydə alınmışdır.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017ci il tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixdən yenidən hesablanır. Bununla əlaqədar olaraq, iddiaçının 18 il 7 ay 21 gün sığorta stajı nəzərə alınmaqla əmək pensiyasının sığorta hissəsi aşağıdakı qaydada hesablanmışdır: (18 il+(7ay+21/30gün)/12ay)x1,94=36,16 manat.
15. Pensiyanın sığorta hissəsinin xx.xx.2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 171,87 manat təşkil edir.
16. Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. xx.xx.2017-ci il tarixinə əmək pensiyalarının baza hissəsi 110 manat müəyyən edilmişdir: xx.xx.2017 - 110(baza hissə)+47,87(sığorta hissə)=157,87 xx.xx.2018-157,87+157,87x5,7%=166,86 xx.xx.2019- 166,86+166,86x3%=171,87
17. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının xx.xx.2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 138,13 manat təşkil edir.
18. İddiaçının xx.xx.2007-ci il tarixdə 40 yaşı olduğu nəzərə alınmaqla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 96 ay sığorta stajı tələb olunur (40-19)x4+1 il=96. K-96/184=0,52 SH-138,13/(144x0,52)=1,84 manat xx.xx.2019-cu il tarixinə pensiya məbləği 173,71 manat təşkil edir. P=171,87+1,84=173,71.
19. Qanunun 6-1-ci maddəsinin xx.xx.2019-cu il tarixdən 01,01.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 1 oktyabr tarixdən 200 manat məbləğində müəyyən olunmuşdur. Qeyd edilən maddənin tələblərinə əsasən İddiaçı pensiya məbləği xx.xx.2019-cu il tarixdən 200 manata çatdırılmışdır.
20. İddiaçının əmək pensiyasının xx.xx.2022-ci il tarixədək indeksləşdirilmiş məbləği aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2020 - 200+200x16,6%=233,2 xx.xx.2021 - 233,2+233,2x11,4%=259,78 xx.xx.2022 - 259,78+259,78x3,4%=268,61
21. Qanununun xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır.
22. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği 285,27 manat müəyyən edilib: 268,61 +(200/12)=285,27 manat.
23. Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən əmək pensiyasının məbləği indeksləşdirilərək 327,21 manata çatdırılmışdır: xx.xx.2023 - 285,27+285,27x14,7%=327,21 manat Hazırda iddiaçıya ödənilən pensiya məbləği 331.14 manat təşkil edir.
24. Məlumat üçün bildirilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixdən isə əlillik dərəcəsi dəyişdirilməsi səbəbindən İİİ dərəcə əlilliyə görə pensiya təyin edilərək ödənilmişdir.
25. İddiaçı 2010-cu il tarixdən 2018-ci il tarixədək "xxxx" MMC-də poçtalyon vəzifəsində işlədiyini iddia etsə də, Sığortaolunanlar haqqında məlumat bazası olan Sığorta Alt Sisteminə əsasən İddiaçı 2010-cu il tarixdən 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Yuxarıda qeyd edilən normaların da tələblərindən göründüyü kimi xx.xx.2006-cı il tarixdən sonra sığortaolunanların əmək pensiyası onların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən hesablanır. İddiaçı isə 2010-cu il tarixdən 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə pensiyanın yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
26. Qeyd edilmişdir ki, sığortaedən "xxxx" MMC-nin (SUN:**********7) məhkəməyə təqdim etdiyi hüquqi varisi olduğu X4 2 saylı Poçt Filialı (SUN:**********7) və "xxxx" MMCnin İddiaçı aid əmək haqqı arayışlarına əsasən sığortaolunanın 2010-2012-ci illərdə analıq məzuniyyətində olduğu müəyyən edilmişdir. Əlavə olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində 2 saylı Poçt Filialı tərəfindən 2013 - 2016 və "xxxx" MMC tərəfindən 2017-2018-ci illər üçün təqdim olunmuş məcburi dövlət sosial sığortası üzrə hesabatlarda İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlarının qeyd olunmadığı aşkar edilmişdir.
27. Sığortaedənlər “X4 2 saylı Poçt Filialı” və “Azərpoçt MMC) tərəfindən 2010-2016cı illər, 2017-2018-ci illərin l-İV rübləri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda və “Məcburi dövlət sosial sığortası üzrə hesabatlarda İddiaçı adı sığortaolunan kimi qeyd edilmədiyindən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları **********182 nömrəli fərdi şəxsi hesabında aşkar edilməmişdir.
28. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində 2 saylı Poçt Filialı tərəfindən 2013 - 2016 və "xxxx" MMC tərəfindən 2017- 2018-ci illər üçün təqdim olunmuş məcburi dövlət sosial sığortası üzrə hesabatlara baxış keçirilmiş və həmin hesabatlarda İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlarının qeyd olunmadığı müəyyən edilmişdir.
29. Qeyd edək ki, 2 saylı Poçt Filialı tərəfindən 2013 - 2016-cı illər üçün təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunması müəyyənləşdirilərək, İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarının fərdi şəxsi hesabına işlənilməsi üçün yoxlanılmasına zərurət yaranan əlavə sənədlər (İddiaçı və adı səhvən qeyd edilən işçinin (və ya işçilərin) “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larının (06) (Forma B3), əmək kitabçalarının, əmək müqavilələrinin, əmək haqqı aldıqları bank hesabından çıxarışlarının, işə qəbul olunma, işdən azad edilmə və məzuniyyətdə olma əmrlərinin və adı səhvən qeyd edilən işçinin (və ya işçilərin) əmək haqqı cədvəllərinin əsilləri ilə düzgünlüyünü təsdiq edən imza və möhürlə təsdiqlənmiş surətləri "xxxx" MMC tərəfindən Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim edilməli idi.
30. Həmçinin "xxxx" MMC tərəfindən təqdim olunmuş 2017-2018-ci illər üçün məcburi dövlət sosial sığortası üzrə hesabatlarda İddiaçı məlumatlarının əlavə edilməsi üçün qeyd olunan illər üçün “Dəqiqləşdirilmiş" tipli hesabatlar təqdim edilməlidir.
31. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan əlilliyə görə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə İddiaçı iddiası təmin olunmamalıdır.
32. Buna görə də yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirik ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1 (112)-1527/2024 nömrəli qərarı faktiki cəhətdən əsassız, hüquqi baxımdan qanunsuz olduğundan ləğv edilməli və İddiaçı "əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi” tələbinə dair iddiası təmin olunmamalıdır.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin iştirakı:
34. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. İddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ...21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti. Maddə 22.1. əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.
37. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 1.1.6. sığortaçı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; Maddə 1.7. sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; Maddə 1.8. sığortaolunanlar-xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; Maddə 14. (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən) Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir; hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir; məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığortaedəndən məhkəmə qaydasında alınır; Maddə 18. (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən) Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır.
38. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 10.1. sığortaçı aşağıdakı hüquqlara malikdir: 10.1.1. Sığortaedəndən və sığortaolunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək; 10.1.2. Sığortaedənin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq; 10.1.3. Sığortaedənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək. Maddə 10.2. sığortaçın vəzifələri aşağıdakılardır: 10.2.1. Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; 10.2.1-1. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq; 10.2.2. sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək; 10.2.4. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək və səlahiyyətləri daxilində müvafiq normativ aktlar qəbul etmək
39. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
40. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
41. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
42. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı.
43. Azərbaycan Respublikası Prezidentinin "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanının 2.1-ci bəndinə əsasən, "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş "məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
44. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 3.1.28-3-cü maddəsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin vəzifəsinə aid edilmişdir.
45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
46. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan, məhkəməsi qərarının tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Bununla yanaşı, məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
49. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçıya DSMF-in Binəqədi rayon Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdən İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş, İİİ dərəcə əlilliyə keçməsi ilə əlaqədar əmək pensiyası yenidən hesablanmışdır. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1987-ci il tarixdən hal-hazırki tarixədək "xxxx" MMC-də (xx.xx.2009-cu il tarixədək "xxxx" Dövlət Müəssisəsi olmuşdur) poçtalyon işləyir.
50. İddiaçı 2010-cu il tarixdən 2018-ci il tarixədək "xxxx" MMC-də poçtalyon vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.
51. İddiaçının 2010-2018-ci illərdə "xxxx" MMC-də işləməsi tərəflər arasında mübahisələndirilmir. Cavabdeh hesab etmişdir ki, mübahisə predmeti olan illər ərzində iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz.
52. Müvafiq sorğu əsasında "xxxx" MMC tərəfindən İddiaçı 2010-2018-ci illərdə əməkhaqqından tutulmuş 3 faiz ödənişlərin DSMF-yə köçürülməsi barədə arayış məhkəməyə təqdim edilmişdir. Qeyd olunan arayışdan görünür ki, İddiaçı 2010-2012-ci illərdə analıq məzuniyyətində olduğundan ona əməkhaqqı hesablanmamış, 2013-cü ilin üzrə hesablanmış 1755,01 manat əməkhaqqıdan 52,65 manat, 2014-cü il üzrə 1951,05 manat əməkhaqqıdan 58,53 manat, 2015-ci il üzrə 2391,31 manat əməkhaqqıdan 71,74 manat, 2016-cı il üzrə 2156 manat əməkhaqqıdan 64,68 manat, 2017-ci il üzrə 2438,16 manat əməkhaqqıdan 73,15 manat, 2018-ci il üzrə 2377,42 manat əməkhaqqıdan 71,32 manat sosial sığorta haqları DSMF-yə ödənilmişdir.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 54/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən: “...36. Cavabdehin kassasiya şikayətinin 2006-2007-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda İddiaçı (SSN: **********126) sosial sığorta nömrəsi qeyd edilmədiyi üçün Nazirliyin “X2 Sistemi”nin "Sığorta” (Hesabat) altsisteminin “Bölüşdürülməmiş” hesablar bölməsinə düşdüyü və yalnız iddiaçının məlumatları sığortaedən tərəfindən təsdiq edildikdən sonra onun fərdi şəxsi hesabında öz əksini tapacağı ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi həmin hal əslində iddiaçının 2006-2007-ci illərdə həqiqətən işlədiyini və ona münasibətdə məcburi dövlət sığorta haqqının ödənildiyini bir daha təsdiq edir. Belə ki, şəxsə əmək haqqı ödənilən zaman tutulmuş məcburi sosial sığorta haqları “Bölüşdürülməmiş” hesablar bölməsinə daxil olur və sığortaedən tərəfindən təqdim olunmuş hesabatlar əsasında cavabdeh tərəfindən konkret şəxslərin fərdi şəxsi hesabına yerləşdirilir. Yəni iddiaçıya münasibətdə ödənilmiş məcburi sosial sığorta haqqının onun fərdi şəxsi hesabında əksini tapmaması iddiaçının təqsirkar davranışına və məsuliyyət sferasına aid edilə, bunun üzərindən həmin illərin onun əmək stajına hesablanmasından imtina üçün əsas ola bilməz. ... Nəzərə almaq lazımdır ki, qeyd olunan halların aşkar olunduğu təqdirdə sığortaedən tərəfindən təqdim olunmuş hesabatlar, belə hesabatlar təqdim edilməmişdirsə, təqdim olunması təmin edilməklə müvafiq hesabatlar əsasında “Bölüşdürülməmiş” hesablar bölməsinə daxil olmuş məcburi sosial sığorta haqlarının konkret şəxslərin fərdi şəxsi hesabına yerləşdirilməsi cavabdehin məsuliyyət sferasına aiddir və onun məsuliyyət sferasına aid olan funksional vəzifələrin layiqincə yerinə yetirilməməsinin məsuliyyətini şəxsin üzərinə qoymaqda cavabdeh haqlı sayıla bilməz...”
54. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1542/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə: “... 45. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin aylıq məcburi sosial sığorta məbləğlərinin cavabdehə ödənilməməsi ilə bağlı nəzarətin həyata keçirilməsi, cavabdehin üzərində olan bilavasitə vəzifəsidir. Buna görə də, həmin məsələyə dair iddiaçıya iradlar bildirilməsi qanuna uyğun deyildir.”
55. Məhkəmə kollegiyası Ali Məhkəmənin oxşar tələblərə dair işlər üzrə formalaşmış hüquqi mövqeyindən çıxış edərək cavabdehin imtina dəlilinə münasibətdə bildirir ki, iddiaçının işlədiyi "xxxx" MMC-nin arayışından göründüyü kimi iddiaçı 2013-cü il tarixdən 2018-ci il tarixədək "xxxx" Dövlət Müəssisəsində əmək fəaliyyəti ilə məşğul olmuş, müvafiq olaraq əmək haqqı almış və onun əmək haqqısından məcburi sığorta haqları tutularaq aidiyyəti üzrə köçürülmüşdür. Əmək haqqısından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabında qeydə alınıb-alınmamasına nəzarət edilməsi iddiaçının öhdəliyi olmamışdır. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunan və təyinatı aşkar göstərilən ödənişlərin köçürülməsinə baxmayaraq, məcburi dövlət sosial sığortasının məqsədləri üçün zəruri məlumatların fərdi şəxsi hesaba daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etməmişdir.
56. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, əmək haqqısından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabında qeydə alınmaması onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Ona görə də iddia tələbi 2013-2018-ci illərə dair hissədə əsaslı olmuşdur.
57. Məhkəmə kollegiyası qeyd edir ki, ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar.
58. Bu mənada, nəzərə alınmalıdır ki, güdülən qanuni məqsəd əlilliyə görə əmək pensiyası alan şəxsin illər boyu işləyərək qazandığı kapitalın onun pensiyasına hesablanmalı olmasıdır.
59. Əgər hazırkı işdə olduğu kimi bu hal mötəbər sübutlarla təsdiq olunursa, sırf Sığortaedənlər “X4 2 saylı Poçt Filialı” və “Azərpoçt MMC) tərəfindən 2010-2016-cı illər, 2017-2018-ci illərin l-İV rübləri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda və “Məcburi dövlət sosial sığortası üzrə hesabatlarda İddiaçı adının sığortaolunan kimi qeyd edilmədiyindən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında aşkar edilməməsindən çıxış edilməsi iddiaçını həddən artıq yükə məruz qoymaqla, fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı pozur, güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır.
60. Həmçinin də Avropa Məhkəməsi Andreyeva Latviyaya qarşı işində vurğuladığı kimi ki, “...dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür.”
61. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq, yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.
62. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1527/2024 saylı, 29 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov