Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2861/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “Qəsr” Mədəni İrsi və X8 İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əvvəlki ünvan lövhələrinin memarlıq abidələrinin üzərinə vurulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1882/2025 saylı 18 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 25 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Qəsr” Mədəni İrsi və X8 İctimai Birliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il, 02 avqust tarixli 132 nömrəli qərarı ilə mühafizəyə götürülmüş tarix və mədəniyyət abidələrinin mühafizəsində yaranmış qarışıqlığın aradan qaldırılması üçün əvvəlki ünvan lövhələrinin memarlıq abidələrinin üzərinə vurulması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1882/2025 saylı 18 fevral 2025-ci il tarixli qərardadı ilə “Qəsr” Mədəni İrsi və X8 İctimai Birliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əvvəlki ünvan lövhələrinin memarlıq abidələrinin üzərinə vurulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan “Qəsr” Mədəni İrsi və X8 İctimai Birliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləgv edilməsi və inzibati işin baxılmasının davam etdirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1882/2025 saylı 18 fevral 2025-ci il tarixli qərardadı iddiaçı “Qəsr” Mədəni İrsi və X8 İctimai Birliyinin elektron məhkəmə sistemi vasitəsilə elektron kabinetinə 19 mart 2025-ci il tarixdə yerləşdirilmişdir. Sonradan iddiaçının ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1882/2025 saylı 18 fevral 2025-ci il tarixli qərardadı poçt rabitəsi vasitəsilə təkrarən iddiaçının ünvanına göndərilmiş və 05 may 2025-ci il tarixdə Nümayəndə tərəfindən “şəxsən” qrafasına imza edilməklə qəbul edilmişdir. Lakin apellyasiya şikayəti 15 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı məhkəmə kollegiyası 10 iyun 2025-ci il tarixli məhkəmə bildirişi ilə iddiaçı Qəsr” Mədəni İrsi və X8 İctimai Birliyinə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək e-2-1(112)-1882/2025 saylı 18 fevral 2025-ci il tarixli qərardadından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etmək təklif olunmuşdur. 25 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə ərizə verərək, Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi e-2- 1(112)-1882/2025 saylı 18 fevral 2025-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericlikdə nəzərdə tutulmuş prossesual müddəti üzrlü səbəbdən ötürdüyündən həmin müddətin bərpa edilməsini və apellyasiya şikayətinin mümkün sayılamasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericlikdə nəzərdə tutulmuş prossesual müddət ötürülməklə verildiyinin nəzərə alınmasını və ona görə də şikayətin mümkün sayılmamasını xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1882/2025 saylı 18 fevral 2025-ci il tarixli qərardadı iddiaçının elektron məhkəmə sistemi vasitəsilə elektron kabinetinə 19 mart 2025-ci il tarixdə yerləşdirilmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-cü tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1882/2025 saylı 18 fevral 2025-ci il tarixli qərardadının ona təkrarən təqdim edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmənin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəmə qərardadı poçt rabitəsi vasitəsilə təkrarən iddiaçının ünvanına göndərilmiş və işdə olan poçt xəbərnaməsinə əsasən 05 may 2025-ci il tarixdə Nümayəndə tərəfindən “şəxsən” qrafasına imza edilməklə qəbul edilmişdir. Lakin apellyasiya şikayəti 15 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinetinə yerləşdirilmiş məhkəmə qərardadını həmin vaxt xəstə olduğu üçün elektron kabineti açıb görmədiyini, xəstə olması ilə bağlı X2 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “Beyinin maqnit rezonans tomoqrafiya müayinəsinə dair” raporu təqdim etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi ünvan 3 ünvanlanmış xidməti arayışı da məhkəməyə təqdim etmişdir. Hzmin arayışın məzmununda qeyd olunmuşdu ki, Bakı İnzibati Məhkəməsi tərəfindən göndərilən SX047036612AZ saylı məktub səhvən xx.xx.2025-ci il tarixdə Binəqədi rayonunda yerləşən 130 saylı poçt şöbəsinə göndərilmiş, sonradan həmin poçt şöbəsi tərəfindən forma 20 arayışı ilə zərfi ərazi aidiyyatı üzrə 10 saylı poçt şöbəsinə göndərmiş və zərf xx.xx.2025-ci il tarixdə şöbəyə daxil olmuşdur. Zərfin üzərində əl yazısı ilə yazılmış Nümayəndə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. Ev 18186 ünvanı bina üzərində olan nömrə ilə uyğun gəlmədiyindən ünvan sahibi Birliyin ünvanı tapılmamışdır. xx.xx.2025-ci il tarixdə poçtalyonun çatdırılma ərazisində çox sayda məktublar olduğundan ərazini axtarmaq imkan xaricində olmuşdur. Zərf üzərində yazılmış səhv ünvana görə məhkəmənin göndərdiyi zərf Birliyə xx.xx.2025-ci il tarixdə çatdırılmıədır. Zərfin üzərində vurulmuş xx.xx.2025-ci il tarixli 10 saylı poçt şöbəsində ştamp işin çoxluğundan dəyişdirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçının mübahisələndirdiyi xx.xx.2025-ci il tarixli qərardad iddiaçının elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilməsindən başlayaraq 10 gün olmaqla, yəni xx.xx.2025-ci il tarix olduğu halda, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 9-1.4-cü maddəsinə əsasən Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. İddiaçının təqdim etdiyi sənədlərə münasibətdə isə qeyd olunur ki, əvvəla iddiaçı fiziki şəxs deyil, hüquqi şəxsdir, onun bir neçə işçisi olduğu nümayəndəsi tərəfindən də məhkəmə iclasında təkzib olunmamışdır, bu hal apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət daxilində verilməsi imkanını istisna etmir. İkincisi, hüquqi şəxslərə münasibətdə qanuni təmsilçinin xəstə olması faktı prosessual müddətlərin üzrlü hesab olunaraq müddətin bərpası üçün əsas yaratmır. O da nəzərə alınır ki, iddiaçının nümayəndəsinə aid X2 tərəfindən verilmiş “Beyinin maqnit rezonans tomoqrafiya müayinəsinə dair” rapor isə xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. O ki qaldı ünvan 3 ünvanlanmış xidməti arayışa, həmin arayışın məzmununda qeyd olunanlar işdə olan (i.v. 142) poçt xəbərnaməsinin üzərindəki məlumatlarla təkzib olunur. Belə ki, həmin poçt xəbərnaməsindən görünür ki, məhkəmənin qərardadı iddiaçının nümayəndəsi Nümayəndə məhz xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur. Nəsimi rayonu 10 saylı poçt şöbəsinin müvafiq xidməti arayışında qeyd olunan hallar xx.xx.2025-ci il tarixli məhkəmə qərardadından apellyasiya şikayəti verilməsi üçün 10 günlük prosessual müddətin iddiaçı tərəfindən ötürülməməsi vəya həmin müddətin üzrlü səbəbdən ötürüldüyü üçün onun bərpa edilməsi üçün heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiaçının mübahisələndirdiyi 18 fevral 2025-ci il tarixli qərardaddan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən mötəbər sübutların təqdim olunmadığını, əksinə, məhkəmə qərardadının iddiaçının elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirildiyi, buna baxmayaraq onun təkrarən təqdim olunması ilə bağlı müraciətə əsasən təkrarən poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsinə təqdim olunmasına baxmayaraq ondan apellyasiya şikayətinin prosessual müddət üzrsüz səbəbdən ötürülməklə verildiyini, başqa sözlə, prosessual müddətin iddiaçının təqsiri olmadan ötürüldüyünü təsdiq edən mötəbər sübutların təqdim olunmadığını, belə olan halda prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi və bu səbəbdən də onun bərpası üçün əsasların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, müddətin bərpası ilə bağlı verilmiş ərizə təmin olunmamalı və şikayət qeyri-mümkün sayılaraq onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçının nümayəndəsi Nümayəndə “prosessual müddətin bərpası” barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1882/2025 saylı 18 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2861/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2861/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver