Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2854/2025 14.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “sədr və qanuni təmsilçi kimi qeydiyyata alınma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X13 və X17 ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8741/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında Şəhadətnaməyə əsasən qeydiyyat nömrəsi 1119- Q70-3775, Hüquqi şəxsin adı İddiaçı, dövlət qeydiyyatına alındığı tarix 31 oktyabr 2019-cu ildir.
2. İddiaçı 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokoluna əsasən iclasda sədr Nümayəndə, sədr müavini X54, üzvlərin ümumi sayı 115 nəfər olmaqla iclasda 86 nəfər üzv iştirak edir. Yığıncağın gündəliyini birliyin idarə heyətinin sədrinin, sədr müavinin və üzvlərinin seçilməsi, birliyin qanuni təmsilçisinin təyin edilməsi təşkil edir. Gündəliyin birinci məsələsi barədə iclasın sədri Nümayəndə bildirdi ki, İddiaçı idarə heyətinin səlahiyyət müddəti xx.xx.2021-ci ildə bitdiyi üçün Birliyin ümumi yığıncağı yeni idarə heyətini yaratmalıdır. Gündəliyin birinci məsələsi barədə İddiaçı təsisçilərindən biri olan X22 çıxış edərək təklif etdi ki, Birliyin idarə heyətinin sədri Nümayəndə, idarə heyəti sədr müavini kimi X54, idarə heyətinin üzvləri kimi isə X22, X33, X8, X34 və X26 təyin olunsun. Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi. Gündəlikdə duran ikinci məsələ ilə bağlı çıxış edən X54 təklif etdi ki, İctimai Birliyin qanuni təmsilçisi kimi Nümayəndə təyin olunsun. Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi. X47 Heyəti aşağıdakı tərkibdə təsdiq edilmişdir: Nümayəndə-sədr, X54sədr müavini, X22, X33, X8, X34 və X26 üzvlər.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X4 Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən İddiaçı hazırki hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 1sədi dövlətin və cəmiyyətin hərtərəfli inkişafına, millimənəvi dəyərlərinin qorunmasına kömək etməkdən ibarətdir. İdarə heyətinin sədri Nümayəndə, sədr müavini- X54, digər üzvləri X22, X42, X8, X34, X18r. Qeyri-hökumət təşkilatının icra orqanlarının səlahiyyət müddəti xx.xx.2024-cü il tarixədək, ictimai birliyin üzvlərinin sayı 115 nəfər, qanuni təmsilçi Nümayəndə, qeydiyyata alınmanın hüquqi əsasları ümumi yığıncağın xx.xx.2022-ci il tarixli protokolu və digər sənədlər, dəyişikliklərin qeydiyyat tarixi xx.xx.2022- ci ildir.
4. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1430/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar X5, X43, X19, X9, X14, X23, X6, X10, X20, X7 cavabdeh İddiaçınə qarşı iddia tələbi təmin edilmiş, İddiaçı 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolu qanunsuz hesab edilmişdir.
5. X45 İctimai Birliyinin xx.xx.2023-cü il tarixi 01 nömrəli protokoluna əsasən Nümayəndə, X33 və X27 İctimai Birliyin üzvlüyündən xaric edilməsi, X47 X1 sədr, X21 müavini və əlavə 9 nəfər üzvdən ibarət yeni tərkibdə təsdiq edilməsi və İctimai Birliyin qanuni təmsilçisi X9 təsdiq edilməsi qərara alınmışdır.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X15 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda X9 “X45” İctimai Birliyinin qanuni təmsilçisi seçilməsi faktının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxıldığı bildirilmişdir. Qeyd edilmişdir ki, ümumi yığıncağın xx.xx.2023-cü il tarixli qərarı ilə Nümayəndə da qurumun sədri seçilməsi faktının dövlət qeydiyyatına alınması barədə nazirliyə müracətin daxil olduğu, eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə birbirinə zidd müraciətlər daxil oduğundam sənədlərin geri qaytarılması göstərilmişdir.
7. İddiaçı xx.xx.2023-cü il tarixli, 1 nömrəli protokolu ilə X54 və X11 YDDİB idarə heyətinin və YDDİB-nın üzvlüyündən xaric edilməsi, idarə heyətinin yeni tərkibi 5 nəfər üzvdən ibarət yeni tərkibinin seçilməsi, Nümayəndə idarə heyətinin sədri seçilməsi qərara alınmışdır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nümayəndə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda Nümayəndə “X39” İctimai Birliyinin qanuni təmsilçisi seçilməsi faktının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxıldığı bildirilmişdir. Qeyd edilmişdir ki, ümumi yığıncağın xx.xx.2024-cü il tarixli qərarı ilə Nümayəndə da qurumun sədri seçilməsi faktının dövlət qeydiyyatına alınması barədə nazirliyə müracətin daxil olduğu, eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə birbirinə zidd müraciətlər daxil oduğundam sənədlərin geri qaytarılması göstərilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı İdarə Heyətinin sədri və qanuni təmsilçisi kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 31.10. 2019- cu il tarixində Dövlət qeydiyyatına alınmışdır. Nümayəndə xx.xx.2022-ci il tarixində bu X47 heyətinin üzvü və həmçinin sədri seçilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin QeyriX16 Reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışla verilmişdir. Həmin cixarişdan da görsənir ki, mənim bu İctimai Birliyin sədri kimi tanınmağım rəsmi şəkildə Dövlət qeydiyyatına alınmışdır. İctimai Birliyin öz nizamnaməsinin 6.11-ci maddəsinə görə idarə heyətinin sədri, müavinləri və digər üzvləri birliyin Ümumi Yığıncağı tərəfindən 2 il müddətində seçilir. X47 heyətinin üzvlərinin və həmçinin sədrinin səlahiyyət müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi üçün, xx.xx.2023-cü il tarixində İddiaçı üzvlərinin Ümumi Yığıncağı çağırılmış və Ümumi Yigincagin müzakirə edəcəyi əsas məsələlər kimi ictimai birliyin yeni idarə heyətinin üzvlərinin və sədrinin seçilməsi məsələsi nəzərdə tutulmuşdur. İclasın keçirilməsinə ən azı 15 gün qalmış ictimai birliyin bütün üzvlərinə Ümumi yığıncağın vaxtı və yeri barədə məlumat verilmişlər. Belə ki, İddiaçı nizamnaməsinin 6.3-cu bəndinə görə ictimai birliyin təsisçilərinə və üzvlərinə Ümumi yığıncağının vaxtı və yeri haqda 2 həftə əvvəl məlumat verilməlidir. İddiaçı nizamnamənin tələblərinə uyğun olaraq, ictimai birliyin üzvlərinin Ümumi Yığıncağının keçirilməsi barədə həm idarə heyətinin bütün üzvlərinə, həm də ictimai birliyin bütün üzvlərinə məlumat vermişlər. xx.xx.2023-cü il tarixində keçirilən Ümumi yığıncağının iclasında üzvlərin 42 nəfəri iştirak etmişdir. İddiaçı nizamnaməsinin 6.5-ci maddəsinə görə Ümumi yığıncaq birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. İclas keçirilən gün ictimai birliyin 71 nəfər üzvü var idi. Həmin gün də bu iclasın səlahiyyətli olması üçün iclasda 36 nəfər üzvün iştirak etməsi kifayət edirdi. Amma faktiki olaraq iclasda 42 nəfər iştirak etmişdir ki, bu da ictimai birliyin həmin gün keçirilən Ümumi Yığıncağının tam səlahiyyətli olmasını təsdiq edir. Eyni zamanda X47 heyətinin əvvəlki üzvlərindən olan X24 və X46 rəsmi qaydada ictimai birliyin üzvlərinin Ümumi Yığıncağının keçirilməsinin vaxtı və yeri barədə rəsmi teleqramma göndərilsə də, onların heç biri Ümumi yığıncağının iclasında iştirak etməmişdir. Bununla da ictimai birliyin nizamnaməsinin tələblərini kobud şəkildə pozmuşlar. Həmçinin bu 2 şəxs İddiaçı fəaliyyətinə xələl gətirdiklərininə və ictimai birliyi nüfuzdan saldıqlarına görə ictimai birliyin üzvlərinin xx.xx.2024-cü il tarixli iclasının qərarı ilə onların hər ikisi ictimai birliyin üzvlüyündən və idarə heyətinin üzvlüyündən çıxarılmışdır. Bundan sonra həmin iclasda İddiaçı yeni idarə heyətinin tərkibi seçilmişdir. Yeni seçilmiş idarə heyətinin tərkibində də Nümayəndə yenidən "X35 " X52 Heyətinin sədri seçilmişdir. Bundan sonra həmin bu ictimai birliyin üzvlərinin Ümumi Yığıncağında seçilmiş ictimai birliyin yeni idarə heyətinin tərkibinin və sədrinin Dövlət Reyestrində Qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmişlər. Lakin cavabdeh orqan tərəfindən ərizənin təmin edilməsindən imtina olunmuş və əsas kimi də X12 da Qurumun sədri kimi Dövlət Qeydiyyatına alınması üçün Nazirliyə müraciət etdiyi göstərilmişdir. Cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, İddiaçı idarə heyətinin üzvü və sədri kimi seçilməyim barədə məlumatlar da hələ 2022-ci ildən cavabdeh orqanda vardır. Cavabdehin özünün təqdim etdiyi X25 da görsənir ki, X24 bu İctimai Birliyin üzvü kimi qeydiyyat olunmuşdur. Təbii ki, cavabdeh orqan "İnzibati İcraat Haqqında" Azərbayacan Respublikası Qanunun tələblərinə görə bir İnzibati Orqan kimi, həm mənim, həm də X12 müraciətini araşdıraraq, yalnız bundan sonra qanunamüvafıq qərar qəbul etməli idi. Lakin işin hallarından da görsənir ki, cavabdeh orqan tərəfindən heç bir inzibati araşdırma aparılmamış və yalnız X12 müraciətinə istinad edərək, belə bir qərar qəbul etmişdir. Həm Nümayəndə tərəfimdən, həm də X24 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət ictimai birliyin blankı və möhürü ilə göndərilsə də, cavabdeh orqan tərəfindən bununla əlaqədar heç bir tədbir görülməmişdir. Belə ki, işin hallarından da açıq-aydın görsənir ki, əgər mən 2022-ci ildə ictimai birliyin sədri kimi Dövlət Restrində qeydiyyata alınmışamsa və həmin vaxtdan bu günə kimi fəaliyyət göstərirəmsə, təbii ki, ictimai birliyin möhürü də məndə olmalıdır. X3 ictimai birliyin möhürü ilə cavabdeh orqana hər hansı bir məktubun göndərməsi həmin məktubdakı möhürün saxta olmasını açıq- aydın sübut edir. Belə bir vəziyyətdə AR Ədliyyə Nazirliyi X24 barəsində AR Baş Prokurorluğuna müraciət etməli olduğu halda bunu etməmişdir. Bu faktın özü də bir daha təsdiq edir ki, cavabdeh orqan üzərinə düşən vəzifələri yerinə yetirməmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur.
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı Nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X22 və X54 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
13. Üçüncü şəxs X43 iddiaya yazılı münasibəti təqdim edilmiş və etirazda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində YDDİB-nin ümumi yığıncağı keçirilərək YDDİB-nin İdarə Heyətinin seçilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli 05/29/7-14 saylı Ədliyyə Nazirliyi X4 reyestrindən çıxarışın 12-ci bəndində qeyri-hökumət təşkilatının icra orqanlarının səlahiyyət müddəti xx.xx.2024-cü il tarixinədək göstərilib. Göründüyü kimi iddiaçı Nümayəndə YDDİB-nin İdarə Heyətinin səlahiyyət müddəti bitmədiyi halda, İdarə Heyəti ola-ola qanunsuz olaraq əvvəlcədən İdarə Heyətinin seçilməsi ilə bağlı Ümumi Yığıncaq keçirib. Belə ki, YDDİB-nin Nizamnaməsinin 6.11ci bəndinin tələbi pozulub. İddiaçı Nümayəndə YDDİBnin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli protokolu əsasında xx.xx.2022-ci il tarixli 05/29/4-14 saylı Ədliyyə Nazirliyi X4 reyestrindən çıxarışa əsasən YDDİB-nin sədri və qanuni təmsilçisi olaraq dövlət qeydiyyatına alınmışdır. 2022-ci il tarixində əlavə iki ümumi yığıncaq keçirilmişdir ki, onlardan biri hüquqi ünvanın dəyişdirilməsi digəri isə İdarə Heyətinə iki yeni üzvün əlavə edilməsi ilə bağlı olmuşdur. Bakı şəhər Xətai rayon Məhkəməsinin e- 2(011)-1430/2024 saylı xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən Nümayəndə sədr və qanuni təmsilçi olaraq təyin olunduğu YDDİB-nin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli protokolu qanunsuz hesab edilmişdir. Həmin protokol qanunsuz hesab edildikdə isə İdarə Heyəti də qanunsuz seçilmiş olur və heç bir səlahiyyətə malik olmur. İdarə Heyəti qanunsuz seçilmiş olduqda isə onun sonradan qəbul etdiyi bütün qərarlar da qanunsuz hesab edilir. Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda YDDİB-nin sonuncu dəfə 292 nəfər üzvünün dövlət qeydiyyatına alındığı bildirilmişdir. YDDİB-nin Nizamnaməsinin 6.2-ci bəndində qeyd edilir ki, Ümumi Yığıncaq icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. YDDİB- nin xx.xx.2023-cü il tarixli ümumi yığıncağını icra orqanının çağırması qanunsuzdur, çünki Bakı şəhər Xətai rayon Məhkəməsinin e- 2(011)-1430/2024 saylı xx.xx.2024-cü il tarixli Qətnaməsinə əsasən icra orqanının seçildiyi protokol qanunsuz hesab edilib, təsisçi yalnız Ziyətxan Cəlilovdur ki, o da çağırmayıb və üzvlər 292 nəfərdir ki, onların da üçdə bir hissəsi olan 98 nəfər çağırmayıb çünki protokolda üzvlərin ümumi sayı 71 nəfər göstərilib. Belə ki, Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 25.3-cü maddəsinin və YDDİB-nin Nizamnaməsinin 6.2-ci bəndinin tələbi pozulub. Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda YDDİB-nin sonuncu dəfə 292 nəfər üzvünün dövlət qeydiyyatına alındığı bildirilmişdir. YDDİB-nin xx.xx.2023-cü il tarixli protokolunda 2-ci səhifə 1-ci sətirdə YDDİB-nin 71 nəfər üzvü olması, xx.xx.2024-cü il tarixli 8 saylı arayışda isə 68 nəfər üzvünün olması qeyd edilmişdir. Göründüyü kimi iddiaçı Nümayəndə özü də dəqiq bilmir ki, nə qədər üzv var və onun saxtakarlığı elə Məhkəməyə təqdim etdiyi bu sənədlərdən bəlli olur. YDDİB-nin Nizamnaməsinin 6.5-ci bəndinə əsasən Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. Deməli ki, YDDİBnin xx.xx.2023-cü il tarixli ümumi yığıncağının səlahiyyətli hesab olunması üçün 292 nəfər üzvün yarısı yəni 146 nəfər iştirak etməli və 2/3 səs çoxluğu 96 səs (6.6-cı bənd) olmalı idi. Lakin iddiaçı Nümayəndə 146 nəfər yox cəmi 42 nəfərin iştirakı ilə yenə də saxtakarlıqla özünü sədr seçib. Belə ki, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 25.6-cı maddəsinin və YDDİB-nin Nizamnaməsinin 6.5-ci və 6.6-cı bəndinin tələbi pozulub. Göründüyü kimi Nümayəndə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı qanuni təmsilçinin seçilməsi faktının dövlət qeydiyyatına alınması ilə bağlı iddiası tamamilə qanunsuz və əsassızdır. Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 25.3-cü maddəsinə və YDDİB-nin Nizamnaməsinin 6.2-ci bəndinə əsasən hal-hazırda Nümayəndə ümumi yığıncaq çağırmaq səlahiyyəti yoxdur və ümumi yığıncağı yalnız dövlət qeydiyyatında olan 292 nəfər üzvdən 98 nəfəri və ya təsisçi Ziyətxan Cəlilov çağıra bilər. Ona görə də bütün bu və digər Məhkəmə prosesləri yekunlaşdıqdan sonra dövlət qeydiyyatında olan 292 nəfər üzvdən 98 nəfərinin və ya təsisçi Ziyətxan Cəlilovun çağırışı ilə Ümumi Yığıncaq keçirilərək YDDİB-nin qanuni təmsilçisi və yeni İdarə Heyəti seçiləcəkdir. Qeyd edilənlərə əsasən Nümayəndə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı qanuni təmsilçinin seçilməsi faktının dövlət qeydiyyatına alınması ilə bağlı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8741/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
15. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır və əlavə olaraq bildirilmişdir ki, İddiaçı son Ümumi yığıncağının keçirilməsi barədə sənədlər tərtib olunarkən, həmin bu qətnamənin etibarsız hesab etdiyi həmin o, 17 yanvar 2022-ci il tarixli protokolun da heç bir əhəmiyyəti olmamışdır. Belə ki, həmin protokol əsasında seçilmiş həm idarə heyəti, həm də sədr, artıq həmin tərkibin səlahiyyət müddəti bitmiş və yeni tərkib, yeni idarə heyəti tam şəffaf şəraitdə qanunvericiliyin tələblərinin istədiyi formada yenidən seçilmişdir. Ona görə də hesab edirik ki, Xətai rayon məhkəməsinin bu qətnaməsinə istinad etməsi tamamilə qanunsuzdur. İddiaçı nizamnaməsinin 6-cı bəndinə görə, İctimai birliyin üzvlərinin seçilməsi və üzvlükdən çıxarılması sırf olaraq İctimai birliyin öz səlahiyyətində olan bir məsələdir. Amma cavabdeh orqan sadəcə həmin bu prosedurların qeydiyyatını aparmaq səlahiyyətinə malikdir. Yeni hər hansı bir İctimai birliyin üzvünün İctimai birliyə üzv qəbul edilməsi və üzvlükdən çıxarılması İçtimai birliyin səlahiyyəti çərçivəsində olan məsələdir. Yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat baş idarəsi heç bir müdaxilə edə bilməz və bu prosesə qarışa bilməz. Eyni zamanda, ictimai birliyin əvvəl qeydiyyatdan keçən üzvlərinin sayının çox olması da, sonradan İctimai birliyin üzvlərinin, yeni İctimai birliyin nizamnaməsinin tələblərinə riayət etmədiklərinə görə, yəni İctimai birliyin mənafeyinə və dövlət mənafeyinə zidd hərəkətlər etdiklərinə görə və İctimai birliyi nüfuzdan saldiqlarina görə, eyni zamanda İctimai birliyin fəaliyyətindən faktiki olaraq istifadə etmələrinə görə də onlar İçtimai birliyin üzvlüyündən xaric olunmuşlar və bununla da əlaqədar cavabdeh orqana da dəfələrlə müraciətlər olunmuş həmin İctimai birliyin üzvlüyündən çıxarılan şəxslərin siyahısı da cavabdeh orqana təqdim olunmuşdur. Lakin əfsuslar olsun ki, həmin bu üzvlükdən çıxarılan şəxslərin qeydiyyatı aparilmamış və reyestrdə müvafiq dəyişikliklər edilməmişdir. Bu yenə də cavabdeh orqanın öz vəzifəsinə səhlənkarcasına yanaşmasının nəticəsidir. Odur ki, İctimai birliyin sonuncu dəfə keçirilən, yəni 23 dekabr 2023-cü il tarixdə keçirilmiş Ümumi yığıncağ tam qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilmiş, bütün üzvlər, eyni zamanda həmin prosesə 3- cü şəxs qismində cəlb olunmuş şəxslər də Ümumi yığıncağın keçirilməsi vaxtı və yeri haqqında əvvəlcədən rəsmi surətdə xəbərdarlıq edilmişdir, lakin həmin bu 3- cü şəxs adı çəkilən şəxslər qərəzli şəkildə yenə də həmişəki kimi İctimai birliyin mənafeyinə zidd şəkildə hərəkət edərək, İctimai birliyin Ümumi yığıncağında iştirak etməmişlər. Təbii ki, qanunvericiliyin tələblərinə görə İctimai birliyin bütün problemləri İctimai birliyin üzvlərinin Ümumi yığıncağında həll olunur. Hər bir demokratik təşkilatda və hər bir demokratik dövlətdə olduğu kimi bizim İctimai birlikdə də həmin bu 23 dekabr 2023 - cü il tarixli Umumi yığıncağının iclası barədə bütün İctimai birliyin üzvləri xəbərdar edilmiş, eyni zamanda iclasın gündəliyində olan məsələlər barəsində də onlara məlumat verilmişdir. Əgər İctimai birliyin hal-hazırda 3-cü şəxs qismində cəlb edilmiş, özünü də sədr kimi qeydiyyatdan keçməsini cavabdehdən xahiş etmiş X22 da qanunvericiliyin tələbinə riayət etsəydi, o da həmin bu Ümumi yığıncaqda iştirak edər və Ümumi yığıncağın üzvlərinin şəffaf və demokratik şəkildə keçirilmiş iclasında da kimin sədr seçilməsi və kimə demokratik yollarla səs verilməsi açıq- aydın öz təsdiqini tapardı. Əfsuslar olsun ki, bizim cavabdeh orqana müraciətimiz araşdırılarkən həm inzibati icraat haqqındakı qanunlar, həm də İddiaçı nizamnaməsinin tələbləri pozulmuşdur.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
18. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
19. Cavabdeh və 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandlrılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Qanunvericliyin tələbləri baxımından məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin və 3-cü şəxlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
21. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Maddə 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8. 3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən)
26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-22-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
27. Belə ki, İddiaçı İdarə Heyətinin sədri və qanuni təmsilçisi kimi qeydiyyata alınmasını tələb edir.
28. Cavabdeh orqan isə birliyin ümumi yığıncağının xx.xx.2024-cü il tarixli qərarı ilə X9 da qurumun sədri seçilməsi faktının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olduğunu, ziddiyyətli müraciətlərin daxil olduğunu əsas götürərək müraciətin təminindən imtina etmişdir.
29. İş materiallarından göründüyü kimi İddiaçı sonuncu qeydiyyat məlumatlarından görünür ki, birliyin xx.xx.2024-cü il tarixədək qüvvədə olan reyestr məlumatlarına əsasən idarə heyətinin sədri və birliyin qanuni təmsilçisi Nümayəndə olmaqla 115 nəfər üzvdən ibarət sayda ümumi yığıncağın xx.xx.2022-ci il tarixli protokolu ilə xx.xx.2022-ci il tarixdən reyestrdəki dəyişikliklər qeydiyyata alınmışdır. Həmin reyestr məlumatlarının qüvvədə olduğu vaxtda ümumi yığıncağın iclasının sədri Nümayəndə olmaqla xx.xx.2023-cü il tarixdə yığıncaq keçirilmiş və reyestr dəyişikliyini nəzərdə tutan birliyin növbəti müddət üçün tərkibi, sədri yenidən seçilmişdir.
30. Daha sonra Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1430/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar X5, X43, X19, X9, X14, X23, X6, X10, X20, X7 cavabdeh İddiaçınə qarşı İddiaçı 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunun qanunsuz hesab edilməsi barədə iddiaları təmin edilmişdir. Qətnamədə qeyd edilmişdir ki : “Göründüyü kimi 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağın keçirilməsi ilə bağlı bildirişlər vaxtında, lazımi qaydada göndərilməmiş, ümumi yığıncağın keçirilməsi üçün yetərsay mövcud olmamış, ümumi yığıncağın harada, nə zaman keçirilməsini sübuta yetirən mötəbər sübutlar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bununla da həm həm “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununu tələbləri (§40), həm də Birliyin Nizamnaməsinin tələbləri (§14) pozulmuşdur.”
31. Göründüyü kimi birliyin üzvlərinin bir qismi xx.xx.2022-ci il tarixli protokolun nəticələrinin yanlış olduğunu, həqiqəti əks etdirmədiyini iddia etmiş və ilkin olaraq hüquqi qüvvəsi xx.xx.2024-cü il tarixədək olan xx.xx.2022-ci il reyestr dəyişikliyinin qeydə alınmasına əsas olmuş birliyin xx.xx.2022-ci il tarixli protokolu mülki məhkəmə icraatında mübahisələndirmişdir.
32. Eyni zamanda işin apellyasiya baxışı zamanı Bakı şəhəri Xətai rayon Məhkəməsinə müvafiq sorğu göndərilmiş, sorğuya cavab olaraq bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1430/2024 saylı qətnaməsindən maraqlı şəxs Nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)- 588/2025 saylı qətnaməsinə əsasən maraqlı şəxs Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-1430/2024 nömrəli qətnaməsi maraqlı şəxs Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
33. Bundan başqa məhkəmə iclasında o da müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2217/2025 saylı qətnaməsi ilə X45 İctimai Birliyinin xx.xx.2023-cü il tarixi 01 nömrəli protokolu (həmin protokola əsasən Nümayəndə, X33 və X27 İctimai Birliyin üzvlüyündən xaric edilmiş, X47 Heyətinin sədri X22, sədr müavini X54 və əlavə 9 nəfər üzvdən ibarət yeni tərkib təsdiq edilmiş və İctimai Birliyin qanuni təmsilçisi X9 təsdiq edilmişdir) etibarsız hesab edilmişdir. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2217/2025 saylı qətnaməsi qanuni qüvvəsini alacağı təqdirdə belə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1430/2024 saylı xx.xx.2024-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolu etibarsız hesab edilməsi İddiaçı İdarə Heyətinin üzvləri arasında sədrin seçilməsi ilə bağlı fikir ayrılığı formalaşdırmışdır.
34. Nümayəndə İddiaçı Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 17 yanvar 2022-ci il tarixli protokolun etibarsız hesab edilməsindən sonra yeni iclas keçirərək xx.xx.2023-cü il tarilxi protokol ilə yenidən onun sədr seçilməsi və həmin protokol üzrə onun sədr kimi qeydiyyata alınması ilə bağlı arqumentə münasibətdə kollegiya qeyd edir ki, sədrin seçilməsində üzvlərin hamısının iradəsinin olmaması üzvlər arasında narazılğın olmasına dəlalət edir. Bu səbəbdən də qanuni təmsilçisi kimi Nümayəndə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınması yolverilməzdir.
35. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda və ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda, dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilir.
36. Belə olan halda kollegiya hesab edir ki, Nümayəndə sədr seçilməsi barədə qərar mübahisələndirildiyindən, həmin qərarın nəticələri üzrə reyestr qeydləri əsasında keçirilmiş ümumi yığıncağın qəbul etdiyi qərarın nəticələri üzrə də qeydiyyat aparıla bilməz.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
38. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8741/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8741/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.