Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2734/2019 03.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-1717/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respub-likasının Əmək və X1 Nazirliyi yanında Dövlət X2-nun Bakı şəhəri Nərimanov rayon şöbəsinə (bundan sonra DSMF-nin Nərimanov rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyyəsi və İdman Komitəsinin İdman malları Fabrikində fəhlə, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək 2 saylı Bakı taksmotor parkında sürücü, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Metalloplastik zavodunda avtoyük-daşıyıcı, xx.xx.1978-ci ildən xx.xx.1988-ci ilədək 2 saylı Bakı taksmotor parkında sürücü, xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək Azərbaycan SSR DİN “NƏMİ UA-38/TK” İdarəsində sürücü, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək “İnkişaf” səhmdar bankında sürücü, xx.xx.1994cü ildən xx.xx.1998-ci ilədək KB “NNN Bank”-da sürücü, xx.xx.1998-ci ildən xx.xx.2004-cü ilədək “FNS Tele-E-Star” birgə müəsissəsində sürücü, xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək "xxxxxxxxxxxxx" MMC-də sürücü peşələrində işlədiyi və xx.xx.1973-cü ildən xx.xx.1975- ci ilədək hərbi xidmətdə olması nəzərə alınmaqla ona 64 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə mraciət edərək, İddiaçı əmək kitabçasına uyğun olaraq 32 il iş satjı nəzərə alınmaqla ona 64 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavadehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 1717/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-1717/2019 saylı qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki: - İddiaçıya məxsus əmək kitabçasının tərcümə və təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1972-ci ildə Bədən Tərbiyyəsi və İdman Komitə-sinin İdman malları fabrikinin ayaqqabı sexinə topların tikilməsi üzrə şagird peşəsinə qəbul edilmiş, xx.xx.1973-cü ildə topların tikilməsi üzrə üçüncü dərəcəli usta vəzifəsinə keçirilmiş, xx.xx.1973-cü ildə ordu sıralarına getməsi ilə əlaqədar işdən azad edilmişdir. xx xxx 1973-cü ildən xx xxx 1975-ci ilədək sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1975-ci ildə 2 saylı Bakı Taksi-motor parknda sürücü peşəsinə qəbul edilmiş, xx.xx.1976-cı ildə ikindi dərəcəli sürücü keçirilmiş, xx.xx.1977-ci ildə işdən azad edilmişdir. xx.xx.1977-ci ildə “Metalplastmas” zavodunun təchizat şöbəsinə avtoyük-daşıyı peşəsinə qəbul edilmiş, xx.xx.1978-ci ildə işdən azad edilmişdir. xx.xx.1978-ci ildə 2 saylı Bakı Taksi-motor parknda ikindi dərəcəli sürücü peşəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmişdir. xx.xx.1988-ci ildə Azərbaycan SSR DİN “NƏMİ UA-38/TK” İdarəsində sürücü peşəsinə qəbul edilmiş, xx.xx.1992-ci ildə işdən azad edilmişdir. xx.xx.1992-ci ildə “İnkişaf” banklararası mərkəzi səhmdar bankına sürücü peşəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə işdən azad edilmişdir. xx.xx.1994-cü ildə “NNN Bank”KB-na sürücü peşəsinə qəbul edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.1998-ci ildə “FNS Tele-E-Star” birgə müəsissəsinə sürücü peşəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildə işdən azad edilmişdir. xx.xx.2004-cü ildə "xxxxxxxxxxxxx" MMC-yə sürücü peşəsinə qəbul edilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmişdir. İddiaçının işə daxil olma və işdən çıxarılma barədə əmrlərin nömrələri və tarixləri əmək kitabçasında qeyd edilmiş, eləcə də aparılmış qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imzalanmaqla möhürlə təsdiq edilmişdir. -İddiaçıya məxsus ******* saylı hərbi biletin tərcümə və təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı xx xxx 1973-cü ildən xx xxx 1975-ci ilədək sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. - Nərimanov RPİ tərəfindən xx.xx.2010-cu ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı yaşayış yeri üzrə Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57, mənzil 89 ünvanında qeydiyyatdadır. -DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2019-cu il tarixli ********** saylı cavab məktubundan müəyyən olunur ki, iddiaçının 1 saylı Asan xidmət mərkəzi vasitəsilə təqdim edilmiş xx.xx.2019-cu il tarixli yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizəsinə əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” qanuna xx.xx.2019-cu il tarixə qüvvəyə minmiş dəyişikliklərə uyğun olaraq 22- 10-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1.2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaş-dırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2.-ci bəndə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1- dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci bəndə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə görə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qayda-ları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanun-veri-ciliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İş materiallarında olan əmək kitabçası və hərbi bilet ilə iddiaçının xx.xx.1972-ci ildən xx.xx.2005-ci ilədək əmək fəaliyyəti ilə məşğul olması və xx xxx 1973-cü ildən xx xxx 1975-ci ilədək sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olması öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasındakı tədqiq olunan qeydlərin iddiaçının işlədiyi təşkilatların səlahiyyətli şəxsləri tərəfindən imzalanması və təşkilatların möhürü ilə təsdiq edilməsi, həmin qeydlərdə düzəlişlər olmaması və əmək kitabçasının tamlığının pozulmaması, habelə iddiaçının həmin müəssisələrdə işlədiyi bütün əmək fəaliyyəti dövrünün xx xxxxxx 1997-ci il tarixdə qəbul olunmuş “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əhatə olunması və həmin qanunun müəyyən etdiyi qaydaların müəssisə üçün məcburi xarakter daşıması, həm də qeyd olunan Qanunaəsasən məcburi sığorta haqlarının yığılmasının təmin edilməsi vəzifəsinin məhz DSMF orqanlarının üzərinə düşməsi - bütün bunlar iddiaçının əmək kitabçasındakı və hərbi biletdəki qeydlərə əsasən 31 il 5 aydan çox olan iş stajı, məhz onun sığorta stajı kimi qiymətləndirilməlidir. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixə 25 ildən artıq, yəni 31 il 5 aydan artıq (31 il 5 ay 21 gün) sosial sığorta stajının olması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh AR ƏƏSMN yanında DSMF-nun Bakı şəhər Nərimanov rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 1717/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən: Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-2734/2019
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2734/2019
03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver