Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2725/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı7 və onun vəkili və nümayəndəsi X7, İddiaçı8, İddiaçı9 və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X9 iştirakı ilə, birgə iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs X5 cəlb olunmaqla) qarşı “registrə salınma haqqında qeydin, özəlləşdirmə haqqında sərəncamın, özəlləşdirməyə dair hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələblərinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və 3-cü şəxs X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: Birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, Azərbaycan Respublikası Dövlət Əmlak Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (maraqlı şəxs X5 cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 noyabr 2017-ci il tarixli 43/01 saylı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksoin Mərkəzi tərəfindən tərtib edilmiş hərrac protokolunun, ünvan 1 ünvanında yerləşən, sahəsi 188,3 kv.m. olan qeyri - yaşayış sahə ilə bağlı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X6 arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı Müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və maraqlı şəxs X3 adına ünvan 1 ünvanında yerləşən, sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış sahə ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan birgə iddiaçılar məhkəməyə ərizə ünvanlayaraq ünvan 2 kv.m. qeyriyaşayış sahəsinə dair daşınmaz əmlakının dövlət registrinə salınması haqqında qeydin, özəlləşdirilməsinə dair xx.xx.2017-ci il tarixli sərəncamın və özəlləşdirməyə dair hərəkətlərin qanunsuz hesab edilməsi, 28 noyabr 2017-ci il tarixli 43/01 saylı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksoin Mərkəz tərəfindən tərtib edilmiş hərrac protokolu, ünvan 1 ünvanında yerləşən, sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış sahə ilə bağlı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X6 arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və cavabdeh X3 adma ünvan 1 ünvanında yerləşən, sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış sahə ilə əlaqədar daşınmaz əmlakın döviət reyestrində aparılmış qeydiyyatın və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatında iştirakı zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində nəzərə alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksoin Mərkəz tərəfindən tərtib edilmiş 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokolunun; ünvan 1 ünvanında yerləşən, 188,3 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X6 arasında bağlanmış 29 noyabr 2017-ci il tarixli 3739 saylı Müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; X3 adına ünvan 1 ünvanında yerləşən, 188,3 kv.m olan qeyri-yaşayış sahəsi ilə əlaqədar daşınmaz əmlakın döviət reyestrində aparılmış qeydiyyatın və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi; ünvan 1 ünvanda yerləşən, 188.3 kv. metr olan qeyriyaşayış sahəsinə dair (yarızirzəmi və zirzəmi) kod 2063, ***-*******2 registr nömrəsi ilə aparılmış qeydin (***-*******2-001 registr nömrəsi ilə (5 mərtəbəli kooperativ binasının zirzəmisi 130,4 kv.m)) ləğv edilməsi; Əmlak Məsələləri Dövlət Komitəsi üzrə verilmiş “Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli 09 nömrəli Sərəncamın ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli binanın yarızirzəmisi 130,4 kv.m və zirzəminin bir hissəsi 57,9 kv.m ümumi faydalı sahəsi 188,3 kv.m hissəsində ləğv edilməsi və həmin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və 3-cü şəxs X17 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1253/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Xidmət apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən, mübahisə predmeti olan əmlakın dövlət mülkiyyətində olmadığından Əmlak Məsələləri Dövlət Xidmətinin həmin əmlakı özəlləşdirmək səlahiyyətinə malik olmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan mövqeyini heç bir hüquqi əsası olmayan Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktublarla əsaslandırmışdır. Halbuki qeyd olunan məktubların əsassızlığı hazırkı işə bundan əvvəl Bakı Apellyasiya Məhkəməsində baxılan zaman həmin məhkəmənin müraciətinə cavab olaraq məhkəməyə ünvanlanmış Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, eləcə də Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020- ci il tarixli məktubları ilə sübut olunur. Belə ki, qeyd olunan məktublarda “Müəllim” Mənzil İstismar Kooperativinə, eləcə də digər mənzil tikinti kooperativlərinə aid hər hansı hüquqi sənədlərin və məlumatların həmin qurumlarda mövcud olmadığı qeyd edilmişdir. Belə olan halda Bakı İnzibati Məhkəməsinin mənzil tikinti kooperativlərinə dair hər hansı hüquqi sənədə malik olmayan qeyd olunan qurumların formal mülahizə əsasında tərtib etdiyi mübahisəli qeyri- yaşayış sahəsinin yerləşdiyi binanın hər hansı kooperativə məxsus olması ilə bağlı yuxarıda göstərilən qanunsuz məktublara istinad edərək belə bir nəticəyə gəlməsi tamamilə əsassızdır. 3-cü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sübutlara tam qiymət verməmiş, ziddiyyətli məqamları aydınlaşdırmamışdır. Belə ki, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 514) Registrindən çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən, kooperativ binasının cəmi 188,3 kvadrat metr olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi və zirzəmisi) 2063 kod, ***- *******2 registr nömrəsi ilə həmin Birliyin sərəncamında olan daşınmaz dövlət əmlakı kimi qeydiyyata alınmışdır. Həmçinin xx.xx.2019-cu il tarixli, 0/273 nömrəli məktubun əsassızlığı əvvəlki məhkəmə mübahisəsinə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman məhkəmənin müraciətlərinə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, eləcə də Bakı şəhəri Nəsim rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli cavab məktubları ilə sübut olunmuşdur. Belə ki, qeyd olunan məktublarda "Müəllim” Mənzil İstismar Kooperativinə, eləcə də digər mənzil tikinti kooperativlərinə aid hər hansı hüquqi sənədlərin və məlumatların həmin qurumlarda mövcud olmadığı qeyd edilmişdir. Belə olan halda işə baxan 1-ci instansiya məhkəməsinin mənzil tikinti kooperativlərinə dair hər hansı hüquqi sənədə malik olmayan Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyini formal mülahizə əsasında tərtib etdiyi xx.xx.2019-cu il tarixli əsassız məktuba istinad edərək iddianı qismən təmin etməsi tamamilə əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmirlər və gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndələri) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh və 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, hər 2 apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - 28 noyabr 2017-ci il tarixli 43/01 saylı hərrac protokoluna və Əmlak Məsələləri Dövlət Komitəsinin 06 may 2019-cü il tarixli məktubuna əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 188,3 kv.m. olan qeyri - yaşayış sahə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş və həmin qeyri-yaşayış sahəsi “Dövlət Əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununa və Dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən digər qanunvericilik aktlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 28 noyabr 2017-ci il tarixdə keçirilmiş hərracda X5 tərəfindən özəlləşdirilmişdir. Cavabdehlərin fikrincə, sözügedən qeyri-yaşayış sahə hərraca çıxarılan zaman Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. - Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 0/273 saylı 04 iyun 2019-cü il tarixli məktubundan görünür ki, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 98 saylı bina "xxxx" MTK-ya məxsusdur və həmin bina Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında deyildir. -Balanssaxlayacı rəsmi məktubla bildirilmişdir ki, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 98 saylı bina "xxxx" MTK-ya məxsusdur və həmin bina Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında deyildir, buna baxmayaraq, Əmlak Məsələləri Dövlət Əmlak Komitəsi həmin binanın bir hissəsi olan qeyri-yaşayış sahəsi ilə bağlı hərrac keçirir, alqı-satqı müqaviləsi bağlayır və sonradan çıxarış verir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən, sahəsi 188.3 kv.m olan qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla daşınmaz dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsi 28 noyabr 2017-ci il tarixində keçirilmiş hərracda X6 tərəfindən özəlləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin ikinci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Eyni zamanda, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli, 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də mənzil-tikinti kooperativinin Nümunəvi Nizamnaməsi”nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimai-iaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar tərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 2.3.22-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələri, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələri Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı ilə özəlləşdirilir. Beləliklə mübahisə predmeti olan qeyri-yaşayış sahəsi dövlət büdcəsinin vəsaiti hesabına inşa edildiyindən həmin sahə dövlət mülkiyyətində olmuş və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə’’yə uyğun olaraq dövlət əmlakının Registrində qeydiyyat aparılmışdır. Bundan başqa bildirilir ki, iddiaçılar hazırkı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüquqa da malik deyildirlər. Belə ki, iddiaçılar iddia ərizəsində mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi bina "xxxx" MTK-ya məxsus olduğundan, Əmlak Məsələləri Dövlət Xidmətinin qeyd olunan əmlakı özəlləşdirmək səlahiyyətinin olmadığını qeyd etmişdirlər. Bununla bağlı bildirilir ki, iddiaçıların hazırkı tələbi bundan əvvəl dəfələrlə məhkəmə araşdırmalarının predmeti olmuşdur. Belə ki, əvvəlki məhkəmə araşdırmaları zamanı iddiaçılar mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin ilk öncə "xxxx" MTKya, daha sonra isə məhkəmə sorğuları əsasında “Müəllim (Учитель)” MİK-ya məxsus olduğunu iddia etsələr də, nə qeyd olunan hüquqi şəxslərin mövcud olması, nə də həmin kooperativlərin adından iddianı imzalamaq səlahiyyətinə malik olmaları müəyyən olunmamışdır. Eyni zamanda mülki işə baxılması zamanı birinci və apellyasiya instansiyası məhkəmələrinin sorğularına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi tərəfindən verilmiş cavab məktublarında yuxarıda qeyd olunan kommersiya qurumlarına dair həmin orqanlarda hər hansı məlumatın mövcud olmadığı qeyd olunmuşdur. Belə olan halda, "xxxx" MTK və “Müəllim (Учитель)" MİK adlı hüquqi şəxs mövcud olmadığından onun adından qaldırılmış hər hansı iddia qanuni sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Beləliklə, iddiaçılar "xxxx" MTK və ya “Müəllim (Учитель)” MİK adından o halda iddia qaldırmaq hüququna malik ola və əmlakın hüquqi şəxsə məxsus olduğunu iddia edə bilər ki, hüquqi şəxs dövlət qeydiyyatına alınmış olsun. Lakin əvvəlki məhkəmə mübahisəsi zamanı müəyyən olunmuşdur ki, nə “Müəllimlər" MTK, nə də “Müəllim (Учитель)” MİK adlı hüquqi şəxsin mövcud olması barədə dövlət orqanlarında hər hansı məlumat yoxdur. Bundan əlavə, iddiaçılar məhkəməyə təqdim etdikləri ərizədə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixli məktubuna əsaslanlanaraq mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin "xxxx" MTK-ya məxsus olduğunu iddia etmişlər. Halbuki, qeyd olunan məktubun əsassızlığı əvvəlki məhkəmə mübahisəsinə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman məhkəmənin müraciətlərinə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, eləcə də Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli cavab məktubları ilə sübut olunmuşdur. Belə ki, qeyd olunan məktublarda "Müəllim” Mənzil İstismar Kooperativinə, eləcə də digər mənzil tikinti kooperativlərinə aid hər hansı hüquqi sənədlərin və məlumatların həmin qurumlarda mövcud olmadığı qeyd edilmişdir. Belə olan halda iddiaçıların mənzil tikinti kooperativlərinə dair hər hansı hüquqi sənədə malik olmayan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin formal mülahizə əsasında tərtib etdiyi xx.xx.2019-cu il tarixli əsassız məktuba istinad edərək mübahisəli qeyri-yaşayış sahəsinin “Müəllim” Mənzil istismar Kooperativinə məxsus olması barədə iddia ərizəsində qeyd etdikləri tamamilə əsassızdır. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi özəlləşdirilən zaman iddiaçılar həmin sahə üzərində hər hansı hüquqa malik olmamış, özəlləşmə zamanı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qanunvericilik normaları pozulmamışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçıların iddia tələbi ilə bağlı İdarəyə rəsmi qaydada müraciəti daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bununla əlaqədar, iddianın mümkün sayılmaması xahiş edilir. Eyni zamanda iddiaçılar İddiaçı8 və İddiaçı9 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və X4 qarşı Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 998 saylı kooperativ binanın ümumi sahəsi 188,3 kv.m olan qeyri-yaşayış sahəsinin satılması ilə bağlı Hərracların Təşkli üzrə Auksion Mərkəzi tərəfindən 28 noyabr 2017-ci il tarixdə keçirilən hərracın və cavabdeh X5 ilə həmin qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli, 3739 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, həmçinin mübahisəli qeyri-yaşayış sahəsinə cavabdeh B.S.Ramazanovun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər (iş nömrə 2-1(112)-6584/2021 sədrlik edən A.Abdullayeva). Birinci instansiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçılar, eləcə də iddiaçılardan İddiaçı7 vəkili Vəkil2 iddia tələbinin məzmununa uyğun izahat verməklə bildirdilər ki, "xxxx" mənzil-tikinti kooperativi 1960-cı ildə yaradılmış və pay sahibləri tərəfindən binanın tikilməsi üçün sərmayə qoyulmuşdur. Burada 0,65 ha həyətin ümumi sahəsində, beşmərtəbəli, beş bloklu, 60 mənzilli olan bina, zirzəmi və 188,3 kv.m sahəsi olan yarımzirzəmisi, həmçinin zirzəminin mebeli, kondinsionerləri, nasosxana, işıqlandırma və elektrik sistemlərinin alınması və quraşdırılması, həyətin yaşıllıqla abadlaşdırılmış istirahət zonası, kooperativ üzvlərinin yığıncağı üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi pay sahiblərinin sərmayəsi hesabına inşa edilmişdir. Bina 1965-ci ildə istismara verilmişdir. Binanın texniki pasportu və sahə sənədləri yaradılmışdır. Bütün xərclər kənardan heç bir maddi köməklik olmadan sakinlər (pay sahibləri) tərəfindən ödənilmişdir. Bundan əlavə, sözügedən binanın yarızimzəmisi "Azərittifaq"ın laboratoriyasına icarəyə verilmişdir və alınan vəsait həyətin təmizlik işlərinə, xadimə xidmətlərinə, kooperativin mühasibi və kooperativ sədrinə əmək haqqı ödəmək üçün xərclənirdi. 2002-ci ildə binanın sakini X8 "xxxx" MTK-nın sədr vəzifəsini ələ keçirdikdən sonra əvvəllər icarəyə verilən yarımzirzəmini öz şəxsi ofisinə çevirərək MTK-nı icarədən gələn vəsaitdən məhrum edib. 2017-ci ildə məlum olur ki, pay sahiblərinin ümumi istifadəsində olan 188,3 kv.m sahəsi olan yarımzirzəmi saxta sənədlərlə oğlu X2 adına keçirilib. Sakinlərin haqlı etirazına cavab olaraq Ramazanov Səfər onu Birjada 35 min manata aldığını deyir. Bütün bunlardan sonra kooperativ üzvləri iclas keçirərək Ramazanov Səfəri səsvermə ilə tutduğu vəzifədən azad edirlər. Sənədlərin və binaya aid möhürün təhvil-təslim zamanı məlum olur ki, binaya və ümumi sahə yə aid olan texniki pasport və kooperativin nizamnaməsi guya itirilib. Eyni zamanda təhvil alınan möhür "xxxx" MTK-nın möhürü yox, "Müəllim" mənzil istismar kooperativ möhürü kimi qeyd olunmuşdur. Bu illər ərzində Ramazanov Səfər tərəfindən sakinlərə yaşayış yeri üzrə arayışlar verilmişdir. Nümunə üçün həmin arayışlardan birini məhkəməyə təqdim edirlər. Vergilər Nazirliyinə, icra hakimiyyətinin kooperativlər üzrə idarəsinə və Ədliyyə Nazirliyinə ünvanlanmış sorğulara rəsmi cavabda bildirilir ki, həmin möhür heç bir dövlət qurumunda qeydiyyatdan keçməyib. Hətta vaxtilə MİK “Müəllim” tərəfindən vaxtilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müvəqqəti xarakterli müdafiəyə dair ərizə təqdim edilmiş, Əmlak Komitəsinin səlahiyyətli nümayəndəsi məhkəmədə çıxış edərkən bildirib ki, 1965-ci ildə dövlət tərəfindən 188,3 kv.m sahəli zirzəminin tikintisinə büdcədən pul ayrılıb. Lakin bunu təsdiq edən heç bir sənəd məhkəməyə təqdim olunmayıb. Amma pay sahiblərinin təqdim etdikləri sənədlərə əsasən bina 1963-cü ildə inşa edilmiş, 1965-ci ildə isə sakinlərin istismarına verilmişdi. Hazır tikilmiş binaya sonradan dövlət tərəfindən pul ayrıla bilməzdi. Qeyd edilən iş üzrə xx.xx.2021-ci il tarixli məhkəmə qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6584/2021 saylı və 2-1(112)- 7466/2021 saylı inzibati işlər 2-1(112)-7466/2021 sayı altında bir icraatda birləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş arxiv çıxarışına əsasən Bakı şəhər XDS İcraiyyə Komitəsi tərəfindən xx.xx.1963-cü il tarixli qərarla mənzil-tikinti kooperativlərinin xahişi təmin olunmuş, müəllimlər kooperativinə ünvan 6 ünvanında bina tikintisi üçün 635 kv.m. torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, Bakı şəhər XDS OK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1963cü il tarixli 37/1452 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərara nizamnamə və digər sənədlər əlavə edilmişdir. Bakı şəhər İcraiyyə Komitəsi tikinti və arxitektura şöbəsi tərəfindən 635 kv.m. torpaq sahəsində yerləşən C.Məmmədquluzadə küçəsi 96 və 98 binalarına dair müəllimlərin mənzil-tikinti kooperativinin adına (sifarişçi qismində) inşaat pasportu təsdiq edilmişdir. Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1963-cü il tarixli 37/1450 saylı qərarı ilə 635 kv.m torpaq sahəsində yerləşən C.Məmmədquluzadə küçəsi 96 və 98 binalarının əsaslı tikintisi ilə bağlı sakinlərin köçürülməsi qərara alınmışdır. Belə olan halda “Müəllim (Учитель)” MİK-in mövcud olmaması nəticə düzgün deyil. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəməyə ünvanladığı etirazdan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1965-ci il tarixli 5 nömrəli Qərarına və Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR-də mənzil - tikinti kooperativinin Nümunəvi Nizamnaməsi»nə əsasən mənzil tikinti kooperativi evlərinin içində və yanında inşa edilmiş tikililərdə həmin kooperativlərin razılığı ilə ticarət, ictimaiiaşə və əhaliyə mədəni-məişət xidməti müəssisə və idarələri yerləşdirilə, habelə ictimai təyinatlı yerlər düzəldilə bilər. Həmin sahələrin tikintisi üçün xərclər müvafiq dövlət və ya ictimai təşkilatlar ərəfindən ayrılan büdcə vəsaiti hesabına ödənilir. Binaların inşası başa çatdıqdan sonra qeyd edilən işlərin dəyəri bu tikililərin istismarını həyata keçirən müəssisələrin balanslarına aid edilir. Qeyd edilən normativ hüquqi aktlara əsasən ünvan 1 ünvanda yerləşən 5 mərtəbəli kooperativ binanın yarımzirzəmi və zirzəmisindəki qeyri-yaşayış sahələri dövlət vəsaiti hesabına inşa edilməklə dövlət mülkiyyətindədir və həmin əmlaka dair dövlət əmlakının Registrində qeydiyyat mövcuddur. Bakı şəhəri, İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 514) sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, 1962-ci ildə istismara verilən 5 mərtəbəli kooperativ binasının cəmi 188,3 kvadrat metr olan qeyriyaşayış sahəsi (yarımzirzəmi və zirzəmisi) 2063 kod, 008- 00360012 registr nömrəsi ilə qeydiyyata alınmışdır. Yarımzirzəminin sahəsi 130,4 kvadrat metr olmaqla ***-*******2- 01, zirzəminin sahəsi isə 57,9 kv. metr olmaqla isə 008- 00360012-002 registr nömrəsi ilə qeydiyyata alınmışlar. Bakı şəhəri, İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (qeydiyyat № 514) sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, 1962-ci ildə istismara verilən 5 mərtəbəli kooperativ binasının cəmi 188,3 kvadrat metr olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi və zirzəmisi) 2063 kod, ***-*******2 registr nömrəsi ilə qeydiyyata alınmışdır. Müvafiq registr qeydinin aparılması üçün əsas qismində Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşlarının C.Məmmədquluzadə küçəsi 98 ünvanında istifadəsiz qeyriyaşayış sahəsinə xx.xx.2017-ci il tarixli baxış aktı və isifadəsiz olan daşınmaz dövlət əmlakının inventarlaşdırılmasına dair akt olmuşdur. 28. Əmlak Məsələləri Dövlət Komitəsi üzrə verilmiş “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli 09 nömrəli Sərəncamın 2-ci bəndinə əsasən, həmin sərəncamın 1 və 2 nömrəli əlavəsində göstərilən müəssisələrin (obyektlərin) və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi həmin müəssisələr (obyektlər) haqqında məlumatlar “Mülkiyyət” qəzetində dərc edildikdən azı 30 (otuz) gün keçdikdən sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada respublikanın şəhər və rayonlarında hərraclar vasitəsilə həyata keçirilməsi qərara alınmış, həmin sərəncama 2 nömrəli əlavədə (hərraca çıxarılan istifadəsiz olan daşınmaz dövlət əmlakının siyahısı) 6-cı sırada qeyri-yaşayış sahəsi, balanssaxlayıcı Bakı şəhəri İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın yarımzirzəmisi 130,4 kv.m və zirzəminin bir hissəsi 57,9 kv.m. ümumi faydalı sahəsi 188,3 kv.m., əmlakın ilkin satış qiyməti 70.000 manat, hərraca çıxarılan ümumi ilkin satış qiyməti 70.000 manat olaraq göstərilmişdir. 29. “Mülkiyyət” qəzetində xx.xx.2017-ci il tarixdə (№03(1006)) dərc olunmuş elana əsasən, 21 fevral 2017-ci il tarixdə saat 11:00-da respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq istifadəsiz olan daşınmaz əmlakın siyahısında 6-cı sırada qeyd edilən qeyri-yaşayış sahəsi göstərilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi ilə X5 arasında bağlanmış müəssisənin (obyektin) xx.xx.2017-ci il tarixli 3739 nömrəli alqı-satqı müqaviləsinə əsasən, müqavilənin predmetini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə keçirilən hərracda 43/01№-li protokola əsasən satılan ünvan 1 ünvanında yerləşən 188,3 kv.m qeyri-yaşayış sahəsi (5 mərtəbəli binanın yarımzirzəmisi 130,4 kv.m. və zirzəmisinin bir hissəsi 57,9 kv.m.) hərracdan satış qiyməti ilə (ilkin hərrac qiyməti) 35000 manata Ramazanov X1. ünvan 1 ünvanında yerləşən 188,3 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina “Müəllim” MİK-nin üzvlərinin vəsaiti hesabına tikilmişdir. Bu binanın özülünə aid texniki zirzəmi ümumilikdə mənzil-tikinti kooperativi fondunu təşkil etməklə ayrılmaz daşınmaz əmlakı kimi binanın ümumi balansında oturur.
33. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, ünvan 7 ünvanında yerləşən 5 mərtəbəli, 5 girişli bina "xxxx" MTK-ya məxsusdur və həmin bina Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında deyil. Məhkəmə kollegiyası qeyd edir ki, özəlləşdirmənin obyekti özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Hazırkı iş üzrə isə mübahisə predmeti olan əmlakın isə dövlət mülkiyyətində olması iş materialları ilə öz əksini tapmır. Əksinə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş registrdən çıxarışda əmlak haqqında məlumat qrafasında mənzil tikinti kooperativ binasının qeyriyaşayış sahəsi olduğu göstərilmişdir. Belə olan halda, həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarıla bilməzdi. Mübahisəli binanın Bakı şəhər İH MKTD Nəsimi rayon MKTB-nin balansında olmadığından, həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarıla bilməzdi. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanda yerləşən, 1962-ci ildə istismara verilən 5 mərtəbəli kooperativ binasının cəmi 188,3 kvadrat metr olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi və zirzəmisi) üzrə kod 2063, ***-*******2 registr nömrəsi ilə aparılmış qeyd (eləcə də ***-*******2-001 (5 mərtəbəli kooperativ binasının yarımzirzəmisi 130,4 kv.m.) və ***-*******2-002 (5 mərtəbəli kooperativ binasının zirzəmisi 57,9 kv.m.)) ləğv edilməli, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə verilmiş Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli 09 nömrəli Sərəncamı iddiaçıların maraqlarına toxunan ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın yarımzirzəmisi 130,4 kv.m və zirzəminin bir hissəsi 57,9 kv.m. ümumi faydalı sahəsi 188,3 kv.m. hissəsində ləğv edilməli və özəlləşdirməyə dair hərəkətlər qanunsuz hesab edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisad Nazirliyi yanında Dövlət Əmlak Xidmətinə Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi 98 ünvanında beşmərtəbəli koorperativ yaşayış binasının zirzəmi və yarızirzəmisində yerləşən ümumi sahəsi 188,3 kv.m qeyri-yaşayış sahəsinin dövlət əmlakı kimi qeydiyyata alınması ilə bağlı məlumat və sənədlərin məhkəməyə təqdim edilməsi üçün sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq bildirilmişdir ki, Koorperativ yaşayış binasının tikintisi zamanı binanın yarızirzəmi və zirzəmi sahələrininminşası üçün dövlət tərəfindən vəsaitin ödənilməsi faktı həmin binanın layihə-smeta və digər sənədlərində öz əksini tapır. Bununla bağlı əlavə məlumat əldə etmək üçün bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsini tövsiyə edirik. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 1963-1970-ci illərdə koorperativ bina inşaatında dövlətin maliyyə iştirakı ilə bağlı normativ hüquqi aktın olub-olmaması ilə bağlı sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq bildirilmişdir ki, 1963-1970-ci illərdə koorperativ bina inşaatında dövlətin maliyyə iştirakı ilə bağlı normativ hüquqi akt aşkar edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən AR ünvan 8 ünvanında “Müəllimlər MTK” tərəfindən tikilmiş və 1962-ci ildə istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binasının( xüsusilə də zirzəmi və yarızirzəminin) tikintisinə dövlət büdcəsiindən vəsaitin ödənilməsi ilə bağlı məlumatın əldə olunması, habelə ödənilmşidirsə bununla əlaqədar zəruri sənədlərin (o cümlədən layihə-smeta sənədlərinin) məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq bildirilmişdir ki, “Müəllimlər MTK” tərəfindən qeyd edilən ünvanda inşa edilmiş yaşayış binasının tikintisində dövlət büdcəsindən vəsaitin istifadə olunması ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. X15 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin (vaxtilə Əmlak Məsələləri Dövlət Komitəsi) qurumun özəlləşdirməyə dair hərəkətləri qanunsuz olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, vaxtilə Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkətləri qanuna zidd olmuşdur və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçıların X15 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Əmlak Məsələləri Dövlət Komitəsi üzrə verilmiş “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli 09 nömrəli Sərəncamı (ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın yarımzirzəmisi 130,4 kv.m və zirzəminin bir hissəsi 57,9 kv.m. ümumi faydalı sahəsi 188,3 kv.m. hissəsində) X4 münasibətdə qanunsuz əlverişli inzibati aktdır. Məhkəmə kollegiyası nəzərə alır ki, X5 ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın kooperativ bina olduğunu bilməklə, həmin "xxxx" MİK-ə vaxtilə sədrlik etməsi işin mübahisəsiz halıdır. Odur ki, o, etimadının qorunması hüququna istinad edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: -67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi 28 noyabr 2017-ci il tarixli 43/01 saylı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksoin Mərkəzi tərəfindən tərtib edilmiş hərrac protokolu, ünvan 1 ünvanında yerləşən, sahəsi 188,3 kv.m. olan qeyri - yaşayış sahə ilə bağlı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə X6 arasında bağlanmış 29 noyabr 2017- ci il tarixli 3739 saylı Müəssisənin (obyektin) alqı-satqı müqavilə etibarsız hesab edilməsi və cavabdeh X3 adma ünvan 1 ünvanında yerləşən, sahəsi 188,3 kv.m. olan qeyri - yaşayış sahə ilə əlaqədar daşınmaz əmlakın döviət reyestrində aparılmış qeydiyyat və bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Məhkəmə kollegiyası 3-cü şəxsin apellyasiya şikayətinə münasibətdə bildirir ki, şikayət iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın qismən təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti və 3-cü şəxs X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.