Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2834/2025 14.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X6 cavabdehlər Azərbaycan Respublikasının Cavabdeh2nə və digərlərinə (üçüncü şəxslər Maraqlı şəxs1 və digərləri) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; eyni tələb”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil1, Azərbaycan Respublikasının Cavabdeh2 Tikintidə X7 Agentliyi X2 Baş İdarəsinin nümayəndəsi X11 və üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı X6 cavabdehlər Azərbaycan Respublikasının Cavabdeh2nə və digərlərinə (üçüncü şəxslər Maraqlı şəxs1 və digərləri) qarşı “ekspertiza rəyinin və texniki baxış rəyinin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 6451/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi,ev 183,mənzil 2 ünvanında yerləşən mənzil X6 (bundan sonra – iddiaçı) adına qeydiyyatdadır.
2. Maraqlı şəxs3 MMC-nin sifarişi əsasında “Azərinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ünvan 2 ünvanında, mövcud 14 + mansard mərtəbəli ofis və yaşayış binasında mərtəbəarası örtük tavalarında boşluqların açılması və gücləndirilməsi ilə bağlı “DK” markali cizgilər, texniki vəziyyət haqqinda rəydən görünür ki, Cavabdeh2 Tikintidə X7 Agentliyinin “Azərinşaatlayihə”’ Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun inşaat şöbəsinin mudir müavini Polad Vəliyev və Texniki şöbənin mühəndisi İlqar Hüseynov, Tikintidə Təhlükəsiziyə X13nin xx.xx.2023-cü il tarixli, 3-18-2/3-15- 853/2023 nömrəli tapşırığına, sifarişçi X12 müraciətinə əsasən ünvan 2 ünvanında 14 mərtəbəli (+mansard) yaşayış binasının 4-cü mərtəbələrdə mərtəbəarası örtük tavalarında boşluğun açılması üçün gücləndirmə və layihələndirmə işləri ilə əlaqədar binanın həmin hissəsinə texniki baxış keçirilmişdir.
3. Rəyə əsasən sifarişçi tərəfindən 4 və 5-cı mərtəbələrdə mənzillər təmir edilir və örtük tavalarında açılması nəzərdə tutulan boşluqların binanın dayanıqlığına təsirini müəyyən etmək üçün Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsinə tələb olunan sənədlər təqdim edilməklə müvafiq rəyin alınmasının zəruriliyi barədə sahibkara məlumat verilmişdir.
4. X2 Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 36264 saylı ekspertiza rəyindən görünür ki, Maraqlı şəxs1 və Maraqlı şəxs2 Əmrah qızının sifarişi əsasında müəyyən edilmişdir ki, təqdim edılən layihə sənədlərinə əsasən ünvan 3 ünvanında yerləşən yaşayış binasının örtük tavalarında boşluqların açılması nəzərdə tutulmuşdur. Layihənin konstruksiya bölməsinə aid aşağıdakı iradlar aşkarlanmışdır: 1. “Azərinşaatlayıhə” DBLKTİ tərəfindən hazırlanmış Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu kuçesı 183 ünvanında, 14+mansard mərtəbəli yaşayış binasının 1+4-cü mərtəbələrində keçid üçün mərtəbəarası örtük tavalarında boşluqların açılması ilə əlaqədar həmin sahənin texniki vəziyyəti haqqındakı Rəydə 2006-cı ildə inşa olunmuş binanın 1-4-cü mərtəbələrində 3.10x2.55m ölçülərində boşluqların açılması nəzərdə tutulmuşdur. 2.Mərtəbəarası örtük tavalarında boşluqların açılmasına uyğun hesablamalar təqdim edilməlidir. 3. Örtük tavasında açılan boşıuğun hansı məqsədlə açıldığı aydınlaşdırılmalıdır. Qeyd: - iradların işçi qaydada aradan qaldırıldığını və aydınlaşdırıldığını nəzərə alaraq baxılan binanın 1+4-cü mərtəbələrinin örtük tavalarında 3 10x2 55m ölçüdə boşluğun açılması ilə bağlı gücləndirmə layihəsini qənaətbəxş hesab etmək olar.
5. Rəyin nəticə hissəsində göstərilmişdir ki, “Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu köçəsi 183 ünvanında yerləşən yaşayış binasının örtük tavalarında boşluqların açılması (±0.00++15.45 səviyyələrdə)” üzrə tikinti layihəsini konstruktiv dayanıqlıq baxımından qənaətbəxş hesab edib razılaşdırmaq olar.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X10 (bundan sonra – iddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Cavabdeh2nə, Azərbaycan Respublikasının Cavabdeh2 Tikintidə X7 Agentliyinə və Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tikintidə X7 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında 1:4-ci mərtəbələrində keçid üçün mərtəbəarası örtük tavalarında boşluqların açılması ilə əlaqədar həmin sahənin Texniki vəziyyəti haqqında rəyin və A.R.FHN TikintidəTəhlükəsiziyə X13 X2 Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 36264 saylı ekspertiza rəyinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 161 kv.m olan 2 saylı mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Onun mənzilinin yerləşdiyi binanın birinci, ikinci və üçüncü mərtəbəsində Maraqlı şəxs3 MMC fəaliyyət göstərir. İlkin olaraq tibb müəssisəsi binanın 1ci, 2-ci mərtəbələrində fəaliyyət göstərsə də, sonra 3-cü mərtəbəni də tibb müəssisəsi etmişlər. Hazırda iddiaçıya məxsus 2 saylı mənzilin qonşu olan 1 saylı mənzil və həmin mənzilin üst mərtəbəsində yerləşən 6 saylı mənzillərin daxilində konstruktiv tikinti işləri aparılır, mənzillərin daxilində monolit beton konstruksiyalı döşəmə dağıdılıb və arakəsmə divarları sökülmüşdür. Bu da 2 saylı mənzilin daxilində qüsurların divarda, balkonda çatların yaranmasına səbəb olmuşdur. Dördüncü mərtəbədəki mənzilin divarı ümumi dəhlizə doğru 5-sm qədər artırılaraq zəbt olunmuş, 3-cü və 4-cü mərtəbə arasında olan binanın konstruksiyaları kustar hissə ilə doğrayaraq götürülərək ora lift yerləşdirilməsi planlaşdırılır. Nəsimi Rayon məhkəməsində iddia qaldıraraq Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında və həmin binada yerləşən 1 saylı, 6 və 7 saylı mənzildə cavabdehlərin həyata keçirdikləri qanunsuz söküntü və yenidənqurma işləri nəticəsində mülkiyyət hüququ əsasında İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsiev 183 yerləşən 2 saylı mənzilə və mənzilin yerləşdiyi binaya dəymiş zərərin cavabdehlər “X9” MMC və Maraqlı şəxs1, Maraqlı şəxs2 Əmrah qızı hesabına aradan qaldırılması ilə binanın əvvəlki vəziyyətinə gətirilməsi, cavabdehlərin həyata keçirdikləri qanunsuz söküntü və yenidənqurma işləri nəticəsində İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ev 183, mənzil 2- yə dəymiş 20.000 manat ziyanın cavabdehlər Maraqlı şəxs3 MMC və Maraqlı şəxs1, Maraqlı şəxs2 Əmrah qızından alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını və Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-ci mərtəbəsində yerləşən 1 saylı, 5-ci mərtəbəsində yerləşən 6 və 7 saylı mənzil olan yaşayış sahələrinin qeyri-yaşayış təyinatlı istifadə edilməsinin cavabdehlər MMC-yə və Maraqlı şəxs1, Maraqlı şəxs2 Əmrah qızına qadağan edilməsi barədə qətnamə çıxarılmasını, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-2-3-ci mərtəbəsində yerləşən Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ev 183 və ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində, Nəsimi rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-ci mərtəbəsində yerləşən 1 saylı, 5-ci mərtəbəsində yerləşən 6 və 7 saylı mənzillərdə binanın dayanıqlığına, bütövlüyünə təsir edən, o cümlədən Gülnarə Hacıyevanın qonşuluq hüququna müdaxilə edən təmir, tikinti, yenidən qurma, konstruksiya işlərinin həyata keçirilməsinin cavabdehlər Maraqlı şəxs3 MMC-yə, Maraqlı şəxs1, Maraqlı şəxs2 Əmrah qızına qadağan edilməsi barədə qətnamə çıxarılmasını və s... xahiş etmişdir. İddia qaldırmadan öncə verdiyi müvvəqəti təminat tədbiri barədə ərizə əsasında Nəsimi Rayon Məhkəməsinin qərardadı ilə Maraqlı şəxs3 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında aparılan qanunsuz söküntü, tikinti, təmir və yenidənqurma işləri dayandırılaraq söküntü, tikinti, təmir və yenidənqurma işlərinin aparılması Maraqlı şəxs3 MMC-yə və digər 3-cü şəxslərə qadağan edilmişdir. Həmin vaxt 1 saylı mənzilə baxış keçirildikdə məlum oldu ki, ilkin olaraq cavabdehlər tərəfindən 2 saylı mənzilin qonşu olan 1 saylı mənzil və daxilində konstruktiv tikinti işləri aparılmış, mənzillərin daxilində monolit beton konstruksiyalı döşəmə dağıdılmış hissələr mənzilin tavanına qədər tam şəkildə hasarlanaraq mühasirəyə alınmışdır. Səbəb isə həmin iddiaçıya məxsus 2 saylı mənzil ilə divar qonşusu olan 1 saylı mənzildə orta divara yaxın ərazidə qanunsuz aparılmış, söküntü işlərini ört basdır etmək olmuşdur. Məhkəmə prosesi zamanı isə məlum oldu ki, cavabdehlər may-iyun aylarında iddiaçının mənzili ilə onların mənzilini ayıran divara bitişik hissədə qanunsuz olaraq dağıdılmış döşəməni və 4ci mərtəbədə yerləşən yaşayış sahəsindən 3-cü mərtəbədə yerləəşən qeyri yaşayış sahəsinə doğru pilləkan açmaq və lift yerləşdirmək üçün doğranılmış beton konstrusiyaya sonradan qanuniləşdirmək məqsədi ilə TikintidəTəhlükəsiziyə X13 “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən ilkin olaraq DK markalı cizgilər Texniki vəziyyət haqqında rəy alınmışdır. Sonra isə Tikintidə X7 Agentliyi X2 Baş İdarəsi tərəfindən 36264 saylı ekspertiza rəyi almışlar. Həmin ekspertiza rəyi və DK markalı cizgilər Texniki vəziyyət haqqında rəy tamamilə qanunsuzdur və ləğv edilməlidir. İlkin olaraq texniki vəziyyət haqqında rəy- 4-cü mərtəbədə yerləşən 1 saylı mənzildən 3-cü mərtəbəyə mərtəbəarası örtük tavanlarında boşluqların açılması və mayinə işlərinin aparılması, gücləndirmə layhəsinin hazırlanması və texniki rəyin verilməsi tamamilə qanunsuzdur. Texniki rəydə göstərilir ki, guya 4-cü mərtəbədə mərtəbələrarası örtük tavanlarında boşluğun açılması üçün gücləndirilmiş layihləndirmə işləri ilə əlaqədar texniki baxış keçirilmişdir. TikintidəTəhlükəsiziyə X13 X2 Baş İdarəsi tərəfindən DK markalı cizgilər, texniki vəziyyət haqqında rəyə əsasən verilmiş xx.xx.2023-cü il tarixli ekspertiza rəyində isə göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının örtük tavanlarında boşluqların açılması üzrə tikinti layihəsinin konstruktiv dayanıqlığı baxımından qənaətbəxş hesab edib razılaşdırmaq olar. Hər iki rəy qanunsuz olmaqla həqiqətləri əks etdirmir. Çünki, 4-ci mərtəbədə yerləşən 1 saylı mənzildə rəy verilmədən 5 ay öncə qanunsuz olaraq konstruktiv tikinti işləri aparılmış, mənzilin daxilində monolit beton konstruksiyalı döşəmə dağıdılıb və 4 və 3-cü mərtəbələrarası pilləkən və lift üçün boşluqlar açılmışdır. İddiaçı məhkəməyə müraciət etdikdən sonra isə həmin boşluqları gizlətmək üçün mənzilin daxilində həmin hissələr tavana qədər hasarlanmışdır. Həmin hissəyə texniki baxış keçirilməsi mümkünsüz olmuşdur. Bu halı məhkəmə qərardadları və video sübut edir. Yəni DK markalı cizgilər, texniki vəziyyət haqqında rəy verilərkən mənzilin həmin hissəsi çoxdan dağıdılmış və qanunsuz işlərini qanuniləşdirmək üçün sonradan bu cür rəy alınmışdır. Sənədlərdən görünür ki, binanın 4-cü mərtəbəsində yerləşən 1 saylı mənzil yaşayış sahəsi, 3-cü mərtəbə isə qeyri yaşayış-sahəsidir və Maraqlı şəxs3 MMC olaraq tibb müəssisəsidir və həmin mərtəbədə doğum evi olaraq fəaliyyət göstərir. Yəni ilkin olaraq yaşayış sahəsi qeyri-yaşayış sahəsinə çevrilməli, sonra isə bu cür texniki rəy alına bilərdi. Həmin 1 saylı mənzilin qeyri yaşayış sahəsinə çevrilməsi isə qanunvericiliyin tələbinə əsasən mümükün deyil. Çünki, iddiaçıya məxsus mənzil ilə divar qonşudur və həmin mənzilin doğum evi olaraq fəaliyyət göstərməsi qanunvericiliyə ziddir. Lakin bütün bu rəylər göstərir ki, mənə məxsus mənzilə divarına bitişik sahədə 1 saylı mənzilin doğum evi olaraq fəaliyyət göstərməsi üçün boşluqlar açılması, liftin quraşdırılması artıq qanuniləşdirilmişdir.
8. Cavabdehlər iddiaya yazılı münasibətinləri məhkəməyə təqdim etməmişlər.
9. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6451/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Yəni xaricə ünvanlanmaqla tənzimləmə xüsusiyyəti daşıyır. İddiaçının hazırda mübahisələndirdiyi rəylər isə, yuxarıda sadalanan xüsusiyyətlərdən məhrum olmaqla, tövsiyə xarakterinə malikdir.
11. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçı daha əvvəl də eyni tələblə, yəni cavabdehlər Azərbaycan Respublikasının Cavabdeh2nə, Azərbaycan Respublikasının Cavabdeh2 Tikintidə X7 Agentliyinə və Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tikintidə X7 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş LayihəKonstruktor və Texnoloji İnstitutu tərəfindən verilmiş “DK markalı cizgilər, Texniki vəziyyət haqqında rəyi və Tikintidə X7 Agentliyi X2 Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 36264 saylı ekspertiza rəyinin ləğv edilməsi barədə qəra qəbul edilməsini xahiş etmiş, Bakə İnzibati Məhkəməsinin 2-1(112)- 7650/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia mümkün sayılmışdır.
12. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 6451/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı:
1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1.İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2.İnzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi Tikintidə X7 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında 1:4-ci mərtəbələrində keçid üçün mərtəbəarası örtük tavalarında boşluqların açılması ilə əlaqədar həmin sahənin Texniki vəziyyəti haqqında rəyin və A.R.FHN TikintidəTəhlükəsiziyə X13 X2 Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 36264 saylı ekspertiza rəyinin ləğv edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
29. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
30. Gəlmiş olduğu nəticə ilə bağlı məhkəmə kollegiyası bildirir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
31. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq.
33. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1).
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
35. İşin faktiki hallarına əsasən, iddiaçı Tikintidə X7 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında 1:4-ci mərtəbələrində keçid üçün mərtəbəarası örtük tavalarında boşluqların açılması ilə əlaqədar həmin sahənin Texniki vəziyyəti haqqında rəyin və A.R.FHN TikintidəTəhlükəsiziyə X13 X2 Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 36264 saylı ekspertiza rəyinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
37. Qeyd edilən müddəaların mənasından belə anlaşılır ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
39. Məhz bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi ilə əlaqədar inzibati aktın hüquqi təbiətinə diqqət yetirilməsini zəruri hesab edir.
40. Belə ki, inzibati akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür.
41. İnzibati akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslər üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir.
42. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir.
43. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
44. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır.
45. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir.
46. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir.
47. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir.
48. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır.
49. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır.
50. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, iddiaçının mübahisələndirdiyi Tikintidə X7 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli Bakı şəhəri, Nəsimi Rayonu, Bəşir Səfəroğlu 183 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında 1:4-cü mərtəbələrində keçid üçün mərtəbəarası örtük tavalarında boşluqların açılması ilə əlaqədar həmin sahənin Texniki vəziyyəti haqqında rəy və AR Cavabdeh2 TikintidəTəhlükəsiziyə X13 X2 Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 36264 saylı ekspertiza rəyi inzibati akt keyfiyyətlərinə malik deyildir. Belə ki, həmin rəylər iddiaçı barəsində hüquqi nəticə yaratmır. Həmin rəylər yuxarıda sadalanan xüsusiyyətlərdən məhrum olmaqla, tövsiyə xarakterinə malikdir.
51. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na əsasən: - bənd 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 90.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Cavabdeh2 Tikintidə X7 Agentliyinin (bundan sonra – Agentlik) nəzdində fəaliyyət göstərən X2 Baş İdarəsi (bundan sonra – ekspertiza müəssisəsi) tərəfindən müəyyən obyektin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsinin ekspertizadan keçirilməsi mexanizmini müəyyən edir. - bənd 1.2. Tikinti layihələrinin ekspertizadan keçirilməsində məqsəd həmin layihələrin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından, dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsindən ibarətdir. - bənd 2.4. Bu Qaydaların 2.1-ci bəndində göstərilən obyektlərin tikinti layihələri sifarişçinin istədiyi hallarda və müstəqil müraciəti əsasında tikintiyə icazə icraatından əvvəl də bu Qaydaların tələblərinə uyğun olaraq ekspertizadan keçirilir. - bənd 4.6. Tikinti layihələri ekspertiza müəssisəsi ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında ekspertizadan keçirilir. - bənd 5.1. Tikinti layihəsinin ekspertizadan keçirilməsinin nəticəsinə dair ekspert rəyi hazırlanır. Həmin rəy xüsusi mühafizə nişanları olan blankda 3 nüsxədə tərtib olunur, hər bir nüsxə ekspertlər tərəfindən imzalanır, ekspertiza müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir və müvafiq qaydada qeydiyyata alınır.
52. Göründüyü kimi, qanunverici şəxslərin sifarişi əsasında müəyyən obyektin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı ekspertizanın keçirilməsi və rəy verilməsini təsbit etmiş, bu rəyin tərəflər arasında bağlanmış müqavilə əsasında verildiyini müəyyət etmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsininə əsasən isə: Maddə 75.7. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. Maddə 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Maddə 75.9. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. Maddə 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur.
53. İstinad olunan normalardan da görünür ki, tikinti layihələri ilə bağlı şəxs üçün məcburi hüquqi qüvvəyə həmin layihələrə dair verilən rəylər deyil, rəy əsasında inzibati orqanın qəbul etdiyi qərarlar malikdir (məsələn, tikintiyə icazə verilməsi, ondan imtina edilməsi və sair).
54. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı daha əvvəl də eyni tələblə, yəni cavabdehlər Azərbaycan Respublikasının Cavabdeh2nə, Azərbaycan Respublikasının Cavabdeh2 Tikintidə X7 Agentliyinə və Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tikintidə X7 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş LayihəKonstruktor və Texnoloji İnstitutu tərəfindən verilmiş “DK markalı cizgilər, Texniki vəziyyət haqqında rəyi və Tikintidə X7 Agentliyi X2 Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 36264 saylı ekspertiza rəyinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7650/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia mümkün sayılmışdır və qərardad qanuni qüvvəyə minmişdir.
55. Göründüyü kimi, istər əvvəlki işdə, istərsə də hazırda baxılan işdə mübahisə predmeti eyni olmuş, yəni hər iki iş üzrə də iddiaçının tələbi müvafiq rəyin ləğvi ilə bağlı olmuşdur.
56. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 13 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 1.3cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
57. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzib edilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).
58. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir.
59. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, işin bu vəziyyəti hazırkı iş üzrə iddianın mümkün sayılmamasını şərtləndirir və bu gəlinən nəticə İPM-in 78-ci maddəsinin tələbinə uyğun olmuşdur.
60. İPM-nin 78-ci maddəsində mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyini müəyyən edən qayda, mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilmədiyini ehtiva edir. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
61. Ümumiyyətlə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir.
62. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi üzrə məhkəmənin icraatında iş olduğu və inzibati məhkəmə icraatı qaydasında həmin tələbə hüquqi qiymət verildiyi halda, hazırkı iddiaya mahiyyəti üzrə baxılıb, məhkəmə qərarı qəbul edilməsi “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarının 15.4, 15.5, 15.6-cı bəndlərinə ziddir.
63. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6451/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6451/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.